Baki universitetiNİn xəBƏRLƏRİ №3



Yüklə 317,42 Kb.
Pdf görüntüsü
tarix08.09.2018
ölçüsü317,42 Kb.
#67510


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№3    

 

Humanitar elmlər seriyası   

 

2015 

 

 

 

 

 

UOT 94 (478) 

 

XIX 

ƏSRİN ƏVVƏLLƏRİNDƏ RUSİYA DİPLOMATİYASI 

 

A.M.

MƏMMƏDOVA  

Bakı Dövlət Universiteti 

16aynurm@rambler.ru 

 

Məqalədə XIX əsrin əvvəllərində beynəlxalq vəziyyətin son dərəcə mürəkəb olmasından 

bəhs  edilir.  Rusiya  imperiyasi  XVIII  əsrin  axırlarından  etibarən  Fransaya  qarşı  mübarizəyə 

qoşulmuşdu.  Bu  mübarizəyə  Rusiya  ilə  birgə  İngiltərə,  Prussiya  və  Avstriya  imperiyaları  da 

başçılıq edirdi. Həmçinin məqalədə XIX əsrin əvvəllərində beynəlxalq münasibətlərin başlıca 

məzmunu, bu imperiyalar arasında olan rəqabət və mübarizə göstərilir.  

 

Açar 

sözlər: tarix, diplomatiya, Rusiya, xarici siyasət  

 

Tarixən ekspansionist siyasət həyata keçirməsi ilə seçilən Rusiyanın xa-



rici siyasətinin müxtəlif məqamları həmişə maraq doğurmuşdur və onlar müx-

təlif aspektlərdən öz tədqiqini tələb edir. Belə maraq doğuran məsələlərdən biri 

də XIX əsrin əvvəllərində Rusiyanın həyata keçirdiyi xarici siyasətlə əlaqədar 

idi. 

XIX 

əsrin  əvvəllərində  Avropada  beynəlxalq  vəziyyət  xeyli  gərgin  idi. 



XIX 

əsrin  I  yarısında  siyasətin  ardıcıl  olmamağı  sosial-iqtisadi  vəziyyətin, 

feodal sisteminin 

və yeni burjua münasibətləri ilə izah olunurdu.  

Xarici 

siyasətin I hissəsini Qərbçilik adlandırmaq olar (1801-1815). Bu, 



bir 

tərəfdən Avropada Napoleon işğalı, digər tərəfdən isə çarizmin öz qayda-

qanunlarını bərpa etməklə bağlı idi. Rusiyanın Napoleon işğalına qarşı müba-

rizəsi onu Avropanın antifransız koalisiyasına qoşulmağa vadar etdi. 

XIX  əsrin  əvvəllərində  beynəlxalq  vəziyyət  iki  nəhəng  dövlətin  –  İn-

giltərə  və  Fransanın  Avropa  üzərində  hökmranlıq  üçün  gedən  mübarizəsində 

müəyyən  olunurdu.  İndi  məlum  oldu  ki,  ingilis-fransız  mübarizəsi  ümumav-

ropa əhəmiyyəti almış və  İngiltərə məğlub olarsa, Fransa işğalı mərkəzi, Cə-

nubi  və  Şərqi  Avropaya  qarşı  yönəldəcəkdir.  Bu  zaman  Rusiya  İngiltərə  ilə 

mübarizədə idi, bu da Fransanı ümumdünya hökmranlığına gətirməyə kömək 

edir və Rusiyanı zəiflədirdi (2, 97). 

Bu  müddətdə  Rusiya  imperatoru  I  Pavel  Fransanın  Avropanı  işğal 

85 



etməyini  təmin  edir  və  hərbi  diktaturanın  köməyi  ilə  inqilabı  darmadağın  et-

məklə  Yaxın  Şərqdə  azad  hərəkət  etməyə  can  atırdı.  Bu  Pavelin  xarici  siya-

sətinin səhv olmasını bildirir və Rusiyanı İngiltərə, Avstriya və Prussiya kimi 

nəhəng  dövlətlərə  qarşı  qoyurdu.  Rusiya  imperatoru  I  Aleksandr  isə  ha-

kimiyyətinin  birinci  ilindən  yeni  xarici  siyasət  proqramı  ilə  çıxış  edərək  Na-

poleonu siyasi müqavilələrlə susdurmaq istəyir. Yeni tipli müqaviləyə əsasən 

Fransa  bir  tərəfdən,  nəhəng  dövlətlərin  ittifaqı  isə  digər  tərəfdən  çıxış  etməli 

idilər.  Rusiyaya  lazım  olan  vaxtda  antifransız  koalisiyasına  imkan  yaratmaq 

üçün  sülh  müqavilələri  lazım  idi.  Bunun  üçün  Fransa  ilə  danışıqları  yekun-

laşdırmaq,  Avstriya  və  Prussiya  ilə  sülh  müqaviləsi  imzalamaq  və  nəhayət, 

İngiltərə ilə diplomatik əlaqələrə girmək lazım idi.  

Avropada İngilis-Rus (III koalisiya) və Rus-Prussiya (IV koalisiya) ide-

yalarının  yaranmasını  təsadüfi  hal  kimi  qeyd  etmək  olmaz.  Yeni  sahələrin 

bölüşdürülməsində əsas kurs saxlanılmışdır və I Aleksandr öz hakimiyyətinin 

Şimalda  (Finlandiya),  cənubda  (Balotsk  vilayəti)  və  qərbdə  (şərqi  Qalitsiya) 

saxlanılması məsələsindən də yan keçməmişdir. 

 

Rusiya  çalışırdı  ki,  İngiltərə  ilə  əlaqələri  tezliklə  tənzimləsin,  çünki 



ingilis gəmiləri Zunddan keçərək Baltik dənizindən Kopenhageni bombardman 

etmişdir. Tezliklə 6 mayda ingilis mallarının daşınması dayandırıldı və 1801-ci 

ildə  5  iyunda  Peterburqda  ingilis-rus  dəniz  konvensiyası  imzalandı.  Bu  kon-

vensiya İngilis-Rus əlaqələrinin aydınlaşdırılması xarakteri daşıyırdı (1, 112). 

XVIII əsrin sonu - XIX əsrin əvvəllərində ingilis diplomatiyası Fransaya 

qarşı  mübarizədə  təkbaşına  hərəkət  etmirdi,  antifransız  koalisiyasının  tərki-

bində onun müttəfiqləri ona silah, pul, hərbi gəmilərlə köməklik edirdilər.  

XIX  əsrin  əvvəllərində  Rusiya  əsasən  qərb  (Polşa-Litva)  və  cənub  tor-

paqları ilə maraqlanmağa başladı. Bu yeni sərhədlər beynəlxalq sazişdə təsdiq 

olunmuşdu.  Rus  diplomatiyasının  əsas  məqsədi  ondan  ibarət  idi  ki,  bu  sazişi 

müvəqqəti saxlasın. İngiltərə və Fransa bu sazişə açıq müdaxilə etmədilər və öz 

hərbi  gücləri  ilə  onları  qorxutmurdular.  Rus-İngilis  müqaviləsi  bağlandıqdan 

sonra  I  Aleksandr  atasi  Pavelin  fransızlarla  bağladığı  diplomatik  əlaqələri 

davam etdirdi (3, 201). 

1801-

ci il 26 sentyabrda Rusiya ilə Fransa arasında sülh müqaviləsi im-



zalandı. Bu müqaviləyə əsasən sülhün qorunması hər 2 dövlətin borcu idi. Ru-

siya ilə Fransa arasında əvvəlki ticarət əlaqələri təsdiqləndi. 28 sentyabrda isə 

onlar arasında düşmən dövlətlərin əleyhinə çevrilmiş məxvi saziş imzalandı. 

Rusiya ilə Fransa arasında bağlanmış sazişin I bəndinə əsasən Reynin sol 

sahilinin Fransaya keçməsi ilə əlaqədar olaraq Almaniya müavinəti məsələsi öz 

əksini tapırdı. 

Əgər  əvvəllər  Napoleonun  fikrincə,  rus  diplomatiyası  irəli  gedirdisə  və 

Fransa qabaqcılları Avropa rayonlarına nəzəri artırırdısa, yaxın gələcəkdə Ya-

xın Şərq məsələsi öz qüvvəsini saxlamış olurdu. 

Bu  planın  tamamlanması  üçün  "potensial  Avstriya  və  Prussiya  koalisi-

yasının bölgüyə daxil edilməsi çətinləşirdi, bu da Napoleonun Mərkəzi Avro-

86 



pada nüfuzunun 

artması ilə əlaqədar idi. 

Rusiya  ilə  Fransa  arasında  bağlanan  sazişə  əsasən  Rusiya  Mərkəzi 

Avropadakı işlərə qarışa bilməzdi. Rusiyanı Fransaya yaxınlaşdıran və əksinə, 

İngiltərədən uzaqlaşdıran yeganə məsələ Yaxın Şərq məsələsi idi ki, burada da 

Napoleonu

n  Türkiyədə  apardığı  siyasət  Rusiya  üçün  əlverişli  addım  atmağa 

imkan vermirdi. 

1804-

cü  ildə  Serbiyada  serblərin  üsyanı  zamanı  Serbiya  hökuməti  bil-



dirdi ki, Rusiya ilə Fransa arasındakı əlaqələrin xarakterinə görə, Türkiyə üzə-

rindəki  hər  hansı  bir  hökmranlıq  Yaxın  Şərq  məsələsinə  müdaxiləyə  imkan 

vermirdi. 

1801-1803-

cü ildə olan sülh fasilələri Rusiyanın xarici siyasətinin müəy-

yən  edilməsinə  imkan  yaratdı.  Buradan  2  nöqteyi-nəzər  yaranır;  Birincilər 

Fran

sadakı daxili-siyasi dəyişmələrə qiymət verərək onunla ittifaqı üstün tutur-



dular; İkincilər Avropada bərabərliyi müdafiə etmək üçün – İngiltərə ilə Fran-

sa,  Avstriya  ilə  Prussiya-ümumiyyətlə,  Avropa  dövlətlərinin  bərabərhüquqlu 

olub, əksinə Şərqə kəskin siyasətlə müdaxilə etməsini təklif edirdilər. 

Digər  cərəyanın  nümayəndələri  Napoleonun  dövlət  çevrilişi  ilə  inqilabı 

boğmasını  ya  görmür,  ya da  görmək istəmirlər.  Onlar Rusiya ilə  İngiltərənin 

bir


likdə Fransaya qarşı silahlı mübarizə etmək prinsipini üstün tuturdular. (12, 

357) 


I  Aleksandrın  dövründə  Rusiya-Türkiyə  münasibətlərindəki  əsas  cəhət-

lərdən biri Rusiyanın Türkiyəni qorumaq və gərginliyi aradan qaldırmaqla bu 

münasibətlərdəki gərginliyi də aradan qaldırmaq idi (6, 18). 

II 


koalisiyanın dağılması ərəfəsindən sülhün tam bərqərar olmasına qədər 

(1801-


1802)  olan  vaxt  Aralıq  dənizi  hövzəsində  Rusiyanın  yeritdiyi  siyasətə 

keçid dövrü idi.  

Əgər Mərkəzi Avropada Fransaya qarşı hücuma İngiltərə Rusiyanı cəlb 

edirdisə,  Rusiya  öz  növbəsində  Şərq  məsələsində  rus-ingilis  birgə  aksiyasını 

irəli sürürdü. Artıq İngiltərə-Rusiya münasibətlərində 2 cərəyan meydana gəlir: 

hər iki rəqib dövlətin Aralıq dənizi hövzəsində birgə əməkdaşlığı və Napoleon 

Fransasına qarşı birgə mübarizə tərəfdarları. 

1802-


ci  ilin  axırında  Rus-Fransa  münasibətlərində  soyuqluq  yarandı. 

Rusiya 


hökuməti  səylə  Sordiniya  krallığından  Neapol  və  İsveçrənin  fransız 

ordusundan  azad  edilməsini  tələb  edirdi  və  Bonapartın  işğalçılıq  aktını 

tanımağı rədd edirdi. 

Artıq  1802-ci  ilin  iyulundan  Rusiya  Malta  məsələsinə  müdaxilə  etmək 

siyasətindən  uzaqlaşırdı.  Hələ  1801-ci  ildə  İngiltərə  təklif  edirdi  ki,  adanın 

müstəqilliyinə söz verir, hətta ora rus qoşunlarının gətirilməsini təklif edirdi.  

Lakin İngiltərənin bu təklifi 3 məsələyə görə nəzərə alınmadı: 

1)

 



m

əqsədəuyğun olmayan maliyyə və insan çatışmazlığı; 

2)

 

Fransa 



ilə münaqişənin arzuolunmazlığı; 

3)

 



ingilis-f

ransız münaqişəsini yaratmamaq arzusu. 

1801-ci ilin 

oktyabrından və 1802-ci ilin oktyabrına kimi Rusiya Dövlət 

87 



Soveti 

və Nazirlər Kabineti 6 dəfə Malta məsələsini müzakirə etdilər. Rusiyaya 

müraciət  edərkən  İngiltərə  Fransaya  qarşı  rus-ingilis  ittifaqının  yaradılması 

üçün 


əsas axtarırdı. "Azad əl" siyasətinə əsasən Rusiya İngiltərəyə öz etirazını 

bildirdi. A.R.Vorontsovun 

İngiltərə səfiri Uorrena göndərdiyi 1803-cü il 9 mart 

tarixli etiraz 

notasında aşağıdakıları qeyd edirdi:  

1)  Rusiya  Maltaya 

görə ingilis-fransız münasibətlərini sülh yolu ilə həll 

etmək istəyir;  

2)  ingilis-

fransız  razılaşmasına  əsasən  Malta  statusu  məsələsinə  Rusiya 

zəmanət verirdi;  

3)  ingilis-rus  kon

vensiyasının sonunda Türkiyə və Neopolitan krallığına 

əvvəlki kimi zəmanət vermirdi (7, 42). 

1803-cü  ilin 

yazında Fransa ilə İngiltərə arasında yenidən bərpa olunan 

hərbi  əməliyyatlar  əsasən  müstəmləkə  bazarlarına  doğru  aparan  dəniz  yolları 

üzərində  davam  edir.  Müttəfiqlər  barədə  Rusiyaya  təkliflər  Fransa  tərəfindən 

edilsə də, nəticəsi olmurdu. 

1802-ci  il  16  sentyabrda  Rusiya 

Senatının  verdiyi  qərar  1787-ci  il  rus-

fransız  ticarət  müqaviləsinin  yenidən  qüvvəyə  minməsi  barədə  idi.  Beləliklə, 

1802-ci 

ildə  Fransa tacirləri formal olaraq ingilis tacirləri ilə bərabər hüquqa 

malik olurlar.  Qara 

dənizdə Fransa tacirləri üstünlük əldə edirlər. Beynəlxalq 

vəziyyətin  kəskinləşməsi  Yaxın  Şərqdə  özünəməxsus  ingilis-rus  cəbhəsinin 

forma


laşması prosesini sürətləndirir (9, 226). 

I Aleksandr 

hökuməti hələ nə hərbi, nə də diplomatik cəhətdən hazırlığı 

başa çatdırmamışdı. Fəaliyyətsiz dayanmaq mümkün deyildi. 

Artıq Rusiya-Fransa konfliktində Aralıq dənizi problemi ön plana keçir. 

1803-cü il iyun 

ayında Fransa İonik adalarına və Materik Yunanıstanına hücum 

təhlükəsi yaradır. Rusiya Neapolda neytrallığa riayət etməyi tələb edir. Fransa 

da cavab 

tələbləri göndərir. Sentyabr ayında münasibətlər tam kəsilir. 

Fransaya 

qarşı  münasibətdə  Rusiyanın  gələcək  xarici  siyasətinin  müəy-

yən  edilməsində  iki  nöqteyi-nəzərin  yeni  toqquşması  1804-cü  ilin  aprelində 

Dövlət Şurasının müşavirəsində baş verir. Burada söhbət genişlənməkdə olan 

İngiltərə-Fransa müharibəsi ilə əlaqədar Rusiyanın yeni xarici siyasət kursun-

dan 


və  Fransanın  Balkanlara,  Yaxın  Şərqə,  İtaliyaya,  Yunanıstana  artan 

id

dialarından gedirdi. 



Bundan 

başqa,  Rusiya  Fransa  ilə  ümumi  sərhədlərə  malik  deyildi,  ona 

görə Mərkəzi Avropa ölkələri ilə razılığa gəlməlidir. Bu şəraitdə Rusiya üçün 

Prussiya 

və Avstriya ilə ittifaq vacib idi. Rus diplomatlarının nəzəri məhz hə-

min 


tərəfə yönəlirdi. 

Prussiya 

ilə hələ 1804-cü ilin mayında Rusiya ilə Fransanın şimali Qara 

dəniz  mülklərinə  iddiası  meydana  çıxarsa,  qarşılıqlı  kömək  barədə  müqavilə 

imzalayar. 

Lakin Prussiya 

digər tərəfdən həmin ilin iyun ayında Fransa ilə müqavilə 

imzalayır ki, bu müqaviləyə əsasən Fransaya qarşı öz ərazisindən qoşun keç-

məsinə icazə verməyəcəkdi. İndi Rusiya Prussiyanın qarşısında Fransa ilə bü-

88 



tün 

münasibətləri kəsmək və koalisiyaya daxil olmaq məsələsini qoyur. Prussi-

ya 

və  Avstriya  eyni  zamanda  Napoleonla  ittifaqı  saxlamağa  çalışırdılar.  III 



Fridrix-Vilhelm  bildirdi ki,  Prussiya  Napoleonun hücumuna  birinci 

məruz qa-

lacaq. 

Rusiyanın  və  Avstriyanın  köməyinə  III  Fridrix-Vilhelm  ümid  etmir, 



ingilislərin köməyinə isə heç inanmırdı (1,198). 

Rusiyanın  koalisiyaya  daxil  olmaq  haqqındakı  təklifinə  Prussiya  cavab 

verir ki, 

Avstriyasız koalisiyaya daxil olmaq fikrində deyildir. Avstriya da eyni 

zamanda  bildirdi  ki, 

Prussiyanın  koalisiyaya  birinci  daxil  olmasını  gözləyir. 

Nəhayət, 1804-cü il 25 oktyabrda Rusiya Avstriya ilə müttəfiqlik barədə müqa-

vilə bağlamağa nail olur. Lakin bu müqavilə qeyri-müəyyən xarakter daşıyırdı. 

Müqavilə yalnız Fransanın həmin sənədləri imzalayan tərəflərə hücum edəcəyi 

zaman 


Avstriyanın hərbi fəaliyyətini nəzərdə tuturdu. Elə 1804-cü ildə Rusiya 

Danimarka 

ilə  müdafiə  xarakterli  müqavilə  imzalayır.  İngiltərə  və  Rusiya 

arasında  Fransaya  qarşı  birgə  hərəkət  barədə  müqavilə  1805-ci  il  30  martda 

bağlanır. İngiltərə ilə ittifaq Rusiyanı yalnız maddi cəhətdən təmin edirdi. İn-

gilis 


hökuməti düşmənə qarşı müharibə üçün qoşun vermək istəmirdi (11, 167). 

Avstriya 

ilə müqavilənin əksinə olaraq ingilis-rus müqaviləsi Fransanın 

hücum 


edəcəyi zaman hərbi əməliyyatların başlanmasını nəzərdə tuturdu. 

Fransa 


təcavüzünə qarşı daha bir addım Avstriyanın ingilis-rus ittifaqına 

daxil 


olmağa məcbur etmək zərurəti idi. Yalnız 1805-ci ilin martında Napoleo-

nun 


İtaliya kralı elan edilməsi Genuya və Luknini işğal etməsi və Avstriya hö-

kumətini  Fransa  ilə  əlaqədən  imtina  etməyə  və  1805-ci  ilin  avqustunda  rus-

ingilis 

ittifaqında birləşməyə məcbur edir. 

Hələ  bir  qədər  əvvəl  1805-ci  ilin  yanvarında  Rusiya  Napoleona  qarşı 

İsveçrəni də dəvət edir və İsveçrənin təhlükəsizliyini təmin edir. 

1805-ci ilin 

sentyabrında Napoleona qarşı yönəldilmiş planlarından nara-

hat  olan 

Türkiyə Rusiya ilə saziş imzaladı. Bu sazişə görə hər iki tərəf Qara 

dəniz hövzəsinin qorunması üçün məsuliyyət daşıyırdı. Türkiyənin koalisiyaya 

birləşməsi rus diplomatiyasının qələbəsi idi. Bununla da III Antinapoleon koa-

lisiyası yarandı. 

Napoleon Prussiyaya Qannoveri 

vəd etdi. Prussiya hökuməti onu Fransa 

və  müttəfiqlərinin  hücumlarından  qoruya  biləcək  ikitərəfli  siyasət  yeritməyə 

ça

lışırdı. 



Beləliklə, müttəfiqlər Fransa ilə müharibəyə başladılar və bu müharibəni 

Prussiyasız sona yetirdilər. Müttəfiqlər müharibəyə pis hazırlaşmışdılar, Avst-

riya ordusunun 

qüvvəsi isə tükənmişdi. Ən yaxşı Avstriya korpusu Fransa tərə-

findən zəbt olunmuş torpaqları qaytarmaq üçün Şimali İtaliyaya göndərilmişdi. 

Digər hərbi hissə İsveçrədə yerləşirdi. General Makanın komandanlığı altında 

olan III qrup 

isə Bavariyanı tutmaqla məşğul idi və Ulma rayonunda yerləşirdi 

(4, 311). 

Napoleonun 

İngiltərə  ərazisinə  hücum  planından  imtina  etməsi  mühari-

bəyə qoşulan Rusiya üçün əlverişli deyildi. Qeyd etmək lazımdır ki, rus ordusu 

öz 

müttəfiqinə  köməyinə  gələndə  artıq  Avstriya  ordusu  süquta  uğramışdı. 



89 


Avstriyalılar 1805-ci il oktyabr ayında Ulma yaxınlığında məğlub olmuşdular. 

Buna  baxmayaraq, 1805-ci  il  30  oktyabrda  Kremsom 

şəhəri yaxınlığın-

dakı vuruşda ruslar bütün fransız korpusunu darmadağın etdilər. 

Müttəfiqlər ordusunun hücumu 1805-ci ilin 20 noyabrında başlandı. Müt-

təfiq  orduları  yavaş-yavaş  irəliləyirdi  və  3  gündən  sonra  Vyananın  120  km 

şimalında Austerlits kəndinin qərbində yerləşən Pratsen yüksəkliyindəki möv-

qeyini 


möhkəmlətdilər. 

Aleksandrın göstərişi ilə bu yüksəkliyin alınması ləğv olundu və fran-



sızlar müqavimətsiz onu ələ keçirdilər. Bu zaman vəziyyət kəskin şəkildə də-

yişdi. "Onların döyüşü rus qoşunlarının hücumu ilə başladığı halda, indi ayrı-

ayrı müdafiə epizodu xarakteri daşıyırdı". 

Austerlits 

döyüşündə  müttəfiqlərin  27  minə  yaxın  adamı  həlak  oldu  və 

əsir düşdü. Bu döyüş rus ordusunun və Prussiya taktikasının məğlubiyyəti kimi 

qələmə  verilə  bilər.  I  Aleksandr  bütün  məğlubiyyətdə  Kutuzovu  günahlandı-

raraq onu ordudan 

kənarlaşdırır və Kiyevə qubernator təyin edir (8, 338). 

Austerlits 

döyüşü Napoleonun adını ucaltmaq üçün gözəl vasitə oldu və 

qüvvələrin  bərabərsizliyi  baş  verdi.  Avstriya  Fransanın  rəqibi  kimi  sıradan 

çıxdı; Prussiya isə bu döyüşdən sonra Napoleonla qoruyucu müqavilə bağladı 

və  Prussiya  bunun  üçün  Qannoveri  alır. 1805-ci  il  26  dekabrda  Presburqda 

Fransa-Avstriya 

müqaviləsi imzalandı, bu müqaviləyə əsasən Avstriya faktiki 

olaraq 

İtaliya və Almaniya ittifaqından çıxarıldı. Bunun nəticəsində də Habs-



burq 

imperiyasına  daxil  olan  əhalinin  1/6-ni  itirdi.  Avstriya  hökuməti  Napo-

leonu 

İtaliya  kralı  kimi  tanıdı.  Tezliklə  Presburq  sülh  müqaviləsindən  sonra 



1806-

cı ildə birinci Müqəddəs Roma imperatorluğunun imperatoru titulundan 

imtina etdi. 

Beləliklə, Rusiya tərəfi müttəfiqsiz qaldı. III koalisiya dağıldı. 

Beləliklə, çarizmin siyasəti 1805-ci ildə Austerlits faciəsi ilə başa çatdı. 

III 


Antifransız koalisiyası dağıldı (2, 309). 

Napoleonun 

rəhbərliyi  altında  16  alman  dövləti  Reyn  ittifaqını  yaratdı. 

Reyn 


ittifaqının  yaradılması  alman  dövlətlərinin  birləşməsinə  zəmin  yaratdı-

ğından, bu, Prussiya üçün güclü zərbə idi. Fransa imperatoru Qərbi və Mərkəzi 

Av

ropanın hakiminə çevrilir. Napoleonun ordusu Yaxın Şərqdə möhkəmlənir. 



Osmanlı  sultanı  Fransanın  düşməni  olduğu  halda,  indi  artıq  Napoleonun  tə-

rəfdarına çevrilir. 

Avstriya 

işğal  edildikdən  sonra  Rusiya  xarici  siyasət  kursunu  təzədən 

neytral  Prussiya 

və  Fransaya  qarşı  yönəldir.  I  Aleksandr  1806-cı  ilin  yanva-

rında Dövlət Sovetinin yeni iclasını çağırır. 

İclasın  gedişində  Rusiyanın  Fransaya  qarşı  siyasətində  3  cəhəti  əsas 

götürülmüşdür. Hələ əvvəlki 2 metodda olduğu kimi – yəni "ingilis-fin siyasə-

ti" 


və "azad əllər" siyasətində heç bir təzəlik yox idi.  

III yeni metodla Kurakin 

çıxış edirdi. O, belə nəticəyə gəlir ki, III koali-

siya 


əvvəlki hissədə olduğu kimi daimiləşir. Avstriya isə oyundan artıq çoxdan 

çıxmışdır. Avstriyanın işğalı Prussiyanın səlahiyyətini gücləndirir, ancaq son-

rakı  gedişində ittifaq Prussiyanın qoruyucusu ola bilər, ona  görə ki, Prussiya 

90 



Fransadan qorxurdu. Napoleon onunla 

müharibəyə başladıqdan sonra Prussiya 

ona 

müharibə  elan  edə  bilərdi.  Bu  ittifaqı  Danimarka  və  İsveçrə  ilə  də  bağ-



lamaq 

lazım idi. 

İngilis-rus  əlaqələrinə  Kurakin  yenidən  baxır.  Kurakinə  görə  Fransaya 

qarşı İngiltərə ilə əlaqəni kəsmək lazımdır, ingilis-rus ittifaqı isə saxlanmalıdır 

(4, 312). 

1806-


cı ilin əvvəllərində Fransa Rusiya ilə separat müqavilə bağlamağa 

çalışır,  ancaq  Rusiya  onu  sülh  danışıqlarına  çəkirdi. 1806-cı  il  6  iyulda  Rus 

nümayəndəsi  Ubri  Parisə  yola  düşür.  Burada  məlum  olur  ki,  Rusiyanın  sülh 

müqaviləsini  qoruyub  saxlamaq  üçün  heç  bir  ümidi  yoxdur.  Fransa  ilə  sülh 

ancaq bu 

təkliflərlə ola bilərdi: 

I.  Korfu 

adasında  hərbi-dəniz  bazasının  saxlanılması  və  İonik  arxipela-

qında nəzarət. 

II.  Bütöv,  yaxud 

hissə-hissə fransız sərhədlərinin Dalmasiyadan evakul-

yasiyası. 

III. 

İtaliya və Osmanlı imperiyası arasında bir, yaxud bir neçə azad dövlət 



yaratmalı. 

Fransız  diplomatiyası  artıq  Austerlisdə  qalib  gəlmişdir  və  Avstriya  ilə 

sülh 

danışıqları aparmaq ona asan idi. 1806-cı il 20 iyulda fransız-rus sülh mü-



qaviləsi imzalanır. Bu müqaviləyə görə Rusiya Neopolitan və Sardiniya kral-

lığına, həmçinin alman dövlətlərinə başçılıq etmək səlahiyyətini itirirdi. Napo-

leon 

isə  3  ay  müddətində  öz  ordusunu  Almaniya  ərazisindən  çıxartmağa  söz 



verir. 

Rus-


fransız müqaviləsi  I Aleksandr üçün indi heç bir maraq oyatmırdı. 

İndi Peterburq üçün əsas məsələ Prussiya və Türkiyə ilə əlaqə yaratmaq idi. 

1806-

cı  ildə  Prussiya  siyasəti  fransız  və  rus  diplomatiyası  üçün  birinci 



nəticə olmuşdur. 

"Rusiya  üçün 

Prussiyanın  bir  dövlət  kimi  qorunması  və  rus-pruss  əla-

qələrinin  yaranması  onun  Almaniyanın  işlərinə  qarışmasını,  Balkan  ticarətini 

qoruyub 

saxlamağı  və  ən  əsası  da  Napoleonun  Rusiyaya  müharibə  elan  et-

məsinə mane olmaq demək idi" (11, 168). 

1806-


cı ilin əvvəlində Fransa Prussiya məsələsində böyük qələbə qazanır. 

Fransa  Prussiyaya  söz 

vermişdir  ki,  o,  ingilis  krallığına  –  Qannoverə  Prussi-

yanın sahib olmasına şərait yaradacaq. 1806-cı il 15 fevralda Prussiya ilə Fran-

sa 

arasında  Prussiya  ordusunun  Qannoveri  tutması  haqqında  müqavilə  imza-



landı. 

Bu 


müqavilədən  sonra,  martda  İngiltərə  Prussiyaya  müharibə  elan  edə-

rək,  öz  gəmilərinin  Prussiya  limanlarına  girməyini  qadağan  etdi  və  Prussiya 

gəmilərinə embarqo qoydu. 1806-cı il 12 mayda İsveçrə krallığı Pomeraniyada 

Prussiyaya 

dəniz blokadası elan etdi. 

Prussiya-Rusiya 

müqaviləsində ancaq siyasi tərəfi deyil, Rusiya onun iq-

tisadi 


tərəfini  də  götürürdü.  İngilis-Pruss  müharibəsi  Rusiyanın  Baltik  tica-

rətinə mənfi təsir göstərirdi. 

91 



Lakin sonralar  Prussi

yanın dövlət başçıları anladılar ki, Fransa onlardan 

Rusiyaya 

və İngiltərəyə qarşı oyunda bir "piyada" kimi istifadə etmək istəyir. 

Bu da 

Rusiyanı Prussiyaya daha da yaxınlaşdırır. 1806-cı il 1 iyulda rus-pruss 



müqaviləsini təsdiq edən gizli deklorasiya imzalanmışdır. Prussiya  Fransa ilə 

əlaqədən imtina edərək onunla müharibə aparmaq fikrində idi və İngiltərə ilə 

barışmaq istəyirdi. I Aleksandr qeyd edirdi ki, ancaq bu müqavilələr IV koali-

siyanın  əsasını  qoymuşdur.  Rusiyanın  Prussiyaya  qarşı  yeni  müharibəsi  Na-

poleon 

koalisiyası  çərçivəsində  baş  verməli  idi,  çünki  bunun  əsası  Rusiya-



Prussiya 

əlaqəsi olmalı idi (9, 381). 

1806-

cı  ilin  avqust-sentyabr  aylarında  Rusiya  Prussiyanın  rəhbərliyi  al-



tında Şimali Atlantika konfransını yaradır. Kiçik alman dövlətləri və Avstriya 

bu 


konfransın Rusiyanın başçılığı altında keçirilməsini istəyirdilər, çünki Av-

striya  daha  çox 

Şimali  Atlantika  dövlətlərinə  Prussiyanın  təzyiqinin  güclən-

məsindən qorxurdu. 

Rusiya 

İspaniya ilə yeni antinapoleon koalisiyası yaratmağa çalışırdı. 



Diplomatik 

işlərlə birgə IV koalisiyanın yaranması ilə Rusiyada Fransaya 

qarşı müharibəyə hazırlıq gedirdi. 

Lakin I 


Aleksandrın hərbi və diplomatik planları Prussiyanın hücumu ilə 

məhv edildi. 1806-cı il 1 oktyabrda o (Prussiya səfiri) Parisə Taleyrana ultima-

tum 

göndərdi:  Ultimatum  aşağıdakılardan  ibarət  idi:  1)  Fransa  öz  ordusunu 



Almaniyadan Reynin 

arxasına aparmalıydı; 2) O, Prussiyanın başçılığı altında 

Şimali  Almaniya  ilə  əlaqə  yaratmaqdan  imtina  etməlidir.  Napoleon  bu  ulti-

matumu 


rədd edir və Prussiyaya hücum edir. 

Müharibənin başlanması Napoleon üçün gözlənilməz deyildi. Oktyabrın 

əvvəlində Parisdə Rusiyanın Prussiyaya köməyi məsələsinə baxılır. Fransız ko-

mandanlığının  əsas  məqsədi  1806-1807-ci  il  kompaniyasında  bir  neçə  əsas 

döyüşdə  Polşa  və  Prussiya  ərazisində  rus  ordusunu  məhv  etmək  və  I  Alek-

sandrı Fransa ilə sülh yaratmağa məcbur etmək idi. 

Bu 

səbəbdən  bütün  hərbi  və  diplomatik  planlarında  Napoleon  1806-cı 



ildə İngiltərə ilə münaqişəni unutdu. 

9  noyabr  1806-

cı ildə Napoleon Britaniya adalarında blokada elan etdi. 

İngiltərə ilə müharibə yeni forma – ticarət müharibəsi formasını almışdır. Ru-

siyanın iqtisadi blokadada iştirak etməməsi bunun keyfiyyətini aşağı salmışdır. 

İngiltərə gəmiləri Avropa limanlarına buraxılmırdı. Trafalqda fransız or-

dusu 

dağıldıqdan sonra Napoleon bir müddət İngiltərə ilə açıq döyüşdən imtina 



edir. 

1807-ci  ilin 

noyabrında  Londonda  İngiltərəyə  qarşı  qərar  qəbul  edil-

mişdir. Ancaq bunu Fransa təkbaşına edə bilməz. Ona görə də, Napoleon hələ 

1806-

cı ildə Rusiyaya qarşı gizli proqramını həyata keçirmək istəyir. 



Bu 

sənəd Fransanın siyasətini təkcə 1806-cı ildə deyil, 1807-1812-ci ilə 

kimi 

müəyyən edirdi. 



Fransız diplomatiyası Portla, Rusiya və İngiltərə ilə əlaqəni pozur. 

Tezliklə Türkiyə Rusiya və İngiltərəyə müharibə elan edir. Fransa hətta 

92 



çalışmırdı ki, növbəti şərait üçün Portla belə bir ittifaq bağlasın: 

1)

 



Rusiya 

ilə onun fikri olmadan təkbaşına sülh yaratmamaq; 

2)

 

Fransa, 



əgər  Türkiyə  təkbaşına  bunu  bacarmazsa,  Krıma  sahib  ol-

mağa söz verir; 

3)

 

Fransa 



Türkiyəyə Moldaviya və Voloxiyaya sahib olmağa söz verir; 

4)

 



Fransa 

Türkiyə imperiyasının bütövlüyünə söz verir. 

Ancaq  bütün  bu 

cəhdlərə  baxmayaraq  Fransa  diplomatiyası  Türkiyə  ilə 

ittifaq yarada 

bilməmişdir (12, 446). 

İttifaq  qoşunlarının  Austerlitsdə  məğlubiyyətindən  sonra  Fransanın  nü-

fuzu 


təkcə Avropada deyil, həmçinin Şərqdə də yüksəlir. Sonra fransız diplo-

ma

tiyası antirus əməliyyatını İstanbulda gücləndirərək, Osmanlı sultanını əmin 



edir  ki,  Rusiya  Austerlits 

döyüşündə  çox  zəiflədiyindən  onun  bir  daha  gücü 

qal

mamışdır.  Napoleon  Rus-türk  müharibəsini  qızışdırmaqla  Rusiyanı  Av-



ropanın işlərindən uzaqlaşdırmaq və bununla da Avropanı ələ almağa çalışırdı. 

O, 


Osmanlı  sultanına  söz  verir  ki,  Krımı  və  Gürcüstanı  Rusiyadan  ayırmağa 

icazə verəcək. 

Napoleonun 

təkidi ilə Osmanlı sultanı Rusiya ilə əlaqələri pozur.  

Türkiyə  hökuməti  rus  ticarət  gəmilərinin  boğazlardan  azad  keçməsinə 

icazə  vermir  və  insanları  həbs  edir,  yükləri  tutub  saxlayırdı.  Bütün  bunlar 

Türkiyə ilə müharibəyə şərait yaradırdı. 

Rusiyanın vəziyyəti ağır idi. Rusiya üç cəbhədə – Fransa, İran və Türkiyə 

ilə müharibə apırırdı. 

Rus ordusu 1807-ci ilin yanvar-fevral 

aylarında türklər üzərində bir neçə 

qələbə çaldı. O, Yassı, Bendera, Akkerman, Qalaz və Buxarest qalalarını almış, 

Dunay 

sahillərinə çıxmışdır. Sinyavinin eskadrası şagirdi Uşakovun rəhbərliyi 



altında türk ordusunu məhv etmiş, Dardaneli mühasirəyə almışdır. Balkan xal-

qının,  əsasən  də  serblərin  ruslara  böyük  köməyi  olmuşdur.  1804-cü ilin yan-

varında serblərin milli azadlıq hərəkatı baş vermişdir.  

Rus-türk mühari

bəsi  başladıqdan  sonra  ruslar  serblərlə  əlaqə  qurmağa 

başlamışlar. General İsayevin rəhbərliyi altında olan dəstə Osmanlı imperiyası 

üzərində  serblərin  bir  sıra  qələbə  çalmasına  nail  olmuşdur.  Osmanlı  sultanı 

Serbiya ilə barışmalı olur və serblərə muxtariyyət verir (2, 257). 

1807-

ci ilin yayında Rusiya Dunaydan türklərin qarşısını almışdır. Qara 



dənizdə ruslar Anapa qalasını zəbt etmişlər. 

1807-


ci  il  2  iyunda  Fridlandda  baş  verən  döyüş  müharibənin  nəticəsini 

həll etdi. Napoleon Qərbdə müharibənin uzun çəkəcəyini gördükdə Rusiya ilə 

danışıqlar yolu axtarmağa başlayır. 

Artıq 1807-ci ilin yanvarında Prussiya diplomatları rus-fransız sülh danı-

şıqlarına başlamağa razılıq verirlər. Rusiya hökuməti İngiltərənin və Prussiya-

nın iştirakı ilə bu danışıqlara razılıq verdilər. Ancaq Napoleonun məqsədi anti-

napoleon 

koalisiyasını dağıtmaq olduğundan bu danışıqlar heç bir nəticə ver-

mədi. 

1807-


ci  il  28  apreldə  Bartenşteyndə  I  Aleksandr  ilə  Prussiya  kralı  ara-

93 



sında gizli müqavilə imzalanır. Bu müqaviləyə əsasən VI koalisiyanın Napo-

leon


a qarşı həlledici döyüşü olmalı idi. 

Fransanın Almaniyadan Reynin arxasına qovulması məsələsi Şimali Al-

maniya konfransında (Prussiyanın başçılığı ilə) I Aleksandrı, İsveçrəni, İngiltə-

rəni və Avstriyanı özünə çəkmək idi. Lakin 1807-ci ilin payızındakı millətlər 

arasındakı vəziyyət Fransaya qarşı bu planın gedişini dayandırdı. 

Ancaq İngiltərə razılıq verməklə elə bir təklif irəli sürdü ki, bu, Prussiya-

nı onlardan uzaqlaşdıraraq Fransaya birləşdirirdi, eyni zamanda Avstriyanı da 

öz

lərindən uzaqlaşdırırdı. Bununla bu plan heç bir nəticə verməmişdir (6, 486). 



Rusiyanın  1801-1807-ci  ildəki  xarici  siyasəti  bir  neçə  mərhələdən  keç-

mişdir. Mübahisəli məsələlərin diplomatik surətdə müəyyən edilməsi (1801-ci 

ildə Paris razılaşmasına əsasən ingilis-rus dənizçilik konvensiyası). 

1801-1803-cü il

lərdə Rusiya "neytral" siyasət mövqeyi tuturdu. İngiltərə 

və  Fransa  bir-birinə  rəqib  mövqedə  idilər,  Rusiya  isə  əvvəlcə  İngiltərə  ilə 

müna

sibətləri  qaydaya  salmışdı.  Bütün  münasibətlərdə  Rusiya  ilə  İngiltərə 



a

rasındakı əlaqələr əlverişli idi. Rusiya-Fransa münasibətləri hersoq Eşenskinin 

ölü

mündən sonra daha da pisləşmişdi. Onda çar hökuməti Napoleona etiraz no-



tası göndərir. Napoleon isə notaya kəskin cavab vermişdir. Nəticədə də, Fransa 

ilə Rusiya arasındakı münasibətlər kəsilir. Fransa səfiri geri göndərilmişdir. 

Rusiya  və  İngiltərənin  dövlət  başçıları  fransız  işğalının  əleyhinə  idilər. 

Ona görə də, 1805-ci ildə III antifransız koalisiyası yarandı. Onun əsas iştirak-

çıları Rusiya, İngiltərə və Avstriya idi və onlara Danimarka, Türkiyə və İsveçrə 

də qoşuldu. 

Müttəfiqlər  Fransaya  qarşı  müharibəyə  başladılar.  Prussiya  isə  III,  ən 

böyük antifransız koalisiyasına qoşulmadı (1, 204). 

8 noyabr 1805-

ci ildəki Ulma döyüşündən sonra Avstriya ordusu təslim 

oldu. Həmçinin 1805-ci ildəki Austerlits yaxınlığındakı döyüşdən sonra rus və 

Avstriya  qoşunları  məğlub  olmuşdu.  Bu  döyüşdə  Avstriyanın  məğlubiyyətin-

dən  sonra  Rusiya  müttəfiqsiz  qalır,  III  koalisiya  dağılır.  Rusiya  Napoleonla 

sülh danışıqlarına başlayır. Lakin sülh müqaviləsi baş tutmadı. Yeni müharibə 

yaxınlaşmışdı. Belə bir şəraitdə IV antifransız koalisiyası yarandı. Onun tərki-

binə Rusiya, İngiltərə, Prussiya və İsveçrə daxil idi. 1806-1807-ci illərdə yeni 

koalisiya müharibəsi başladı.  

1807-ci il iyunda Napoleon 

Fridland döyüşündə qələbə çaldıqdan sonra 

Rusiya  qoşunlarını  Nemanın  arxasına  sıxışdırır.  Rusiyaya  hücum  etməyə 

özünün 

tam hazır olmadığını gördükdə sülh danışıqlarına başlayır. I Aleksandr 



da  müttəfiqsiz  qaldığından  müharibəni  davam  etdirmək  istəmir.  İngiltərə  də 

ona heç bir yardım göndərmir. Rusiya İngiltərə ilə olan əlaqələrdə Fransa tərə-

fin

ə keçir. 1807-ci il iyunun 7-də Tilzitdə sülh müqaviləsi imzalanır. Prussiya 



Elbadan qərbə olan torpaqlarını itirir. Əvvəllər ələ keçirdiyi Polşa torpaqlarında 

V

arşava hersoqluğu yaranır. Rusiya ingilis-rus danışıqlarını, Fransa isə Rusiya 



ilə Türkiyə arasındakı sülh müqaviləsini imzalamağı öz üzərlərinə götürürlər. 

Rusiya  üçün  çətin  şərt  kontinental  blokadada  birləşmək  idi.  Əsas  məqsəd 

94 



İngiltərəni xarici ticarət bazarlarından təcrid etmək idi. 

Tilzit sülhü müvəqqəti ziddiyyət xarakteri daşıyırdı. Bu sülh Napoleonun 

əl-qolunu  yeni işğallar üçün bağlayırdı (İspaniya, Portuqaliya).  I  Aleksandrın 

əsas məqsədi daxili siyasət məsələlərini həll etmək və 1812-ci il müharibəsinə 

hazırlaşmaq idi. 

I Aleksandrın Fransanın əli ilə "Şərqi almaq" cəhdi baş tutmadı. Napo-

leon 

isə Rusiyanı İngiltərə və Avstriya ilə fəal müharibəyə cəlb edə bilmədi. 



Rusiya  Fransanın  köməyi  ilə  İngiltərəyə  qarşı  mübarizə  ilə  bərabər  öz 

imperiyasının sərhədlərində işğalçılıq siyasətini davam etdirirdi (Finlandiyanın 

və Şərqi Qalitsiyanın birləşdirilməsi, Bessarabiya, Moldaviya və Valaxiyanın 

birləşdirilməsi və s.). 

Möhkəmlənmiş kontinental mühasirə şəraitindən imtina etmiş rus hökm-

ranlığının  yaratdığı  neytral mövqe ingilis-fransız  müharibəsində  yeni  fransız-

rus  münasibətlərinin  qəti  kəskinləşməsinə  və  1812-ci  il  müharibəsinə  gətirib 

çıxarırdı.  Bu  müharibədə  Fransa  imperatorunun  əsas  məqsədi  rus  dövlətini 

məhv etmək və onun Fransadan asılılığını təmin etmək idi (12, 491). 

 

ƏDƏBİYYAT 

1.Байзакова К.И. История международных отношений в новое время, М.: Просвещение, 

2007, 463 

с. 

2.Боханов А.Н., Горинов М.М. История России с начала XVIII до конца XIX веков, Кни-



га II, М.: Аст, 2001, 377 с. 

3.Бовыкин В.И. Очерки истории внешней политики России. М.: Наука,1960, 442 с. 

4.История дипломатии. М.: Просвещение, 2005, 519 c. 

5

.История  России  с  древнейших  времен  до  наших  дней.  Под  ред.  А.Н.Сахарова.  М.: 



Проспект, 2009, 720 с. 

6

.История внешней политики России. Первая половина XIX века. М.: Наука, 1985, 499 с. 



7

.Киняпина Н.С. Внешняя политика России в первой  половине XIX в. М.: Наука,1976, 

216 

с. 


8

.Лысак И.В. История России с древнейших времен до конца XIX века. Таганрог: 2001, 

ТРТУ, 360 с. 

9.

Милов Л., Цимбаев Н. История России XVIII-XIX веков. М.: Просвещение, 2006, 409 с. 



10

.Павленко Н.И. История России с древнейших времен до 1861 г. М.: Высшая школа, 

2004, 371 

с. 


11

.Протопопов А.С. История международных отношений и внешней политики России в 

1648-

2000 гг. М.:  Аспект-пресс, 2001, 344 с. 



12

.Троицкий Н.А. Россия в XIX веке: Курс лекций. М.: Просвещение,1997, 504 с. 

 

 

 



 

 

  



РОССИЙСКАЯ ДИПЛОМАТИЯ В НАЧАЛЕ ХIХ ВЕКА 

 

А.М.МАМЕДОВА 

 

РЕЗЮМЕ 

 

В статье показаны сложные переплетения и взаимовлияния направлений внешней 

политики как европейской, так и азиатской. В сферу внимания попадает не только ди-

пломатическая  история,  но  и  военный  аспект  российской  политики,  государственный 

95 



механизм принятия и осуществления внешнеполитических решений. Также проанализи-

рованы  связи  и  конкретные  внешнеполитические  цели  и  амбиции  России,  методов  и 

средств их достижения и удовлетворения с менявшимся обликом и самой страны и ок-

ружавшего ее мира, с экономическими и политическими интересами различных сосло-

вий  и  групп  империи;  и  наконец,  показаны  механизмы  и  реальные  плоды  воздействия 

России на исторические судьбы ее соседей на Западе, Востоке и Юге, на мировую поли-

тику в целом.   

 

Ключевые слова: история, дипломатия, Россия, внешняя политика 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



RUSSIAN DIPLOMACY IN EARLY XIX CENTURY 

 

A.M.MAMMADOVA 

 

SUMMARY 

 

The article depicts complicated interlacement and mutual influence of the political strat-

egies in both European and Asian external politics. The diplomatic history of the Russian poli-

tics, military aspects, the state mechanism of making decisions in external politics as well as 

their realization are under the focus. We have analyzed the connections and particular purposes 

and ambitions of Russia in the external politics of the country,  methods and means of their 

achievement and adaptability to the changes of the country and the surrounding environment

with the economic and political interests of different social estates and groups in the Empire. 

Finally, the mechanisms and true outcomes of the Russian influence on its neighbours in the 

East, West and South, as well as the world politics in general are demonstrated. 



 

Key words: history, diplomacy, Russian, external politics  

96 

Yüklə 317,42 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə