Baki universitetiNİn xəBƏRLƏRİ №3 Humanitar elmlər seriyası



Yüklə 83,03 Kb.
Pdf görüntüsü
tarix15.03.2018
ölçüsü83,03 Kb.
#32067


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№3    

 

Humanitar elmlər seriyası   

 

2014 

 

 



 

 

 



UOT 94(470)  

 

XIX 

ƏSRİN 50-70-Cİ İLLƏRİNDƏ RUSİYANIN AVROPA  

DÖVLƏTLƏRİ İLƏ DİPLOMATİK MÜNASİBƏTLƏRİ  

 

Z.N.NURİYEVA  

Bakı Dövlət Universiteti 

zoya_nuriyeva@mail.ru  

 

XIX  əsrin  50-70-ci  illəri  beynəlxalq  münasibətlərdə  Şərq  məsələsinin  yenidən  kəskin-

ləşməsi ilə xarakterizə olunur. Həmin dövrdə Rusiya Krım müharibəsindən sonra itirdiyi möv-

qeyini bərpa etmək üçün bütün diplomatik vasitələrdən istifadə etməyə çalışırdı. Avropadakı 

ziddiyyətlərin kəskinləşməsindən sonra Rusiya xarici siyasətinin əsas problemi olan Paris sül-

hünün ağır şərtlərini aradan qaldırmağa başlayır və nəhayət, rus diplomatiyasının qələbəsi ilə 

nəticələnir. 

 

Açar sözl

ər: siyasi əlaqə, hərbi gerilik, müqavilə, ittifaq, sülh müqaviləsi 

 

XIX  əsrin  ikinci  yarısında  beynəlxalq  münasibətlərin  ən  mühüm  prob-



lemlərindən biri, eyni zamanda Rusiyanın da xarici siyasətinin əsas istiqamət-

lərindən  biri  Şərq  məsələsi  olmuşdur.  Krım  müharibəsi  Rusiya  üçün  ağır  nə-

ticələrlə  başa  çatmış  və  Rusiya  əvvəllər    əldə  etdiyi  bir  çox  nailiyyətlərdən 

məhrum olmuşdu. Bu itkilər Rusiya üçün Avropa siyasətində böyük bir siyasi 

mövqeyin itirilməsi demək idi. Müharibədə çarizmin məğlubiyyəti ölkənin iq-

tisadi geriliyini və dövlət hakimiyyətinin yararsızlığını bir daha aşkara çıxardı. 

Paris  sülhünün  Rusiya  üçün  ən  ağır  şərtlərindən  biri  Qara  dənizin  neytral-

laşdırılması, orada hərbi donanma saxlamaq hüququnu qadağan edən maddənin 

olması idi. Bu, Rusiyanı cənub sərhədlərinin Dardanel və Bosfordan gözlənilən 

hücumlardan  qorunmaqdan  məhrum  edirdi.  Rusiyanın  Osmanlı  imperiyası 

tərkibində  olan  xristianların  himayəçisi  rolu  da  zəifləmişdi.  Rusiya  Krım 

müharibəsindən  sonra  Balkanlarda  və  Qara  dənizdə  itirdiyi  mövqeyini  əldə 

etmək üçün bütün diplomatik vasitələrdən istifadə etməyə calışırdi. 

1856-


cı  ildən  1882-ci  ilə  qədər  Rusiya  Xarici  İşlər  Naziri  (XİN)  vəzi-

fəsini  tutmuş  Aleksandr  Mixayloviç  Qorçakovun  xarici  siyasət  məsələlərinin 

həll edilməsinə  müstəqil  baxışı  vardı (1, 22). A.M.Qorçakov özündə  yeni tip 

diplomat  obrazı  yaratmış,  dövlətlərarası  münasibətləri  siyasi  və  iqtisadi 

 

60 



əlaqələr əsasında qurmağa çalışırdı. Xarici İşlər naziri təyin edilənə qədər o, bir 

çox  ölkələrdə  diplomatik  məktəb  keçmişdi  (4,92).  Krım  müharibəsinin  başa 

çatmasından 9 il sonra A.M.Qorçakov II Aleksandra hesabatında bəyan edirdi: 

“Bizim  dövlətimizin  və  Avropanın  hal-hazırki  vəziyyətində  Rusiyanın  əsas 

diqqəti  daxili  inkişaf  istiqamətinə  yönəldilməlidir  və  bütün  xarici  siyasət  bu 

əsas məsələyə tabe edilməlidir” (1, 23). 

1850-1870-

ci  illərdə  Rusiyanın  xarici  siyasətinin  əsas  məqsədi  Paris 

sülhünün  ağır  şərtlərinin  aradan  qaldırılması  idi.  Ölkənin  iqtisadi  və  siyasi, 

habelə təhlükəsizlik maraqları Qara dənizin neytrallığının ləğv edilməsini tələb 

edirdi. Lakin bu məsələni xarici təcrid və iqtisadi-hərbi gerilik şəraitində həll 

etmək  mümkün deyildi. Diplomatlar  bunu  Avropa ölkələri arasındakı ziddiy-

yətlərdən istifadə etməklə həyata keçirməli idilər. Bu məsələnin həllindən baş-

qa Rusiy


a  Uzaq  Şərqdə  fəal  fəaliyyət  aparırdı.  İngiltərə,  ABŞ  və  Fransanın 

Sakit  okeanda  təcavüzü  Rusiyanın  siyasətinə  təsirsiz  ötüşə  bilməzdi.  Rus-

ingilis  ziddiyyətlərinin  Yaxın  Şərqdə  və  Mərkəzi  Asiyada  siyasi-iqtisadi  zə-

mində kəskinləşməsi rus hökümətini müttəfiqlər axtarmağa vadar etdi (3, 471).  

Rusiyanın başqa ölkələrlə münasibətləri, bu dövlətlərin Paris sülh müqa-

viləsinin müvafiq maddələrinə münasibəti baxımından müəyyənləşirdi. Avstri-

ya və İngiltərə Rusiyanı  bu  məsələdə dəstəkləyə bilmədilər. Rusiyanın Yaxın 

Şərqə  hərəkəti  İngiltərənin  Türkiyəni  iqtisadi  və  siyasi  asılılığa  salmaq  plan-

la

rına mane olmaqla, Avstriyanın Balkanlardakı mülklərinə təhlükə yaradırdı. 



Prussiya Almaniyanın birləşdirilməsi ilə əlaqədar məsələyə maraq göstərmirdi. 

O, sözdə Rusiyaya bildirdi ki, ağır şərtlərin aradan qaldırılmasına kömək edə-

cək.  Bunun  müqabilində  Avstriya  ilə  mübarizədə  Rusiyadan  dəstək  istəyirdi. 

Fransaya gəldikdə isə, Şərqdə Rusiya-Avstriya rəqabətini nəzərə alaraq, Fransa 

güman edirdi ki, Şimali İtaliya torpaqları uğrunda Avstriya ilə münaqişədə Ru-

siya ona dəstək verəcəkdi. Rusiyaya gəlincə o, öz növbəsində şərq məsələsinin 

həllində Fransadan kömək alacaqdı. 1856-cı ildə XİN A.M.Qorçakov bu barə-

də yazırdı: “Şərq məsələsinə görə Fransa ilə yaxınlaşmağı düşmənlərimizə qar-

şı güc mənbəyi hesab edirik”. Fransa ilə ittifaqda Rusiya İngiltərəni zəiflətmək, 

Rusiyanın  əvvəlki  nüfuzunu  bərpa  etmək  “Avropa  bərabərliyini”  yaratmağa 

ümid edirdi (7, 

472). Lakin nəzərə almamaq qeyri-mümkündür ki,  müharibə-

dən  sonrakı  vəziyyətin  yaradıcıları  İngiltərə  və  Fransa  idi.  Fransa  Paris  kon-

fran


sında 1855-ci il Avstriya ultimatumunda yer alan Qara dənizin neytrallaş-

dırılması  maddəsini  daxil  etməyi  təklif  etmişdi,  İngiltərə  isə  bu  məsələdə 

Fransaya dəstək vermişdi (14, 22).  

Rus-


ingilis  ziddiyyətlərinin  kəskinliyini  dərk  edən  rus  höküməti  Fransa 

ilə  yaxınlaşaraq,  ingilis-fransız  fikir ayrılıqlarından  məharətlə  istifadə etməyə 

çalışırdı. Qorçakov  tez-tez ifadə edirdi ki, ingilis-fransız ittifaqında Fransa İn-

gil


tərənin əlində “Rusiyaya qarşı “silah” ola bilər” (11, 18). 1856-cı il hesaba-

tında o yazırdı ki: “Nə İngiltərə, nə Avstriya, nə də Prussiya Rusiya ilə real ra-

zılaşma bağlamaq imkanına malik deyillər. Yeganə olaraq kontinental və dəniz 

dövləti Fransa qalır ki, o da Rusiyanın  müttəfiqi  ola bilər” (1, 33; 8, 18). Bu 

 

61 



məqsədlə Peterburq Fransa ilə sürətli yaxınlaşma kursu götürdü. Bu istiqamət-

də  ilk  addım  1856-cı  ildə  Fransanın  Peterburq  və  Moskvadakı  fövqəladə  və 

səlahiyyətli səfiri Morninin II Aleksandr tərəfindən dəbdəbəli qarşılanması və 

səmimi şəraitdə imperator-səfir arasında qarşılıqlı bəyanatların verilməsi oldu 

(7, 

472). Bu şəxsi əlaqələrin davamı olaraq böyük Konstantin Nikolayeviçin III 



Napoleonun  dəvəti  ilə  1857-ci  ilin  yazında  Parisə  səfəri  oldu.  Böyük  knyaz 

Parisdə olarkən Fransa imperatoru Rusiya, İngiltərə və Fransanın birgə fəaliy-

yətinin  mümkünlüyündən  danışdı.  Şəxsi  danışıqların  yekun  mərhələsi  Ştut-

qartda keçirilən imperatorların görüşü oldu. Peterburq imperatorların bu görü-

şünü kəşfiyyat və digər dövlətlərlə fikir mübadiləsi kimi qiymətləndirirdi. Hər 

iki  imperatorların  və  xarici  işlər  nazirlərinin görüşü 1857-ci ilin sentyabrında 

baş tutdu. Üç gün davam edən görüşdə qarşılıqlı əhəmiyyət kəsb edən  məsə-

lələr müzakirə edildi: III Napoleon Avropanın yenidən qurulması planını şərh 

etdi, İtaliya məsələlərinə, eyni zamanda Dunay knyazlıqları ilə bağlı məsələlərə 

toxundu.  Rusiyaya  gəlincə  isə  o,  öz  təkliflərini  əsasən  Paris  sülhünün  bəzi 

maddələrinin aradan qaldırılması əsasında qururdu. Görüş zamanı heş bir rəsmi 

sənəd  imzalanmasa  da,  dövlət  başçıları  Avropa  yönlü  siyasətdə  qarşılıqlı 

razılaşma yolunu dəstəklədilər (12, 18; 2, 13). 

Şərq  siyasətinə  gəldikdə  isə  imperatorlar  qərara  gəldilər  ki,  Osmanlı 

imperiyası süqut edərsə bir-birilərini xəbərdar etsinlər. 1858-ci ilin ikinci yarısı 

və 1859-cu ilin əvvəlləri III Napoleonun Rusiya ilə yaxınlaşma istiqamətində 

fəallığı  ilə  yadda  qalmışdır.  19  fevral  (3  mart)  1859-cu  ildə  Parisdə  P.D.Ki-

selyov və Fransa Xarici İşlər naziri Valevski arasında bitərəflik və əməkdaşlıq 

haq

qında  məxfi  rus-fransız  müqaviləsi  imzalandı.  Müqaviləyə  görə,  Fransa 



Avstri

ya ilə müharibəyə başlayardısa, Rusiya arzu olunan bitərəfliyi saxlamalı 

idi. 

Bu  müqavilə  hər şeydən öncə  Fransa üçün  faydalı  idi. Belə ki,  müqavilə 



ona Av

ropada fəaliyyət azadlığı verirdi. Rusiyaya gəldikdə isə, o nə ərazi də-

yişikliyinə məruz qalırdı, nə də Fransa tərəfdən Paris müqaviləsinin şərtlərinə 

yenidən baxmaq zəmanəti alırdı. Fransa Paris müqaviləsinin şərtlərinin dəyiş-

dirilməsi  barədə  üzərinə  heç  bir  konkret  vəzifə  götürmədi.  Bununla  bərabər 

rus-


fransız müqaviləsinin Rusiya üçün bəzi müsbət cəhətləri də oldu (12; 69-

70).  


Avropanın  cənubunda  baş  verən  hadisələr  rus-fransız  müqaviləsindən 

Qərb dövlətlərinin diqqətini uzaqlaşdırdı.  Fransa-Avstriya  müharibəsində Ru-

siyanın mövqeyi ziddiyyətli idi. Rusiya Balkanlarda və Türkiyədə əsas düşmə-

ni olan Avstriyanın zəifləməsində maraqlı idi. Fransanın Avropada nüfuzu yük-

səlməklə rus-fransız və rus-ingilis münasibətlərinə pis təsir göstərdi. Rusiyanın 

bu  müharibədə arzu olunan  bitərəfliyi  Fransanı qane etmədi. Fransa Rusiyanı 

Avstriyaya qarşı aktiv əməliyyatlara cəlb etmək istəyirdi. Digər tərəfdən qalib 

Fransa  müharibədən əvvəl olduğundan  fərqli olaraq  indi Rusiyaya az ehtiyac 

duyurdu. Ancaq şərq siyasəti  məsələlərində Rusiya  və Fransanın  fəaliyyətləri 

birgə xarakter daşıyırdı. Onların  hər  ikisi  Balkanlardakı  milli  hərəkatları dəs-

təkləyirdilər (4, 87-91). 

 

62 




Paris  sülhünün  Rusiya  üçün  ağır  maddələrinin  aradan  qaldırılması  və 

Balkan  xristianlarının  vəziyyətinin  yaxşılaşdırılması  istiqamətində  Fransanın 

köməyinə bel bağlamaq üçün Rusiya hökuməti Napoleonun 1860-1861-ci illər 

Suriyaya edilən ekspedisiyasını dəstəkləməyə razı oldu (14, 26). Rusiyanın bu 

dəstəyindən ruhlanaraq bütün istəklərinə nail olan Fransa imperatoru Rusiyanı, 

demək olar ki, yaddan çıxardı. 1860-cı ilin mayında Qorçakov qərb ölkələrinə 

müraciət  edərək təklif  etdi  ki,  Osmanlı  sultanını  Balkanlarda  islahatlar  keçir-

mək  üçün  xəbərdar  etsinlər  və  öz  təzyiqlərini  göstərsinlər.  Bütün  ölkələr,  o 

cümlədən də Fransa Rusiyanın bu təklifinə laqeyd yanaşaraq dəstəkləmədilər. 

Fransanın bu təklifdən imtina etməsi Rusiya və İngiltərənin fransız qoşunlaının 

Suriyadan çıxarılmasını birgə tələb etməsinə gətirib çıxardı. Beləliklə 1861-ci 

ildə Fransa qoşunlarının Suriyadan çıxarılması bölgədə və Türkiyədə Fransanın 

mövqeyinin İngiltərənin xeyrinə zəifləməsinə səbəb oldu (14, 56). 

Şərq  məsələlərində  heç  bir  güzəştə  getmək  istəməyən  Rusiya  yenidən 

Prussiya  və  Avstriya  ilə  ittifaqa  qayıtmağa  cəhd  etdi  (11,  218).  Avstriya  və 

Prussiya da Rusiya  ilə  yaxınlaşmaq  istəyirdi.  Avstriyanın  Rusiya  ilə  birliyinə 

Vyananın balkanlarda apardığı anti-rus siyasəti mane olurdu. Bu baxımdan da 

Varşava görüşündə yekun nəticə əldə olunmadı. Polşa məsələsi Avropa höku-

mətləri arasında siyasi mübarizəni gücləndirdi və bütün siyasi maraqlar Polşa 

üzərində cəmləndi. 

Xarici siyasətdə Rusiya Fransa ilə yaxınlaşmağa istiqmətlənməklə, təcrid-

dən  çıxmaqda,  diplomatik  yollarla  sultanın  qeyri-türk  təbəələrinin  yaşadığı 

ərazilərdə islahatların keçirilməsində və Paris sülhünün ağır şərtlərinin aradan 

qaldırılmasında  Fransanın  köməyinə  ümid  edirdi.  Ona  görə  də, rus hökuməti 

əvvəlcə türk nazirlərinə üsyançıların tələblərini yerinə yetirmək məsləhətləri ilə 

kifayətlənmirdi. Hətta Fransa, İngiltərə və Avstriya-Macarıstan da daxil olmaq-

la Rusiyaya bu məsələdə əks mövqe tuturdular. İstanbuldakı Fransa səfiri De-

Mustye  Türkiyənin  Rusiyaya  olan  etibarsızlığından  istifadə  edərək  türk  na-

zirləri  və  qərb  diplomatlarını  inandırmağa  çalışırdı  ki,  Kritdəki  çıxışlar  məhz 

rus


ların müdaxiləsi nəticəsində baş verib. Fransa kritlilərə Rusiyanın köməyini 

rus höku


mətinin  Şərqdə  möhkəmlənməsi  və  Qərbi  Avropa ölkələri  üçün  təh-

lükəli bir hal kimi qiymət verirdi (13, 98). 1866-cı ilin payızında çar hökuməti 

Krit  məsələsinə  dair  müştərək  proqramı  hazırlamaq  üçün  Parisə  və  Londona 

müraciət etdi. Kritdə yaranmış gərgin vəziyyət xarici vətəndaşlar üçün də təh-

lükə törətdiyindən Avropa ölkələri fəaliyyətlərini birləşdirdilər. Fransanın Tür-

kiyədəki təsirini və Balkan xalqları arasındakı nüfuzunu nəzərə alaraq Rusiya 

Krit  məsələsində  Fransa  ilə  yaxınlaşmağa  çalışırdı.  Fransa  xarici  işlər  naziri 

bildirdi ki, Şərq məsələsi nə Rusiyanın, nə də Fransanın iştirakı olmadan həll 

edilə  bilməz  və  Fransa  Rusiya əleyhinə olan  fəaliyyətlərə  imkan  verməyəcək 

(9, 170). 

Rusiya  Avropa  dövlətlərinin  dəstəyi  ilə  Türkiyənin  xristian  əhalisinin 

xey


rinə sultan tərəfindən islahatların keçirilməsini zəruri sayırdı (12, 56). Fran-

sa  xristianların,  əsasən  də  yunan  və  serblərin  dini  ziddiyyətlərində  monipul-

 

63 



yasiy

a edərək Rusiyanın Şərqdə nüfuzunu zəiflətmək istəyirdi. Rusiya isə ək-

sinə  yunan, bolqar, serb və digər xalqların türklərə qarşı  mübarizəsini  birləş-

dirərək gücləndirmək istəyirdi (11,57). 

Balkan  yarımadasında baş verən dəyişiklikləri Peterburq Paris sülhünün 

məhdudlaşdırıcı maddələrinin aradan qaldırılması üçün istifadə etmək istəyirdi. 

Parisdə müzakirə edilən məsələlərin əsas mövzusunu məhz bu istiqamət təşkil 

edirdi. 1867-

ci ildə Sultan Krit üsyanının yatırılması barədə bəyanat versə də, 

mübarizə davam edirdi. Belə bir vəziyyətdə Fransa hökuməti Peterburqdakı sə-

firi Taleyran vasitəsilə Rusiyanın Osmanlı imperiyası dağılacağı təqdirdə pla-

nını öyrənməyə cəhd etdi. Qorçakov bildirdi ki, Rusiyanın ərazisini genişlən-

dir

mək planları yoxdur. Rus nazirinin bu bəyanatı Fransa tərəfindən məmnun-



luqla qarşılandı və III Napoleonu Avropa dövlətləri ilə birgə Türkiyənin çök-

məsinin qarşısını almaq üçün tədbirlər təklif etməyə həvəsləndirdi. Bu məsələ 

ilə bağlı Fransa və Avstriya arasında işgüzar əlaqələr quruldu (1, 89; 13, 183). 

1867-


ci  ilin  yanvarında  Avstriya  Xarici  İşlər  naziri Beyst Avropa 

ölkələrinə ünvanlanan xüsusi notasında Şərq məsələsinə Avstriya hökumətinin 

münasibətini şərh edirdi. O, təklif edirdi ki, Şərq məsələsi Avropa konfransında 

müzakirə  edilsin,  konfransda  ilk  müzakirə  edilən  məsələ  isə  1856-cı  il  mü-

qaviləsinə yenidən baxmaq olsun. Birinci növbədə söhbət Qara dənizin neytral-

lığının aradan qaldırılmasından gedirdi. Bu təkliflə Beyst Fransa və Rusiya ilə 

yaxınlaşmaqla Prussiyanın Avropadakı “genişlənmək” siyasətinə qarşı durmaq 

istəyirdi. Lakin Rus-Avstriya münasibətlərinin Şərqdə ziddiyyətliliyini  nəzərə 

alan rus höku

məti  Avstriyanın  bu  bəyanatına  bitərəf  mövqe  nümayiş  etdirdi. 

Avstriyanın bu bəyanatı praktiki cəhətdən heç bir nəticə vermədi. Avropadakı 

siyasi  vəziyyət  isə  get-gedə  daha  da  gərginləşirdi.  Əsasən  yeni  gərginlik 

mənbəyi  Rusiya  və  Fransa  arasında  Lüksemburq  üstündə  baş  verdi  (3,  218). 

Avropa  dövlətlərinin  daxili  siyasətlərinin  ziddiyyətlərini  təsdiq  edən  və  rus-

fransız  ziddiyyətinin  sonrakı  dərinləşməsini  göstərən  hadisələrdən  biri  də 

Fransa  və  Avstriya  imperatorlarının  Zalsburqda  1867-ci  ilin  avqustunda  baş 

tutan görüşü oldu. Şərq məsələsinə gəlincə Fransa ilə Avstriyanın mövqeyi üst-

üstə  düşürdü,  hər  ikisi  Balkanlarda  Türkiyənin  əsarətində  olan  Balkan  xalq-

larının status kvo vəziyyətini qəbul edirdi. Hər iki hökumət Rusiyanın Balkan 

si

yasətinin düşməni idi. Onlar slavyanların həmrəylik səylərinin güclənməsinə 



qarşı  çıxırdılar.  Fransa  və  Avstriya  imperatorlarının  görüşünə  qədər  rəsmi 

Vyana Rusiyada 1867-

ci  ilin  mayında  çağırılan  slavyan  qurultayına  qarşı  öz 

etirazını  bildirmişdi. Çünki  bu qurultayda slavyanlar arasında separatizm təh-

lükəsi məsələsi və onların birləşmələrinin vacibliyi müzakirə edilirdi (9, 57). 

Avstriya ilə Fransanın yaxınlaşması Rusiyanı məcbur etdi ki, Prussiya ilə 

yaxınlaşsın. Çox keçmədi ki, Fransa ilə Prussiya arasında olan gərginlik nəha-

yətdə  müharibə  ilə  nəticələndi  ki,  Rusiya  diplomatları  da  bundan  məharətlə 

istifadə etməyə başladılar (15, 103). 

Rusiya  höku

məti  Avropadakı  siyasi  parçalanmadan  istifadə  edərək, 

dünya  dövlətlərinin  başının  Fransa-Prussiya  müharibəsinə  qarışdığını  görüb 

 

64 



özünün xarici siyasətinin bir nömrəli problemi olan – Paris sülhünün məhdud-

laşdırıcı  maddələrinin  aradan  qaldırılmasına  başladı.  Qara  dənizin  neytrallaş-

dırılmasının  əsas  təşəbbüsçüsü  olan  Fransanın  müharibəyə  başının  qarışması 

Rusiyaya  maneçilik  yaratmağa  imkan  vermədi,  Prussiya  kralı  Vilhelm  və 

Bismark isə II Aleksandrı əmin etdilər ki, onun 1856-cı ildə müqavilələrinə də-

yişiklik etmək iddiası haqlı və qanunidir (15, 90). Fransanın ilk məğlubiyyətləri 

Türkiyə-Rusiya  münasibətlərində  nəzərə  çarpan  yaxşılaşmaya  səbəb  oldu. 

İqnatev  Türkiyədəki  nüfuzundan  və  bir  çox  işlərdə  başlıca  rol  oynamasından 

istifadə  edərək  1870-ci ilin  avqustunda  Paris  sülhünün  nəticələrinin  aradan 

qaldırılması  üçün  baş  vəzir  Əli  paşa  ilə  danışıqları  yenidən  başladı.  O,  türk 

diplomatını  əmin  etməyə  çalışırdı  ki,  bu  ləğv  etmənin  həm  Türkiyə,  həm  də 

Rusiya  üçün  əhəmiyyəti  var  (11,  90).  Bu  danışıqların  məzmunu  Avropada 

məlum  olanda  böyük  hay-küyə  səbəb  oldu  ki,  bu  da  Rusiya  üçün  böyük  bir 

fürsətə çevrildi. 

15 oktyabr 1870-

ci  ildə  II  Aleksandr  nazirlər  şurasının  iclasında  Paris 

sülhünün  müvafiq  maddələrinin  aradan  qaldırılmasının  məqsədəuyğunluğunu 

müzaki


rə  etdi.  Rusiyanın  Paris  müqaviləsinin  məhdudlaşdırıcı  maddələrinin 

aradan qaldırılması barədə bəyanat A.M.Qorçakov tərəfindən 19 (31) oktyabr 

1870-

ci  ildə  xaricdə  olan  rus  səfirləri  vasitəsilə  Paris  müqaviləsini  (1856) 



imzalayan dövlətlərə göndərildi (12, 521). Qorçakovun bu notası bir çox ölkə-

lərdə  böyük  narazılıqlarla  qarşılandı.  Amma  ən  çox  güclü  təzyiq  Vyana  və 

Londondan gəldi. Belə ki, hər iki hökumət Rusiyanın bu addımını müharibəyə 

bəhanə kimi qiymətləndirdi.  

Prussiyaya gəlincə isə, Bismark Rusiyanı açıq dəstəkləməklə, İngiltərəni 

Prussiyaya  qarşı  çevirmək  və  yeni  müharibə  yarada  bilən  ingilis-rus nara-

zılığını  da  istəmirdi.  Tərəfləri  barışıdırmaq  üçün  kansler  1856-cı  il  müqa-

viləsini imzalayan dövlətlərin Peterburqda iclasını çağırmağı təklif etdi. Bütün 

dövlətlər bu təklifi qəbul etdilər, lakin ingilislər görüşün Londonda keçirilməsi 

təklifini  irəli  sürdülər.  Londonun  bu  təklifinə  digər  ölkələr  etiraz  etmədilər. 

İclasın işinə Fransanın qatılmasında maraqlı olan İngiltərə bu ölkəni, Prussiya 

isə Rusiya və İtaliyanı dəvət etdi. Peterburqda ehtimal edirdilər ki, “Konfransın 

çağırılmasına tələsmək lazımdır, çünki Fransa-Prussiya müharibəsi gedişindən 

diqqət Avropa hadisələrinə  yönəlib.” Qorçakov hesab edirdi ki,  “Londondakı 

konfrans  qısa  müddətli  –  praktik  əhəmiyyətli  olmalıdır”  (6,  101).  Belə  olan 

halda başqa məsələlər qoyulmadan Paris sülhünün məhdudlaşdırıcı maddələri-

nin aradan qaldırılmasının müzakirəsi təklif edildi. 5 (17) yanvar 1871-ci ildə 

Londonda  Paris  traktatını  imzalayan  dövlətlərin  iştirakı  ilə  Fransa  nümayən-

dələrinin  iştirakı  olmadan  konfrans  öz  işinə  başladı.  İclası  açan  Qrenvil 

konfransın çağırılmasında Paris müqaviləsini imlzalayan dövlətlərin razılığının 

olduğunu bildirdi. Rusiya Qara dənizlə bağlı olan maddələrə yenidən baxılması 

təklifini səsləndirdi (7, 105). 

Rusiya nümayəndəsi  bildirdi ki, bu  müqavilə onu imzalayan dövlətlərin 

çoxu tərəfindən pozulmuşdu, eyni zamanda neytrallaşdırma prinsipi Rusiya ilə 

 

65 



bərabər Türkiyənin də maraqlarına toxunmur. Türkiyə nümayəndəsi bəyan etdi 

ki

, Türkiyə Qara dənizin neytrallaşdırılmasını onun suverenliyini pozan fəaliy-



yət kimi qiymətləndirmir və onu Paris müqaviləsinin sülh şərtlərinin zəmanəti 

kimi saxlanılmasına tərəfdardır. Lakin Rusiyaya güzəştə gedərək Musurus paşa 

bildirdi  ki,  Türkiyə  ölkəsinin  təhlükəsizliyinə  zəmanət  verən  zəruri  tədbirlər 

müqabilində Paris traktatının bəzi maddələrinə yenidən baxmağa hazırdır (11, 

105).  Kəskin  müzakirələrdən  və  mübahisələrdən  sonra,  nəhayət,  1  (13)  mart 

1871-


ci  ildə  keçirilən  konfransın  sayca  beşinci  iclasında  1856-cı  il  Paris 

traktatına  dəyişiklik  gətirilən  9  maddəli  London  protokolu  qəbul  edildi  (12, 

111-113).  

London  müqaviləsinin  birinci  maddəsinə  əsasən,  18  (30)  mart  1856-cı 

ildə bağlanmış Paris müqaviləsinin Qara dənizin neytrallaşmasını nəzərdə tutan 

XI, XIII və XIV maddələri, habelə Rusiya və Türkiyə arasında imzalanan kon-

vensiya ləğv edilirdi. London protokolunun 1 (13) mart 1871-ci ildə imzalan-

ması  ilə  təxminən  iki  ay  davam  edən  konfrans  öz  işini  başa  vurdu.  O,  Rusi-

yanın  böyük  diplomatik  qələbəsi  idi.  Qara  dənizin  neytrallaşdırılmasının  ara-

dan qaldırılması Paris müqaviləsinin digər şərtlərinin saxlanılması ilə həll edil-

di. Rusiya Qara dənizdə hərbi donanma saxlamaq və sahilyanı ərazilərdə hərbi 

istehkamlar  tikmək  hüququ  əldə  etdi.  Fransa-Prussiya  müharibəsi  nəticəsində 

yaranan  beynəlxalq  münasibətlərdən  istifadə  etməsi,  Paris  müqaviləsinin  bir 

çox  maddələrinin  Avropa  ölkələri  tərəfindən  pozulması  rus  diplomatlarının 

xaricdə dimplomatiyanın qələbəsinə gətirib çıxardı. 

 

ƏDƏBİYYAT 

1.Бушуев С.К.,  Горчаков А.М. Дипломат. 1798-1883. M.: ИМО, 1961, 109 с. 

2.Виноградов  В.Н.  Россия  и  объединение  румынских  княжеств.  М.:  АН  СССР,  1961, 

331с. 

3.Восточный  вопрос  во  внешней  политике  России  конец  XVIII  –  начало  XX  в.в.  М.:  



Наука, 1978, 434 с. 

4.

Vəliyev  T.T.,  Şahmuradov  A.S.  Slavyan  ölkələri  tarixi  (XIX  əsrin  ikinci  yarısı-XX  əsrin 



əvvəlləri). Bakı: Vətən, 2012, 566 c. 

5.

Ерусалимский  А.С.  Внешняя  политика  и  дипломатия  германского  империализма  в 



конце XIX века. М.: АН СССР, 1951, 608 с. 

6.Ерусалимский А.С. Бисмарк. Дипломатия  и милитаризм. М.: Наука, 1968, 284 c. 

7.История дипломатии. В 3-х томах. Т. I. Под ред. В.П.Потемкина. М.: Соцэкгиз, 1945, 

567 с. 


8.Киняпина  Н.С.  Внешняя  политика  России  второй  половины  XIX  в.  М.:  Наука,  1974, 

335 


с. 

9.Никитин С.А. Очерки по истории южных славян и русско-балканских связей в 50-70-х 

гг. XIX в. М.: Наука, 1970, 328 с. 

10.Орлов А.С., Полунов А.Ю., Терещенко Ю.Я. Основы курса истории России. М.: Про-

стор, 2006, 637 с . 

11. Россия и восточный кризис 70-х гг. XIX в. М., АН СССР, 1981, 345с. 

12.Сборник договоров России с другими государствами (1856-1917). М.: Госполитиздат, 

1952, 464 с. 

13.Сенкевич И.Г. Россия: Критское восстание 1866-1869 гг. М.: Наука, 1970, 212 с. 

 

66 




14.Паценкова  М.Т.  Политика  Франции  на  Ближнем  Востоке  и  Сирийская  экспедиция 

1860-


1861 гг. М.: Наука, 1966, 311 с. 

15.Тейлор А. Борьба за господство в Европе 1848-1918. М.: Иностранка, 1958, 644 с. 

 

 

ДИПЛОМАТИЧЕСКОЕ ОТНОШЕНИЕ РОССИИ С ЕВРОПЕЙСКИМИ  



СТРАНАМИ В 50-70 ГОДЫ XIX ВЕКА 

 

З.Н.НУРИЕВА  

 

РЕЗЮМЕ 

 

50-


70 годы XIX века характеризуются вновь обострением вопросов, международ-

ных отношений с Востоком. В этом периоде после Крымской войны дабы восстановить 

свою дипломатическую позицию, Россия старается использовать все возможные усилия. 

После  антогонистичестих  обострений,  Россия  в  своей  иностранной  политике  начинает 

отстранять условия Парижского мира, основанной на проблеме России.  

 

Ключевые  слова:  политическое  отношение,  военная  отсталость,  договор,  союз, 

мирный договор. 

 

 

DIPLOMATIC RELATIONS OF RUSSIA WITH EUROPEAN COUNTRIES  

IN THE 50-70s OF THE XIX CENTURY 

 

Z.N.NURIYEVA 

 

SUMMARY 

 

50-70-s of the XIX century is characterized by the acceleration of the Eastern problem 

in international relations. During this period, Russia was trying to use all diplomatic means for 

restoring its lost position after the Crimean War. After the acceleration of the contradictions in 

Europe,  Russia starts to  eliminate severe conditions of the  Paris  Peace  which  results in the 

victory of Russian diplomacy.  



 

Key words: political relations, military backwardness, contract, a peace treaty 

 

 

 



67 

Yüklə 83,03 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə