Baki universitetiNİn xəBƏRLƏRİ №3 Humanitar elmlər seriyası



Yüklə 66,75 Kb.
Pdf görüntüsü
tarix29.01.2018
ölçüsü66,75 Kb.
#22616


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№3    

 

Humanitar elmlər seriyası   

 

2014 

 

    



 

 

 

 

 

 

UOT 202.911 

 

XVII 

ƏSRİN 20-40-CI İLLƏRİNDƏ SƏFƏVİ DÖVLƏTİNİN 

MƏRKƏZİ ASİYA DÖVLƏTLƏRİ İLƏ MÜNASİBƏTLƏRİNƏ DAİR 

 

A.Ə.QƏRİBOVA 

Bakı Dövlət Universiteti 

a

ysel.qərib@ mail. ru 

 

M

ənbələrin təhlili göstərir ki, I Şah Səfinin hakimiyyəti dövründə Səfəvilərin Xorasana 

h

ərbi  yürüşləri  bir  qayda  olaraq  Buxara  xanları  tərəfindən dəf olunurdu. Eyni  zamanda 

M

ərkəzi Asiya dövlətləri olan Xarəzm, Buxara və Xivə xanlıqları Səfəvi dövlətinin hərbi-siyasi 

nüfuzundan öz daxili siyasi probleml

ərini həll etmək üçün istifadə etməyə çalışırdılar.  Buna 

baxmayaraq, XVII 

əsrin 20-40-cı  illərində  Səfəvi dövləti ilə  Mərkəzi  Asiya  xanlıqları 

arasındakı sərhədlərdə hər hansı bir ciddi dəyişikliklər baş verməmişdir.   

 

Açar sözlər: I Şah Abbas, I Şah Səfi, Əbdüləziz, Əbülqazi, xan, Sultan 

 

I  Şah  Abbas  vəfat  etdikdən  (1629)  dərhal  sonra  Səfəvi  dövlətinin  bəzi 



bölgələrində yenidən separatizm baş qaldırmışdı. Yeni Səfəvi hökmdarı I Şah 

Səfi  (1629-1642)  baş  vermiş  separatist  hərəkatların  qarşısını  almadan  ölkəni 

içəridən  möhkəmləndirə,  sərhədlərin  mühafizəsini  təmin  edə  bilməzdi.  Doğ-

rudur, o, az vaxtda ölkənin bəzi bölgələrindəki mərkəzdənqaçma hərəkatlarının 

qarşısını  alır  və  daxili  sabitliyi  bərpa  edərək  Xorasan  məsələsinin  həlli  üçün 

geniş imkanlar qazanır. Ancaq bu zaman özbək basqınçılarının Xorasana qarət 

məqsədilə  yürüşləri  daha  da  artır.  XVII  əsrin  qaynaqlarından  "Zeyl-i tarix-i 

alamara-


ye Abbasi" (1) və "Xülasət üs-siyər"in (2) məlumatları sərhəd məntə-

qələrində  Səfəvilərin  özbəklərlə  münasibətlərinin  pisləşdiyi  və  onların  arala-

rında  yeni  silahlı  toqquşmaların  baş  verdiyini  təsdiq  edir.  Hələ  I  Şah  Səfiyə 

qədər də onların arasında Xorasana sahib olmaq üstündə mübarizə getmiş və I 

Şah Abbasın hakimiyyətinin ilk illərində, demək olar ki, bütün Xorasan özbək-

lərin  hakimiyyəti  altına  düşmüşdü.  Lakin  1599-cu  ildə  I  Şah  Abbas  itirilmiş 

Məşhəd, Nişapur, Səbzəvar şəhərlərini geri qaytarmağı bacarmışdı, Xorasanda 

Səfəvilərin mövqeyi son dərəcə möhkəmlənmişdi.  

I Şah Səfi hakimiyyətə keçdikdən az sonra 1629-cu ildə Urgənc hakimi 

İsfəndiyar  xan  (1623-1642)  Mərvə  hücum  edir.  Məhəmməd  Məsum  onun 

Mərvə  hücumuna  I  Şah  Abbasın  ona  etmiş  olduğu  yaxşılıqlara  cavab  olaraq 

 

151 




naşükürlüyə yol verməsi kimi baxır. O, yazır ki, Urgənc hakimi İsfəndiyar xan 

və  onun  yaxınlarına  Səfəvi  sarayında  nəvaziş  göstərilmiş,  dəfələrlə  müzəffər 

Səfəvi ordusunun köməyi  ilə ölümcül döyüşlərdə xilas edilmişdi (2, v. 21 a). 

Məhəmməd  Məsumun  bu  məlumatını  "Zeyl-i tarix-i alamara-ye Abbasi"  də 

təsdiq  edir.  Mənbədə  göstərilir  ki,  Xarəzm  hakimi  Ərəb  Məhəmməd  xanın 

(1602-


1623) övladları arasında hakimiyyət üstündə müharibədə məğlub olmuş 

böyük  oğlu  İsfəndiyar  I  Şah  Abbasa  pənah  gətirmiş  və  uzun  müddət  onun 

himayəsində yaşamışdır (1, 19).   

Məhəmməd Məsuma görə Mərv hakimi Aşur xanın başçılığı altında qala 

mühafizəçiləri  çox  ciddi  səy  göstərib  qalanı  canfəşanlıqla  qoruyaraq  bu 

qorxulu  düşməni  dəf  etməyə  tam  hazır  olduqlarını  nümayiş  etdirdilər.  O,  öz 

hərbi  dəstəsinin  sayının  az  olmasına  baxmayaraq  qorxmadan  qaladan  çıxıb 

düşmənin  çoxsaylı  ordusu  ilə  döyüşə  başlayır.  İlk  toqquşmadan  sonra  İsfən-

diyar  xan  geri  çəkilməyə  məcbur  olub  öz  ölkəsinə  qayıdır  (2,  v.  21  a-b). 

Məhəmməd  Məsuma  görə  Aşur  xan  özünün  hərbi  dəstəsi  ilə  İsfəndiyar  xanı 

məğlub  etmişdi.  Doğrudur,  ilk  döyüşdə  Mərv  ordusu  qələbəyə  nail  olmuşdu. 

Ancaq "Zeyl-i tarix-i alamara-

ye  Abbasi"də  göstərilir  ki,  Rəhmanqulu  Qara-

daşın  başçılığı  altında  6-7  min  nəfərdən  ibarət  türkmənin  Qaradaş,  Cəlayir, 

Salur ellərində səfərbər edilmiş ordu da İsfəndiyar xanla birləşmişdi. Belə olan 

halda Aşur xanın ilk qələbədən sonra döyüşü davam etdirməsi o qədər də asan 

deyildi. İsfəndiyar xan İsfahandan göndərilən ordu yaxınlaşdıqda Mərv ətrafını 

tərk etməyə məcbur olmuşdu (1, 21).  

I Şah Səfinin hakimiyyətə keçməsi Xorasan türkmənlərinin bir qisminin 

narazılığına  səbəb  olmuşdu.  Onlar  Şah  hakimiyyətinin  zəifləməsindən  sui-

istifadə  edib  özbək  xanlarının  hakimiyyəti  altına  keçməyə  cəhd  edirdilər.  Bu 

zaman  Əbülqazi  xan  Nisə,  Abiverd  və  Dərun  başçılarının  səhlənkarlığından 

istifadə edərək göstərilən mahalları ələ keçirmişdi. Hələ Əbülqazi xanın qiya-

mına  qədər  Nisə  hakimi  Bektaş  xan  Ustaclı  saray  qulamlarından  olan  Dərun 

hakimi Uğurlu sultan düşmən qarşısında qorxudan öz qalalarını buraxıb Quş-

meyxana  qaçmışdılar.  Yaranmış  əlverişli  şərait  Əbülqazi  xanın  gələcək  hərbi 

planlarına  da təsir  göstərdi.  Vaxt  itirmədən  Nisə  və  Dəruna  yaxınlaşıb  onları 

döyüşsüz ələ keçirdi. Əbülqazi xanın başqa yerləri də tutmaq üçün real təhlükə 

yaratması Məşhəd hakimi Mənuçöhr xanı ona qarşı təcili tədbir görməyə vadar 

edir. Nişapur hakimi Bayraməli sultan Bayat, Səbzəvar hakimi Əhməd sultan 

Çəkni  Mənuçöhr  xanla  birləşib  Abiverdə  yaxınlaşdılar.  Əbülqazi  Qızılbaş 

qoşununun yaxınlaşması xəbərini eşidib bölgəni qarət edərək xeyli mal-qara da 

ələ keçirib Nisəyə doğru geri çəkilir. Qızılbaşlar qiyamçıları adı çəkilən şəhər-

lərdən vurub çıxardı. Döyüşdə düşmən tərəfdən 3-4 min əsgər öldürüldü və əsir 

götürüldü (1, 21; 

3,  81).  İsfahandan  Zaman  bəyin  başçılığı  altında  Xorasana 

hərbi  yardım  üçün  göndərilmiş  Qızılbaş  ordusu  dövlətdən  üz  döndərib  İsfən-

diyar  xanla  birləşmiş  türkmən  ellərinə  ciddi  zərbə  vurdu.  Nəticədə  türkmən 

ellərinin  ağsaqqalları  Zaman  bəyin  yanına  gəlib  Qızılbaş  dövlətinə  bir  daha 

xəyanət etməyəcəklərini və sədaqətli olacaqlarını bəyan edib bağışlanmalarını 

 

152 



xahiş  etdilər.  Bu  zaman  Əliyar  xan  Gəraylının  Qızılbaş  ordusu  da  Xarəzmə 

doğru hərəkət edən Əbülqaziyə çatdılar, onu məğlub edib ələ keçirdikləri külli 

miqdarda qənimət və əsirləri geri aldılar (1, 22-23).   

A.N.Kononov  yazır  ki,  "Xorasan  qiyamı"  nəticəsində  İsfəndiyar  xanın 

Səfəvi  dövləti  ilə  münasibətləri  pisləşdikdə  xan  qiyamın  günahını  qardaşı 

Əbülqazi xanın boynuna yıxıb onu girov kimi Səfəvi şahına göndərdi (4, 18). 

Məhəmməd Məsum bu hadisəni özbək xanlarının Səfəvilərə artıq boyun əyib 

itaət göstərmələri kimi dəyərləndirir. Onun yazdığına görə İsfəndiyar xan qar-

daşı Əbülqazi xanın məğlub olduğunu eşidən kimi şah sarayına qiymətli hədiy-

yələr, qardaşını, "Xorasan qiyamı" ilə bağlı üzrxahlığını ifadə edən məktub da 

göndərmişdi. Məktubda qeyd edilirdi: Necə ki, bizim babalarımız həmişə Sizin 

uca sarayınızın  mühafizə və  himayəsində olmuşdur, mən günahkarın da sizin 

Astanadan başqa sığınacağı yoxdur. Mənim qardaşım həddən artıq dikbaşlıq və 

nəzakətsizliklə  ləyaqətsiz  hərəkət  etmişdir.  Ona  görə  də onu  həbs  edib  Sizin 

sərəncamınıza göndərdim ki, o, ədalətlə cəzalandırılsın ki, o, hərəkətlərinə görə 

buna layiqdir" (2, v. 23 a). 

Bu  hadisənin  rəsmi  təsvirinə  baxmayaraq,  əslində  İsfəndiyar  xan 

Əbülqazini  həbs  edib  Şaha  göndərməklə  taxt-tac  məsələsində  öz  rəqibindən 

azad olub Xa

rəzmdə təkbaşına hakimiyyətini təmin edir. 

I Şah Səfi hadisələrin bu cür dönüşü ilə tam razı olduğuna görə Əbülqazi 

xanın səhv və nöqsanlarını bağışladı və onu cəzalandırmadı. Lakin xanı Səfəvi 

ölkəsində saxlayıb, İsfahana göndərdi. Şəhərdə ona ev verildi və yaşayışı üçün 

illik 10 mi

n tümən pul təyin edildi (5, 134).  

Şah dönük hakimlərə qarşı cəza dəstələri göndərilməsi  haqqında sərəncam 

verdi. Xorasan əsilzadələrinə bildirildi ki, bir daha çıxış olduqda qiyam baş vermiş 

mahalda təhrikçilərə aman verilmədən hamısı edam edilsinlər (3, 82). 

I  Şah  Səfinin  on  üç  illik  hakimiyyəti  ərzində  Bəlx  və  Buxara  özbəkləri 

ardı-arası  kəsilmədən  qərbi  Xorasana  basqın  edirdilər.  İ.P.Pavlova  yazır  ki, 

Buxara  basqınçıları  ilə  Xorasan  əhalisi  arasında  ilk  döyüş  1631-ci  ildə  baş 

vermişdi.  Özbək  xanı  İmamqulu  Badqisi  tutmaq  məqsədi  ilə  demək  olar  ki, 

Herata  qədər  gəlməyə  müvəffəq  olmuşdu.  Şəhərdən  səkkiz  kilometr  şərqdə 

yalnız Caharbağ məntəqəsində Herat hakimi Həsən xan İmamqulu xanın dəs-

təsini məğlub edir və 300 əsir ələ keçirir. Başqa döyüşlərdəki kimi bu döyüşdə 

də  Həsən  xan  qələbəyə  öz  qüvvəsi  ilə  nail  olmuşdu.  Herat  altındakı  savaş 

haqqında Şah hökuməti heratlıların qələbəsindən sonra xəbər tutmuşdu. Həsən 

xan  Şamlı  1618-ci  ildən  Herat  bəylərbəyi  və  bütün  Xorasanın  baş  əmiri  idi. 

Məhz onun bacarığı sayəsində Xorasana özbək basqınlarının qarşısı alınırdı. O, 

1641-


ci ildə vəfat edir, vəzifəsi böyük oğlu Abbasqulu xana tapşırılır (3, 82). 

Qazak  və  Kalmıkların  birgə  ordusu  Daşkənd  və  Buxaraya  1633-cü  ildə 

hücum  edərkən  özbək  əsilzadələrinin  bir  çoxu  bu  zaman  Səfəvi  sarayında  olan 

Vəliməhəmməd xanın oğlu Rüstəm Məhəmməd xanın tərəfinə keçmişdilər (3, 82). 

1633-

cü ildə Buxara xanlarından Yalanqtuş yüz minlik ordu ilə Xorasana 



hücum edib Aşrak-bağ qalasını mühasirəyə almış, ancaq mühasirə zamanı iki 

 

153 




yüz adam itirmiş və geri dönmüşdü (3, 82). 

Özbəklərin  bu  ildə  Sərəxs  və  Zarabad  qalalarını  tutmaq  cəhdləri  də 

uğursuzluqla qurtarmışdı (3, 82). 

Xorasanda  Bəlx  hakimi  Nadir  Məhəmməd  xanın  oğlu  Əbdüləziz  xanın 

ordusu ilə Səfəvi qoşunu arasında ən azı  beş dəfə böyük toqquşma olmuşdu. 

Bu  zaman  Buxara  hakimi  həştərxanilər  sülaləsinin  dördüncü  nümayəndəsi 

İmamqulu  xan  (1611-1642) idi. O,  xan  hakimiyyətin  möhkəmləndirməyə 

müvəffəq  olmuş  və  yerli  əyanları  özünə  tabe  edə  bilmişdi.  Bəlxin  idarəsi  isə 

1611-

ci  ildən  Nadir  Məhəmməd  xanın  əlində  idi.  Özbəklərin  əsas  hücum 



hədəfi Herat şəhəri idi. Artıq 1631-ci ilin sonunda Əbdüləziz Buxara və Bəlx 

əmirlərinin  köməyi  ilə  Heratın  6-7  kilometrliyindəki  Quryan  qalasına  yaxın-

laşır. Bu dəfə Herat hakimi Həsən xanın vaxtında hərəkətə keçməsi ilə onların 

qarşısı alınmışdı və irəli gedə bilməmişdilər. Uğur qazana bilməyən Əbdüləziz 

xan ö

z dəstəsi ilə Cam tərəfdə hərəkət edir. Özbək ordusunun hərəkəti zamanı 



yerli əhaliyə çox  böyük ziyan dəyir. Özbək xanlarının qarətləri  elə bir həddə 

çatır ki, nəticədə yerli əhali onlara qarşı mübarizəyə qalxır (3, 83). 

1632-

ci  ildə  Əbdüləziz  iyirmi  minlik  ordusu  ilə  Murğab  çayının  sağ 



sahilindəki  Maruçak  qalasını  mühasirəyə  alır.  Elə  bu  ildə  əvvəl  adı  çəkilən 

Rüstəm Məhəmməd xan ordu ilə cənub-qərbdən Bəlx xanlığına soxuldu, ancaq 

sonra  Bəlx  əmirlərindən  ehtiyat  edərək  Maruçak  qalasına  sığındı.  Əbdüləziz 

qalaya  yaxınlaşıb  onu  ələ  keçirməyə  cəhd  göstərdi.  Artıq  bu  dəfə  mövcud 

vəziyyətdən narahat olan Şah  hökuməti şəhər  hakiminə kömək etməyi qərara 

alır.  Şahın  sərəncamı  əsasında  bura  sipahsalar  Rüstəm  bəy  və  Kəlbəli  bəy 

göndərilməli  idi.  Sonuncuya  muzdla  qoşun  səfərbərliyə  alıb  qalanı  qorumaq 

üçün  beş  min  tümən  pul  verilmişdi.  Ancaq  səfərbərlik  yubandı  və  qala 

müdafiəçiləri mərkəzdən yardım almadan qələbə çaldılar (2, v. 69 a). 

Xorasan sipahsaları Zaman xan Nisə və Dərunda nizam-intizam yaradıb 

sərhəd  qalalarını  möhkəmləndirib  darüssəltənə-ye  Herata  gəldi.  Burada  Məş-

həd hakimi Mənuçöhr xan, böyük əmirlər müzəffər əsgərlər son nəticədə cəm 

olmuş və Qur hakimi Həsən xan da bu tərəfdə idi ki, onu qarşıladılar. Hamısı 

bir-


biri ilə birləşdilər. Maruçağa min xarvar taxıl ehtiyatı yerləşdirib 500 nəfər 

müdafiəçi  təyin  olundu.  Bütün  sərhəd  qalalarında  eyni  dərəcədə  möhkəm 

nizam-

intizam  yaradıb  taxıl,  sursat,  tüfəngçi  və  digər  qoruyucu  yerləşdiril-



dikdən sonra geri döndülər. Bu zaman Nəzər Məhəmməd xanın Uraz Quşbəyi 

adlı əsilzadəsi Meymənə hakimi həm də Maruçaq və Murğabda Qızılbaş ölkəsi 

sərhədində mühafizəçi idi. Burada baş vermiş döyüşdə onun qohumu olan iki 

nəfər özbək əsilzadəsi ələ keçirib Zaman bəyin yanına gətirdilər. Onlardan biri 

Zaman  bəyin  yanında  saxlanıldı  və  digəri  Şahın  sarayına  göndərildi.  Nəzər 

Məhəmməd xan baş verənlərdən sonra Zaman bəyə dostluq məktubu göndərib 

peşmançılığını bildirərək qeyd etdi ki, bizim hökmdarla sizin şah arasında sülh 

və dostluq əlaqəsi mövcud olmuşdu (1, 27). 

O  cümlədən  bildirdi  ki,  sərhəddə  qətl  və  qarətlə  məşğul  olan  özbəklər 

avara, alamançı  və bəzi  cahil  və  lütlərdi ki, onlar bir dəstədə birləşiblər. Nə-

 

154 



ticədə biz onların qarşısını almağı qərara aldıq. Padşahımız tərəfindən təziyyə 

və yeni şahı təbrik üçün elçi göndəriləcəkdir. Zaman bəy də sərhəddə yaradılan 

sabitliklə  bağlı  onlara  cavab  məktubu  göndərdi.  Mərv  hakimi  Aşur  xanın  Ca-

harcuda əsir götürülüb Buxaraya aparılmış  iki nəfər mülazimini İmamqulu xan 

geri  göndərdi.  Bu  zaman  rumluların  hücum  xəbərini  eşidən  Zaman  bəy  Məş-

həddən İraq və Azərbaycana getməyi qərara aldı. Ancaq mərkəzdən gələn tapşı-

rığa görə o, bura bir dəstə tüfənçi göndərməli, özü isə Məşhəddə qışlamalı oldu.  

Əbdüləziz 1633-cü ildə Cam və 1634-cü ildə isə Fərah hərbi əməliyyat-

larında  uğur  qazanmır. 1634 -  1635-ci  ildə  Məşhəd  altında  Məşhəd  və  Herat 

hakiminin ordusu birlikdə Əbdüləzizin özbək qoşununu ağır məğlubiyyətə uğ-

ratdı.  Bu  döyüşdə  düşmən  tərəfdən  3  min  döyüşçü öldürüldü  və  Əbdüləzizin 

bütün xəzinəsi ələ keçirildi. Əbdüləzizin ələ keçirilmiş sərvəti saraya gətirildi 

və Rüstəm Məhəmməd xana verildi. Bu hadisə onu Şaha daha da yaxınlaşdırdı 

(2, v. 75 a-b). 

Xorasanın qərb mahallarının hakimləri təklikdə Əbdüləzizin basqınlarının 

qarşısını  ala  bilmirdilər  və  elə  bu  səbəbdən  də  özbəklər  həmin  məntəqələrə 

ciddi  zərbə  vururdular.  Yalnız  Məşhəd  altında  birləşmiş  Xorasan  ordusu  ilə 

döyüşən Əbdüləzizin qoşunu çox böyük tələfata məruz qaldı  və bu döyüşdən 

sonra bir müddət Xorasana hücum edə bilmədi (3, 84). 

Ancaq 1632-

ci  ildə Mərv əmiri  Aşur xanın  vəfatı  ilə əlaqədar  yaranmış 

əlverişli  vəziyyətdən  Buxara  əmirləri  istifadə  etdilər.  Buxaranın  tanınmış 

xanlarından Nadir Tuqay, Əbdürrəhim Bahadır və Nəzər Baruti Mərvi müha-

sirəyə  aldılar.  Bu  zaman  Şah  Mərvin  müdafiəsini  Xələf  bəyə  tapşırdı.  Xora-

sanda baş vermiş döyüşlərdə Şah hökuməti yalnız Mərv savaşına hərbi yardım 

göstərir.  Mərvə  İmamqulu  xan,  Ərdəlan  hakimi  Əmir  xan,  Lar  hakiminin 

başçılığı altında qoşun göndərilir. O cümlədən Murtuzaqulu xan Mərvə hakim 

təyin  edilir.  O,  bu  vəzifəyə  Mərv  özbəklər  tərəfindən  mühasirəyə  alındıqdan 

sonra təyin edilmişdi. Ona görə də, onun Mərvə daxil olması çox çətin idi. O, 

özünün 35 cəsur xidmətçisi ilə Mərv tərəfə yola düşür. O, şaha vəd etmişdi ki, 

Mərvə düşmən hiss etmədən daxil olacaq. Ancaq özbəklərin mühasirədə olan 

əsgəri heyətinin arxasındakı güclü hərbi hissələr Murtuzaqulu xanın dəstəsinin 

Mərvə daxil olmasına  imkan vermədi. O, tezliklə düşmən tərəfin əlinə keçdi. 

Ancaq  Mərv  müdafiəçilərinin ciddi  müqaviməti sayəsində özbəklər  itki verib 

geri çəkildilər (3, 84-85). 

Özbəklər 1641-ci ildə Mərv şəhərini ələ keçirmək üçün yeni cəhd etdilər. 

Yalanqtuşun  başçılıq  etdiyi  özbək  ordusu  Mərvə  yaxınlaşdı.  Ona  qarşı  Xələf 

bəyin əsas ordusu ilə Herat hakimi Həsən xanın dəstəsi birləşdi. Şəhərdən bir 

neçə  kilometr  aralı  Tacorduda  düşmən  məğlub  oldu,  3  minə  yaxın  döyüşçü 

itirdi (3, 85). 

I  Şah  Səfi  Mərv  qələbəsinə  yüksək  dəyər  verdi.  Demək  olar  ki,  hərbi 

rəislərlə yanaşı, döyüşdə fərqlənən bütün hərbiçilər mükafatlandırıldı (3, 85). 

Mənbələrdəki materialların təhlilindən aydın olur ki, I Şah Səfi dövründə 

bir  tərəfdən  Mərkəzi  Asiyadan  dövlət  və  adi  qarətçilər  tərəfindən  Xorasana 

 

155 



basqınların  ardı-arası  kəsilmədən  davam  etmiş  və  digər  tərəfdən  isə  Xarəzm, 

Buxara və Xivə xanları, sülalə üzvləri arasında ali hakimiyyət uğrunda müba-

rizədə həm qalib, həm də məğlub tərəf öz hakimiyyətlərini qoruyub saxlamaq 

üçün Səfəvi dövləti ilə diplomatik əlaqələrdə ondan hərbi yardım almağa cəhd 

göstərmiş, yaxud da onun hərbi-siyasi nüfuzundan istifadə etmişdir.  

 

ƏDƏBİYYAT 

1.

 



İsgəndər  bəy  Türkman  Münşi  və  Məhəmməd  Yusif  Movərrex.  Zeyl-i tarix-i alamara-yi 

Abbasi. Tehran: 1317, 320 s. 

2.

 

Məhəmməd  Məsum  ibn  Xacəgi  İsfahani.  Xülasət  üs-siyər.  Münxen  Dövlət  kitabxnası; 



Saltıkov-Şedrin adına PDUK, Dornun kataloqu, 303 (mikrofilm). 

3.

 



Павлова И.К. Хроника времен Сефевидов (Сочинение Мухаммад-Масума Исфахани 

"Хуласат ас-сийар").  

4.

 

Əbülqazi Bahadır xan. Şəcərei-Tərakimə (Türkmənlərin soy kitabı). Rus dilindən tərcümə 



edən,  ön  söz  və  göstəricilərin  müəllifi  və  biblioqrafiyanın  tərtibçisi  İ.M.Osmanlı.  Bakı: 

2002, 146 s. 

5.

 

Веселовский Н.И. Очерк историка-географических сведений о Хивинском Ханстве. 



Спб. 1877, 220 с. 

 

ОБ ОТНОШЕНИЯХ МЕЖДУ СЕФЕВИДСКОЙ ИМПЕРИИ СО 



СТРАНАМИ ЦЕНТРАЛЬНОЙ АЗИИ В 1620-1640-Х ГОДАХ XVII ВЕКА 

 

А.А.ГАРИБОВА 

 

РЕЗЮМЕ 

 

Анализ материалов источников показывает, что военные походы Сефевидов в на-

правление Хорасан в период правления шаха Сефи I обычно прерывались Бухарскими 

ханами. Кроме того, центрально-азиатские государства – Хорезм, Бухара и Хивы попы-

тались использовать военно-политическое влияние Сефевидского государства в решение 

внутренних политических проблем. Несмотря на это, в 1620-1640-х годах XVII века су-

щественные изменения на границах между сефевидами и центрально-азиатскими ханст-

вами не произошли.       



 

Ключевые слова: Шах Аббас I, Шах Сафи, Абдул Азиз, Абулгази, Хан Султан 

 

ABOUT RELATIONS OF THE SAFAVIDS EMPIRE WITH CENTRAL ASIAN 



COUNTRIES IN THE 1620-1640S OF THE XVII CENTURY 

 

A.A.GARIBOVA 

 

SUMMARY 

 

The analysis of the sources shows that during the reign of Shah Safi I military campaigns 

of the Safavids Khorasan were usually interrupted by Bukhara khans. In addition, the Central 

Asian states - Khorezm, Bukhara and Khiva tried to use military and political influence of the 

Safavid state in the solution of internal - political problems. Nevertheless, in the 1620-1640s of 

the XVII century no significant changes occurred at the boundaries between the Safavids and 

Central Asian khanates. 

 

Key words: Shah Abbas I, Shah Safi, Abdul Aziz, Abulgazi, Khan, Sultan 



 

 

156 



Yüklə 66,75 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə