158
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№3
Təbiət elmləri seriyası
2013
COĞRAFİYA
УДК 911.3
AZƏRBAYCANDA URBANİZASİYANIN MÜASİR VƏZİYYƏTİ
VƏ ONUN İNKİŞAF İSTİQAMƏTLƏRİ
V.
Ə.ƏFƏNDİYEV, F.E.QASIMOVA
Bakı Dövlət Universiteti
Fira-9@rambler.ru
Məqalə müstəqillik dövründən ehtibarən Azərbaycan Respublikası şəhərsalma və şəhər
məskunlaşdırılmasına əhali-iqtisadi göstəricilərinə təsir edən amillərdən bəhs edir. Sonuncu
siyahıyaalma göstərdi ki, əhalinin 53 %-dən çoxu şəhərlərdə yaşayır və sənayenin inkişafı ilə
urbanizasiya
prosesləri daha da genişlənir.
Müasir dövrdə cəmiyyətimizdə baş verən siyasi, iqtisadi və sosial dəyişikliklərin şəhər
məskunlaşmasına təsiri, urbanizasiyanın müasir vəziyyəti və onun inkişaf istiqamətləri,
urbanizasiya prosesində qarşıda duran əsas problemlər və onların həlli yolları göstərilmişdir.
Açar
sözlər: urbanizasiya prosesi, demoqrafik proses, şəhər məskunlaşması, qəsəbə
Müasir dövrdə cəmiyyətimizdə baş verən siyasi, iqtisadi və sosial
dəyişikliklər respublikamızın şəhər məskunlaşmasına öz təsirini göstərir. Belə
ki, Azərbaycan şəhərləri öz inkişafında yeni mərhələyə keçir, bu isə öz
növbəsində onu bir sıra problemlərlə qarşılaşdırır.
Məskunlaşmanın mütərəqqi mərhələsi olan urbanizasiya bir çox iqtisadi
və sosioloji əlaqələrə malikdir. Urbanizasiyanın inkişafı məhsuldar qüvvələrin
yüksəlişi, məskunlaşmanın formalaşması ilə yanaşı, yaşayış məntəqələrinin
funksional inkişafı ilə də bağlıdır. Müasir urbanizasiyanın xarakterik cəhətlə-
rindən biri də onun elmi-texniki nailiyyətlər əsasında inkişaf etməsidir.
Ümumiyyətlə, urbanizasiya proseslərinin yaranmasında və inkişafında
cəmiyyətin çoxtərəfli əlaqələri əks olunur. Bunlar isə kompleks coğrafi
tədqiqat metodlarının tətbiqini tələb edir.
Urbanizasiya müəyyən tarixi mərhələlərdə, cəmiyyətin inkişafı ilə bağlı
olub şəhər mühitini formalaşdırır. Bununla yanaşı, istehsal münasibətlərini,
sənaye sahələrini və nəqliyyatın xarakterini əks etdirir. Bu proseslər eyni
zamanda beynəlxalq aləm və mərkəzlərlə intensiv əlaqələrə malik olur.
159
Şəhər məskənlərinin ərazi aspekti və inkişafı ümumi urbanizasiya
prosesinin xüsusiyyətləri ilə səciyyələnir.
Keçmiş sovet dövründə şəhərsalmada urbanizasiyanı nizamlayan kon-
sepsiyalar formalaşdırılır, respublikalar və iri iqtisadi rayonlar üçün nəzərdə
tutulmu
ş şəhərsalma prinsipləri, həyata keçirilirdi. Bu müddəalar nisbətən kiçik
olan regionlara da şamil edilirdi. Bəzən yerli xüsusiyyətlər nəzərə alınmayaraq,
məskunlaşma və şəhərsalma məsələlərində iqtisadi-coğrafi yanaşma kifayət
dərəcədə istifadə olunmuşdur.
Mərkəz şəhərlərin inkişaf prosesi kimi urbanizasiyanın kənar əraziləri
arasındakı fərqlər məskunlaşma ziddiyyətlərini ortaya çıxarır və bəzən də
həmin ziddiyyətlərin müəyyən qədər aradan götürülməsinə kömək edir. Buna
misal olaraq Bakı şəhərinin mərkəzi ilə onun ətraf yaşayış məntəqələri ara-
sındakı nəqliyyatın, xidmət sahələrinin, istilik, enerji xidmətlərinin keyfiyyət
və kəmiyyətcə fərqli olmasını, şəhər ətrafı rayonlara tətbiq edilən yeniliklərin
ondan xeyli əvvəl şəhər mərkəzində özünə yer tutmasını göstərmək olar.
Bunun da əsas səbəbi mütəmadi olaraq mərkəzi hissədə yeniliklərin və
inkişafın olmasıdır.
Urbanizasiya prosesində qarşıda duran əsas məsələ əhalinin məşğulluq
problemidir. Azərbaycanda müstəqillik illərdən (1991-ci il) başlayaraq başqa
sahələrdə olduğu kimi, aqrar sahədə də tənəzzülün baş verməsi, təsərrüfatların
dağılması kənd əhlisinin iş yerlərinin itirməsinə səbəb oldu. Regionlarda isteh-
sal müəssisələrinin bağlanması, torpaqlardan istifadənin (əkib-becərilməsinin)
çətinləşməsi əhalinin şəhərlərə, əsasən də Bakıya gəlməsinə səbəb olmuşdur.
Yaranmış iqtisadi böhran, əhalinin dolanacaq şəraitinin xeyli pisləşməsi,
yeni bazar münasibətlərinə keçidin doğurduğu əlavə çətinliklər, xüsusən tica-
rətin liberallaşması nəticəsində Gürcüstan Respublikasında yaşayan soydaşla-
rımızın müəyyən hissəsi, habelə Azərbaycan rayonlarının minlərlə sakini
qeydiyyatsız böyük şəhərlərdə (xüsusən Bakıda) daimi alver etməklə həmin
şəhərlərin əhalisinin sayını xeyli artırmış və şəhərlərin infrastrukturunda böyük
gərginlik yaratmışlar. Öncədən iş yerlərinin Bakı şəhərində cəmləşməsi, kənd
və rayon əhalisini məşğulluq probleminin həlini şəhərdə axtarmağa məcbur
edirdi.
Müstəqillik dövründən etibarən Azərbaycan Respublikası şəhərsalma və
şəhər məskunlaşdırılmasının əhali-iqtisadi göstəricilərinə təsir edən ən başlıca
amillərdən biri də miqrasiya prosesidir. Tamamilə planlaşdırılmamış, bu günə
kimi baş verən xaotik miqrasiya prosesi, hər bir planlaşdırmaya və
ümumiyyətlə, normal inkişafa ciddi təsir etmişdir.
Urbanizasiya
nın inkişafı, xüsusən əhalinin miqrasiya çevikliyinin artması
və son 20 ildə miqrasiya axınının böyük miqyas alması şəhər məskənləri
əhalisinin cins-yaş, peşə, etnik tərkibində böyük dəyişikliklərə səbəb olmuşdur.
Xüsusən əhalinin peşə və milli tərkibində əsaslı dəyişikliklər baş vermişdir.
Yeni gələnlərin əsasən kənd yerlərindən olduğunu, gedənlərin isə fəhlə və
qulluqçu olduğunu nəzərə alsaq şəhər əhalisinin peşə tərkibində baş vermiş
160
kəmiyyət və keyfiyyət dəyişiklikləri haqqında təsəvvür yaranır. Bu dəyişiklik-
lər şəhərlə məşğulluq problemini xeyli gərginləşdirmiş, yeni gələnləri öz
peşələri üzrə işlə təmin etməkdə əlavə çətinliklər yaratmışdır. Son illərin
miqrasiya prosesləri nəticəsində şəhər məskənlərində azərbaycanlıların sayı
əhalinin əksəriyyətini təşkil edir.
2009-
cu ildə keçirilmiş son siyahıyaalmaya görə, hazırda Azərbaycan
Respublikasında əhalinin sayı 9 milyon nəfərdən çoxdur. Bunun 53,1 % şəhər,
46,9 % isə kənd əhalisidir. Lakın bu rəqəm 1897-ci ildə Azərbaycanda əhalinin
sayı 1806.7 min nəfər (şəhər – 16.9%, kənd – 83.1%), 1959-cu il siyahı-
yaalmasına görə, respublika əhalisi 3,684 mln. nəfər (şəhər – 47%, kənd –
53%), 1970-
ci ildə əhalinin sayı 5,117 mln. (şəhər – 50%, kənd – 50%), 1979-
cu ilə görə əhali 6,027 mln. (şəhər – 52,6%, kənd – 47,4%), 1989-cu ildə əhali
7,021 mln.
(şəhər – 53,7%, kənd – 46,3%), 1999-cu ildə isə əhali 7,953 mln.
(şəhər – 51%, kənd – 49%) olmuşdur. Gördüyümüz kimi urbanizasiya prosesi
nəticəsində şəhər əhalisinin artmasına və kənd əhalisinin azalmasına səbəb
olmuşdur.
Məlumdur ki, əhalinin yaşayış yerinə görə təsnifatı onun pasport qeydiy-
yatına görə təyin edilir. Lakin bu gün əhalinin bir hissəsi pasport qeydiyyatında
rayonlarda olsa
da, Bakı və Sumqayıt kimi iri şəhərlərdə yaşayır. Buna görə də
şəhərlərdə yaşayanların sayı rəsmi statistikada göstəriləndən xeyli çoxdur.
Azərbaycanda urbanizasiya, yəni kənd əhalisinin şəhərə axını prosesi gedir.
Hal-
hazırda Bakı şəhərində yaşayan əhalinin sayı haqqında müxtəlif rəqəmlər
göstərilir. Bəzi qeyri-rəsmi məlumatlara görə şəhər və ətraf ərazilərində yaşa-
yanların sayının 4 milyonu keçdiyi göstərilir. 2009-cu il son siyahıyaalınmaya
görə rəsmi Bakı şəhərinin əhalisi 2 milyon 50 min nəfər, ərazisi isə 2,13 min
km
2
olduğu bildirilir.
Planlı və nəzarət altında, düzgün siyasətə əsaslanacaq urbanizasiyanın bir
çox müsbət cəhətləri vardır. Məsələn, elm və texnikanın səviyyəsi yüksəlir,
mədəniyyət və incəsənətin səviyyəsi yüksəlir, ticarət və nəqliyyat inkişaf edir,
istehsal edilən əmtəə və xidmətlərin keyfiyyəti artır, fikir mübadilələrində axı-
cılıq və canlanma yaranır, fikir müxtəlifliyinin inkişafı ilə məhsuldar bir təbəqə
yarandığı halda regionlarda yaranan iqtisadi çətinliklər nəticəsində əhalinin şə-
hərə üz tutması paytaxtda əlavə problemlərin meydana gəlməsinə səbəb olur.
Ur
banizasiyanın müsbət cəhətləri ilə yanaşı mənfi nəticələri də vardır. Şəhərlə-
rə axının çoxalması və əhali sıxlığı, bu regionda torpaqların tikililərlə örtülmə-
si, ekoloji şəraitin mürəkkəbləşməsi və şəhər əhalisinin işlə təmin olunmasında
çətinliklərin yaranması, işıq, qaz, su, kanalizasiya və digər kommunal xidmət-
lər sahəsində əmələ gələn yüklənmə, havanın çirklənməsi kimi problemlər hiss
olunur. Hal-
hazırda Bakı şəhəri dünyanın bütün böyük şəhərlərində olduğu ki-
mi urbanizasiyanın mənfi fəsadlarını yaşayır. Bu da şəhər sakinlərinin sağlam-
lığına mənfi təsir göstərir. Urbanizasiya prosesi nəticəsində ətraf mühitin, ha-
vanın çirklənməsi, yollarda nəqliyyatların yaratdığı tıxaclar, böyük səs-küy, in-
161
sanlarda stress hallarını artıraraq müxtəlif xəstəliklərin əmələ gəlməsinə səbəb
olur.
Göstərilən problemlərin Bakı şəhər aqlomerasiyası sistemində baxılması,
bununla əlaqədar şəhərsalma proseslərinin tənzimlənməsi dövrün ən aktual
məsələlərindəndir.
Azərbaycan Respublikası Prezidentinin «Bakı şəhərinin qəsəbələrinin
sosial iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər proqramı»nın təsdiq
edilməsi haqqında sərəncamı olmuşdur. Bu proqrama uyğun olaraq, həm şəhər-
ətrafı qəsəbələrin və həm də onların daxil olduqları ayrı-ayrı inzibati rayonların
yan
acaq və enerji təchizatı, rabitə xidmətləri, ekoloji şəraitin mühafizəsi məsə-
lələri, mədəniyyət, təhsil və səhiyyə sahələrinin inkişaf etdirilməsi və xidmətlə-
rin yaxşılaşdırılması ilə yanaşı su təchizatı və kanalizasiya işlərini yaxşılaşdır-
maq, yeni
iş yerlərinin yaradılması, mənzil, yol təsərrüfatı və s. sosial-iqtisadi
məsələlərin əsaslı həlli məqsədilə müxtəlif təyinatlı tədbirlərin yerinə yetiril-
məsi nəzərdə tutulmuş, gənclər və idman məsələlərinə də xüsusi diqqət
ayrılmışdır.
Q
əsəbələr Azərbaycanın yaşayış məntəqələrinin 5,5%-ni təşkil edir,
respublika
əhalisinin 15,1 %-ni özündə cəmləyir. Göründüyü kimi, qəsəbələr
Az
ərbaycanın ərazi inzibatı bölgüsündə az bir pay təşkil etsə də, ölkənin apa-
rıcı təsərrüfat sahələrində rolu çox böyükdür. Qəsəbələrin ölkənin idarəedici
orqanında da rolu böyükdür. Hər bir qəsəbədə icraedici orqanın və bələdiy-
y
ələrin nümayəndəlikləri vardır və qəsəbələr ölkənin mərkəzi icraedici
orqanlarının işində yaxından iştirak edirlər.
Az
ərbaycanda urbanizasiya prosesi 1870-ci illərdə «neft bumu» dövrünə
t
əsadüf edir. Məhz o dövrdən başlayaraq ölkədə «şəhərləşmə» prosesi böyük
vüs
ət almış, şəhərlərin sayı və əhalisi durmadan artmışdır. Ona görə də bu
prosesin n
əticəsi olaraq Azərbaycanda 1930-cu illərdə yeni tipli şəhər
m
əskənləri-qəsəbələr əmələ gəlməyə başlamışdır. Bu qəbildən olan yaşayış
m
əntəqələri öz tarixi inkişaf mərhələlərində, neft və qazın hasilatı və emalı ilə
yanaşı, kənd təsərrüfatı məhsullarının emalı, pambıqtəmizləmə zavodlarının,
konserv (meyv
ə-tərəvəz və balıq) sənayesi müəssisələrinin, balıq vətəgələrinin,
daş və qum karxanalarının yaxınlığında, kurort-rekreasiya və turizm mərkəzlə-
rind
ə, dəmir yolu stansiyalarının ətrafında yaranmışdır. Nəhayət, inkişaf dövr-
l
ərini keçən bu yaşayış məntəqələri növbəti mərhələyə qədəm qoyublar. Belə
ki,
əhalisi sürətlə artan, təsərrüfat sahələrinin böyük potensialı olan qəsəbələr
şəhər statusu alır, öz daşıdıqları funksiyaları genişləndirən yaşayış məntəqələri
q
əsəbəyə çevrilir, perspektivi olmayan yaşayış məntəqələri isə tənəzzülə məruz
qalaraq l
əğv olunurlar.
Az
ərbaycanda qəsəbələrin əmələ gəlməsi əsasən iki istiqamətdə olub:
1) Neft hasilatı və onun emalı olan ərazilərdə yaranan qəsəbələr;
2) K
ənd yaşayış məntəqələrinin inkişaf edərək qəsəbələrə çevrilməsi.
Qeyd etm
ək lazımdır ki, qəsəbə anlayışı və onların əmələ gəlməsi SSRİ
dövrün
ə təsadüf edir. Bu yaşayış məntəqələri kəndlərdən kəskin fərqlənərək
162
(b
əzi hallarda əhalisinin ümumi sayına görə istisna olmaqla) yerinə yetirdikləri
funksiyalarına və əhalisinin məşğuliyyətinə görə şəhər yaşayış məntəqələri ilə
eynilik t
əşkil edirlər. Yəni şəhərlərdə olan həyat tərzi, şəhər mühiti və əhalinin
m
əşğuliyyəti qəsəbələrdə də müşahidə edilir. Bu baxımdan fərqlər ondan
ibar
ətdir ki, şəhərlərdə bu proseslər daha əhatəlidir. Məhz buna görə də
q
əsəbələrin tədqiqində onun nəzəri-metodoloji əsasları şəhərlərlə eynilik təşkil
ed
ərək (xüsusilə kiçik şəhərlərdə) urbanizasiya prosesinin təsiri altında inkişaf
edir v
ə vahid şəhər məskənlərini yaradır.
Azərbaycanda urbanizasiya prosesi kəndlərin tamamilə silinməsi anlamı-
na gəlməməlidir. Əksinə, kənd təsərrüfatının modernləşdirilməsi və məhsuldar-
lığın artırılması nəticə etibarilə rəqabət qabiliyyətinin yüksəlməsinə gətirəcək.
Kənd təsərrüfatı sahəsində qənaət edilən əmək resursları isə urbanizasiya
prosesi çərçivəsində şəhərə transfer edəcək. Bu gün dünyada sürətlə genişlənən
"rəqəmsal nəsil" Azərbaycanda da formalaşır və əmək resurslarının keyfiyyət
və kəmiyyət etibarilə yeni mərhələyə qədəm qoyur.
Müstəqillik dövründən etibarən Azərbaycan Respublikası şəhərsalma və
şəhər məskunlaşdırılmasının əhali-iqtisadi göstəricilərinə təsir edən ən başlıca
amil miqrasiya prosesidir. Miqrasiyanın istiqaməti isə Bakı istiqamətinə yönəl-
mişdir. Tamamilə planlaşdırılmamış, bu günə kimi baş verən xaotik miqrasiya
pr
osesi, hər bir planlaşdırmaya və ümumiyyətlə, normal inkişafa ciddi təsir
etmişdir. Lakin Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı
Dövlət Proqramlarının hazırlanması və həyata keçirilməsilə əlaqədar (Bakı
şəhərinin rayon və qəsəbələri, ölkənin regionları üzrə tədbirlər və s.) regionlar-
da
vəziyyətin yaxşılaşmasına və bu proseslərin qarşısının alınmasına səbəb
olmuşdur.
Respublikada miqrasiyanın ən «cəzbedici» qüvvəsi və miqdarı Bakı-
Abşeron zonasına düşür. Paytaxta yaxınlaşdıqca miqrasiyanın miqdarı düz
mütənasib artır və periferiya (kənar) zonalarında miqrasiyanın təsir qüvvəsi
azalır. Lakin əhalinin fiziki dəyişməsi miqrasiya şəhərsalmanın digər atributları
ilə tərs mütənasiblik təşkil edir. Yəni mərkəzə doğru əhali sıxlığı artdıqca
ərazinin digər şəhərsalma göstəriciləri, norma və qaydalara riayət olunması və
xaosun yüksəlməsi baş verir.
Urbanizasiyanın inkişafı, xüsusən əhalinin miqrasiya çevikliyinin artması
və son 20 ildə miqrasiya axınının böyük miqyas alması şəhər məskənləri
əhalisinin cins-yaş, peşə, etnik tərkibində böyük dəyişikliklərə səbəb olmuşdur.
Xüsusən əhalinin peşə və milli tərkibində əsaslı dəyişikliklər baş vermişdir. Bu
dəyişikliklər şəhərdə məşğulluq problemini xeyli gərginləşdirmiş, yeni gələn-
ləri öz peşələri üzrə işlə təmin etməkdə əlavə çətinliklər yaratmışdır. Son illərin
miqrasiya prosesləri nəticəsində şəhər məskənlərində azərbaycanlıların sayı
əhalinin əksəriyyətini təşkil edir.
Urbanizasiyanın mənfi təsiri şəhərsalma prosesində də özünü göstərir.
Bölgələrdən paytaxta üz tutan insanların müvəqqəti və ya daimi yaşayış yerilə -
mənzillə təminatı çox ciddi problemdir.
163
Lakin yaşayış massivləri yaradılarkən inkişaf perspektivini əks etdirilən
layihələşdirilmə istiqamətində deyil, pərakəndəlik həyata keçirilir. Belə
yaradılan yaşayış massivləri böyük problemlər yaradır. Xüsusi olaraq nəqliy-
yatda, işıq, qaz, su təchizatında, kanalizasiya sistemində problem yaranan
massivlərdə xüsusi olaraq əhalinin həddən ziyadə çox təmərküzləşməsi,
toplanması böyük sosial problemlər yaradır və əhalinin bu vəziyyətinə, sosial
durumuna çox mənfi təsir göstərir. Belə məskunlaşmasını nəzərə alaraq burada
yaradılan hər bir yeni yaşayış massivlərinə ciddi yanaşılmalıdır. Yeni yaradılan
yaşayış massivləri xüsusi olaraq mövcud imkanlar daxilində həyata
keçirilməlidir. Yəni onun əhalisinin işlə təmin olma məsələləri, əhalinin sosial
rifah halını yaxşılaşdıran tədbirlər nəzərdə tutulur. Əfsuslar olsun ki, yeni
yaradılan bəzi yaşayış massivləri vulkanlara yaxın yerləşdirilir. Gələcəkdə bu
yaşayış massivləri vulkan püskürmələrinə məruz qala bilər. Dövlət Layihə
İnstitutunda Abşeronun yaşayış məntəqələrinin layihələşdirilməsi planında
qaçqın və məcburi köçkünlərin nəzərə alınmaması həddən ziyadə problemlər
yaradır. Bu isə müəyyən mənada böyük sosial problemlərin yaranmasına,
xüsusi olaraq ətraf mühitin kəskin surətdə çirklənməsinə səbəb olur. Belə hallar
layihələrdə nəzərdə tutulsa da inşaat işlərində heç də həmişə nəzərə alınmır.
Ona görə də yeni salınan yaşayış massivləri aşağıdakı parametrlərə ərazi cavab
verərsə, belə ərazilərdə yeni yaşayış massivlərinin salınması məqsədəuyğun
hesab edilə bilər. Birinci növbədə bu ərazinin mövcud əhalinin işıq, qaz, su
problemləri, nəqliyyat sistemləri ilə təmin edilmə məsələsi nəzərə alınmalıdır.
Bunların nəzərə alınmaması gələcəkdə yeni yaradılmış yaşayış massivləri çox
böyük problemlər yarada bilər.
Yaranmış vəziyyəti nizamlamaq üçün dövlət səviyyəsində əsaslı islahat-
lar aparılması zəruriyyəti yaranmışdır. Bazar iqtisadiyyatına keçid mərhə-
ləsində şəhərlər və şəhərin özünə xas problemləri meydana çıxır və öz həllini
tələb edir. Bu yaşayış massivləri ümumi məskunlaşma sisteminin mühüm
tərkib hissəsi olmaqla, ictimai və sosial həyatımızda əhəmiyyətli rol oynayırlar.
Ətraf ərazilər şəhərin simasına, funksiyasına, onun əhalisinin həyat tərzinə
güclü təsir göstərərək, ona ətalət verir. Belə yaşayış massivlərinin əhalisinin bir
hissəsi dünənki kəndlilərdir.
Abşeron kimi urbanizasiya səviyyəsi yüksək olan ərazilərdə əhalinin
daha çox məskunlaşması, urbanizasiya səviyyəsi aşağı olan ucqar ərazilərdə
əhalinin azalması prosesi gedir. Şəhərlərdə urbanizasiyanın qarşısını almaq,
geniş mənada yaxşılaşdırılmaq üçün ucqar regionlarda təsərrüfat strukturasında
müasir tələblərə cavab verən şəhəryaradıcı - sənaye sahələrinin, maşınqayır-
manın, elektrotexnikanın, yüngül sənayenin və s. inkişafına üstünlük verilməli,
yeni iş yerləri açmalı, tarixi məşğulluq ənənələrinin bərpasının nəzərə alınması,
əhalinin qaz, su, elektrik enerjisi ilə təchizatını yaxşılaşdırmaq, mədəni-
intelle
ktual mühit formalaşdırmaq, güzəştli kreditlər verilmək və şərtləri
yüngülləşdirilməli, gənc mütəxəssislərin məvacibləri artırılmalı və onların bəzi
kommunal xərcləri dövlət tərəfindən ödənilməlidir.
164
Dövlət, urbanizasiya siyasətini tənzimləmək məqsədilə bir sıra
layihələrinin icrası istiqamətində müəyyən işlər görür. Regional iqtisadiyyatın
formalaşmasına dəstək məqsədilə Dövlət proqramlarının qəbulu, gənc ailələrin
mənzillə bağlı problemini həll etmək üçün İpoteka kreditləri layihəsinin və
digər proqramların reallaşması insan resurslarının qorunmasına, idarə
olunmasına hesablanıb. Urbanizasiya prosesi işsizlik, regional balansın pozul-
ması və sosial xarakterli digər problemlərlə şərtlənir.
Qeyd etmək lazımdır ki, ölkəmizin iqtisadi və sosial-demoqrafik inkişafı
mərhələsində, yəni iqtisadi islahatlar, suverenliyimizin verdiyi imkanlar,
mülkiyyətin bütün formalarından istifadə etməyə şərait yaradılmasına
baxmayaraq, məhsuldar qüvvələrin yerləşməsinin yeni konsepsiyası işlənib
hazırlanmayıb. Hazırda əvvəlki idarəetmə və inkişaf prinsiplərinin bəziləri işə
yaramır. Bununla yanaşı, keçmiş işlərin müsbət təcrübələrini yeni dövrün
konsepsiyası ilə əlaqələndirməklə şəhərlərin inkişaf yollarını müəyyən edib,
onların iqtisadi və sosial həyatlarını formalaşdırmaq lazımdır.
Urbanizasiya sosial prosesin, s
ənaye və şəhər nəqliyyatının inkişafının
m
əcmusudur. Şəhər isə tarixi fenomen kimi konkret cəmiyyətdə yenilik
tör
ədən, öndə gedən obyektdir. Şəhər məskunlaşması başqa yaşayış məntəqələ-
rin
ə nisbətən əhali məskunlaşmasının əsas aparıcı elementi olmaqla, istehsalın
t
əmərküzləşməsinə, izafi məhsulların alınmasına təsir edən mühüm amildir. Bu
proses k
ənd yaşayış məntəqələrindən fərqli olaraq sıx əhali məskunlaşmasına
şərait yaradır və əhalinin yüksək fəallığına səbəb olur.
ƏDƏBİYYAT
1.
Azərbaycan Respublikası regionlarının 2009-20013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı. Bakı: Nurlar, 2009, 183 s.
2.
Az
ərbaycan Respublikası Prezidentinin «Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi
inkişafının sürətləndirilməsinə dair tədbirlər Proqramı»nın təsdiq edilməsi haqqında
S
ərəncamı. Bakı, 27 fevral, 2006, №1338.
3.
Azərbaycan regionları 2010, Bakı: ARDSK, 2010, 647 s.
4.
Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafı. Bakı: ARDSK, 2006.
5.
Əhalinin 2009-cu ildə siyahıyaalınmasının yekunları. Bakı: 2010.
6.
Əfəndiyev V.Ə., Dəmirqayayev Ş.Q. Azərbaycan Respublikası şəhərlərinin inkişafının
coğrafi məsələləri. Bakı: Nicat, 1995, 172 s.
7.
Əfəndyev V.Ə. Urabanizasiya və Azərbaycanın şəhər yaşayış məskənləri. Bakı: Bakı
Universiteti, 2002, 395 s.
8.
Əfəndiyev V.Ə. redaktəsi ilə. Azərbaycan Respublikasının iqtisadi və sosial coğrafiyası.
Bakı: Bakı Universiteti, 2010. 470 s.
9.
Əfəndiyev V.Ə., Qasımova F.E. Azərbaycanda qəsəbə. Bakı, 2013, 218 s.
165
СОВРЕМЕННОЕ СОСТОЯНИЕ УРБАНИЗАЦИИ В АЗЕРБАЙДЖАНЕ И
НАПРАВЛЕНИЯ ЕГО РАЗВИТИЯ
В.А.ЭФЕНДИЕВ, Ф.Э.ГАСЫМОВА
РЕЗЮМЕ
В статье анализируются факторы, влияющие на градостроительство и городское
расселение Азербайджана на современном этапе. Последняя перепись выявила, что
более 53 % населения страны живет в городах, и с развитием промышленности
урбанизационные процессы возрастают.
Выявлено влияние политических, социально-экономических изменений на
городское расселение Азербайджана, современное состояние урбанизации и пути его
развития.
Ключевые слова: процесс урбанизации, демографический процесс, городское
поселение, поселок.
THE CURRENT STATE OF URBANIZATION IN AZERBAIJAN AND
DIRECTIONS OF ITS DEVELOPMENT
V.A.AFANDIYEV, F.E.GASYMOVA
SUMMARY
The paper analyzes the factors affecting urban planning and urban resettlement in
Azerbaijan. The last census revealed that over 53% of the population lives in cities, and with
the development of industrial processes urbanization processes increase.
The influence of political, social and economic progress of changes on the urban
settlement in Azerbaijan, the current state of urbanization and ways of its development are
revealed.
Keywords: urbanization, demographic processes, urban settlement, settlement
Redaksiyaya daxil oldu: 17.09.2013-cü il
Çapa
imzalandı: 29.10.2013-cü il.
Dostları ilə paylaş: |