Baki universitetiNİn xəBƏRLƏRİ №3 Sosial



Yüklə 120,5 Kb.
Pdf görüntüsü
tarix06.02.2018
ölçüsü120,5 Kb.
#26218


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№3 

 

 

Sosial-

siyasi elmlər seriyası   

 

2014 

 

 

 

 

UOT 122.129 

 

VARLIQ 

ANLAYIŞINA DAİR 

 

V.M.

KƏRİMOV 

Bakı Dövlət Universiteti 

v.m/Karimov@yahoo.com 

 

Məqalədə  «varlıq»  anlayışı,  onun  «qeyri-varlıq»,  «heçnə»  anlayışları  ilə  qarşılıqlı 



əlaqəsi  nəzərdən  keçirilir,  belə  bir  müddəa  irəli  sürülüb  əsaslandırılır  ki,  «varlığın»  əmələ 

gəldiyi və çevrildiyi «qeyri-varlıq» («heçnə») mütləq «heçnə» olmayıb sonuncunun varlığıdır, 

müasir 

fəlsəfədə işlədilən «qeyri-varlıq», yaxud «heçnə» mütləq deyil, nisbi mənada, hansısa 

varlığın olmaması kimi başa düşülməlidir. Həmçinin «varlıq» və onun sinonimi kimi işlədilən 

«reallıq» anlayışının dar və geniş mənaları, «materiya», «maddi», «mövcudluq», «gerçəklik» 

anlayışlarının münasibəti açılır. 

 

Açar 

sözlər: varlıq, reallıq, materiya, maddi, mövcudluq, gerçəklik 

 

Fəlsəfi dünyagörüşün mühüm sahəsi kimi yaranan ontologiyanın əsas anla-



yışı olan varlıq ətrafında fəlsəfi düşüncələrin dolaşdığı ən qədim məsələlərdəndir. 

Vaxtilə  varlıq  probleminin  fəlsəfə  tarixində  qoyuluşu  və  müxtəlif  cür  həllinin 

araşdırılmasına həsr etdiyimiz tədqiqatlarımızdan (2; 3; 4; 5; 6) göründüyü kimi, 

filosofların daim diqqətini cəlb edən varlıq anlayışı müxtəlif dövrlərdə və ayrı-ayrı 

müəlliflər tərəfindən irəli sürülüb özünəməxsus şəkildə izah olunmuşdur. 

Fəlsəfi fikir tarixində «varlıq» anlayışı onun əksi sayılan «yoxluq», «qey-

ri-

varlıq»,«heçnə»  anlayışları  ilə  münasibətdə  nəzərdən  keçirilmişdir.  İdealist 



fəlsəfədə  «varlığın»  «qeyri-varlıqdan»,  «heçdən»  yarandığı  və  müəyyən  vaxt 

keç


dikdən sonra məhv olaraq «qeyri-varlığa» («heçə») çevrildiyi bildirilmişdir. 

Həmin baxışa görə, varlığın bütün konkret formaları, təzahürləri sanki qeyri-

var

lıqdan, «heçdən» yaranır və aktual, Hegelin ifadəsincə, «nəqd» varlığa çev-



ri

lirlər. Lakin mövcud olan varlığın ömrü (mövcudluğu) nə qədər uzun sürsə də 

onun sonu çatır və varlıq formasını itirərək «qeyri-varlığa» qayıdır, yəni özü-

nün əksi olan «yoxluğa» («heçə») çevrilir. Bu zaman «varlıq» ilə «qeyri-var-

lıq» dialektik vəhdətdə mövcud olur. Bu vəhdət onda ifadə olunur ki, varlığın  

qeyri-


varlığa keçməsi varlığın mütləq, izsiz yox olması deyil, ancaq sonsuz və 

əbədi mövcud olanın bir varlıq formasından başqasına çevrilməsi, yəni varlığın 

ye

ni  formasının  təşəkkülü,  məhz  yeni  varlığın,  əvvəlki  varlığın  qeyri-varlığı 



olan varlığın yaranmasıdır. 

94 



Deyilənlər belə düşünməyə əsas verir ki, fəlsəfədə geniş  surətdə işlədilən 

«varlıq» və onun əksi  kimi başa düşülən «qeyri-varlıq» anlayışları mütləq mə-

na

da  başa  düşülərək  bir-birini  qəti  surətdə  istisna  edən  anlayışlar  kimi  qəbul 



edil

məlidir.  Belə  ki,  bü  gün  var  olan  hər  hansı  konkret  şey  («varlıq»)  sabah 

«yox olaraq»  heçə («qeyri-varlığa»)  çevrilə bilər və  əksinə, bu  gün  yox olan 

nəsə bir müddətdən sonra  hansısa formada var («varlıq») ola bilər. Bu da gös-

tərir ki, «varlıq» və «qeyri-varlıq» anlayışları mütləq deyil, nisbi mənada işlə-

di

lərək bir-birlərinə qarşı qoyulur. Əslində varlıq kimi «qeyri-varlıq» da möv-



cuddur:  O, «qeyri-

varlığın»  varlığıdır.  Bu  mənada  dünya  «varlıq»  və  «qeyri-

var

lığın» vəhdəti kimi mövcuddur. Varlıq şeyin, bu və ya başqa nəyinsə olma-



sı,  qeyri-varlıq  isə  olmamasıdır.  Hər  bir  obyektiv  proses  özünə  həm  varlığı, 

həm  də  qeyri-varlığı  daxil  edir.  Öz münasibətlərində  əksliklər  kimi  bir-birini 

istis

na edən varlıq və qeyri-varlıq qarşılıqlı nüfuz etməklə bir-birinə keçirlər. 



Bu da göstərir ki, inkişafda olan hər bir obyekt dialektik əksliklər olan varlıq və 

qeyri-


varlığın ziddiyyətli vəhdətidir. 

Bu 


öz ifadəsini hələ qədim fəlsəfədə formulə olunan nəyinsə heçdən ya-

ran


masının  və  heçə  çevrilərək  yox  olmasının  mümkünsüzlüyü  prinsipində 

tapmışdı. Əvvəlcə insanların əməli fəaliyyətinin ümumiləşdirilməsi kimi mey-

da

na çıxan və sonralar elmə daxil olaraq onun məhək daşlarından birinə və ma-



terialist dünyagö

rüşünün əsasına çevrilən həmin prinsipə görə, əvvəla, istənilən 

maddi obyekt başqa maddi obyektdən «nədənsə» əmələ gələ bilər və ikincisi, 

istənilən maddi obyekt, «nəsə» izsiz, mütləq surətdə yox olmayaraq, başqaları-

nın əmələ gəlməsi ilə nəticələnir. Bunu ümumi şəkildə, qeyd etdiyimiz kimi, 

belə ifadə etmək olar: «heçnə heçdən yaranmır və heçə çevrilərək yox olmur». 

Bu prinsip baxımından maddi obyektlərin əmələ gəlməsi və məhvinə onların 

dəyişməsinin,  inkişafının  momenti  kimi  baxılır.  Başqasına  çevrilən  maddi 

obyekt  əvvəlki  obyekt  (varlıq)  kimi  mövcud  olmaqdan  qalır  və  əvvəlkinin 

«qeyri-


varlığına»  çevrilərək  yeni maddi obyekt (varlıq) kimi mövcud olmağa 

başlayır. Buradan aydın olur ki, istənilən maddi obyekt («nəsə») öz dəyişməsi, 

çevrilməsi  prosesində  həm  «varlığa»,  həm  də  «qeyri-varlığa»  (öz  varlığının 

yoxluğuna)  malik  olur.  Deməli,  maddi  obyektlərin  («varlığın»)  istənilən  də-

yişməsi, çevrilməsi, inkişafı prosesi özünə həm məhv olmanı («yoxluğu»), həm 

də yaranmanı («varlığı») daxil edərək onların vəhdəti kimi çıxış edir. 

Qeyd etmək lazımdır ki, təbii-elmi və fəlsəfi ədəbiyyatda çox zaman si-

no

nimlər kimi işlədilən varlıq və mövcudluq anlayışları özlərinin iki – sözün 



dar və geniş mənalarıda işlədilir. Lakin əslində düzgün olan bu faktı nəzərə al-

ma

yan bir çox filosoflar varlıqdan bəhs edərkən əsasən onun dar mənasından 



çıxış edirlər. Bu isə dəqiq olmayıb, müəyyən səhvlərə gətirib çıxarır. Belə də-

qiq


sizliyə  dialektik-materialist fəlsəfədə də rast gəlinir. Həmin dolaşıqlıqdan 

qaç


maq üçün varlıq anlayışının müxtəlif olan dar və geniş mənaları fərqləndi-

ril


məli, ona yaxın olan bəzi anlayışlarla münasibəti aydınlaşdırılmalıdır. 

Sözün  dar  mənasında  varlıq  (onunla  eyni  mənada  işlədilən  mövcudluq) 

oby

ektiv,  maddi  aləm  –  təbiət,  materiya,  cəmiyyət  mənasında,  yəni  ayrıca 



95 


adamların və bütövlükdə bəşəriyyətin şüurundan xaricdə və ondan asılı olma-

dan mövcud olan materiyanı, onun əlaqə və münasibətlərini, mövcudluq for-

malarını,  habelə  ictimai  həyatı  da  özünə  daxil  edən  obyektiv  (maddi)  varlıq 

mənasında işlədilir. Bu mənada işlədilən varlıq obyektiv reallıq anlayışına uy-

ğun gəlir və onunla şüur (subyektiv, mənəvi reallıq) arasında müəyyən qnoseo-

loji əkslik də vardır. Bunu K.Marksın aşağıdakı məlum sözləri aydın göstərir: 

«İnsanların  varlığını  onların  şüuru  müəyyən  etmir,  əksinə,  insanların  ictimai 

varlığı onların şüurunu müəyyən edir» (11, 346). Məlumdur ki. K.Marks şüuru 

«dərk olunmuş varlıq» adlandırmışdır. Göründüyü kimi, şüur və varlıq nəinki 

bir-bi


rindən fərqləndirilmiş, hətta qnoseoloji planda bir-birinə qarşı qoyulmuş-

dur. 


Var

lıq  anlayışının  qeyd  olunan  dar  mənada  işlədildiyini  və  şüura  qarşı 

qoyulduğunu  F.Engels  tərəfindən  formulə  edilən  fəlsəfənin  əsas  məsələsində 

də  görürük:  «…fəlsəfənin  böyük  əsas  məsələsi  təfəkkürün  varlığa…  ruhun 

təbiətə  münasibəti  məsələsidir»  (12,  395-396).  Burada  təfəkkür  ruh  və  şüur 

mənasında, varlıq və təbiət isə eyni – maddi, obyektiv varlıq mənasında işlə-

dilmişdir.  Bu  sonuncu  mənasında  varlıq  bəzən  düzgün  olmayaraq  obyektiv 

reallıq  olan  materiya  ilə  eyniləşdirilir.  Bu  halda  varlıq  anlayışı  maddi  varlıq 

(gerçəklik) anlayışı ilə üst-üstə düşür və şüur (ruh) anlayışından fərqləndirilir 

və  gördüyümüz  kimi,  ona  qarşı  qoyulur.  Varlığın  qeyd  etdiyimiz  dar  anla-

mından çıxış edərək V.İ.Lenin də varlığı obyektiv reallığı materiya anlayışı ilə 

eyniləşdirir,  şüuru  isə  onun  inikası  sayırdı.  Sözün  qeyd  etdiyimiz  dar  məna-

sında  işlədilən  varlıq  materiya,  maddi  olandır,  şüur  isə  varlıq  deyildir.  Əgər 

materiya  ilə  yanaşı  şüur  da  varlıq  sayılsaydı,  ona  da  varlığın  şüura,  yaxud 

Engelsdə  olduğu  kimi,  şüurun  varlığa  (təbiətə)  münasibətindən  bəhs  etmək 

olmazdı və deməli, fəlsəfənin əsas məsələsi mənasını itirərdi. 

Varlıq anlayışının sözün qeyd etdiyimiz dar mənasında – obyektiv, maddi 

varlıq kimi işlədilməsinə sonralar dialektik materializm mövqeyindən yazılmış 

sovet  fəlsəfi  ədəbiyyatında  da  rast  gəlinir.  Məsələn,  «Fəlsəfə  ensiklopedi-

yası»nda «varlıq obyektiv aləmin, təbiətin şüurdan asılı olmadan mövcudluğu, 

cəmiyyətdə isə adamların maddi həyat prosesini ifadə edən fəlsəfi kateqoriya» 

(17, 


207) kimi təyin olunur. ASE-də varlıq yenə «obyektiv aləmin, materiya-

nın, insanların şüurundan, iradəsindən asılı olmayaraq mövcudluğunu bildirən 

fəlsəfi kateqoriya» adlandırılmışdır (1, 409). Sonralar varlığa, hətta mahiyyətcə 

materiya  kateqoriyası  ilə  eyni  olan  «insan  şüurundan  xaricdə  və  ondan  asılı 

olmadan  obyektiv  surətdə  mövcud  olan  reallığı  göstərən  fəlsəfi  kateqoriya» 

(18,76) kimi tərif verilmişdir. 

Varlığa  olan  eyni  baxışa,  hətta  fəlsəfə  üzrə  dərsliklərdə  də  rast  gəlinir. 

Məsələn,  ali  məktəblər  üçün  dərs  vəsaiti  kimi  buraxılan  «Fəlsəfə»  kitabında 

oxuyuruq:  «Marksist fəlsəfəyə varlığı təbiətlə eyniləşdirərək bildirir ki, o, bi-

zim görüş dairəmizdən kənarda açıq məsələdir. Varlıq… ancaq elmi, rasional 

biliklə və praktiki ilə müəyyən oluna bilən şeydir. O, insanın onun predmetli-

praktika  fəaliyyətində  verilən  obyektiv  aləm  (təbiət)dir  (17,  117).  Varlıq 

96 



anlayışının sözün dar mənasında işlədildiyinə rus filosoflarnın əsərlərində son-

ralar da rast gəlinir. Məsələn, rus filosofu prof. S.A.Lebedev varlığı ayrıca ada-

mın, eynilə də bütün adamların şüurundan asılı olmayan obyektiv reallıq kimi 

işlətmişdir (7, 34). 

Belə tərifə respublikamızda fəlsəfə üzrə dərslik və dərs vəsaitlərində də 

rast  gəlinir.  Məsələn,  prof.  Maqsud  Fərhadoğlunun  «Fəlsəfənin  əsasları»  adlı 

dərs vəsaitində oxuyuruq: «Sözün ən geniş mənasında varlıq son dərəcə əhatəli 

reallığı, obyektiv mövcudluğu, insan şüurundan asılı olmayan gerçəkliyi bildi-

rən ən ümumi fəlsəfi kateqoriyadır» (9, 120). Göründüyü kimi, burada varlıq 

sözün  qeyd  etdiyimiz  dar  mənasında  işlədilmişdir.  Prof.  Ağayar  Şükürovun 

«Fəlsəfə» dərsliyində də varlıq anlayışı sözün dar mənasında başa düşülərək, 

hətta  varlığa  həsr  olunmuş  bölmə  «Varlıq  maddi  reallıqdır»  başlığı  altında 

verilmişdir.  Həmin  bölmədə  deyilir:  «Hazırda  varlıq  fəlsəfi  kateqoriya  kimi 

bütün şey və hadisələrin əsasında durub real mövcud olan dünyanı ifadə edir. 

Başqa  sözlə  desək,  varlıq  təbiətdə  olan,  eləcə  də  kosmik,  həmçinin  insanın 

özünün yaratdığı şeyləri və hadisələri əhatə edir» (10, 285). 

Aydındır ki, maddi reallıq varlıq olsa da varlıq, ancaq maddi reallıq ol-

mayıb ondan daha genişdir; o, maddi reallıqdan başqa mənəvi reallığı da əhatə 

etməklə onların cəmi, vəhdəti kimi çıxış edir, yəni sözün geniş mənasında da 

işlədilir. Buna görə də dialektik materialist fəlsəfədə varlıq anlayışının, ancaq 

sözün  dar  mənasında  –  maddi  varlıq  kimi  işlədildiyi  haqqında  fikir  doğru 

deyildir.  Əslində  marksizm-leninizm  klassiklərinin  əsərlərində  varlıq,  reallıq 

anlayışlarının  sözün  geniş,  yəni  maddi  və  mənəvi  varlıqların  vəhdətini  ifadə 

edən,  ümumiyyətlə,  varlıq  kimi  işlədildiyinə  də  rast  gəlinir.  Məsələn,  mate-

riyaya şüura qarşı duran obyektiv reallığı ifadə edən kateqoriya kimi tərif verən 

V.İ.Lenin  başqa  bir  yerdə  yazmışdır:  «Əlbəttə,  materiya  isə  şüur  arasındakı 

əksliyin  də  yalnız  çox  məhdud  bir  sahə  daxilində  mütləq  əhəmiyyəti  vardır; 

burada onun əhəmiyyəti yalnız nəyi birinci və nəyi ikinci götürmək  kimi əsas 

qnoseologiya  məsələsi  dairəsindədir.  Bu  dairədən  kənarda  həmin  əksliyin 

nisbiliyi şübhəsizdir» (8, 158). Həmin hüduddan kənarda materiya və şüurun 

hər ikisi maddi və mənəvi varlığın vəhdəti olan varlıq anlayışı ilə əhatə olunur, 

yəni hər ikisi vardır, mövcuddur. Buna görə də bəzən ədəbiyyatda səhv olaraq 

yeridilən  belə  əsassız  fikirlə  razılaşmaq  olmaz  ki,  guya  marksizm-leninizm 

fəlsəfəsilə (XIX-XX əsrlərdə) varlıq maddi dünya ilə eyniləşdirilir. Bu isə bir 

daha  göstərir  ki,  varlıq  kimi  fundamental  fəlsəfi  anlayışdan  danışarkən  onun 

qeyd  etdiyimiz  geniş  mənasını  nəzərə  almadan  keçinmək  olmaz.  Odur  ki, 

ədəbiyyatda  mövcud  olan  belə  bir  fikirlə  razılaşmaq  olmaz  ki,  «…fəlsəfədə 

şüura münasibətdən kənarda varlıq anlayışı ola bilməz» (10, 44). 

Qeyd  etmək  lazımdır  ki,  sözün  dar  mənasında,  yəni  maddi  varlıq  kimi 

işlədilən varlıq da bəzən iddia edildiyi kimi, heç də materiya anlayışı ilə üst-

üstə düşmür. Çünki yalnız özlüyündə materiya deyil, eyni zamanda onun atri-

butları olan hərəkət, məkan və zaman, habelə əlaqə və münasibətləri də maddi 

olub obyektiv reallıqlar kimi mövcuddur, vardır. Buna görə, obyektiv reallıq və 

97 



maddi anlayışları eyni mənalı olub bir-biri və maddi varlıq anlayışı ilə üst-üstə 

düşürlər.  Deməli,  sözün  dar  mənasında  götürüldükdə  materiya  maddi  varlıq 

olsa da maddi varlıq yalnız materiya olmayıb, eyni zamanda onun mövcudluq 

üsulları, əlaqə və münasibətləri, yəni bütövlükdə maddi olandır. Deməli, artıq 

göstərdiyimiz kimi, Obyektiv reallıq (varlıq) materiya ilə deyil. maddi anlayışı 

ilə eyni mənalı olub bir-biri və maddi varlıq anlayışları ilə üst-üstə düşürlər (2, 

152-171). 

Varlıq  anlayışı  qeyd  etdiyimiz  dar  mənasından  başqa  geniş  mənasında, 

yəni  uydurulmamış,  həqiqətən  mövcud  olan  mənasında  da  işlədilir.  Bu  mə-

nasında varlıq mövcud olan hər şey olub təkcə obyektiv-real, yəni maddi olanı 

deyil, eyni zamanda subyektiv-

real, yəni ideal olanı, şüur hadisələrini – fikir-

ləri, müxtəlif psixi halları, və s. də əhatə edir, çünki onların hər ikisi mövcud-

dur. Deməli, varlığa maddi, obyektiv reallıqdan başqa mənəvi olan, subyektiv 

reallıq da daxildir, yəni maddi reallıqla yanaşı ən coşqun fantaziyanın, nağıl-

ların, əsatirlərin məhsulları, hətta xəstənin sayıqlamaları da mənəvi varlıq kimi 

mövcuddur.  Beləliklə,  varlıq,  yaxud  onunla  eynimənalı,  sinonim  olan  reallıq 

anlayışı həm maddi, həm də mənəvi olanı, yaxud obyektiv və subyektiv reallığı 

əhatə  etməklə  onların  vəhdəti  kimi  çıxış  edir.  Beləliklə,  bu  dünyanın  hər  iki 

sahəsi – həm təbiət, maddi aləm, həm də mənəvi şüur aləmi varlıq anlayışı ilə 

səciyyələndirilə  bilər;  lakin  onların  varlıq,  mövcudluq  üsulları  müxtəlifdir: 

fiziki,  maddi  aləm  obyektiv  surətdə,  insandan  xaricdə,  onun  iradəsindən  və 

şüurundan  asılı  olmadan  mövcuddur,  psixi  aləm,  şüur  aləmi  isə  subyektiv 

mövcud olub adamların, yarı-ayrı fərdlərin iradəsindən və arzularından asılıdır. 

Bu iki növ varlığın öz aralarında necə aləqələnməsi fəlsəfənin əsas məsələsi ilə 

bağlı  olub  fəlsəfə  tarixində  ayrı-ayrı  məktəblər  tərəfindən  müxtəlif  cür  həll 

edilmişdir. 

Varlıq haqqında dialektik-materialist fəlsəfədə həmin anlayışın yuxarıda 

bəhs  etdiyimiz  dar  mənası  ilə  yanaşı,  onun  geniş  mənasından  da  bəhs  olun-

muşdur.  Dünyanın  vəhdəti  məsələsindən  danışarkən  varlıq  anlayışının  dar 

mənasından  çıxış edərək dünyanın həqiqi vəhdətini onun maddiliyində görən 

F.Engels  həmin  vəhdəti  dünyanın  varlığında,  mövcudluğunda  görən  alman 

fi

losofu Y.Dürinqi tənqid edərək yazmışdı: «Biz varlıqdan və yalnız varlıqdan 



bəhs etdikdə vəhdət (dünyanın vəhdəti – K.V.), ancaq ondan ibarət ola bilər ki, 

haqqında  bəhs  edilən  bütün  şeylər  vardır,  mövcuddur»!  (13,  41).  Dünyanın 

vəhdətindən bəhs edərkən varlıq anlayışının dar  mənasından çıxış edərək hə-

min  vəhdəti  düzgün  olaraq  dünyanın  maddiliyində  görən  F.Engels  varlıq 

anlayışının geniş mənasında nəzərə almamışdır.  

Alman filosofu Y.Dürinq dünyanın vəhdətindən bəhs edərkən çox güman 

ki, varlığın geniş mənasından çıxş etmişdir. Buna görə o, dünyanın həqiqi vəh-

dətinin onun varlığında olduğunu bildirmişdir. Bu zaman nəzərdə tutulmuşdur 

ki, varlığın əsas növləri olan maddi və mənəvi dünyanın çox rəngarəng müx-

təlifliklərini bir-birilə bağlayan ümumi cəhəti onların var, mövcud olmalarıdır. 

Engels  isə  varlıqdan  bəhs  edərkən  maddi  dünyanı  nəzərdə  tutaraq  dünyanın 

98 



vəhdətini onun mövcudluğunda, varlığında görən Dürinqin baxışlarının düzgün 

olmadığını göstərmişdir. F.Engelsə  görə, dünyanın mövcudluğu onun vəhdəti 

üçün ilk şərt olsa da (çünki dünya vəhdət təşkil etməmişdən əvvəl mövcud ol-

ma

lıdır)  həmin  vəhdəti  mövcudluqdan  (burada  mövcudluq  sözün  dar  mə-



nasında işlədilmişdir) çıxarmaq olmaz. Çünki yalnız obyektiv reallıq olan mad-

di varlıq deyil, artıq qeyd etdiyimiz kimi, subyektiv reallıq olan şüur – mənəvi 

varlıq da mövcuddur. Bu mənada götürüldükdə dünyanın vəhdəti məhz onun 

maddiliyindədir. Əgər burada varlıq anlayışı sözün dar, yəni materiya, maddi 

mənasında işlədilsəydi, onda dünyanın vəhdəti məhz onun varlığında olardı və 

Engels Dürinqi tənqid etməzdi. 

Fəlsəfi  ontologiyada  mövcud  olub  insanın  dünyada  öz  yerini  müəyyən-

ləşdirməsi,  mövcudluğunun  mahiyyətini  və  mənasını  başa  düşməsi  üçün  mü-

hüm  olan  varlıq  haqqında  bəhs  etdiklərimizdən  aydın  olur  ki,  mövcud  olub 

getdikcə  daha  yaxşı  yaşamaq  uğrundakı  mübarizənin  gedişində  insana  real 

aləmin mürəkkəbliklərindən, rəngarəngliyindən, real hadisə və proseslərindən 

baş  çıxarmağa  imkan  verən  anlayışlar  sistemində  «varlıq»  anlayışı  və  ona 

yaxın  olub  çox  zaman  sinonimlər  kimi  işlədilən  «gerçəklik»,  «reallıq»  anla-

yışları xüsusi yer tutur. Fəlsəfədə ən geniş olan varlıq anlayışının mənasını və 

əhəmiyyətini  dərk  etməkdən,  onu  fundamental  fəlsəfi  kateqoriya  kimi  səciy-

yələndirməkdən  ötrü  gerçəklik  və  reallıq  anlayışlarını  da  nəzərdən  keçirmək 

lazımdır.  Bu  ona  görə  lazımdır  ki,  proses  və  hadisələrin  ümumi  xarakteris-

tikasının  ifadəsi  olmaq  etibarilə  varlıq  anlayışının  məzmunu  məhz  həmin 

anlayışlar vasitəsilə konkretləşdirilir. 

Mövcudluq mənasında işlədilən gerçəklik keçmişdə, indi mövcud olan və 

gələcəkdə  də  mövcud  olacaq  bütün  şeylərin,  proseslərin,  hadisələrin,  halların 

məcmusudur.  Təbiətdə  mövcud  olan  şeylər,  hadisələr,  proseslər,  cəmiyyətdə 

dövlət  sistemləri,  siyasi  təsisatlar,  insanların  davranışları,  şəxsi  həyəcanları, 

fi

kirləri, ideyaları və s. gerçəkliyin ayrı-ayrı fraqmentləridir. 



Varlıq  haqqında  dialektik-materialist  fəlsəfədə  həmin  anlayışının  yuxa-

rıda bəhs etdiyimiz dar mənası ilə yanaşı onun geniş mənasından da bəhs olun-

muşdur.  Dünyanın  vəhdəti  məsələsindən  danışarkən  varlıq  anlayışının  dar 

mənasından çıxış edərək dünyanın həqiqi vəhdətini onun maddiliyində  görən 

F.Engels  həmin  vəhdəti  dunyanın  varlığında,  mövcudluğunda  görən  alman 

filosofu J.Dürinqi tənqid edərək yazmışdı: «Biz varlıqdan və yalnız varlıqdan 

bəhs etdikdə vəhdət (dünyanın vəhdəti – K.V.), ancaq ondan ibarət ola bilər ki, 

haqqında bəhs edilən bütün şeylər vardır, mövcuddur» (13, 41). Dünyanın vəh-

dətindən  bəhs  edərkən  varlıq  anlayışının  dar  mənasından  çıxış  edərək  həmin 

vəhdəti  düzgün  olaraq  dünyanın  maddiliyində  görən  F.Engels  varlıq  anla-

yışının geniş mənasını nəzərə almamışdır. 

Alman  filosofu J.Dürinq dünyanın vəhdətindən bəhs  edərkən çox güman 

ki, varlığın geniş mənasından çıxış etmişdir. Buna görə o, dünyanın həqiqi vəh-

dətinin  onun  varlığında  olduğunu  bildirmişdir.  Bu  zaman  nəzərdə  tutulmuşdur 

ki,  varlığın  əsas  növləri  olan  maddi  və  mənəvi  dünyanın  çox  rəngarəng 

99 



müxtəlifliklərini  bir-birilə  bağlayan  ümumi  cəhəti  onların  var,  mövcud  olma-

larıdır. Engels isə varlıqdan bəhs edərkən maddi dünyanı nəzərdə tutaraq dün-

yanın  vəhdətini  onun  mövcudluğunda,  varlığında  görən  Dürinqin  baxışlarının 

düzgün  olmadığını  göstərmişdir.  F.Engelsə  görə,  dünyanın  mövcudluğu  onun 

vəhdəti üçün ilk şərt olsa da (çünki dünya vəhdət təşkil etməmişdən əvvəl möv-

cud  olmalıdır),  həmin  vəhdəti  mövcudluqdan  (burada  mövcudluq  sözün  dar 

mənasında  işlədilmişdir)  çıxarmaq  olmaz.  Çünki  yalnız  obyektiv  reallıq  olan 

maddi varlıq deyil, artıq qeyd etdiyimiz kimi, subyektiv reallıq olan şüur dün-

yanın vəhdəti məhz onun maddiliyindədir. Əgər burada varlıq anlayışı sözün dar, 

yəni materiya maddi mənasında işlədilsəydi onda dünyanın vəhdəti məhz onun 

varlığında olardı və Engels Dürinqi tənqid etməzdi. 

Gerçəkliyə daxil olan hadisələrin sürəkliyi olduqca müxtəlifdir, buna görə 

də gerçəklikdə daim yeni-yeni hadisələr meydana gəlir, təşəkkül tapır, mövcud 

olur və məhv olurlar. 

Reallıq  anlayışının  gerçəklik  anlayışının  sinonimi  kimi  eyni  mənada 

işlədildiyinə də rast gəlinir. «Reallıq» («real») və «gerçəklik» («gerçək olan») 

anlayışının  münasibətinin  diqqətli  təhlili  və  onların  məzmununun  müqayisəsi 

aydın göstərir ki, bəzən eynimənalı kimi işlədilsələr də onlar məzmunca müx-

təlif genişliyə malik olub fərqlənirlər. Belə ki, əvvəla, gerçəklik özü iki mənada 

– 

bir  «mövcud  olan»  («mövcudluq»)  mənasında,  bir  də  artıq  həyata  keçmiş, 



realizə  olunmuş  imkan  mənasında  işlədilir.  Məsələn,  M.A.Parnyuk  yazır: 

«Gerçəklik kateqoriyasında bütün maddi dünya, şeylərin və hadisələrin bütün 

məcmusu  deyil,  bütün  mövcud  olanlar  deyil,  yalnız  müəyyən  imkanların 

həyata keçməsi olan müəyyən şeylər əks etdirilir» (14, 117). Özünün imkan və 

gerçəklik  kateqoriyalarının  münasibəti  baxımından  dürüst  olmayan  birinci 

(«mövcudluq») mənasında gerçəklik «reallıq» anlayışı ilə üst-üstə düşür, yəni 

həm  obyektiv,  həm  də  subyektiv  reallığı  əhatə  edir,  bu  iki  əksliyin  dialektik 

vəhdəti  kimi  çıxış  edir.  Bu  halda  o,  həm  imkan  şəklində  olan  reallığı  (real 

imkanı),  həm  də  imkan  halından  çıxaraq  artıq  gerçəkliyə  çevrilmiş  imkan 

mənasında reallığı əhatə edir. 

Deməli,  özünün  ikinci  mənasında,  yəni  artıq  həyata  keçmiş  imkan  mə-

nasında işlədilən «gerçəklik», geniş mənasında işlədilən gerçəklik anlayışından 

dar  məzmuna  malikdir;  belə  ki,  hələ  gerçəkliyə  çevrilməmiş  imkan  halında 

olan gerçəklik ondan kənarda qalır. Bu halda «reallıq» anlayışının daha geniş 

olduğu  aydın  nəzərə  çarpır.  Belə  ki,  o,  özünün  subyektiv  qolu  hələ  bir  yana 

qalsın, «obyektiv reallıq» qolu, xətti ilə «gerçəklikdən» daha geniş olub artıq 

həyata  keçmiş,  gerçəkliyə  çevrilmiş  imkandan  (gerçəklikdən)  başqa  hələ 

gerçəkliyə çevrilməmiş imkanı da əhatə edir. Çünki real adlandırılan imkanın 

özü də predmet və hadisələrin daxili təbiətindən və qanunauyğun inkişafından 

irəli  gəldiyinə  görə,  insanın  uydurması  olmayıb  obyektiv  surətdə,  həqiqətən 

mövcuddur, yəni realdır, həm də obyektiv realdır. Məsələn, virtual hissəciklər, 

proseslər, hissəciklərə potensial halda xas olan korpuskulyar və dalğa xassələri 

100 



imkan  şəklində  mövcud  olub,  yalnız  müəyyən  şəraitdə  realizə  olunan, 

gerçəkliyə çevrilən obyektiv reallıqlardır. 

Buradan da, 

virtual  hissəciklər  realdırmı?  –  sualını  verərkən  nəzərdə 

tutmaq lazımdır ki, onlar obyektiv realdırlar. Lakin bu reallıq gerçəkliklə eyni 

mənalı  reallıq  olmayıb,  ondan  daha  geniş  –  həm  gerçəkliyi,  həm  də  imkanı 

özünə daxil edən mənada («mövcudluq»,  «reallıq» mənasında) realdır. Başqa 

sözlə, virtual hissəciklər qeyd etdiyimiz dar (həyata keçmiş imkan) mənasında 

gerçək olan reallıqlar deyil, imkan halında olan reallıqlardır;  yalnız müəyyən 

şəraitdə onlar imkan halından çıxaraq gerçəkliyə çevrilirlər. Eynilə elementar 

hissəciyə potensial halda xas olan korpuskulyar və dalğa xassələri də müəyyən 

şəraitdə gerçəkliyə çevrilir, o, şəraitdən asılı olaraq, həmin xassələrindən bu və 

ya  başqasını,  bəzən  də  hər  ikisini  aşkara  çıxarır,  yəni  həmin  xassələr  imkan 

halından çıxaraq gerçəkliyə çevrilirlər. 

«Gerçəklik» («gerçək olan») anlayışı qeyd etdiymizdən başqa bir də həqi-

qətən,  real  mövcud  olan  («mövcudluq»)  mənasında  işlədilir.  Məsələn,  «ob-

yektiv gerçəklik», «subyektiv gerçəklik» kimi anlayışlara rast gəlinir. Bu halda 

gerçəklik,  yuxarıda qeyd etdiyimiz kimi, özünün geniş mənasında reallıq an-

layışı  ilə,  «obyektiv  gerçəklik»  və  «subyektiv  gerçəklik»  anlayışları  isə  mü-

vafiq olaraq «obyektiv reallıq» və «subyektiv reallıq» anlayışları ilə eynimənalı 

olub üst-

üstə düşürlər. Bəzən də «real mövcudluq» anlayışı «obyektiv reallıq» 

anlayışı ilə eyniləşdirilir. Halbuki «real» və «obyektiv» olanlar qeyd etdiyimiz 

kimi, eyni hüquqlu, məzmunlu anlayışlar deyildir. Belə ki, yenə yuxarıda gös-

tərdiyimiz  kimi, subyektin duyğuları, anlayışları, fikirləri, düşüncələri, şüuru, 

bir  sözlə,  ideal  olanlar  real  mövcuddurlar,  lakin  bu  obyektiv  mövcudluq 

(reallıq) olmayıb, subyektiv mövcudluqdur (reallıqdır). 

Reallıq latınca «res» sözündən əmələ gəlib «şey», «predmet» deməkdir. 

lakin «şey» anlayışı birmənalı deyildir. Həmin məfhum altında həm müəyyən 

məkan daxilində və zaman etibarilə mövcud olan maddi predmetlər, hadisəlr, 

həm  də  onların  insan  beynində  obyektiv  aləmin  subyektiv  obrazları  kimi 

mövcud olan anlayışlar, nəzəriyyələr, təsəvvürlər və s. nəzərdə tutulur. Bu  hal-

da reallıq anlayışı özünün qeyd etdiyimiz geniş  mənasını kəsb edərək  «möv-

cudluq»  anlayışına  keçir  və  obyektiv  və  subyektiv  reallıqların  vəhdəti  kimi 

çıxış  edir.  Çünki  mövcudluq  xassəsi  yalnız  obyektiv  (maddi)  aləmin  özünə 

deyil, habelə onun insan beynində müəyyən şəkildə inikası olan ideal formalara 

da  aiddir.  Deməli,  reallıq  anlayışı  özünün  geniş  mənasında  «mövcudluq» 

anlayışı ilə üst-üstə düşür. Bu baxımdan bina da mövcuddur, bina qavrayışı da, 

təyyarə  də  mövcuddur,  təyyarə  qavrayışı  da,  zərrəcik  də  mövcuddur,  maddi 

nöqtə də, billiard şarı da mövcuddur, ideal şar da, materiya da mövcuddur, şüur 

da, çünki onların hamısı sözün geniş mənasında realdır. 

Göründüyü  kimi,  reallıq  anlayışı  çox  geniş  olub  obyektiv  və  subyektiv 

reallıqları  əhatə  edir.  Obyektiv  reallıq  anlayışı  insan  şüurundan  xaricdə  və 

ondan asılı olmadan mövcud olan hər şeyi ifadə edir, dünyadakı bütün şeylər, 

onların növləri və halları, hadisələr, proseslər – kvarklar, elementar hissəciklər, 

101 



nüvə, atom, molekul, cisimlər, planetlər, ulduzlar, Qalaktikalar, Metaqalaktika, 

fiziki  sahənin  müxtəlif  növləri,  vakuum,  ictimai  münasibətlər  və  b.  obyektiv 

reallığın ayrı-ayrı ünsürləridir. 

İnsan  şüurunda,  insan  təfəkküründə  və  təxəyyülündə  mövcud  olan  ger-

çəklik isə subyektiv reallıqdır. Subyektiv reallıq insan fəaliyyətinin, daha doğ-

rusu,  insan  beyninin  məhsuludur.  Beynin  fəaliyyətinin  məhsulu  olan  fikirlər, 

anlayışlar,  mülahizələr,  obrazlar,  elmi  və  qeyri-elmi  biliklər  də  reallıq  olub 

fəlsəfədə  deyildiyi  kimi,  subyektiv  reallığı  təşkil  edirlər.  Şifahi  xalq  yaradı-

cılığında, folklorda geniş işlədiylən cin, şeytan, pəri, div, əjdaha, yaxud elmi-

fantastik  əsərlərdə  təsvir  olunan  müəyyən  hadisələr  haqqında  düşüncələr 

obyektiv reallıqda deyil, şüurumuzda, təxəyyülümüzdə mövcud olan subyektiv 

reallıqlardır. Obyektiv və subyektiv reallıqlar müxtəlif olsalar da bir-birləri ilə 

bağlıdır.  Məsələn,  haqqında  bilib-bilməməyimizdən  asılı  olmayaraq  təbiətdə 

radioaktiv  elementlər,  onların  təbii  parçalanması  sayəsində  böyük  miqdarda 

enerji ayrılması mövcuddur. Bu obyektiv reallıqdan fərqli olaraq nüvə fizikası 

üzrə  alimin  başında  radioaktivlik,  nüvə  reaksiyaları  və  bu  prosesdə  enerji 

ayrılması  haqqında,  süni  radioaktivlik,  onu  həyata  keçirməyi  mümkün  edən 

fiziki-


kimyəvi və texnoloji proseslər haqqında biliklər də olur. Bu biliklər isə 

insan  başında  subyektiv  reallıq  kimi  mövcuddur.  İnsan  şüurundan  xaricdə 

mövcud  olan  obyektiv  reallıq  və  onun  məhsulu  kimi,  ancaq  insan  başında 

mövcud olan subyektiv reallıq ciddi surətdə fərqlənsələr də möhkəm vəhdətdə 

və  əlaqədə  olub  bir-birlərinə  qarşılıqlı  təsir  göstərirlər.  Belə  ki,  subyektiv 

reallıq  obyektiv  reallıq  tərəfindən  törədilir  və  eyni  zamanda  onu  törədən 

obyektiv  reallığa  fəal  əks  təsir  göstərir.  Məhz  bu  mənada  deyilmişdir  ki, 

insanın şüuru obyektiv dünyanı nəinki əks etdirir, həm də onu yaradır. 

Mövcudluq üsuluna görə obyektiv reallıqdan fərqlənən subyektiv reallıq 

müəyyən şəkildə obyektiv reallıqla bağlıdır, yəni onun ideal inikasıdır. Lakin 

bu bağlılıq heç də o demək deyildir ki, subyektiv reallıqdan istifadə etməklə 

ond


an hər hansı obyektiv, maddi reallıq yaratmaq olar. Məsələn, fikirlərdə və 

obrazlarda, elmi biliklərdə və bədii ideyalarda ifadə olunan subyektiv reallıq-

dan  istifadə  etməklə  divar  hörmək,  körpü  tikmək,  maşın,  təyyarə,  kompüter 

düzəltmək  olmaz.  Lakin  fikir,  obrazlar,  hiss,  istək,  ideya  insanı  müəyyən 

istiqamətdə hərəkət etməyə, iş görməyə təhrik edə bilər. Məhz onda insan əlinə 

balta, mişar götürüb ağacı kəsə, yaxud müəyyən alət və dəzgahlardan istifadə  

etməklə  maşın,  kompüter  və  s.  düzəldə  bilər.  Bu  o  deməkdir  ki,  insan  şüu-

rundan  xaricdə  olan  obyektiv  reallıq  və  onun  məhsulu  kimi,  ancaq insan 

başında mövcud olan subyektiv reallıq ciddi surətdə fərqlənsələr də  ayrılmaz 

vəhdətdə  və  əlaqədə  olub  qarşılıqlı  təsir  göstərirlər.  Obyektiv  və  subyektiv 

reallığın    bu  vəhdəti  və  əlaqəsi  öz  ifadəsini  varlıq  kateqoriyasında  tapır.  Bu 

vəhdətdə  özünün  qəlbi  və  ağlı,  həyəcanları,  ehtirasları,  şəxsi  arzuları,  məq-

sədləri, səhvləri və nailiyyətləri, xeyirxahlığı və amansızlığı ilə döyüşçü, fəhlə, 

biznesmen,  ziyalı,  alim,  sənətkar  və  b.  kimi  fəaliyyət  göstərən  insan  mühüm 

yer tutur. O, bir tərəfdən, obyektiv reallığın inkişafının məhsulu, digər tərəfdən 

102 



isə subyektiv reallığın – xülyalar, kəşflər və ixtiralar, fantaziyalar aləminin ya-

radıcısıdır. Deməli, insan obyektiv və subyektiv reallığın kəsişdiyi, onları bir-

birilə  bağlayan  nöqtə  və  bu  mənada  varlığın  mərkəzidir.  Bununla  da  insan 

obyektiv və subyektiv reallığın vəhdətinin ən bariz ifadəsi kimi çıxış edir.  

Varlıq  anlayışı,  onun  müxtəlif  növləri  ilə  tanış  olduqdan  sonra  varlıq 

kateqoriyasının fəlsəfədə yerini və əhəmiyyətini açmaq olar. 

Artıq qeyd etdiyimiz kimi, fəlsəfi dünyagörüşünün əsasında duran «var-

lıq» onun fundamental kateqoriyasıdır. Varlığın anlaşılmasındakı ilk addımlar  

sonrakı  kateqorial  təhlil  üçün  bir  növ  tramplin  xidmətini  görür.  Həmin 

kateqoriyanın köməyilə  dünyanın mövcudluğu haqqında məsələnin məzmunu 

açılır: a) dünya vardır və o, sonsuz və keçici olmayan tam kimi mövcuddur; b) 

varlığı  əmələ  gətirən  maddi  və  mənəvi  olan,  fərdlər  və  cəmiyyət  başqa  for-

ma

larda olsalar da eyni dərəcədə mövcuddurlar; onların bu mövcudluğu dün-



yanın vəhdətinin şərtidir; c) dünya özünün mövcudluq formalarının müxtəlif-

liyində şüurdan və konkret fərdlərdən, insan nəsillərindən əvvəl gələn məcmu 

reallığı əmələ gətirir. 

Yuxarıda bəhs etdiklərimiz aydın göstərir ki, fəlsəfədə mühüm yer tutan 

varlıq anlayışı mürəkkəb və kompleks məzmunludur. Onun məzmunu üzərində 

düşünərkən müəyyən çətinliklər meydana çıxa bilər. Bu belə bir hal ilə bağlıdır 

ki,  adi  həyatda  biz  insanın,  yaxud  hər  hansı  şeyin  necəliyini,  ancaq onun 

konkret xassələri vasitəsilə bildiyimiz halda, varlığın nə olduğunu bilməkdən 

ötrü konkret və hətta ümumi xassələrdən sərfnəzər etməli oluruq. İlk baxışda 

bu tamamilə aydın görünsə də biz varlıq haqqında konkret şeylər haqqındakı 

kimi danışa və ya deyə bilmərik ki, varlıq böyük, yaxud kiçikdir, bərk, yaxud 

yum


şaqdır, ağ, yaxud qaradır, acı, yaxud şirindir və s. Varlıq haqqında düşün-

cələrimizdə biz ayrı-ayrı predmetlərdən, onların konkret əlamətlərindən, halla-

rından,  xassələrindən,  kəmiyyət  və  keyfiyyət  xarakteristikalarından  sərfnəzər 

edərək  onların  ümumi,  yəni  əslində  hər  şeyi  birləşdirən  dünya  əlaqəsini  ax-

tarırıq. Bu axtarışların nəticəsini «varlıq», həmçinin ona yaxın olan mövcudluq

reallıq, gerçəklik və başqa kateqoriyaların köməyilə fəlsəfə təsvir edir. 



 

ƏDƏBİYYAT

 

1.   


Azərbaycan Sovet Ensiklopediyası. 11 cild. Bakı: Azərnəşr, 1978, 592 s. 

2.  


Kərimov  V.M.  Fəlsəfədə  və  təbiətşünaslıqda  varlıq  və  materiya  problemi.  Bakı:  Təhsil 

NPM, 2003, 486 s. 

3.  

Kərimov V.M. Qədim fəlsəfədə varlıq problemi // Bakı Universitetinin хябярляри. Sosial-



siyasi elmlər seriyası, 2001, №1, 118-132 s. 

4.  


Kərimov  V.M.Orta  əsrlər  fəlsəfəsində  varlıq  problemi  //  Bakı  Universitetinin  хябярляри. 

Sosial-


siyasi elmlər seriyası, 2008, №2, s. 111-121. 

5.  


Kərimov V.M. Yeni dövr fəlsəfəsində varlıq problemi. // Bakı Universitetinin хябярляри. 

Sosial-


siyasi elmlər seriyası, 2002, №1, s.85-98. 

6.  


Kərimov  V.M.  Varlıq  haqqında  təlimin  mahiyyəti.  //  Bakı  Universitetinin  хябярляри. 

Sosial-


siyasi elmlər seriyası, 2010, №1, s.91-106. 

7.  


Лебедев  С.А.  Научная  картина  мира  в  ее  развитии  //  Вестник  Московского  Уни-

верситета. Серия философия, 2012, №3. 

103 



8.   Lenin V.

İ. Materializm və empiriokritisizm. ƏTK, XVIII c. Bakı: Azərnəşr, 1979, 520 s. 

9.   Maqsud 

Fərhadoğlu. Fəlsəfənin əsasları. II nəşr. Bakı: Nurlan, 2002. 392 s. 

10.  

Копник П.В. Философские идеи В.И.Ленина и логика. М.: Наука, 1969, 483 с. 



11.  

Marks K., Engels F. Seçilmiş əsərləri, 2 cilddə, I c. Bakı: Azərnəşr, 1953, 674 s. 

12.  Marks K., Engels F. Seçi

lmiş əsərləri. 3 cilddə, III c. Bakı: Azərnəşr, 1983, 607 s. 

13.  Engels F. Anti-Dürinq. 

Bakı: Azərnəşr, 1953, 379 s. 

14.  

Парнюк  М.А.  Принцип  детерминизма  в  системе  материалистической  диалектики. 



Киев: Наукова Думка, 1972, 356 с. 

15.  


Солодухо Н.М. Бытие и небытие как предельные основания мира // «Вопросы фило-

софии». 2001. №6. 

16.  

Философия. Учебное пособие. Ростов-на-Дону: Феникс, 1998, 573 с. 



17.  

Философская энциклопедия. Т.1, М.: Просвещение, 1960, 504 с. 

18.  

Философский  энциклопедический словарь. М.: Советская энциклопедия, 1989, 573 с. 



19.  

Şükürov A.Q. Fəlsəfə. Dərslik. Bakı: Adiloğlu, 2002. 490 s. 



 

К ВОПРОСУ О ПОНЯТИИ БЫТИЕ  

 

В.М.КЕРИМОВ 

 

РЕЗЮМЕ 

 

В статье рассматривается понятие бытие, ее взаимосвязи с понятием  «небытие», 

выдвигается и обосновывается положения о том, что «ничто» или «небытие» не является 

абсолютным «ничто» и «небытие», а является бытием последного, что любое «нечто» в 

процессе развития имеет своего «бытие» также «небытие» и существует как их единства. 

Показывается, что понятия «небытие» или «ничто» следует понимат не абсолютном, а в 

относительном смысле, т.е. как отсутвие какого-то бытия. Также раскрывается широкий 

и узкий смысль, бытия и «реальности», а также соотношения понятий «материя», «мате-

риальное»,  «существование»,  «реальность»,  «объективная  реальность»,  «субъективная 

реальность» действительность». 



 

Ключевые  слова:  бытие,  реальность,  материя,  материальное,  существование, 

действительность. 

 

 

ON THE CONCEPSION OF EXISTENCE 



 

V.M.KARIMOV 

 

SUMMARY 

 

The conception of “exitence”, its realitions with conseptions of  “nonexistence”, “noth-

ing” are reviewed in the article. Also the narrow and wide meanings of the conception of the 

“existece” and “reality” that are used as synonyms the relations of conceptions of “substance”, 

“material”, “availability”, “reality” are disclosed. 

 

Key words: existence, reality, substance, material, availability 



104 

Yüklə 120,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə