Baki universitetiNİn xəBƏRLƏRİ №3 Humanitar elmlər seriyası



Yüklə 91,02 Kb.

tarix17.09.2017
ölçüsü91,02 Kb.


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№3    

 

Humanitar elmlər seriyası   

 

2015 

 

 

 

 

 

UOT 930.2 

 

ERMƏNİÇİLİYİN TƏŞKİLATLANDIRILMASINDA  

D

İASPORA İCTİMAİ-SİYASİ ALƏT KİMİ 

 

T.V.

CƏFƏROV*, Ş.Ş.CƏFƏROVA** 

*ADPU, **Bakı Dövlət Universiteti 

taleh.ceferov.83@mail.ru 

 

Erməniçilik bilik və inancların milli-dini sistemi, təkallahlığı qəbul edən və milli tarixi 



və ata-baba torpaqlarının müqəddəsliyini qoruyan ideoloji təlimdir. XVIII əsrdən etibarən din 

pərdəsi  altında  məskunlaşmış  etnokorporasiya  şəklində  formalaşmış  erməniçilik  ideolo-

giyasının  əsaslarını  mifologemlər,  yəni  sonradan  hazırlanmış  saxta  mif  və  rəvayətlər  təşkil 

etmişdir.  Erməniçiliyin  əsas  üsul  və  metodları  sırasında  assimilyasiya  xüsusi  yer  tutur. 

Erməniçilik  təkcə  Türkiyə  və  Azərbaycana  deyil,  Cənubi  Qafqaz,  Yaxın  Şərq  regionu 

dövlətlərinə, eləcə də Rusiyaya qarşı yönəldilmişdir.  

 

Açar sözlər: diaspora, təşkilat, erməniçilik 

 

Azərbaycan  tarixşünaslığında  bir  çox  müəlliflər  erməniçilik  və  ya 

ermənilik (armenizm) anlayışı, onun sosial-fəlsəfi mahiyyəti barədə müəyyən 

işlər görmüşlər. Xüsusilə, bu problem ətrafinda çox sanballı iş aparmış Əmralı 

İsmayılovun “Erməniçiliyin möcüzələri və sirləri” adlı monoqrafiyası tamamilə 

bu  problemə  həsr  edilmişdir.  Müəllif  çoxillik  araşdırmaları  nəticəsində  belə 

qənaətə  gəlmişdir  ki,  uydurulmuş  faktları,  evdə  hazırlanan  erməni  nağıllarını 

yenidən və bir daha yenidən bəşəriyyət qarşısında irəli sürməklə faşistlik edən 

ideoloqlar bununla da dünya ictimaiyyətinin diqqətini bütün bəla və faciələrin 

əsas mənbəyi olan-əsrlər boyu formalaşmış, millətin çox böyük bir hissəsinin 

düşüncə və iradəsini zədələyən, türk dünyasının məhv edilməsini, dünya icti-

mai fikrinin aldadılması və onlara yanlış məlumat verilməsini, digər xalqların, 

xüsusən də xristianların inamının və mənəvi hisslərinin həyasızcasına istismar 

edilməsini,  bir  məqsəd  və  məsələ  olaraq  qarşısına  qoyan  ideoloji-psixoloji 

hadisə  olan  erməniçilikdən  yayındırır.  Müəllif  haqlı  olaraq  erməniçiliyi 

ideoloji-

psixoloji  hadisə  olaraq  qeyd  edir  və  faşizm,  terrorizm,  ekstremizmi, 

digər xalqlara qarşı, xüsusilə də türk və azərbaycanlılara qarşı törədilən sonsuz 

soyqırımı  aktlarını  erməniçilik  adlanan  çirkin  hadisənin  tərkib  hissəsi  kimi 

174 



qeyd edir (1, 11-12).  

Tədqiqatçı Qafar Çaxmaqlı erməni elmi-fəlsəfi ədəbiyyatına istinad edə-

rək yazır: “Erməniçilik-bilik və inancların milli-dini sistemi, təkallahlığı qəbul 

edən və milli tarixi və ata baba torpaqlarının müqəddəsliyini qoruyan ideoloji 

təlimdir (2, 9). Həmçinin müəllif erməniçilik ideologiyasının əsaslarının onil-

liklər ərzində işlənib hazırlandığını və bu işdə daha çox kilsənin xidmətlərinin 

olduğunu qeyd edir. Müəllifin qeyd etdiyi kimi, “bu ideoloji nəzəriyyə on illər 

boyu bir çox er

məni alimləri tərəfindən müstəqil şəkildə, bir-birindən xəbərsiz 

işlənib  hazırlanmışdır.  "Erməni  çox  erkən  zamanlardan  xristianlığı  "erməni-

ləşdirmişdi". “Erməninin əsil dini elə erməniçilikdir". Erməni millətinin tanın-

mış ideoloqlarından hesab olunan Garegin Njdenin bu təsbiti bütün ermənilər 

üçün  əsas  olaraq götürülmüşdür.  Çünki  Njde  də  digər  erməni  filosoflar  kimi 

erməni  xalqının  xristianlıqdan  öncə  də  ali  bir  irqə  məxsus  olduğunu  iddia 

edənlərdəndir. Onlar xəyallarında təkəbbürlü bir erməni obrazı canlandırır və 

bu fikri başqalarına da sırımağa çalışırlar ki, ermənilər başqa xalqlardan daha 

üstün və daha ağıllıdır (2, 9-11). 

Osmanlı  Türkiyəsinə  qarşı  lokal  əməliyyatların  icrası  məqsədilə  XIX 

əsrdə  fövqəldövlətlər  tərəfindən  yaradılmış  bu  etnokorporasiya  mahiyyəti 

etibarı  ilə  xristianlığın  ilk  ali  toplantısı  olan  Xalkidon  məclisinin  lənətlədiyi 

xırda əsirətlər-hayların, koptların, nəsturilərin, Hindistandan köç etmiş xaçpə-

rəst  qaraçıların  və  digər  batil  təriqətlərin  süni  toplumu  olduğu  alimlər  tərə-

findən sübuta yetirilmişdir (11, 60). Etnokorporasiya mənəvi kasadlığı üzündən 

öz  qınına  çəkilən,  cəmiyyətin  rədd  etdiyi  icmaları  insanlığa  nifrət  bayrağı 

altında birləşdirdi (11, 60-61).  

Qeyd  etmək  lazımdır  ki,  erməniçilik  bəşəriyyət  üçün  bir  qlobal  bəlaya 

çevrilməkdədir.  Xüsusilə,  Türkiyənin,  Azərbaycanın,  Gürcüstanın,  Rusiya  və 

İsrailin, bəzi Balkan dövlətlərinin tarixən üzləşdiyi “erməniçilik” anlayışı və bu 

anlayışdan yaranan arzuolunmaz proseslər təəssüf ki, bir çox hallarda hələ də 

dar,  etnik  çərçivədə  yozulmaqdadır.  Məsələyə  belə  qüsurlu  münasibət  və 

erməniçilik ideologiyasının düzgün dəyərləndirilməməsi bu mürəkkəb sistemlə 

qarşıdurmaya,  qeyri-real  proqnozların  verilməsi  ilə  nəticələnir.  Bu  baxımdan 

“erməniçilik”  anlayışına  yalnız  etnomədəni  mövqedən  deyil,  ilk  növbədə, 

politoloji müstəvidən yanaşılmalıdır (9, 148).  

Qeyd  edək  ki,  XVIII  əsrdən  etibarən  din  pərdəsi  altında  məskunlaşmış 

etnokorporasiya  şəklində  formalaşmış  erməniçilik  ideologiyasının  əsaslarını 

mifologemlər,  yəni,  sonradan  hazırlanmış  saxta  mif  və  rəvayətlər  təşkil  et-

mişdir. Bu baxımdan “qədim erməni dövlətçiliyi”, “erməni sivlizasiyası”, “Bö-

yük Ermənistan”, “armenoid irqi”, “erməni soyqırımı” və bu kimi elmi əsas-

lara, tarixi ger

çəkliklərə  söykənməyən  miflər  işlənib  hazırlanmış,  beynəlxalq 

aləmdə  dövriyəyə  buraxılmışdır.  İnformasiya  texnologiyalarından  istifadə 

edərək,  uzaqgörən  siyasət  erməni  etnokorporasiyası  tərəfindən  həyata  keçiri-

lirdi (9, 148).   

 

Kütləvi  şüurun  mifolojiləşdirilməsi  prosesi  müəyyən  mənada  bəşəriy-



175 


yətin bütün tarixini müşaiyət etsə də müasir dövrdə xüsusi əhəmiyyət kəsb edir. 

Təssüf ki, bu proses tarix kimi ciddi elmdən də yan keçməyib və  yalançı er-

məni alimlərinin “Böyük Ermənistan”, “əzabkeş Ermənistan” haqqında “ermə-

nilərin birinci xristian millət” olması barədə və digər bir sıra miflərin kütləvi 

şüura yeridilməsi cəhdlərində çox gülünc formada təzahür edib (12, 46). 

XIX  əsrdən  etibarən  etnik  korporasiyaya  çevrilməkdə  olan  erməniçilik 

dün

ya  ilə  coxcəhətli  münasibətlərdə  geniş  şəbəkəyə  malikdir.  Erməni  uşaq 



yazıçısı Serqey Vardanyanın növbəti “təxmini hesablama”larına görə, erməni-

çiliyin Yerevan

dan savayı Qars, Armavir şəhərləri də daxil olmaqla 22 paytaxtı 

vardır (10, 114).  

Erməniçiliyin  yaranma  səbəbləri,  inkişaf  dinamikası  barədə  qeyd  edən 

Rövşən  Mustafayev  erməniçililiyin  biososioloji  təzahür  olaraq,  nestorian, 

aysor,  qaraçı,  assuriyalı,  kopt,  yezidi  kürdləri  və  Osmanlı  Türkiyəsinin  digər 

qeyri-


müsəlman  icmalarından  ibarət  aqlomeratın-qriqoryan  kilsəsi  ətrafındakı 

yığnağın  “vahid  qədim  etnos”un  subyekti  kimi  qələmə  verilməsinə  imkan 

verən konkret eksperiment nəticəsində yaradıldığını qeyd edir (10, 114). 

Qeyd etmək lazımdır ki, erməniçilikdə qaraçıların etnik psixologiyasının 

ən  iyrənc  elementləri,  faşizmin  insansevməz  ideologiyası,  digər  xoşagəlməz 

hallar birləşir və bir yerdə cəm olur. Ermənilər yüzilliklər ərzində günahsız gö-

rünməyə çalışaraq, dünya ictimaiyyətindən onlara rəhm edilməsini tələb edir-

dilər.  Erməniçiliyin  sosial-psixoloji  mahiyyətini  dərindən  öyrənməyə  çalışan 

Əmralı İsmayılov yazır: “Erməniçilik dini, mənəvi, ideoloji və psixoloji hadisə 

olaraq, özünün sosial-

tarixi  əsaslarına,  köklü  surətdə  formalaşan  ənənələrə 

malikdir,  bütün  həyatı  boyunca  dünya  ictimaiyyətini  aldatmağa  çalışaraq, 

doğru və həqiqəti qəti olaraq rədd edir. Erməniçiliyin əsas ideoloji və praktiki 

məsələlərindən  biri  dünya  ictimai  fikrinə  təsirin  icazə  verilən  və  verilməyən 

bütün  vasitələrindən  istifadə  edilməsidir.  Özünün  bütün  tarixi  cinayətləri  və 

caniliklərinə baxmayaraq, ermənilər özlərini elə aparırlar ki, onların üzərindəki 

maskanı çıxarmaq olduqca çətin bir məsələdir (1, 12). Göründüyü kimi, ermə-

nilər bu cür iyrənc, heç bir məntiqə sığmayan, heç bir əsası olmayan hadisələri 

ortalığa ataraq onları dünya ictimaiyyətinə sistemli şəkildə “sırımağa” çalışır-

lar. Bu işdə diaspor təşkilatlarının xüsusi xidmətlərini qeyd etmək lazımdır.  

Bir  qədər  əvvəldə  qeyd  etdik  ki,  etnokorporasiyaların  əsasında  siyasi-

ləşmiş  miflər  mühüm  yer  tutur.  Məhz  bu  baxımdan  miflərin  ictimai  rəydə 

dövriyyəsinə  söykənən  erməniçilik  etnokorporasiyası  bu  gün  geniş  şəbəkəyə 

malikdir.  Təəccüblüsü ondan  ibarətdir  ki,  onlar  regionun  tarixini  açıq-aşkar 

sax

talaşdıraraq, tamamilə qeyri-müəyyən, normal məntiqə sığmayan yeni mif-



lərin  yaradılması  və  “erməni  reallıqları”  kimi  dünyaya  təqdim  olunması 

istiqamətində yeni-yeni addımlar atırlar. Belə yalanlardan biri ondan ibarətdir 

ki, guya tarixən ermənilərin 22 paytaxtının olmasdır. Onların arasına isə 1918-

ci  ildə  paytaxt  qismində  Azərbaycan  tərəfindən  Ermənistana  verilmiş  İrəvan 

şəhərindən  başqa  Qars,  Armavir,  Tbilisi,  Bakı,  Diyarbəkr,  Odessa,  Kiyev, 

Qüds, 


Soçi,  hətta  Macarıstanın  və  Almaniyanın  bəzi  şəhərləri  də  daxil 

176 



edilmişdir. Bu sərsəm, gülünc doğuran fikrlərin müəllifi Serqey  Vardanyanın 

“Ermənistan  paytaxtları”  adlı  kitabı  bu  gün  Vatikan  kitabxanasında  xüsusi 

güşədə  saxlanılmaqdadır.  Təbii  ki,  region  tarixini  bilməyən  oxucu  bu  kitabla 

tanış olduqda onda tamamilə yanlış təsəvvür yaranacaqdır (9, 149).  

Qeyd  edək  ki,  erməniçiliyin  əsas  üsul  və  metodları  sırasında  assimil-

yasiya xüsusi yer tutur. Vaxtilə, erkən orta əsrlər dövründə Dağlıq Qarabağın 

yerli 

alban  əhalisi  yaranmış  şəraitə  və  qan-qardaşlarının  öyüd-nəsihətlərinə 



baxmayaraq  bu  prosesə  cəlb  edilməyə  başlandı.  Lakin  istənilən  halda  bütün 

təhlükəli  vəziyyətləri  ram  etməklə  öz  genetik  koduna  yad  elementlərin  daxil 

edilməsinə yol verməyən, əzəldən Dağlıq Qarabağ ərazisində yaşayan albanlar 

mənəvi dəyərlərinə və alban katolikosluğunun etno-mədəni irsinə aşkar iddialı 

olan  tərkidünya  səciyyəli  qriqoriyan  kilsəsini  də  qəbul  etmədilər.  Bu  barədə 

siyasi elmlər doktoru, professor Rövşən Mustafayevin fikirləri olduqca maraq-

lıdır. Onun fikrincə, “yalnız öz “ermənioid mənşəyini” etiraf etməkdən və “er-

məni  sivilizasiyasının  genetik  davamçıları”  sayılmaqdan  boyun  qaçıran  Os-

manlı  Türkiyəsi  yəhudiləri  erməniçiliyin  assimilyasiya  təhdidlərindən  qoruya 

bildilər  (10,  119)”.  İcmaların  imkanları  bu  işə  səfərbər  edilməklə  qərblə  çox 

mühüm əlaqələr qurulmağa başladılar. Müəllif fikirlərinə davam edərək qeyd 

edir ki, beləliklə, erməniçilik çox tez bir zamanda Osmanlı Türkiyəsinin qeyri-

müsəlman  əhalisi  ilə  Rusiya  da  daxil  olmaqla  Qərb  sivilizasiyası  arasında 

vasitəçi rolunu oynamağa başladı. Gürcü tədqiqtçılarının fikrincə, erməniçilik 

yuxarıda göstərilən üsulla Gürcüstan ərazisində də etnik gürcülərin bir hissəsini 

assimilyasiya  etmiş  oldu.  Sonrakı  dövrdə  assimilyasiyanın  gedişi  prosesində 

tədrici  enmələr  müşahidə  olunmağa  başladı.  Bu  haqda  məşhur  qafqazşünas 

alim V.L.Veriçko yazırdı: “Məlum olduğu kimi, sonralar assimilyasiya olduqca 

səthi  gedirdi  və  müvəqqəti  idi.  Erməniçilik  ayrıseçkilik  kini  saxlayırdı  və  bu 

kin 


əvvəlcə  hiss  edilmədən,  XIX  əsrin  ikinci  yarısında  isə  açıq-aşkar, 

başgicəlləndirici sürətlə artmışdı (7, 64)”. 

Erməniçiliyin təşkilati strukturunu formalaşdıran kilsə daima bu işi gizli 

saxlamağa çalışmışdır. Daxili struktur qaydaları açıqlandığı halda erməniçiliyin 

“düşmənləri” bu gizli sistemin mahiyyətini mənimsəyəcək və onu öz silahı ilə 

məhv  etməyə  çalışacaqdır.  Təsadüfi  deyildir  ki,  XIX  yüzilliyin  ortalarında 

erməni  komitələri  qriqoriyan  kilsəsinin  başçısına  öz  moizəsində  aqlomeratın 

müxtəlif icmalarının dindarlarının adlarını çəkməyi qadağan etmişdi.  

Erməniçiliyin  ən  mühüm  hədəflərindən  biri  də  iri  imperiyaların,  döv-

lətlərin yüksək eşalonunda təmsil olunmaqdır. Əbəs yerə deyildir ki, Osmanlı 

hakimiy

yətinin  strukturlarında  erməniçilik  yetərincə  sıx  təmsil  olunaraq,  öz 



əməl və hərəkətlərində heç bir narahatlıq hiss etmirdilər. Məsələn, 1860-cı il 

tarixli  kodifikasiya  sənədi  İstanbul  KİV-də  “kürd”,  yaxud  “assuriya”,  hətta 

“yəhudi” konstitusiyası kimi təqdim olunmamışdı. Hətta Sultanın özünün icazə 

verdiyi  bu  qanunvericilik  aktı  məhz  “erməni  konstitusiyası”  adlanmışdı.  Ona 

görə  də,  Osmanlı  imperiyasında  xüsusi  konstitusiya  hüquqlarının  ayrıldığı 

ermənilik birinci dünya müharibəsi dövründə regionun bütün etnik icmalarına 

177 



üz verən bədbəxtliklərə görə həm hüquqi, həm də mənəvi məsuliyyət daşıyır. 

Onların çoxu təkcə özərinə yaxın olan qan və din qardaşlarını itirmədi, həm də 

öz  tarixlərindən,  mədəniyyətlərindən,  erməniçiliyin  oğurladığı  müqəddəs  ad-

larından da məhrum oldular (10, 123). Beləliklə, etnokorporasiya öz məqsəd-

lərinə  nail  olmaq  üçün  ən  çirkin  metodlarından  istifadə  etməyə  qadirdir. 

Erməni etnokorporasiyası işi daimi davam edir və öz nəticələrini verir.   

Erməniçiliyin  siyasi  mahiyyəti  haqqında  Saleh  bəy  “Erməniçilik”  adlı 

əsərində  yazır:  “Erməniçilik-hadisədir.  Qeyri-adi,  fövqəladə,  müstəsna  hadi-

sədir. Onda hər şey adi dünyada olduğundan sadəcə yaxşı və ya pis deyil, ta-

ma

milə başqa cürdür – tərsinə, ziddiyyətli, anticismə bənzər olaraq adi cisimlə 



toqquşarkən annigilyasiyanın (qarşılıqlı məhv etmə) baş verdiyi hadisədir. Belə 

ki, erməni həqiqəti – yalan, humanizmi –insana nifrət, sülhsevərliyi – ekspan-

siya, müdafiəni – təcavüzkarlıq, qəhrəmanlığı – quldurluq, soyğunçuluq, mən-

tiqi  – 


mənasızlıq,  məntiqsizlikdir.  Ermənilərin  ümidləri,  arzuları  da  fenome-

naldır: onlar hesab edirlər ki, az qala indiki on dövlətin ərazisi onların “Ocağı”, 

gələcək  “Böyük  Ermənistan”dır  (6,  9-10).  Göründüyü  kimi,  erməni  xalqı, 

dünyada  ən  rəzil,  ən  bədbəxt,  ilk  soyqırıma  məruz  qalan  xalq  kimi  təbliğ 

olunmaqdad

ır.  Onlar  bu  iyrənc  yollarla  dünyanın  fövqəl  güclərinin  diqqətini 

özlərinə  tərəf  yönəldə  bilir  və  öz  məqsədlərinə  də  nail  olmağı  bacarırlar. 

Türklərlə yanaşı digər qonşu xalqlara qarşı da irqi ayrı-seçkilik, etnik-milli tə-

mizləmə,  aşağılama,  deportasiya,  terror kimi qeyri-insani  hərəkətlər  erməni-

çiliyin əsas metodlarındandır.  

Erməniçilik  ideologiyasında  əsas  meyar  erməniləri  dünyanın  ən  qədim, 

ən  sivil,  ən  ağıllı,  ən  istedadlı,  mehriban,  ən  barışsevər,  ən  fenomenal  xalqı 

olmasını təqdim etməkdir. Həm də ermənilər dünya üçün çox böyük xidmətlər 

vermiş, çox simalar yetişdirmiş xalq olmuşdur. Onların ideologiyası, təbliğatı 

ikiüzlü  deyil.  Eyni  zamanda  onlar  dünyanın  ən  məzlum  və  çox  məşəqqətlər 

görmüş millətidir. Hətta dünyada ilk soyqırımı da onlara tətbiq edilmişdir. Ona 

görə də onlar ali irqdən  olmuşlar, ali irqdən olmayanlar bu millətin onlardan 

öndə olduqlarından çox narahat olmuş və onları qırmışlar. Qeyd edək ki, heç 

bir erməni mütəfəkkir, siyasətçi və ideoloq bu təlimin kənarına çıxmamışdır. 

Ermənilik  hər  şeydən  üstün  durumda  olduğundan  bütün  ideoloji  təlimlərin 

mayasında bu durmuşdur (2, 15). 

Erməniçiliyin mahiyyəti aşağıdakı kimi ümumiləşdirilmişdir. Erməniçilik 

mədəni  bir  ideologiyadır,  mahiyyəti  etibarilə  də  sivil  və  demokratikdir.  Ona 

görə  də,  uzun  əsrlər  davam  edir  və  qarşıya  qoyulan  məqsədə  də  gec-tez nail 

olunur. Ermənilərin bundan başqa bir nəzəriyyələri yox kimidir. Bu, zərərli də 

olsa, 


nəzəriyyədən yapışmaq zorundadırlar. Onlar dünyanın müxtəlif ölkələrinə 

yayılmış  erməni  diaspor  təşkilatlarını  birləşdirmək  üçün  bundan  yaxşı 

nəzəriyyəyə malik deyildirlər (2, 9-17). 

Min  bir  fitnə,  kələk  yolu  ilə  qonşu  xalqlara  qarşı  iyrənc  işlərlə  məşğul 

olan ermənilərə ən tutarlı cavabı məşhur gürcü alimi İlya Çavçavadze özünün 

“Erməni alimləri və fəryad edən daşlar” adlı sanballı əsərində vermişdir. Onun 

178 



fikirlərinə görə bizi yer üzündən tamamilə silib atmaq üçün onlar adımızı bia-

bır edib, bizi milli heysiyyatdan məhrum etməklə kifayətlənməyərək bütün tari-

xi

mizi  də,  səlnaməmizi  də,  tarixi  qalıqlarımızı  və  abidələrimizi  də  al-qana 



bulanmış bütün şeylərimizi də məhv edirlər, tarixi var-dövlətimizi, bizə məxsus 

hər  şeyi  müxtəlif  fırıldaqlar  yolu  ilə  özlərinin  adına  çıxırlar.  Düzdür,  yalan 

ayaq  tutar,  amma  yeriməz  və  başqasının  mənliyini  əlindən  almaqla,  yaxud 

alçaltmaqla özününkünü artıra bilməzsən (8, 4). 

Bu  gün  erməniçiliyin  təşkilatlandırımasında  və  möhkəmləndirilməsində 

diaspor təşkilatları ilə yaşnaşı fövqəldövlətlərin də xüsusi xidmətləri vardır. Ən 

əsası  bu  super  dövlətlər  öz  maraqları  uğrunda  bu  kimi  iyrənc  etnokorporasi-

yaları maliyyələşdirir, onların silahlandırımasında və düşmənçilik toxumlarının 

səpilməsində  yaxından  iştirak  edirlər.  Bu  barədə  Aytən  Mustafayeva  yazır: 

“Tarixi təcrübə göstərir ki, bu gün fövqəldövlətlər erməniçilik amilindən sivi-

lizasiya

lararası  münaqişələrin  kəskinləşdirilməsində  alət  kimi  istifadə  edirlər. 

Mifik, məntiqdən kənar illüziyalara söykənən, özündən nasional-sosializm və 

eqosentrizm ideyala

rını yaşadan bu alət təkcə Türkiyə və Azərbaycana deyil, 

Cənubi Qafqaz, Yaxın Şərq regionu dövlətlərinə, eləcə də Rusiyaya qarşı yö-

nəldilmişdir. Erməni ictimai və siyasi xadimlərinin çıxışlarının təhlili göstərir 

ki,  onlar  öz  məqsədlərinə  çatmaq  üçün  müntəzəm  olaraq  ayrı-ayrı  xalqlar 

arasında ədavət salmaqla yanaşı, onlara bütövlükdə erməniçilik ideologiyasına 

əsas  düşmən  kimi  yanaşmışlar  (9,  150),  Xristian  dünyası  yalnız  Qafqazda 

deyil,  dünyada  ermənilərin  kompakt  şəkildə  yaşamaqlarının  təşkil  edildiyi 

bölgələrdə də sabitlik üçün gizli təhlükə yaradan erməniçiliyin mahiyyətini heç 

c

ür  dərk  edə  bilmir.  Hələ  ki  və  nə  qədər  ki,  vicdanın  səsi,  ağlın  səsi  erməni 



təbliğat maşınının-erməniçik ideyalarının aktiv bələdçisinin azğın fəaliyyətinə 

qarşı qoyulmamışdır, Qafqazda yeni millətlərarası toqquşmaların baş verməsi 

təhlükəsi  qalmaqdadır  (1,  21).  Müəllif  bir  qədər  də  irəli  gedərək  hətta  ermə-

niçilk  ideologiyasının  birbaşa  türklərə  qarşı  deyil,  eyni  zamanda  qeyri-mü-

səlmanlara, beynəlxalq təşkilatlara qarşı yönəldildiyini də etiraf edir. O yazır: 

“Ruslar  və  türklər,  fransızlar  və  ərəblər,  azərbaycanlılar,  gürcülər,  ispanlar, 

ləzgilər,  kürdlər,  ümumilikdə  bütün  xristian,  müsəlman  və  yəhudi  dünyası,  o 

cümlədən  onların  fikirləri  ilə  razılaşmayan  ermənilər  də  etnokorporasiyanın 

hədəfinə  çevrilmişdir.  Kommunist  və  kommunizm,  demokratiya,  NATO, 

BMT,  ATƏT,  ümumiyyətlə,  bütün  ideologiya  və  anlayışlar  erməniçilik  üçün 

əbədi əsas rəqibdir (9, 150).  

Erməniçiliyin  formalaşdırılması  və  siyasiləşdirilməsində  sözsüz  ki,  ən 

böyük  “əmək”,  “zəhmət”  diasporun  üzərinə  düşür.  Diasporla  yanaşı  erməni 

kilsəsinin  bu  işdə  fəaliyyəti  də  xüsusi  işıqlandırılmalıdır.  Kilsənin  bu  işə 

verdiyi töv

hələr  barəsində  türk  tədqiqatçısı  Sedat  Laçınerin  gəldiyi  qənaət 

olduqca  maraqlıdır.  O,  yazır:  “Kilsənin  ermənilər  üzərindəki  təsiri  digər  öl-

kələrin  dini  qurumları  ilə  olan  əlaqəsindən  daha  çox  şey  ifadə  etməkdədir. 

Kilsə  demək  erməniçilik  deməkdir,  erməniçilik  isə  kilsədir.  Erməni  kilsəsinə 

bağlı  olmayan  bir  erməninin  erməniçilik  düşüncəsinə  daha  çox  şübhə  ilə 

179 



yanaşılır. Bu tarixi bir mirasdır və kilsə ilə bağlı olmaq həqiqi dindar olmaq 

deyil, erməni olmaqla əlaqələndirilir. Eyni zamanda ermənilərdən kənarda öz 

fəaliyyətini sürdürməyən erməni kilsəsi də öz mövcudluğu üçün erməniçiliyə 

borcludu (5, 188)”. 

Erməniçilik  etnokorporasiyasının  ən  böyük  “uğur”larından  biri  də  əzəli 

Azərbaycan  torpağı  olan  indiki  Ermənistan  ərazilərindən  azərbaycanlıların 

zorla  deportasiya  olunması  (1918-1920, 1948-1953, 1988-ci  illər)  və  yalnız 

ermənilərdən ibarət monoetnik dövlətin yaradılmasıdır. Deportasiyanın sürətlə 

həyata  keçirilməsində  ən  mühüm  səbəb  kimi  diaspor  təşkilatlarının  maliyyə 

resurslarının  gizli  formada  ötürülməsi  idi.  Erməni  diasporunun  əsas  maliyyə 

mənbələri  olan  Gülbənkyan  fondu,  Xara  Xaç  və  digər  cəmiyyətinin  ayırdığı 

külli miqdarda vəsait xaricdəki ermənilərin Ermənistanda yerləşməsinə yönəl-

dilmişdi. Nəticədə, boşaldılmış evlərdə ermənilərin məskunlaşdırılması prosesi 

planlı  şəkildə  həyata  keçirilirdi.  Bu  haqda  türk  tarixçısı  Sedat  Laçıner  yazır: 

“1970-

ci illərin sonlarında Ermənistan əhalisinin təxminən 90%-i ermənilərdən 



ibarət idi və digər Sovet respublikalarına nisbətən burada vəziyyət daha dözül-

məz  xarakter  almışdı.  Xüsusilə,  Ermənistan  erməniləri  din  və  dilləri  mövzu-

sunda olduqca şovinist idilər və ruslaşdırma dövründə əhalinin əsas hissəsi rus 

dilini  öyrənmiş  olsa  da  onların  böyük  əksəriyyəti  ana  dili  olaraq  erməni 

dilindən istifadə edirdilər (4, 56-57)”. Əmralı İsmayılovun bu haqda fikirləri də 

Sedat Laçınerin fikirləri ilə üst-üstə düşür. O yazır: “Ermənistan-ermənilərdən 

başqa  digər  millətlərin  yaşamadığı  dünyada  yeganə  dövlətdir.  XX  əsrdə 

tayqulaq  Andronikin  həmtayfaları  tərəfindən  təşkil  edilən  genosidlər  seriyası 

və etnik baxımdan təmizlənmə siyasətinin ardıcıl şəkildə aparılması nəticəsində 

Ermənistan monoetnik respublikaya çevrilmişdir. Ermənilər son dərəcə qeyri-

tolerant  millət  olaraq  yalnız  Ermənistanda  deyil,  həm  də  kompakt  şəkildə 

yaşadıqları digər ölkələrdə də başqa millətlərin nümayəndələrinə münasibətdə 

yolagetməzlik,  bədrəftarlıq  nümayiş  etdirirlər,  onların  rəqabət  mübarizəsi  isə 

qeyri-


erməni millətindən olanların daha çox gəlir gətirən sahələrdən sıxışdırılıb 

çıxarılması ilə nəticələnir (1, 32).  

Etnokorporasiyanın  dövriyyəyə  buraxdığı  yeni  matrisalardan  biri  də 

“Dağlıq  Qarabağ”,  eləcə  də  Naxçıvanın  əzəli  erməni  torpaqları  olması  iddia-

sıdır. Düzdür, bu iddiaların hələ ötən əsrin əvvəllərindən irəli sürülməsinə bax-

mayaraq əsrin sonlarına doğru daha da alovlandırıldı. Qeyd edək ki, prosesin 

kökündə saxta tarixi-siyasi mif dayanır. 1988-ci ildə Dağlıq Qarabağ ilk dəfə 

olaraq, bu mifik mücərrədlikdə təzahür etmiş və sonradan reallığa çevrilmişdir. 

Baş  verən  prosesləri  çılpaqlığı  ilə  qələmə  alan  amerikalı  tədqiqatçı  Səmyuel 

A.

Üimz  bu  barədə  yazırdı:  “1980-ci  illərin  axırlarında  Sovet  İttifaqı  çatlar 



verəndə  ermənilər  müsəlman  Azərbaycanının  Qarabağdakı  xristianlara  ayrı-

seçkilik etməsi iddiasını qaldırmağa başladılar. Bu, sadəcə olaraq doğru deyil. 

Əsl səbəb o idi ki, ermənilər öz cırtdan ölkəsini böyütmək istəyirdi. Nəticədə, 

Qarabağda yaşayan ermənilər öz Ermənistan ölkəsindən olan dostlarının fitvası 

i

lə  müsəlmanları  ev-eşiklərindən  bir  daha  qovdu  və  heç  kim  tərəfindən 



180 


tanınmamış de-fakto Dağlıq Qarabağ Respublikası yaratdı. Erməni liderləri bu 

regionun daxilində baş vermiş qiyamın onlara qətiyyən dəxli olmadığını bəyan 

etdilər.  Öz  etnik  təmizləmə  hərəkətlərinə  münasibətdə  dünya  ictimaiyyətini 

aldatmaq istəyən ermənilərin daha bir uydurma nağılı!” (3, 364). 

Beləliklə, erməniçilik siyasi-ideoloji hadisə olaraq Azərbaycan və Türki-

yənin  ərazi  bütövlüyünə,  milli-mənəvi  dəyərlərinə,  maddi  mədəniyyət  abidə-

lərinə qarşı yönəldilmişdir. Erməniçilik xüsusilə, Azərbaycana qarşı daha ciddi 

mübarizə aparmaqdadır.  

  

ƏDƏBİYYAT 

1.

 



Исмаилов Aмрали. Тайны и явь армянства. Баку: Муаллим нешриййаты, 2006, 264 с. 

2.

 



Çaxmaqlı Q. Armenizmdən terrorizmə. Bakı: 2013, 212 s 

3.

 



Səmyuel  A.  Uimz.  “Ermənistan  terrorçu  “xristian”  ölkənin  gizlinləri”  Ermənilərin  böyük 

fırıldaq  seriyaları.  I cild.  Bakı:  Oka  Ofset  Azərbaycan-Türkiyə  Nəşriyyat-Poliqrafiya 

Şirkəti, 2004, 386 s.  

4.

 



Sedat Laçıner. Türk-Ermeni İlişkileri. İstanbul: Kaknüs yayınları, 2004, 408 s. 

5.

 



Sedat Laçiner. Ermeni Sorunu, Diaspora, Türk Dış Politikası. Ankara: Karınca Yayınları, 

654 s. 


6.

 

Салех бей. Армянство. Баку: Элм, 1994, 439 с. 



7.

 

Величко В. Л. Русское дело и межплеменные волросы. Баку: 1990, 248 с. (печ. по изд, 



1904 г.) 

8.

 



Çavçavadze 

İ.Q. Erməni alimləri və fəryad edən daşlar. Bakı: Azərbaycan, 1995, 79 s.  

9.

 

Mustafayeva  A.  Erməni  etnokorporasiyası  və  siyasiləşdirilmiş  miflər  //  Dirçəliş-XXI  əsr, 



may-iyun, 150/151, s. 148-151 

10.


 

Mustafayev  R.  Ermənilik  bəşəriyyətə  qarşı  cinayətdir  //  Dirçəliş-XXI  əsr,  may-iyun, 

150/151, s. 114-125 

11.


 

 Mustafayev R. Hay-SS-

erməniliyin  kod  adı  və  ya  matrisanın  ifşası  //  Dirçəliş-XXI  əsr, 

102-103/2006, Avqust-Sentyabr, 429 s. 

12.

 

 



Рамиз Мехтиев. Мифотворчество армян в контексте первого в истории христианско-

го государства. Баку: Şərq-Qərb, 2014, с. 46, 80 с. 

 

ДИАСПОРА КАК ОБЩЕСТВЕННО-ПОЛИТИЧЕСКИЙ РЫЧАГ  

В ОРГАНИЗОВАНИИ АРМЯНСТВА 

 

Т.В.ДЖАФАРОВ, Ш.Ш.ДЖАФАРОВА 

 

РЕЗЮМЕ 

 

Армянство  –  это  идеологическое  обучение,  система  знаний  и  национально-



духовных верований, которое исповедует единобожие и признает святость отечества  и 

национальную  историю.  Основу  идеологии  армянства,  формирующуюся  с  XVIII  века 

под  религиозной  завесой,  составляют  вымышленные  впоследствии  мифы  и  легенды. 

Особое место в методах и приемах армянства составляют ассимиляция. Армянство было 

направлено не только против Турции и Азербайджана, а также и против стран Южного 

Кавказа, Ближнего Востока, а также России. 

 

Ключевская слова: диаспора, организация, aрмянство 

 

 



181 


THE DIASPORA AS A PUBLIC-POLITICAL MEANS IN THE ESTABLISHMENT  

OF ARMENISM 

 

T.V.JAFAROV, Sh.Sh.JAFAROVA 

 

SUMMARY 

 

Armenism is the national-religious system of information and belief, and the ideological 

doctrine which receives monotheism, saves the national history and the holiness of ancestral 

lands. The  basis of Armenism ideology, which was formed as an ethno-corporation dwelling 

under the mask of religion beginning from the XVIII century, consisted of mythology, that is, 

false myths and legends created later. Assimilation takes the special place among the main 

ways and methods of Armenism. Armenism was directed not only against Turkey and Azerbai-

jan, but also the states of the Southern Caucasus and the Near East, as well as Russia. 



 

Key words: diaspora, organization, Armenism 

182 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə