Baki universitetiNİn xəBƏRLƏRİ №3 Humanitar elmlər seriyası



Yüklə 45,06 Kb.
Pdf görüntüsü
tarix15.03.2018
ölçüsü45,06 Kb.
#31493


 

86 


 

BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№3    

 

Humanitar elmlər seriyası   

 

2013 

 

 



 

 

UOT 94 (479.24) 



 

BÖYÜK VƏTƏN MÜHARİBƏSİ DÖVRÜNÜN  

ALTERNATİV TARİXŞÜNASLIĞI 

 

M.P.ZÜLFÜQARLI 



Azərbaycan Turizm İnstitutu 

mzulfugarli@gmail.com 

  

Məqalə Böyük Vətən müharibəsinin alternativ tarixşünaslığına həsr olunub. Məqalədə 

əsasən Azərbaycan tarixçilərinin Böyük Vətən müharibəsində azərbaycanlıların iştirakına həsr 

olunmuş  kitab  və  məqalələr  təhlil  olunub.  Böyük  Vətən  müharibəsi  illərində azərbaycanlılar 

vətənin müdafiəsinə qalxmışdılar. Azərbaycan müharibə illərində ölkədə çıxarılan neftin 70%-

ni verirdi. 

 

Açar sözlər: tarixşünaslıq, Böyük Vətən müharibəsi, fasişt Аlmaniyası, Bakı nefti 

 

Böyük  Vətən  müharibəsinin  sovet  tarixşünaslığının  tədqiqinə  aid  çoxlu 

sayda 

kitab və məqalələr həsr olunub. Lakin sovet dövrü tarixinin digər dövrləri 



kimi bu illər də hakim kommunist partiyasının müəyyən etdiyi kriteriyalara uy-

ğun  olaraq  birtərəfli  tədqiq  edildiyi  üçün  bu  dövrün  yenidən,  obyektiv  faktlar 

əsasında tərəfsiz mövqedən öyrənilməsinə ciddi ehtiyac var. Bu baxımdan sovet 

tarixşünaslığına alternativ tarixşünaslığın tədqiqi mühüm əhəmiyyət kəsb edir. 

 1985-ci ilin avqustunda AFR-

in Ştutqart şəhərində keçirilmiş tarix elm-

lərinin  XVI  Beynəlxalq  konqresində  SSRİ-nin  dünya  əleyhinə  faşist  Al-

maniyası ilə sövdələşməkdə ittiham olunması problemə münasibəti kökündən 

dəyişdi və sovet tarixşünaslığına alternativ əsərlərin yazılmasına münbit şərait 

yaratdı (7, 255). 

Son dövrlər mətbuatda sovet tarixşünaslığında öz əksini tapmayan, 1939-

cu  ilin  avqust  və  sentyabr  aylarında  bağlanmış  sovet-alman  müqavilələri 

vasitəsilə  iki  dövlətin  yaxınlaşmasından  Azərbaycan  üçün  yaranmış  təhlükə 

haqqında A.Kərimov, M.Bağırov və başqa tarixçilər bir sıra məqalələr yazıblar 

(1, 10 sentyabr 1993, 4, 7 may 1997 və s.). 

A.Kərimovun  “Fransanın  Almaniyaya  məğlubiyyəti  Bakının  məhvinin 

qarşısını  aldı”  adlı  məqaləsində  qeyd  olunur ki, sovet-alman  müqavilələrinə 

əsasən  Bakıdan  faşist  Almaniyasına  neft  ixracı  nəzərdə  tutulurdu.  Bunun 

qarşısını  almaq  üçün  faşist  Almaniyası  ilə  müharibə  vəziyyətində  olan iri 

dövlətlər tərəfindən Bakını bombalamaq planı hazırlanıb. Lakin 10 iyun 1940-

cı ildə Fransanın faşist Almaniyası tərəfindən işğalı bu dəhşətli planın həyata 

keçməsinə imkan verməyib. 




 

87 


M.Bağırovun “Bakının daşı daş üstə qalmayacaqdır (Ermənilərin baş tut-

ma

yan daha bir qəsdi)” adlı məqaləsində sovet tarixşünaslığında müharibənin 



tədqiq  olunmamış  hadisələri  haqqında  məlumat  verilir.  Müəllif  məqalədə  25 

oktyabr 1941-

ci il tarixdə A.Mikoyanın rəhbərliyi ilə köçürmə məsələləri üzrə 

dövlət komitəsinin Bakıya qarşı qəsd planını işıqlandırıb. A.Mikoyanın göstə-

rişi ilə 1941-ci ilin noyabrında Bakının əsas sənaye obyektləri və iri binalarını 

minalamaq  üçün  xüsusi  qrupun  gələrək,  M.C.Bağırovun  “Bakını  minalayıb 

partlatmaq fikri çox tezdir..., yeri gələrsə Bakıdakı obyektləri özümüz minala-

yıb partladarıq” fikrinə məhəl qoymadan işə başlayıblar. Onlar Bakının ali təh-

sil ocaqlarının, partiya və hökumət idarələrinin və digər təşkilatların yerləşdiyi 

bi

naları, neft dolu çənləri, neft mədənlərini, neftayırma zavodlarını və s. Ob-



yekt

ləri, şəhərin bütün giriş və çıxış yollarını minalayıblar. Məqsəd isə Moskva 

və Stalinqrad ətrafında sovet qoşunlarının məğlub olacağı və alman qoşunları-

nın Bakını tutmaq təhlükəsi yaranacağı təqdirdə şəhəri yerlə-yeksan etmək idi. 

Azərbaycan tarixinin sovet tarixşünaslığında milli legionların yaradılması 

və onların fəaliyyəti çox cüzi, özü də düşmən mövqeyindən işıqlandırılıb. Son 

illər  ölkəmizdə  bu  sahədə  sovet  tarixşünaslığından  fərqli  bir  sıra  məqalə  və 

kitablar 

nəşr olunub.  

Bunların arasında X.İbrahimlinin 1997-ci ildə nəşr olunmuş “Azərbaycan 

siyasi mü

hacirəti  (1920-1991)  ”kitabı  və  bu  mövzuya  aid  məqalələri  diqqəti 

cəlb edir (5, 6, №3 1998, 91-99).  

Azərbaycan  siyasi  mühacirətinin  1920-1991-ci  illər  fəaliyyətindən  bəhs 

edən bu kitabın üçüncü fəsli “Siyasi mühacirət 2-ci dünya müharibəsi və sonra-

kı dövrlərdə” adlanır. Azərbaycan legionlarının formalaşdırılması, alman rəsmi 

dai

rələri ilə aparılan danışıqlar və s. məsələlərdən bəhs edən üçüncü fəslin bi-



rinci paraqrafında müəllif milli legionların fəaliyyətini sovet tarixşünaslığından 

fərqli  tədqiq  edib.  Əsərdə  Azərbaycan  mühacirətinin  müharibə  dövründəki 

fəaliyyəti iki yerə bölünür: 

1. Əsir düşmüş azərbaycanlıların xilas edilməsi, ayrıca döyüş legionları-

nın təşkili; 

2. Almaniyanın Azərbaycanın müstəqilliyinin tanınması sahəsində işi. 

Kitabda Azərbaycan legionlarının məqsəd və vəzifələri 1943-ci ilin 6-9 

noyab


rında  Berlində  300  nəfər  nümayəndənin  iştirakı  ilə  keçirilmiş  ümum 

Azərbaycan qurultayının materiallarına istinadən göstərilib. Qurultayın yekun 

sənədində deyilir: 

1. 1918-ci il 28 maydan 1920-c

i  il  27  aprelə  qədər  davam  etmiş  Milli 

Azərbaycan höküməti dövrü şanlı tariximizin ən parlaq səhifəsini təşkil edir. 

2.  Vətənimiz  bolşevik  işğalına  məruz  qaldıqdan  sonra  keçən  bu  23  il 

içərisində  millətimizin  istər  vətən  daxilində,  istərsə  də  yad  ellərdə  apardığı 

şanlı və qanlı mübarizə yalnız bu istiqlalın bərpası üçün olmuşdur. 

3. Qurultay bu ağır şərait daxilində aparılan mübarizədə canlarını vətənin 

azadlığı uğrunda fəda edən şəhidlərin xatirəsini hörmət və ehtiramla yad edir. 

4.  Dünyanı  sarsıdan  bu  2-ci  Cahan  müharibəsi  nəticəsində  milli 

müqəddəratımızın  həllinə  və  istiqlalımızın  bərpasına  sarsılmaz  bir  inamımız 

vardır.  Bunun  isə  ilk  şərti  əzəli  və  əbədi  düşmənimizin  məhvindən  ibarətdir. 




 

88 


Bunun üçün də milli mənafeyimiz bizi bu gün bolşevizmə qarşı döyüş aparan 

və tarix boyu Türk xalqlarının dostu olan Almaniyaya bağlamışdır. 

5.  Qurultay  əsirlər  boyu  olduğu  kimi,  bu  gün  də  Azərbaycan  xalqı  ilə 

Qaf


qaz qonşunları və qardaş şimali Qafqaz, Türküstan, İdil-Ural və Krım xalq-

la

rı  ilə  eyni  qayə  və  ideal  birliyi  müşahidə  edir  və  onlarla  iş  birliyini  zəruri 



sayır (5, 188). 

V.K.Mustafayevin 

məqaləsi  1941-1942  illərdə  “Azərbaycan”  qəzetinin 

əhalinin milli şüurunda oynadığı müsbət roluna həsr olunub. Müəllif sovet ta-

rix

şünaslığında  tədqiq  olunmamış  sənədlərə  istinadən  o  dövrdə  mühacirətdə 



ya

şayan  azərbaycanlılar  arasında  Azərbaycanın  dövlət  müstəqilliyinin  bər-

pasına böyük inam olduğunu və bu inamın möhkəmləndirilməsində mətbuatın 

mühüm rol oynadığını faktlarla əsaslandırıb (2, №1 1991, s.72 - 76). 

Professor  R.Hüseynovun “525-

ci qəzet”in 25 oktyabr 2008-ci il sayında 

dərc  olunan  “Gəncəli  Nizami  Hitlerlə  göz-gözə”  adlı  məqaləsində  900  gün 

faşistlər  tərəfində  mühasirədə  saxlanılmış,  850  min  nəfərin  həlak  olduğu 

Leninqrad şəhərində 19 oktyabr 1941-ci il tarixdə Nizami Gəncəvinin 800 illi-

yi

nin qeyd edilməsinə aid yeni faktlar verilib. Məqlədə həmin yubley yığınca-



ğında giriş sözü ilə çıxış etmiş N.Tixonov, İ.Orbeli, “Nizami və onun dövrü” 

mövzusunda  çıxış  etmış  A.N.Boldırev,  “Nizami  şərq  rəssamlığında”  mövzu-

sun

da çıxış etmiş M.M.Dyakonov, “Nizami və dünya ədəbiyyatı” mövzusunda 



ç

ıxış  etmiş,  Nizaminin  əsərlərinin  rus  dilinə  tərcüməçisi  Q.Ptitsın  haqqında 

məlumatlar  ilk  dəfə  dərc  olunub.  Məqalədə  qeyd  olunur  ki,  900  günlük 

Leninqrad blokadası həmişə bəşər tarixində ən ağır və dəhşətli imtahanlardan 

biri kimi qalacaq. Nizami Gəncəvi də tarixdə daim yalnız dahi şair kimi yox, 

həm də o müdhiş günlərdə o şəhərdə olmuş, o şəhərdəkilərlə birgə bəşəriyyətin 

düşməninə qarşı mübarizə aparmış bir əsgər kimi qalacaq. 

Sov


et tarixşünaslığında 1921-ci il Sovet-İran müqaviləsinə istinad edərək 

26 avqust 1941-

ci  il  tarixdə  SSRİ-nin  İranın  şimal  ərazilərini,  yəni  Cənubi 

Azərbaycan  ərazisini  işğal  etməsi  və  işğaldan  sonra  bu  ərazidə  baş  verən 

hadisələr də birtərəfli işıqlandırılıb. Professor C.Həsənli Güney Azərbaycanın 

1939-1945-

ci illər tarixinə həsr etdiyi kitabında sovet tarixşünaslığından fərqli 

olaraq yeni materiallar əsasında bu mövzunu tədqiq edib (3).  

Azərbaycan  tarixinin  1941-1945-ci  illər  dövrünün  tədqiq  olunmamış 

möv


zularından  biri  də  sovet  rejiminə  qarşı  ölkə  daxilində  mübarizəni  davam 

etdirmiş ayrı-ayrı şəxslərin və təşkilatların fəaliyyətidir. Son illər az da olsa bu 

mövzuda məqalələr dərc olunub. Məsələn, N.Umudlunun “Ayna” qəzetinin 1 

fevral 1997- ci il tarixli s

ayında dərc olunmuş “Azərbaycanda dissidentlik: belə 

bir şey olubmu?” adlı məqaləsində göstərilir ki, 30-cu illərin repressiyalarından 

sonra  da  kommunist  rejiminə  qarşı  mübarizə  davam  edib.  1942-ci  ildə  8 

nəfərdən ibarət “Gizli millətçi gənclər qruplaşmasının” üstü açılıb və qrupun 3 

üzvü güllələnməyə, 5 üzvü isə 10 il həbs cəzasına məhkum edilib. 

Böyük  Vətən  müharibəsinə  aid  son  dövrlər  mətbuatda  bəzi  məlumatlar 

ve

rilir ki, bu məlumatları dəqiqləşdirmək tarixçilərin başlıca vəzifələrindən bi-



ridir. Məsələn, “Ədalət” qəzetinin 2 sentyabr 2000-ci il tarixli sayında “Ruslar 

Həzi  Aslanovu  gözümün  qabağında  güllələdilər”  başlıqlı  yazıda  müharibə 




 

89 


veteranı,  müharibə  dövründə  H.Aslanovun  yavəri  olmuş  Əliyev  Adil  İsa 

oğlunun fikirləri dərc olunub. A.Əliyev H.Aslanovun nüfuzunun artmasına bir 

çox  generalların,  o  cümlədən  Baqramyanın  qısqanclıqla  yanaşdığını,  onun 

əkskəşfiyyatın  polkovniki  Solovyov  Pyotr  Vasilyeviçin  arxadan  atdığı  atəşlə 

qətlə yetirildiyini bildirib. 

Azərbaycan tarixinin Böyük Vətən müharibəsi dövrünü sovet tarixşünas-

lığından  fərqli  tədqiq  etmiş  tarixçilərin  əsərlərinin  tarixşünaslıq  baxımından 

təhlili  göstərir  ki,  bu  əsərlər  problemin  obyektiv  şəkildə  öyrənilməsi  ba-

xımından əhəmiyyətlidir. Bu cür tədqiqatlar Azərbaycan tarixinin ağ ləkələrdən 

təmizlənməsinə yaxından kömək göstərə bilərlər. 

 

ƏDƏBİYYAT 

1.

 



“Aydınlıq ” qəzeti (Azərb. dilində). Bakı, 1993, 10 sentyabr.  

2.

 



“Azərbaycan SSR EA Xəbərləri”. Tarix, Fəlsəfə və Hüquq. 

3.

 



Həsənli  C.  Güney  Azərbaycan  Tehran-Bakı-Moskva  arasında  (1939-1945).  Bakı: 

Diplomat, 1998, 324 s. 

4.

 

“Xalq” 



qəzeti (azərb. dilində). Bakı.  

5.

 



İbrahimli X.C. Azərbaycan siyasi mühacirəti (1920-1991). Bakı: Elm, 1997, 304 s.  

6.

 



“Tarix və onun problemləri” jurnal (azərb. dilində). Bakı.  

7.

 



Страницы  истории  советского  общества.  Факты,  пролемы,  люди.  М.:  Политиздат, 

1989, 447 с.  

 

АЛЬТЕРНАТИВНАЯ ИСТОРИОГРАФИЯ ВЕЛИКОЙ  

ОТЕЧЕСТВЕННОЙ ВОЙНЫ 

 

М.П.ЗУЛЬФУГАРЛЫ 

 

РЕЗЮМЕ 

 

Статья посвящена альтернативной историографии Великой Отечественной войны. 



В  статье,  в  основном,  анализируются  статьи  и  книги  азербайджанских  историков,  по-

священные участию азербайджанцев в Великой Отечественной войне. Во время Великой 

Отечественной войны азербайджанский народ встал на защиту отечества. Азербайджан 

в годы войны давал до 70% всей добываемой страной нефти.  



 

Ключевые  слова:  историография,  Великая  Отечественная  война,  фашистская 

Германия, бакинская нефть  



  

ALTERNATIVE HISTORIOGRAPHY OF GREAT PATRIOTIC WAR  

 

M.P.ZULFUGARLI  

 

SUMMARY 

 

In the article different articles on the Great Patriotic War written by Azerbaijani 

historians are analyzed. The articles dedicated to the courage shown by Azerbaijani people 

during Second World War both in the front and rear are researched from the point of 

historiography.  The  author  researched not only the  Soviet historiography but also alternative 

works written on this topic. 



 

Key words: historiography, Great Patriotic War, Nazi Germany, Baku oil 

 

Yüklə 45,06 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə