Baki universitetiNİn xəBƏRLƏRİ №2 Təbiət elmləri seriyası



Yüklə 95,14 Kb.
Pdf görüntüsü
tarix17.01.2018
ölçüsü95,14 Kb.
#21269


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2    

 

Təbiət elmləri seriyası 

 

 

2014 

 

 



 

 

UOT:574.2 



 

ABŞERON ƏRAZİSİNDƏ İNKİŞAF ETMİŞ QUERCUS ILEX L. 

VƏ OLEA EUROPEA L. BİTKİLƏRİNİN YARPAQLARINDA  

XLOROFİL FLÜORESSENSİYA ŞÜALANMASI VASİTƏSİLƏ 

EKOLOJİ MONİTORİNQ 

 

B.T.QAFAROVA, A.O.MƏMMƏDOVA, İ.S.ƏHMƏDOV 

Bakı Dövlət Universiteti 

 m.afet@mail.ru 

 

Tədqiqat işində Abşeronda real ekoloji çirklənmə şəraitində bitən həmişəyaşıl ağacların 

yarpaqlarında  xlorofil  flüoressensiyası  spektrlərinin  ətraf  mühitin  ekoloji  vəziyyətindən  asılı 

olaraq müqayisəli analizi aparılmışdır. Təcrübələrdə çirklənmə dərəcəsinə görə bir-birindən 

xeyli fərqlənən müxtəlif ərazilərdə bitən zeytun və daş palıd ağaclarından götürülmüş yarpaq 

nümunələrindən  istifadə  edilmişdir.  Normal  ekoloji  şəraitdə  bitən  ağacların  yarpaqlarında 

xlorofil qırmızı flüoressensiyası spektrlərində xarakterik iki 690 nm və 735 nm pikləri alınmış 

və F690/F735 nisbəti müəyyən edilmişdir. Bu nisbətinin dəyişməsinə əsasən ağacların fizioloji 

vəziyyəti, yarpaqlarında xlorofil tərkibi qiymətləndirilmişdir. 

 

Acar sözlər: bioindikator, xlorofil flüoressensiyası spektri, ekoloji qiymətləndirmə 

 

Müasir dövrdə təbii ətraf mühit ilə cəmiyyət arasında balansın pozulması 

daim artmaqdadır. Bu urbanizə edilmiş ekosistemdə, antropogen cirklənmənin 

daha çox təsir etdiyi şəhər mühiti şəraitində daha qabarıq nəzərə carpır. Müx-

təlif dərəcədə və müxtəlif təbiətli çirkləndiricilərlə çirklənmiş mühitdə inkişaf 

etmiş  bitkilər  digər  canlılara  nisbətən  həssaslıq  göstərirlər.  Bitkiləri  digər 

orqanizmlərdən fərqləndirən ən mühüm xüsusiyyətlərdən biri onların fotosintez 

prosesinə  malik  olmalarıdır.  Fotosintez  prosesi  üçün  normal  şəraitdə  foto-

sintetik  piqmentlər  (xlorofil,  karatinoidlər)  tərəfindən  udulan  işıq  enerjisinin 

böyük 


bir  hissəsi  karbon  qazının  fiksasiyasına,  ATF  molekullarının  sintezinə 

və oksigenin əmələ gəlməsinə sərf olunur, bir hissəsi (15-20%) istilik şəkilində, 

bir hissəsi isə (1-3%) flüoressensiya şüalanması ilə ayrılır. Udulan işıq enerji-

sinin paylanmasını dəqiq hesablamaq mümkün olmasa da balansın dəyişməsini 

müəyyən stress hallarında müəyyən etmək olur. Bitkilərin vəziyyətinin təyini 

məlum  metodlarla  ətraf  mühitin  dəyişməsinin  fotosintez  prosesinə  təsirinin 

qiymətləndirilməsi ilə müəyyənləşdirilməsi ədəbiyyat göstəricilərindən məlum-

dur (16; 17). Fotokimyəvi proseslərə sərf olunan enerji bu və  ya digər stress 

 

67 



nəticəsində  azalan  kimi  istilik  və  flüoressensiya  vasitəsilə  ayrılan  enerjinin 

miqdarı artır. İstilik enerjisini xüsusi fotoakustik metodla çətinliklə təyin etmək 

olur  (15).  Lakin  xlorofil  flüoressensiyasını  müasir  metodlarla  asanlıqla  təyin 

etmək  mümkündür.  Son  25  ildə  lazerlə  induksiya  flüoressensiyası  bitkilərdə 

vegetasiya  dövründə  fizioloji  stressin  səviyyəsini  monitorinq  etmək  üçün  ən 

çox tətbiq edilən metod olmuşdur. 

Məlumdur ki, bitkilər müxtəlif stress vəziyətlərində olarkən onların yar-

paqlarında toplanan artıq enerjinin istilik formasında şüalanması artır. Bu za-

man flüoressensiya şüalanması həm stressin əvvəlində, həm də aralıq mərhə-

lələrində  azalır.  Odur  ki,  yarpaqlarda  üç  əsas  prosesdə  -  fotosintez, xlorofil 

flüoressensiyası  və  istilik  şüalanması  proseslərində  enerji  israfının  balansını 

flüoressensiya şüalanmasının xarakteristikaları ilə müəyyən etmək olur (8; 9). 

Stasionar  flüoressensiya  ətraf  mühitin  amillərinə  çox  güclü  şəkildə  reaksiya 

verdiyindən  bu  parametrdən  istifadə  edərək  fotosintezi,  piqment  tərkibinı, 

morfoloji  dəyişiklikləri  fizioloji  gərginlik  hallarında  yaxşı  qiymətləndirmək 

mümkündür.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  xlorofil  flüoressensiyasına  bir 

çox amillər eyni zamanda kompleks təsir etdiyindən müasir tədqiqat metodları 

əsas  stressoru  deyil,  yalnız  fizioloji  gərginlik  yaradan  amilləri  qiymətlən-

dirməyə  imkan  verir.  Yerüstü  bitki  sistemləri  və  atmosfer  prosesləri  o  qədər 

mürəkkəbdir  ki,  onlar  arasında  qarşılıqlı  təsirin  öyrənilməsi  xüsusi  fiziki 

modellərin yaradılmasını tələb edir. 

Xlorofilin qırmızı flüoressensiya şüalanması obyekti stress halında, həm 

də qaranlıqda saxladıqda yaxşı müşahidə olunur. Bu şüalanma Kautski effekti 

kimi  tanınır  və  onun  spektri  iki  maksimumla  680-690  nm  və  730-735 nm 

xarakterizə  edilir  (11,  12).  Məlum  olmuşdur  ki,  flüoressensiya  şüalanmanın 

690  nm  piki  xlorofilin  miqdarı  artdıqca  azalır.  Uyğun  olaraq  flüoressensiya 

şüalanmanın F690/F735 nisbəti xlorofilin miqdarı artdıqca azalır (10). 

Qısamüddətli və aşağı stress vəziyyətlərində xlorofil tərkibi dəyişməsə də 

fotosintez zəifləyir və bu zaman F690/F735 nisbəti 20-30% artır. Uzun müd-

dətli stress vəziyyətlərində isə fotosintezin səviyyəsi müəyyən qədər bərpa olu-

na bilər (adaptasiyanın  və regenerasiyanın hesabına), lakin xlorofilin miqdarı 

aza


laraq  daha  aşağı  səviyyələrdə  qərarlaşır.  Bu  isə  flüoressensiyanın 

F690/F735  nisbətinin  1,5-4  dəfə  artmasına  səbəb  ola  bilər.  Odur  ki,  flüores-

sensiyanın F690/F735 nisbətinin qiyməti bu və ya digər stress amilin qiymət-

ləndirilməsi üçün çox yaxşı yanaşmadır. 

Flüoressensiya spektrlərinin forması və intensivliyinin qiyməti xlorofilin 

tərkibi ilə korrelyasiya edir (14) və yarpaqların işığı udma xüsusiyyətlərindən 

asılı  olur  (12).  Ədəbiyyat  məlumatlarına  görə  çoxlu  sayda  təcrübələrin  nəti-

cələri göstərir ki, müxtəlif stress hallarında bitkilərin yarpaqlarında baş verən 

fizioloji  dəyişiklikləri,  xüsusilə  bitkilər  üçün  ən  vacib  olan  fotosintez  pro-

sesində  olan  dəyişiklikləri  xlorofil  flüoressensiya  şüalanması  spektrlərinin 

analizi ilə müəyyən etmək olar (3; 13, 16, 17). 

Aparılmış  tədqiqat  işlərində  əsas  məqsəd  real  ekoloji  çirklənmə 

 

68 



şəraitində həmişəyaşıl ağac bitkilərinin yarpaqlarında xlorofil flüoressensiyası 

spektrlərinin  analizinə  əsaslanaraq  ətraf  mühitin  ekoloji  vəziyyətinin  qiymət-

ləndirilməsidir.  Bu  təcrübələrdə  çirklənmə  dərəcəsinə  görə  bir-birindən  xeyli 

fərqlənən  müxtəlif  ərazilərdə  bitən  zeytun  və  daş  palıd  ağaclarından  götürül-

müş yarpaq nümunələrində xlorofil şüalanması spektrləri analiz edilmişdir. 

 

Tədqiqat metodu və obyektlər 

Yarpaqlarda xlorofil flü

oressensiya şüalanmasının spektrləri və eləcə də 

həyəcanlandırma spektrləri Fransanın istehsalı olan Cary Eclipse spektrofoto-

metrində  (Varian  Inc.,  Les  Ulis,  France)  məlum  metodla  çəkilmişdir  (7). 

Xlorofilin  həyəcanlandırılması  spektrləri  300-700 nm intervalında  skan  edil-

mişdir. Şülanma spektri isə 650-800 nm intervalında qırmızı və uzaq qırmızı 

oblastında  çəkilmişdir.  Şüalanma  spektrlərini  almaq  üçün  xlorofil  əsasən 

qırmızı  oblastda  həyəcanlandırılmışdır.  Spektrlər  bütün  yarpaqlarda  onların 

adaksial tərəfindən çəkilmişdir. Yarpaqların təqribən 6 mm diametrində səthi 

spektrlərin skan edilməsi üçün kifayət etmışdir. Spektrlər otaq temperaturunda 

yarpaqların  ağaclardan  yığılmasından  bir  gün  sonra  çəkilmişdir.  Bu  yarpaq-

larda spektrlərin çəkilməsi üçün lazım olan adaptasiya şəraitini təmin etmişdir. 

Təcrübələrdə tədqiqat obyekti kimi Olea europea L. – zeytun və Quercus 



ilex L.–

daş palıd adlanan ağac bitkilərinin yarpaqlarından istifadə edilmişdir. 



Olea europea L  –  Zeytun  (2)  hündürlüyü 4-

6 m və bəzən də daha çox 

olan zeytun ağacı yığcam çətirli həmişəyaşıl bitkidir. Zeytun ağacının lansetə 

oxşar yarpaqları boz-yaşıl rəngdə olur. Bu bitki qədim zamanlardan bitki yağı 

almaq  və  dekorativ  məqsədlər  üçün  becərilir.  Zeytun  ağacı  kontinental  iqlim 

şəraitində yaxşı böyüyən, quraqlığa, zəif şoranlığa və güclü küləklərə davamlı, 

quru  subtropiklərin  xarakter  bitkisidir.  Bu  səbəbdən  Azərbaycanın  bir  sıra 

regionlarında, xüsusilə də Abşeron yarımadasında zeytun ağacları geniş yayıl-

mışdır.  Sənaye  və  dekorativ  bitki  kimi  dünyanın  müxtəlif  regionlarında,  mə-

sələn,  Aralıq  dənizi  ətrafı  ölkələrdə  qədimlərdən  zeytun  bağları  salınmışdır. 

Zeytun ağacının meyvələrindən insan orqanizmi üçün faydalı olan biotexnoloji 

proseslərə  əsaslanan  yağ  istehsal  edilir.  Digər  tərəfdən  zeytun  ağaclarından 

(landşaftların  formalaşdırılması  və  ətraf  mühitin  yaxşılaşdırılması  məqsədilə 

istifadə edirlər. Zeytun bağları olan ərazilərdə torpağın möhkəmləndirilməsi və 

eroziyanın  qarşısının  alınması  mühüm  əhəmiyyət  kəsb  edir.  Zeytun  münbit 

olmayan,  zəif  şoran  torpaqlarda  belə  yaxşı  inkişaf  edir,  uzunömürlü  bitkidir. 

Elmə  məlumdur  ki,  zeytun  ağacı  bağlarda  300-400  il,  münbit  torpaqlarda  və 

normal  şəraitdə  isə  1000  ilə  qədər  mövcud  ola  bilir.  Bu  bitkinin  uzunömür-

lülüyü  və  stress  amillərə  davamlılığı  imkan  verir ki, ondan eyni zamanda 

perspektivli biomonitorinq obyekti kimi istifadə etsinlər. Hal hazırda Abşeron 

ərazisində  zeytunun  20-dən  çox  növü  becərilir.  Odur  ki,  Abşeron  yarımadası 

ərazilərində,  şəhər  parklarında  və  yol  kənarlarında  salınmış  zeytun  ağac-

larından  ekoloji  vəziyyətin  qiymətləndirilməsində  və  monitorinqində  istifadə 

edilməsi məqsədəuyğundur. 

 

69 



Quercus ilex L.– 

Daş palıd (1) Azərbaycana XX əsrin ortalarında intro-

duksiya edilmişdir. Normal şəraitdə becərilən daş palıd ağacının hündürlüyü 20 

m qədər ola bilir. Onun yarpaqları ellipsvaridir və ölçüləri 2-7 sm uzunluğun-

da, 1-


3 sm enində olur. Daş palıd ağacları təbii olaraq meşələrdə bitir, lakin bu 

ağaclardan  parkların,  həyətyanı  sahələrin  və  yol  kənarlarının  yaşıllaşdırılma-

sında da istifadə edilir. Bu bitkinin də həmişəyaşıl növləri var və onlar quraqlıq 

və  güclü  küləklərə  davamlı  bitkilər  hesab  edilir.  Abşeron  yarımadasında 

dekorativ  məqsədlər  üçün  əkilmiş  daş  palıd  ağacları  uzun  illərdir  müxtəlif 

cəhətdən çirklənmiş ərazilərdə belə bitir. Odur ki, bu ağaclardan ərazilərin nə 

dərəcədə  çirkləndiyini  monitorinq  edərkən  istifadə  etmək  olar  və  digər 

bitkilərlə müqayisədə daha etibarlı nəticələr almaq olar. 

 

Tədqiqatın nəticələri 

Təcrübələrdə  qarşıya  qoyulan  məsələlərin  həllinə  nail  olmaq  üçün 

Abşeron  rayonunun  ekoloji  cəhətdən  normal  vəziyyətdə  və  çirklənmiş 

ərazilərində  bitən  zeytun  və  daş  palıd  ağaclarının  yarpaq  nümunələrində 

xlorofill  flüorensiyası  şüalanmasının  spektrləri  çəkilərək  analiz  edilmişdir. 

Ekoloji  cəhətdən  normal  ərazi  kimi  Bakı  şəhərindən  28  km  kənarda,  nəqliy-

yatın intensiv olduğu yollardan uzaq, sənaye müəssisələrindən xeyli aralı, nis-

bətən ekoloji təmiz ərazilər seçilmişdir. Çirkli ərazi kimi isə nəqliyyatın inten-

siv  hərəkəti  olan  yol  kənarları,  sənaye  müəssisələrindən  200  m  aralı  ərazilər 

seçilmişdir. Bu ərazilərdə bitən zeytun və daş palıd ağaclarının yarpaq nümu-

nələrində xlorofil flüoressensiya şüalanması spektrləri çəkilmiş, onların xarak-

teristikaları  müqayisə  edilmişdir.  İlkin  təcrübələrdə  ekoloji  normal  ərazilərdə 

bitən zeytun və daş palıdın xlorofil flüoressensiya spektrləri alınmış və onların 

udma  spektrindən  asılı  olan  xarakteristikaları  müəyyən  edilmişdir.  Zeytun 

ağacının  yarpağında  qırmızı  xlorofil  flüoressensiya  şüalanmasının  spektrində 

xarakterik  olan  iki  690  nm  və  735  nm  pikləri  alınmışdır.  Şəkil  1-də  zeytun 

yarpağında udma spektri (1) və şüalanma spektrləri (2) və (3) verilmişdir. Xlo-

rofilin 631 nm dalğa uzunluğu ilə şüalanması zamanı alınan spektrin (3) 659 

nm  dalğa  uzunluğu  ilə  həyəcanlandırdıqda  alınan  spektrdən  (2)  həm  inten-

sivliyinə və həm də piklərin dalğa uzunluğuna görə fərqlənmişdir. Bu onu gös-

tərir ki, xlorofil qırmızı şüalanma spektri həyəcanlandırıcı dalğa uzunluğundan 

asılıdır. Odur ki, təcrübələrdə eyni bitki üçün həyəcanlandırıcı dalğa uzunluğu 

eyni s

eçilmişdir. F690/F735 nisbəti birinci spektr üçün 0,83, ikinci spektr üçün 



isə  0,69  olmuşdur.  Eyni  spektr  normal  şəraitdə  bitən  daş  palıd  ağacının 

yarpaqlarında da çəkilmişdir. Bu təcrübənin nəticələri şəkil 2-də verilmişdir. 

Normal  şəraitdə  bitən  daş  palıd  ağacının  yarpaqlarında  da  xlorofilin 

qırmızı  şüalanma  spektrində  689  nm  və  736  nm  dalğa  uzunluqlarına  uyğun 

piklər müşahidə edilmişdir. F690/F735 nisbəti isə 0,94 olmuşdur. 

 

 



70 


 

Şək. 1. Normal şəraitdə bitmiş zeytun ağacının yarpağında udma spektri (1) və xlorofil qırmızı 

flüoressensiya spektrləri (2) və (3). 

 

 

Şək  2.  Normal  şəraitdə  bitmiş  daş  palıd  ağacının  yarpağında  udma  spektri  (1)  və  xlorofil 



qırmızı flüoressensiya spektrləri (2). Həyəcanlandırıcı dalğa uzunluğu 655 nm olmuşdur. 

 

Sonrakı təcrübələrdə Abşeron ərazisində ekoloji vəziyyətin müxtəlifliyinin 



bu  ağacların  inkişafında  təsirini  öyrənmək  və  gələcəkdə  ekoloji  monitorinq 

apararaq  riskin  qiymətləndirilməsi  üçün  xlorofil  qırmızı  flüoressensiya  şüalan-

ması  spektrlərinin  xarakteristikaları  öyrənilmişdir.  Xlorofil  qırmızı  flüoressen-

siya  şüalanması  ətraf  aləmin  stress  təsirlərinə  qarşı  həssas  bir  parametr  oldu-

ğundan bu üsulun imkanlarından belə məsələlərin tədqiqində geniş istifadə edilir. 

 

 



 

 

71 




 

Şək 3. Ekoloji təmiz ərazidə bitən zeytun ağacının yarpağında udma spektri (1) və xlorofil 

qırmızı  flüoressensiya  şüalanması  spektri  (2).  Spektrlər  yarpağın  adaksal  tərəfindən 

çəkilmişdir. 

 

Hal hazırda zeytun və daş palıd ağacları Abşeron ərazisinin müxtəlif də-



rəcədə çirklənmiş ərazilərində qalmaqdadır. Onların inkişafı bu ərazilərin eko-

loji çirklənmə dərəcəsindən, çirklənmənin təbiətindən asılı olaraq müxtəlifdir. 

Elə  ərazilər  var  ki,  neft  məhsulları  ilə,  elə  ərazilər  də  var  ki,  nəqliyyatın 

atmosferə, torpağa  yaydığı çirkləndiricilərlə  çirklənmişdir. Təcrübələrdə  Bakı 

şəhərinin  çirkli  ərazilərində  və  nəqliyyatın  intensiv  olduğu  yol  kənarlarında 

bitən zeytun və daş palıd ağaclarının  yarpaqları toplanmış və onların xlorofil 

qırmızı  flüoressensiya  spektrləri  çəkilərək  normal  şəraitdə  bitən  ağacların 

yarpaql


arı  ilə  müqayisə  edilmişdir.  Şəkil  4–də  ekoloji  cəhətdən  çirkli  hesab 

edilən  ərazidə  bitən  zeytun  ağacının  yarpağında  udma  spektri  (1)  və  xlorofil 

qırmızı flüoressensiya şüalanması spektri (2) çəkilmişdir. Spektrlər bütün hal-

larda yarpağın adaksial tərəfindən çəkilmişdir. Həyəcanlandırıcı şüaların dalğa 

uzunluğu  631  nm  olmuşdur.  Şəkil  4-dən  göründüyü  kimi  çirkli  ərazidə  bitən 

zeytun  ağacının  xlorofil  qırmızı  flüoressensiya  spektri  normal  şəraitdə  bitən 

zeytun ağacının yarpaqlarından çəkilmiş spektrdən tamamilə fərqlənir. Spektrin 

həm piklərində və həm də onların intensivliyində xeyli fərq alınmışdır. 

Xlorofil  flüoressensiyası  spektrinin  xarakteri  dəyişmiş,  690  nm  piki 

demək olar ki, tamamilə itmiş, 790 nm piki isə çox az qalmışdır. F690/F735 

nisbəti isə 0,62 olmuşdur. Bu nisbət normal şəraitdə bitən zeytun ağacı üçün 

0,69 olmuşdur. 

Eyni  təcrübələr  daş  palıd  ağacı  üçün  də  aparılmışdır.  Əvvəlcə  normal 

şəraitdə  bitən  palıd  ağacının  yarpaqlarında  xlorofil  qırmızı  şüalanmanın 

spektrləri  çəkilmişdir  və  bu  təcrübənin  nəticələri  şəkil  2  və  5-də  verilmişdir. 

Normal  şəraitdə  bitən  palıd  ağacının  yarpaqlarında  flüoressensiya  spektrinin 

hər iki piki müşahidə olunur – 689 nm və 736 nm. F690/F735 nisbəti isə 0,94 

olmuşdur.  Eyni  təcrübə  ekoloji  cəhətdən  çirkli  ərazi  hesab  edilən  ərazilərdə 

bitən palıd ağacının yarpaqlarında da aparılmışdır. 

 

72 




 

Şək. 4. Ekoloji çirkli ərazidə bitən zeytun ağacının yarpağında udma spektri (1) və xlorofil 

qırmızı  flüoressensiya  şüalanması  spektri  (2).  Spektrlər  yarpağın  adaksal  səthindən 

çəkilmişdir. 

 

Şək.  5.  Ekoloji  təmiz  ərazidə  bitən  daş  palıd  ağacının  yarpağında  udma  spektri  (1)  və 

xlorofil qırmızı flüoressensiya şüalanması spektri (2). Spektrlər yarpağın adaksal tərəfindən 

çəkilmişdir. Həyəcanlandırıcı şüaların dalğa uzunluğu 655 nm olmuşdur. 

 

Təcrübənin nəticələri şəkil 6-da verilmiş qrafikdə göstərilmişdir. Çirkli hesab 



edilən  ərazilərdə  bitən  palıd  ağacının  yarpaqlarında  çəkilmiş  flüoressensiya 

spektrləri normal şəraitdə bitən ağaclara nisbətən zeytun ağacında olduğu kimi elə 

də  kəskin  fərqlənmir.  Belə  ki,  çirkli  ərazidə  bitən  palıd  ağacının  yarpaqlarında 

xlorofil qırmızı flüoressensiya spektrində hər iki pik 690 nm və 730 nm müşahidə 

olunur.  Spektrin  xarakteri  də  dəyişmir.  Lakin  F690/F735  nisbəti  isə  0,53 

olmuşdur. Göründüyü kimi normal şəraitdə bitən palıd ağacında bu nisbət xeyli 

böyük olmuşdu – 0,94. Beləliklə, onu qeyd etmək lazımdır ki, flüoremetrlə çəkilən 

flüoressensiya spektrləri  ekoloji  çirkli  ərazilərdə bitən  ağaclarda  normal şəraitdə 

bitən ağaclara nisbətən xeyli dəyişikliklərə uğrayır. 

 

73 




 

Şək. 6. Ekoloji çirkli ərazidə bitən daş palıd ağacının yarpağında udma spektri (1) və xlorofil 

qırmızı  flüoressensiya  şüalanması  spektri  (2).  Spektrlər  yarpağın  adaksal  tərəfindən 

çəkilmişdir. Həyəcanlandırıcı şüaların dalğa uzunluğu 655 nm olmuşdur. 

 

Nəticələrin müzakirəsi 

Tilakoid  membranlarında,  xloroplastlarda,  bitki  toxumalarında  və  nəhayət, 

nativ yarpaqlarda təbii halda qeyd edilən xlorofil flüoressensiyası fotokimyəvi 

və qeyri-fotokimyəvi prosesləri öyrənmək üçün mühüm bir texnikadır və güclü 

vasitədir. Xlorofilin qırmızı flüoressensiya şüalanması bitkilərin müxtəlif stress 

halında,  yüksək  duzluluq,  temperatur  anomaliyalarında,  atmosfer  çirklənmə-

lərində və uzun işığın intensivliyinin aşağı olan (və ya qaranlıqda) hallarında 

yaxşı müşahidə olunur. Mövcud elmi ədəbiyyatlardan məlum olur ki, xlorofilin 

qırmızı  flüoressensiya  şüalanması  ətraf  aləmin  ekoloji  vəziyyətində  yaranan 

anomaliyaların monitorinqində mühüm parametr kimi çıxış edə bilər. Yüksək 

həssaslığa  malik  olan  xlorofilin  qırmızı  flüoressensiya  şüalanması  bitkilərdə 

məhsuldarlığın  əsasını  təşkil  edən,  onların  böyüməsini  və  normal  mövcud 

olmasını təmin edən fotosintez prosesi ilə əlaqədardır. Başqa sözlə fotosintez 

prosesinin  əsas  iştirakçısı  xlorofil  və  ona  köməkçi  olan  piqmentlərin 

tərkibindən,  miqdarından  və  strukturlarından  asılıdır.  Fotosintez  prosesində 

əsas  reaksiya  mərkəzi  PSII-nin  struktur  və  funksiyasının  tədqiqində  xlorofill 

flüoressensiyasının  əsas  parametrlərindən  istifadə  edirlər.  Bu  parametrlərə 

'

F



F

 

– 



flüoressensiya intensivliyi uyğun olaraq qaranlığa və işığa adaptasiya 

edilmiş  yarpaqlarda, 

'

0

0



F

F

  – 


minimal  flüoressensiya  qaranlıqda  və  işıqda 

uyğun  olaraq, 

'

,

υ



υ

F

F

 

– 



variyasiya  flüoressensiyası  qaranlıq  və  işıqda  uyğun 

olaraq, 


m

'

m



F

– 

maksimal flüoressensiya qaranlıqda və işıqda uyğun olaraq, 



'

'

'



F

F

F

m

q

=



 

flüoressensiya  fərqi, 



m

F

/

υ

  PSII-nin maksimum kvant 



effektivliyi və s. Bu parametrlərin hər biri fotosintez prosesinin bu və ya digər 

mərhələsinin  funksional  göstəricisidir.  Bu  göstəricilərdən  biri  də  F690/F730 

nisbətidir  ki,  onun  artması  və  ya  azalması  fotosintezin  xlorofil  kompleksinin 

mühüm  göstəricisidir.  Bu  nisbətin  artması  və  ya  azalması  ilə  yarpaqlarda 

xlorofil tərkibinin necə dəyişməsini izləmək olur. Məsələn, F690/F730 nisbəti 

normal ərazidə bitən zeytun ağac üçün 0,69, çirkli ərazidə bitən zeytun ağacı 

 

74 



üçün 0,62 olmuşdur. Daş palıd ağacı üçün F690/F730 nisbəti normal ərazidə 

bitən  üçün  0,94,  çirkli  ərazidə  bitən  üçün  0,53  olmuşdur.  Təcrübələrin 

nəticələri ilk növbədə onu göstərir ki, çirkli ərazilərdə bitən zeytun ağaclarında 

flüoressensiya  spektri  normal  ərazilərdə  bitənlərlə  müqayisədə  F690/F730 

nisbəti az fərqlənir. Lakin daş palıd ağacında bu nisbət xeyli fərqlənir. Bu isə 

onu  göstərir  ki,  daş  palıd  ağacı  zeytun  ağaclarına  nisbətən  ətraf  mühitin 

çirklənməsinə  daha  həssasdır.  Zeytun  ağacları  çirklənmə  dərəcəsindən  asılı 

olmayaraq  öz  xlorofil  tərkibini  normal  saxlaya  bilir,  lakin  palıd  ağacının 

yarpaqlarında  xlorofil  tərkibi  mühüm  dəyişikliyə  uğrayır.  Nəticə  olaraq  onu 

qeyd  etmək  olar  ki,  flüoressensiya  şüalanmasının  parametrləri  ətraf  mühitin 

ekoloji  monitorinqində  bir  komponent  kimi  istifadə  oluna  bilər  və  riskin 

qiymətləndirilməsində faydalı ola bilər. 



 

ƏDƏBİYYAT 

1.

 



Флора Азербайджана. Баку: АН Азерб., 1952, т.III, с.102. 

2.

 



Флора Азербайджана. Баку: АН Азерб., 1957, т.VII, с.75, 78. 

3.

 



Artur S. Gouveia-Netoet al.2010.Abiotic Stress Diagnosis via Laser Induced Chlorophyll 

Fluorescence Analysis in Plants for Biofuel http://cdn.intechopen.com/pdfs/20054/InTech-

Abiotic_stress_diagnosis_via_laser_induced_chlorophyll_fluorescence_analysis_in_plants_

for_biofuel.pdf 

4.

 

AbouKheira, A. A., Atta, N. M. M. (2009). Response of Jatrophacurcas L. to water deficits: 



yield, water use efficiency and oilseed characteristics. Biomass and Bioenergy, vol. 33, No. 

10, pp. 1343-1350, 0961-9534 

5.

 

Agati, G. (1998). Response of the in vivo chlorophyll fluorescence spectrum to 



environmental factors and laser excitation wavelength. Pure and Applied Optics, vol. 7, No. 

4, pp. 797-807 0963-9659 

6.

 

Allakhverdiev, S.I., Murata, N. (2008). Salt stress inhibits photosystem II and I in 



cynobacteria. Photosynthesis Research, vol. 98, pp. 529-539, 1573-5079 

7.

 



Bidel L., Meyer S. et al. Responses of epidermal phenolic compounds to light acclimation: 

in vivo qualitative and quantitative assessm

ent  using  chlorophyll  fluorescence  excitation 

spectra in leaves of three woody species. Journal of Photochemistry and Photobiology. B, 

2007, Biology, 88, 163-179 

8.

 



Govindjee, A. J Sixty-three years since Kautsky chlorophyll a fluorescence, Aust. J. Plant 

Physiol., 1995, 22, 131-160 

9.

 

Krause G. H. and E. Weis, Chlorophyll fluorescence and photosynthesis: the basis, Annu. 



Rev. Plant Physiol. Plant Mol. Biol., 1991, 42, 313-349. 

10.


 

Kochubey S.M.,Shadichina T.M., and Odinoky N.S. 1986. Judgment of the nitrogen 

deficiency of crop plants by means of spectrofluorescence of leaves // Physiology and 

Biochemistry of Crop Plants, 18, 35-39 

11.

 

Lichtenthaler H.K. and Buschmann C, Chlorophyll fluorescence spectra of green bean 



leaves // J. Plant Physiol., 1987, 129, 137-147 

12.


 

Lichtenthaler H.K and Rinderlr U., 1988. The role of chlorophyll fluorescence in the 

detection of stress conditions in plants. CRC Critical Reviews in Analytical Chemistry, 19, 

Suppl. İ. S. 29-85 

13.

 

Lichtenthaler H.K. Applications of chlorophyll fluorescence in stress physiology and 



remote sensing. İn: Applications of Remote Sensing in Agriculture, 1990, pp. 287-305. 

14.


 

Maurya R and R. Gopal, “Laser-induced fluorescence ratios of Cajanuscajan L. under the 

stress of cadmium and its correlation with pigment content and pigment ratios,” Applied 

Spectroscopy, vol. 62, no. 4, pp. 433-438, 2008. 

15.

 

Nagel E.M., Buschmann, C. and Lichtenthaler H.K., 1987, Photo acoustic spectra of 



needles an indicator for the activity of the photosynthetic apparatus of healthy and damaged 

conifers. Physiol. Plantarum, 70, 427-437. 

 

75 



16.

 

Thach L. B., Shapcott A., Schmidt S., Critchley C. The OJIP fast fluorescence rise 



characterizes Craptophyllum species and their stress responses // Photosynthesis Research, 

2007, May, vol. 94, no. 2. P. 423-436. 

17.

 

Volgusheva  A. A., Yakovleva O. V., Konyukhov I. V.  Analysis of the chlorophyll 



fluorescence parameters in the bark chloroplast of poplar from different areas of Ulan 

Bator, MCE 2009, v. 2, pp. 180-197 

 

ЭКОЛОГИЧЕСКИЙ МОНИТОРИНГ С ИСПОЛЬЗОВАНИЕМ 

ФЛУОРЕСЦЕНТНОГО ОБЛУЧЕНИЯ ХЛОРОФИЛЛА ЛИСТЬЕВ  

QUERCUS ILEX L. И OLEA EUROPEA L., ПРОИЗРАСТАЮЩИХ  

НА ТЕРРИТОРИИ АБШЕРОНА 

  

Б.Т.ГАФАРОВА, А.О.МАМЕДОВА, И.С.АХМЕДОВ 

 

РЕЗЮМЕ 

 

В  исследованиях  был  проведен  сравнительный  анализ  флуоресцентного  спектра 



хлорофилла листьев вечнозеленых растений, произрастающих в реальных экологически 

загрязненных  средах  Абшерона  в  зависимости  от  экологического  состояния  окружаю-

щей среды. В экспериментах использованы образцы  листьев Оlea europea L. и Quercus 

ilex  L


.,  произрастающих  на  участках  территории,  значительном  отличающихся  по  сте-

пени  загрязненности.  У  листьев  растений,  произрастающих  в  нормальных  экологи-

ческих  условиях,  спектрах  хлорофилла  красной  флуоресценции,  были  получены  два 

пика 690 нм и 735 нм, и было определено соотношение F690/F735. На основе изменений 

этих  соотношений  были  оценены  физиологическое  состояние  деревьев  и  хлоро-

филльный состав листьев.  

 

Ключевые  слова:  биоиндикация,  спектр  флуоресценции  хлорофилла,  экологи-

ческая оценка. 



 

THE ENVIRONMENTAL MONITORING BY CHLOROPHYLL FLUORESCENCES 

RADIATION ON THE LEAVES OF QUERCUS ILEX L. AND OLEA EUROPEA L. 

PLANTS IN THE ABSHERON REGION 

 

B.T.GAFAROVA, A.O.MAMMADOVA, I.S.AHMADOV 

 

SUMMARY 

 

The present work presents a comparative analysis of the  dependences  of  chlorophyll 

fluorescence quenching on  the  leaves of evergreen trees growing in real terms of 

environmental pollution on the ecological conditions of the environment.  The experiments 

used  the leaves of olive and stone oak trees from the areas significantly different for  their 

degrees of contamination. The in vivo chlorophyll fluorescence spectra of plant leaves growing 

in normal physiological conditions show two fluorescence maxima, one in the spectral region 

near 690 nm and the other in the region near 730 nm and the F690/F735 ratio was calculated. 

According to the physiological status of the change by the rate of F690F735, the chlorophyll 

contents of the leaves of the given trees were appreciated. 



 

Key words: bioindication, chlorophyll fluorescence spectra, environmental assessment 

 

 



Redaksiyaya daxil oldu: 22.05.2014-cü il. 

Çapa imzalandı: 11.06.2014-cü il. 

 

76 



Yüklə 95,14 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə