Baki universitetiNİn xəBƏRLƏRİ №3 Sosial-siyasi elmlər seriyası



Yüklə 79,24 Kb.
Pdf görüntüsü
tarix05.10.2017
ölçüsü79,24 Kb.
#3152


113 

 

BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 



№3    

 

Sosial-siyasi elmlər seriyası   

 

2013 

 

 

 

 

UOT:101.1 

 

HÜQUQİ ŞÜURUN TƏŞƏKKÜLÜ VƏ İNKİŞAFI:  

SOSİAL-FƏLSƏFİ TƏHLİL 

 

H.Q.MƏMMƏDOV

*

, A.M.MƏMMƏDOVA

**

  

Bakı Dövlət Universiteti 

ho2039@mail.ru

*

 

aygun.memmedova.1976@mail.ru

**

 

 

Məqalədə  qədim  çağlardan  başlayaraq  hüquqi  şüurun  təşəkkülü  və  inkişafı  sosial- 

fəlsəfi  aspektdən  tədqiq  olunmuşdur.  Cəmiyyət  həyatında  hüquqi  şüurun  rolu,  bununla 

əlaqədar olaraq bir sıra müəlliflərin fikir və mülahizələri sadalanır. Məqalədə hüquqi şüurun 

mənəviyyatla  bağlı  xüsusiyyətlərinə  də  diqqət  yetirilir,  hüquqi  şüurun  formalaşmasına  təsir 

göstərən amillər araşdırılır. 

 

Açar sözlər: hüquqi şüur, əxlaqi şüur, ictimai şüur, demokratiya, cəmiyyət 

 

İctimai  şüurun  formalarından  biri  kimi  hüquqi  şüur  qədim  dövrlərdə 



yaranmış və inkişaf etmişdir. Dövlətin yaranması, cəmiyyət həyatında hüququn 

tənzimedici  rolunun  artması,  onun  müstəqil  təsisat  kimi  ayrılmasına  səbəb 

olmuş və bu da hüquqi şüuru müstəqil fenomen kimi meydana gətirmişdir.  

Bəzi  tədqiqatçılar  hüquqi  şüurun  qədim  cəmiyyətlərdə  yarandığını  inkar 

edirlər. Tədqiqatçı Q.S.Men göstərir ki, “ ... qədim vaxtlarda həqiqət və yalan 

haqqında yeganə təsəvvür məhkəmə qərarları çıxarılan andan yaranırdı” (5, 7). 

Müəllifin  fikirincə,  insanlar  praktiki  həyatda  öz  hərəkətlərinə  qanunla  deyil, 

hökmdarların  gündəlik  həyat  hadisələrinə  görə  tətbiq  etdikləri  tədbirlərə  görə 

nəzarət edirdilər.  

Digər  bir  tədqiqatçı  L.Levi-Bryul  qeyd  edir  ki,  antik  cəmiyyətlərdə 

adətlərə  və dini ehkamlara  əsaslanan  sadə  hüquq normaları  mövcud olmuşdur 

(3,  11).  Qədimdə  şah  hakimiyyəti  tərəfindən  verilən  əmrlər  və  sərəncamlar, 

eləcə də məhkəmə qərarları bir qayda olaraq yazılmamış normalara, dini qay-

dalara, yaxud da adətlərə söykənirdi. Bununla da cəmiyyət üzvlərinə itaətkarlıq 

təlqin edilirdi.  

Qədim  şərqdə  hüquqi  şüur  xeyli  dərəcədə  dini  təsəvvürlərlə,  adətlərlə 

bağlı olsa da, bütövlükdə o dövrün adamlarının hüquqi təfəkkürünün məhsulu 

olmuşdur.  




114 

 

Tədqiqatçı  P.Sorokun  qeyd  edirdi  ki,  yazılı  hüquqi  qanunlar  tarix 



səhnəsində geniş nəsillərin “donmuş” hüquqi şüurudur (11, 42). 

Qədim Antik dövrdə huquqi şüurun inkişafında qədim yunan fəlsəfəsinin 

böyük  rolu  olmuşdur.  Qədim  Yunanıstanda  hüquq  xüsusi  bilik  sahəsi  kimi 

öyrənilməsə  də,  etik  və  siyasi  nəzəriyyələr  və  təbiət  fəlsəfəsi  mövqeyindən 

təbii hüquq fəlsəfəsinin özülü qoyulmuşdur.  

Yunan  filosofu  Platon  təklif  edirdi  ki,  qanunverici  orqan  qanunları  elə 

tərtib  etməlidir  ki,  cinayətkara  cevirə  biləcəyi  adamlarda  belə  əməllərə  qarşı 

nifrət hissi yaratsın, adamları bu əməllərdən cəkindirə bilsin (13, 57). Bu tələb 

cinayət  əməlinin  əhalinin  gözündə  qəti  pislənən  əməl  olmasını  nəzərdə  tutur. 

Başqa  sözlə,  kriminal  əməl  obrazının  əhalinin  şüuruna  həkk  olunmuş  və  ona 

qəti mənfi münasibət bəslənməsi zəruri şərt kimi irəli sürülür.  

Antik dövrdə sosial tənzimetmə vasitəsi kimi meydana gələn hüquqi şüur 

özündən öncə yaranan hüquqi şüurla bağlı olmuşdur. Lakin bu dövrdə hüquqa 

insan təfəkkürünün fenomeni kimi deyil, təbii “zəkanın” dəyəri kimi baxırdılar. 

Buna  görə  də  dini  və  etik  şüur  hüquqi  şüurla  müqayisədə  axırıncı  mövqeyə 

malik olmuşdur.  

Afinada  cinayətlərə  görə  təyin  edilən  cəzaların  ağırlığı  cinayətin  hansı 

mərhələdə  olmasından,  habelə  iştirakçılıqla  törədilən  cinayətlərdə  isə  şəxsin 

iştirak  dərəcəsindən  asılı  idi.  Cinayətlərə  görə  tətbiq  edilən  cəzalar  əzab  və 

işgəncə  məqsədi  güdmürdü.  Qeyd  edilənlər  qədim  Afinada  hüquqi  şüurun 

inkişaf  etdiyini  və  mühüm  tənzimedici  amilə  çevrildiyini  göstərir.  Afinanın 

demokratik  həyatı,  bu  dövrdə  maarifçilik  ideyalarının,  fəlsəfi  təfəkkürün 

inkişafı  hüquqi  qanunların  cəmiyyətin  həyatındakı  rolu  haqqında  təsəvvürləri 

dərinləşdirmiş, hüquqi şüurun inkişafına böyük təkan vermişdir.  

İki  sistem  –  Romanın  hüquq  sistemi  ilə  yeni  yaranmaqda  olan  hüquq 

sistemi  qaynayıb  qarışırdı.  İdraka,  hüquqi  şüura  söykənən  hüquq  yaradıcılığı 

ön  plana  çıxır,  başqa  sözlə-əgər  köhnə  qanunvericilik  əsasən  dini  təfəkkürə, 

adətlərə  əsaslanırdısa,  yeni  qanunlar  daha  çox  rasional  dünyagörüşünə,  təbii 

hüquqi  təlimə  söykənirdi.  Qanunların  icrası  dini  sanksiyalarla  deyil,  dövlətin 

məcburi tədbirləri ilə təmin edilirdi. Ancaq Roma vətəndaşlarının hüquqlarının 

qorunmasını təmin edən və dini təfəkkürlə məhdudlaşan köhnə hüquq öz yerini 

getdikcə  bütün  imperiya  ərazisində  vahid  qanuna  çevrilən  hüquq  sisteminə 

verir  və  bu  hüquq  sistemi  şüurlara  hakim  kəsilir,  tədricən  peşəkar  hüquq-

şünaslar dəstəsi yaranırdı. Əhalinin təfəkküründə pozitiv hüquqi şüur daha da 

dərinləşirdi.  Göründüyü  kimi,  zərərli  əməllərlə  mübarizədə  daxili  stimullar- 

düşüncənin və zəkanın roluna əhəmiyyət verilmirdi.  

Təsadüfi deyil ki, Qədim Romada qanunlar təbliğ edilmiş və vətəndaşlar 

məlumatlandırılmışdır.  Hələ  vaxtilə  M.T.Siseronun  verdiyi  məlumata  görə 

Qədim  Romada  hər  bir  vətəndaş  lap  uşaqlıq  illərindən  qanunları  əzbər  öyrən-

məli idilər (9, 295). Beləliklə, qeyd etmək olar ki, ölkə vətəndaşlarının hüquqi 

düşüncəsi  Romada  qanunlara  riayət  edilməsinin  vacib  təminatlarından 

olmuşdur.  




115 

 

Yeni hüquq yaradıcılığında obyektivizm özünün köhnə mənasını itirir və 



yeni  fəlsəfi  məna  kəsb  edirdi.  Fəlsəfi  mənada  təbii  hüquq  zamanın  tələbinə 

uyğun  fenomen  kimi  təbii  zəkaya  istinad  edir.  Maraqlıdır  ki,  Roma 

hüquqşünasları yeni hüquqi yaradıcılıqda induktiv metodlardan istifadə edərək 

həyatı, insanların məişətini öyrənməklə bu əsasda, praktiki məqsədəuyğunluğu 

nəzərə alırdılar. Əslində ədalət prinsipi – faktiki dəyişən sosial şəraitin inikası 

və  buna  uygun  əqli  fəaliyyətə  əsaslanan  hüquq  yaradıcılığından  başqa  bir  şey 

deyildi.  Bu  səbəbdən  də  ədalətlilik  prinsipinə  hüquq  yaradıcılığının  təbii 

mənbəyi kimi baxılırdı (7, 44). 

Yuxarıda  qeyd  olunanlar  Romada  respublika  dövründə  və  sonralar 

imperiyanın ilk dövrlərində hüquqi şüurun kifayət qədər formalaşdığı haqqında 

fikir söyləməyə əsas verir.  

Bütün şübhələrdən azad olan demokratik cəmiyyətdə dini təfəkkür güclü 

olduğundan hüquqi şüur heç bir tənqid və müzakirəni qəbul etmirdi.  

Qədim  çağlarda  mövcud  olan  hüquqi  şüur  özündən  öncə  gələn  hüquqi 

praktikanın  təsiri  altında  formalaşmışdır.  Bu  qanunların  yaranmasına  qədər 

cəmiyyətdə əmlak bərabərsizliyi bərqərar olmuş və insanlarının şüuruna hakim 

kəsilmişdir.  

Zaman  keçdikcə  hüquq  və  hüquqi  şüur  tədricən  mistik  hisslərdən  və 

ideyalardan  azad  olumuş,  hüququn  sosial  tənzimləmə  kimi  oynadığı  rol  dərk 

edilmişdir.  Qədim  Afinadakı  respublika  quruluşu,  onun  demokratik  həyat 

şəraiti  vətəndaşlarin  hüquq  yaradıcılığında  və  dövlət  idarəciliyində  bilavasitə 

iştirakını təmin etmişdir ki, bu da respublika dövründə Afinada hüquqi şüurun 

inkişafına təkan vermişdir.  

Orta  əsrlərdən  hüquqi  şüur  dini  təlimlərin  güclü  təsiri  altında  inkişaf 

etmişdir.  Bu  dövrdə  ilahi,  əbədi  və  bəşəri  qanunlar  hökm  sürürdü.  Bəşəri 

qanunlar  pozitiv  hüquq  hesab  edilirdi.  Pozitiv  hüquq  insani  və  vətəndaş 

hüquqlarına  ayrılırdı.  Orta  əsrlərdə  yeni  dövrə  keçid  teoloji  dünyagörüşün 

hüquqi dünyagörüşlə əvəz olunmasına səbəb oldu. Bu dünyagörüşlər arasında 

tarixi varislik olsa da onlar bir-birinin əksini təşkil edirdi. Yeni dövrdə teoloji 

dünyagörüşü  dünyəvi  xarakter  olmağa,  ilahi  hüququ  insan  hüquqları  əvəz 

etməyə, cəmiyyətdə hüquq və hüquqi şüur mühüm yer tutmağa başladı. 

XVI-XVII əsrlərdə nəzəri-siyasi və hüquqi nəzəriyyələr əsasında forma-

laşan  erkən burjua  hüquqi  şüuru  formalaşdı.  Bu  şüur  İslahatlar  dövründə  Ro-

ma-katolik kilsəsilə teoloji mübahisələr fonunda yaranmağa başladı. Erkən bur-

jua hüquqi şüurunda teoloji və fəlsəfi-hüquqi cəhətlər vəhdət təşkil edirdi. Yeni 

dövrün  tədqiqatçıları  Spinoza,  Hobbs  və  Lokkun  əsərlərində  teoloji  dünya-

görüşü inkar edilirdisə, ancaq ateizm deyil, antiavtoritar azad fikirlilik ideyaları 

irəli  sürülürdü.  Hüququn  və  hüquqi  şüurun  yeni  Avropa  anlamı  orta  əsrlərin 

hüquqi  təsəvvürlərindən  köklü  surətdə  fərqlənirdi.  “Birinci  halda  hüquq  və 

hüquqi şüurun anlayışlarının əsas cəhətləri hüququn mücərrəd rasionalist, yəni 

onun ən ümumiliyi (hər bir fərdə, şəxsiyyətə və vətəndaşa bərabər və eyni şə-

kildə aid olması), eləcə də imperativliyi (məcburiliyi) haqqında təsəvvürlərdir. 




116 

 

Burada  XVII-XVIII  əsrlərdə  hakimiyyətin  əsaslarının  və  hüququn  normativ-



liyinin sonrakı anlamları aparıcı mövqe qazanırdı. Nəzəri axtarışların mənbəyi-

suveren  hökmdarın  iradəsi,  suveren  xalq  və  mənəviyyatca  müstəqil  şəxsiy-

yətdir” (12, 227-228). 

Bu  dövrdə  hüquqi  şüur  dini-teoloji  mahiyyətdən  uzaqlaşır  hüquqi 

dövlətdə,  intellektual  və  mənəvi  avtonom  şəxsiyyətin  sosial  yönümündə  və 

şüurunda əsas yer tutur. 

XVII əsrdə Hobbs təbii hüquq, təbii azadlıqlar və təbii vəziyyətlər ideya-

larını  irəli  sürdü.  O,  hüquqi  tələbatın  dərk  olumması  kimi  anlaşılan  hüquqi 

şüuru həqiqi zəka hesab edir. Hüquqi şüuru Hobbs insanın öz maraqlarının ba-

şa düşülməsi kimi səciyyələndirir. C.Lokk hüququn normativliyini funksional 

məqsədli  təhlil  edərək  hüquqi  şüuru  vətəndaş  cəmiyyətinin  əsas  əlaməti  kimi 

təqdim edir. 

Monteskyönün  sosial-  hüquqi  modernləşmə  nəzəriyyəsi  liberal-islahatçı 

istiqaməti  ilə  fərqlənirdi.  Ş.Monteskyö  qanunvericiliyin  xalqın  ruhuna  uyğun 

gəlməsi  tələbini  irəli  sürürdü.  O  qeyd  edirdi  ki,  qanun  hazırlanarkən  və  ve-

rilərkən xalqın idrak səviyyəsi onu qəbul etməyə hazır olmalıdır. Başqa sözlə, 

Monteskyö qanununun hazırlanmasında və qəbulunda xalqın şüur səviyyəsinin 

(hüquqi düşüncəsinin) nəzərə alınmasını tövsiyə edirdi (6, 150). 

Ş.Russo hakimiyyətin inkar olunmasını “təbii hüquq” kimi qəbul edirdi. 

O,  vətəndaş  cəmiyyətinin  qaydalarının  normativ  əsasını  hüquqda  və  hüquqi 

şüurda  görürdü.  Hüququ  despotik  hakimiyyətin  əksi  hesab  edən  Russo  onu 

insanın  ideal  normativliyi  kimi  təqdim  edirdi.  Maarifçi  mütəfəkkir  göstərirdi 

ki,  “qul  olmaq”  öz  azadlığından  imtina  etmək  deməkdir  və  o  təbii  hüquqa 

ziddir. Russoda hüquq, hüquqi şüur, mənəvi azadlıq vəhdət təşkil edir. Klassik 

alman  filosofu  İ.Kant  təbii  hüquq,  anadangəlmə  hüquq  və  hüquqi  dövlət 

anlayışlarının  mahiyyətini  açmış,  onların  hüquqi  şüurla  qarşılıqlı  münasibət-

lərini təhlil etmişdir. Alman filosofu təbii hüququ özəl və vətəndaş hüquqlarına 

ayıraraq onu təbii və ictimai hüquqa ayıran ənənəvi bölgüdən imtina etmişdir.  

Hegel  özünün  hüquqi,  siyasi  və  sosial-fəlsəfi  fikir  tarixində  xüsusi  yer 

tutan  məşhur  “Hüququn  fəlsəfəsi”  əsərində  göstərir  ki,  hüquq  və  hüquqi  şüur 

anlayışları  aşağıdakı  əhəmiyyətə  malikdir:  1)  hüquq  azadlıq  kimi  (hüquq 

ideyası); 2) hüquq azadlığın forma və müəyyən pilləsi kimi (xüsusi hüquq); 3) 

hüquq qanun (pozitiv hüquq) kimi (2, 15). 

Hegelin  obyektiv  ruh  anlayışının  bütün  inkişafı  azadlıq  ideyası  və  azad 

iradə məfhumları ilə müəyyənləşir. Xüsusi hüquq müxtəlif pillələrdə şəxsiyyət, 

vicdan  hissi  ailə,  cəmiyyət  və  dövlətdə  özünü  göstərir.  Pozitiv  hüquq  xüsusi 

hüququn təzahür formalarından biri kimi çıxış edir.  

Ümumiyyətlə, hüquqi şüurun təşəkkülü və inkişafının sosial-fəlsəfi təhlili 

bir  sıra  əsərlərdə  öz  əksini  tapmışdır.  Hüquqi  şüur  haqqında  təlimin  konkret 

hüquq sahələrinin spesifik istiqamətləri üzrə yaradılması, belə biliklərin qanun 

yaradıcılığı,  hüququn  qorunması  və  hüquqi  tənzimləmə  sahələrində  tətbiqini 

praktiki  olaraq  daha  səmərəli  olur.  Hüquq  sahələri  üzrə  hüquqi  şüurun 




117 

 

öyrənilməsi, ilk növbədə konkret hüquq sahələrinin ayrıca fenomen kimi özünü 



büruzə  verməsindən,  ictimai  və  fərdi  şüurda  onun  müstəqil  inikas  edilmə-

sindən, ayrılmasından asılıdır.  

Müasir  dövrdə  hüquqi  şüurun  öyrənilməsi  ilə  bağlı  aparılan  bir  sıra 

tədqiqatlar da belə mülahizələrin doğruluğunu təsdiq edir. Belə ki, əhali başqa 

hüquq sahələri ilə müqayisədə cinayət hüququ ilə və cinayət əməlləri ilə bağlı 

aydın təsəvvürə malikdir (1, 34).  

Hüquqi  şüur  bir  sıra  ünsürlərdən  təşkil  olunmuşdur  ki,  bunlar  əqli, 

qiymətləndirici və iradəvi ünsürlərdir.  

Hüquqi  şüurun  köməyilə  insanların  ictimai  həyatda  davranışına,  hüquq- 

mühafizə orqanlarının fəaliyyətinə qiymət verilir.  

Hüquqi  şüur  mənəviyyatla  sıx  əlaqədə  inkişaf  edir.  Bu  da  təbiidir. 

İnsanların sosial fəaliyyətinə, onların davranışına, eləcə də hüquqi fəaliyyətinə 

həmişə  mənəviyyat  nöqteyi-nəzərindən  qiymət  verilir.  Buna  görə  də  ictimai 

həyatda  insanların  hüquqi  ideyaları  və  baxışları  eyni  zamanda  onların  mənəvi 

baxışlarını, təsəvvürlərini ifadə edir. Başqa sözlə, hüquqi düşüncənin istiqaməti 

zəminində  qanunla  cinayət  kimi  müəyyən  edilən  hər  bir  əməl  eyni  zamanda 

mənəvi  cəhətdən  də  pislənilir.  Mənəvi  prinsiplərin  cinayət  hüquqi  baxışlarda 

ifadə  olunması  həm  də  cinayət  hüquqi  şüurla  mənəvi  şüurun  birləşməsi,  eyni 

məna  kəsb  etməsi  demək  deyildir.  Onlar  həm  inikas  predmetinə,  həm  də 

spesifik inikas formasına görə bir-birindən fərqlənirlər.  

Mənəviyyat  insanların  ictimai  həyatda  bütün  iradi  davranışını  dəyər-

ləndirir,  hüquqi  şüur  isə  ancaq  qanunlar  qorunan  icitmai  münasibətlər  sahə-

sində insanların əməlinə qiymət verir.  

Mənəviyyat  cəmiyyətdə  qənimətçiliyi,  müftəxorluğu,  şərəf  və  ləyaqətə 

ziyan  yetirən  hər  cür  əməli  pisləyir.  Hüquqi  şüur  isə  tamah  və  qənimətçilik 

meylləri ilə törədilən, sosial təhlükəli olan, eləcə də şərəf və ya ləyaqətə qəsd 

edən əməlləri kriminal əməl hesab edir. 

Hüquqi  şüur  insanların  davranışını  qiymətləndirərkən  “təqsir”,  “qəsd”, 

“ehtiyatsızlıq”, “cinayət” və b. bu kiimi kateqoriyalara istinad etdiyi halda, əx-

laqi-mənəvi şüur davranışı və digər hüquqi faktları “xeyir”, “şər”, “borc”, “şə-

rəf” və s. bu kimi kateqiriyaların köməyi ilə qiymətləndirir. Hüquqi şüur cina-

yət  sayılan  əməllərin  dairəsini  qanuna  daxil  edir.  Hüquqi  şüura  əsasən  təkcə 

törədilməsi qadağan edilən əməllər qanunda sadalanmır, həm də hüquqi şüurun 

“qanunçuluq  ”  kateqoriyasının  tələbləri  baxımından  belə  qadağan  edilən 

əməlləri nəzərdə tutan cinayət tədbirləri müəyyən edilir. Mənəviyyat isə insan 

davranışının  ümumi  prinsiplərini  formalaşdırır.  Belə  prinsiplərin  təmin  olun-

ması  dövlətin  məcburiyyət  qüvvəsinə  söykənmir.  Hüquqi  şüur  ictimai  şüurun 

forması  kimi,  mürəkkəb  struktura  malikdir.  Hüquqi  şüur  hüquqi  hadisələr 

haqqında  insanların,  kollektivin,  bütövlükdə  cəmiyyətin  baxışları,  ideyaları, 

bilikləri və hisslərinin məcmusudur.  

Hüquqi şüurun quruluşu ictimai qanuna uyğunluğu ilə müəyyən edilir. O, 

cəmiyyətin  strukturunu  və  ictimai  praktikanın  müxtəlif  sahələrində  hüquqi 




118 

 

hadisələrin dərk olunması xüsusiyyətlərini əks etdirir. Hüquqi şüur cəmiyyətin 



məhsuludur  və  nə  qədər  insanlar  yaşayır  cəmiyyətin  məhsulu  olaraq  da  qala-

caqdır. Hüquqi şüur anadanğəlmə deyil, insanla bir vaxtda yaranmışdır.Həyatın 

müxtəlif  halları,  insanın  keçdiyi  həyat  yolunun  xüsusiyyətlərinin  təsiri  ilə, 

ictimai  hüquqi  düşüncənin  şüurda  fərdiləşdirilməsilə  ictimai  hüquqi  şüurun 

məzmunu hər hansı bir şəxsin fərdi hüquqi şüuruna çevrilir. Hər bir şəxs fərdi 

həyatda  ictimai  münasibətlərin  iştirakçısıdır.  Onun  hüquqi  baxışları  ictimai 

praktikanın təsiri altında formalaşır.  

Sovet  dövründə  hüquqi  şüurla  bağlı  yazılan  tədqiqat  əsərlərinin  hamı-

sında  hüquqi  şüurun  quruluşu  məsələsindən  bəhs  edərkən  onun  fərdlərin, 

siniflərin,  sosial  qrupların,  cəmiyyətin  hüquqi  şüurundan  ibarət  olduğu  qeyd 

edilir.  Həm  də  qeyd  edilən  struktur  daxilində  sinfin  hüquqi  şüurunun  aparıcı 

əhəmiyyəti göstərilir (14, 25). 

Əhalini  hüquqi  cəhətdən  geniş  miqyasda  maarifləndirmədən,  onlara 

yetkin hüquqi mədəniyyəti formalaşdırmadan, cəmiyyət üzvlərini özlərinin qa-

nuni  hüquq  və  mənafelərinin,  qanunculuğun  gözlənilməsinin  fəal  müda-

fiəçisinə çevirmək, ümumiyyətlə hüquqi dövlət qurmaq reallıqdan uzaq olardı. 

İctimi-hüquqi şüur kütləvi şüur kimi real qüvvə olub, insanları fəaliyyətə 

sövq  edir,  tarixi  prosesə  öz  təsirini  göstərir.  O,  insanların  həyatının  mənəvi  - 

hüquqi sahəsini yaradır.  

Keçmişdə  inikas  edilən  hüquqi  hadisələrin  beyində  yaranan  obrazları  – 

hüquqi  şüurun  təsəvvür  komponentini  yaradır.  Hüquqi  təsəvvür  bilavasitə 

duyğuların  təsiri  altında  olmasa  da,  keçmişdə  qavranılan  hüquqi  hadisələrin 

obrazı ilə bağlı olur.  

Varlığın hüquq yaradıcılığı ilə bağlı dərk olunması zamanı dəyərləndirmə 

normativ  xarakter  daşıyır.  Hüquqi  şüur  təfəkkürün  normativ  üsulunu  nəzərdə 

tutur.  Subyektiv  hüquq  və  vəzifələr  baxımından  varlığa  və  insanların 

davranışına  normatıv  münasibət  və  qiymətləndirmə  hüquqi  şüurun  mühüm 

xüsusiyyətlərini  təşkil  edir.  Buna  görə  də  elmi  ədəbiyyatda  problemin  tətqiqi 

ilə  məşğul  olan  əksər  müəlliflər  hüquqi  şüurun  normativ  xarakterə  malik 

olmasını qeyd edirlər (8, 20). 

Əgər  hüquqi  şüur  ancaq  reallığı,  insanların  praktiki  fəaliyyətini  əks 

etdirmiş  olardısa,  onda  hüquqi  şüur  sadəcə  insanların  “davranışının”  bir  növ 

surəti olardı. Belə vəziyyətdə o, insanların davranışına təsir edə bilməzdi.  

İctimai varlıqla hüquqi şüur arasında bir sıra həlqələr vardır ki, bunlardan 

biri  də  “hüquqi  həyatdır”.  Məhz  hüquqi  həyat  –  hüquqi  şüurda  inikas  olun-

maqla  onun  spesifikasını  və  məzmununu  müəyyən  edir.  Hüquqi  şüur  tarixən 

inkişaf edən və dəyişən “ hüquqi varlığın” dərk edilməsidir. 

Hüquqi  şüur  öncə  “hüquqi  varlığın”  təsiri  altında  yarandığından  o,  öz 

məzmununa görə normativ xarakterlidir. Buna görə də, hüququn normativ xa-

rakteri ilə hüquqi şüurun normativ xarakterini bir - birinə qarşı qoymaq olmaz.  

Hüquqi şüur elmi hüquqi şüur səviyyəsi ilə yanaşı, həm də o, adi, empirik 

hüquqi şüurda öz əksini tapır.  




119 

 

Beləliklə,  qədim  dövrlərdə  dövlətin  və  hüququn  yaranması  ilə  ictimai 



şüurun bütün formaları ilə sinkretik, vəhdət halında meydana gələn hüquqi şüur 

zaman  keçdikcə  spesifik  cəhətlərilə  fərqlənən  müstəqil  bir  fenomenə  çev-

rilmişdir.  Hüquqi  şüur  tarixi  inkişaf  mərhələlərini  keçərək  dini-teoloji 

mahiyyətdən  uzaqlaşmış,  cəmiyyətdə  xüsusi  yer  tutan  bir  amil  kimi  normativ 

xarakterilə  ictimai-hüquqi  həyatın  ayrılmaz  tərkib  hissəsi  olan  insanların 

davranışlarına və şüurlarına təsir etmişdir. 

 

ƏDƏBİYYAT 

1.

 



Бура Н.А. Функции общественного правосознания. Киев: Наук Думка 1986, 85 с. 

2.

 



Гегель Г.В.Ф. Философия права. М.: Мысль, 1990, 330 с. 

3.

 



Карпец И.И. Уголовное право и этика. М.: Юридическая литература, 1985, 256 с. 

4.

 



Леви-Брюль. Л. Первобытное мышление. М.: Атеист, 1930, 337 с 

5.

 



Мэнь Г.С.Древнее право, его связь с древней историей общества и его отношение к 

новейшим идеям. Санкт-Петербург: изд.во Д.Е.Кожанина,1873, 312 с. 

6.

 

Монтескье Д. Дух законов. Санк-Петербург: изд.во Д.Е.Кожанина, 1839, 221 с 



7.

 

Мурамцев  С.  Образование  права  по  учениям  немецкой  юриспруденции.  М.,  1886, 



321 с 

8.

 



Остроумов Г.С. Правовое сознание действительности. М.: Наука, 1964, 170 с.  

9.

 



Редкин  П.Г.  По  истории  философии  права  в  связи  с  историей  философии  вообще. 

Том 7. Санкт-Петербург: Типография М.М. Стюкевича, 1891, 570 с.  

10.

 

 Səməndərov F.Y. Hüquqi şüur və cinayət hüquq yaradıcılığı. Bakı: Qanun,1996, 280 s 



11.

 

 Сорокин П. Человек. Цивилизация. Общество. М.: Политиздат, 1992, 542 c 



12.

 

 Чанышев  А.А.  История  политических  учении.  Классическая  западная  традиция 



(античность - первая четверть XIX вв). М.: МТИМО, 2001, 470 с. 

13.


 

 Чибинский М.П. Курс уголовной политики. С-Петербург: 1912,321 c. 

14.

 

Шегорцов В.А. Социология правосознания. М.: Мысль, 1981,174 с. 



15.

 

Шегорцов  В.А.  Правосознание  как  объект  социологического  исследование.  М.: 



Мысль, 1976, 121 c 

 

СТАНОВЛЕНИЕ И РАЗВИТИЕ ПРАВОВОГО СОЗНАНИЯ: 

СОЦИАЛЬНО-ФИЛОСОФСКИЙ АНАЛИЗ 

 

А.М.МАМЕДОВА 

 

РЕЗЮМЕ 

 

В  статье,  начиная  с  античного  времени,  изучены  основные  свойства  и  особен-

ности правового сознания. Была отмечена роль правового сознания в жизни общества. В 

связи  с  этим  были  перечислены  мнения  и  мысли  различных  авторов.  Было  уделено 

внимание  на  особенности  правового  сознания.  Анализируются  факторы,  которые 

повлияли на формирование правового сознания. 



  

Ключевые  слова:  правовое  сознание,  моральное  сознание,  общественное 

сознание, демократия, общество 



 


120 

 

FORMATION AND DEVELOPMENT OF LEGAL CONSCIOUSNESS:  



SOCIAL-PHILOSOPHICAL ANALYSIS 

 

A.M.MAMMADOVA 

 

SUMMARY 

 

The  article  studies  formation  and  development  of  legal  cosciousness  from  socio-



philosophical  aspect.  The  role  of  the  legal consciousness  is  marked  in  the  life  of  the  society. 

Thoughts  and  considerations  of  a  few  of  authors  regarding  the  issue  are  illustrated.  Special 

attention is paid to the features of legal consciousness. Factors influencing to the formation of 

the legal consciousness are analysed. 

 

 

Key  words:  legal  consciousness,  moral  consciousness,  social  consciousness, 

democracy, society 



 

 

Yüklə 79,24 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə