Baki universitetiNİn xəBƏRLƏRİ №3 T



Yüklə 153,29 Kb.
Pdf görüntüsü
tarix11.04.2018
ölçüsü153,29 Kb.
#36897


 

BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№3    

 

T

əbiət elmləri seriyası 

 

 

2015 

 

 

 

UOT 553.3/4 

 

ÇOVDAR F

İLİZ SAHƏSİNİN GEOLOJİ QURULUŞUNUN 

ÖZƏLLİKLƏRİ VƏ FİLİZLƏŞMƏNİN YERLƏŞMƏ 

QANUNAUYĞUNLUQLARI 

 

Ş.C.MUSAYEV*, Ş.F.ABDULLAYEVA**

 

          Azerbaijan International Mineral Resource Operating Company LTD* 



Bakı Dövlət Universiteti**  

shax52@mail.ru, sahkla.a@gmail.com 

 

Çovdar filiz sah

əsinin  tektonik  quruluşunun  ən önəmli xüsusiyyətlərindən  biri,  onun  

nüvə  hissəsinin  şimal-şərq istiqamətli xətti ekstruziyalar və  lokal vulkan-boğaz  tipli struk-

turlardan ibarət olan, ikinci dərəcəli günbəzvari bloklarla təmsil olunmasıdır. Filizyerləşdirən 



xurlar riolit və riodasitlərin effuziv, eksploziv, ekstruziv və boğaz fasiyalarından ibarət olub, 

sənaye əhəmiyyətli filiz toplumları boğaz tipli vulkanik strukturalarda təmərküzləşərək, onlarla 

n

əzarət olunurlar. Şaquli və horizontal zonallıq müşahidə olunur. Lateral istiqamətdə vulkanın 

boğazının özək hissəsində eruptiv brekçiyalarda qızıl filizləşməsi daha zəngin, kənarlara doğru 

brekçiyavari pemza v

ə  pelit  materialları  ilə  doldurulmuş,  zolaqlı  teksturalı  kvarsitlərdə  nis-

b

ətən azalır. Şaquli müstəvidə yuxarıdan aşağıya pirit minerallaşması xalkopirit-pirit-qalenit-

sfalerit minerallaşması ilə əvəz olunur. 

 

Açar sözl

ər: Çovdar filiz sahəsi, filizləşmə, şaquli və horizontal zonallıq 

 

1.Filiz sah

əsinin regional geoloji mövqeyi 

Müasir geotektonik baxışlara uyğun olaraq, Qafqazın fanerezoyda geoloji 

inkişaf tarixi müvafiq olaraq Paleo-, Mezo- və Neotetis okeanlarının aktiv kon-

tinental  k

ənarlarının  ardıcıl inkişafı kimi çözülür (M.Rüstəmov-2005, A.İsma-

yılzadə,  F.Əhmədbəyli, T.Kəngərli-2002). Lakin son illər,  Ş.Adamiyanin 

(2007),  İ.Qamkrelidzenin (2007) bəzi işlərində  Şərqi Aralıq dənizinin inkişaf 

tarixi terreyn analizi 

əsasında baxılması təklif olunur (şəkil 1). Klassik təyinata 

gör


ə  (Stampfli,  2002), terreyn, yaxud tektono-stratiqrafik ekzotik blok-kom-

pleks dedikd

ə  dərinlik  qırılmaları  ilə  məhdudlaşmış,  yanaşı  bloklardan  fərq-

l

ənən və avtonom geoloji inkişafla səciyələnən regional miqyaslı geoloji əmə-



l

əgəlmə  nəzərdə  tutulur.  Əldə  olunan məlumatlara görə  Şərqi  Aralıq  dənizi 

qurşağı 5 belə terreynlərdən ibarət olub.     

Paleozoy, Mezozoy v

ə erkən Kaynozoy dövrlərində terreynlər-okeanlar, 

müvafiq olaraq Proto-, Paleo-, Mezo- v

ə Neotetis daxilində müxtəlif istiqamətli 

yerd


əyişmələrə  məruz  qalmış  və  tədricən  Şərqi Avropa plitəsinin  kənarına 

122 



 

yapışmışlar. Bu region üçün destruktiv faza hesab olunan yura dövründə Mər-

k

əzi Anadolu-İran və Cənubi Qafqaz bloklarının (mikrokontinentlərin) sərhəd-



l

ərində  yeni  rift  strukturalarının  əsasları  qoyulub.  Sonralar,  gecalp  orogenezi 

(neogen-pliosen) müdd

ətində  terreynlər  intensiv  deformasiyaya  uğramışlar. 

Ümumiyy

ətlə,  geoloji  inkişaf  tarixinin  bütün  mərhələlərində  regionun  şimal 



s

ərhədi aktiv, cənub sərhədi isə passiv olmuşdur. 

 

 

Şək. 1.  Aralıq dənizi qırışıqlıq zonasının şərq hissəsinin tektonik quruluşu (İ.P.Qamkrelidze) 



 Tektonik strukturlar:  DK-kembriy

əqədər,ПМ-Paleozoy–mezozoy,MK Mezokaynozoy. Litoge-

nez şəraitlər:1-kənar dəniz,2-adalqövs, 3-mikrokontinent,4-aktiv kontinental kənar. 

 

Yura dövründ



ə  əsası  qoyulmuş  Goyçə-Əkərə  rift  zonasının  (Benyof  zo-

nası) simal sərhədi boyu güclü andezit vulkanizmi kompleksinin formalaşması 

il

ə müşayiət olunan yeni əmələ gələn litosfer plitəsinin gömülməsi baş verir. Bu 



proses, gömül

ən  Benyof  zonası  üzərində  Şərqi Pontun Orta Alp struktur mər-

t

əbəsini də  əhatə  edən yeni Cənubi Qafqaz kontinental blokunun yaranmasına 



g

ətirib  çıxarır.  Müasir  relyefdə  yeni  yaranmış  mikrokontinent  əsasən, diferen-

siyalanmış andezit vulkanizmindən və qranit plutonlarından ibarət olan Somxit-

Qarabağ / daha geniş məkanda Çorox-Kiçik Qafqaz adaqövsünü təşkil edir. 

Somxit-

Qarabağ Alp qırışıqlıq meqastrukturunun ən böyük strukturların-



dan biri olub, Araz çayı vadisindən başlayaraq şimal-qərb istiqamətdə qövsvari 

şəkildə 800-1000 km uzanaraq Ləlvər dağlarından qərbdə Cavax-Ərdahan yay-

lasında  dördüncü  dövr  effuzivləri ilə  örtülür və cənub-qərbdə, Türkiyə  ərazi-

sind


ə Şərqi Pont/Artvin-Çorux sisteminin ön hissəsini təşkil edən Çorux çayı 

hövz


əsində yenidən yer səthinə çıxır. Adaqövsün formalaşması mezozoy döv-

rünün 


əvvəlinə  təsadüf edir.  Bu dövrdə  artıq  palezoyda  stabilləşmiş  Cənubi 

Qafqaz aralıq massivinin cənub kəndarı boyu dartılma deformasiyası rejimində  

okenik qabıqlı rift zonası əmələ gəlib. Bütün mezozoy dövründə yeni yaranmış 

mikro okenik plit

ənin  şimal  hissəsi  subduksiyaya  uğrayaraq,  Benyof  zonası 

123 



 

boyu gömülm

əsi baş verir. Bu plitənin müasir errozion kəsilişdəki relikti Göy-

ç

ə-Əkərə zonasıdır. 



Yura dövründ

ən başlayaraq gec tabaşirə qədər gömülən Somxit-Qarabağ  

strukturası üzərində, onun uzanması istiqamətinə paralel ardıcıl fəaliyyət gös-

t

ərən səciyyəvi andezit vulkanlar zənciri (Tvalçrelidze G., 1977), başqa sözlə 



tipik adalar qövsü yaran

ıb. Sistemin mobil fəaliyyəti şəraitində, gömülən Ben-

yof zonasının üzərində maqmatik ocaqlar cənubdan şimala miqrasiya olunaraq 

geniş çeşidli mezozoy vulkan-pluton kompleksi yaradıblar.  

Metallogenik baxımdan adaqövsün ilkin subduksiya mərhələsində maq-

matik f


əaliyyətin filizlilik məhsuldarlığında kolçedan əmələgəlmələri üstünlük 

t

əşkil edir. Kolçedan filizlər «ailəsi» bir-birini məkanda və zamanda əvəz edən 



kükürd-,  mis- 

kolçedanı,  enargit-mis, kolçedan-polimetal, barit-polimetal, he-

matit-

silisium  filiz formasiyalarından ibarətdir. 



Əgər adaqövsün inkişafının ilkin subduksiya mərhələsində - aşağı və orta 

yura dövründ

ə tektonik rejimdə dartılma deformasiyası üstünlük təşkil edirdisə, 

gec yurada vulkanomik, karbonat v

ə  qismən  rifogen  fasiyaların  formalaşdığı 

hövz


ələrdə tektonik rejim müsbət işarə ilə əvəzlənib. Artıq, kimmeric dövrü-

nün sonunda qalxmalarla müşayiət olunan sıxılma prosesləri başlayaraq, ada-

qövsün «yetgin» - sinsubduksiya m

ərhələsinin filiz-maqmatik komplekslərinin 

əmələ gəlməsi ilə nəticələnib. Bu şəraitdə qabbro-diorit-qranodiorit formasiya-

lar  kompleksi  yaranıb  və  adaqovsün mərkəz xətti boyu inkişaf  edən  Şnox-

Koxb,  Mehmana, 

Daşkəsən, Cəyirçay,  Zurnabad,  Gədəbəy və  s. intruzivlərlə 

t

əmsil olunublar. 



Metallogenik  baxımından  Kiçik  Qafqaz  üçün  ən «məhsuldar» mərhələ 

m

əhz bu mərhələdir. Bu mərhələdə dəmir-kobalt (Daşkəsən), polimetal (Meh-



mana), alunit (Z

əylik), mis-qızıl (Gədəbəy, Qafan, Qızılbulaq, Şamlıq, Allah-

verdi),  mis-porfir (D

əmirli,  Qaradağ,  Xar-Xar,  Texut),  qızıl  (Çovdar,  Qoşa, 

K

əpəz) kimi   iri sənaye əhəmiyyətli yataqlar əmələ gəlib. 



Adaqövsün son – gec subduksiya m

ərhələsi senomandan erkən paleogenə 

q

ədər dövrü əhatə edərək riolit, traxibazalt tərkibli vulkanogen mənşəli süxur-



lar v

ə  onlarla genetik və  məkan  bağlılığı  olan  Dağkəsəmən  qızıl-polimetal, 

Madneuli mis-

qızıl yataqları formalaşıblar. Bu mərhələnin endogen əmələgəl-

m

ələrinə  irimiqyaslı  Daşsalahlı,Qaçağan  və  Xanlar  bentonit  yataqları  da  aid 



edilm

əlidir. 


 

2. Vulkanotektonik strukturlar v

ə onların filiznəzarətedən əsas elementləri 

Daşkəsən filiz rayonu  da  daxil  olmaqla  Kiçik  Qafqazın  şimal-şərq ya-

macının  tektonik  quruluşunun  ən önəmli xüsusiyyətlərindən biri ondan iba-

r

ətdir ki, orogen, postorogen,  hətta  neotektonik  inkişaf  dövrlərində  müşahidə 



olunan iri qalxma v

ə enmə strukturlarının tektonikasının əsas elementləri aşağı-

alpaq

ədər struktur mərtəbənin struktur vahidlərinin permanent inkişafının da-



vamı olmasıdır. Bu iri strukturların sərhədlərini şimal-şərq - «antiqafqaz» isti-

qam


ətli dərinlik qırılmaları təşkil edir. 

124 



 

Çovdar filiz sah

əsinin tektonik vəziyyətinin təməl özəlliklərindən biri və 

ən  əsası,  onun  hüdudlarında  nüvə  hissəsini  şimal-şərq istiqamətli xətti 

ekstruziyalar v

ə lokal bogaz formalı riolit və riodasit vulkano-tektonitlərindən 

t

əşkil olunmuş ikinci dərəcəli günbəzvari blok tipli strukturların olmasıdır.  



Blok q

ərbdə  -  Şəmkirçay hövzəsində  Şəmkir-Əliabad dərinlik  qırılması 

il

ə sərhədlənir, şərq istiqamətdə Qoşqarçayın sağ sahilində blokun özəyini təş-



kil ed

ən «məhsuldar» bayos çöküntüləri kəskin undulyasiyaya məruz qalaraq, 

x

əyal olunan şimal istiqamətli düz xətt boyunca yuxarı yura və tabaşir çökün-



tül

əri  altına  gömülürlər. Bu və  təkzib oluna bilməməsi bununla məhdudlaş-

mayan d

əlillər, həmçinin Daşkəsən, Bayan, Zurnabad intruziyalarının  konfiqu-



rasiyalarının şimal istiqamətə yönümlü olması Ə.Şıxəlibəyliyə (1996) əsas ve-

rib  ki,  Qoşqarçay-Gəncəçay hövzələri  boyu  şimal-şərq istiqamətli  iri  –  Xoş-

bulaq -Xanlar-Alazan d

ərinlik qırılmasının olması haqda fikir söyləsin. Sonrakı 

dövrl

ərdə aparılan qravimetrik, maqnit və seysmik tədqiqatlar bu dərinlik qırıl-



masının  varlığını  təsdiq  etmişlər.  Səciyyələndirilən vulkano-tektonik blok 

strukturunu

n şərq sərhədi məhz bu qırılma ilə məhdudlaşır. 

Rayon 


ərazisində  müxtəlif morfogenetik tipli ikinci dərəcəli,  çoxsaylı 

qırılmalar inkişaf edib: 

 

En dair



əsi istiqamətli qırılmalar qrupu bir-birinə yaxın, kulis formalı 

atılmalar şəklində inkişaf edərək, şimal-şərq  istiqamətli, 75-85º dərəcəli yatım 

bucaqları ilə səciyyələnirlər; 

 



Submeredianal  istiqam

ətli, 75-80º bucaq altında qərb yatımlı, bir-biri 

il

ə uzlaşan düşmələr, düşmə-üstəgəlmələr; 



 

50-



70º bucaq altında şimal yatımlı dairəvi və yarımdairəvi sinvulkanik 

qırılmalar. 

  En dair

əsi istiqaməti qırılmalar Daşaltı, Çovdar mədən, Danayeriçayın 

yuxar

ı axımlarlnda intişar taparaq, şaquliyə yaxın düşümləri, pilləvari səthləri, 



ensiz  hidrotermal d

əyişmə və brekçiyalaşma zonalarının inkişafı ilə səciyyə-

l

ənirlər. Rayon ərazisində olan sənaye əhəmiyyətli barit damarlarının əksəriy-



y

əti bu qırılmalarla əlaqədardırlar. 

  Könd

ələn-meridional istiqamətli enmələr,  enmə-üstəgəlmələr  uzlaşan, 



davamiyy

ətli, nisbətən uzunməsafəli (7-10km) olub, 70-80º bucaq altında yatır-

lar. Uzanma v

ə düşmə istiqamətlərində qırılmalar ətraf süxurlarda  hidrotermal 

d

əyişmə,  əzilmə,  brekçiyalaşma,  sulfid  minerallaşması  oreolları  yaradırlar. 



Onlar qruplar şəklində inkişaf edərək, lokal gərginlik blokları yaradıblar. Belə 

bloklardan biri, Danayeriçay-

Qartal  Dağı-Pirinyal istiqamətindəki  günbəzvari 

blokdur. Kiçicik, ayr

ılma  tipli  çatlarda  inkişaf  edən  nazik  barit  damarcıqları 

istisna olmaqla, 

barit damarları bu sistemlərdə, ümumən inkişaf etmir. Əksinə, 

burada,  onlardan  ayrılan  sürüşmə  çatları  sistemində  qızıl  saxlayan  möhtəvi-

damarcıq tipli sulfid minerallaşması müşahidə olunur. 

Dair


əvi, yarımdairəvi sinvulkanik qırılmalar lokal depression,vulkan-kra-

ter v


ə boğaz strukturları üçün səciyyəvidir. Eyni zamanda onlar, vulkan-günbəz 

125 



 

v

ə ekstruziv vulkan  «qurğuları»  üçün nəzarətedici struktur rolunu oynayırlar. 



Onlar, 

əsasən Danayeriçayın orta-aşağı axımında daha çox yayılıblar. 

 

3.Filizyerl

əşdirən vulkanik süxurlar və onların formalaşma şəraitləri 

  Sah


ədə yayılmış vulkanogen süxurlarda (şəkil 2-3) fasiyal əmələ gəlmə 

şəraitlərinə görə piroklastik süxurlar üstünlük təşkil edir. Müxtəlif stratiqrafik 

s

əviyyələrdə  effuziv vulkanizmin məhsulları  qeydə  alınır.  Petroqrafik tərkib-



l

ərinə görə onlar andezitlərə, andezitbazaltlara, riolitlərə və riodasitlərə uyğyn 

g

əlirlər. Vulkanogen çökmə süxurlar eyni tərkibli damarlarla/daykalarla kəsilir-



l

ər. Qat aydın olmayan sərhədləri ilə səciyyələnir və daxilində çeşidləşmə mü-

şahidə olunur - alevrolit tufları kobud dənəli həmcinsləri ilə əvəz olunurlar. 

 

 



Şək. 2. Çovdar yatağının  mərkəz hissəsinin geoloji xəritəsi. Miqyas 1:2000. 

 

 



Şək. 3. 1:2000 miqyaslı  geoloji xəritəyə CQ-ŞŞ istiqamətli xətt üzrə geoloji  kəsiliş. 

126 



 

Vulkanogen-

qırıntı  süxurları  təşkil  edən materiallar əsasən vulkan qur-

ğularından püskürmə vaxtı atılmış yuvenil tipli laylaşmış vulkanoklastlardan və 

az t

əsadüf edilən  çökmə -hemogen  karbonatlardan ibarətdirlər. 



Effuziv  fasiyaların  məhsulları  olan  andezitlər,  andezitbazaltlar, riolitlər, 

riodasitl

ər lava örtükləri  formasında  bütün  sahə  üçün səciyyəvidir. Onlara, 

h

əmçinin vulkanik brekçiyaların və müxtəlif qırıntılı tufların içərisində də rast 



g

əlinir.  Xırda-narındənəli afir və  porfir, bəzən badamvari-yuvacıq  quruluşlu 

olub boz, tünd-boz, b

ənövşəyi,  cəhrayi-boz rəngləri ilə  səciyələnirlər.  Yaxşı 

kris

tallaşıblar, sütunvari və plitəvari ayrılmaları ilə görüntülənirlər. Əsas küt-



l

ədə porfir ayrıntılar pozulmuş olivn, plagioklaz, klinopiroksen və filiz mine-

rallarına məxsusdur. Digər süxurlara nisbətən daha çox dəyişməyə məruz qal-

dıqlarından, ilkin tərkibdə onlara demək olar ki, rast gəlinmir.  

Eksploziv fasiyalar  filiz sah

əsinin  quruluşunda  iştirak  edən vulkanogen 

formasiyaların  formalaşmasında  önəmli yer tutur və  onları  təşkil  edən mate-

riallar 


əmələ gəlmə şəraitlərinə görə iki növə bölünürlər:  

 



Piroklastik  laylaşmış  vulkan  qurğularından  püskürmə  vaxtı  atılımış 

yuvenil m

ənşəli; 

 



Çökm

ə  prosesi  baş  verən hövzədə  çökmə  yolla  əmələ  gəlmiş  kar-

bonatlı-hemogen. 

Litoklastik,  vitroklastik v

ə kristaloklastik strukturlu piroklastik süxurları 

bir-biri il

ə mürəkkəb formada, qarşılıqlı keçidlər əmələ gətirərək orta-turş tər-

kibli – andezitl

ərdən və riolitlərdən ibarətdirlər. Çökmə-piroklastlar sahədə pi-

roklastik süxurlar arasında az təsadüf edilən piroklastlar əvəzinə bu və ya digər 

miqdarda hemogen karbonat material olan  tuffit (

əhəng daşı, karbonatlı tuflar, 

mergell

ər, argillitli tuflar) süxurlardan ibarətdirlər. 



Ekztruziv fasiyalı süxurlar əsasən riolitlərdən və riolit porfirlərdən təşkil 

olunaraq relyefd

ə kəskin çıxıntılı formalar əmələ gətirilər. Həmçinin diabazlar 

v

ə andezit porfiritləri soxulmuş daykalar və kəsib keçən formalı cisimlər yara-



dırlar. 

Boğaz fasiya süxurları sahədə geniş yayılmayaraq, kiçikölçülu, lokal şə-

kild

ə  onların  yaranması  üçün  əlverişli  geoloji  faktorların  təmərküzləşdiyi 



şəraitdə əmələ gəliblər.Onlardan ən önəmlisi sənaye əhəmiyyətli qızıl saxlayan 

M

ərkəzi filiz cismi sahəsidir. Ölçüləri, yuyulmuş hissəsi nəzərə alınmaqla yer 



s

əthində 500x350m olan və dərinliyə doğru daralan, cənub-şərq rumbuna me-

yilli, assimmetrik quruluşlu bu vulkan qurğusu aşağıdan yuxarı göbələk forma-

sında inkişaf edərək, özək hissəsini müxtəlif ölçülü, çeşidlənməmiş brekçiyalar 

(eruptiv) doldururlar. 

Boğazı dolduran qırıntılar kvarslaşmış riolit tuflardan və 

tör

əmə kvarsitlərdən təşkil olunublar. Sementləşdirici material kvarsdan, limo-



nitl

əşmiş tuflardan və brekçiyalardan ibarətdir. 

 

127 



 

4.Hidrotermal d

əyişilmiş süxurlar      

Hidrotermal d

əyişilmiş süxurlar aşağı temperaturlu propillitləşmə və turş 

aşındırma  prosesinin  məhsulları  ilə  təmsil olunublar.  Uyğun  olaraq vulkano-

gen-çökm

ə  süxurların  hidrotermal  dəyişməsi nəticəsində  əmələ  gələn meta-

somatik süxurlar propillitl

ər və törəmə kvarsitlərdən ibarətdirlər. 

Onların petroqrafik öyrənilməsi göstərir ki, propillitləşmə turş aşındırma 

prosesini qabaqlayır və sahədə yayılmış bütun süxurlar bu və ya digər dərəcədə 

propillitl

əşməyə məruz qalıblar. Aşağı temperaturlu propillitləşmədə ilkin mi-

nerallar 

əvəzinə xlorit, serisit, seolit, albit, karbonat, kvars və pirit əmələ gəlib. 

Ən çox rast gəlinən mineral assosiyasiyası  xlorit,  karbonat,  kvars, serisitdir. 

Bütün propillitl

əşmiş süxurlar sonradan törəmə kvarsitlərə keçiblər. 

Tör


əmə kvarsitlərdə yeni mineral əmələgəlmələri kvarsdan, kaolinitdən, 

alunitd


ən, rutildən, serisitdən, korunddan, topazdan, rutildən, turmalindən, xlo-

ritd


ən, pirofillitdən və baritdən ibarətdir. Çovdar yatağı sahəsində törəmə kvar-

sitl


ərdə ən çox yayılan kvars-kaolinit, kvars –kaolinit-alunit, nisbətən az kvars 

–  kaolinit  –  alunit  –  xlorit v

ə tək-tək hallarda kvars-serisit paragenezisləridir. 

Bütün kvarsitl

ər bu və  ya digər  miqdarda  filiz  mineralları,  yaxud da dəmir 

hidrooksidini  saxlayırlar.  Kvars–xlorit metasomatitlərində  rast gəlinən xlorit 

hidrotermal m

ənşəlidir. Onun süxurlarda nisbətən  çox  miqdarı  topaz,  korund 

v

ə turmalin kimi aksessor mineralların miqdarlarının artmasına gətirib çıxarır. 



Tör

əmə kvarsitlər propillitlər hesabına əmələ gəldiklərinə görə az-çox miqdar-

da karbonat, 

qalıq  xlorit və  serisit  saxlayırlar.  Alunitli metasomatitlərdə  alu-

nitin yarozit

ə və ardınca limonitə keçməsi müşahidə olunur. Çox nadir hallarda 

alunitl

ə birgə pirofillitə də rast gəlinir, kaolinit praktiki olaraq bütün paragene-



zisl

ər üçün səciyyəvidir, lakin o kvarsla birlikdə əlahəddə paragenezis yaradır. 

Turş effuzivlər- riolitlər üzrə əmələ gələn kvars-kaolinit paragenezisli  tö-

r

əmə  kvarsitlərin  rəngləri  açıq  boz,  cəhrayi boz, bəzən  yaşılımtul  çalarlarla 



olub, eynicinsli, gobudd

ənəli, qopması girintili – çıxıntılı, parıltılı görüntüləri 

il

ə səciyyələnərək, makroskopik baxışda kiçik boşluqlar aydın sezilir. 



Süxurlar tam kvarslaşıblar, kvarsın iri (5mm və >) porfir kristalları ümu-

mi fonda aydın ayrılır. Əsas kütlənin hesabına əmələ gələn bitişdirici material 

b

ərk, narındənəli kvarsdan təşkil olunub. Kvarsın iri dənələrindən təşkil olun-



muş sahələrə də rast gəlinir. Onlar adəti üzrə fenokristalların formalarını tək-

rarlayırlar ki, bu da ilkin kvars mineralının turş məhlullarla  əvəz olunmasına 

işarədir. Boşluqlar kaolin, bəzən opalla doldurulur. Filiz dənəcikləri yox dərə-

c

əsindədir, ancaq filiz “tozu”  yaxşı  görünür.  Bəzən kvars dənələrinin  araları 



limonotl

ə doldurulub. Aksessor minerallar topazın tək-tək dənələrindən ibarət-

dir. 

Eruptiv brekçiyalar v



ə tufobrekçiyaları  üzrə əmələ gələn kvars-kaolinit-

alunit paragenezisli tör

əmə kvarsitlər mərkəzi filiz cisminin əsas hissəsini təş-

kil ed


ərək qara çalarlarla dəmiri-paslı, tünd qəhvəyi rəngdə olub, çox vaxtı də-

n

əvər görüntülü,  boşluqlarla  səciyyələnib digər törəmə  kvarsitlərdən fərqlə-



128 


 

nirl


ər. Riolitlərin tufobrekçiyaları hesabına əmələ gələn kvarsitlər nisbətən açıq 

boz r


ənglidirlər. 

  

Ana  süxurların  ilkin  minerallarının  reliktləri və  strukturları  saxlanır. 



Porfir strukturlu kvars “

adacıqları” əsas kütlə hesabına əmələ gələn kvarslaşma 

il

ə  haşiyələnirlər.  Axırıncılar  bərk,  narındənəli kvarsdan ibarətdirlər.  Onlarda 



flyudiallığa  uyğun  istiqamətlənmiş  dəmir  haşiyyəli  fenokristalların  skeletləri 

saxlanılır. Bu skeletlər çox hallarda kvars, xlorit və rəngli minerallarla (pirok-

senl

ərlə) doldurulurlar.  Kvarsitlərdə əsasən piritin və dəmir oksidinin hesabına 



əmələ gəlmiş çox miqdarda qatı rənglənmiş  filiz minerallarına rast gəlinir. Bu 

növ tör


əmə kvarsitlərin əsas hissəsini (80-90%) kvars təşkil etdiyinə və həddən 

artıq bərk olduqlarına görə onları monokvarsit də adlandırırlar.    

Andezit effuzivl

əri üzrə əmələ gələn kvars-kaolinit-alunit-xlorit parage-

nezisli tör

əmə kvarsitlər yaşıl çalarlı boz  yaşımtıl görüntülü, eynicinsli, bərk, 

az yuvacıqlı olub, zəif brekçiyalaşmışlar. Tam kvarslaşmış süxur relikt – traxit 

strukturasını  saxlayırlar.  Əsas kütlə  xırda  dənəli kvarsdan təşkil  olunub.  Də-

n

əciklər  sanki  axım  istiqamətində  uzunsovlaşıblar.  Məhz bu istiqamətdə  də 



xlorit d

ənələri yönəliblər və kaolinləşiblər. İlkin fenokristallar yerləşən yerlər-

d

ə alunit əmələ gəlib və boşluqlar yaranıblar. Filiz mineral dənələri yox dərəcə-



sind

ədir, ancaq dəmirin hidrooksidi və filiz “tozu” inkişaf edib. Topaz, korund 

v

ə  turmalin  kimi  aksessor  mineralların  miqdarı  izafidir.  Onlar  başqa  meta-



somatitl

ərə nisbətən iri dənələr və böyük yığımlar əmələ gətirirlər. 

Effuzivl

ər üzrə əmələ gələn kvars-serisit paragenezisli törəmə kvarsitlər  

açıq  boz,  ağ  və  ya açıq-boz-çəhrayı  rənglərdə  olub,  az  boşluqlu,  qeyri-cinsli 

süxurlardan t

əşkil olunub, ümumən, az yayılıblar. 

Tam  kvarslaşmış  növləri  ilkin  strukturların  reliktlərini saxlayırlar və 

serisit  s

ədəfləri nəzərə çarpır. O ya kvars dənələrinin arasında  yerləşir,  ya da 

s

ərbəst  yığımlar  yaradırlar.  Süxurlarda kaolinit,  alunit və  filiz mineral dənə-



cikl

əri qeydə  alınmır.  Lakin onlar kvars dənələri  arasında  intişar  edən dəmir 

hidrooksidi  saxlayırlar.  Aksessor  minerallardan  topazın  dənələri və  yığımları 

müşahidə olunur. Dənələrin ətrafı boyu xlorit inkişaf edib. 

 

5.Filizl

əşmənin əmələ gəlmə şəraiti və yerləşmə qanunauyğunluqları 

Elmi-t


ədqiqat  (Ş.Musayev,  V.Ramazanov,  F.Hüseynov-2005) və  kom-

pleks geoloji-k

əşfiyyat işlərinin (Ş.Musayev, A.Şirinov-1998-2010) nəticələri-

nin analizi göst

ərir ki, Daşkəsən filiz rayonunun şimal hissəsi məxsusi qızıl və 

kompleks qızıl saxlayan yataqların aşkarlanması üçün ən perspektivli sahədir. 

Bura q

ərbdə Bayan kəndi - Danayeriçayın yuxarı axımı - Çovdar mədəni, cə-



nub-s

ərqdə Qoşqarçay hövzəsinin sol sahili boyu, şimaldan Haçaqaya-Payadə-

r

ə-Şəmkirçay istiqamətlərindən keçən hüdudlar daxilində yerləşən 100-120km



sah


ə daxildir. Əslində, bu sahə geoloji cəhtdən şimali-qərbdə Şəmkirçay-Əli-

abad, şimal-şərqdə Xanlar-Xoşbulaq-Alazan dərinlik qırılmaları ilə məhdudla-

şan qalxmış vəziyyətdə  olan, günbəzvari formalı orta  yura-aşağı tabaşir yaşlı 

vulkanik kompleksl

ərindən ibarət, orta-irimiqyaslı nəcib və əlvan metal yataq-

129 



 

l

arının təmərküzləşməsinə işarə edən birbaşa və dolayı kriteriyaların varlığı ilə 



s

əciyyələnən əlahəddə bir struktura – Çovdar filiz sahəsidir. Bunlar aşağıdakı-

lardan ibar

ətdir: 


 

Qravimetrik m



əlumatlara əsasən sahədə alpaqədərki özül qalxmış və-

ziyy


ətindədir, bu da öz növbəsində yuxarıda yatan süxurlarda onların inkişafı 

v

ə  formalaşması  vaxtı  kontrast  vulkan-tektonik  strukturların  yaranması  ilə 



n

əticələnib; 

 

Vaxt bax



ımından burada yaşlı şimal-qərb istiqamətli filizcəmləşdirici 

qırılma pozulmalarının, məkanda daha cavan şimal-şərq, şərq istiqamətli filiz-

n

əzarətedici-yerləşdirici strukturlarla qovuşur; 



 

T



ərkibləri  kvarslaşmadan  alunitləşməyə  qədər dəyişən  geniş  çeşidli 

müxt


əlif metasomatik formasiyalara məxsus kontakt-metasomatik və damarya-

nı hidrotermal metasomatik süxurlar geniş intişar tapmışlar. Xırda çıxışlar is-

tisna olmaqla onların sayı 60-70 -ə qədərdir; 

 



Sah

ədə məxsusi Çovdar qızıl və barit yataqları istisna olmaqla 43 qı-

zılsaxlayan, 23 mis-polimetal minerllaşma nöqtələri var. 69 şlix sınağıında po-

limetal (qalenit, sfalerit, xalkopirit),  16 s

ərbəst  qravitasyon  qızıl  dənələri  aş-

karlanmışdır; 

 

Geniş sahələri əhatə edən sahəvi kontrast geokimyəvi anomaliyaların 



olması; 

 



Filizl

əşmə  üçün filiz generasiya və  nəzarət edən  bayos  yaşlı  turş 

t

ərkiblı subvulkanların məhz bu sahə daxilindən kənara çıxmayaraq şərq-qərb 



istiqam

ətlərdə yoxa çıxması (reduksiyası) önəmli faktordur. 

Yuxarıda qeyd edildiyi kimi Çovdar filiz / filizdaşıyan sahəsinin  tekto-

nik v


əziyyəti onu hüdudlarında nüvə hissəsini şimal-şərq istiqamətli xətti eks-

truziyalar v

ə lokal vulkan-krater, vulkan-günbəzvari tipli strukturlarının olması 

il

ə təyin olunur. 



Bu baxımdan sahənin blok struktura malik olması diqqəti cəlb edir. Re-

gi

onal planda üç vulkanik struktura ayrılır: Bayan-Şadax-Daşaltı enmiş blok və 



Çovdar - 

Qartal Dağı – Danayeriçay-Pirinyal qalxmış bloku. Üçüncü- Qızılca-

Layış bloku ikincinin şimal-qərbdə davamı hesab edilir. 

T

əsvir olunan faktorlar ona  dəlalət  edir  ki,  Çovdar  yatağı  da  daxil  ol-



maqla aşkarlanması mümkün ola bilən və sənaye əhəmiyyəti kəsb edə biləcək 

tün yataqların, minerallaşma nöqtələrinin, filiztəmərküzləşdirən strukturların 



qiym

ətləndirilməsinə yanaşma, ancaq vulkanik struktur prizmasından baxılma-

lıdır. Digər, olan və rast gəlinə biləcək morfogenetik filizləşmə növləri ən yaxşı 

halda sinvulkanik x

ətti pozulmalarla əlaqəli olan,  ikinci dərəcəli rola malik 

strukturlardır. 

Qazılmış quyuların və keçirilmış mağaraların, həmçinin yerüstü planalma  

işlərinin  materiallarının  analizi  göstərir  ki,  Çovdar  yatağının filizləri mərkəz 

hiss

əsi eruptiv brekçiya və kənarları pemza - lava qarışığndan təşkil olunmuş  



vulkan boğazı struktur tipi şəraitində formalaşmışlar.  

130 



 

Filiz  cisminin  morfologiyasının  (şəkil  4) cizgilərini  əks etdirən vulkan 

bo

ğazı yer səthində “göbələkvari” və dərinlikdə  şiş ucu ilə aşağı yönəlmiş ko-



nus  formasında  olaraq,  erroziya  ilə  yuyulmuş  hissədə  nəzərə  alınmaqla  yer 

s

əthində  (1650m horizontda) eni 500-350m, getdikcə  daralaraq 1350-ci hori-



zontda 300-250m, 1050-ci horizontda 100-200m t

əşkil  edir.  Mərkəz  hissə  -

kanalın özəyi brekçiya ilə doldurularaq, kənarlara doğru brekçiyavari-pemza və 

m

əsaməli  “şüşəyə” bənzər  yaşmavari  pelit  materiallardan  ibarət termal kvar-



sitl

ərdən  təşkil olunub. Uzaq kənarı dəyişdirici agentlərin (temperatur, təzyiq, 

hidroterml

ərin axıcılıq sürəti və s.) zəifləməsi nəticəsində ana süxurlara keçidi 

zolaqlı  və  ya girintili-çıxıntılı  olub,  tədriciləşir.  Vulkan  boğazında  fəaliyyət 

göst


ərən maqmanın “qaynaması” nəticəsində atılan lapillin bir hissəsi yenidən 

,,ocağa,, qayıdaraq sferoid formal lapill teksturalar yaradırlar.   

 

Şək. 4. Filiz cisminin üçboyutlu(3D) modeli 

 

Yataqda 



ən yüksək tutumlu qızıl, xüsusən də mis filizləşmələri məhz bo-

ğazın  özəyində  -  brekçiyalarda təmərküzləşirlər.  Kənara getdikcə  qızıl  fıliz-

l

əşməsi tədricən zəifləyərək, mis minerallaşması isə tamam  “itərək”, zonallıq 



yaradırlar (şəkil 5). Vulkan boğazında fəaliyyət göstərən filiz-maqma qarışığı 

güclü parsial t

əzyiq və temperatura malik olduğuna görə tarazlıq  yaradılması 

üçün qarışıq ətraf mühitdə eyni vaxtda yaranan sinvulkanik çatlara soxulurlar 

(boşalma  müstəvisi).  Bu çatlar hidrotermal prossesin son mərhələsində  barit, 

barit-


polimetal  damarları  ilə  doldurulurlar.  Təbii  ki,  prosesin  sonuna  yaxın 

zaman k


əsimində  damarlara məhdud  miqdarda  qızıldaşıyan  mərhələnin  məh-

sulları da nüfuz edirlər. 

Barit  minerallaşması  damar  tiplərindən  başqa,  ümumi  prossesdə  termal 

yan kvarsitl

ərlə bərabər qarışıq  kütlə əmələ gətirirlər. 

Filizl


ərin tərkib  miqdarlarının  analizi  göstərir  ki,  (Ə.Əhmədov,  Ş.Mu-

sayev, 2004; C.Azad

əliyev, Ş.Musayev, 2013; R.Salmanlı, 2013; V.Babazadə, 

Ş.Musayev,  Ş.Abdullayeva,  2015)  sulfid  minerallarının  cəm miqdarlarının 4-

5% arasında dəyişmək şərti daxilində, onlar az sulfidli mineral tipinə aid olub 

131 



 

s

əthəyaxın/epitermal şəraitdə əmələ gəliblər. Filizlərin əmələgəlməsi üç mərhə-



l

ədə baş verib: 



I.-Pirit;  II.- Pirit-xalkopirit- 

solğun filizlər[tetraedrit - Cu

12

 Sb


4

 S

13



 (Cu, 

Bi> As, Sb, Te), tennantit - Cu

12

 As


4

 S

13



 (Cu,Sb>As,Bi,Te)], qalenit - sfalerit; 

III. - Barit- polimetal(qalenit-sfalerit). 

 

 



Şək. 5. Vulkan  boğazında qızıl minerallaşmasının zonal paylanması 

 

Qızıl  minerallaşması  birinci  iki  mərhələ  ilə  əlaqədardır,  onlar  praktiki 



olaraq son m

ərhələdə iştirak etmirlər. Gümüş minerallarının son mərhələdə nis-

b

ətən geniş yayılması onların polimetal mineralları ilə genetik əlaqələri ilə bağ-



lıdır.  Yatağın  ümumiləşdirilmiş  səciyyəvi geoloji xüsusiyyətləri  cədvəl  1-də 

verilir. 

  

Cədvəl 1 



Covdar yatağının ümumiləşdirilmiş səciyyəvi geoloji xususiyyətləri 

Covdar yatağının səciyyəvi geoloji xususiyyətləri 

Tiplərin təsnifatı 

Aidiyyətli tiplər / xüsuslar 

Geoloji-genetik tipi 

Hidrotermal -vulkanogen 

Formasiyon tipi 

Epitermal Qızıl-sulfid-kvars (LS -Low sulfide - az-kasıbsulfidli ), 

sulfid


lərin miqdarı - 4.84% 

Geoloji-


sənaye tipi 

Brekçiyalaşmış, minerallaşmış qızıl-sulfid - kvars filiz zonaları  

Morfostruktur /filiz 

cisminin morfoloji tipi 

Göbələkvari; tərsinə çevrilmiş konusvari forma 

Mineral tipləri 

Aşağıtemperaturlu: Kvars, qızıl, kaolin, dikkit, pirit, xalkopirit, kovellin, 

xalkozin, hetit, hematit, 

solğun filizlər, enargit, xlorit, alunit, barit, kalsit 

Texnoloji / metallurji tiplər 

Oksidləşmiş( 25%), ilkin kvars-sulfid(75%) 

Geodinamik rejim 

Adaqövs- 

ilkin subduksiya mərhələ. Başlanğıc-J

1- 

ааlen, son - J



2-

 bat. 


175мln-164мln = 11мln. ıl 

Fili


zdaşıyan,filizyerləşdirici 

formasiyaları 

Riolit, riolit-

dasitlərlərin ekstruziv və günbəz subvulkanları,onların tufları, 

tufobrekçiyaları 

Hidrotermal dəyişmiş 

suxurlar 

Filizəqdərki propillətləşmə, filizmüşayiət edən törəmə kvarsitlər 

132 



 

Əmələgəlmə dərinliyi 

Səthəyaxın/epitermal -1-2km 

 

Au : Ag tənasüblüyü 



1 : 3 ( Qızıl -2.23g/t : Gümüş -7.62g/t) 

Filizin teksturası 

Brekçaivari, massiv, qırıntılı. Filiz minerallarını görüntü formaları-mötəvi, 

mötəvi-damarcıq, damarcıq. 

Filizin strukturu 

Allo-idio - hi

pomorf dənəli 

Minerallaşma mərhələləri 



I.Pirit;  

II.Pirit-xalkopirit- 

solğun filizlər[tetraedrit - Cu

12

 Sb


4

 S

13



 (Cu, Bi> As, 

Sb, Te], tennantit - Cu

12

 As


4

 S

13



 (Cu, Sb> As,Bi, Te)],  qalenit - sfalerit;    

III. Barit- polimetal(qalenit-sfalerit). 

Yatağın miqyası 

Opta-

İri 


Filiz cisminin parametrləri 

Х- 400-450м; У-300-350м; H- 220-250м 

Filizlərdə faydalı 

komponentlərin ortalama 

miqdarları 

Oksid filizləri:Au-2.40g/t; Ag-9.93g/t; Cu-0.01%.  İlkin kvars-sulfid 

fil

izləri:  Au-2.17g/t;  Ag-5.973g/t;Cu-0.11% 



Filizlərdə qızılın ölçüləri 

Oksid filizlərdə: 2-8мкr, tək-tək -  30мкr.Sulfid filizlərdə - 1-8мкr. 

Qızılın əyarlığı 

Oksid filizlərdə - 967; İlkin filizlərdə- 918 

Filizlərin həcm çəkisi 

Oksid filizləri- 2.28т/м

3

, İlin filizləri- 2.53т/м



3

.     


    

 

Nəmlilik 



Oksid filizləri-0.316%; İlin filizlər-0.337% 

 

 



 

 

 



 

 

Filizl



əşmənin özəl xüsusiyyətlərindən biri də  onların  şaquli  istiqamətdə 

s

əthdən dərinliyə doğru pirit minerallaşmasının ikinci mərhələnin mineral bir-



l

əşmələri ilə  əvəz  olunmasıdır.  Sərhəd müstəvisi  aşağı-yuxarı  1470m  hori-

zontundan keçir. 

Filiz  cisminin  yuxarı  hissəsində  mis  minerallarına  və  onun 

karbonat birl

əşmələrinə (malaxit, azurit) rast gəlinmir. İlk baxışdan elə görünə 

bil

ər ki, oksidləşmə prossesi səthə yaxın hissədə piritlə bərabər mis mineralları 



da aşınıblar. Ancaq oksidləşmə zonasında piritdən fərqli olaraq misin törəmə 

minerallarına rast gəlinmir. Bu onu göstərir ki, yaranmış şaquli zonallıq təbii-

dir, epigenetik prossesin n

əticəsi deyil.  Sadəcə  olaraq hidrotermal məhlullar 

yer s

əthinə  yaxınlaşdıqca  temperaturun  aşağı  düşməsi səbəbindən mühit təd-



ric

ən neytrallaşaraq qələviləşməyə doğru meyillənirlər və bu şəraitdə məhlul-

lardan çök

ən oksid mineralları üstünlük təşkil edir. 

 

N

əticə 

Somxit-


Qarabağ,  daha  geniş  mənada Türkiyə  ərazisinidə  əhatə  etməklə 

Çorox- 


Kiçik Qafqaz adalqövs zonasında yerləşən Kvarsxana, Qafqasör, Tək-

qala,  Əsəndal, Çəmkərtən,  Murgul,Yuxarımədən,  Mədənköy,  Murgul,  Çorok 

(Türküy

ənin Artvin-Çorux bölgələri); Meris, Madneuli (Gürcüstanın Axısqa və 



Borçalı bölgələri); Alahverdi, Şamlıx, Qafan (Qərbi Azərbaycanın Şəmşəddin 

v

ə  Zəngəzur bölgələri); Gədəbəy,  Çovdar,  Qızılbulaq  (Şərqi Azərbaycanın 



G

ədəbəy,  Daşkəsən,  Ağdərə  bölgələri) məxsusi  qızıl  /  qızıl-mis  yataqlarının 

mineral t

ərkiblərinin (pirit, mis mineralları, qızılın müxtəlif mineral formaları 

133 



 

v

ə  assosiyasiyaları,  barit,  polimetallar) və  metasomatik tiplərinin bənzər ol-



ması,  bu  yataqların  əlahəddə  metallogenik zonada yerləşmələri özəl olaraq 

qeyd olunmaqla b

ərabər, cüzü zaman kəsimində  formalaşma  fərqlərinə  bax-

mayaraq, turş vulkanogen prosseslərlə sıx genetik və məkan əlaqələri olan eyni 

filiz 

əmələgəlmə fazalarının məhsulları olub,  az-orta, bəzi hallarda çox sulfidli 



mi

neral  tipli  epitermal  filiz  formasiyasına  aiddirlər.  Bu  sırada  qızıl  saxlayan 

mis, mis-

qızıl,  mis-qızıl-barit  kolçedan  formasiyalarına  aid  olunmaları  da 

istisna edilm

əməlidir. 

Çovdar  yatağının  əmələgəlməsində  vulkanik struktura, konkret olaraq 

bo

ğaz strukturuna aid olan az-orta sulfidli epitermal qızıl yatağının əmələ gəl-



m

ə modeli əsaslandırılır və qəbul olunur. 



 

ƏDƏBİYYAT  

1.

 



Азадалиев Дж., Мусаев Ш.Дж. и др. Характерные особенности Човдарского золото-

рудного месторождения (Малый Кавказ, Азербайджан) // Вестник Бакинского Уни-

верситета. Серия естественных наук, 2013, №2, с.117-130. 

2.

 



Aхмедбейли Ф.С., Исмаил-заде А.Д., Кенгерли Т.Н. Геодинамика Восточного Кав-

каза в Альпийском тектоно-магматическом цикле (Азербайджан). Труды Института 

Геологии НАН Азербайджана. 2002, №30. 

3.

 



Ахмедов А.З., Мусаев Ш.Д. и др. Вещественный состав и технологическая характе-

ристика минерального сырья Човдарского золоторудного месторождения. Известия 



НАН AзербайджанаНауки о земле, 2004, 4, 64-73.  

4.

 



Баба-заде В.М., Мусаев Ш.Д.,  Абдуллаева Ш.Ф. Вещественный состав минерально-

го сырья Човдарского золоторудного месторождения. Вестник Бакинского Универ-

ситета. Серия естественных наук. 2015, №1, с.87-120. 

5.

 



Гамкрелидзе  И.П.  Тектоническое  развитие  Анатолийско-Кавказско-Иранского  сег-

мента Средиземноморского пояса. Геотектоника, 2007, 3.  

6.

 

Мусаев Ш.Д., Рамазанов В.Г., Гусейнов Ф.Д. Геологическое строение и структурные 



особенности  формирование  Човдарского  рудного  поля.  Известия  НАН 

A

зербайджанаНауки о земле, 2005, 4, 64-73.  

7.

 



Салманлы Р.М. Типоморфные особенности благородных металлов руд Човдарского 

месторождения золота Малого Кавказа (Азербайджан). Вестник Иркутского техни-

ческого Университета. 2013, 10,104-109 

8.

 



Рустамов  М.И.    Каспийский  бассейн-геодинамические  события  и  процессы.  Баку, 

2005. 


9.

 

Твалчрелидзе Г.А.  Металлогенические особенности главных типов вулканических  



поясов. М., 1977. 

10.


 

Шихалибейли Э.Ш. Некоторые проблемные вопросы геологического строения     и 

тектоники Азербайджана. Баку, 1996. 

11.


 

Adamia Sh., Buadze V.Shavishvili  I.

 

Metallogeny  and Plate Tectonics in the Northeast-



ern Mediterranean. Belgrade: 2007, p. 215-230. 

12.


 

Stampfli G.M. Western Alps Geological Constraints on Western Tetyan Reconstrtions. In: 

Rosenbaum G. and Lister G.S. Reconstruction of the Evolution of the Alpine-Himalayan 

Orogeny. Journal of the Virtual Exploer. 2002. 



 

134 



 

ОСОБЕННОСТИ ГЕОЛОГИЧЕСКОГО СТРОЕНИЯ И ЗАКОНОМЕРНОСТИ 

РАЗМЕЩЕНИЯ ОРУДЕНЕНИЯ ЧОВДАРСКОГО РУДНОГО ПОЛЯ 

 

Ш.Д.МУСАЕВ, Ш.Ф.АБДУЛЛАЕВА 

 

РЕЗЮМЕ 

 

Одной  из  важных  особенностей  центральной  части  тектонического  строения 

Човдарского рудного поля является присутствие линейных экструзий северо-восточного 

направления и локальные структуры типа вулкано-жерлов и второстепенные куполооб-

разные  блоки.  Рудовмещающие  породы  состоят  из  эффузивной,  эксплозивной,  экстру-

зивной  и  жерловой  фаций  риолитов  и  риодацитов.  Рудные  скопления,  имеющие  про-

мышленное значение, концентрируются в вулканических структурах жерлового типа  и 

контролируются  ими.  Наблюдается  вертикальная  и  горизонтальная  зональность.  Эруп-

тивные брекчии в центральной части вулканического жерла наиболее обогащены золо-

том. В латеральном направлении в сторону окраинных частей в полосчатых кварцитах, 

которые заполнены брекчиевидной пемзой и пелитовым материалом, содержание золота 

уменьшается. В вертикальном направлении сверху вниз пирит замещается халькопирит-

пирит-галенит-сфалеритовой минерализацией.  

 

 



Ключевые  слова:  Човдарское  рудное  поле,  оруденение,  вертикальная  и  гори-

зонтальная зональность 



 

PATTERNS OF DISTRIBUTION OF MINERALIZATION AND GEOLOGICAL 

STRUCTURE OF CHOVDAR ORE FIELD 

 

Sh.D.MUSAYEV, Sh.F.ABDULLAYEVA 

 

SUMMARY 

 

One of the most important features of the central part of the tectonic structure of 



Chovdar ore field is the presence of linear extrusions  in  north-east direction and local struc-

tures such as volcano-domed vents and secondary units. The host rock consists of effusive, 

explosive, extrusion and vent facies of the rhyolite and rhyodacites. Ore clusters having indus-

trial importance are concentrated in the volcanic vent-type structures and controlled by them. 

There is observed a vertical and horizontal zoning. Eruptive breccias in the central part of the 

volcanic vents are most enriched in gold. In the lateral direction toward the outlying parts of 

banded quartzites, which are filled with pumice and prominent breccias and pelitic material, 

the gold content decreases. In the vertical direction from the top down pyrite is replaced by 

chalcopyrite-pyrite-galena-sphalerite mineralization

 

Key words: Chovdar ore field, mineralization, vertical and horizontal zoning 

 

Redaksiyaya daxil oldu: 12.10.2015-ci il 



Çapa imzalandı: 04.12.2015-ci il 

 

 



 

135 

Document Outline

  • Таблица 1
  • Х/ПДК
  • Kc
  • KK
  • ПДК,
  • Геофон
  • Элементы
  • (10-3%
  • (10-3%
  • (10-3%
  • Ti
  • V
  • Cr
  • Mn
  • Co
  • Ni
  • Cu
  • Zn
  • Pb
  • Таблица 2
  • Х/ПДК
  • Kc
  • KK
  • ПДК,
  • Геофон
  • Х/ПДК
  • Kc
  • KK
  • ПДК,
  • Геофон
  • (10-3%
  • (10-3%
  • (10-3%
  • (10-3%
  • (10-3%
  • (10-3%
  • SUMMARY
  • Azərbaycan Dövlət Neft Akademiyası
  • melahet 8Taslanova@mail.ru8T
  • Şək. 2. Çilov adası yatağı. II-II xətti üzrə geoloji profil
  • Şək. 3. Gürgən-dəniz yatağı. Məhsuldar qatın Qala lay dəstəsinin tavanı üzrə struktur xəritə
  • Şək. 4. Gürgən-dəniz yatağı. I-I xətti üzrə geoloji profil
  • Şək. 6. Məsaməliyin sahə üzrə dəyişmə həddi.
  • Şək. 7. Karbonatlığın sahə üzrə dəyişməsi.
  • ƏDƏBİYYAT
  • РЕЗЮМЕ
  • 2. Aхмедбейли Ф.С., Исмаил-заде А.Д., Кенгерли Т.Н. Геодинамика Восточного Кавказа в Альпийском тектоно-магматическом цикле (Азербайджан). Труды Института Геологии НАН Азербайджана. 2002, №30.
  • 3. Ахмедов А.З., Мусаев Ш.Д. и др. Вещественный состав и технологическая характеристика минерального сырья Човдарского золоторудного месторождения. Известия НАН Aзербайджана, Науки о земле, 2004, 4, 64-73.
  • 6. Мусаев Ш.Д., Рамазанов В.Г., Гусейнов Ф.Д. Геологическое строение и структурные особенности формирование Човдарского рудного поля. Известия НАН Aзербайджана, Науки о земле, 2005, 4, 64-73.
  • 7. Салманлы Р.М. Типоморфные особенности благородных металлов руд Човдарского месторождения золота Малого Кавказа (Азербайджан). Вестник Иркутского технического Университета. 2013, 10,104-109

Yüklə 153,29 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə