olunmuşdur. Macar alimləri Valdstein və Kitaibel toplanmış herbari material-
ları əsasında yeni növ kəşf edərək, onu kübar əsilli botanik-alim Kaspar
Şternberqin (1741-1837) şərəfinə adlandırmışlar. Baxmayaraq ki, bu növ 1601-
ci
ildə Karl Kluzius tərəfindən təsvir olunmuş və
Narcissus autumnalis minor
adlandırılmışdı. Sonralar, 1753-cü ildə Karl Linney
Narcissus autumnalis mi-
nor
növünü
Sternbergia lutea
adlandırmışdır. Rax, Filippov, Qorşkova və
A.A.Qrossheym
Sternbergia Waldst. et Kit.
cinsinin
Aralıq dənizinin şərq
hissəsində və Ön Asiyada rast gəlinən 12 növün yayıldığını göstərmiş və adla-
rını sadalamışlar (6). Bu növlər içərisində
Sternbergia colchiciflora Waldst. et
Kit.
və
S.fischeriana (Herb.) M. Roem.
adları da qeyd olunmuşdur. İlk dəfə
1860-
cı ildə T.İrmiş təbii şəraitdə və herbari materialları əsasında
Sternbergia
Waldst. et Kit.
cinsinə aid növlərin soğanaqlarının morfologiyasını öyrənmişdir
(8).
S.colchiciflora
Şamaxı rayonunun Çinarlı adlanan ərazisində (köhnə
Kələndər-təpə ərazisində aşağı dağ qurşağında) quru, daşlı-çınqıllı yamacda
bitir.
Təbii şəraitdə çiçəkləməsi fevral-mart aylarına təsadüf edir. Birinci
çiçəkaçmadan 5-10 gün sonra kütləvi çiçəkləyirlər və 15-20 gün çəkir. Eyni
soğanağın çiçəkdaşıyıcı zoğları bir-birinin ardınca üzə çıxır. Kütləvi çiçəkləmə
zamanı qönçələri açılmış və solmuş çiçəkləri də müşahidə etmək olur. Yan-
varın əvvəlində qönçələr yarpaqlarla birlikdə torpağın üzərinə çıxır. Zoğın
yerüstü
hissəsi bu zaman bir qədər qısa olur. Torpağın üstündə sarı rəngə çalan
qönçələr tez böyüyür və çiçəkaltlığının yarpağını dəlib keçir. 4-5 gündən sonra
qönçələr artıq tam açılır, axşama doğru hava soyuduqca bir qədər yumulur.
Çiçəkdaşıyıcı gövdə getdikcə böyüyür. Dişiciyin ağzı tozcuğa olan həssaslığını
2-3 gün
saxlayır, sonra qonur rəng alır və quruyur. Çiçəkləmənin sonunda
ləçəklər daha geniş açılır, çiçəkyanlığı yuxarı hissədən solmağa başlayır. Çi-
çəkyanlığı solduqdan sonra yumurtalıq məhv olur. Yumurtalıqda toxumluğun
böyüməsi və toxumun inkişafı müşahidə olunmur. Çiçək yatağı bir az uzanır,
torpağa doğru qövs şəklində əyilir, yarpaqlardan tez quruyur.
Tədqiqat ərazisində Azərbaycan florası üçün endemik növ hesab olunan
Sternbergia colchiciflora Waldst. et Kit.
-
qışdaçiçəkləyən şternbergiya növün-
dən başqa, Qafqaz florası üçün endemik hesab olunan 18 növə də rast gəlinir.
Bu
növlər 9 fəsilə, 15 cinsdə təmsil olunurlar. Bu fəsilələrdən səhləbkimilər
(
Orchidaceae Lindl.
)
fəsiləsi 4 cinslə təmsil olunaraq daha geniş yayılmışdır ki,
onların da hər biri 1 növlə təmsil olunur: şelkovnikov səhləbi (
Orchis schel-
kownikowii Woronow),
koruşdil ələoxşar
(Dactylorhiza amblyoloba (Nevski)
Aver.),
Qafqaz
tozbaş səhləb
(Cephalanthera caucasica Kraenzl.),
Qafqaz
qaşsəhləbi
(Ophrys caucasica Woronow ex Grossh.)
növləri, əsasən, mezofit və
mezokserofit
mühitlərdə rast gəlinir.
Şelkovnikov səhləbi (
Orchis schelkownikowii Woronow)
Qobustan rayo-
nunun Sündü,
Cabanı kəndləri ərazisində dağ-bozqır fitosenozlarının tərkibində
rast
gəlinir.
85
Koruşdil ələoxşar
(Dactylorhiza amblyoloba (Nevski) Aver.)
Şamaxı
rayonunun
Əngəxaran kəndi ərazisində dağ yamacında Şmalhauzen xıncalausu
(
O.schmalhauzen),
adi
canavargiləsi
(Daphne mezereum L., Sp. pl.)
kolluğunda
kələkötür isitməotu (
Erysimum substrigosum (Rupr.)
),
ərəb qarayoncası
(Medicago arabica All., Fl.),
çəmən yoncası (
Trifolium pratense
), tonqalvari
çiy (
Lasiagrostis bromoides
)
növləri ilə bitki qruplaşmaları əmələ gətirir.
Qafqaz
tozbaş səhləb
(Cephalanthera caucasica Kraenzl.)
Şamaxı rayo-
nunun
Qaleybuğurt kəndi ərazisində Canut meşəsində sahil tonqalotu (
Bro-
mopsis riparia(Rehm.)
), barmaqvari cil (
Carex digitata L.),
sibir
zümrüdçiçəyi
(
Scilla siberica Hav.),
zümrüdvari
puşkiniya (
Puschkinia scilloides Adams.
),
erkək səhləb (
O.mascula (L.)L.
),
sarımtıl ələoxşar (
Dactylorhiza flavescens
(C.Koch)Holub
),
həqiqi yuvacıqotu
(Neottia nidus-avis (L.) Rich.)
,
ağ bənövşə
(Viola alba Bess.)
,
əyri ramisia
(Orthilia secunda (L.))
növləri ilə qruplaşmalar
əmələ gətirir.
Qafqaz
qaşsəhləbi
(Ophrys caucasica Woronow ex Grossh.)
Şamaxı
rayonunun
Quşçu kəndində Laləzar adlanan yaşayış məntəqəsinin yaxınlığında
çınqıllı-daşlı ərazidə, Çaylı kəndi ərazisindəki dərədə rast gəlinir.
Endemizmin analizinin
əsasını onların genetik əlaqəsini və ehtimal olu-
nan m
ənşələrini müəyyən edən sistematik və coğrafi münasibətlərinin
qurul-
mas
ı təşkil edir. Tədqiqat ərazisinin endemik geofit növlərindən bir neçəsinin
nadir v
ə nəsli
kəsilmək təhlükəsi olduğundan, bu növlərin antropogen amillərin
t
əsirindən qorunmasına böyük ehtiyac duyulur.
Dostları ilə paylaş: