Baki universitetiNİn xəBƏRLƏRİ №2 Təbiət elmləri seriyası



Yüklə 93,88 Kb.
Pdf görüntüsü
tarix18.04.2018
ölçüsü93,88 Kb.
#39209


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2    

 

Təbiət elmləri seriyası 

 

 

2015 

 

 

 

 

COĞRAFİYA 

 

 

UOT 631.44.4 

 

KOSMİK ŞƏKİLLƏRİN TƏHLİLİ İLƏ TALIŞ DAĞLARI 

LANDŞAFTLARININ  DİNAMİKASINA MEŞƏ YANĞINLARININ 

TƏSİRİNİN ÖYRƏNİLMƏSİ  

 

Y.Ə.QƏRİBOV, N.S.İSMAYILOVA,  Ş.S.İSMAYILOV 

Bakı Dövlət Universiteti 

yaqub.qaribov@mail.ru 

nigar.ismayilova@mail.ru 

ismshahriyar@gmail.com 

 

Məqalədə  Talış  dağları  landşaftlarının  sürətli  dinamikasına  meşə  yanğınının  təsiri  və 



kosmik şəkillərdən alınan məlumatlar əsasında təhlili verilmişdir. Əhalinin sürətli artımı, təbii 

resursların nizamsız istismarı və müntəzəm baş verən meşə yanğınlarının sayını artırmış, nə-

ticədə  antropogen  mənşəli  təkrar-törəmə  modifikasiyaların  payı  artmış,  landşaftların  antro-

pogen dinamikasını sürətləndirmişdir. 

 

Açar  sözlər:  Landşaft,  landşaftın  dinamikası,  Hirkan  Milli  parkı,  Landsat,  süni  peyk, 

kosmik şəkil, peyk təsvirləri, məsafədən zondlama, meşə yanğını, antropogen transformasiya

 

Meşə  yanğınları ümumbəşəri ekoloji problemlər kimi XXI əsrdə diqqət 



mərkəzində duran və bəşəriyyəti narahat edən mühüm məsələdir. Artıq Qərbi 

Avropanın inkişaf etmiş ölkələrində onun qarşısının alınması üçün ciddi elmi-

strateji  tədbirlər  hazırlanır.  Azərbaycan  Respublikasında  da  bu  problemlərin 

həlli üçün ciddi tədbirlər görülməlidir.   

Lokal  problemlər  Yer  kürəsinin  bir  sıra  yerlərində  eyni  xarakter  daşı-

dıqda  qlobal  problemə  çevrilir.  Respublikamızın  yüksək  dərəcədə  mənimsə-

nilmiş dağətəyi və alçaq dağlıq regionlarında, o cümlədən də Talış dağlarında 

təbii  landşaftlarının  antropogen  modifikasiyasında  mövcud  olan  xoşagəlməz-

liklər qlobal problemlərə  yol verməkdədir. Meşə landşaftlarının günü-gündən 

deqradasiyasıyla  yerini seyrək meşə və  ya çılpaqlaşmış ərazilərlə əvəzləməsi, 

əhalinin sürətlə artması və seliteb komplekslərinin konturlarının genişlənməsi 

mövcud ərazidə əsas ciddi problemli dəyişkənliklərə səbəbdir.  

Son yüzillikd

ə  Azərbaycanda  meşə  landşaftlarının  sahəsinin sürətlə 

 

144 



azalmasında  Lənkəran vilayətinin də  faiz göstəricisi az deyil. 1984-cü ildə 

Az

ərbaycanda meşələrin sahəsi 11,8% (1213700 ha) idisə indi bu rəqəm təq-



rib

ən 10% qiymətləndirilir ki, bu rəqəm də inandırıcı deyil, çünki hələ tam qaz 

il

ə  təmin olunmayan kəndlərin enerjiyə  olan  tələbatı  oduncaq  ilə  ödənilir. 



2010-

ci  il  hesabatında  FAO  dünya  meşələrinin ümumi sahəsini 4 mlrd ha, 

adam  başına  düşən  meşə  sahəsini isə  0,6 ha dəyərləndirmişdir.  Hesabatda 

Az

ərbaycan meşə ərazisi 936 min ha



 

sah


ə ilə dünya ölkələri sırasında 125-ci 

yerd


ə  durur  [4].  Hirkan  meşələrinin  əsas təhlükə  mənbəyi  kimi,  meşələrin 

odun


caq olaraq qırılması gizli fakt deyil. 20-21 illik fasilədən sonra Lənkəran 

inzibati rayonunun G

ərmətük və Hirkan qəsəbələri, o cümlədən, Boladi, Şürük, 

Moğonojoba, Türkəkəran, Səpnəkəran, Bürcəli, Daşdaliqcar, Balaşürük, Tütə-

peştə; Astara inzibati rayonunun isə Siyatük, Şuvaş və Təngərüd kəndinin yeni 

yaşayış massivi ötən yaxın ildə təbii qaz ilə təmin olunmuşdur. 2009-2013-cü il 

üçün regionların iqtisadi-inkişafı planına əsasən ölkə ərazisinin 85%-i, Astara 

v

ə  Lənkəran  rayonlarının  isə  100%-i  qazlaşdırılacaqdı.  Sual  doğur.  21  ildir 



elektrik enerjisinin fasil

ələrlə verildiyi bu yaşayış yerlərində əhali enerjiyə olan 

t

ələbatlarını meşələri qırmaqla ödəyir, nəticədə seyrək meşələrin arealı artır [5; 



8]. 

Ölkədə  müxtəlif  növ  tələbatın  ödənilməsi  məqsədi  ilə  qanunsuz  olaraq 

qırılan meşələr üçün 2014-cü ildən yanğın hadisəsi kəskin problemə çevrildi. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi mətbuatla iş sektorunun cari ildə ölkə 

ərazisində  baş  verən  meşə  yanğınları  barəsində  yayımladığı  xəbərlər,  hətta 

sosial  şəbəkələrdə  də  müzakirə  mövzusuna  çevriləcək  qədər  narahatçılıq 

doğurdu. Belə ki, 2014-cü ilin avqust ayında qeydə alınan yanğın hadisələrinin 

sayı  20-yə  yaxın  olmuşdur  ki,  bunun  da  12-si  Lənkəran  vilayətində  baş  ver-

mişdir. Verilən rəqəmlərin təhlili göstərir ki, ümumilikdə ölkə ərazisində 76.6 

ha  ərazidə  yanğın  hadisəsi  baş  vermişdir  və  bunun  yalnız  21.8  ha  sahəsi 

meşələrin payına düşmüşdür (cədvəl 1). Statistik rəqəmlərdə daim olan yanlış-

lıqlar  sonda  fəlakətlərlə  nəticələnir.  “Landsat  8”  peykindən  əldə  olunmuş 

kosmik təsvirləri təhlil etdikdə nazirliyin verdiyi yanmış ərazilərin sahəsi infor-

masiyası özünü doğrultmur. Belə  yanlış hesablamalar sonda təbii fəlakətlərin 

geniş vüsət almasına zəmin yaradır. Təkcə Hirkan Milli Parkının Piran kəndi 

yaxınlığındakı  yanğın  (200  ha)  ölkə  ərazisində  cari  ildə  baş  verən  yanğınlar 

ümumi sahəsindən (76.6 ha) üç dəfəyə qədər çoxdur. Meşə səhəsi günü-gündən 

azalan ölkə üçün bu rəqəmlər kifayət qədər böyükdür ki, artıq bu barədə ciddi 

addımlar atmağın vaxtıdır. Yanğınların çoxunun ilin isti fəslində baş verməsi 

yanğın  səbəblərinin  istirahətə  gələn  turistlərin  ehtiyatsızlığı  ucbatından  baş 

verə bilməsi ehtimal olunsa da, eyni zamanda kustar üsuluyla qanunsuz kömür 

ticarəti  məqsədi  ilə  də  yandırılması  faktı  aşkar  olunmuşdur.  Hesablamalara 

görə, bu il baş verən yanğınların çox böyük əksəriyyəti ilkin olaraq bələdiyyə 

torpaqlarında,  fermer  təsərrüfatlarında  və  heyvandarların  məskunlaşdığı  otlaq 

sahələrində, bir sözlə insanların ehtiyatsızlığı nəticəsində baş verib, sonradan 

meşə ərazisinə və milli parklara keçib. 

 

145 



 

Cədvəl 1 



2014-

cü ildə ölkə ərazisində baş vermiş yanğın hadisələri 

Ərazi 



Yanğın baş verdiyi landşaft 

Y

anğı



üm



um

sa



si

, h



O

 cü



m

ləd


ən

 m



ə 

sa



si

ha



 

qeyd 


1  Lerik 

heyvandarların məskunlaşdığı otlaq 

sahələri 

10 


  



Masallı 

çay vadisindəki qurumuş kol-kos 



  



Oğuz 


biçənək və otlaq sahəsi 

12 


  



Şəki 

meşə sahəsi 



  



Gədəbəy 


kol-kos, quru yarpaq örtüyü 



  

Hirkan Milli Parkı  quru otlaq və biçənək sahələri, kol-kos 



15 

5.3 


6 dəfə 

Şahdağ Milli Parkı  heyvandarların məskunlaşdığı otlaq 



sahələri, biçənək sahələri 

23 


2 dəfə 


Zaqatala Dövlət 

Təbiət Qoruğu 

meşə  


0.5 


  

Türyançay Dövlət 



Təbiət Qoruğu 

çay vadisində otlaq sahəsi 

2.6 



  



cəmi 

76.6 


21.8 

  

 



Kosmos əsri, informasiya cəmiyyəti, yüzlərlə lokal və ondan doğan qlo-

bal  problemlərlə  yaşayır.  Əbəs  yerə  deyil  ki,  son  dövrlər  neqativ  və  pozitiv 

ideaların əvvəlində bu fikirlərə çox rast gəlirik. 1954-cü ilin 4 oktyabr tarixində 

dünya ölkələri arasında ilk dəfə olaraq keçmiş SSRİ tərəfindən ilk və müstəqil 

olan "Sputnik-

1" adlı Yerin ilk süni peyki orbitə buraxılmışdır. Bu tarix bəşə-

riy

yətin kosmik erasının başlanğıcı sayılır. Buna baxmayaraq ilk kosmik foto-



şəkil İkinci Dünya müharibəsi bitəndən az sonra, 1946-cı ilin 24 oktyabr tari-

xində  Almaniyanın  “V-2”  ballistik  raketindən  alınmışdır.  Bu  isə  kosmik təd-

qiqatların  başlanığıcı  sayıla  bilər  [1; 9].  Təəssüfləndirici  hal  isə  bundan  iba-

rətdir ki, hər iki nailiyyət soyuq və odlu müharibələrin nəticəsi olmuşdur. SSRİ 

məlumatların havadan sürətlə göndərilməsinə nail olduğu halda ABŞ bu sürətin 

yerüstü  yollarını  axtarırdı.  İnformasiyanı  sürətlə  ötürmək  üçün  fərdi  şəkildə 

işləyən  komputerləri  birləşdirmək  və  məlumat  mübadiləsini  həyata  keçirmək 

istəyirdi. Uzun illər davam edən gərgin əmək və çoxlu tədqiqatlardan sonra 29 

oktyabr 1969-

cu  ildə Kaliforniya  Universitetindəki  laboratoriyaların  birində 

alimlər  iki  kompüteri  vahid  sistemdə  birləşdirə  bildilər.  Bu  tarix  internetin 

dünyada il

k dəfə meydana gəldiyi tarix və informasiya əsrinin başlanğıcı hesab 

olunur.  İnsanda  mübarizlik  kimi  fərdi  keyfiyyət  qarşısında  duran  maneədən 

doğur. Bu səbədən də bəşər cəmiyyəti durduqca problemlər də artır. Kosmos-

informasiya-

problem  üçbucağı,  dəqiq  tədqiqat,  təhlillər  və  yekunda  düzgün 

 

146 




proqnoz müasir dövrdə Yer elmlərinin qarşısında duran ən mühüm məqsəddir. 

Hazırda kosmik tədqiqatlar Yer elmlərinin bütün sahələrində inkişaf etmişdir. 

Ölkəmizdə də bu məsələyə ciddi önəm verilməlidir.  

 

 



Şək. 1. Landşaft peyklərindən vaxtaşırı çəkilmiş kosmik şəkillərə əsasən 

landşaftın dinamikasının müqayisəli təhlili (Lerik-Lənkəran ərazisi) 

 

 

147 




Hazırda kosmik müşahidələri həyata ke-

çirən yüzlərlə süni peyklər Yer ətrafında dövr 

et

məkdədir. 



GeoEye-1, WorldView-1, 

WorldView-2, WorldView-3, Pleiades-1A, 

Pleiades-1B, QuickBird, IKONOS, SkySat-1, 

SkySat-2, SPOT-6, SPOT-7, RapidEye, 

LANDSAT  7  ETM+,  LANDSAT  8  yüksək 

keyfiyyətli  peyk  şəkilləri  üzrə  ixtisaslaşmış 

hazırda  yaxın  orbitdə  olan  belə  süni  peyk-

lərdəndir. Komsik tədqiqatları həyata keçirmək 

üçün  dünyanın  bir  sıra  inkişaf  etmiş  ölkələri 

sıçrayışla  nailiyyətlər  əldə  etmişlər.  Təkcə  ən 

son  yenilik  olaraq,  Yer  çəkilişi  ilə  ixtisaslaş-

mış,  hamımızın  yaxşı  bildiyimiz  GoogleEarth 

təsvirlərini çəkən ABŞ-ın “DigitalGlobe” kor-

po

rasiyasının  14  avqustda  səmaya  buraxdığı 



“WorldView-3” 

müşahidə peykinin multispek-

tral  (rəngli  təsvir  -  1.24  m  dəqiqlik)  və  pan-

xromatik (rəngsiz təsvir -0.31 m dəqiqlik) təs-

vir

ləri  özünün  dəqiqlik  dərəcəsinə  görə  daha 



çox fərqlənir [10]. Kommersial xidmət olduğu 

üçün  bir  qədər  elmi  təqdiqatlar  baha  başa 

gəldiyindən  alternativ olaraq ABŞ-ın  Kosmik 

Tədqiqatlar İnstitutu (NASA) və Geoloji Araş-

dırmalar  Mərkəzinin  (USGS)  müşahidə  peyk-

lərindən əldə olunan təsvirlər elmi-tədqiqat iş-

lərində mühüm rol oynayır. USGS-nin 42 illik 

ənənəyə malik Landsat proqramı kənd təsərrü-

fatı,  kartoqrafiya,  geologiya,  meşəçilik,  regio-

nal  planalma,  gizli  müşahidə  və  təhsil  kimi 

ümdə məsələləri özündə cəmləşdirir. Landsaft 

missiyası bu günə qədər 19 mln kosmik çəkiliş 

ar

xivini istifadəçilərə təqdim etmişdir ki, bun-



lar:  su  resurslar,  torpaq  örtüyü  və  istifadəsi, 

bio


müxtəliflik,  kənd  təsərrüfatı  proqnozları, 

meşəçilik  və  meşələrin  idarəçiliyi,  iqlim  elm-

ləri və dəyişkənliyi, universitet və kolleclərdə 

təhsil, ekologiya, ekosistem elmləri və monito-

rinqi o cümlədən, proqram təminatlarının inki-

şafı mövzularında mühüm məlumat mənbəyinə 

çevrilmişdir.  İlk  “Landsat  1”  müşahidə  peyki  23  iyul  1972-ci  ildə  səmaya 

buraxılmışdır və 11 fevral 2013-cü il tarixdə “Landsat 8” peyki uğurlu Landsat 

proqramını davam etdirmək üçün səmaya buraxıldı. Multispektral dəqiqliyi 30 

 

148 




m,  panxromatik  dəqiqliyi  isə  15  m  olan  “Landsat  8”  kosmik  təsvirləri  Yer 

səthində  baş  verən  dəyişiklikləri  məsafədən  zondlama  (distansion  tədqiqat  - 



remote sensing) üsu

lu ilə müəyyən etməyə imkan verir. Müşahidə zamanı Yer 

səthindəki  obyektlər  özlərinin  fiziki  xüsusiyyətlərinə  görə  əks  etdirdikləri 

elektromaqnit şüalar fərqli çalarlar yaradır. Hər obyektin parlaqlıq əmsalı onun 

deşifrə olunmasına imkan verir [1; 2; 7].  

NASA-


nın  vaxtaşırı  çəkdiyi  peyk  təsvirlərinin  xronologiyasıına  nəzər 

yetirdikdə  məlum  olur  ki,  Piran  ərazisində  baş  vermiş  güclü  yanğın  20  iyul 

tarixində başlamış və 23 iyul tarixinədək davam etmişdir (şəkil 2) [12]. Son bir 

neçə ay ərzində vaxtaşırı çəkilmiş Landsat peyk şəkillərinin müqayisəli təhlili 

isə onu göstərir ki, ərazidə  yanğın ciddi fəsad törətmişdir. Təsvirlərdə 6 əsas 

yanğın mərkəzi görünməkdədir ki, bunun 4-ü kompakt xarakter daşıyır. Yanğın 

Hirkan Milli Parkının nüvə və yeni əlavə olunmuş şimal hissəsi, Masallı və Cə-

lilabad  inzibati  rayonlarının  Alaşar-Burovar  silsiləsi  üzərindəki  meşə  mas-

sivlərində baş vermişdir. Təhlil, hesablamalar və müqayisə göstərir ki, həmin 

altı yanğın mərkəzləri də daxil olmaqla ümumi yanğın sahəsi nazirlik tərəfin-

dən  ilkin  hesablamalara  görə  31.9  ha  verilmişdir.  Lakin  “Landsat  8”  kosmik 

şəklindən alınan məlumatda təkcə bu altı yanğın sahəsində 430 ha ərazi külə 

çevrilmişdir  (cədvəl  2).  Böyük  qismini  meşələr  təşkil  edən  yanğının  yarıya 

qədərini Piran meşəbəyliyinin yanan ərazisi təşkil edir. Burada yanmış ərazinin 

sahəsi 200 ha-dan artıqdır ki, bu Xanbulan su anbarından iki dəfə böyük sahə 

deməkdir.  Kosmik  şəkillərin  verdiyi  məlumatlarda  məlum  olur  ki,  yanğının 

sürətli  olmasına  səbəb  güclü  cənub  və  şərq  küləkləri  olmaqla  yanaşı,  həmin 

ərazilərin  qanunsuz  olaraq  seyrəkləşdirilməsindən  irəli  gəlir  və  yanğın 

meşələrin  sıx  olduğu  yerlərdə  konturlarını  dəyişir.  Bir  şeyi  də  qeyd  etmək 

yerinə  düşər  ki,  əksər  qanunsuz  meşə  qırma  prosesi  dağların  kənd  yollarına 

baxan yamaclar

ın arxa-görünməyən hissəsini təşkil edir. Piran meşəbəyliyində 

baş verən yanğının sürətli olması ərazinin seyrək meşə və törəmə meşə-koldan 

ibarət olması da mühüm rol oynamışdır. Relyefin keçilməzliyi və külək də əsas 

maneələrdən biri olub. “Landsat 4” (1989) və “Landsat 8” (2014) kosmik şəkil-

lərinin  müqayisəsi  eyni  zamanda  meşəsizlşdirmə  probleminin  bu  ərazidə 

sürətlə  getdiyini  göstərir  (şəkil  1).  Həmçinin  əhali  artımı  ilə  əlaqədar  seliteb 

komplekslərinin  konturlarının  da  sürətli  artımı  müşahidə  olunur.  Bu  əsasən 

Lənkəran-Digah-Şiləvar  seliteb  komplekslərinin  konturlarının  birləşməsində 

özünü  dolğun  göstərir.  Bundan  əlavə  müxtəlif  fəsilləri  əhatə  edən  çəkilişlər 

Xanbulançay  su  anbarının,  həcminin  mövsimi  dinamikasını  sezmək  müm-

kündür.  Lənkəran  ovalığıında  yaxın  bir  il  ərzinda  nəzərəçarpan  ən  böyük 

dəyişklik Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yeni avtomobil 

yolu layihəsi çərçivəsində inşa olunan 27.5 m enlikdə birinci dərəcəli magistral 

yol zolağıdır [7; 11; 13; 14; 15]. 

 

 



149 


Cədvəl 2  

Lənkəran vilayətində baş verən yanğın ocaqları 



İnzibatı 

Rayon 

Yanğın 

mərkəzi 

Ərazi 

Landşaft 

örtüyü 

Tarix 

Nazirlikdən 

verilən ilkin 

hesablama 

sahəsi (ha)  

Kosmik 

şəkildən 

alınan 

faktiki 

sahə 

(ha) 

Masallı 



Davda 

Dadva balədiyyəsi 

17 mart 2014 



0.2 

  



Lerik 

Rezvan 

Hirkan Milli 

Parkı  

meşə  

21 iyul 2014 

10 

40 



Lerik 

Piran 

Hirkan Milli 

Parkı  

meşə  

21 iyul 2014 



200 

Lerik 



dağlıq ərazi  Hirkan Milli Parkı  

meşə  


21 iyul 2014 

2.5 


  

Lənkəran 



Haftoni 

Hirkan Milli Parkı  

meşə  

22 iyul 2014 



0.2 

  



Lənkəran 

Haftoni 


Hirkan Milli Parkı  

meşə  


29 iyul 2014 

  





Cəlilabad 

Göytəpə 

Göytəpə 

meşəbəyliyinin  



30 iyul 2014 

1.5 

34 



Lənkəran 

Yuxarı 

Nüvədi 

Hirkan Milli 

Parkı  

sahə  

4 avqust 2014 

0.03 

12 



Masallı 

Qəriblər 

Qəriblər 

meşəbəyliyi 

kollu-

çəmən 

10 avqust 2014 



125 

1



Lənkəran 

Sefidor 


Hirkan Milli Parkı  

13 avqust 2014 



0.5 

  

1





Lənkəran 

Sefidor 

Hirkan Milli 

Parkı  

quru çöl və 

kolluq 

28 avqust 2014 



19 

1



Cəlilabad 

Cəlilabad 

Cəlilabad 

meşəbəyliyinin  

ərazidə quru 

ot və kol 

örtüyü 

29 avqust 2014 



  

cəmi 



31.93 

430 


 

Nəticədə görmək olur ki, məsafədən zondlama qısa zaman ərzində kame-

ral  şəraitdə  monitorinq  aparmaq  imkanlarını  verməklə  yanaşı  informasiyanın 

dəqiqliyini  təmin  edir.  Bildiyimiz  kimi  8  fevral  2013-cü  il  tarixində  geo-

stasionar  orbitə  buraxılmış  “Azərspace-1”  peyki  ölkəmizdə  kosmos  erasına 

giriş idi. Rabitə peyki olan “Azərspace-1” eyni zamanda bir sıra funksiyaları da 

yerinə  yetirə bilməkdədir. Azərbaycan hökuməti tərəfindən 3 may 2010-cu il 

tarixində  yaradılmış  və  Qafqazda  ilk  peyk  operatoru  “Azərkosmos”  Açıq 

Səhmdar Cəmiyyəti bu peykin imkanlarını öz müştərilərinə xidmət etməkdədir. 

“Azərkosmos” milli təhlükəsizlik və iqtisadi mənfəət baxımından böyük əhə-

miyyət kəsb edən məsafədən zondlama və yerin müşahidəsi peyklərinin orbitə 

çıxarılmasına xüsusi  diqqət  ayırır.  Hazırkı  mərhələdə  aşağı  orbitə  çıxarılacaq 

məsafədən zondlama peykinin imkanlarının monitorinq Azərbaycanda istifadə 

istiqamətlərinin  öyrənilməsi  üzrə  yerli  və  xarici  bazarlara  dair  araşdırmalar 

apa

rılmış və peykin texniki parametrlərinin müəyyən edilən tələblər əsasında 



qu

rulması üçün işlərə başlanılmışdır və aşağıdakı istifadə imkanlarını planlaş-

dırılır: 

 

150 




– 

Kənd təsərrüfatı üzrə tədqiqat və dəyərləndirmə  

– 

Ətraf mühitin mühafizəsi üzrə nəzarət  



– 

Xəritəçəkmə, geodeziya və şəhərsalma 

– 

Daşınmaz əmlak məsələlərinin həll edilməsi  



– 

Nəqliyyat və rabitə infrastrukturunun dəstəklənməsi  

– 

Dənizdə və quruda neft tədqiqatlarının aparılması  



– 

Neft dağılmalarının miqyasının qiymətləndirilməsi  

– 

Fövqəladə hallar və təbii fəlakətlər zamanı dəstək  



– 

Strateji infrastruktur obyektlərinin monitorinqi  

– 

Milli və regional təhlükəsizliyin təmin edilməsi  



Ümid edək 2017-ci ildə aşağı orbitə buraxılacaq “Azərspace-2” peyki 

sadalanan imkanları təqdim edəcək və zəruri elmi-tədqiqat işlərinin həyata 

keçirilməsində yaxından iştirak edəcəkdir [6]. 

 

ƏDƏBİYYAT 

1.

 

Süleymanov E.S, Abdullayev İ.A., Axundov R.Ə. Kosmosdan axtarışlar. Bakı: Elm, 1980 



2.

 

Mehdiyev A.Ş., İsmayılov A.İ. Coğrafi İnformasiya Sistemləri “Müəllim” Bakı, 2010 



3.

 

Global Forest Resources Assessment 2010 Main Report Food and Agriculture 



Organization of the United Nations Rome, 2010 

4.

 



http://astara-

ih.gov.az © Astara Şəhər İcra hakimiyyəti 

5.

 

http://azercosmos.az 2011-2014 © Azercosmos OJSCo 



6.

 

http://landsat.usgs.gov U.S. Geological Survey 



7.

 

http://lenkeran-



ih.gov.az/ © Lənkəran Şəhər İcra hakimiyyəti 

8.

 



http://www.airspacemag.com AIR & SPACE/Smithsonian Magazine 

9.

 



http://www.digitalglobe.com/ ©2014 DigitalGlobe, Inc. 

10.


 

http://www.eco.gov.az/last.php Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2005-2014© 

11.

 

https://earthdata.nasa.gov Earth Observing System Data and Information System 



(EOSDIS) 

12.


 

http://www.gomap.az Copyright © 2010-

2013 Mədəniyyət və Turizm Nazirliyi 

13.


 

Topoqrafik xəritə Lənkəran - J-39-38, 1:100 000, 1991 

14.

 

Topoqrafik xəritə Astara - J-39-50, 1:100 000, 1980 



 

ИССЛЕДОВАНИЯ ДИНАМИКИ ЛАНДШАФТОВ ПОД ВЛИЯНИЕМ ЛЕСНЫХ 

ПОЖАРОВ В ТАЛЫШСКИХ ГОРАХ НА ОСНОВЕ КОСМИЧЕСКИХ СНИМКОВ 

 

Я.А.ГАРИБОВ, Н.С.ИСМАИЛОВА, Ш.С.ИСМАИЛОВ 

 

РЕЗЮМЕ 

 

В статье анализируются динамика лесных ландщафтов под влиянием природных 

пожаров в Талышских горах, на основе анализа. Установлено, что в локальных регионах 

лесные пожары образуют различные  вторичные модификации уничтожая органический 

мир и меняют продуктивность ландшафта.  

 

Ключевые  слова:  ландшафт,  динамика  ландшафта,  Гирканский национальный 

парк,  искусственный спутник,  спутниковая  фотосъёмка,  дистанционное  зондирование 

Земли (ДЗЗ), лесной пожар, антропогенное воздействие. 

 

 

151 




WILDFIRE IMPACTS ON THE DYNAMICS OF THE LANKARAN REGION 

LANDSCAPES AND ITS ANALYSIS ON THE DATA OF SATELLITE IMAGERY  

 

Y.A.GARIBOV, N.S.ISMAYILOVA, Sh.S.ISMAYILOV 

 

SUMMARY  

 

The article deals with the wildfire impacts on the rapid dynamics of the Lankaran region 

landscapes and its analysis on the data of satellite imagery. Population growth, sustainable use 

of natural resources and  wildfire increase  the amount of the anthropogenic impact and 

accelerate anthropogenic dynamics of landscape. 

 

Key words:  Landscape, landscape dynamics, Hirkan National Park, satellite imagery, 

artificial satellite, remote sensing, wildfire, anthropogenic impact, human activity 

 

Redaksiyaya daxil oldu: 09.04.2015-ci il 



Çapa imzalandı: 25.06.2015-ci il 

 

 

 



152 

Yüklə 93,88 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə