BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№3 Humanitar elmlər seriyası 2010
Ə.HAQVERDİYEVİN FACİƏSİNDƏ ÜMUMİLƏŞDİRMƏ
VƏ FƏRDİLƏŞDİRMƏ
M.HƏSƏNOVA (SARACLI)
Bakı Dövlət Universiteti
M.Hasanova@mail.ru
Məqalədə Ə.Haqverdiyevin faciə yaradıcılığı analitik təfəkkür süzgəcindən keçirilir və
müəllifin fərdi yaradıcılıq üslubu dəyərləndirilir. Bu faciələrdə Ə.Haqverdiyevin apardığı
ümumiləşdirmə və fərdiləşdirmənin nəticəsi olaraq yaratdığı tip və tragik xarakterlər göstərilir.
Taleyini xalqın taleyi ilə bağlayıb, millətin yüksəlişini öz yüksəlişi sayan maarifçi
mütəfəkkirlərimizdən biri də Ə.Haqverdiyevdir. On bir il ərzində ədəbiyyatımıza 4
kamil faciə əsəri bəxş edən Ə.Haqverdiyev bu faciələrdə mənən millətin dərdini,
ağrısını yaşadı və ona əlac aramağa çalışdı.
Onun faciələrində müəllifi narahat edən məsələlər bunlardır:
- ən əvvəl yazıçıнын cəmiyyətdə öz mövqeyini itirən mülkədarlığın süqutunu
təsvir etməsi. Mülkədar dudmanlarının dağılmasını onların şəxsi faciəsi, səhv əməllə-
rinin nəticəsi kimi dəyərləndirilməsi.
- mülkədarlığın təbiətinə xas olan tipik xüsusiyyətləri ümumiləşdirməyə və fər-
diləşdirməyə (əsasən ümumiləşdirməyə) çalışması;
- mülkədarlığın zülmünə qarşı maarifçi-ziyalı münasibətini qoyması. Maarifçi
proqramla əxlaqi münasibətlərin həllinə çalışması. Xüsusilə, qadın hüquqsuzluğu mə-
sələsinin önə çəkilməsi;
- insanliğın xislətində yaşayan «nəfsi əmmarənin» (əmredici nəfslərin) ifşasına
çalışılması;
- hər cür despotizmin ifşa edilməsi.
Mülkədarlığın təbiətində olan hansı tipik xüsusiyyətlər ümumiləşdirilib?
- hər cür yeniliyə qarşı düşmən mövqe.
- istismarçı təbiətə maliklik.
- əxlaq düşkünlüyü, əxlaqsız və mədəniyyətsizlik.
- kasıba, məzluma, halal zəhmətlə dolananlara qarşı mənfi münasibətdə olmaq.
«Dağılan tifaq»da (1896) Nəcəf bəy tövbə və etiraz məqamında, tanrı dərgahın-
da günahlarının bağışlanması üçün kömək umanda da tragik qəhrəman kimi müsbət
obraza çevrilə bilmir.
Bunun səbəbi bir tərəfdən bəd əməllərinin nəticəsi olaraq düşdüyü vəziyyətdir-
sə, digər tərəfdən «özünüdərk» məqamının həddindən artıq gecikməsi idi.
Ə.Haqverdiyevin özünəməxsus orijinal üslubu faciələrində də diqqət çəkir.
Qeyd etdiyimiz kimi, Nəcəf bəy güclü müəllif ümumiləşdirməsi ilə yaradılmış
konkret bəy tipidir. Buna baxmayaraq, müəllif ona özünə xas olan fərdi keyfiyyətlər
29
də vermişdir:
- həddən ziyadə bədxərc və israfçıdır. Ancaq bu israfçılığı faydasız işlərə sərf edir;
- şöhrətpərəstdir. Haqqında yazılmış şit bir mədhiyyəyə görə Mirzə Bayrama
bir kisə buğda, bir kisə düyü, bir at bağışlayır. Məqsədi isə yalandan ad-san qazan-
maq və saxta şöhrətə sahib olmaq idi: «Hər yerdə deyəcək ki, Nəcəf bəy mənə bir at
peşkəş elədi. El ağzı, çuval ağzı, bir azdan Aləm danışacaqdır ki, Nəcəf bəy Mirzə
Bayrama at bağışlayıb. Yabının da adını qoyacaqlar ərəb atı»;
- başqa bəylərlə müqayisədə qatı istismarçı təbiətə malik deyil.
- ailə başçısı kimi idarəçilik qabiliyyəti olmasa da, oğluna və övladına münasi-
bətdə sərt və səhv mövqedədir.
Müəllif əsərdə Azərbaycan qadınlarının hüquqsuz vəziyyətini, acınacaqlı vəziy-
yətini Nəcəf bəyin arvadı Sona obrazı vasitəsilə ümumiləşdirmişdir: «Pərvərdigara,
məgər sən övrət tayfasını yaradanda insan yaratmayıbsan? Xudaya, nə vaxtadək bizim
dilimiz bağlı olacaq? Nə vaxt, görəsən, biz də ürəyimizdəkini açıq deyəcəyik, sözlə-
rimiz ürəyimizdə qalıb dərd, vərəm olmayacaq? Yəni görəsən, o günləri görəcəyik, ya
yox?».
Əsərdə Sona xanımın yuxusu, teyfi dramaturgiyamız üçün yeni olmaqla bərabər
müəllif idealının daha dolğun təqdiminə xidmət edir.
«Bəxtsiz cavan» (1900) faciəsində maarifçiliyin işıqlı ideallarına mane olan
mülkədarlığın vəhşi təbiəti başqa bir aspektdən səciyyəvi xüsusiyyətlərlə ümumiləş-
dirilmişdir. Bu əsərdə ağa-rəiyyət münasibətlərindəki antaqonizm açılmış, Fərhad
kimi maarifçi ziyalı surəti bu antaqonizmə qarşı qoyulmuşdur. Eyni zamanda bu
qəhrəman maarifçiliyin əsas missiyası olan inqilab deyil, təkamül yolunu seçənlərdən
idi. Elm və maarif yolu ilə yaşadığı mühitin eybəcərliyini onlara dərk etdirmək is-
təyirdi. Lakin onun bu arzuları hələ cəmiyyət üçün «yad» göründüyündən qəbul
olunan deyildi.
Fərhad gimnaziyada qazandığı mütərəqqi ideyalarla tərbiyə aldığı mühitin dini
baxışlarını ümumiləşdirməyə çalışan bir müsəlman gənci, müsəlman ziyalısı kimi
islam əxlaqına tapınan maarifçilərimizin ümumiləşdirilmiş obrazıdır.
Kəndlilər Hacı Səməd ağanın böyük müamilə ilə borc verməsini nəql edəndə
Fərhad təəccüb edir: «Məgər mənim əmim belə iş görür? O ki, bir mömin, namaz
qılan, şəriətdən baxəbər şəxsdir. O, niyə belə eləyir?».
«Bəxtsiz cavan»da «atalar» və «oğullar» arasında gedən fikir mübarizəsi tipik
şəraitdə güclü ümumiləşdirmə vasitəsilə tam dolğunluğu ilə göstərilmişdir.
«Atalar» - Hacı Səməd ağalar köhnəlmiş cəmiyyətin, kütləşmiş beyinlərin müda-
fiəçiləridirlərsə, «oğullar» orta əsr ənənələrinə dözə bilməyən, mühafizəkar «atalara»
qarşı mütərəqqi ideyalar irəli sürən, elmi və maarifi tətbiq edən xalqa, millətə yaxın-
laşıb onun dərdlərinə şərik olan gözüaçıq gənclərdir.
Müəllif əsərdə hadisələrin milli zəmində, milli xarakterlər əsasında bədii həlli-
nə çalışmış, buna «Hamletsayağı» nail olmuşdur.
Mənfi xarakterlər daha güclü olduğundan Fərhadın tragizmini qüvvələr nisbə-
tinin qeyri-bərabərliyi yaradır. Haqverdiyevin ən qüvvətli pyeslərində ciddi fəlsəfi-
ictimai problemlər daha çox əxlaqi mətləblərlə əlaqələndirilir (T.Mütəllimov). «Dağı-
lan tifaq»dakı tarixi süqutu göstərəndə də, «Bəxtsiz cavan»da antaqonizmin mahiyyə-
tini açanda da ədib əxlaqi səbəbləri ön plana çəkir, bunlara qarşı maarifçi-islahatçı
proqramı qoyur.
30
«Pəri cadu» (1901) faciəsində insanları halallıqdan yayındıran pis nəfslərin
ifşası verilir. «Nəfsi əmmarə»nin faciələrə səbəb olduğu göstərilir.
«Pəri cadu» bəzi ədəbiyyatşünaslar tərəfindən dram kimi qiymətləndirilsə də,
biz professor X.Əlimirzəyevin mövqeyində duraraq əsəri faciə kimi dəyərləndiririk.
Çünki əsərdə nəfsin törətdiyi faciələr bir deyil, bir neçədir. «Nəfsi əmmarə»nin faciə
yağışına qərq etdiyi bu əsər faciə janrının bütün tələblərinə cavab verir.
Bu əsərlə Ə.Haqverdiyev Azərbaycan ədəbiyyatında simvolizmin əsasını qoy-
muşdur. Bir milli yazıçı kimi o, bir üsluba yaradıcı şəkildə yanaşaraq onu xalqın milli
düşüncəsi, təfəkkür tərzi ilə bağlaya bilmişdir.
Müəllif göstərir ki, nəfsə uyan insan bəlalara düçar olar. Şamama cadu sifətində
ortaya çıxan «nəfsi əmmarə» həm Qurbanın, həm Hafizə xanımın, həm də Pərinin
təbiətində olub, onların hamısını məhv edir.
Pəri kimi gözəl, saf bir qadının ərinin ona xəyanət edib varlı bir qadınla evlən-
məsi, düşdüyü iztirablı həyat nəticəsində mənən dəyişərək kin-küdurət mücəssəmə-
sinə çevrilməsini Ə.Haqverdiyev inandırıcı səhnələrlə göstərir. Qisas hissi onu Pəri
caduya, neçə-neçə qəbahətlərin səbəbkarına çevirir. Allahın varlığını belə inkar edən
bu qadın dərvişin nəsihətlərini qətiyyətlə rədd edib deyir: «İndi gərək yerin-göyün cə-
mi qara qüvvələrini köməyə çağıram, onlarla əlbir olub nəinki öz ərimdən, bəlkə cə-
mi bivəfa kişi tayfasından qisas alam. Yetişin harayıma, ey İblisin qoşunları».
Tanrı dərgahından qovulandan bəşərdən intiqam almaq təşnəsi ilə yaşayan İblis
dərhal səhnəyə atılır: «Gedək mənimlə, ey insan qızı! Bu gündən sənin adın Pəri ca-
dudur və bu əcinnələri də verirəm sənin ixtiyarına. Bu qoca qarı Şamama cadunu da
sənə qulluqçu verirəm. Dünyanı gəzib harada mehriban ər-övrət var, arasına dava
salıb, kişilərinə qan uddurub sənin yanına gətirsin. O qədər kişilərdən qisas alacaqsan,
ta bir nəfəri sevincə. Ondan sonra qan içmək qurtaracaq və ömrünün axırınacan
istirahət edəcəksən».
- Pəri cadu və Şamama cadu surətləri müəllif tərəfindən olduqca məharətlə
işlənmiş, insan psixologiyasının təzadlı qüvvələrinə ayna tutan Haqverdiyev qüvvətli
tip, tragik xarakter yarada bilmişdir. Bu qadınlar öz çirkin niyyətlərinə çatmaq üçün
Qurbanı öz ailəsindən uzaqlaşdırıb (Pəri odunçu Qurbana vurulmuşdu), Hafizə xanım
kimi zəngin, məkrli qadının əlində alətə çevirirlər. Miskin vəziyyətdə qalan arvadı
Səlimədən bir parça çörəyi belə əsirgəyən, qapısına pənah gətirdiyi üçün onu döydü-
rüb qovduran Hafizə xanımın hərəkəti Qurbanı mənən tərpədir: «Ay balam, yazıqdır,
niyə qovursan? Elə bil allah yolunda verirsən, bir-iki manat verib yola salaydın».
«Nəfsi əmmarə»nin ilk qurbanı onun öz ailəsi olur. Yazıq Səlimə özünü və kör-
pəsini zəhərləyib öldürdükdən sonra Qurbanın səbri son nöqtəyə çatır, bütün varlığını
bürüyən qisas hissi ilə Hafizə xanımı öldürür.
Bütün bu tragik vəziyyətlərdən sonra Qurbanı növbəti dəfə Şamama cadu və
Pəri cadunun caynağında görürük. Əcinnələr onu qovub Pərinin hüzuruna gətirdikdən
sonra o, əvvəl hər şeyin bitdiyini, xoşbəxtliyə qovuşduğunu zənn edir. Səlimə körpəsi
ilə gözünə görünəndə o yenidən özünə gəlir və Pərini öldürür. Özü isə Şamama
cadunun caynağında məhv olur.
Əsərdəki sehrli qüvvələr Pərinin qisasçılıq hissinin yardımçısı kimi çıxış etsələr
də, «nəfsi əmmarə»nin daha mükəmməl ifşasında əhəmiyyətli rola malikdirlər.
Ə.Haqverdiyev yaradıcılığının özünəməxsusluğu ondadır ki, o güclü tragik
vəziyyətlər yaratmaq ustasıdır. Qeyd etdiyimiz kimi teyf, yuxu, cin, şeytan, əcinnə
31
kimi simvolik obrazlar və yardımçı vasitələrin iştirakı əsərin ideyasının açılmasına
xidmət etməklə yanaşı, obrazların ümumi və fərdi xüsusiyyətlərinin təqdiminə də yar-
dım edir. Bu baxımdan Qurban obrazı da yoxsul zümrələrin ağır güzəranının daşıyıcı-
sı kimi ümumiləşmiş tip, eyni zamanda özünəməxsus fərdi cizgiləri ilə seçilən (qü-
ruru, humanizmi, heysiyyəti , zahiri və daxili dünyası və s.) güclü tragik xarakterdir.
«Ağa Məhəmməd şah Qacar» (1907) N.Nərimanovun «Nadir şah»ından sonra
ikinci tarixi faciə əsəridir. Müəllif Ağa Məhəmməd şah Qacarı güclü və mürəkkəb bir
xarakter səviyyəsinə qaldıra bilmişdir. Onun qaniçənliyi, məkri, ziddiyyətli dünya-
görüşü xarakterin canlı və mürəkkəb alınmasına yardımçı olur.
Ə.Haqverdiyev göstərir ki, tarixin özü Qacarın gələcək həyatının tragik istiqa-
mətini müəyyənləşdirir. O, İrana əvvəlki şöhrətini qaytarmaq üçün qəsbkarlıq siyasə-
tini seçir və öz tragik vəziyyətini daha da ağırlaşdırır. Ağa Məhəmməd şah Qacara
həsr olunmuş əsərlər içərisində bu əsər daha tarixi və orijinaldır.
Müəllifin özünəməxsus üslubu Qacar surətinin daha təbii, kamil və qüvvətli
xarakter kimi təqdiminə səbəb olmuşdur.
Ə.Haqverdiyev milli yazıçı kimi Qacarın qaniçənliyinin, qəsbkarlığının fonun-
da onun vətənə məhəbbətini, vətən sərhədlərini genişləndirmək, Nadir dövründəki
şöhrətini qaytarmaq üçün öz yaxınlarını qurban verməkdən belə çəkinmədiyini bədii
boyalarla göstərir və Qacarın güclü tragik xarakterini yaratmış olur.
Eyni varlıqda yaşayan bir-birinə zidd iki qüvvənin çarpışması əsər boyu izlə-
nilir. Bu Qacarın varlığında yaşayan iki əks qüvvədir. Biri parçalanmış vətəni birləş-
dirmək, ölkədə güclü dövlət qurmaq, onun iqtisadi qüdrətini bərpa etmək istəyən
ağıllı, qətiyyətli hökmdar, digəri bütün bəşərə nifrət edib onu qan çanağında boğmağa
hazır olan qaniçən despotdur.
Sonda Qacarın qətli işıqlı ideallarla şər qüvvələrin mübarizəsində xeyirin qələ-
bəsi kimi əxlaqi məna kəsb edir və ədalətin təntənəsi kimi səslənir.
Ağa Məhəmməd şah Qacar obrazı ümumiləşdirilmiş bir hökmdar tipi olsa da,
güclü xarakterdir.
Ə.Haqverdiyev Qacar obrazında əsasən bu detalları ümumiləşdirmişdir:
a) qüdrətli, cəsarətli bir hökmdardır;
b) qaniçən despotdur;
c) məkrli və hiyləgərdir;
ç) güclü idarəçilik qabiliyyətinə malikdir.
Müəllif Qacarı qeyd etdiyimiz kimi öz fərdi keyfiyyətləri ilə də fərqləndirir:
- parçalanmış İranı birləşdirməyə çalışan ağıllı, qətiyyətli siyasətçidir.
- İranın keçmiş şöhrəti ilə öyünüb onu qaytarmağa çalışan vətənpərvərdir.
- bütün cəhdlərinə baxmayaraq özünü Şah İsmayıl, Şah Abbas səviyyəsində
görməyib, onların taxdığı atributları hələ özünə layiq bilməyən təvazökar sərkərdədir.
Ən nəhayət, dünya nemətlərindən məhrum edildiyi üçün özünün şəxsi faciəsi-
nin heyfini bütün cəmiyyətdən, bütün bəşərdən almağa qadir olan və bunu bacaran
tragik xarakterdir.
ƏDƏBİYYAT
1.
Haqverdiyev Ə. Seçilmiş əsərləri. 2-ъи ъилддя, I ъ. Bakı: Lider, 2005, 500 s.
2.
Mütəllimov T. Əbdürrəhimbəy Haqverdiyevin poetikası. Bakı: Yazıçı, 1988. 324 s.
3.
Qarayev Y. Azərbaycan ədəbiyyatı. XIX-XX yüzillər. Bakı: Elm, 2002. s.274-277.
4.
Əlimirzəyev X. Klassiklərimizin ideal və poetik sənət dünyası. Bakı: Elm və təhsil, 2009,
s.183-242.
32
ОБОБЩЕНИЕ И ИНДИВИДУАЛИЗАЦИЯ В ТРАГЕДИИ А.АХВЕРДИЕВА
М.ГАСАНОВА (САРАДЖЛЫ)
РЕЗЮМЕ
В статье анализируются аналитические воображения в трагедийном творчестве
А.Ахвердиева и оценивается индивидуальный метод творчества автора. В этой трагедии
А.Ахвердиев приводит итоги обобщения и индивидуализации в типах и трагических
персонажах.
SPECIALIZATION AND GENERALIZATION IN A.HAQVERDIYEV'S TRAGEDY
M.HASANOVA (SARAJLI)
SUMMARY
A.Haqverdiyev's òðàýåäèåñ àðå úðèòèúiçåä òùðîóýù àíàëéòèú òùèíêèíý àíä òùå author’s
úðåàòèâå ñòéëå èñ ùèýùëé åñòèìàòåä in the article. Òùå ïåðñîíàýåñ àíä òðàýåäé úùàðàúòåðñ are
shown as the results of generalization
and specialization carried out by A.Haqverdiyev.
33
Dostları ilə paylaş: |