Baki universitetiNİn xəBƏRLƏRİ №3 Humanitar elmlər seriyası



Yüklə 58,97 Kb.
Pdf görüntüsü
tarix02.10.2017
ölçüsü58,97 Kb.
#2956


 

50 


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№3    

 

Humanitar elmlər seriyası   

 

2013 

 

 

 

 

 

 

47.82.20. Dramaturgiya 

UOT 82-2 

 

AZƏRBAYCAN DRAMATURGİYASININ SƏCİYYƏVİ 

XÜSUSİYYƏTLƏRİ (XIX ƏSRİN SONU – XX ƏSRİN ƏVVƏLLƏRİ) 

 

K.İ.HEYDƏROVA 

Bakı Dövlət Universiteti 

konul_qalib@mail.ru 

 

Məqalədə dramaturgiyamızın XIX əsrin sonu – XX əsrin əvvəlləri üçün səciyyəvi olan 

xüsusiyyətləri araşdırılmışdır. Hər bir dramaturqun fəaliyyətinin müəyyən əlamətləri tədqiqata 

cəlb olunmuşdur. Həmçinin dramaturgiyada toxunulan problemlərə ümumi nəzər salınmışdır. 

Müxtəlif  müəlliflərin  dramaturgiyada  qaldırdığı  məsələlər  qruplaşdırılmış,  onların 

özünəməxsusluğu ayrı-ayrılıqda işıqlandırılmışdır. 

 

Açar sözlər: Azərbaycan, dramaturgiya, problem, sənətkarlıq 

 

Hər  bir  bədii  əsər  müəyyən  poetik gücə,  ədəbi dəyərə  malikdir.  Əsərin 

dəyəri onun bədii çəkisindən asılıdır. Onun bədii çəkisi isə özündə ehtiva etdiyi 

milliliklə,  bəşəriliklə,  milli  idealın,  milli  xarakterin,  milli  düşüncə  tərzinin, 

milli  psixologiyanın  koloritiylə,  bədii  nümunələrdə  milli-mənəvi  idealların 

ifadəsi,  milli-xəlqi  ruhun  əqli  dərkdə  ehtiva  olunması  ilə  ölçülür.  Əsəri 

dəyərləndirmək üçün onun daşıdığı ümumbəşəri ideyaların məcmusu, əsərlərdə 

dövrün ictimai-

siyasi  fikirlərinin  əks  olunması  və  bunun  milli  oyanışa  təsiri, 

bədii fikrin başlıca ifadə tərzi kimi seçilməsi, ədibin hansı bədii çalarlarından 

istifadə etməsi və s. nəzərə alınmalıdır. 

Tədqiqata  başlamazdan  əvvəl  hər  bir  əsərin  bədii  səciyyəsini,  həmin 

əsərə  məxsus  unikal  xüsusiyyətləri  araşdırmaq  sağlam  araşdırmaya  zəmin 

yarad


ır. XIX əsrin sonlarında Azərbaycanda özünəməxsus xüsusiyyətlərə malik 

yeni janrlar meydana çıxdı və bu janrlarda əvəzsiz, möhtəşəm əsərlər yarandı. 

Azərbaycan  da  ədəbi-bədii  fikir  ümmanında  ideyalar  və  səciyyəvi  xüsusiy-

yətləri  ilə  özünəməxsus  yer  tutan  dramaturgiyanın  meydana  gəlməsi  sanki 

ədəbi inqilab hadisəsi idi. Dram janrı dövrün ictimai-sosial mənzərəsini bədii 

reallıqla,  xarakterik  həyat  hadisələrini  öz  rəngində  təcəssüm  etdirmək 

baxımından  yaradıcı  insanlara  geniş  arena  verdi.  Dramaturgiya  yarandığı 



 

51 


döv

ürdən indiyədək ədəbi həyata təsir etməklə yanaşı, bədii fikrin inkişafında 

da güclü rol oynamışdır.  

Məmməd  Arif  qeyd  edir  ki,  «Dram  yazan  şəxs  əvvəlcə  öz  əsərinin 

məfkurəvi qayəsini təyin etməlidir, yəni tamaşaçıya nə demək istədiyini, hansı 

böyük bir fi

kri təbliğ etmək istədiyini özünə aydınlaşdırmalıdır; bunsuz heç bir 

bədii əsər yarana bilmədiyi kimi, dram əsəri də yarana bilməz" (7, 156). 

Bizim  tədqiqata  cəlb  etdiyimiz  dövrün  dramaturqları  sanki  M.Arifin 

fikirlərini  duyduqları  üçün  bədii  üslubun  ictimai  çəkisinə  layiq,  daxili 

məzmuna  malik, bədii təfəkkürün məhsulu olan əsərlər yaratmaqla ədəbiyyat 

tariximizdə  xüsusi  mövqe  tutmuşlar.  Hansı  ki,  bu  əsərlər  milli  şüurda,  milli 

özünüdərkdə misilsiz rol oynamışlar və hazırda da oynamaqda davam edirlər. 

Bir 


növ  bu  müəlliflər  azərbaycançılıq  konsepsiyasını,  kimliyini  yaratmışlar. 

Pyeslərin əsas qayəsini milli mənlik ideyalarının yaranması, müstəqilliyi labüd 

edən  mühitin  formalaşması,  milli  birlik,  azərbaycançılıq  və  türkçülük 

ideyalarının aşılanması və həyata keçirilməsi, vətənə məhəbbətin təbliği, milli 

ənənələrin  inkişaf  etdirilməsi,  nadanlıqla  mübarizə,  mövhumat  və  xürafatın 

ifşası,  hüquq  bərabərliyinin  təbliği,  elmdən  başqa  real  qüvvənin  olmaması 

təşkil edir. 

Yaşar Rzayevin təbirincə desək "...ilk növbədə onların yaratdıqları bədii 

nümunələrin sənətkarlıq xüsusiyyətləri, poetikası, bədii təcrübənin davamı və 

inkişafı, milli gerçəkliyimizin real inikası, milli-mənəvi dəyərlərin ifadəsi, ən 

başlıcası  isə  oxucuya  təsiri,  cəlbetmə  və  estetik  zövq  səviyyəsi  diqqət 

mərkəzinə keçir" (10, 8). 

"Millət  özü  bəsirət  və  elm  sahibi  olmalı,  ittifaq  və  yekdillik  əsaslarını 

əldə  etməli,  sonra  zalıma  müraciət  edərək  deməlidir:  səltənət  və  hökumət 

büsatından  əl  çək!"  (2,  21).  XIX  əsrin  50-ci  illərində  M.F.Axundzadə 

tərəfindən  deyilmiş  bu  fikir  demək  olar  ki,  ondan  sonra  yaradıcılıqla  məşğul 

olan bütün ədiblərin yaradıcılıq kredosunu təşkil etmişdir. 

Hər  bir  müəllifin  yaradıcılığının  özünəməxsus  səciyyəvi  xüsusiyyətləri 

vardır.  Ümumilikdə  isə  onlar  hiyləgər,  fırıldaqçı,  nadan,  qabiliyyətsiz  , 

rəhmsiz,  qəddar  hökmdarları,  Allah  və  peyğəmbər  adından  istifadə  edib min 

cür  fitnələr  törədən,  despotun  zülmünə  bəraət  qazandıran  riyakar  ruhaniləri, 

paxıl, kinli və intiqamçı adamları, zəhmətlə yaşamağın əleyhinə olanları, əfəl 

saray xadim

lərini, yaltaq məmurları, bacarıqsız, ləyaqətsiz, ikiüzlü hakimləri, 

avam,  cahil,  kələkbaz,  fırıldaqçı,  nadan  adamları,  şərab  stolunun  ətrafında 

millət dərdi çəkənləri, hər işi zorda görənləri, məzlumu tapdayanları bədii şəklə 

salaraq ifşa edirlər.  

Dramlarda istibdad üsul-

idarəsinin ictimai eybəcərlikləri, əxlaqi naqislik, 

milli geriliyin səbəbləri, dövrün, zəmanənin insan xarakterində əmələ gətirdiyi 

ziddiyyətlər,  dövlət  başçılarının  ağılsızlığı  açılıb  göstərilir,  köhnə  feodal-

patriarxal adətlər, despotizm, zəmanənin ictimai eyibləri, avamlıq, cadugərlik, 

xüsusilə cəhalət və nadanlıq tənqid edilir.  



 

52 


XIX  əsrin  XX  əsrlə  qovuşuğunda  yaradılan  dram  əsərləri  bir  növ 

ədəbiyyatımızın  bədii  hüsnünü  müəyyənləşdirir.  Həmin  dramaturqlar  əsərlə-

rində  maarifçilik  ideyalarını,  nəcib,  əxlaqlı  və  mənəviyyatca  təmiz  olmağın 

fəzilətini, ağıllılığın, ədalətliliyin, mərdliyin və alicənablığın ali hiss olduğunu 

təbliğ  edir,  qadın  hüquqsuzluğuna,  ictimai  bərabərsizliyə,  dini  mövhumata 

qarşı çıxırlar. Yaratdıqları bədii nümunələrdə azad, ağıllı, namuslu, vətənpərvər 

ziyalıların nadanlığa, cəhalətə, xurafata, zülmətə qarşı apardıqları mübarizənin 

səciyyəvi yollarını göstərirlər. 

Bu  müəlliflərin  yaradıcılıqlarının  ümumi  xüsusiyyətlərindən  başqa 

hadisələrə  özünəməxsus  yanaşma  tərzi  də  diqqəti  cəlb  edir.  İndi  isə  bəzi 

müəlliflərin  yaradıcılığının  səciyyəvi  xüsusiyyətlərinə  nəzər  salaq.  Belə  ki, 

M.F.Axundzadə  əsərlərində  öz  dövrünün  ən  tipik  insan  xarakterlərini, 

cəmiyyətin təzadlı zümrələrinin koloritli təsvirini təbii boyalarla çox orijinal və 

incə  şəkildə  əks  etdirə  bilmişdir.  O  yaratdığı  obrazları  öz  dili  ilə  ifşa  edərək 

onun  daxili  aləmini  göstərməyə  çalışır.  Məsələn,  "Hekayəti-Müsyö Jordan 

həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məşhur" (1850) komediyasında 

yazıçı  Məstəli  şahın  həqiqi  simasını  onun  öz  köməkçisi  Qulaməli  ilə 

söhbətində  açır.  Qadınları  aldadaraq,  onlardan  çoxlu  qızıl  alacağına  əmin 

olduqdan sonra Məstəli şah (Şərəfnisə xanıma) deyir: "Xanım, bu sirrdən gərək 

olar və ya başqa adam nə indi, nə də sonra xəbərdar olmasın ha! Və illah cadu 

heç əsər bağışlamaz!" ...(Qulaməliyə) "Bacaqlıları alandan sonra əl-ayaq açıb, 

on  günə  qədər  özümü  Arazın  o  tayına  sala  bilərəm.  Məni  orada  kim 

tapacaqdır? Məndən sonra hər nə olacaqsa olsun" (1, 61). 

"Beləliklə, Məstəli şah özünün daxili mahiyyəti haqqında tam  məlumat 

vermiş olur. Dramaturq onu bu şəkildə təqdim etməklə o zaman Azərbaycanda 

çox yayılmış yalançı, fırıldaqçı, hiyləgər dərvişləri ifşa edir" (3, 36). 

M.F.Axundzadə  “Sərgüzəşti-vəziri-xani-Lənkəran"  əsərində  dövlətçilik 

ənənəsini,  ümumiyyətlə,  dövlətçilik  problemini  bütün  cəhətləri  ilə  ortaya 

qoyur. 

 

Belə  dramaturji  yanaşmaya  N.Nərimanov  ("Nadir  şah"  1898),  Ə.Haq-



verdiyev  ("Ağa  Məhəmməd  şah  Qacar"  1907)  və  H.Cavid  ("Topal  Teymur" 

1922) yaradıcılığında da rast gəlinir. Onlar da dövlətçilik haqqında arzularını, 

istəklərini  və  mövcud  olan  problemləri  dram  əsərləri  vasitəsilə  çatdırmağa 

çalışmışlar. 

Məişət,  əxlaq  məsələlərini  real  həyat  kontekstində  səhnəyə  daşıyaraq 

yeni  bir  üslub  yaradan  dahi  dramaturqlardan  biri  də  N.Vəzirovdur. Dram 

əsərlərində  konkret  mübariz  qəhrəmanlar  yaratması  onun  yaradıcılığının 

səciyyəvi  xüsusiyyətidir.  "Vəzirov  maarifçi  dramın  təkcə  ideya  hüdudlarını 

yox,  həm  də  həyatı  əhatə  çərçivəsini  genişləndirir,  səhnədə  ictimai  geriliyin 

tənqidini  və  realist-maarifçi  didaktikanın  hüdudlarını  böyüdür.  Bunlardan 

birincisində  o,  mülkədar-ağa,  ikincisində  ziyalı-bəy  surətlərinin  nümunəsində 

nail  olur:  rədd  olunan  vərdiş,  psixologiya  və  adətlərdə  olan  köhnəlik  inkar 

edilir, müsbət-rezoner surətlərin səhnədə birbaşa bəyan etdiyi şikayətlərdə və 



 

53 


monoloq-

nəsihətlərdə  təbliğ  olunan  yeniliyin  məzmunu  izah  olunur"  (9,  7). 

Onun  dramlarının  maarifçi  səciyyəsi  çox  qabarıqdır.  N.Vəzirov  monoloqlu 

dram  üslubunu  qabarıq  şəkildə,  özü  də  qlobal  problemlərin  həlli  məcrasında 

verir. 

Millətpərəstlik, xalq canıyananlığı, özünü milli ideal carçısı kimi təqdim 



edənlərin  ifşası  Ə.Haqverdiyevdə  ("Millət  dostları",  1905), S.S.Axundovda 

("Dibdat bəy", "Türk birliyi", 1906) olduğu kimi N.Vəzirovda da ("Pəhləvani-

zəmanə", 1900) güclüdür. 

Ə.Haqverdiyev yaradıcılığında daha kəskin koloritdən–ifşaedici üsuldan 

istifadə etmişdir. Ümumiyyətlə, köhnə zehniyyətlə, istismar və ictimai ədalət-

sizliklə mübarizə, köhnə ilə yeninin, "ata" ilə "oğul"un çarpışması, Rusiyadakı 

və  Azərbaycanın  özündəki  qabaqcıl,  demokratik  fikirlərin  təbliği,  intibahla 

əmələ gələn təzə fikirlərin intişarı Ə.Haqverdiyevin yaradıcılığında mühüm yer 

tutur. O, 

yüksək  zövqlə  qələmə  aldığı  əsərlərində  cəmiyyəti  düşündürən 

məsələləri  aşkar  şəkildə  göstərməkdən  çəkinmir.  "Millət  dostları"(1905) 

əsərində  ədib  özünü  millətin  qayğıkeşi,  dostu  adlandıran  bir  qrup  "ziyalı"nı 

onların öz sözləri ilə tənqid atəşinə tutur. Onun tənqidi öldürücüdür. Bir qrup 

bəy Əsgər bəyin evində kef məclisinə toplaşaraq millətin, xalqın problemlərini 

"həll  etməyə"  çalışırlar.  Onlar  şərab  içə-içə  bir-birini  tərifləyirlər.  Amma  iş 

görməyə  gələndə,  vəsait  toplamaq  lazım  olanda  mübahisə  edərək  savaşırlar. 

Bununla da cəmiyyəti-xeyriyyə yaratmaq yarımçıq qalır. 

Müəllif  burada  yaratdığı  zadəgan  obrazlarının  iç  üzünü  açmaqla 

göstərmək istəyir ki, sözdə yox, əməldə "millət dostu", "millət qeydkeşi" olmaq 

lazımdır. Ə.Haqverdiyevin yaradıcılığının digər səciyyəvi xüsusiyyəti həm də 

ondan  ibarətdir  ki,  o  öz  məsləkdaşları  ilə  bərabər  bədii-fəlsəfi  düşüncənin 

formalaşmasına,  yeni  obrazların  yaradılmasına,  ailə,  əxlaq,  tərbiyə,  təhsil 

məsələlərinin önə çəkilməsinə daha geniş yer ayırır.  

Fəlsəfi-psixoloji  baxımdan  çox  mürəkkəb  yaradıcılıq  silsiləsinə  malik 

olan dahi dramaturqlarımızdan biri də Hüseyn Caviddir. Onun fəlsəfi və tarixi 

faciələri, ailə-məişət dramları Azərbaycan dramaturgiyasında yeni bir mərhələ 

yaratmışdır.  Cavid  yaradıcılığının  özünəxas  xüsusiyyətləri  yeni  janrda  tarixin 

dəyirmanında  üyüdülmüş,  məhək  daşında  döyülmüş,  amma  aktuallığını  heç 

zaman  itirməyən  mövzular  –  insan,  din,  zaman,  mənəvi  kamillik  problem-

lərinin  cavidsayağı  qoyuluşundadır.  Ümumbəşəri  ideyalar  daşıyıcısıdır  Cavid 

yaradıcılığı.  "...H.Cavid  mövzu  və  qəhrəmanlarını  хalqımızın  milli-mənəvi 

dəyərlərinin təsdiqinə yönəltdi, milli ruhu yüksək sənət еşqi ilə охşadı, mühitin 

fövqünə  ucalmağın,  idеala  qоvuşmağın  yоl  və  vasitələrini  mеydana  çıхardı, 

milliliklə  bəşəriliyi,  tariхiliklə  müasirliyi  vəhdətdə  vəsf  еtdi,  idеоlоgiya, 

«zamanın tələbləri» əsasında dеyil, məhz ruhi-mənəvi tələb, ümuminsani istək 

əsasında  ədəbiyyat  yaratdı...  Оnun  dramaturgiyasının  özünəməхsus  pоеtikası, 

еstеtik хüsusiyyətləri var" (5, 9-10). 

H.Cavid dramaturgiyasının əsas qayəsi min illərlə söz adamlarını, düşü-

nən başları məşğul edən İnsan konsepsiyasıdır. Möhtəşəm, mürəkkəb, bununla 

belə  daхili,  bədii-fəlsəfi  struktur  etibarilə  vahid  İnsan  kоnsepsiyası  оnun  bir 




 

54 


silsilə  təşkil  edən  bütün  əsərlərində  yüksək  pоeziya  dili  ilə  öz  bədii-fəlsəfi 

tədqiqini tapmışdır. Azərbaycan söz sənətində insanın tədqiqi Nizamidən baş-

layıb Nəsimi ilə davam edərək Füzulidə öz kamil eşq səviyyəsinə yüksəlmişdir. 

Cavid isə bunu müasir aspektdən görməyə çalışmışdır. Çox hörmətli tədqiqatçı 

alimimiz professor Nərgiz Paşayevanın təbirincə desək, "insan bütün dövrlərdə 

söz sənətinin (daha geniş mənada incəsənətin) başlıca mövzusu və qəhrəmanı-

dır, sənətkarın öz əsərlərində ifadə etdiyi ideyanın bədii təcəssümüdür" (8, 3). 

"İnsan həyatının, insan gerçəkliyinin çох mühüm, qlоbal, dramatik və böhranlı 

bir  məqamını  Cavid  öz  pоetik  dramaturgiyasında  müstəqil  bir  dərinliklə  əks 

etdirmişdir və Cavid sənətinin, pоeziyasının bu хüsusiyyəti baхımından оnun, 

demək  оlar  ki,  bütün  əsərlərini  qeyd  etmək  оlar"  (4,  3).  Ümumilikdə,  Cavid 

yaradıcılığının  ideya-bədii  xüsusiyyətləri  onun  ali  bir  məqsədə  -  İnsanın 

paklaşaraq kamilləşməsinə xidmət etməsində özünü göstərir. 

Ümumilikdə yuxarıda sadalanan ədiblərin yaradıcılığının ideya-məzmun 

və ədəbi-estetik əsasları milli ədəbi düşüncənin formalaşmasına xidmət edirdi. 

Məqalədə yaradıcılığı şərh olunan ədiblərin əsərləri ictimai həyata hakim olan 

dini-

mistik fikirləri alt-üst etdi. Onun yerini realist maarifçi poetik həyat tutma-



ğa başladı. Bu isə öz növbəsində təsvir olunan obyektlərin konkretləşməsinə, 

daxili aləmin əks olunmasına, real obrazların yaranmasına gətirib çıxardı. 

 

 

 



 

 

 



ƏDƏBİYYAT 

1.

 



Axundzadə M.F. Seçilmiş əsərləri. 3 cilddə. I c. Bakı: Şərq-Qərb, 2005, 296 s. 

2.

 



M.F.Axundzadə - 200. Biblioqrafiya. Bakı: AMK, 2012, 360 s. 

3.

 



M.F.Axundzadə – 200. Biblioqrafik göstərici. Bakı: Elm, 2012, 652 s. 

4.

 



Əzizоva  N.M.  "H.Cavid dramaturgiyasında  İnsan,  İblis,  Tanrı  (“Şeyх  Sənan”,  “Iblis”, 

“Peyğəmbər”)". Bakı: Elm, 2007, 154 s. 

5.

 

Himalay Ənvərоğlu (Qasımоv). "Azərbaycan dramaturgiyası: tariхilik və müasirlik". Bakı: 



Nurlan, 2008, 256 s. 

6.

 



Haqverdiyev 

Ə. Seçilmiş əsərləri. 2 cilddə. I c. Bakı: Lider, 2005, 504 s. 

7.

 

Məmməd  Arif.  Seçilmiş  əsərləri.  3  cilddə.  I  c.  Bakı:  Azərbaycan  SSR  Elmlər  Aka-



demiyası, 1967, 620 s. 

8.

 



Paşayeva N. "Müair Azərbaycan ədəbiyyatında insanın bədii-estetik dərki" (Xalq yazıçısı 

Elçinin  yaradıcılığı  əsasında).  Fil.e.d.  alimlik  dərəcəsi  almaq  üçün  təqdim  olunan 

dissertasiyanın avtoreferatı. Bakı, 2004, 61 s. 

9.

 



Qarayev Y. 

Müqəddimə. N.Vəzirov. Əsərləri. Bakı: Şərq-Qərb, 2005, 304 s. 

10.

 

Rzayev Y



.“Azərbaycan romanı: Siyasət və milli düşüncə”. Bakı: Elm, 2010, 296 s. 

 

СПЕЦИФИЧЕСКИЕ ХАРАКТЕРИСТИКИ АЗЕРБАЙДЖАНСКОЙ ДРАМАТУР-



ГИИ (КОНЕЦ XIX – НАЧАЛО XX ВВ.) 

 

К.И.ГЕЙДАРОВА 

 

РЕЗЮМЕ 

 

В  статье  исследуются  вопросы  мастерских  особенностей  драматургов,  своеоб-



разные особенности деятельности каждого автора. В то же время описываются актуаль-

ные проблемы эпохи. Так же были исследованы особенности мастерства отдельных ав-




 

55 


торов.  А  также  затрагиваются  вопросы  специфических  особенностей  нашей  драматур-

гии.  


 

Ключевые слова: Азербайджан, драматургия, проблема, мастерство 

 

 



 

THE TYPICAL FEATURES OF THE AZERBAIJANI DRAMATURGY 

(LATE IN XIX –EARLY IN XX CENTURIES) 

 

K.

İ. HEYDAROVA 

 

SUMMARY 

 

This article deals with the mastery features of dramatists and specific indications of 



each dramatist’s activity has been researched. As well as the actual problems of the time have 

been touched. The features of different authors’ works are investigated, too. Some works are 

analyzed, works of many authors are illustrated. The specific feactures of the national drama-

turgy are discussed in the article. 

 

Key words: Azerbaijan, drama, problem, mastery 

 

 



 

 

Yüklə 58,97 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə