Baki universitetiNİn xəBƏRLƏRİ №3 Humanitar elmlər seriyası



Yüklə 69,48 Kb.
Pdf görüntüsü
tarix20.03.2018
ölçüsü69,48 Kb.
#32676


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№3    

 

Humanitar elmlər seriyası   

 

2015 

 

 

 

 

 

UOT 94/479.34 

 

1917-1918-ci 

İLLƏRDƏ BAKIDA BOLŞEVİK REJİMİ 

QURULMASININ MÜASİR AZƏRBAYCAN TARİX ELMİNDƏ ƏKSİ 

 

V.Ş.ABIŞOV 

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu 

www.vaqif.abishov1955@gmal.com 

 

Məqalənin  yazılmasında  əsas  məqsəd  XXI  əsr  müasir  Azərbaycan  tarix  elmində 

problemin araşdırılma vəziyyətini təhlil etməkdən ibarətdir.  

 

Açar sözlər: Azərbaycan, А.Q. Balayev, N.L.Nəsibzadə, C.P.Həsənli, E.R.İsmayılov 

 

1991-



ci ildə öz müstəqilliyini bərpa edən Azərbaycan dövləti 1918-1920-

ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi oldu-

ğunu elan edərək gərgin ictimai-siyasi və hərbi şəraitdə milli-mənəvi dəyərlərin 

qorunması  üçün  çox  mühüm  addımlar  atmış  oldu.  Sovet  tarixşünaslığından 

fərqli  olaraq  tarixi  fakt  və  hadisələrə  tarixçilik,  obyektiv  və  dəyərləndirmə 

prinsiplərindən,  rasional  düşüncə  istiqamətindən  yanaşan  müasir  Azərbaycan 

tarixşünaslığında  tariximizin  ağ  səhifələri  elmi-nəzəri  baxımdan  yenidən 

işlənilməyə başlanıldı və bu sahədə iş davamlı olaraq indi də aparılmaqdadır.  

Sovet sisteminin dağılması ilə ideoloji tələblərin aradan qalxması, 70 il 

arxivlərdə gizli saxlanılan və yazılması yasaq olunan sənədlərin tədqiqatçıların 

ixtiyarına verilməsi problemə - mövzuya yeni elmi yanaşmanı zəruri etmişdir.  

Məqalə hazırlanarkən “Azərbaycan inqilab komitəsi və Xalq komissarları 

Soveti 

iclaslarının  protokolları”  (1)  adlı  sənədlər  toplusundan,  o  cümlədən 



Azərbaycan  tarixçilərindən  A.Q.Balayev,  H.Ə.Həsənov,  N.L.Nəsibzadə, 

X.M.Məmmədov,  İ.S.Bağırova,  T.Ə.Əzizov,  A.Z.İbrahimova  və  başqa  müəl-

liflərin  elmi-tədqiqat  əsərlərindən  istifadə  edilməsi  mövzunun  ayrı-ayrı 

məqamlarına aydınlıq gətirilməsi baxımından əhəmiyyətli olmuşdur.  

A.Q.Balayevin “1917-1920-

ci  illərdə  Azərbaycan milli-demokratik 

hərəkatı”  adlı  əsərində  1917-ci ilin fevral inqilabından  sonra  Azərbaycanda 

başlanan  milli-azadlıq  hərəkatının  mərhələlərini,  Azərbaycan  Demokratik 

Respublikasının  qurulmasını,  onun  gördüyü  ilk  tədbirləri,  “Müsavat” par-

tiyasının siyasi fəaliyyəti, Bakı Soveti və Bakı Kommunası haqqında məsələlər 

108 



təhlil edilir. Müəllif əsas diqqəti mart ayında Müsəlman Milli Şurasının yaran-

masına,  aprel  ayında  Ümumqafqaz  müsəlmanlarının  Bakı  qurultayına,  may 

ayının 1-dən 11-nə kimi I Ümumrusiya müsəlmanlarının Moskvada keçirilmiş 

qurultayına  və  “Müsavat”  partiyasının  fəaliyyətinə  verib  (2). 1917-ci ilin 

martından  noyabrın  2-dək  Bakı  Sovetində  üstünlüyü  ələ  keçirmək  uğrunda 

partiyalar arasında gedən mübarizəni geniş şərh etməyən müəllif, noyabrın 2-

də genişləndirilmiş Bakı Soveti iclasında bolşeviklərin şəhərdə Bakı Sovetini 

ali hakimiyyət elan etmələrinə nail olduqları yazır (2, 13). 

A.Q.Balayevin1998-

ci  ildə  yazmış  olduğu  “1917-1918-ci  illərdə  Azər-

baycan milli hərəkatı” adlı əsərində bəhs olunan dövrdə baş vermiş hadisələr 

daha  geniş  təhlil  olunur  (3).  Fevral  inqilabından  sonra  siyasi  vəziyyətin  ak-

tivləşməsindən  və  aprel-may  aylarında  Bakı  və  Moskvada  keçirilmiş  müsəl-

manların  qurultaylarından  bəhs  edən  A.Q.Balayev,  Azərbaycanın  milli  təş-

kilatları  və  nümayəndələri  ilə  menşevik  və  eserlərin  “inqilabi-demokratik” 

partiyasının  nümayəndələri  arasında  münasibətlərin  daha  da  kəskinləşdiyini 

qeyd edir (3, 39-40).  

Noyabrın 12-də  Bakı Soveti  İctimai Təhlükəsizlik Komitəsinin buraxıl-

ması haqqında qərar çıxarmasını “Müsavat”ın dəstək verməsilə əlaqələndirən 

(3,  14) 

A.Q.Balayev, bu cür vəziyyətin yaranmasının öz məntiqi olduğunu və 

siyasi vəziyyətin şərtləri bunu diqtə etdiyini göstərir. Daha sonra müəllif tər-

kibi, əsasən, menşevik və eserlərdən ibarət olan  İctimai Təhlükəsizlik Komi-

təsinin buraxılmasına “Müsavat”ın razılıq verməsinin səbəblərini göstərir. Belə 

ki,  menşevik  və  eserlər  “vahid  və  bölünməz  Rusiya”  ideyasını  təbliğ  edirdi, 

daşnaklar  isə  öz  millətçilik  siyasətlərini  azərbaycanlılara  qarşı  yönəlmişdilər. 

Bolşeviklər  isə  millətlərə  ta  ayrılmağa  qədər  öz  müqəddəratlarını  təyin  etmə 

hüququ verən  yeganə partiya idi (3, 15).  “Müsavat”ın liderləri isə belə  ümid 

edirdilər  ki,  bolşeviklər  öz  sözlərinə  sadiq  qalacaqlar  və  Azərbaycana öz 

müqəddəratını təyinetmə hüququ verəcəklər. Lakin siyasi mübarizənin sonrakı 

gedişində  bu  ümidlər  tamamilə  yox  olub  getdi.  Xalq  Komissarları  Sovetinin 

sədri  V.İ.Lenin  və  Milli  İşlər  üzrə  Xalq  Komissarı  İ.V.Stalinin 1917-ci il 

noyabrın 2-də imzaladıqları “Rusiya xalqlarının hüquq bəyannaməsi”ndə və 20 

noyabrda  imzaladıqları  “Rusiyanın  və  Şərqin  bütün  müsəlman  zəhmətkeş-

lərinə”  müraciətində  Şərqin  müsəlman  xalqlarına  verilmiş  təntənəli  vədlərin 

əslində  riyakarlıq,  yalan  və  aldatmaqdan  başqa  bir  şey  olmadığını  tarix  özü 

sübut etdi (1, 

5). Bolşeviklər “xalqların öz müqəddəratını təyin etmək hüququ” 

haqqında  dekret  qəbul  etdilərsə  də,  sonralar  Stalin  bəyan  etdi  ki,  bu  məsələ 

ancaq “xalqın sosializmi seçməsi” şərtilə həyata keçirilə bilər (4, 15). N.L.Nə-

sibzadə  isə  RSFSR  hökumətinin  qəbul  etdiyi  sənədlərin  Cənubi  Qafqazdakı 

milli qüvvələrə əvvəllər  müsbət təsir etdiyini, lakin hakimiyyəti qeyri-qanuni 

yolla ələ keçirdikləri üçün yeni sovet hökuməti burada qəbul edilmədiyini qeyd 

edir (5, 27). 

N.L.Nəsibzadə  1917-ci  ildə  Bakıda  üç  siyasi  qüvvənin  mövcudluğunu 

önə  çəkərək  onların  içərisində  ən  güclü  qüvvə  Mərkəzi  İctimai  Təşkilatların 

109 



i

craiyyə  komitələri  olduğunu,  milli  şuraların  bələdiyyə  idarələri  ilə  birlikdə 

şəhərlərin  idarəsində  böyük  rol  oynadıqlarını  və  Bakıda  başqa  şəhərlərdən 

fərqli olaraq nisbətən güclü sovetin mövcudluğunu göstərir (5, 25).  

N.L.Nəsibzadənin əsərində Cənubi Qafqaz Komissarlığının yaranması və 

bu qurumun Türkiyə ilə münasibəti, Brest-Litovski sülh müqaviləsi, 1918-ci il 

mart qırğını və ümumiyyətlə, bu bölgədə  gedən proseslər haqqında ətraflı və 

sistemli məlumatlar verilmişdi. 

X.M.Məmmədovun “Azərbaycan milli hərəkatı (1875-1918-ci illər)” adlı 

əsərində  Azərbaycanda  yaranan  və  fəaliyyət  göstərən  siyasi  təşkilatlardan, 

onların siyasi mübarizəsindən, fevral inqilabından sonra Bakıda bolşeviklərin 

siyasi  fəaliyyətindən,  Qafqaz  və  ümumrusiya  müsəlmanlarının  qurultayından 

bəhs  olunur.  Müəllif  Sovet  siyasi  ideologiyasının  təsiri  və  birbaşa  diqtəsilə 

formalaşan  Azərbaycan  tarixşünaslığını  uzun  illər  elmi  obyektivlikdən uzaq 

olan, xalqın tarixini saxtalaşdıran, birtərəfli qiymətləndirən və bu istiqamətdə 

fəaliyyət  göstərən  bir  tarixşünaslıq  adlandırmışdır  (6,    3).  X.M.Məmmədov 

Oktyabr  inqilabından  sonra  Qafqazın  sovetləşdirilməsi  problemi  Rusiya  bol-

şeviklərinin  qarşısında  duran  aktual  məsələlərdən  biri  olduğunu,1917-ci il 

noyabr ayının 2-də Bakıda sovet hakimiyyətinin elan olunduğunu və “Bakıda 

hakimiyyətə  şəriksiz  yiyələnmiş  olan  bolşevik  daşnak  birləşmələri  1918-ci il 

aprel  ayının  25-də  Bakı  Xalq  Komissarları  Sovetini  yaratdılar”  cümləsini 

yazmaqla kifayətlənmişdir (6, 150).  

İ.S.Bağırova  “XX  əsrin  əvvəllərində  Azərbaycanda  siyasi  partiyalar  və 

təşkilatlar...” adlı əsərində isə 1917-ci ilin fevral inqilabından sonra Azərbay-

canda  yaranmış  və  ya  öz  fəaliyyətlərini  yenidən  bərpa  etmiş  partiyaların 

fəaliyyətini geniş təhlil edir və İctimai Təşkilatların İcraiyyə Komitəsini, fəhlə 

deputatlar  Sovetinin  yaranmasını  fevral  inqilabının  ilk  günlərində  mitinq  və 

nümayişlərin nəticəsi kimi göstərir (7, 305).  

1917-ci il fevral inq

ilabından  sonra  Bakıda  aktiv  fəaliyyət  göstərən 

partiyalardan ilk olaraq kadetlər partiyasını göstərən İ.S.Bağırovanın fikrincə, 

bu  partiya  üçün  ən  qorxulu  ikihakimiyyətlilik  idi.  Müəllif  kadetlərin  sosial 

bazadan məhrum olmasını sosialist və milli partiyaların nüfuzunun artması ilə 

əlaqələndirir və Saratov sürgünündən qayıdan Şaumyanın yeni yaranmış fəhlə 

deputatlar  Sovetinə  qiyabı  sədr  seçilməsini  onun  sosialistlər  arasında  şəxsən 

yaxşı tanınmasının nəticəsi kimi qiymətləndirir (7, 305).  

T.Əzizov 1901-1920-ci illərdə Azərbaycanın iqtisadi-sosial, siyasi həya-

tından  və  mədəniyyətindən  bəhs  edən  əsərində  Bakıda  hakimiyyətin  Sovetin 

əlinə  keçməsini  oktyabrın  31-i  deyil,  noyabrın  2-də  baş  verdiyini  göstərir. 

Bununla  bağlı  müəllif  yazır:  “1917-ci  ilin  oktyabrında  bolşeviklər  Rusiyada 

hakimiyyəti ələ aldıqdan sonra, noyabrın 2-də Bakı fəhlə deputatları Sovetinin 

Bakı hərbi deputatları Soveti ilə birgə iclasında Sovetin İcraiyyə Komitəsi Bakı 

şəhərində  və  Bakı  rayonunda  ali  hakimiyyət  orqanı  elan  edildi.  Bu  iclasda, 

“həmçinin  Bakı  fəhlə  deputatları  Soveti  ilə  Bakı  hərbi  deputatları  Sovetini 

birləşdirərək,  onu  Bakı  fəhlə  və  əsgər  deputatları  Soveti  adlandırmaq  qərara 

110 



alındı” (8, 146). 

Bakıda  yaranmış  ikihakimiyyətlilik  məsələsinə  də  toxunan  T.Əzizov 

Sovetdə S.Şaumyanın rəhbərlik etdiyi bolşevikləri başlıca qüvvə hesab etməklə 

yanaşı,  burada  daşnaklar,  eserlər  və  menşeviklərin  də  təmsil  olunduğunu 

göstərir  (8,  151). Lakin 1917-1918-ci  illərdə  bolşeviklər  heç  vaxt  Sovetdə 

çoxluqda  olmamışdılar.  Hətta  bolşeviklər  Sovetin  rəhbərliyində  olduqları 

vaxtlarda,  yəni  1917-ci  il  noyabrın  2-dən  1918-ci il iyulun 25-dək  Sovetin 

üzvlərinin  əksəriyyəti  eser-menşeviklərə  məxsus  idi  və  qanunların  qəbul 

olunmasında onların səsi həlledici olmuşdur.  

T.Ə.Əzizov  da  sovet  tarixçilərinin  “Mart  hadisələrindən  sonra  Bakıda 

bolşeviklərin hakimiyyəti möhkəmləndi” fikri ilə razılaşır və 1918-ci il aprelin 

25-


də  Bakı  quberniyası  Xalq  Komissarları  Soveti  yaradıldıqdan  sonra  onun 

tərkibinə  iki  nəfər  azərbaycanlı  komissar-şəhər  təsərrüfatı  komissarı  bolşevik 

N.Nərimanov və torpaq komissarı sol eser M.Vəzirovun olduğunu qeyd edir, 

(8, 157) 

lakin quberniya komissarı Məşədi Əzizbəyovun adını çəkmir.  

Yeddi


cildlik “Azərbaycan tarixi”nin V cildində 1917-ci il fevral inqila-

bından  sonra  “Bakıda  İctimai  Təşkilatların  İcraiyyə  Komitəsi  və  Fəhlə  və 

Əsgər  Deputatları  Soveti  adlı  iki  hakimiyyət  orqanının  yarandığını  və 

bunlardan nisbətən nüfuzlusu Bakı Soveti hesab edildiyi göstərilir (9, 287).  

R.A.Hüseynov  və  X.Y.Verdiyevanın  birgə  yazdıqları  “Azərbaycan 

tarixi” 


adlı kitab Azərbaycanın qədim dövründən başlamış ta 1920-ci illər də 

daxil olmaqla böyük bir dövrü əhatə edir. Kitabın “Oktyabr çevrilişi və Şimali 

Azərbaycan” adlı paraqrafı “1917-ci il 25 oktyabrda Petroqradda hakimiyyətin 

bolşeviklərin əlinə keçməsi” ilə başlayır (10, 121). Müəlliflər 1918-ci il mayın 

28-

dən  sonra  Şimali  Azərbaycanda  iki  hakimiyyət  -  “Musavat”  partiyasının 



lider  hesab  olunduğu,  milli  və  vətənpərvər  qüvvələrin  qurduğu  demokratik, 

digəri  isə  Sovet  Rusiyasının  tərəfdarı  olan  bolşevik  hakimiyyəti  olduğu 

göstərilir (10, 138). 

C.P.Həsənli  1917-ci  il  25  oktyabr  çevrilişindən  sonrakı  hadisələri  belə 

şərh  edir:  “1917-ci  ilin  oktyabr  çevrilişi  xalqların  milli  müstəqilliyə  olan 

ümidlərini daha da artırdı. Bu ümidlər xeyli dərəcədə bolşeviklərin ilk günlərdə 

elan  etdikləri  bəyannamələrdən  qidalanırdı.  Sülh  haqqında  Dekret,  habelə 

“Rusiya  xalqlarının  hüquq  bəyannaməsi”,  “Rusiyanın  və  Şərqin  müsəlman 

zəhmətkeşlərinə” müraciətnaməsi ilk addım kimi keçmiş imperiyaya daxil olan 

xalqların  azad  surətdə  ayrılıb  öz  müstəqil  dövlətlərini  yaratmaq  üçün  hüquqi 

təminat  verirdi.  Lakin  az  sonra  məlum  oldu  ki,  bu  sənədlər  real  əməli 

addımlardan uzaq olub, daha çox təbliğat xarakteri daşıyır” (11, 23). 

Müəllif  1918-ci  ilin  mart  qətliamlarının  həyata  keçirilməsini  Sovet 

Rusiyasının  və  bütövlükdə  bolşeviklərin  Azərbaycana  münasibətinin  təzahür 

forması olduğunu qeyd edir və “bu hadisələrə, əsasən, ermənilərdən ibarət olan 

Bakı bolşeviklərinin Azərbaycanda hakimiyyəti ələ keçirməsi kimi deyil, Sovet 

Rusiyasının  yeritdiyi  təcavüzkarlıq  siyasətinin  tərkib  hissəsi  kimi  baxılmalı 

olduğu fikrini ortaya qoyur (11, 55). 

111 



Problemlə  əlaqədar  olaraq  müstəqillik  dövründə  yazılmış  əsərlər  içəri-

sində A.Z.İbrahimovanın “Azərbaycanda ictimai-siyasi qüvvələrin mübarizəsi 

(1917-1918-ci i

llər)” adlı əsəri də qeyd olunmalıdır.  

A.Z.İbrahimova  1917-ci  ilin  fevral  inqilabından  sonra  “Bakıda  biri 

burjua  hakimiyyəti,  yəni  Rusiyada  yaranan  Müvəqqəti  hökumətin  Bakı 

nümayəndəliyi  –  İctimai  Təşkilatların  İcraiyyə  Komitəsi  (İTİK),  digəri  isə 

Rusiya 


Sovet hökumətinin nümayəndəliyi olan Bakı Soveti olduğunu” göstərir 

(12, 


45).  Lakin  burada  müəllifin  yazdığı  kimi,  “Bakı  Soveti  Rusiya  Sovet 

hökumətinin  nümayəndəliyi”dir  fikri  ilə  tam  razılaşmaq  olmaz.  Çünki  Bakı 

Sovetinin tərkibindəki çoxluğu menşevik-eser və daşnaklara məxsus olduğu və 

bolşeviklərin  azlıqda  olduğu  halda,  necə  demək  olar  ki,  bu  orqan  Sovet 

Rusiyasını  müdafiə  edirdi.  Əgər  müəllif,  bu  fikri  1917-ci  ilin  noyabrın  2-də 

Bakı  Sovetində  rəhbərliyini  bolşeviklər  tərəfindən  ələ  alandan  sonra  desəydi, 

onda bununla qismən razılaşmaq olardı.  

31  oktyabr  və  2  noyabr  tarixli  Bakı  Sovetinin  iclasları  bolşeviklərin 

qələbəsinin  ilkin  mərhələsini  kimi  qiymətləndirən  (12,  110)  A.Z.İbrahimova, 

noyabrın  2-də  Bakı  Sovetinin  iclasında  bolşevik  qətnaməsinin  qəbul  edil-

məsinin  qanuniliyini  şübhə  altına  alır.  Onun  fikrincə  Bakı  Sovetinin  eser-

menşevik-daşnak  deputat  çoxluğu  ...  iclası  tərk etdikdən  sonra  Sovetdə  qərar 

qəbul olunması üçün yetərsay yox idi (12, 111). 

E.R.İsmayılov  1917-ci  ilin  martında  yaradılmış  Fəhlə  deputatları 

Sovetinin 

sədri  Şaumyanın  seçilməsi  məsələsinə  sovet  tarixçilərindən  fərqli 

yanaşmışdır. Sovet tarixçiləri Şaumyanın Sovetin sədri seçilməsini onun şəxsi 

nüfuzu  ilə  əlaqələndirmişdilər.  E.İsmayılov  isə  yazır  ki,  Sovetin  tərkibindəki 

deputatla

rın  böyük  bir  hissəsi  sosialist-inqilabçılar  (eserlər)  partiyasının  və 

RSDFP-

nin  (menşeviklər)  nümayəndələrindən  ibarət  idi  (13,  157). Bu 



partiyalar  arasında  Sovetdə  liderlik  etmək  uğrunda  ciddi  mübarizə  gedirdi. 

Sovetə  sədrlik  vəzifəsinə  namizədlik  ortaya  çıxanda  partiyaların  fraksiyaları 

arasında  bu  məsələdə  bir-birlərinə  güzəştə  getmək  istəmirdilər.  Bolşeviklərlə 

menşeviklər uzun müddət bir partiyada olduğuna görə menşeviklər Şaumyanın 

nami

zədliyini irəli sürmüşdülər (13, 158). 



Beləliklə,  yeni  arxiv  sənədləri,  dövri  ədəbiyyat,  mühacir  və  qərb  tarix-

şünaslığından istifadə edən üçüncü Respublika tarixçilərinin yazmış olduqları 

çoxsaylı elmi tədqiqat əsərləri 1917-1918-ci illərdə Bakıda bolşevik rejiminin 

qurulması mövzusunun obyektiv təhlil edilməsinə şərait yaratmışdır.  

 

 

ƏDƏBİYYAT 

1.

 



Az

ərbaycan inqilab komitəsi və  Xalq  komissarları  Soveti  iclaslarının  protokolları.  Bakı: 

Çaşıoğlu, 2009, 554 s.  

2.

 



Балаев А.Г. Азербайджанское национально-демократическое движение 1917-1920 гг. 

Баку: Элм, 1990, 95 с 

3.

 

Балаев  А.Г.  Азербайджанское  национальное  движение  в  1917-1918  гг.  Баку:  Элм, 



1998, 280 с. 

112 



4.

 

Həsənov H.Ə. Nəriman Nərimanovun  milli dövlətçilik baxışları  və  fəaliyyəti. Bakı: Elm, 



2005, 248 s.  

5.

 



Nəsibzadə N.L. Azərbaycan xarici siyasəti (1918-1920). Bakı: Ay-Ulduz, 1996, 216 s.  

6.

 



Məmmədov X.M. Azərbaycan milli hərəkatı (1875-1918-ci illər). Bakı: Sabah, 1996, 174 s. 

7.

 



Багирова И.С. Политические партии и организации Азербайджана в начале ХХ века. 

1900-


1917. Баку: Элм, 1997, 335 с.  

8.

 



Əzizov T.Ə. Azərbaycan XX əsrin əvvəllərində. Bakı: Zaman, 1997, 256 s. 

9.

 



Azərbaycan tarixi. 7 cilddə, V c., Bakı: Elm, 2001, 672 s. 

10.


 

Гусейнов Р.А., Вердиева X.Я. История Азербайджана. Баку: Озан, 2000, 180 с.  

11.

 

Həsənli  C.P.  Azərbaycan  Xalq  Cümhuriyyətinin  Xarici  Siyasəti  (1918-1920). Bakı: 



Garısma MMC, 2009, 576 s. 

12.


 

İbrahimova  A.Z.  Azərbaycanda  ictimai-siaysi  qüvvələrin  mübarizəsi  (1917-1918-ci  illər). 

Bakı: Elm, 2010, 208 s.  

13.


 

Исмаилов  Э.Р.  Степан  Шаумян  –  Обреченный  на  забвение.  Портрет  “легендарного 

коммунара” без ретуши. Баку: Şərq-Qərb, 2012, 448 c. 

 

 



 

ОТРАЖЕНИЕ УСТАНОВЛЕНИЯ БОЛЬШЕВИСТСКОГО РЕЖИМА В БАКУ  

В 1917-1918 ГГ. В СОВРЕМЕННОЙ АЗЕРБАЙДЖАНСКОЙ ИСТОРИИ НАУКИ 

 

В.Ш.АБЫШОВ 

 

РЕЗЮМЕ 

 

Основной целью статьи является анализ степени изученности обозначенной про-

блемы в современной азербайджанской истории науки XXI века. 

Азербайджан, восстановивший в 1991 году свою независимость, объявив о своей 

политической  преемственности  в  отношении  Первой  Республики,  то  есть  Азер-

байджанской Демократической Республики, в обстановке общественно-политической и 

военной  напряжённости  предпринял  ряд  важных  шагов  для сохранности  национально-

духовных ценностей. В отличие от советской историографии, в азербайджанской исто-

риографии,  где  подход  к  историческим  фактам  и  событиям  осуществлялся  на  основе 

принципов объективной оценки  и рационального мышления,  белые пятна  нашей  исто-

рии  начали  заново  пересматриваться  с  научно-теоретической  точки  зрения,  и  работа  в 

этом направлении ведётся и поныне. 

При подготовке статьи особую значимость, с точки зрения прояснения различных 

отдельных аспектов указанной темы, имели исследовательские труды азербайджанских 

историков  А.Г.Балаева,  Г.А.Гасанова,  Н.Л.Насибзаде,  Х.М.Мамедова,  И.С.Багирова, 

Т.А.Азизова и А.З.Ибрагимова. 

 

Ключевые  слова:  Азербайджан,  А.Г.Балаев,  Н.Л.Насибзаде,  Дж.  П.Гасанли, 

Э.Р.Исмаилов, А.З.Ибрагимова 



 

113 



THE REFLECTION OF THE ESTABLISHMENT OF THE BOLSHEVIK REGIME IN 

BAKU IN 1917-1918 YEARS IN THE SCIENCE OF HISTORY IN AZERBAIJAN 

 

V.Sh.ABISHOV 

 

SUMMARY 

 

The main purpose of the article is to analyze the state of investigation of the problem in 

the XXI century modern history science of Azerbaijan. 

Azerbaijan, which regained its independence in 1991, by declaring that it is the political 

successor of the First Republic existed in 1918-1920, that is the Azerbaijan People's Republic  

took very important steps for the protection of national and moral values in intense public, po-

litical and military conditions. Unlike the Soviet historiography, in the modern historiography 

of Azerbaijan, approaching historical facts and events from the historical point of view, objec-

tive assessment of the principles and from the direction of the rational thinking has re-started 

and developed the scientific work on white pages in the history of Azerbaijan and is now being 

carried out in this area. 

The use of the Azerbaijani historians A.G.Balayev’s, H.A.Hasanov’s, N.L.Nasibza-

deh’s, Kh.M.Mammadov’s, I.S.Bagirova’s, T.A.Azizov’s  and A.Z.Ibrahimova’s research 

works was important in writing of the article and in clarifying some points of the subject. 

 

Key words:  Azerbaijan, A.G.Balayev, N.L.Nasibzadeh, J.P.Hasanli, E.R.Ismayilov, 

A.Z.Ibrahimova 



 

114 

Yüklə 69,48 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə