Baki universitetiNİn xəBƏRLƏRİ №3 Təbiət elmləri seriyası



Yüklə 262,92 Kb.
Pdf görüntüsü
tarix26.08.2018
ölçüsü262,92 Kb.
#64681


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№3 

 

 

           Təbiət elmləri seriyası 

 

          2009 

 

 



 

 

EKOLOJİ TURİZM: MAHİYYƏTİ VƏ İNKİŞAF İSTİQAMƏTLƏRİ 



 

H.B.SOLTANOVA 

Bakı Dövlət Universiteti 

soltanova-habiba@rambler.ru 

 

Turizm sahəsinin xüsusi sektoru olan ekoloji turizm dünya turizm bazarının təqribən 10 

faizini  əhatə edir. Bu sektorun inkişaf sürəti isə bütövlükdə turizm sənayesinin inkişaf 

sürətindən 2-3 dəfə artıqdır. Ekoturizmi adi turizmdən fərqləndirən xüsusiyyətlər vardır və 

onun inkişaf istiqamətləri müxtəlifdir. Ekoturizmin inkişafı üçün uyğun ərazilər seçilməlidir. 

 

Son illər turizm sektoru dünyada gəlir gətürən biznesin mühüm növlərindən 

birinə çevrilmişdir. ÜTT-nin məlumatına görə, beynəlxalq turizmdən  əldə olunan 

gəlir 856 mlrd. dollar təşkil etmişdir ki, bu da beynəlxalq səyahətlərdə  iştirak edən 

903 milyon turistdən əldə olunmuşdur (2008-ci il).  

Araşdırmalar sübut edir ki, XX əsrin 80-ci illərində səyahət edənlərin məqsəd-

ləri daha aydın və qabarıq nəzərə çarpmağa başladı. Hay-küylü şəhərlərdən ənənəvi 

kənd yerlərinə, isti və günəşli yerlərdən kölgəli meşəliklərə istiqamətlənən turistlərin 

sayı sürətlə artdı. Bu isə ekoloji turizmin fenomenə çevrilməsi haqda fikir söyləməyə 

imkan yaradır. 

Təbiət qoynuna səyahət dedikdə, ilk növbədə ekoturizm (ekoloji turizm) ter-

mini işlədilir. Ekoturizm təbiət turizminin mühüm tərkib hissəsidir, turizmin konkret 

forması olmaqla onun ətraf mühitə təsiri də müxtəlif formada təzahür edə bilər. 

«Ekoturizm» anlayışı qoruq zonalar və təbii parklarda müasir fəaliyyətdə geniş 

istifadə olunur. Son 15 il ərzində dünyada turizmin bu növünün sürətli inkişafı təkcə 

ətraf mühitin vəziyyətinin korlanması ilə deyil, populyar istirahət rayonlarının (dağ 

kurortları, isti dəniz sahilləri) daha çox «mədəniləşdirilməsi» ilə izah olunur. Alimlər 

və turizm mütəxəssisləri tərəfindən ekoturizmə verilən təriflər müxtəlifdir. 

Ekoturizm, ilk növbədə bütün dünyada milli və  təbiət parkları, qoruqlar və 

digər mühafizə olunan təbii  ərazilər kimi tanınan yaxşı saxlanılmış  təbii  ərazilərə 

səyahətlər və səfərlərdir. 

İkincisi, ekoturizm ətraf mühitə mənfi təsirin zəif olması ilə fərqlənir. Ona görə 

də onu «yumşaq turizm» adlandırırlar. Məhz bu xüsusiyyətinə görə ekoturizm xüsusi 

mühafizə olunan təbii  ərazilərdə  təbii ehtiyatlardan səmərəli istifadədə  təcrübi 

cəhətdən turizmin yeganə növü sayılır. 

Üçüncüsü, ekoturizm müəyyən, kifayət qədər ciddi davranış qaydaları olmasını 

tələb edir ki, bunlara əməl edilməsi həmin sahənin müvəffəqiyyətli inkişafı üçün əsas 

şərtdir.    

Dördüncüsü, ekoturizm yerli icmalara təkcə xidməti personal kimi işləmək 

deyil, həm də mühafizə olunan ərazilərdə yaşamaqda davam etməyi, təbiətdən istifa-

dəni təmin edən ənənəvi təsərrüfat fəaliyyəti ilə məşğul olmağı təklif edir. Təbiidir ki, 

 

209




ekoturizm əhali üçün müəyyən gəlir gətirir və sosial-iqtisadi inkişafa təsir edir.  

Ekoturizmi adi turizmdən fərqləndirən beşinci xüsusiyyət irəli sürülür. Belə ki, 

ekoturizm səyahətçilər üçün istirahət,  əyləncə  və ekoloji təhsilin vəhdəti olan 

turizmdir. ABŞ-ın Ekoturizm Cəmiyyəti tərəfindən ekoloji turizmə  tərif verilmişdir. 

Bu tərifə görə, ekoturizm – nisbətən toxunulmamış təbiətə ekosistemin bütövlüyünü 

pozmadan, həmin  ərazinin təbii və  mədəni-etnik xüsusiyyətləri haqda təəssürat  əldə 

etmək məqsədilə  səyahətdir ki, bu da təbiətin mühafizəsi yerli əhali üçün əlverişli 

iqtisadi  şərait yaradır. Deməli, ekoturizm iqtisadi cəhətdən məqsədəuyğun və 

əlverişlidir.  

Rus  ədəbiyyatlarında ekoloji turizm və turizmin ekolojiliyi terminləri də 

işlədilir. Ekoloji turizm – ekoloji ehtiyatlara istiqamətlənməni, turizmin ekolojiliyi isə 

ekoloji təhlükəsizlik və ya dayanaqlılığı ifadə edir.  

Ekoturizmi onun növlərinin müxtəlifliyinə görə iki əsas qrupa bölmək olar: 

1.Xüsusi mühafizə olunan təbii ərazi və akvatoriyaların sərhədində ekoturizm. 

Belə ərazilərdə təşkil edilən turlar təbiət turizmində ənənəvi istiqamətdir; 

2.Xüsusi mühafizə olunan təbii  ərazi və akvatoriyaların sərhədindən kənarda 

ekoturizm. Bu tip turları  təbiət istiqamətli turizmin geniş sektoruna aid etmək olar. 

Aqroturizmdən başlamış komfortlu kruiz səfərləri ekoturların xüsusi qrupunu təşkil 

edir. 

Məlumdur ki, ekoturizmi istənilən yerdə  təşkil etmək və inkişaf etdirmək ol-



maz. Ekoturizm və ekoturlar aşağıda göstərilənlərin mövcudluğu  şəraitində müm-

kündür: 


1. Xüsusi mühafizə olunan ərazilərin olması; 

2.  Ərazidə ekosistem və landşaftın estetik müxtəlifliyi, həmçinin onların 

ekoloji və bioiqlim əlverişliliyi; 

3. Məskunlaşma mərkəzlərindən uzaqlıq. Qeyd etməliyik ki, bununla səfərin 

xərcləri də müəyyən edilir

 

 



4. Nəqliyyat imkanları və infrastrukturun olması;  

5. Regionun və marşrutların tanınmış  və  məşhur olması. Bu parametrlərlə 

həmin ərazilər istehlakçılar tərəfindən fərqləndirilir. Bəziləri «vəhşi» (təşkil olunma-

mış) piknik məqsədli turistlər, digərləri isə reklam vasitəsilə informasiya alan 

istehlakçılardır. 

6. Ekoturizmin sxeminin müəyyən edilməsi: yollar sistemi (hərəkət infrastruk-

turu) – məişət xidməti sistemi (qidalanma, yaşayış) – xalq yaradıcılığı  və  mədəni 

mübadilə sistemi – marketinq park xidməti sistemi – təhlükəsizlik və sosial-mədəni 

rifah sistemi – ekoloji müdafiə sistemi – bunlar infrastrukturun elə elementləridir ki, 

həm ekoloji, həm də dayanaqlı turizm üçün zəruri sayılır.  

Ekoturizmin təbiət turizmi, aqroturizm, əyləncə turizmi, macəra turizmi, elmi, 

dərketmə, rekreasiya, yaşıl turizm, kənd turizmi və digər növlərini ayırırlar. 

Təbiət turizmi – obyekti istənilən təbiət həm canlı, həm də cansız (məsələn, 

mağara, dağlar, hovuzlar və s.) olan turizmdir.  

Ümumdünya Turizm Təşkilatı ekoturizmə daxil olan əyləncəli turizm terminini 

daha geniş anlayış kimi işlədir. Lakin ekoturizm əyləncəli elementlərə malik olsa da, 

əyləncə heç də həmişə ekoturizmdə «xalis» formada başa düşülmür. Ona görə də daha 

doğru olar ki, «əyləncə turizmi»nin «ekoturizm»i üstələmədiyi başa düşülsün və 

qəbul edilsin. 

Ekoturizmin nəqliyyat növlərinə görə  də  təsnifatı mövcuddur. Nəqliyyat 

 

210



növlərinə görə piyada, xizəklə, atla, velosipedlə, avtomobillə, hava ilə (planer, 

aerostat) ekoloji su turizmi (yelkənli qayıqla, yüngül idman qayığı ilə) ayırırlar. Son 

zamanlar aqroturizm və ya aqroekoturizm növləri daha geniş yayılmışdır. Bü, kənd 

yerlərində turizmdir ki, turistlər öz istirahət vaxtlarında ferma və xutorlarda kənd 

həyat tərzini yaşayırlar. Turizmin bu növü daha çox Qərbi Avropa ölkələri, ABŞ, 

Braziliya, Meksika üçün səciyyəvidir. Bu ölkələrdə aqroturizmin inkişafı  təbii 

landşaftların daha çox olması və kənd təsərrüfatı cəhətdən mənimsənilmiş ərazilərin 

yüksək səviyyəsi ilə izah olunur. 

İtaliyada ekoloji turizm milli parklarda inkişaf etdirilir. Son zamanlar dayanaqlı 

və yaşıl turizm terminləri də  işlədilir. Bunlar texnologiyadan istifadə etməklə  ətraf 

mühitə  təsiri minimal səviyyəyə endirən turizm kimi başa düşülür. Lakin hər hansı 

dayanaqlı turizm ekoturizm sayıla bilməz. Belə ki, ekoloji texnologiya çimərlik 

turizminin təşkilində, iri şəhərlərdə mehmanxana işində  və  hətta aviadaşımalarda 

istifadə oluna bilər.  

Bir qayda olaraq, turist səfər zamanı bir tərəfdən müəyyən həcmdə öyrənmək, 

digər tərəfdən təbiət qoynunda dincəlməyi arzulayır. Bu məqsədlə ekoturizmin elmi, 

dərketmə və rekreasiya növünü ayırırlar.  

Elmi ekoturizmlə turistlərin nisbətən az hissəsi məşğul olur. Lakin turizmin bu 

növü uzaq və az öyrənilən rayonlar haqda informasiya mənbəyidir ki, bu da həm elm 

üçün, həm də ekoturizmin inkişafının planlaşdırılması üçün zəruridir.  

Təcrübi olaraq hər bir ekosəyahət dərketmə  məqsədi daşıyır. Dərketmə 

turizminin elmi ekoturizm kimi obyektləri bioloji növlərin müşahidəsi nöqteyi-

nəzərindən çox maraqlıdır.  

Ekoturistləri xüsusi diqqətəlayiq cansız təbiət obyektləri də çox maraqlandırır. 

Bunlar geomorfoloji, hidroloji və digər obyektlərdir (dağlar və vadilər, mağaralar, göl 

və çaylar). Burada dərketmədən başqa ekoturizmin rekreasiya elementləri 

reallaşdırılır ki, bu da idman turizmi, alpinizm, xizək, at, su və piyada yürüşlər, fəal 

və passiv istirahətin müxtəlif növlərini əhatə edir.  

 

Nəhayət, dərketmə ekoturizm obyektlərinə çox hallarda mədəni, tarixi və ya 



etnoqrafik xüsusiyyətlər (təbii mühitdən ayrılmayan, təcrid olunmayan) aid edilir. 

Ekoturizm fəaliyyətinin çox yayılmış növlərinə piyada yürüşlər, quşların 

müşahidəsi, kino və fotoçəkilişləri, ekosafari, çadır şəhərciklərində istirahət, dağlara 

səfər və alpinizm, balıq ovu, su turizmi, botaniki ekskursiya, arxeoloji turizm, 

speleoturizm, estetik kəpənəklərin müşahidəsi və s. aid edilir. 

Azərbaycan Respublikası özünəməxsus coğrafi zənginliklərə malikdir. Onun 

təbiətinin  əzəmətliliyi, landşaftının nadir tipləri, ayrı–ayrı guşələrinin təkrarolunmaz 

gözəlliyi ekoturizmin müxtəlif növlərinin inkişafı üçün geniş imkanlar açır. 

Quba–Xaçmaz rayonunun həm düzən (mənzərəli meşələri, gözəl çimərlikləri 

olan sahil zonası), həm də dağlıq hissəsində ekoturizmin su turizmi, təbiətdə ov, dağ – 

piyada turizm, rekreasiya, mədəni-etnik turizm növlərini inkişaf etdirmək olar.  

 Şəki–Zaqatala rayonunda coğrafi  şəraitin müxtəlifliyi turizmin müxtəlif, o 

cümlədən ekoloji (dağ-payada, macəra, rekreasiya, dərketmə) növlərini inkişaf 

etdirməyə imkan verir. Rayonun iqlim şəraiti maydan oktyabradək olan müddətdə 

dağətəyi zonada avtomobil, piyada və su turizm marşrutları üçün əlverişli dövrdür. 

Təbii landşaftlar, mənzərəli meşələr, subalp və alp çəmənləri, zəngin heyvanat aləmi, 

çaylar və mineral bulaqlar, şəlalələr rayonun toxunulmamış ərazilərinə turistləri cəlb 

edir. Zaqatala qoruğunda flora və fauna ilə tanış olmaq imkanı var. Bu ərazilərə təbiət 

 

211



turlarının mütəşəkkil təşkili məqsədəuyğun olardı. 

 Gəncə – Qazax iqtisadi rayonunun təbii coğrafi şəraiti, inkişaf etmiş sənayesi 

və  kənd təsərrüfatı, eləcə  də görməli yerləri və ekskursiya obyektləri burada turizm 

fəaliyyətinin bütün növlərini inkişaf etdirməyə imkan verir. Rayonun dağlıq hissəsi 

zəngin təbii landşaftlara, mənzərəli dağ meşələri və  çəmənlərə, dağ çayları  və göl-

lərinə, mineral bulaqlara malikdir. Göy – göl, Maralgöl və s. dağ gölləri fıstıq və şam 

ağacı meşələrində yerləşir. Kəpəzin  ətəyində olan bu ərazi yerli və  əcnəbi turistlər 

arasında da məşhurdur. Landşaftların müxtəlifliyi və gözəlliyinə görə bu rayon 

Azərbaycanda təkrarsızdır. Bütün bu imkanlardan istifadə edərək təbiət turizmini 

inkişaf etdirmək olar.  

 Lənkəran - Astara rayonunda Lənkəran ovalığı və onu əhatə edən orta dağlıq 

ərazi çox mənzərəlidir. Buranı Azərbaycanın Rivyerası da adlandırırlar. Burada kənd 

turizmini, rayonun Xəzər dənizi sahillərində su turizmini, Hirkan və Qızılağac qoruq-

larında foto-ovçuluq turizmini inkişaf etdirmək olar. Talış dağları çətin keçilən, bəzi 

yerlərdə isə  sıldırım yamaclıdır. Lakin Talış dağlarının sarmaşıqlarla sarılmış 

meşələrinə ekoloji turlar təşkil etməklə, həmin yerlərin landşaftının gözəlliyinə şahid 

olmaq mümkündür.  

 Şirvan rayonunda, Pirqulu, Çuxuryurd, Lahıc, Baskal və digər yerlərdə ekotu-

rizm fəaliyyəti üçün əlverişli təbii imkanlar vardır. Mənzərəli təbii landşaftları, dağ 

meşələri, mineral sular və digər rekreasiya ehtiyatları ilə  zəngin olan bu rayon 

ekoturizmin bəzi növləri (təbiət, kənd, dərketmə turizmi) üçün perspektivli sayılır. 

Rayonda maraqlı ekoturlar təşkil etmək imkanı var. Şamaxı, Lahıc, İsmayıllı, Şirvan 

milli parkı belə ərazilərdəndir.  

Ümumiyyətlə, Azərbaycan Respublikasında toxunulmaz təbiətə malik əraziləri 

çoxdur. Təəssüflə qeyd etməliyik ki, ekoturizm və onun müxtəlif növləri respublika-

mızda hələ arzu olunan səviyyədə inkişaf etməmişdir. Azərbaycanın turizm bazarında 

ekoturizmi inkişaf etdirmək üçün təbii imkanların reklamı da çox zəif işıqlandırılır. 

Bütövlükdə isə ekoloji turizmin inkişafı müasir sosial-iqtisadi böhranın 

həllində mühüm rol oynaya bilər. O, təbiətin və ənənəvi mədəniyyətin mühafizəsinə 

xidmət edir. Təbiət abidələri ilə tanışlıq turistlərin daxili aləmini zənginləşdirir və 

onları təbiəti mühafizə etməyə sövq edir. 

 Turizmin bu sektoruna tələbatın artması isə yeni, xüsusi mühafizə olunan təbii 

ərazilərin, ilk növbədə milli və  təbii parkların yaradılmasına səbəb olur. Bir çox 

ərazilərdə ekoloji turizm ixtisaslaşmış sahəyə çevrilə bilər ki, bu da təsərrüfat 

fəaliyyəti nəticəsində təbiətin dağıdılmasına qarşı alternativ rəqabət hesab oluna bilər. 

 

ƏDƏBİYYAT 

1.

 



Nadirov F.T., Qəhrəmanov M. K. Kənd yaşıl turizmi. Bakı: Adiloğlu”, 2004.  

2.

 



Биржаков М.Б. Введение в туризм: Учеб. Изд. 6-е, перераб. и доп. СПБ. Дом Герда, 

2004.  


3.

 

Десяткова Н.Н., Корневец В.С. Организация сельского туризма. Калининград: 2003.   



4.

 

Кусков А.С., Голубева В.Л., Одинцова Т. Н. Рекреационная география. М.: Флинта, 



2005.   

5.

 



Сергеева Т. К. Экологический туризм. Учебник. М.: Финансы и статистика, 2004.   

6.

 



Тарасенок А.В. Виды экологического туризма // Туризм и отдых, 2000, №21.  

 

 

 

 

212




 

ЭКОЛОГИЧЕСКИЙ ТУРИЗМ: СОДЕРЖАНИЕ ПОНЯТИЙ И ПУТИ РАЗВИТИЯ 

 

Г.Б.СОЛТАНОВА 

 

РЕЗЮМЕ 

 

Экологический  туризм  являющийся  особым  сектором  туристской  отрасли  охва-

тывает примерно 10 процентов мирового туристского сектора. Скорость этого сектора в 

целом  в 2-3 раза  больше  скорости  туристской  индустрии.  Существуют  особенности, 

отличающие экотуризм от обыкновенного туризма и направления развития у него раз-

ные. Для развития экотуризма должны быть выбраны правильные территории. 

 

 

ECOLOGICAL TOURISM: THE ESSENCE AND  



DIRECTIONS OF ITS DEVELOPMENT 

 

H.B.SOLTANOVA 

 

SUMMARY 

 

Ecological tourism embraces 10% of the tourism market as a special sector of world 

tourism. However, the development rate of this sector is 2-3 times more than the one of the 

tourism industry. Ecotourism is of distinctive character and its development differs from the 

other spheres of tourism. Development of tourism requires right selection of place.  

 

 



 

213

Yüklə 262,92 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə