Baki universitetiNİn xəBƏRLƏRİ №3



Yüklə 225,94 Kb.
Pdf görüntüsü
tarix30.10.2018
ölçüsü225,94 Kb.
#76843


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№3    

 

Humanitar elmlər seriyası   

 

2014 

 

 



 

DİLÇİLİK 

 

 

UОТ 8/81 

 

QƏDİM TÜRK-SLAVYAN DİL ƏLAQƏLƏRİ 

 

Z.M.

ƏLİYEVA  

AMEA Nəsimi adına Dilçilik İnstitutu  

Rajabova.narmin@gmail.com 

 

Türk  xalqlarının  slavyanlarla  mədəni,  iqtisadi və  siyasi  əlaqələrinin tarixi çox  qədim 

dövrlərə gedib çıxır. Türklərin tarixində xüsusi rolu olan xəzərlərin, oğuz-qəbilə birləşmələri-

nin, peçeneqlərin və polovestlərin slavyanlarla əlaqələri məlumdur. Bizim eranın ilk əsrlərində 

Şərqi  Avropanın  slavyan  qəbilələri  hun,  xəzər,  sabir,  bulqar,  daha  sonrakı  dövrlərdə  isə 

peçeneq, uz, polovets tayfaları ilə sıx təmasda olmuşdular. 

 

Açar sö

zlər: dil əlaqələri, iqtisadi və mədəni əlaqələr, frazeoloji və qrammatik sistem, 

salnamə, yazılı abidələr, ictimai quruluş, qədim slavyan dili 

 

Türk-


slavyan dil əlaqələri haqqında ilk dəfə çex alimi Y.Paysker yazmış-

dır.  Y.Paysker  slavyan,  türk  və  alman  dil  əlaqələrinə  həsr  olunmuş  əsərində 

Qərbi  Ukrayna  ərazisində  yaşayan  bulqar-skiflərin  slavyanlarla  iqtisadi  və 

mədəni  əlaqələrinin  olduğunu  qeyd  edirdi.  Y.Paysker  türkdilli  skiflərin  qərbi 

slavyanlarla  olan  əlaqələrinin  real  tarixli  faktlara  söykəndiyini  sübut  etməyə 

çalışırdı [1, 48-61]. 

Y.Payskerin  əsərini  L.Hiderli  tənqid  edərək  yazırdı  ki,  “heç  bir  qədim 

slavyan-


Turan yaxınlaşmasından söhbət gedə bilməz” [3, 152-160]. 

Türk mənşəli sözlər cənubi və şərqi slavyan dillərində saysız-hesabsızdır. 

Lakin qərbi slavyan dillərində rast gəlinən türkizmlərin çoxu ehtimal ki, qədim 

slavyan dilinə keçən sözlərdir. 

Polyak dilində rast gəlinən “çakan” (kıtman) sözü bu dilə Ukrayna və ya 

slovak  dillərindən  keçmişdir.  Bu  sözün  türkizm  olduğunu  cığatay  dilindəki 

“çakan”  – 

balta sözü sübut edir. Çex dilində  “salas” sözünə rus dilində  “ша-

лаш” formasında rast gəlinir [2, 37-44]. 

Maxekin “Etymologicky slovnik yazıka českeho a slovenskeho”  – Çex 

və slovak dillərinin etimoloji lüğətində verilmiş türkizmlərin tarixi daha qədim-

dir. Bu zaman əsasən çuvaş dilinin qərbi slavyan dilləri ilə əlaqəsindən danış-

 

10 



maq lazım gəlir. 

Türk xalqlarının slavyanlarla mədəni, iqtisadi, siyasi əlaqələrinin tarixi çox 

qədim  dövrlərə  gedib  çıxır.  Türklərin  tarixində  xüsusi  rolu  olan  xəzərlərin  və 

oğuz qəbilə birləşmələrinin, xüsusilə, peçeneqlərin və polovetslərin slavyanlarla 

əlaqələri  məlumdur.  Qədim  slavyan  dilinə  əski  türk  dillərindən  keçmiş  sözlər 

türkizmlərin bütün fonetik, leksik və qrammatik xüsusiyyətlərini ifadə edir. 

Şərqi  Avropa  və  Qərbi  Asiya  xalqlarının  tarixinin  öyrənilməsində 

ədəbiyyat və mədəniyyət abidələrinin tarixi-etnoqrafik baxımdan araşdırılması-

nın,  bu  ərazilərdə  yaşayan  qədim  xalqların  dil  əlaqələrinin  tədqiqinin  böyük 

əhəmiyyəti vardır [4, 205-240]. 

I minilliyin sonu – 

II minilliyin əvvəllərində Şərqi Avropanın  və Qərbi 

Asiyanın  torpaqlarında  yaşayan  türkdilli  xalqların  və  slavyanların  çox  sıx 

iqtisadi, siyasi və mədəni əlaqələri dil sistemində dərin izlər buraxmışdı. 

Bizim  eranın  ilk əsrlərində Şərqi  Avropanın  slavyan qəbilələri  hun,  xəzər, 

sabir, bulqar, daha sonrakı dövrlərdə isə peçeneq, uz və polovets tayfaları ilə sıx 

təmasda olmuşdular. Türk dilləri qədim slavyan dilində müəyyən izlər buraxmış, 

bu dilin frazeoloji və qrammatik sisteminə böyük təsir göstərmişdilər. 

Qədim  hunların,  sabirlərin,  xəzərlərin  və  bulqarların  yazılı  abidələri 

dövrümüzə qədər gəlib çatmamışdır. Lakin tək-tək söz və ifadələr xüsusi adlar 

və hökmdarların titullar (antroponimlər), xalqların və qəbilələrin adları (etno-

nim


lər), şəhər və kənd, çay və göl adları (toponimlər)  yunan, ərəb xronikala-

rında  və  rus  salnamələrində  qorunub  saxlanılmaqdadır.  Bu  salnamələrin 

material

ları əsasında türk xalqlarının dil  mədəniyyəti haqqında  müəyyən  fikir 

söyləmək mümkündür. 

Türk və slavyan dillərinin qarşılıqlı təsir proseslərinin tarixini əsasən beş 

dövrə bölmək olar. 

I dövr – I-

VIII əsrləri əhatə edir. Bu dövr – Kiyev Rus dövlətinin yaran-

masından əvvəlki dövrü – slavyan dillərinin türk dilləri ilə ilk təmas dövrüdür. 

Bu dövrdə slavyan dilləri əsasən hun, sabir, xəzər və bulqar dilləri ilə təmasda 

olmuşdur. 

II dövr – IX-

XII əsrləri əhatə edir. Bu dövr qədim rus dövlətinin – Kiyev 

Rus dövlətinin yarandığı zamandır. 

IX-


XII əsrlər ərzində Kiyev Rus dövləti peçeneq, oğuz, türk, berendey və 

s. türk tayfalar

ı  ilə  sıx  əlaqədə  olmuşdur.  Kiyev  Rus  dövlətinin  qədim  türk 

tayfalarından  olan  polovetslərlə  təması  daha  sonrakı  dövrə  –  monqol  işğalı 

dövrünə təsadüf edir. 

III dövr –  XIII-

XV  əsrlər  monqolların  Şərqi  Avropa  torpaqlarına  gəl-

məsi  Qızıl  Orda  dövlətinin  yaranması  dövrüdür.  Bu  zaman  qədim  rus 

knyazlıqları Qızıl Orda dövlətinin vassalı idilər, qədim rus dili isə geniş ərazidə 

yayılmış türk-qıpçaq dialektlərinin təsiri altında inkişaf edirdi. Bu dövrdə Türk 

dilləri vasitəsilə slavyan dillərinə ərəb, fars, çin, tibet, toxar dillərindən söz və 

ifadələr  keçirdi.  Bu  dövrlər  qədim  slavyan  və  türk  dillərinin  sıx  əlaqəsi  ilə 

səciyyələnir. 

 

11 



IV dövr  XV-

XIX əsrləri əhatə edir. Bu dövrdə cənubi slavyan dillərinə 

osmanlı türkcəsindən çox söz və ifadələr keçmişdir. 

V dövr XX-X

XI əsrləri əhatə edir. Bu dövrdə də slavyan dillərinə bir çox 

sözlər keçmişdir. Şərqi Avropanın böyük bir ərazisini tutan, böyük dövlətçiliyi 

olan  müstəqil  türk  xalqlarının  tarixi  bu  gün  də  çox  az  öyrənilmişdir.  Bizə 

məlum olan mənbələr bu ərazidə Şərqi Avropanın iki nəhəng dövlətinin Xəzər 

və  Bulqar  xaqanlıqlarının  olduğunu  sübut  edir.  Xəzərlər  və  bulqarlar,  o 

cümlədən  Şərqi  Avropanın  digər  türk  xalqları  haqqındakı  məlumatları  verən 

müəllifləri 5 qrupa bölmək olar [2, 37-44]: 

1.

 

Zaqafqaziya və İran müəllifləri. 



2.

 

Yunan, Bizans 



və qədim rus salnaməçiləri. 

3.

 



Yəhudi mənbələri. 

4.

 



Ərəb coğrafiyaçıları. 

5.

 



Çin mənbələri. 

Birinci  qrup  haqqında,  yəni  Zaqafqaziya  və  fars  mənbələri  haqqında 

danışarkən,  ilk  növbədə  Əbül  Qasim  Tusi  Firdovsinin  “Şahnamə”  poemasını 

göstərmək olar. Firdovsi (935-1020) “Şahnamə”  poemasında Xəzər  xaqanlığı 

haqda  söhbət  açır.  Gürcü  çarı  VI  Vaxtanqın  tərtib  etdiyi  salnamədə  (bu 

salnamə hal-hazırda Fransada saxlanılır) və Qafqaz alimi Moisey Xorenskinin 

əsərlərində qədim türklərdən və slavyanlardan bəhs olunur. 

İlk  iki  mənbə  (Firdovsinin  “Şahnamə”si  və  VI  Vaxtanqın  “Salnamə”si 

tarixi  faktlara  əsaslanmır,  burada  təsvir  olunan  hadisələr  qeyri-müəyyənliyi, 

fantastikliyi  və  nağılvarı  xüsusiyyətləri  ilə  ciddi  elmi  nəticələr  çıxarmağa 

imkan vermir. Moisey Xorensk

inin “Tarix” və “Zamanın coğrafiyası” əsərləri 

isə  xalq  dastanlarına,  epos  materiallarına  əsasən  yazılmışdır.  Bu  mənbələrə 

nisbətən  əsaslanıb  müəyyən  nəticələr  çıxarmaq  olar.  Moisey  Xorenskinin 

əsərləri yunan və Bizans mənbələrinə əsaslanır. Xalq eposu bu əsərlərdə bəzən 

konkret tarixi faktları əks etdirir. 

Moisey Xorenski  xəzərlər haqqında  ilk  məlumatı II əsrə aid edir. Onun 

fikrincə, hələ hunlar Şərqi Avropaya gəlməmişdən əvvəlki dövrdə, yəni 198-ci 

ildə  xəzərlər  bu  ərazidə  məskunlaşmışdılar.  Xorenski  bu  qənaətdə  idi  ki,  xə-

zərlər Atillanın qoşunlarının tərkibində Şərqi Avropaya gəlməmişdilər, hunlar 

bu əraziləri istila etdikdən sonra onlara qoşulmuşdular. 

İkinci  qrup  mənbələrə  yunan  alimi  Priisk,  Bizans  imperatoru,  alim  və 

yazıçı  Konstantin  Baqryanorodnıy  və  müxtəlif  monastrlarda  yaşayan  rus 

salnaməçiləri  daxildir.  Priisk  xəzərləri  akatsirlər  (akxəzərlər)  adlandırır  və 

hunların istilasına qədər bu dövlətin ictimai quruluşu haqqında məlumat verir. 

Bu məlumatlar bizim eranın III–VI əsrlərinə aid edilir. 

Şərqi  Avropanın  ərazisində  yaşayan  türkdilli  xalqlar  haqqında  daha 

ətraflı məlumatı Konstantin Baqryanorodnıy vermişdir. Onun əsərində xəzərlər 

qüdrətli bir xaqanlıq kimi təsvir olunur. Bu dövlətlə Bizans imperatorluğunun 

böyük  siyasi,  iqtisadi  və  mədəni  əlaqələri  olduğu  qeyd  edilir.  Konstantin 

Baqryanorodnıy  xəzərlərin  türkdilli  xalq  olduğunu,  bu  dövlətin  sərhədlərinin 

 

12 




Avropanın böyük bir hissəsini tutduğu barədə məlumat verir. Bizans dövləti bu 

iqtisadi və mədəni əlaqələrə əsaslanaraq öz xarici siyasətini qurmağa çalışırdı. 

Bizans mənbələrindən fərqli olaraq rus salnamələri xəzərlər barədə çox qısa 

məlumatlar verir. Bu məlumatlar yalnız X əsrə aiddir. Xəzər xaqanlığının Bizansla 

siyasi və diplomatik əlaqələri barədə tarixdə müəyyən məlumatlar vardır. 

İranın  Sasanilər  dövlətinin  və  Ərəb  dövlətinin  xəzərlərlə  münasibəti 

yaxşı deyildi. Sasani dövlətinin zəifləməsi nəticəsində ərəblər bəzi İran torpaq-

la

rını istila etdilər. İran torpaqlarını tutduqdan sonra ərəblər Xəzər Xaqanlığını 



ələ keçirməyə çalışırdılar. Buna görə də, Xəzər Xaqanlığı Bizansla iqtisadi və 

siyasi  əlaqələri  möhkəmləndirdi.  Bizans  imperatoru  Xəzər  xaqanının  qızı 

Çiçəklə  evləndi.  IX  əsrin  ortalarından  başlayaraq  bir  çox  slavyan  tayfaları 

Xəzər Xaqanlığının vassalına çevrildilər. Yəhudi mənbələri Xəzər Xaqanlığı və 

onun slavyanlarla əlaqəsi haqqında məlumatlar verir. 

Kordova Əməvilərindən olan IV Əbdülrəhmanın vəziri Xasdai ibn-Saprutun 

Xəzər  Xaqani  İosiflə  məktublaşması  X  əsrdə  bu  xaqanlığın  dünya  dövlətləri 

tərəfindən tanınmasına sübutdur. İkinci yəhudi müəllifi İosif Xəzər xaqanlığında 

10 qəbilənin olduğunu və bu qəbilələrin yaşadığı coğrafi ərazini göstərir. 

Ərəb  coğrafiyaçıları  və  səyyahları  slavyan  və  türk  xalqlarının  siyasi  və 

iqtisadi  əlaqələri  barədə  çox  yazmışlar.  Bu  mənbələrin  verdiyi  məlumatlar 

Şərqi Avropanın xalqlarının keçmişi barədə zəngin məlumat verir. 

Ərəb səyyahlarından İnb-Fədlan, Əl-Məsudi və İbn-Rustun adını çəkmək 

olar.  İbn-Fədlan  Bağdad  xəlifəsi  Məhəmməd  ibn  Süleyman  tərəfindən  islamı 

qəbul etmiş Bulqar ölkəsinə göndərilmişdi. İbn-Fədlanın əsərində dörd xalqın – 

bulqarların,  rusların,  başqırdların  və  xəzərlərin  tarixi  keçmişi  haqda  məlumat 

verilir. İbn-Fədlanın məlumatına görə, ruslar xəzərlərin vassalı idilər. 

Digər ərəb coğrafiyaşünası İbn-Rust “Qiymətli xəzinələr haqqında kitab” 

adlanan əsərində slavyanların  və türklərin  siyasi,  iqtisadi  və  mədəni əlaqələri 

barədə yazır.  

Türk dövlətlərinin tarixi bir türk qəbiləsinin güclənərək, digərlərini özünə 

tabe  etməsi,  öz  ətrafında  birləşdirməsi  ilə  səciyyələnir.  Türk  qəbilələri  digər 

türk tayfalarını  və  milliyyətcə türk olmayanları da iqtisadi  və siyasi cəhətdən 

özündən asılı salmağa, öz ətrafında birləşdirməyə qadir idilər. Qədim mənbə-

lərin və əski dövrlərdə yaşayan salnaməçilərin (Dionisiy, Priisk və b.) verdiyi 

məlumatlara əsasən, müasir Rusiyanın cənub əraziləri türkdilli xalqlara mənsub 

idi. Bu türk qəbilələri burada hələ peçeneqlərdən və uzlardan əvvəl yaşayırdılar 

və  IV  əsrdə  böyük  Hun  imperiyasına  daxil  idilər.  Bu  xalqlar  eramızın  IV 

əsrində  Attilanın  qurduğu  böyük  imperiyaya  daxil  oldular.  Həmin  imperiya 

dağıldıqdan sonra isə Xəzər və Bulqar xaqanlıqları yarandı. 

Xəzər və Bulqar xaqanlıqları böyük iqtisadi mərkəzlər olan şəhərləri və 

yüksək mədəniyyətləri ilə seçilirdilər. “Hüdud əl aləm”də və digər ərəb mənbə-

lərində  10-a  qədər  qədim  Xəzər  şəhərinin  adı  çəkilir.  Bunlara  misal  olaraq 

Belencer, Semender, İtil və Sarkelin adını çəkmək olar. 

Bu şəhərlərdən əlavə İtil çayı üzərində yerləşən Bulqar şəhərinin də adı 

 

13 




çəkilir.  Suvar  xalqı  isə,  akademik  Marrın  fikrincə,  müasir  çuvaşların  ulu 

babalarıdır. Qədim rus dövlətinin yarandığı ilk gündən slavyan və türk xalqları 

arasında  sıx  əlaqələr  mövcud  idi.  Türk  və  slavyan  qəbilələri  bəzən  sülh 

şəraitində yaşayır, bəzən də müharibələr aparırdılar. 

Qədim  salnamələrin  verdiyi  məlumatlara  əsasən  865-ci  ildə  Kiyev 

Ryurik tərəfindən  idarə olunurdu. Bu zaman şəhər Xəzər Xaqanlığından asılı 

idi və ona xərac verirdi. 913-cü ildə knyaz Oleq bir çox slavyan qəbilələrini: 

pol


yanları,  drevlyanları,  bujanları,  volınları,  kriviçləri,  radimiçləri,  vyatiçləri 

birləşdirdi  və  qədim  rus  dövləti  möhkəmlənərək  Xəzər  Xaqanlığının  asılılı-

ğından azad olundu. 920-ci ildə knyaz İqor Ryurikoviç peçeneqlərə qalib gəldi. 

967-


ci  ildə  knyaz  Svyatovlav  İqoreviçin  dövründə  peçeneq  knyazı  Kurya 

Svyatovlav

ı  əsir  götürdü,  öldürdü  və  onun  kəlləsindən  fincan  düzəltdirilib 

üstündə belə bir yazı həkk etdirdi: “Özgəsini axtarıb özününkünü itirdi”. 

Rusiyanın  xristianlığı  qəbul  etməsindən  sonra  slavyanlar  və  türklər 

arasında yenidən güclü münaqişələr başlandı. Qədim rus və polovets münasi-

bətlərinin  tarixi  bir-birini  əvəz  edən  müharibələr  və  sülh  müqavilələrinin 

başlanması ilə xarakterizə olunur. Rus knyazları polovets xanlarının qızları ilə 

evlənir, öz hərbi, siyasi və iqtisadi qüdrətlərini artırmağa çalışırdılar. Rus alimi 

A.İ.Sobolevski özünün “Rus-skif  etüdləri”  əsərində  slavyanların  mənşəyini 

türkdilli skif tayfaları ilə bağlayır. Alimin fikrincə, qədim slavyan dili iki dilin 

birləşməsindən,  bir-birinə  təsirindən  yaranmışdır.  Bu  dillərin  biri  slavyan-

baltik və ya slavyan-litva dilidir. İkinci dil slavyan dilinə çox böyük təsiri olan, 

bu  dili  formalaşdıran  amillərdən  biri  olan  türkmənşəli  skif  dilidir  [5,  20-41]. 

Qədim slavyan dilində incə saitlər və “j” səsinin əvvəlində “s” səsinin əvəzinə 

“x” səsinin işlənməsi buna sübutdur. 

A.İ.Sobolevski  slavyan  dillərində  qədim  skif  dilinin  izlərini  axtarır,  Şərqi 

Avropanın, xüsusilə slavyan dillərinin leksikasında, toponimiyasında, arxeologiya 

və etnoqrafiyasında qədim türklərlə  əlaqəni  elmi  cəhətdən  izah etməyə çalışırdı. 

Məsələn,  A.İ.Sobolevski  slavyan  dillərində,  xüsusilə  rus  dilində  rast  gəlinən 

“осочить” (vəhşi heyvanı mühasirəyə almaq) və “осока” (vəhşi heyvana hücum 

etmək) kimi ifadələrin “cok”, “cak” kökləri ilə  bağlı olduğunu və qədim yunan 

tarixçisi  Herodotun  yazdığına  görə,  farsların  skifləri  saklar  adlandırdıqlarını, 

farsların düşməni olan “tura” xalqının da skif-saklar olduğunu qeyd edirdi. 

A.İ.Sobolevskinin fikrincə, “tura” kökü müasir rus dilində bu gün də iş-

lənən “турить, турнуть, протурить” sözləri məhz türklərə aiddir. Hətta Dnestr 

çayının  adı  da  bu  sözlə  bağlıdır.  Yalnız  A.İ.  A.İ.Sobolevski  qədim  slavyan 

dilindəki fonetik prosesləri türk dillərinin təsiri ilə izah etmirdi. XX əsrin digər 

dilçi  alimi  B.A.Boqoroditski  də  dildibi  “q,  k,  x  samitlərinin  yumşaq  tələffüz 

o

lunmasını İran dillərinin təsiri ilə izah edirdi. Lakin B.A.Boqoroditski skif-sak 



dillərini İran mənşəli hesab edərkən səhv edirdi. Alim yunan tarixçisi Herodota 

əsaslanaraq yazırdı ki, skif-sak tayfaları müasir cənubi Rusiya ərazisində qədim 

slavyanlarla 

yanaşı yaşayırdılar və bu dillərin qarşılıqlı təsiri təbii idi. 

Ukrayna  alimi  Valentin  Stesnyuk  yazır:  “Şərqi  Avropanın  slavyan 

 

14 




əhalisinin dilində rz/rs səs keçidləri mövcud olmuşdur. Bu səs qrupları müxtəlif 

slavyan dillərində “rz” fonem birləşməsi və incə r’ səsi ilə əvəz olunmuşdur. 

Çex dilində “r” səsi “rz” və “rs” səs birləşmələri ilə, polyak dilində “rz” 

fonem birləşməsi z və ž səsləri ilə əvəz olunmuşdur. 

Müasir çexlərin ulu babaları qədim bulqarlarla qonşu arealda yaşayırdılar 

və qədim slavyan dilindəki incə “r” -in “rz” ilə əvəz olunması bulqar substra-

tının təsiri altında baş verdi. 

Monqolların  və  tunqusların  ulu  babaları  bir  çox  türk  sözlərini  mənim-

səmişdilər və bu qədim sözlərin bir çoxunda “rz” və “rs” səs birləşmələri “r” 

şəklində  tələffüz  olunurdu.  Bu  fonoloji  hadisə  eynilə  qədim  slavyan  dilinə 

keçmiş türk sözlərində də müşahidə olunurdu. 

Türk və slavyan dilləri arasında mövcud olmuş əlaqələrin səbəbləri müx-

təlif  olmuşdur.  Bu  əlaqələrin  sosiolinqvistik,  etnolinqvistik  və  psixolinqvistik 

səbəbləri vardır. 

Türk  və  slavyan  xalqları  arasında  yaranmış  əlaqələrin  əsas  səbəbi  kimi 

tarixi  şəraiti  göstərmək  olar.  Bu  baxımdan  qədim  dövrlərdən  bu  günə  qədər 

olan  tarixi  hadisələr  nəzərdən  keçirilməlidir.  Türk  və  slavyan  dilləri  arasında 

əlaqələrin  yaranmasının  əsas  şərtlərindən  biri  də  xalqların  müxtəlif  ərazilərə 

köçməsi,  müharibələr, ticarət  əlaqələri,  dövlətlərin  yaranması  və  süqutu  kimi 

amillərdir. 

 

ƏDƏBİYYAT 

1.

 



Менгес К.Г. Восточные элементы в «Слове о полку Игореве». Л.: Наука, 1979, 254 с. 

2.

 



Баскаков Н.А. Тюркская лексика в «Слове о полку Игореве». М.: Наука, 1985, 171 с. 

3.

 



Нидерле Л. Славянские древности. М.: Просвещение, 1956, 302 c. 

4.

 



Третьяков П.Н. Восточнославянские племена. M.: Просвещение, 1953, 450 с. 

5.

 



Соболевский А.И. Русско-скифские этюды. М.: 1911. Изв. ОРЯС, 239 c. 

6.

 



Богородицкий В.А. Общий курс русской грамматики. М.-Л.: Наука,  1935, 310 с. 

 

ДРЕВНЕТЮРКСКИЕ И СЛАВЯНСКИЕ ЯЗЫКОВЫЕ СВЯЗИ 

 

З.М.АЛИЕВА  

 

РЕЗЮМЕ 

 

Статья посвящена истории древнетюркских и славянских языковых связей. Нача-

ло I тысячелетия характеризуется взаимодействием древнетюркских и славянских язы-

ков. Особое внимание уделено эпохе господства хазар, как одного из племенных союзов

сыгравших значительную роль в судьбе тюркских племен. 

Для изучения истории народов Восточной Европы и Западной Азии, их культуры 

и древних памятников литературы большое значение имеет анализ древних связей меж-

ду тюркскими и славянскими народами. 



 

Ключевые слова: языковые связи, экономические и культурные связи, фразеоло-

гическая  и  грамматическая  система,  летопись,  письменные  памятники,  общественный 

строй, старославянский язык 

 

 



15 


OLD TURKIC AND SLAVIC LINGUISTIC TIES 

 

Z.M.ALIYEVA  

 

SUMMARY 

 

The article is dedicated to the history of Turkic and Slavic ties. The beginning of the I 

millennium is characterized by interaction of Old Turkic and Slavic languages. The special 

attention is given to the epoch of supremacy of Khazars as one of the tribal alliance which 

plays a great role in the destiny of Turkic tribes. 

The analysis of old ties between Turkic and Slavic languages  has  a  great role in re-

searching the history of the peoples of Eastern Europe and Western Asia, their culture and old 

monuments of literature. 



 

Key words: linguistic ties, economical and cultural ties, phraseological and grammati-

cal system, chronicle, written monuments, social order, Old Slavic language 



 

 

16 



Yüklə 225,94 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə