BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№2
Təbiət elmləri seriyası
2015
AD
İL ƏLİYEV – 85
TÜKƏNMƏZ ENERJİ VƏ MƏSULİYYƏTİN VƏHDƏTİ
2015-
ci ilin sentyabr ayının 7-də Bakıda dünyaya
göz açan AMEA Geologiya və Geofizika İnstitutunun
“Palçıq vulkanizmi” şöbəsinin rəhbəri, g.-m.e.d., prof.
Ad.A.Əliyevin anadan olmasının 85, İnstitutda fəaliy-
yətinin 65 ili tamam olmuşdur.
O, 1949-
cu ildə paytaxtın 3 saylı orta məktəbini
müvəffəqiyyətlə başa vurduqdan sonra, 1954-cü ildə
Azərbaycan Dövlət Universitetini (hazırda BDU) fərq-
lənmə diplomu ilə bitirərək neftçi-geoloq ixtisasına
yiyələnmişdir. Elmi fəaliyyətinə həmin ilin yanvar
ayından Azərbaycan Milli Elmlər Akademiyası Geolo-
giya
İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) başlamışdır.
1954-
cü ildə “Neft və qazın geologiyası” ixtisası üzrə aspiranturaya
qəbul olunmuşdur. 1958-ci ildə namizədlik dissertasiyasını müdafiə etmiş və
geologiya-
mineralogiya elmləri namizədi dərəcəsini almışdır. Bir ildən sonra
böyük elmi işçi vəzifəsinə yüksəlmişdir. Sonrakı illərdə “Bituminologiya və
süxurların üzvi maddələri” (1969-1970) və “Palçıq vulkanlarının geokimyası”
(1972-
1986) laboratoriyalarına rəhbərlik etmişdir. 1986-1990-cı illərdə Suriya
Neft Şirkətində (Dəməşq şəhərində) baş mühəndis-geokimyaçı və elmi
məsləhətçi vəzifələrində işləmişdir. 1992-ci ildə “Palçıq vulkanizminin geo-
kim
yası və böyük dərinliklərin neft-qızıllılığı” mövzusunda doktorluq disserta-
siyasını müdafiə etmişdir. 1997-ci ildən başlayaraq İnstitutun palçıq vulka-
nizmi şöbəsinə rəhbərlik edir.
90-
cı illərdən bəri Bakıda fəaliyyət göstərən nüfüzulu neft şirkətləri (BP,
Statoil, Amoko, Ekson və s.), qərb universitetləri (İtaliya, Almaniya) ilə Azər-
baycanın geologiyasını, o cümlədən palçıq vulkanlarını tədqiq edir.
O, elmi fəaliyyəti dövründə bir sıra beynəlxalq elmi layihələrə, ekspedi-
siyalara və s. rəhbərlik edib. Belə ki, Adil müəllimin rəhbərliyi altında MDB,
fəal iştirakı ilə Almaniya, İtaliya və s. ölkələrin nüfuzlu alimlərilə birgə Qaf-
183
qazın, Azov, Qara dənizlərin və s. geologiyası, palçıq vulkanizmi, geokimya-
sına dair fundamental və tətbiqi əhəmiyyətli elmi araşdırmalar aparılmışdır.
Palçıq vulkanlarının genezisi, təsnifatı, neft-qazlıqla əlaqəsi, eləcə də
vulkan məhsulunun əlverişli geokimyəvi xüsusiyyətləri nəzərə alınmaqla
dərində yatan çöküntülərin neft-qaz əmələgəlmədə rolu, palçıq vulkanizmi və
seysmik a
ktivlik arasında mümkün əlaqələrin araşdırılması və s. məsələlərin
öyrənilməsində Adil Əliyevin əldə etdiyi elmi nəticələrin yeniliyini, xüsusilə
fərqləndirmək olar.
Tarixində ilk dəfə olaraq, Azərbaycan palçıq vulkanlarının “Təbiətin
yeddi möcüzəsi” Beynəlxalq İnternet Müsabiqəsində iştirakı və finalda 28 elit
qrupu sırasına düşməsində (2009-cu il) də Adil müəllimin müəllifi olduqları
elmi-publisis
tik nəşrlərin xüsusi töhfəsi olmuşdur.
Dünyanın geologiya elmində misilsiz töhfə kimi dəyərləndirilən və ilk
dəfə olaraq Azərbaycan alimlərinin təşəbbüsü ilə ərsəyə gətirilən “Dünya
palçıq vulkanları” atlası prof. Adil Əliyevin rəhbərliyi altında hazırlanmış və
üç dildə İtaliyanın nüfüzlu nəşr evində çap etdirilmişdir. Akademiyanın 70
illiyinə həsr olunan bu nadir elmi əsər, özündə dünyanın 42 ölkəsinin 2500
palçıq vulkanlarına dair bütün məlumatları əks etdirir. Zəngin məlumat və
faktiki materiallar (yerli və xarici mənbələrin) əsasında sistemləşdirilən bu
əsərdə, indiyədək palçıq vulkanizmi sahəsində mübahisə doğuracaq bir sıra
məsələlərə aydınlıq gətirilib, yeni elmi nəticələr alınıb.
Azərbaycan palçıq vulkanlarının mühafizə olunması və bu geoloji irsin
gələcək nəsillərə təbiətin əmanəti kimi çatdırılmasında da Adil müəllimin
əməyi və qətiyyəti öz töhfəsini vermişdir. Belə 2007-ci ildə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin ETSN-nin nəzdində “Bakı və
Abşeron Yarımadası Palçıq Vulkanları Qrupu Dövlət Təbiət Qoruğunun yara-
dılmasında da professorun palçıq vulkanlarının təbii landşaftını və görünüşünü
pozanlara qarşı və eyni zamanda vulkan ətrafında həyata keçirilən tikinti
layihələrinin risk faktoruna dair onlarca rəsmi və publisistik müraciətləri öz
layiqli qiymətini aldı.
Təcrübəli, yüksək ixtisaslı neftçi-geoloq, geokimyaçı və vulkanoloq
mütəxəssis kimi Adil Əliyev 300-dən çox elmi əsərin, o cümlədən 15 kitabın
müəllifidir. Onun elmi əsərləri nüfuzlu jurnallarda çap olunmuş, xaricdə və
Respublikamızda keçirilən Beynəlxalq konqres, simpozium, konfrans mate-
riallarında öz əksini tapmışdır. Son 15 il ərzində 2 elmlər doktoru və 7 fəlsəfə
elmləri doktoru hazırlamışdır.
Ad. Əliyev İnstitutda “Neft və qaz geologiyası və geokimyası” seksiya-
sının rəhbəri, Elmi Şuranın və eləcə də Azərbaycan Respublikasının Prezidenti
yanında AAK-n Ekspert Komissiyasının üzvüdür. Azərbaycan Jurnalistlər
Birliyinin üzvü olaraq 50 ildən artıqdır ki, geologiya elminin təbliğində də
aktiv fəaliyyət göstərir. Görkəmli alimin elmi-ictimai fəaliyyəti müxtəlif illərdə
öz layiqli qiymətini almışdır.
184
O, 2005-
ci ildə AR Əməkdar Elm Xadimi fəxri adına, 2008-ci ildə AR
Prezidentinin fərdi təqaüdünə, 2010-cu ildə AR Dövlət mükafatına (N001)
layiq görülmüş və bir çox medal, diplom, fəxri fərmanlar almışdır.
Adil müəllimin səmimiliyi, dürüstlüyü və xüsusən də vətənə olan
bağlılığı onun məhsuldar elmi fəaliyyətində, yetişdirdiyi kadrların sonrakı
inkişafında və ictimai fəallığında özünü sübut edir. Həmkarlarına qarşı
göstərdiyi xüsusi münasibət və elmi gəncliyə olan əlaqəsi, onun tək görkəmli
alim kimi deyil, həm də dostcanlı insan və nümunəvi həmkar kimi tanın-
masında əsas faktor olmuşdur.
Özünün tükənməz daxili enerjisi, ciddi məsuliyyəti hesabına indiyədək
elmi və ictimai sahədə əldə etdiyi nailiyyətləri münasibətilə yubliyarı təbrik
edir, ona sonrakı çoxsahəli fəaliyyətində daha böyük uğurlar və daima səh-
hətində gümrahlıq arzu edirik.
V.M.Babazadə, A.İ.Xasayev, M.İ.Çıraqov, Ə.Q.Novruzov,
M.N.Məmmədov, N.Ə.İmamverdiyev,
B.H.Qələndərov, S.A.İsayev, H.M.Hüseynov.
185