Baki universitetiNİn xəBƏRLƏRİ №3 Fizika-riyaziyyat elml



Yüklə 232,21 Kb.
Pdf görüntüsü
tarix11.07.2018
ölçüsü232,21 Kb.
#55189


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№3    

 

Fizika-riyaziyyat elml

əri seriyası   

 

2014 

 

 

 

 

95 İLLİK ŞƏRƏFLİ YOL 

 

A.M.MƏHƏRRƏMOV 

Bakı Dövlət Universiteti 

 

 

 

 

Əziz həmkarlarım! 

Ümummilli  lider  Heydər  Əliyevin  «Azərbaycan  xalqının  milli  sərvəti» 

adlandırdığı,  mənəvi  böyüklüyümüzün  simvolu,  elm,  təhsil  və  mədəniyyəti-

mizin əzəmətli məbədi, şərqin ilk dünyəvi ali məktəblərindən biri, Azərbaycan 

Xalq Cümhuriyyətinin yadigarı, XX əsrdə çətin və əzablı, eyni zamanda böyük 

inkişaf  yolu keçmiş Bakı Dövlət Universitetinin  95  yaşı tamam olur. 95  illik 

fəaliyyəti  dövründə  ilk  ali  təhsil  ocağı  kimi  Bakı  Dövlət  Universiteti  ölkə 

həyatının  bütün  sahələrinə  nüfuz  edərək  elm  və  təhsilin  inkişafı  sahəsində 

mədəni  keçmişimizin  öyrənilməsində,  habelə  milli  özünüdərkin  formalaşma-

sında  əvəzsiz  xidmətlər  göstərmişdir.  Bakı  Dövlət  Universitetinin  xalq  qarşı-

sındakı böyük xidmətlərini səciyyələndirən bir amili də qeyd etmək olar ki, bu 

illər  ərzində  onun  6  yubileyi  dövlət  səviyyəsində  qeyd  edilmişdir.  Fərəh-

ləndirici haldır ki, 10 illik yubiley istisna olmaqla, bu altı yubileydən dördü – 

50, 60, 75 və 80 illik yubileylər ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəh-




bərliyi  ilə  keçirilmişdir.  Bu,  ümummilli  liderimizin  böyüklüyü,  fenomenliyi, 

təhsilə  və  elmə  olan  münasibəti,  məzunu  olduğu  Bakı  Dövlət  Universitetinə 

qəlbən bağlılığı idi. Bakı Dövlət Universitetinə dövlət qayğısını fasiləsiz olaraq 

həyata  keçirən  ümummilli  liderin  layiqli  davamçısı,  möhtərəm  prezidentimiz 

cənab İlham Əliyevin Bakı Dövlət Universitetinin 90 illik yubileyinin keçiril-

məsi haqqında imzaladığı 24 aprel 2009-cu il tarixli sərəncam, 2008-ci ilin 15 

sentyabrında Bakı Dövlət Universitetinin yeni korpusunun açılış mərasimində 

və 2 noyabr 2009-cu ildə Universitetin 90 illik yubiley tədbirində söylədiyi xoş 

sözlər, heç  şübhəsiz,  bizi elmdə  və təhsildə daha  yüksək uğurlar qazanmağa, 

yaradıcılıq axtarışlarını inamla davam etdirməyə istiqamətləndirir. 

Bakı Dövlət Universiteti fəaliyyət göstərdiyi dövr ərzində yüz əlli minə 

yaxın  mütəxəssis, o cümlədən,  dünyanın  bir  çox  dövlətləri  –  Orta Asiya və 

Qazaxıstan, Yaxın və Orta Şərq, Cənub-Şərqi Asiya, Latın Amerikası, Afrika 

ölk


ələri üçün yüzlərlə yüksəkixtisaslı kadr hazırlamışdır. 

H

ər bir ölkənin iqtisadi, mədəni və  intellektual səviyyəsinin barometri 



hesab edil

ən milli universitet  missiyasını Respublikamızda  şərəflə  həyata ke-

çir

ən Bakı Dövlət Universitetində 17 fakültə, 125 kafedra, 2 elmi-tədqiqat ins-



titutu, 4 elmi-t

ədqiqat mərkəzi, 24 elmi-tədqiqat laboratoriyası, 3 milyona ya-

xın fonda malik fundamental kitabxana fəaliyyət göstərir.  

D

əyərli həmkarlarım! 

Ulu önd


ərimiz Heydər  Əliyevin  müəyyən  etdiyi  strateji  inkişaf  kursu 

say


əsində elmdə, təhsildə qazandığımız uğurlar göz qabağındadır. Bu uğurlar 

bütövlükd

ə  nəinki müstəqil Azərbaycanda, habelə  ondan xeyli uzaqlarda da 

görünür. Region ölk

ələri və ümumiyyətlə, MDB məkanında lider dövlətlərdən 

birin


ə çevrilən Azərbaycanın ilk ali məktəbi Bakı Dövlət Universiteti də eynilə 

öz kadrları ilə MDB məkanında və ondan kənarlarda aparıcı ali məktəblərdən 

birin

ə  çevrilmişdir.  Bu,  dövlətin böyük  qayğısı  və  bizim  hamımızın  gərgin 



əməyinin nəticəsidir. 

On beş il bundan öncə Bakı Dövlət Universitetinin 80 illiyi münasibətilə 

ümummilli liderimiz Heyd

ər  Əliyevin  «…Bakı  Dövlət Universiteti indiyə 



q

ədər  olduğu  kimi,  Azərbaycan ali təhsilinin önündə  gedir. O, Azərbay-

canda olan bütün universitetl

ərin, institutların və digər ali təhsil ocaqla-

rının  hamısına  örnəkdir, gözəl təcrübə  əldə  edibdir» sözləri  bizim  qarşı-

mızda böyük öhdəliklər qoymuşdur. Bu illər ərzində biz Universitetdə elm və 

t

əhsilin daha da yüksək zirvələrə çatması üçün əlimizdən gələni əsirgəməmişik; 



bu ill

ər elmin, tədrisin, sosial rifahın tərəqqisi illəri olmuşdur, BDU-da elmi-

t

ədqiqat institutları və laboratoriyalarının elmi istiqamətlərinin aktuallığı müəy-



y

ənləşdirilmiş,  maddi-texniki baza xeyli gücləndirilmiş, aparılan tədqiqatların 

n

əticələrinin tətbiqi həyata  keçirilmiş,  elmin  ən aktual problemləri üzrə  yeni 



kafedralar, elmi-t

ədqiqat institutu, mərkəz və laboratoriyalar açılmış, istedadlı 

g

ənc kadrlar elmi  işlərə cəlb edilmişdir. Bakı Dövlət Universitetinin 15 sent-



yabr 2008-ci ild

ə  yeni korpusunun açılış  mərasimində  Azərbaycan Prezidenti 

İlham Əliyev demişdir: «Bakı Dövlət Universiteti Azərbaycanın aparıcı təh-

 




sil  ocağıdır.  Burada  çox  güclü  professor-müəllim heyəti  vardır  və  bütün 

dövrl

ərdə universitet Azərbaycanda peşəkar kadrların hazırlanması işin-

d

ə çox böyük işlər görmüşdür. Bu gün isə universitet inkişafının yeni mər-

h

ələsini yaşayır. Həm təhsilin keyfiyyəti artır, həm də universitetin maddi-

texniki bazası möhkəmlənir. Bir sözlə, bizim – Azərbaycanın yerləşdiyi bu 

bölg

ədə Bakı Dövlət Universitetinin xüsusi çəkisi vardır». 2 noyabr 2009-cu 

ild


ə  Universitetin 90 illik yubiley tədbirində  Azərbaycan  Prezidenti  İlham 

Əliyev demişdir: “Bakı Dövlət Universiteti Azərbaycanın inkişafı, Azərbay-



canda t

əhsilin inkişafı, elmi potensialın gücləndirilməsi üçün çox mühüm 

rol  oynamışdır.  Bu  rol  bu  gün  də  davam edir. Çox sevindirici  haldır  ki, 

Bakı Dövlət Universiteti bütün bu illər ərzində Azərbaycanda təhsil sahə-

sind

ə öz aparıcı rolunu qoruyub saxlaya bilmişdir və bu gün bu rol daha 

da gücl

ənir. Bu bir daha onu göstərir ki, universitetin çox zəngin 

ənənələri, çox böyük potensialı, professor-müəllim heyətinin təcrübəsi, tə-

l

əbələrin oxuması və təhsilə verdikləri önəm vardır. Bakı Dövlət Univer-

sitetinin m

əzunları  öz  fəaliyyətləri ilə  ölkəmizin çiçəklənməsinə  dəyərli 

töhf

ələrini  vermişlər.”  Bir sözlə, universitetdə  tədris, elm və  sosial sahədə 

böyük islahatlar h

əyata keçirilmişdir. 

Əziz həmkarlarım

Öt

ən illər ərzində Bakı Dövlət Universitetində dünya elminə nüfuz edən, 



özl

ərinin elmi məktəblərini  yaratmış  onlarla  dəyərli  alim  çalışmışdır.  Böyük 

şərəf hissi duyuruq ki, elmin yüksək zirvələrini fəth  etmiş  kimyaçı  Yusif 

M

əmmədəliyev, Murtuza Nağıyev, Əli Quliyev, Soltan Mehdiyev, riyaziyyatçı 



Zahid X

əlilov, Azad Mirzəcanzadə, Məcid Rəsulov, Əşrəf Hüseynov, İbrahim 

İbrahimov,  Fərəməz Maqsudov, fizik Həsən Abdullayev, bioloq Abdulla Qa-

rayev, S


əttar  Əsədov, Hüseyn Həsənov,  Yusif  Əbdürrəhmanov, Dəmir Ha-

cıyev, geoloq Mirəli Qaşqay, Musa Əliyev, Şəfayət Mehdiyev, Ədhəm Şıxəli-

b

əyli,  Faiq  Bağırzadə, Xudu Məmmədov,  coğrafiyaçı  Həsən  Əliyev,  Qasım 



Gül, Hadı Əliyev, Ənvər Şıxlinski, filoloq Məmməd Arif Dadaşzadə, Məmməd 

Ağa Şirəliyev, Həmid  Araslı, Mir Cəlal Paşayev, Bəxtiyar Vahabzadə, Cəfər 

C

əfərov, Məmməd Cəfər Cəfərov,  Cəfər Xəndan  Hacıyev,  Feyzulla  Qasım-



zad

ə, Məmməd Hüseyn Təhmasib,  Kamal Talıbzadə, jurnalist Nəsir İmanqu-

liyev, İsrafil Nəzərov, Rəşid Mahmudov, tarixçi İsmayıl Hüseynov, Əlisöhbət 

Sumbatzad

ə, Ziya Bünyadov, Püstə  xanım  Əzizbəyova,  İqrar  Əliyev,  Tofiq 

Köç


ərli, Zülfəli İbrahimov, Əlövsət Quliyev, Mahmud İsmayılov, Qaraş  Mə-

d

ətov,  hüquqşünas  Vahid  Qəhrəmanov, Məmməd Xələfov,  şərqşünas  Bəkir 



Çobanzad

ə, Ələsgər Məmmədov, Rəhim Sultanov, Məmməd Mübariz Əlizadə, 

Aida  İmanquliyeva, Rüstəm  Əliyev,  filosof Heydər Hüseynov,  Mehbalı 

Qasımov, Firudin Köçərli, iqtisadçı Həsən Dadaşov və adı çəkilməyən bir sıra 

görk

əmli şəxsiyyətlər təkcə universitetin deyil, bütün xalqımızın fəxridirlər. 



Respublikamız  üçün  milli,  həmçinin  dünyanın  digər dövlətləri üçün 

kadrların hazırlanmasında əvəzsiz xidmətləri olan,  böyük müəllim və alimlər -

ömürl

ərinin  əsas hissəsini  Universitet  divarları  arasında  keçirmiş  kimyaçı 



 




Murtuza Əhmədli, Cəbrayıl Hüseynov, Cümşüd Zülfüqarlı, İsrafil Səttarzadə, 

Əlihüseyn  Quliyev,  Şamil  Əhmədov,  riyaziyyatçı  Məmmədbəy  Əfəndiyev, 

Maqsud Cavadov, Qoşqar Əhmədov, Yusif Əmənzadə, Arif  Babayev, Yəhya 

M

əmmədov, fizik Bəhram Mirzəyev, Lətif  İmanov,  Kəriş  Köçərli, Qüdrət 



Axundov, Yuh

ənnas Seyidov, Abdulla Muxtarov, Bəhram  Əsgərov,  bioloq  

Mir

əli Axundov, Abdulla Ələkbərov, Abdulla Tağızadə, Vahid Hacıyev, Tofiq 



M

əmmədov, geoloq Səttar Süleymanov, Əziz Əskərov, Qədir Sultanov, Sübhi 

B

əktaşi, Vasif Əliyev, Ələşrəf Məmmədov, coğrafiyaçı Əbdürrəhim Hacızadə, 



Əsgər Əyyubov, Muxtar Abduyev, Rizvan Piriyev, Şahvələd Xəlilov, Müseyib 

Müseyibov, filoloq Muxtar Hüseynzad

ə,  Əli  Sultanlı,  Mikayıl  Rəfili, Abbas 

Zamanov,  Hadı  Mirzəzadə,  Əlövsət Abdullayev, Fərhad Zeynalov, Firudin 

Hüseynov,  tarixçi  Ədhəm  Şahmalıyev,  Mehdi  İrəvanski, Ruhulla Orucov, 

M

əlik Orucov, Səfiyar  Musayev,  Əliyar  Süleymanlı,  Tofiq  Vəliyev, hüquq-



şünas Qasım  Cəfərov, İsa Məmmədov, Tofiq Qafarov, Мялик Оруъов, Cəfər 

Mövsümov, şərqşünas Cahangir Qəhrəmanov, Həsən Mahmudov, Zakir Məm-

m

ədov, Böyükağa Hüseynov, Malik Mahmudov, jurnalist Həsən Şahgəldiyev, 



Rza Quliyev, Nur

əddin Babayev, Famil Mehdi, Tofiq Rüstəmov, filosof Aslan 

Aslanov, H

əsən Şirəliyev, Məmmədəli Zeynalov, iqtisadçı Teymur Vəliyev və 

onlarla  başqaları  bu  əziz yubiley günlərində  böyük  ehtiramla  bir  daha  xatır-

lanır. 


Bu gün d

ə elmimizin  sükanı etibarlı əllərdədir. Universitet tələbələrinin 

t

əlim-tərbiyəsi ilə  1500-ə  yaxın  professor-müəllim məşğul  olur  ki,  onlardan 



t

əxminən 200 nəfəri dövlətin ali orden və  medalları  ilə  təltif  edilmiş,  21-i 

AMEA-

nın  həqiqi və  ya müxbir üzvü, 41-i Əməkdar elm xadimi, 5-i Dövlət 



mükafatı laureatı, 12-i Milli Məclisin deputatıdır; 300-ə yaxını elmlər doktoru, 

professor, 900-d

ən artıq elmlər namizədi, dosentdir ki, öz vəzifələrini şərəf və 

l

əyaqətlə yerinə yetirirlər. 



Şanlı  ənənələri davam etdirmək, Azərbaycan elminin dünya elminə 

inteqrasiyasını sürətləndirmək üçün hər cür maddi və intellektual imkanlarımız 

vardır.  «Bakı  Universitetinin  Xəbərləri»  jurnalının  dörd  seriyasında  (fizika-

riyaziyyat, t

əbiət, humanitar, sosial-siyasi) işıq üzü görən və elmin ən müxtəlif 

sah


ələrini əhatə edən aktual məqalələr dediklərimin əyani sübutudur. 

Əziz həmkarlarım! 

Bu il biz doğma Universitetimizin 95 illik yubileyini qeyd etməklə həm də 

100 illik yubiley

ə start veririk. Bu gün 20 minədək tələbəsi olan Bakı Dövlət 

Universitetind

ə  bakalavriat səviyyəsində  60 ixtisas üzrə  18.000, magistratura 

s

əviyyəsində 200 ixtisaslaşma üzrə 1500, doktorantura səviyyəsində 70 ixtisas 



üzr

ə  700 nəfərdən  çox  kadr  hazırlanır.  Burada  1500  nəfərə  yaxın  professor-

əllim heyəti çalışır ki, onların arasında dünya birliyinin yaxşı tanıdığı gör-



k

əmli alimlər  vardır. Məhz  bu elmi potensialın sayəsində BDU alimləri tərə-

find

ən dünyanın reytinqli jurnallarında sanballı məqalələr çap olunur, beynəl-



xalq simpoziumlarda m

əruzələr  edilir.  Bakı  Dövlət Universiteti dünyanın  60 

ölk

əsinin 300-dən çox universiteti ilə  əməkdaşlıq  haqqında  müqavilə  imza-



 




lamışdır.  Beynəlxalq və  regional səviyyədə  əməkdaşlıq  universitetin    inkişa-

fına,  beynəlxalq reytinqinə  çox böyük təsir göstərir.  Artıq  dörcüncü  ildir ki, 

BDU “QS World University Rankings” reytinqin

ə görə dünyanın 150 min uni-

versiteti arasında 700 top universitetinin, həmçinin Beynəlxalq Akademik Pers-

pektivl


ər İnstitutu (URAP) tərəfindən dünyanın 2000 ən  yaxşı universitetinin 

siyahısına  daxil  edilib. Təsadüfi  deyil  ki,  Bakı  Dövlət Universiteti kimya 

(nanomateriallar v

ə nanotexnologiyalar) sahəsindəki nailiyyətlərinə görə “Elm 

v

ə Texnologiya sahəsində 2012-ci ilin İSESCO mükafatı”na layiq görülüb. Bu  



mükafat h

ər 2 ildən bir biologiya, kimya, geologiya, riyaziyyat və  fizika 

sah

əsində 56 iştirakçı ölkələrdən olan yalnız bir alimə verilir.  



Bakı Dövlət Universitetinin əməkdaşları, gənc tədqiqatçıları, doktorant və 

dissertantları  hər il dəyəri  5  milyon  ABŞ  dolları  həcmində  olan 90-a qədər  

Beyn

əlxalq və  regional səviyyəli qrant layihələrinin yerinə  yetirilməsində  iş-



tirak edirl

ər. Son illər universitet əməkdaşları tərəfindən, xüsusilə regional uni-

versitet v

ə  elmi təşkilatların  iştirakı  ilə  müştərək layihələrin həyata keçiril-

m

əsinə xüsusi diqqət yetirilir.  



Bakı Dövlət Universiteti 1991-ci ildən Avroasiya, 1996-cı  ildən Xəzər-

yanı Ölkələr, 1997-ci ildən Qara Dəniz Ölkələri, 2003-cü ildən Avropa, 2010-

cu ild

ən Qafqaz Universitetləri Assosiasiyalarının üzvüdür. 



Ölk

ədə  məqsədyönlü siyasətin  aparılması, gənclərin elmə  marağının  il-

d

ən-ilə artması, beynəlxalq birlikdə elm və təhsil uğurları ilə daha əhəmiyyətli 



nüfuz  sahibi  olmağın  həqiqətə  çevrilməsi nəticəsində  Bakı  Dövlət Univer-

sitetinin daha böyük nailiyy

ətlərə imza atacağına inanıram. 

Sizin h


ər birinizə uğurlar arzulayıram, 95 illik yubileyiniz mübarək!      

 



Yüklə 232,21 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə