Baki universitetiNİn xəBƏRLƏRİ №3



Yüklə 73,8 Kb.

tarix03.08.2018
ölçüsü73,8 Kb.


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№3    

 

Humanitar elmlər seriyası   

 

2014 

 

 



 

 

 

UOT: 39 

 

TƏBRİZ ŞƏHƏRİNİN KARVANSARAYLARI 

(XIX – 

XX əsrin əvvəlləri) 

 

İ.G.MƏMMƏDOVA  

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu 

ilhame.mamadova@gmail.com 

 

Şəhər  mədəniyyətinə  xas  olan  orta  əsr  tikililəri  arasında  karvansaraylar  mühüm  yer 

tutur.  Mürəkkəb  söz  olan  karvansaray  iki  kəlmədən  ―  “karvan”  və  “saray”dan  ibarətdir. 

Kar

van dəvə ilə hərəkət edən dəstə, saray isə “bina”, “tikili” anlamına gəlir. Karvansaraylar 

dövlətin yaranması ilə peyda olmuş, mərkəzi hakimiyyətin güclənməsi və ticarətin inkişafı ilə 

əlaqədar inkişaf etmişdir.  

 

Açar sözlər: Azərbaycan, Təbriz, karvansaray, karvan, dəvə 

 

Karvansarayın ilk dəfə Assuriyada e.ə. II-I minilliklərdə meydana gəldiyi 

ehtimal edilir (1, 

269). Geniş ərazilərə malik Əhəmənilər imperiyasının nizamlı 

yolları olmadığından dayanacaqlara ehtiyac vardı. Ərazinin iqliminin quru, şə-

hər və kəndlərarası məsafənin uzaq olması səbəbindən azuqə əldə etmək həyati 

məsələ idi və belə dayanacaqlarsız ölkənin müxtəlif məntəqələri arasında əlaqə 

saxlamaq qeyri-mümkün idi (2, 338).  

İslamdan  öncə  yol  kənarlarında  sabat, robat, karbat  və  digər  dayana-

caqlar düzəldilirdi. Sabat su anbarı, bir neçə oturacaq və ya otaqdan ibarət idi. 

Robatın  hovuz  və  su  anbarından  əlavə,  həyətinin  dövrəsində  bir  neçə  otağı 

olurdu. Onlardan qısa müddət gecələmək məqsədilə istifadə edilirdi. Karbat da 

robat kimi 2-

3 otağa malik idi (3, 33-34). Orta əsrlərdə yolboyu dayanacaqların 

sa

yı  durmadan  artır  və  yuxarıda  adı  çəkilən  binalardan  daha  rahat  karvan-



saraylar  genişlənirdi.  Ticarətçilər,  səyyahlar,  zəvvarlar  və  digər  qrupların 

karvanları uzun yol qət edib yolüstü karvansaraylardakı istirahət otaqlarında ― 

hücrələrdə  dincəlir  və  yollarına  davam  edirdilər.  Karvansarayların  sayının 

artması bir tərəfdən ticarətin inkişafı səbəbindən, digər tərəfdən ərazinin təbii 

çoğrafi  şəraiti  ilə  bağlıydı.  Karvan  yollarının  keçdiyi  bölgələrdə  əhali  sıxlığı 

olardısa, o zaman orada karvansaray tikməyə ehtiyac qalmırdı. Əcnəbilər yerli 

 

101 



sakinlərdən yardım alır, onların evində kirayə qalmaqla kifayətlənirdilər. 

Müvəqqəti yaşayışı təmin edən karvansaraylar xarici və yerli məhsulların 

müamilə  olunduğu,  müsafirlərin  istirahət  etdiyi,  müxtəlif  xalqların  adət-

ənənəsinin, dünyagörüşünün  mübadiləsi  məkanı sayılırdı. Onlar Orta əsrlərdə 

dini-

siyasi, iqtisadi, hərbi funksiya yerinə yetirirdilər. Zaman keçdikcə karvan-



sarayların ticari əhəmiyyəti artırdı. Tədricən şəhərdaxili karvansaraylar ticarət 

mərkəzləri kimi fəaliyyət göstərməyə başlayırdı. Onların hər birində eyni adlı 

məhsul  müamilə  edilirdi.  Tacirlər  burada  kommersiya  yeniliklərini,  pulun 

kursunu öyrənə bilirdilər. 

Təbrizə  Orta  əsrlərdə  təşrif  buyuran  Avropa  səyyahları  şəhərin  maddi 

mədəniyyətinin  zənginliyini  dönə-dönə  vurğulayırdılar.  Təsadüfi  deyil  ki, 

J.Şarden  XVII  əsrdə  Təbrizdə  300  sayda  karvansarayın  olduğunu  söyləyir. 

Müəllif  əlavə  edir  ki,  elə  geniş  karvansaraylar  var  ki,  hər  birində  300  adam 

yerləşə bilər (4, 72-73). Ö.Çələbi isə burada təqribən 200 karvansarayın varlı-

ğını və onlardan ən məşhurlarının Zübeydə, Şah Cahan, Şah İsmayıl, Pirbudaq, 

Şahi-Cahan qızı Aləmşah karvansarayları olduğunu vurğulayır (5, 24). Bu fakt 

bir  daha  şəhərin  yüksək  iqtisadi-siyasi  və  mədəni  səviyyəsindən  soraq  verir. 

Səyyahlar  Təbrizə  qonşu  şəhərlərdə  də  karvansarayların  sayının  çox  olma-

sından bəhs edirlər. Ö.Çələbinin müasiri olmuş F.Kotov Ərdəbildə 200 karvan-

sarayın olduğunu qeydə almışdır (6, 48).    

Ötən zamanlarda olduğu kimi, XIX əsrdə də Təbriz Avropa ilə ticarətdə 

İranın  başlıca  şəhəri  idi.  Bu  amil  şəhərdə  karvansarayların  artmasına  zəmin 

yaradırdı.  Qacarlar  zamanında  Təbrizdə  oturan  ölkə  vəliəhdləri  burada  xeyli 

abadlıq işləri aparırdılar. Əvvəldə vurğulandığı kimi, Abbas Mirzə Azərbaycan 

yollarını, körpüləri bərpa etməklə bahəm, bu diyara səfərə gələnlərin rahatlığı 

naminə karvansaraylar da inşa etdirir (7, 98). Abbas Mirzənin vəliəhdliyi döv-

ründə Təbrizdə aparılan quruculuq işləri sonrakı onilliklərdə də davam edilirdi. 

Tədqiq etdiyimiz Qacarlar dövründə əvvəlki  mərhələdə  istifadə olunan tikinti 

üslubu və daxili interyer demək olar ki, saxlanılır, yeniləri ilə yanaşı, bir çox 

qədim  binalar  yenidən  təmir-bərpa  olunurdu.  Nəsrəddin  şahın  hakimiyyəti 

dövründə də bu iş davam etdirilir. Nəsrəddin Mirzənin vəliəhdliyi zamanında 

baş nazir Əmir Kəbir şəhərin abadlığı naminə xeyli işlər görür, küçələr, yollar, 

keçidləri  bərpa etdirir, ticarəti  və əmin-amanlığı  qorumaq  məqsədilə qarovul-

xanalar  və  alveri  genişləndirmək  məqsədilə  öz  adına  “Əmir  karvansarayı”nı 

tikdirir (8, 150).  

Şəhərdaxili karvansarayların əksəriyyəti vəqf idarəsindən asılı idi. Tacir-

lər  “sərqofli”  adlı  vergi  ödəməklə  hücrələri  aylıq  icarəyə  götürürdülər  (9,  9). 

Buradakı hücrələrin qorunması odabaşının (saraydar) öhdəsinə düşürdü. Dini 

qurumların nəzarətində olan karvansaraylara birbaşa zadəganlar və saray adam-

ları sahiblik edirdi. Həmin yerlərdə zəvvarlar və rəsmi qonaqlar üçün gecələmə 

pulsuz olardı.  

XIX  əsrdə  Təbrizdə  irili-xırdalı  200  sayda  karvansaray  fəaliyyət  göstə-

rirdi (10, 

67). Onların əksəriyyəti sahibinin adını daşıyırdı: Məşədi Məhəmməd, 

 

102 




Hacı  Mirzə  Məhəmməd  Əmin,  Mirzə  Rza,  Məşədi  Cəfər,  Hacı  Hüseyn,  Hacı 

Xəlil,  Hacı  Məhəmməd  Cəfər,  Molla  Məhəmməd  dayı,  Kərbəlayi  Allahverdi, 

Mirzə İbrahim, Həsən karvansarayı və s. Bunlardan başqa, peşə mənsubiyyə-

tini  bildirən  karvansaray  adlarına  da  rast  gəlinir:  Ağacçı  karvansarayı,  Kiş-



mişçilər karvansarayı və s. Orta əsrlərdə Təbrizə aparan yollarda da çoxsaylı 

karvansaraylar  inşa edilirdi. Səfəvilər dövründə Təbriz-Miyanə  yolunda Şibli

Təbriz-Hərvabad  yolunda  Gərdaneyi,  Təbriz-Zəncan  yolunda  Gilək,  Təbriz-

Əhər  yolunda  Vinər,  Qacarlar  dövründə  Təbriz-Əhər  yolunda  Arpaderaz

Təbriz-Marağa  yolunda  Cənubi  Əcəbşir,  Xoranək,  Təbriz-Ordubad yolunda 

Çaparxana 

və s. tikilib istifadəyə verilmişdi.   

Karvan  yollarının  kənarlarında  su  quyuları,  namazgahlar,  qədəmgahlar, 

dincəlmək  üçün  kiçik  yerlər  (sabat)  təşkil  olunurdu.  Karvansaraylar  əsasən, 

kar

van  yollarının  kənarında  və  şəhər  daxilində  inşa  edilirdi.  Təbrizə  məxsus 



orta əsr karvansarayları əsasən, dördkünc planda salınırdı. Səfəvilər dövründən 

başlayaraq  ölkə  karvansaraylarının  memarlıq  planında  yeni  elementlər  peyda 

oldu. Belə ki, onlar dördbucaq planla yanaşı, səkkizbucaqlı və eyvanlı da tikil-

məyə başlandı. Onların əmniyyəti daha üstün sayılırdı. Qacarlar dövründə bü-

tün İranda dördbucaq və səkkizbucaqlı (xaricdən dairəvi) karvansaraylar möv-

cud idi (3, 

103). Lakin Təbrizdə səkkizbucaqlı plana, demək olar ki, rast gəlin-

mir.  


İlk  vaxtlar  daxili  həyəti  və  ətrafında  heyvanlar  üçün  enli  dalanları  olan 

karvansaray

lar inşa edilirdi. Həmin tikililər gecələmək üçün nəzərdə tutulmur, 

sadəcə karvan, ya çaparların lazımi tələbatı ödənildikdən sonra onlar yollarına 

davam  edirdilər.  Sonralar  isə  bu  binaların  layihəsi  bir  qədər  dəyişdirilərək 

mərkəzi həyətin ətrafında dördbucaqlı otaqlara malik tikilirdi. Sonuncular dörd 

tərəfdən hasarlanır, dövlət tərəfindən yüksək əmniyyətə malik idilər. Müsafir-

lərin  qaldığı  otaqlar  eyvana  malik  idi  və  hava  cərəyanı  məhz  buradan  içəri 

daxil olurdu.  

Şəhərdaxili  karvansarayların  əksəriyyəti  ikimərtəbəli,  yolüstü  tikilənlər 

isə  birmərtəbəli  olurdu.  Hasarları  bişmiş  kərpicdən  təqribən  6-7 m hündür-

lüyündə  hörülürdü.  Onların  hər  bir  küncündə  quldurlardan  qorunmaq  üçün 

yarımdairəvi  bürclər  yerləşirdi. Hər karvansaray  kənarı kərpiclə tikilən, gəclə 

bəzədilən yalnız bir giriş darvazasına malik idi. İkitaylı darvazalar qoz, şam və 

digər  möhkəm  ağaclardan  düzəldilirdi.  Otaq  qapılarının  əsas  materialı  sərv, 

qovaq, çinar ağacından olurdu (9, 7). Gündüzlər həmişə açıq saxlanan darvaza 

iki  bürcün  arasında  yerləşir  və  baştağa  malik  olurdu.  Binanın  sahibi,  tikilmə 

tarixi  və  bənnanın  adı  baştağın  üzərindəki  kaşı  və  mərmər  üzərində  həkk 

edilirdi. Baştağın üstündə balaxana (kiçik gözətçi otağı) tikilirdi. 

Darvaza üstüörtülü dalanlara açılır və sonuncu isə həyətə istiqamətlənirdi. 

Onların  hər  iki  tərəfində  daş  səkilər  vardı.  Qonaqlar  daxil  olan  zaman  orada 

otu


rub,  yoxlamadan  keçirdilər.  Həyətdə  malların  çəkilməsi  üçün  qapanxana 

yerləşirdi.  Hər  bir  karvansaray  qiymətli  mal  daşıyan  karvanlar  üçün  təhlükə-

sizlik 

yeri  olub,  məscid,  mətbəx,  anbar,  tibbi  ehtiyaclar  üçün  xəstəxana  və 



 

103 



daruxana, heyvanlar üçün tövlə, baytarlıq məntəqəsi, kitabxana, hamam, ayaq-

qabı təmirxanası və s.-yə malik olurdu. Yaşıllığa bürünən həyətin mərkəzində 

hovuz  yerləşirdi.  Otaqların  qapıları  həyətin  dörd  tərəfinə  açılırdı.  Tövlələr 

onların arxasında yer alır, qapıları isə künclərə, yəni bürclərə açılırdı. Müxtəlif 

heyvanlar (dəvə, at, qatır, uzunqulaq) eyni tövlədə saxlanmaz, birlikdə narahat 

olardılar. XVII əsr səyyahı J.B.Tavernye bu xüsusda yazır: “Bu tövlələrdə hər 

atın başının üstündə kiçik bir pəncərə vardı. Hər pəncərə bir otağa baxırdı, hər 

kəs öz otağından atına necə baxıldığını görə bilirdi, aşpazlıq edən xidmətçilərin 

ye

ri  bu  pəncərələrdən  idi”  (11,  66).  Ayaqyolu  və  hamam  da  həyətin künc 



tərəfində  inşa  olunurdu.  Əvvəllər  otaqların  qapısı  birbaşa  həyətə,  Qacarlar 

dövründə  isə  eyvanların  əlavə  edilməsi  ilə  çıxış  sonuncudan  keçməklə  baş 

tuturdu. Otaqların qapı-pəncərələrinə, eyvanın hücrələrinə pərdələr asılırdı.  

Binanın tavanı düz, maili və ya qövsvari şəkildə düzəldilirdi. Yağış suyu 

divarboyu  yerləşdirilən  navalça  vasitəsilə  damdan  həyətə  axıdılırdı.  Həyət 

tərəfdən  darvazanın  hər  iki  tərəfində  gözətçi  və  işçilər  üçün  otaqlar  nəzərdə 

tutulurdu. Gecələr qapılar bağlandıqdan sonra “odabaşı və  ya “güdükçü” adlı 

işçilər qarovulda dayanıb keşik çəkirdilər.  

Karvansarayların  daxilində  su  anbarları  da  vardı.  Onlar  ensiz  və  dayaz 

düzəldilir, tavanı binanın səthi ilə bərabər olurdu. Qalalarda olduğu kimi, on-

larda da yağış suyu və damlardan süzülən yağıntılar su anbarına axırdı (12, 32-

33).  Bəzi  su  anbarlarının  üzərində  müsafirlərin  dincəlməsi  və  namaz  qılması 

üçün küləfirəngilər də tikilirdi. XIX əsrdə Təbrizdə olmuş rus səyyahı İ.N.Be-

rezin bazar və karvansarayların təsvirini verərək qeyd edir ki, həyətin ortasında 

yerləşən  böyük  daş  hovuz  işçilərin  istifadəsində  idi,  digər  tərəfdə  isə  ibadət 

edənlər üçün yer vardı (13, 50).    

Karvansaraylar  bütün  ölkə  üzrə  bərabər  məsafələrdə,  yəni  karvanın  bir 

gecəlik  yoluna  müvafiq  tikildiyindən  yolçuların  işini  asanlaşdırırdı.  Dəvə 

karvanı  hər  gecə  təqribən  5  fərsəx  (təxminən  30  km)  yol  qət  edə  bilirdi.  Bu 

amil Anadolu xanlarına da (Osmanlı, Krım və bəzi Ərəb ölkələrində karvansa-

raylar  “xan”  adlanırdı  –  İ.M)  aid  idi.  Belə  ki,  Səlcuq  dövrünə  aid  karvan-

saraylar 30-40 km inter

valında inşa edilirdilər (14, 384). Onların girişinə yaxın 

yerdə  hamam,  məscid,  aşpazxana,  bazar,  tövlələr,  bəzən  dəyirman  da  yerlə-

şirdi.  Hər  gün  axşam  çağı  şeypur  və  nağara  sədaları  altında  Təbrizin  giriş 

darvazaları  bağlandığından  gecə  vaxtı  şəhərə  yetişən  əcnəbilər  şəhərkənarı 

karvansaraylarda qalmağa məcbur olurdular.  

Təbrizin  coğrafi  şəraitinə  və  memarlıq  xüsusiyyətlərinə  müvafiq  olaraq 

əksər  karvansaraylar  bişmiş  kərpiclə,  nadir  hallarda  isə  çiy  kərpic,  taxta  və 

bitki  hörgüylə  inşa  olunurdu.  Onların  tağları,  eyvan  və  divarları  gəc,  kaşı  və 

digər bəzəklərlə örtülürdü. Onların üzərində oyma naxışlar, həkkaklıq və digər 

mahir  daşişləmə  üsullarına  rast  gəlmək  olardı.  Bundan  başqa,  daşdan  inşa 

olunan karvansaray  binaları da  mövcud  idi. Onlar ya  yonulmuş daşlardan,  ya 

da xırda çay daşlarından tikilirdi. Kərpic və daşdan əlavə, taxta, şüşə və s. əsas 

inşaat materialını təşkil edirdi.  

 

104 




Nağara  sədası  ilə  karvan  hərəkətə  başlayırdı.  Qrup  şəklində  yola  çıxan 

müsafirlər  dəstəsi,  yəni  karvanda  bir  sıra  vəzifələr  –  karvankeş  və  ya 



karvanbaşı (bütün dəstələrin rəhbəri), karvansalar (karvan rəisi), sarban (dəvə 

sürən), çarvadar (yük heyvanlarına nəzarət edən), çarvadarbaşı (çarvadarların 

rəhbəri),  məkkari  (müsafirlərə  minik  və  yük  heyvanı  icarəyə  verən)  vardı. 

Hərəkət  marşrutu  və  saatının  dəqiqləşdirilməsi,  yolboyu  istirahət  üçün 

çeşmələrdə  dayanmaq  əmri,  yem  və  lazımi  vəsaitlərin  alınması,  epidemiya 

yayılmış ərazidən keçməməkdən ötrü həmin yerləri qabaqcadan öyrənmək və s. 

karvanbaşıya  aid  idi.  Hərəkət  vaxtı  və  yolu  fəsillərə  görə  dəyişirdi.  Müxtəlif 

ictimai  mənsubluğu  olan  şəxsləri,  ayrı-ayrı  tayfaların  nümayəndələrini,  bir 

sözlə,  çoxlu  sayda  insanları  uzun  müddət  idarə  etmək  karvanbaşıdan  böyük 

təcrübə  tələb  edirdi.  Hamı  ona  ehtiram  edirdi.  O,  karvanın  gedəcəyi  yollara 

yaxşı bələd olmalı və ixtiyarında olan silahlı dəstənin köməyi ilə karvanı sağ-

salamat mənzil başına çatdırmalı idi (1, 269). Bəzən yolda bədbəxt hadisə baş 

verir və yolçulardan kimsə dünyasını dəyişirdi. Onu karvansarayadək çatdırıb, 

binanın yaxınlığındakı qəbiristanlıqda dəfn edirdilər.  

Mübahisələri  həll  edən,  gömrükdən  keçərkən  haqq  ödəyən  karvanbaşı 

tacirlər  arasından  seçilir  və  onun  səfərboyu  bir  neçə  işçisi  olurdu.  Karvanda 

vəzifəcə aşağı pillədə olanlar malları qablaşdırıb dəvələrə yükləyir, heyvanların 

yemini  təmin  edir  və  başqa  xidməti  işləri  yerinə  yetirirdilər.  Çarvadarbaşıya 

hər biri 5-6 qatırın məsuliyyətini daşıyan bir neçə çarvadar tabe idilər.  

Aşpaz  məlum  olduğu  kimi  xörək  hazırlayır,  çörəkçi  çörək  bişirir,  abdar 

ka

rvana  su,  çay  paylayır  və  səfərə  lazımi  əşyaları  ―  xalça-palaz, qab-qacaq, 



yorğan-döşək və s. qatırlara yükləyir, çadırdar fərraşlarla birgə çadır qurmaqla 

məşğul  olur,  miraxur  bir  neçə  mehtərlə  heyvanlar  üçün  müvəqqəti  tövlə 

hazırlayır,  at  və  qatırların  torbalarını  arpa-samanla doldururdu (14, 272). 

Qatırın  üstünə  salınmış  xurcunlarda  mətbəx  əşyalarının  (stəkan,  nəlbəki, 

qənddan, qəfədan, qaşıq, çəngəl və s.) saxlandığı “həzar peşə” adlı taxta qutu, 

samovar,  dudkeş,  kömür  kisəsi,  qazanlar,  sınmayan  boşqablar,  qəlyan,  ney, 

çıraq və s. daşınırdı. Maraqlıdır ki, hətta minikdə gedəndə də qəlyan çəkilirdi. 

Bunun  üçün  xüsusi  xidmətçi  də  səfərə  gedirdi.  Onun  əsas  işi  qəlyanın 

hissələrinin saxlandığı “qobəl manqal” adlı cihazı və yanar odu daşımaq idi.  

Azərbaycan şəhərlərindən İstanbuladək hərəkət edən karvan şaxtalı hava 

ilə üzləşirdi. Karvan üzvləri özləri ilə mütləq palaz götürməliydilər. Qarlı ha-

vada sürüşkən yollarda bəzən yüzlərlə palaz yola düzülür, sonuncu dəvə keç-

dikdən  sonra  onlar  yığışdırılırdı.  Ağır  yük  daşıyan  dəvənin  arxa  ayağı 

sürüşərdisə,  qarnı  partlayıb  həlak  ola  bilərdi  (3,  26).  Uzun  səfərdən  qayıdan 

dəvələr bir müddət, bəzən bir il istirahət etməli, kökəlməli idilər. 

Karvanbaşıya  tabe  olan  karvansalar  karvanı  yollarda  baş  verəcək  təhlü-

kədən (quldur basqını, soyğunçuluq və s.) mühafizə məqsədi ilə ayrılmış silahlı 

dəstə başçısı idi (1, 269). Soyğunçular əsasən gecələr karvana basqın edirdilər. 

Bunun  üçün  karvanda  xeyli  sayda  tüfəngçilər  olurdu.  Sabit  qiymətlərlə 

tacirlərin mallarını daşıyan dördayaqlıların sahibləri məkkarilər, şəxsi faytonla 

 

105 



gedən şəxslər və hətta piyadalar da silah gəzdirməyə məcbur idilər. Xanların, 

tayfa başçılarının torpaqlarından keçən ticarət karvanlarından dəvələrin sayına 

müvafiq bac alınırdı.  

Karvansaraya  çatarkən  hər  bir  müsafir  ona  məxsus  yükü  şəxsən  özü 

endirməli  və  otağa  daşımalı  idi.  İstifadə  olunacaq  əşyaların  əldə  olunması, 

xörəyin bişirilməsi və digər gündəlik zəruri işlər də müsafirin öhdəsinə düşür-

dü. Hər karvansarayda malların qorunmasında cavabdeh olan karvansaraydar 

çalışırdı.  Onun  zəhmət  haqqısını  karvan  üzvləri  özləri  ödəyirdilər.  Karvan-

saraydar  müştərilərə xidmətdən başqa, onlara qida məhsulları almaq da təklif 

edirdi.  Ərzaq  məhsullarını  adətən,  odabaşı  satırdı.  Karvansaraylar  icarəyə  də 

verilirdi.  

M

üştərilərin qaldığı otaqlar gündüz vaxtı tavandakı pəncərələrin işığı ilə, 



gecələr isə lampa, piysuz (çıraq) və ya şamla işıqlandırılırdı. Qış fəslində otaq, 

eyvan və tövlələrin qızdırılmasında divarda yerləşən buxarıdan istifadə edilirdi. 

Əksər  karvansaraylarda  otaqların  xalça-palazı,  yorğan-döşəyi  və  qab-qacağı 

olmurdu.  Müsafirlər  onları  ətraf  yerlərin  sakinlərindən  kirayə  alar,  nadir  hal-

larda  isə  həmin  əşyaları  özləriylə  götürərdilər.  Karvansarayların  hər  biri  eyni 

peşə  sahiblərinə  məxsus  idi.  Bundan  əlavə,  eyni  şəhərdən  gələn  həmyerli 

tacirlər daima bir karvansaraya toplanırdılar (16, 263). Bununla da, informasiya 

kommunikasiya  vasitələrinin  zəif  olduğu  zamanda  istənilən  qərib  adamı 

asanlıqla tapmaq mümkün olurdu.  

Orta əsrlərdə Şərq ölkələrini gəzən Avropa səyyahlarının Təbriz karvan-

sarayları haqqında verdiyi məlumatların əksəriyyəti XIX əsrədək qalmaqda idi. 

Müasir zamanda öz yerini yüksək təminatlı, rahat otellərə versə belə, Şərq və 

ümumazərbaycan mədəniyyətinin tərkib hissəsi olan karvansarayların öyrənil-

məsi Təbriz şəhərinin maddi mədəniyyətinə dair maraqlı faktlar üzə çıxarır. 



 

ƏDƏBİYYAT 

1.

 



Azərbaycan  Sovet  Ensiklopediyası:  10  cilddə,  V  c.  Bakı:  Azərbaycan  Sovet  Ensiklope-

diyası Baş redaksiyası, 1981, 582 s. 

2.

 

 



3.

 



 

4.

 



Jan  Şarden. Parisdən  İsfahana  səyahət.  Fransız  dilindən tərcümə  edəni Vaqif Aslanov

Bakı: Elm, 1993, 96 s. 

5.

 

Evliya Çələbi. Səyahətnamə (Azərbaycan tarixinə aid seçmələr). Tərcümə edəni Seyidağa 



Onullahi, Bakı: Azərnəşr, 1997, 92 s. 

6.

 



 

7.

 



 

8.

 



 

9.

 



-

 

10.



 

 

11.



 

Tavernier J.B. XVII. asır ortalarında Türkiye üzerinden İran′a seyahat. (çeviren: Ertuğrul 

 

106 



Gültekin), İstanbul: Kervan Kitabçılık Basın Sanayi ve Ticaret A.Ş., 1980, 112 s.  

12.


 

 

13.



 

Березин  И.Н.  Путешествие  по  Северной  Персии.  Казань:  Типография  губернского 

правления, 1852, 456 с. 

14.


 

Gonca Buyukmihchi. Caravansarais: The architectural treasures of Silk Road and the case 

of Kayseri-Sultanhani / Archi-Cultural Translations through the Silk Road.  2-nd Interna-

tional Conference, Mukogana Women′s Univ., Nishinomiya, Japan, Jule 14-16, 2012, 384-

389 p. 

15.


 

 

16.



 

 

 



КАРАВАН-САРАИ ГОРОДА ТЕБРИЗ 

(В XIX -  НАЧАЛЕ XX ВЕКОВ)  

 

И.Г.МАМЕДОВА  

 

РЕЗЮМЕ 

 

Обеспечивающие  временное  проживание,  караван-сараи,  строились  на  окраинах 

дорог и внутри городов. В XIX веке в Тебризе действовали 200 крупных и мелких кара-

ван-сараев. Здесь отдыхали путешественники, продавались иностранные и местные то-

вары. В караван-сараях купцы могли узнавать коммерческие новшества и курсы денег, 

охранять  свои  товары.  В  средние  века  караван-сараи  играли  важную  роль  в  развитии 

торговли. 

 

Ключевые слова: Азербайджан, Тебриз,караван-сарай, караван, верблюд 

 

CARAVANSARAIS OF TABRIZ CITY 

(XIX-EARLY XX) 

 

I.G.MAMMADOVA 

 

SUMMARY 

 

Caravansarais were built on roadsides and inside cities and provided temporary living. 



There were 200 large and small caravansarais in Tabriz city in the XIX century. Guests were 

rested, foreign and local products were sold here. Merchants could  learn commercial inno-

vations and exchange rates  and protect their goods in caravansarais. In Middle Ages 

caravansarais played an important role in the development of trade. 

 

Key words: Azerbaijan, Tabriz, caravansarai,caravan, camel  

 

 

 



107 

: Xeberler%20Jurnali -> Humanitar%20%20%202014%20%203
Humanitar%20%20%202014%20%203 -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Humanitar e
Humanitar%20%20%202014%20%203 -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Humanitar elmlər seriyası
Humanitar%20%20%202014%20%203 -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Humanitar elmlər seriyası
Humanitar%20%20%202014%20%203 -> №3 Humanitar elmlər seriyası
Humanitar%20%20%202014%20%203 -> №3 Humanitar elmlər seriyası
Humanitar%20%20%202014%20%203 -> №3 Humanitar elmlər seriyası
Humanitar%20%20%202014%20%203 -> №3 Humanitar elmlər seriyası
Humanitar%20%20%202014%20%203 -> №3 Humanitar elmlər seriyası
Humanitar%20%20%202014%20%203 -> №3 Humanitar elmlər seriyası
Humanitar%20%20%202014%20%203 -> Baki universitetiNİn xəBƏRLƏRİ №3


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə