Baki universitetiNİn xəBƏRLƏRİ №3 Sosial-siyasi elmlər seriyası



Yüklə 78,71 Kb.

tarix07.07.2018
ölçüsü78,71 Kb.


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ  

№3    

Sosial-siyasi elmlər seriyası 

 

  2010 

 

 

 

 

 

BEYNƏLXALQ KOMMERSİYA ARBİTRAJINDA İCTİMAİ QAYDA: 

AZƏRBAYCAN PERSPEKTİVİ 

 

R.A.MİRZƏYEV  

Bakı Dövlət Universiteti 

ruslan mirzayev  

 

Məqalədə ictimai qayda konsepsiyasının Azərbaycan Respublikasında tətbiq edilməsi 

müzakirə edilir. Bu konsepsiyanı milli qanunvericiliyə daxil etməkdən imtina etməsinə 

baxmayaraq, Azərbaycan Republikası üzərinə götürdüyü beynəlxalq öhdəliklərlə bağlı bu 

konsepsiya ilə üzləşməli olur.  

 

“Beynəlxalq arbitraj haqqında” Azərbaycan Respublikasının Qanunu Birləşmiş 



Millətlər Təşkilatının Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyasının (UNCİTRAL) 

1985-ci il redaksiyadakı Beynəlxalq Kommersiya Arbitrajı üzrə Model Qanunu əsa-

sında tərtib olunmuşdur. Qeyd edilən qanun 1999-cu ildə Azərbaycan Respublikası 

Milli Məclisi  tərəfindən qəbul olunarkən, 34.2 b (ii) və 36.1 b (ii) maddələri istisna 

olmaqla Model Qanuna heç bir digər  əsaslı  dəyişiklik edilməmişdir (1). Model Qa-

nunun 34.2 b (ii)-ci maddəsi arbitraj qərarlarının mübahisələndirilməsi üçün, 36.1 b 

(ii)-ci maddəsi isə arbitraj qərarlarının tanınması və icrasından imtina üçün əsaslardan 

biri kimi arbitraj qərarının ictimai qaydaya uyğun olmamasını göstərir. Qeyd etmək 

lazımdır ki, Model Qanunun 36.1 b (ii)-ci maddəsi Azərbaycanın da qoşulduğu “Xa-

rici arbitraj qərarlarının tanınması  və icrası haqqında” 1958-ci il Nyu-York Kon-

vensiyasının V. 2 (b) maddəsi ilə eyniyyət təşkil edir (2). Yəni, Model Qanun və 

Konvensiyanın müvafiq maddələri arbitraj qərarlarının aidiyyəti dövlətin ictimai 

qaydasına uyğun olmasını  tələb edir. Lakin, Milli Məclis Azərbaycan Respublikası 

üçün yeni olan ictimai qayda konsepsiyasını qanunvericiliyə daxil etməmək qərarına 

gəlmiş  və qanunun 1999-cu ildə qəbul olunan versiyasında arbitraj qərarlarının icti-

mai qaydaya deyil, ümumilikdə Azərbaycan Republikası qanunvericiliyinə uyğun 

olması  tələbini müəyyən etmişdir. Belə bir müddəa digər bir çox ölkələrin qanun-

vericiliyi ilə müqayisədə konservativ bir addım idi və beynəlxalq arbitraj qərarlarının 

Azərbaycan Respublikası qanunvericiliyinin bütün imperativ normalarına uyğun 

olmasının tələb edirdi. Arbitraj qərarının hər hansı bir imperativ normaya zidd olması 

onun etibarsızlığına və ya onun tanınmasından və icrasından imtina olunmasına səbəb 

ola bilərdi. Lakin, 2005-ci ildə Milli Məclis qeyd edilən qanuna dəyişiklik edərək, 

beynəlxalq arbitraj qərarlarının bütün qanunvericiliyə deyil, yalnız Azərbaycan Res-

publikası Konstitusiyasına uyğun olması barədə müddəanı qanuna daxil etdi (3). 

Nəticə etibarı ilə, Azərbaycan Respublikası davamlı  şəkildə ictimai qayda konsep-

siyasını milli arbitraj qanunvericiliyinə daxil etməkdən imtina etdi. Beynəlxalq arbit-

raj qərarının mübahisələndirilməsi və ya tanınma və icrasından imtina olunması üçün 

 

89




Konsitusiyaya və ya ictimai qaydaya uyğunluğun hansının daha geniş əhatə dairəsinə 

malik olduğu bəlli deyil, bu, onların şərhindən asılıdır. Lakin aşağıda aparılan analiz 

göstərir ki, adətən ictimai qayda daha geniş anlayışdır və konstitusiyaya əməl olun-

ması da onun tərkib hissəsidir. 

UNCİTRAL Model Qanununu belə bir dəyişikliklə  qəbul edərək Azərbaycan 

Respublikası  həm Respublika ərazisində arbitraj prosesi keçirilərkən, həm də xarici 

arbitraj qərarları Respublikada icra olunarkən öz ictimai qaydası ilə bağlı tələblərin-

dən imtina etmişdir.  Çünki, Azərbaycan Respublikası ərazisində qəbul olunan arbit-

raj qərarının mübahisələndirilməsi zamanı yalnız “Beynəlxalq arbitraj haqqında” 

Azərbaycan Respublikasının Qanunu tətbiq olunur. Xarici arbitraj qərarlarının Azər-

baycan  ərazisində icrasına münasibətdə isə Nyu-York Konvensiyasının müddəasına 

uyğun olaraq yenə  də “Beynəlxalq arbitraj haqqında” Azərbaycan Respublikasının 

Qanunu tətbiq olunur. Baxmayaraq ki, Konstitusiyaya əsasən Azərbayca Respub-

likasının qoşulduğu beynəlxalq sazişlər və qanunlar arasında ziddiyyət yaranarsa, 

beynəlxalq sazişlər tətbiq olunur (4, Maddə 151), Nyu Konvensiyası maraqlı  tərəfə 

imkan verir ki, daha əlverişli qaydaya (rejimə) istinad etsin (5, Maddə VII). 

Konvensiyanın müddəası ikimənalı oxunsa da, burada maraqlı  tərəf dedikdə xarici 

arbitraj qərarını icra etmək üçün müraciət edən tərəf nəzərdə tutulur (6, Fəsil 26, 

səhifələr 33-36, 66) (7). Bu qayda həm də Nyu-York Konvensiyasının “daha əlverişli 

hüquq müddəası” adlanır. Bu səbəbdən də,  əgər milli qanunvericilik xarici arbitraj 

qərarlarının tanınması üçün daha əlverişlidirsə, arbitraj qərarının icrasında maraqlı 

olan tərəf Konvensiya deyil, sadəcə milli qanunvericiliyin əsasında qərarın icrası üçün 

müraciət edə bilər. Bu müddəa Azərbaycana tətbiq edildikdə isə nəticə belədir: əgər 

xarici arbitraj qərarı Azərbaycan Respublikasındakı ictimai qaydaya ziddirsə, lakin 

Konstitusiyaya uyğundursa, qərarın icrasında maraqlı olan şəxs milli qanunvericiləy 

istinadən qərarın icrasının tələb edə bilər. 

Mövcud qanunvericiliyin hazırkı vəziyyətinin müsbət cəhəti ondan ibarətdir ki, 

qanun mücərrəd bir ictimai qaydaya deyil, məlum bir sənədə, Azərbaycan Respub-

likasının Konstitusiyasına istinad edir, bununla da arbitrajın keçirilməsi və arbitraj 

qərarlarının tanınması üçün çox ərverişli bir mühit yaradır. Əlbəttə ki, qanunun dəqiq-

liyi biznes mühitinin inkişafına müsbət təsir göstərir. Lakin əgər tərəzinin bir tərə-

fində biznes mühiti (o cümlədən investisiya mühiti) durursa, digər tərəfində dövlətin 

suveren maraqları durur. Qanunvericiliyin hazırkı  vəziyyəti dövlət maraqları  və 

dövlətin suveren huquqları üçün müəyyən mənada risk yarada bilər. Belə bir risk isə 

heç də mücərrəd deyildir. 

Azərbaycan Respublikasının Konstitusiya Respublikanın qanunvericilik siste-

minin əsasıdır (4, maddə 147). Təbiidir ki, heç bir konstitusiya cəmiyyətin və dövlətin 

bütün maraqlarını,  ən azından cari maraqlarını,  əks etdirə bilməz. Dövlətin və 

cəmiyyətin maraqlarına toxunan bir çox məsələ qanun, fərman və digər normativ və 

normativ xarakterli aktlarda əks olunur. Arbitraj mübahisələri bir çox hallarda digər 

ölkələrin qanunvericiliklərinə uyğun olaraq həll olunduqlarına görə  və ya digər sə-

bəblərdən həmin arbitraj qərarları Azərbaycan Respublikası üçün böyül əhəmiyyət 

daşıyan qanunlarla, Respublikada aparılan sosial və iqtisadi siyasətlə, həmçinin 

ölkənin daxili və xarici siyasəti ilə ziddiyyət təşkil edə bilər. Azərbaycan da daxil 

olmaqla, hər bir dövlətin konstitusiyada əks olunmayan cari və daimi maraqları möv-

cuddur. Məhz bu maraqları qorumaq üçün də əksər dövlətlər arbitraj qanunvericilik-

lərində ictimai qayda konsepsiyasını müəyyən edirlər. Azərbaycan kimi UNCİTRAL 

 

90




Model Qanununu qəbul edən və post-Sovet ölkələri olan Rusiya Federasiyası  və 

Ukrayna belə Model Qanunu qəbul edərkən ictimai qayda konsepsiyasının öz 

qanunvericiliklərinə daxil etmişlərdir (8, maddələr 34, 36) (9, maddələr 34,36). 

İctimai qayda konsepsiyasının beynəlxalq kommersiya arbitrajı ilə bağlı milli 

qanunvericiliyə daxil edilib-edilməməsi barədə qərar qəbul edilərkən,  ictimai qayda 

və müxtəlif ölkələrdə onun şərhi barədə ətraflı araşdırma aparılmalıdır. İctimai qayda 

konsepsiyası yalnız kommersiya arbitrajına xarakterik bir anlayış deyil, o ölkə qanun-

vericiliklərinin və beynəlxalq hüququn digər sahələrində  də  tətbiq olunur. Məsələn, 

"Müqavilə öhdəliklərinə tətbiq olunan hüquq haqqında" Roma Konvensiyasında (10, 

maddə 16), "İnsan hüquqlarının və əsas azadlıqlarının qorunması haqqında" Avropa 

Konvensiyasında (11, maddələr 6, 9), "Mülki və iqtisadi məsələlərdə aidiyyət və məh-

kəmə  qərarlarının tanınması haqqında" Brussel Konvensiyasında (12, maddələr 27, 

50), Haaqa-Visbi Qaydalarında (13, maddə 6) və digər beynəlxalq konvensiyalarda da 

ictimai qayda anlayışı mövcuddur. İctimai qayda və ya "ordre public" hər bir ölkədə 

hüquqi sistemin mövcudluğunun və  fəaliyyətinin  əsasını  təşkil edən fundamental 

prinsiplərdən ibarətdir. Belə fundamental prinsiplərin qorunması üçün qanunverici-

liklərdə ictimai qayda konsepsiyası mövcuddur. Dövlətlər üçün belə prinsiplərin 

qorunması böyük əhəmiyyətə malikdir. Bu prinsipləri qorumaq məqsədilə ictimai 

qayda konsepsiyası müəyyən hallarda tərəflərin iradə azadlığını məhdudlaşdırır. 

Beynəlxalq kommersiya arbitrajı hüququnda ictimai qayda anlayışı bir konven-

siya olaraq ilk dəfə 1927-ci ildə Cenevrə Konvensiyasında əks olunmuşdur. Cenevrə 

Konvensiyası müəyyən edir ki, arbitraj qərarının tanınması və icrası ölkənin ictimai 

qaydasına və ya hüquq prinsiplərinə zidd olmamalıdır (14, maddə 1 (e)). Nyu-York 

Konvensiyası isə bu tələbi daraltmış və müəyyən etmişdir ki, arbitraj qərarının tanın-

ması  və icrasının ölkənin ictimai qaydasına uyğun olmaması  məhkəmə  tərəfindən 

həmin qərarın tanınma və icrasından imtinaya əsasdır (5, maddə V 2 (b)). Nyu-York 

Konvensiyasında qeyd olunan ictimai qayda anlayışı anqlo-sakson siteminin ümumi 

hüququnda istifadə olunan və yalnız maddi məsələləri  əhatə edən ictimai qaydaya 

istinad etmir. Konvensiyadakı anlayış həm maddi, həm də prosessual məsələləri əhatə 

edən, mülki hüquqdakı ictimai qayda, "ordre public", konsepsiyasına istinad edir. 

Lakin Konvensiya ictimai qayda konsepsiyasını yalnız ümumi hüququn ictimai qayda 

konsepsiyasına məhdudlaşdırmağa və ya hər hansı digər bir formada məhdudlaş-

dırmağa qadağa qoymur. Belə ki, Nyu-York Konvensiyası arbitraj qərarının tanınma 

və icrasına münasibətdə minimum deyil, maksimum əsasları nəzərdə tutur. Yəni, Nyu 

York Konvensiyasına üzv dövlətlər Konvensiyada arbitraj qərarlarının tanınma və 

icrasından imtina üçün nəzərdə tutulmuş  əsasları  məhdudlaşdıra və ya onlardan 

imtina edə bilər. Lakin dövlətlər Konvensiyada arbitraj qərarlarının tanınma və icrası 

üçün nəzərdə tutulmuş  əsasları genişləndirə, yəni imtina üçün digər  əsaslar nəzərdə 

tuta bilməzlər (6, Fəsil 26, səhifələr 33-36, 66) (7). 

"Xarici arbitraj qərarlarının tanınması  və icrası haqqında" Nyu-York Konven-

siyasının 5-ci maddəsinin 2-ci bəndinin "b" yarımbəndində  və "Xarici kommersiya 

arbitrajı haqqında" UNCİTRAL Model Qanununun 34.2-ci maddəsinin "b" bəndinin 

2-ci yarımbəndində və 36.1-ci maddəsinin "b" bəndinin 2-ci yarımbəndində nəzərdə 

tutulmuş ictimai qaydanın anlayışı bu sənədlərin heç birində nəzərdə tutulmamışdır. 

Bu səbəbdən də, ictimai qayda konsepsiyasının anlayışı milli qanunvericiliklərlə  və 

məhkəmə qərarları ilə müəyyən olunur. Bir çox ölkələrdə ictimai qayda konsepsiyası 

milli hüquq sistemində geniş istifadə olunur və milli qanunvericiliyin bir çox 

 

91




sahələrinin mühüm komponentidir. Lakin beynəlxalq kommersiya arbitrajında istifa-

də olunan ictimai qayda anlayışı milli qanunvericiliklərki ictimai qayda anlayışından 

əksər hallarda fərqlənir. Məhz bu səbəbdən də ictimai qayda konsepsiyasının geniş 

tətbiq olunmadığı Azərbaycan kimi ölkələrdə də beynəlxalq kommersiya arbitrajı ilə 

bağlı belə bir konsepsiyanın tətbiq olunmasında heç bir problem yoxdur. Aşağıda 

qeyd olunduğu kimi, "Xarici arbitraj qərarlarının tanınması və icrası haqqında" Nyu-

York Konvensiyasının və "Xarici kommersiya arbitrajı haqqında" UNCİTRAL Model 

Qanununun hazırlıq sənədləri ("travaux prepetoires"), hesabatlar və digər sənədlərdən 

görünür ki, ictimai qayda konsepsiyası məhz beynəlxalq arbitraj qərarlarına münasi-

bətdə daha dar mənada şərh edilməlidir. Belə şərh bəzən sadəcə həmin konsepsiyanı 

dar  şərh etməklə, bəzən isə "beynəlxalq ictimai qayda"ya istinad etməklə  həyata 

keçirilir. Kommersiya arbitraj hüququ sahəsində çox nüfuzlu alimlərdən biri Nyu-

York Konvensiyası ilə bağlı qeyd edir: "baxmayaraq ki, 5-ci maddəsinin 2-ci bən-

dinin "b" yarımbəndi bu məsələyə aydınlıq gətirmir, heç bir şübhə yoxdur ki, müd-

dəada qeyd edilən ictimai qayda əslində  həmin ölkənin məhz beynəlxalq ictimai 

qaydasına istinaddır." (27, səhifə 996). Aydınlıq gətirmək üçün bu məqalədə belə bir 

radikal ifadədən istifadə olunmalıdır ki, beynəlxalq ictimai qayda əslində  həqiqi 

beynəlxalq ictimai qayda deyildir. Qeyd edilən ictimai qaydanın beynəlxalq ictimai 

qayda adlandırılmasının yeganə  səbəbi isə onun beynəlxalq (xarici) arbitraj qərar-

larına münasibətdə  tətbiq olunmasıdır. Başqa sözlə desək, beynəlxalq ictimai qayda 

milli qanunvericiliyə əsasən müəyyən olunur və milli ictimai qaydanın tərkib hissə-

sidir. Bu məsələ ilə bağlı, məşhur alim Mauro Rubino-Sammartano qeyd edir ki, bey-

nəlxalq ictimai qayda "milli ictimai qaydanın daha vacib və daha mühüm hissəsidir" 

(28, səhifələr 506, 962). Digər bir müəllif isə qeyd edir ki, beynəlxalq ictimai qayda 

milli "hüquq sisteminin beynəlxalq kontekstdə ədalətin fundamental tələbləri ilə bağlı 

mövqeyidir" (27, səhifə 996). Bu konsepsiyanın daha uğurlu adı fransız dilində 

istifadə olunan "ordre public a usage international" ifadəsidir. Bu ifadə Azərbaycan 

dilində "beynəlxalq istifadə üçün ictimai qayda" mənası verir. Lakin, beynəlxalq 

aləmdə ingilis dilində olan "international public policy", yəni "beynəlxalq ictimai 

qayda" daha geniş istifadə olunduğundan, bu məqalədə qeyd edilən konsepsiyaya 

məhz "beynəlxalq ictimai qayda" kimi istinad olunacaqdır. 

Əksər ölkələrdə milli ictimai qayda və beynəlxalq ictimai qayda birbaşa və ya 

dolayısı ilə  fərqləndirilir (16, səhifə 362). Başqa sözlə desək, bir qrup ölkələrdə 

qanunvericilik və ya məhkəmələr birbaşa beynəlxalq ictimai qaydaya ("express 



international public policy") istinad edir, digərlərində isə beynəlxalq arbitraj qərar-

larına münasibətdə ictimai qayda dar şərh olunur. Beynəlxalq arbitraj qərarlarına 

münasibətdə ictimai qaydanın belə dar şərh olunması beynəlxalq ictimai qaydaya 

dolayısı ilə istinad etmək ("implicit international public policy") adlanır. 

Qeyd edilən ictimai qaydalar arasında belə fərq qoymaq təbiidir. Bu fərq, mə-

sələn, Amerika Birləşmiş Ştarlarının Ali Məhkəməsi tərəfindən belə əsaslandırılmış-

dır ki, bir ölkənin məhkəməsinin hansısa yerli marağa (milli ictimai qaydaya) görə ar-

bitraj müqaviləsini icra etməkdən imtina etməsi nəinki beynəlxalq iqtisadi fəaliyyətin 

ardıcıllığını  və gözləntilərini pozar, həmçinin müqavilə  tərəflərinin məhkəmə üs-

tünlüyü əldə etmək üçün oynadıqları lüzumsuz və destruktiv oyuna səbəb olardı (17). 

Nyu-York Konvensiyasının Layihə Komitəsi ictimai qayda konsepsiyasının dar 

şərh olunmasını  məsləhət görərək qeyd etmişdir ki, "konsepsiyanın tətbiqi arbitraj 

qərarlarının tanınması və icrasının dövlətin hüquq sisteminin əsas prinsiplərinə açıq-

 

92




aydın zidd olma halları ilə  məhdudlaşmalıdır." (18) Konvensiya üzrə  İşçi qrup isə 

qeyd etmişdir ki, "icradan ictimai qayda əsasında imtinaya əsas verən müddəa geniş 

tətbiq dairəsinə malik olmamalıdır." (19) Baxmayaraq ki, bu tövsiyələr məcburi xa-

rakter daşımır və  məhkəmələr üçün yalnız məsləhət və ya istiqamətverici bir sənəd 

xarakteri daşıya bilər,  əksər dövlətlərin məhkəmələri beynəlxalq arbitraj qərarlarına 

münasibətdə ictimai qayda konsepsiyasının dar şəkildə  şərh edirlər. Aşağıda qeyd 

edilən məhkəmə  işləri bu praktikaya daha da aydınlıq gətirir. Amerika Birləşmiş 

Ştatlarında ictimai qayda konsepsiyasını dar şəkildə şərh edən ən vacib və ilk işlərdən 

biri Parsons və Vittemor (Parsons & Whittemore) işidir. Qeyd edilən məhkəmə 

mübahisəsində ABŞ  məhkəməsi qərarında müəyyən etmişdir ki, "Konvesniyanın 

ictimai qayda müdafiəsi dar şərh olunmalıdır. Xarici arbitraj qərarının icrasından 

yalnız o halda imtina oluna bilər ki, belə icra həmin  ştatın  ən  əsas  əxlaq və  ədalət 

anlayışını pozsun" (20). 

Avstriya Ali Məhkəməsi,  Oberster Gerichtshof, müəyyən etmişdir ki, ictimai 

qayda konsepsiyası dar şərh olunmalıdır və ictimai qayda konsepsiyası "beynəlxalq 

qərarların harmoniyasını  zərurət olmadıqca pozmamaq məqsədilə ancaq nadir hal-

larda istifadə olunmalı müstəsna bir qaydadır". Bununla yanaşı, məhkəmə qeyd et-

mişdir ki, ictimai qayda konsepsiyası federal konstitusiyanın, həmçinin cinayət, 

xüsusi və prosessual hüququn əsas prinsiplərindən ibarətdir və "xarici arbitraj qə-

rarları yalnız Avstriyanın konstitusiya, cinayət, xüsusi və prosessual hüquqlarının əsas 

prinsiplərinə zidd olduqları halda etibarsız hesab edilə bilərlər" (21). İsveçrənin Fe-

deral Ali Məhkəməsi isə müəyyən etmişdir ki, ictimai qayda bir imtina əsası olaraq 

dar  şərh olunmalıdır, xüsusilə  də xarici qərarların tanınması  və icrası kontekstində. 

Məhkəmə  həmçinin qeyd etmişdir ki, belə hallarda ictimai qaydanın tətbiq dairəsi 

xarici ölkənin hüququnun tətbiqi ilə bağlı məsələlərlə müqayisədə daha dardır. İctimai 

qayda yalnız o halda pozulmuş sayılır ki, arbitraj qərarının tanınması  və icrası  İs-

veçrənin  ədalət konsepsiyasına "dözülməz  şəkildə zidd" olsun. Məsələn, prosessual 

hüquqla bağlı  İsveçrə ictimai qaydası  tələb edir ki, konstitusiyada da nəzərdə tutul-

muş, ədalətli proses və çəkişmə prinsipləri kimi fundamental prinsiplərə əməl olunsun 

(22). 


Hindistanın Ali Məhkəməsi isə  məsələyə nisbətən fərqli mövqedən yanaşır. 

Belə ki, məhkəmə beynəlxalq ictimai qaydaya istinad etmədiyini açıq  şəkildə qeyd 

edir. Lakin Hindistan Ali Məhkəməsi də xarici arbitraj qərarlarına münasibətdə 

ictimai qaydanı dar şərh edir: ""beynəlxalq ictimai qayda"nın işlək bir anlayışının 

olmadığı şəraitdə Nyu-York Konvensiyasının 5-ci maddəsində istifadə olunan ictimai 

qayda ifadəsinin beynəlxalq ictimai qayda mənası verdiyini şərh etmək çətin olar. Bu 

səbəbdən də, qeyd edilən ifadə, Hindistan Xarici Qərarlar Aktında müəyyən olunduğu 

kimi, Hindistan məhkəmələri tərəfindən tətbiq olunan ictimai qayda doktrinası ilə 

eyni mənanı ifadə edir və dar şərh olunmalıdır" (23). İctimai qaydanın xarici ölkələrin 

məhkəmələri tərəfindən  şərhi araşdırılarkən Amerika Birləşmiş  Ştatlarında tətbiq 

olunan xüsusi bir analiz metodu diqqəti cəlb edir. Bu metod "rəqib (və ya yarışan) 

ictimai qaydalar" testi adlandırıla bilər. Bu rəqib ictimai qaydalar testinə  əsasən 

tərəzinin bir tərəfində  qərarı "icra etmək marağı" (pro-enforcement bias), digər 

tərəfində isə  ədaləti qorumaq marağı dayanır. Bu testə  əsasən qərarı icra etmək 

marağı o qədər vacibdir ki, o da ictimai qaydanın bir tərkib hissəsi hesab olunur. 

Qərarı icra etmək marağının  əsasında dövlətin beynəlxalq ictimaiyyət qarşısında 

öhdəlikləri, beynəlxalq kommersiyanın  əhəmiyyəti, arbitraj prosesinin bütövlüyü, 

 

93




qalib tərəfin qanuni götləntiləri, beynəlxalq arbitraj qərarlarına vahid münasibət, 

arbitraj qərarlarının yekunluğu və digər maraqlar dayanır. Digər ictimai qayda, ədaləti 

qorumaq marağına isə, həmin ərazidə ictimai qaydaya verilən anlayışa uyğun olaraq, 

ədalətin  əsas prinsipləri,  əxlaq, həyata keçirilən siyasət, sosial və digər maraqlar 

daxildir. Bu testi tətbiq edən məhkəmə qeyd edilən ictimai qaydaların hər ikisini 

nəzərdə saxlamalı və onları müqayisə etməlidir. Əgər arbitraj prosesində baş vermiş 

pozuntular, qərarın qanunsuzluğu və ya hansısa marağa uyğun olmaması qərarı icra 

etmək marağında nəzərdə tutulmuş  məsələlərdən üstün deyildirsə, məhkəmə arbitraj 

qərarını icra edir. Əgər məhkəmə müəyyən edirsə ki, arbitraj qərarı elə maraqlara 

toxunur ki, onlar hətta qərarı icra etmək marağından üstündür və qorunmalıdır, məh-

kəmə arbitraj qərarını icra etməkdən imtina edir. Belə bir analiz kifayət qədər praq-

matikdir və  əhəmiyyətsiz pozuntulara görə arbitraj qərarlarının icrasından imtinanın 

qarşısını alır. Bu metodun əlamətlərinə məşhur Şerk (Scherk) işi üzrə məhkəmə qəra-

rının əsaslandırma hissəsində (17) və digər ABŞ məhkəmə qərarlarında rast gəlinir. 

Yuxarıda da qeyd edildiyi kimi, bəzi normativ aktlar (24, maddələr 1498, 1502) 

(25, maddə 1051) və  məhkəmə  qərarları (26) birbaşa beynəlxalq ictimai qaydaya 

istinad edir. Beynəlxalq ictimai qaydaya birbaşa istinad edən qanunlardan biri Fran-

sada qüvvədədir. Fransa Mülki-Prosessual Məcəlləsi qeyd edir ki, arbitraj qərarının 

"tanınması və ya icrasının beynəlxalq ictimai qaydaya zidd olması" onun tanınma və 

icrasından imtina üçün əsasdır (24, maddələr 1498, 1502). Əlcəzair qanunvericiliyi də 

arbitraj qərarlarının beynəlxalq ictimai qaydaya uyğun olmasının tələb edir (25, 

maddə 1051). Beynəlxalq ictimai qaydanın anlayışının müəyyən edilməsi məqsədilə 

aparılmış ən geniş və ətraflı tədqiqatlardan biri 2000-2002-ci illərdə Beynəlxalq Hü-

quq Assosiasiyası  tərəfindən həyata keçirilmişdir. Assosiasiyanın Beynəlxalq Kom-

mersiya Arbitrajı üzrə Komitəsi beynəlxalq ictimai qaydanın anlayışını belə vermiş-

dir: 


"dövlət tərəfindən tanınan elə prinsip və qaydalar məcmusudur ki, müvafiq 

prosedur (beynəlxalq prosessual ictimai qayda) və ya maddi məsələ (beynəlxalq 

maddi ictimai qayda) ilə bağlı onların pozulması beynəlxalq kommersiya arbitraj 

qərarının tanınması  və icrasının qarşısını ala bilər.... Hər hansı dövlətin beynəlxalq 

ictimai qaydası aşağıdakılardan ibarətdir: 

-  ədalət və ya əxlaqla bağlı (hətta birbaşa  əlaqəsi olmasa belə) dövlətin 

qorumaq istədiyi fundamental prinsiplər; 

- dövlətin əsas siyasi, ictimai və ya iqtisadi maraqlarını qorumağa xidmət edən 

qaydalar (bu qaydalar həmçinin "lois de police" və ya ictimai siyasət qaydaları kimi 

də tanınır); 

- dövlətin digər dövlətlərə  və ya beynəlxalq təşkilatlara münasibətdə öz 

öhdəliklərinə əməl etmək vəzifəsi" (29). 

Beynəlxalq Hüquq Assosiasiyası  tərəfindən aparılan tədqiqat müxtəlif ölkə-

lərdən bir çox mütəxəssisi cəlb etmişdir. Bu tədqiqat beynəlxalq kommersiya arbitra-

jının ictimai qayda konsepsiyasına ümumbəşəri bir anlayış müəyyən etmək üçün 

uğurlu bir cəhd idi. Göründüyü kimi, tədqiqat ictimai qayda konsepsiyasının üç tərkib 

hissəsini müəyyən edir: əxlaq və ədalətlə bağlı dövlətin fundamental prinsipləri, lois 

de police (siyasi, ictimai və iqtisadi maraqlar) və beynəlxalq ictimaiyyət qarşısındakı 

öhdəliklər. 

Nəticə olaraq qeyd edilməlidir ki, "Beynəlxalq arbitraj haqqında" Azərbaycan 

Respublikası Qanununun hal-hazırda qüvvədə olan redaksiyası beynəlxalq arbitraj 

 

94



qərarları mübahisələndirilərkən və ya tanınarkən ölkənin suveren maraqlarına risk 

yarada bilər. Belə ki, Konstitusiyaya uyğun olub, lakin dövlət siyasətinə, ictimai və 

dövlət maraqlarına, əsas qanunlara zidd olan bir arbitraj qərarı Azərbaycan Respub-

likasında tanınarkən qanunvericilikdə heç bir maneə ilə üzləşməyəcəkdir.  Əlbəttə, 

bəlkə  də  bəzi məsələlərdə Konstitusiya elə geniş  şərh oluna bilər ki, bir çox məsə-

lələri əhatə etsin və ya sadəcə Azərbaycan Respublikası suveren hüquqlarına istinad 

edib arbitraj qərarını tanımaqdan imtina edə bilər. Lakin belə ekstrimal vasitələrə əl 

atmağa ehtiyac varmı? Sadəcə ictimai qayda konsepsiyasına istinad etmək imkanı 

olduğu halda nəyə görə ölkənin ali qanunu Konstitusiya məqsədli şəkildə geniş şərh 

olunmalı və ya Azərbaycan Respublikası suveren hüquqlarına istinad edərək beynəl-

xalq öhdəlilərini yerinə yetirməməli və beynəlxalq reputasiyasını zədələməlidir? Mə-

qalənin nəticəsi bundan ibarətdir ki, dövlətin belə ekstrimal vasitələrə əl atmaqdansa, 

beynəlxalq aləmdə çox geniş tətbiq olunan və dövlətin cari və daimi maraqlarını tam 

əhatə edən ictimai qayda konsepsiyasını qəbul etməsi daha məqsədəuyğundur. Azər-

baycan Respublikasının Konstitusiyası, beynəlxalq öhdəlikləri və reputasiyası daha 

vacibdir və onların əhəmiyyətinə görə milli hüquq sisteminə yad olan ictimai qayda 

konsepsiyasının qanunvericilikdə qəbul edilməsi sahəsində işlər aparılmasına dəyər. 

 

ƏDƏBİYYAT 

1. "Beynəlxalq arbitraj haqqında" Azərbaycan Respublikası Qanunu, №: 757-IQ, 18 noyabr 

1999. 


2. Xarici arbitraj qərarlarının tanınması  və icrası haqqında" Konvensiyaya qoşulmaq barədə 

Azərbaycan Respublikası Qanunu, № 734-I, November 9, 1999. 

3. “Beynəlxalq arbitraj haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər 

edilməsi barədə Azərbaycan Respublikasının Qanunu, №: 915-IIQD, 10 may 2005. 

4. Azərbaycan Respublikasının Konstitusiyası, 12 noyabr 1995. 

5. New York Convention on the Recognition and Enforcement of Foreign Arbitral Awards, 

June 10, 1958. 

6. Lew, Mistelis, Kröll, “Comparative International Commercial Arbitration” (Kluwer 

Arbitration 2003). 

7. Hilmarton Ltd. v. Omnium de traitement et de valorization- 23 March 1994-Cour de 

Cassation [Supreme Court]. 

8. Law of the Russian Federation on International Commercial Arbitration, August 14, 1993. 

9. Law of Ukraine on International Commercial Arbitration, February 24, 1994. 

10. Rome Convention on the Law Applicable to Contractual Obligations of 1980. 

11. European Convention for the Protection of Human Rights and Fundamental Freedoms, 

November 4, 1950 12. Brussels Convention on Jurisdiction and the Enforcement of Jud-

gments in Civil and Commercial Matters, September 27, 1968. This Convention has been 

replaced by Brussels I Regulation (Council Regulation (EC) No 44/2001). 

13. International Convention for the Unification of Certain Rules of Law relating to Bills of 

Lading (Amended by the Brussels Protocol 1968). 

14. Geneva Convention on the Execution of Foreign Arbitral Awards, September 26, 1927. 

15. Report of the United Nations Commission on International Trade Law on the work of its 

eighteenth session (Vienna, 3-21 June 1985) (A/40/17). 

16. Albert Jan van den Berg, “The New York Arbitration Convention of 1958: Towards a 

Uniform Judicial Interpretation” (Kluwer Law and Taxation Publishers 1994). 

17.  Scherk v. Alberto-Culver Co., 417 U.S. 506 (1974). 

18. Report of the Committee on the Enforcement of International Arbitral Awards, 28 March 

1955, UN Doc. E/2704 and E/AC.42/4/Rev.1. 

19. UN Doc E/CONF. 26/SR. 17. 

20. Parsons & Whittemore Overseas Co., Inc. v. Societe Generale de L’Industrie Du Papier 

(RAKTA). 508 F.2d 969 (1974). 

21. Oberster Gerichtshof [Austrian Supreme Court], 26 January 2005, No. 3Ob221/04b 

22. Federal Supreme Court of Switzerland, decision dated December 8, 2003. The case is 

published by ICCA YB in 2004, available on Kluwer Arbitration. 

 

95



23.  Renusagar Power Co. Ltd. v. General Electric Co., Supreme Court of India, October 7, 

1993, 10 Arb. Int. 2, 141. 

24. Code of Civil Procedure of France. 

25. Code of Civil and Administrative Procedure of Algeria. 

26. Vigel S.p.A v. China National Machine Tool Corporation - 8 April 2004 - Corte di 

Cassazione [Italian Supreme Court], First Chamber. 

27. Fouchard, Gaillard, Goldman on International Commercial Arbitration, Edited by Emanuel 

Gaillard and John Savage (Kluwer International c. 1999). 

28. Mauro Rubino-Sammartano, “International Arbitration: Law and Practice” (2001), 2nd 

edition, page 506 and 962, Kluwer Law International. 

29. International Law Association, Committee on International Commercial Arbitration “Final 

Report on Public Policy as a Bar of International Arbitral Awards” (New Dehli 

Conference, 2002) and Resolution 2/2002. 

 

ПУБЛИЧНЫЙ ПОРЯДОК В МЕЖДУНАРОДНОМ КОММЕРЧЕСКОМ 

АРБИТРАЖЕ: АЗЕРБАЙДЖАНСКИЕ ПЕРСПЕКТИВЫ 

 

Р.А.МИРЗОЕВ  

 

РЕЗЮМЕ 

 

Поскольку арбитраж – частный метод судебного решения, арбитражные решения 

находятся не всегда в согласии с законами и законными интересами соответствующих 

государств. Чтобы избежать таких условных проблем, государственное право и модель-

ные  законы  предусматривают  правило  публичного  порядка.  Арбитражные  решения 

обязаны быть в согласии с публичными порядками государств lex arbitri или большин-

ством  государств.  Однако,  в  отличие  от  большинства  других  стран  законодательство 

Азербайджанской Республики не предусматривает правило публичного порядка. Вмес-

то  этого,  в  Азербайджанской  Республике  арбитражные  решения  должны  быть  в  соот-

ветствии  с  Конституцией  Азербайджанской  Республики.  В  статье  анализируются  за-

коны  и  решения  судов  различных  стран,  а  также  мнения  ученых  и  международных 

организаций по вопросам интерпретации правила публичного порядка. 

 

 

 

PUBLIC POLICY IN INTERNATIONAL COMMERCIAL ARBITRATION: 

AN AZERBAIJANI PERSPECTIVE 

 

R.A.MIRZAEV  

 

SUMMARY 

 

As arbitration is a private method of adjudication, arbitral awards are not always in 

compliance with the laws and legitimate interests of relevant states. In order to avoid such 

problems, conventions, national laws and model laws stipulate public policy rule. Arbitral 

awards are required to be in compliance with the public policies of states of lex arbitri or host 

states. However, unlike most other countries the legislation of Azerbaijan Republic does not 

stipulate the public policy rule. Instead, in Azerbaijan Republic arbitral awards are required to 

be in accordance with the Constitution of Azerbaijan Republic. The article analyzes laws and 

court decisions of different countries as well as opinions of scholars and international orga-

nizations on the interpretation of the public policy rule. 



 

 

 



 

96

: Xeberler%20Jurnali -> Sosial%202010%203
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Humanitar elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №2 Sosial-siyasi elml
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №2 Sosial-siyasi
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Sosial-siyasi elmlər seriyası
Sosial%202010%203 -> Baki universitetiNİn xəBƏRLƏRİ
Sosial%202010%203 -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Sosial-siyasi elmlər seriyası
Sosial%202010%203 -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Sosial-siyasi elmlər seriyası
Sosial%202010%203 -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Sosial-siyasi elmlər seriyası
Sosial%202010%203 -> №3 Sosial-siyasi elmlər seriyası


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə