Baki universitetiNİn xəBƏRLƏRİ №3



Yüklə 242,21 Kb.
Pdf görüntüsü
tarix14.09.2018
ölçüsü242,21 Kb.
#68373


 

62 


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№3    

 

Humanitar elmlər seriyası   

 

2013 

 

 

 

 

UOT 94(470)”19…” 

 

QARA DƏNİZ İQTISADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATI 

ÇƏRÇİVƏSİNDƏ AZƏRBAYCANIN RUSİYA VƏ UKRAYNA İLƏ 

ƏMƏKDAŞLIQ İMKANLARI 

 

A.Ş.ŞAHMURADOV 

Azərbaycan Dillər Universiteti 

agil1965@mail.ru 

 

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Qara dəniz hövzəsi, Balkan yarım-

adası və Cənubi Qafqazın 12 dövlətini birləşdirən hökumətlərarası təşkilatıdır. Təşkilat 1992-

ci ildə imzalanmış Qara Dəniz İqtisadi Əməkdaşlığı haqqında müqavilə əsasında 1999-cu ildə 

təsis  olunmuşdur.  QDİƏT  iqtisadi  əməkdaşlıq,  regionda  nəqliyyat  və  ticarət  əlaqələrinin 

genişləndirilməsi  istiqamətində  fəaliyyət  göstərir.  Təşkilata  üzvlük  Azərbaycanın  Rusiya  və 

Ukrayna ilə əlaqələrinin genişlənməsi üçün də şərait yaradır. Azərbaycanın QDİƏT daxilində 

bu ölkələrlə əməkdaşlığı əsasən energetika, nəqliyyat və ticarət sahəsini əhatə edir.  

 

Açar söz

lər:  Qara  Dəniz  İqtisadi  Əməkdaşlığı,  Qara  Dəniz  İqtisadi  Əməkdaşlıq 

TəşkilatıAzərbaycan, Rusiya, Ukrayna  

 

Qara dəniz hövzəsi qədim zamanlardan müxtəlif xalqlar arasında iqtisadi 



və  ticarət  əlaqələrinin  inkişafında  ciddi  rol  oynamışdır.  Müasir  dövrdə 

nəqliyyat, rabitə, energetika, sənaye, kənd təsərrüfatı, ekologiya, turizm və s. 

sahələrdə  dövlətlər  və  xalqlar  arasındakı  əlaqələrin  genişləndirilməsinə  olan 

tələbat  Qara  dəniz  regionunun  əhəmiyyətini  xeyli  artırmışdır.  Balkanlar, 

Ukrayna, Aralıq və Xəzər dənizləri hövzələrini birləşdirməklə Qara dəniz bu 

gün çox mühüm geosiyasi və geoiqtisadi faktor kimi gündəmə gəlmişdir, bu da 

öz növbəsində burada regional əməkdaşlığın genişləndirilməsinə yönəlmiş yeni 

çağrışların ortaya çıxması ilə nəticələnmişdir. Qara Dəniz İqtisadi Əməkdaşlıq 

Təşkilatının yaranması bu çağrışlara verilən cavablardan biridir.  

Qara  dəniz  hövzəsində  iqtisadi  əməkdaşlığı  inkişaf  etdirmək  təşəbbüsü 

ilk dəfə 1990-cı ildə Türkiyənin mərhum prezidenti Turqut Ozal tərəfindən irəli 

sürülmüşdü.  O,SSRİ,  Türkiyə,  Rumıniya  və  Bolqarıstanı  əhatə  edəcək  “Qara 

dəniz çiçəklənmə və əməkdaşlıq zonası” yaratmaq təşəbbüsü ilə çıxış etmişdi. 

Sonrakı dövrdə SSRİ-nin süqutu və bunun nəticəsi olaraq baş vermiş geosiyasi 

dəyişikliklər  bu  təşəbbüsü  heç  də  kölgədə  qoymadı,  əksinə,  1992-ci  ildə 

Rusiya, Türkiyə və Ukrayna regional əməkdaşlıq ideyasını yenidən gündəmə 




 

63 


gətirmiş, Qara dəniz ilə bu və ya digər dərəcədə əlaqəli olan digər ölkələr də 

sonradan onlara 

qoşulmuşdular.  

Qara  Dəniz  İqtisadi  Əməkdaşlığı  haqqında  Bəyannamə  (1) 1992-ci il 

iyunun 25-

də  İastambulda  Albaniya,  Azərbaycan,  Bolqarıstan,  Ermənistan, 

Gürcüstan,  Moldova,  Yunanıstan,  Rumıniya,  Rusiya,  Türkiyə  və  Ukrayna 

dövlət  və  hökumət  başçıları  tərəfindən  imzalanmışdı.  Eyni  təşkilatda  təmsil 

olunmaları  Azərbaycan  ilə  Ukrayna  arasında  çoxtərəfli  əlaqələri  inkişaf 

etdirmək üçün əlavə imkanlar yaradır.  

Avropada  gedən  dərin  və  sürətli  dəyişikliklər,  qitə  xalqlarının  sülh  və 

təhlükəsizlik erasını başlamaqda qərarlı olmaları, insan hüquq və azadlıqlarına 

hörmətə  əsaslanan  demokratiya,  iqtisadi  azadlıq,  sosial  ədalət,  bərabər 

təhlükəsizlik  kimi  ümumi  dəyərlərə  əsaslanan  inkişaf,  iştirakçı  dövlətlərin 

coğrafi yaxınlığı, onların həyata keçirdikləri islahatlar və struktur dəyişiklikləri 

ilə  şərtləndirilən  qarşılıqlı  faydalı  əməkdaşlığın  genişləndirilməsi,  ekoloji 

problemlər,  iştirakçı  dövlətlərin  ümumavropa  iqtisadi  məkanına  və  dünya 

iqtisadiyyatına  daha  yüksək  səviyyədə  inteqrasiya  etmək  niyyətləri,  iqtisadi, 

texnoloji və sosial sahədə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdiril-

məsində,  sahibkarlıq  fəaliyyətinin  həvəsləndirilməsində  maraqlı  olmaları 

Bəyannaməni  imzalamış  dövlətlər,  o  cümlədən  Azərbaycan  ilə  Ukrayna  ara-

sında əməkdaşlığı zəruri edən əsas şərtlərdəndir.  

İstanbul Bəyannaməsini imzalamış dövlətlərin əməkdaşlıq dairəsi ümumi 

maraq doğuran aşağıdakı sahələri əhatə edir:  

uyğun infrastruktur da daxil olmaqla nəqliyyat və rabitə; 



- informasiya; 

statistik  məlumatlar  da  daxil  olmaqla  iqtisadi  və  kommersiya 



məlumatlarının mübadiləsi;  

əmtəələrin standartlaşdırılması və sertifikatlaşdırılması; 



- energetika; 

mineral xammalın hasilatı və emalı; 



- turizm; 

kənd təsərrüfatı və aqrar-sənaye kompleksi; 



veterinar və sanitar mühafizə; 

səhiyyə və əczaçılıq sənayesi; 



elm və texnika.  

Qara  Dəniz  İqtisadi  Əməkdaşlığı  haqqında  Bəyannamədə  ölkələrarası 

əməkdaşlığın  həyata  keçirilmə  yolları  da  müəyyənləşdirilmişdir.  Hər  şeydən 

əvvəl, ikitərəfli danışıqlar nəticəsində bir ölkənin sahibkarlarının digər ölkənin 

ərazisinə maneəsiz daxil olması, qalması və sərbəst hərəkəti yüngülləşdirilməli, 

müəssisələr  və  şirkətlər  arasında  birbaşa  əlaqələrin  yaradılması  həvəslən-

dirilməli, kiçik və orta müəssisələrə yardım göstərilməlidir.  

Əmtəə  və  xidmətlərin  qarşılıqlı  mübadiləsinin  genişləndirilməsi,  bu 

yolda mövcud olan 

istənilən  maneənin  aradan  qaldırılması  tərəflərin  üçüncü 

ölkə qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə mane olmamalıdır. 




 

64 


İnvestisiya  qoyuluşu,  kapitalların  hərəkəti  və  sənaye  sahəsində  müxtəlif 

əməkdaşlıq növlərinin həyata keçirilməsi üçün zəruri şərait yaradılmalı və bu 

zaman ikiqat vergitutmadan imtina etmək haqqında razılıq əldə olunmalıdır. 

Bəyannaməyə  qoşulmuş  ölkələrin  ərazisində  keçirilən  beynəlxalq 

hərraclar  haqqında  informasiya  mübadiləsi  aparmaq,  azad  iqtisadi  zonalarda 

əməkdaşlığı genişləndirmək də regional əlaqələri inkişaf etdirmək yollarından 

biri kimi müəyyənləşdirilmişdi.  

Qeyd  olunanlarla  yanaşı,  iştirakçı-dövlətlər  ətraf  aləmin  qorunması, 

xüsusilə  Qara  dənizin  ekoloji  vəziyyətinin  yaxşılaşdırılması,  onun  bioresurs-

larının  mühafizə,  istifadə  və  inkişaf  etdirilməsi  üçün  birgə  layihələr  həyata 

keçirməli, hökumət və qeyri-hökumət səviyyəsində kredit və maliyyə razılaş-

malarının bağlanmasına yardım etməli, qarşılıqlı iqtisadi və ticarət əlaqələrini 

genişləndirmək, Qara dəniz zonasında ümumi maraq doğuran layihələri həyata 

keçirmək  üçün  beynəlxalq  təşkilatların  və  başqa  dövlətlərin  imkanlarından 

istifadə etməlidirlər.  

1992-ci il iyunun 25-

də  İstanbulda  digər  bir  sənəd  –  əməkdaşlığın 

prioritet istiqamətlərini və əsas mexanizmini müəyyənləşdirən Bosfor Bəyanatı 

da qəbul olunmuşdu (2). Bu sənədi imzalamış dövlət və hökumət başçıları Qara 

dəniz iqtisadi əməkdaşlıq ideyasının tarixi zərurətdən, xalqlar arasında sülhü və 

konstruktiv  əlaqələri  inkişaf  etdirmək  maraqlarından  irəli  gəldiyini  xüsusi 

olaraq  vurğulamış,  azad  bazar  iqtisadiyyatının  inkişafı,  etibarlı  və  səmərəli 

mexanizmlərin  yaradılması  yolu  ilə  iqtisadi  əməkdaşlığı  genişləndirməyin 

mümkünlüyünü önə çəkmişdilər.  

Bosfor Bəyanatında Qara dəniz regionunun ciddi münaqişələrlə üzləşdiyi 

və  yeni  münaqişələrin  meydana  gəlmə  təhlükəsinin  saxlanıldığı,  mövcud 

münaqişələrin  ATƏT-in  prinsiplərinə  uyğun  həll  edilməsinin,  təcavüzə,  zora, 

terrora və qanunsuzluğa qarşı mübarizənin, sülh və ədalətin bərpa olunmasına 

yardım göstərməyin vacibliyi diqqət mərkəzində saxlanılmışdı.  

1992-


ci  ildə  iqtisadi  təşəbbüs  kimi  meydana  gələn  Qara  Dəniz  İqtisadi 

Əməkdaşlığı  1998-ci  ilədək  hökumətlərarası  mexanizm  formasında  mövcud 

olmuşdu.  Bu  illər  ərzində  əməkdaşlığın  strukturlaşması,  təşkilati  əsaslarının 

yara


dılması istiqamətində konkret addımlar atılmışdı.  

1992-


ci  ildə  Azərbaycan,  Rusiya  və  Ukrayna  ilə  yanaşı  Albaniya,  Bol-

qarıstan,  Gürcüstan,  Ermənistan,  Moldova,  Rumıniya,  Serbiya,  Türkiyə, 

Yunanıstan nümayəndələri tərəfindən Qara Dəniz İqtisadi Əməkdaşlığı İşgüzar 

Şurasının  yaradılması  (3)  Qara  Dəniz  İqtisadi  Əməkdaşlığının  təşəbbüsdən 

təşkilata doğru inkişafında atılmış mühüm addımlardan biri oldu. Beynəlxalq, 

qeyri-


hökumət  və  qeyri-kommersiya  təşkilatı  olan  İşgüzar  Şuranın  əsas 

məqsədi  Qara  dəniz  regionunun  dünya  iqtisadiyyatına  daha  çox  inteqrasiya 

olunmasına yardım göstərməkdən ibarətdir. İşgüzar Şuranın əsas orqanı milli 

təşkilatların nümayəndələrinin daxil olduqları Direktorlar Şurasıdır.  

Qara  dəniz  hövzəsi  ölkələri  arasında  əməkdaşlığın  təşkilati  əsaslarının 

yaradılması  istiqamətində  atılmış  növbəti  addım  Qara  Dəniz  İqtisadi  Əmək-




 

65 


daşlığı  Parlament  Assambleyasının  yaradılması  olmuşdu.  Bu  haqda  Bəyan-

namə  Azərbaycan,  Rusiya  və  Ukrayna,  həmçinin  Albaniya,  Gürcüstan,  Er-

mənistan,  Moldova,  Rumıniya,  Türkiyə  parlament  sədrlərinin  1993-cü il 

fevralın 25-26-da İstanbulda keçirilmiş görüşləri zamanı qəbul edilmişdi (4).  

Parlament  Assambleyasının  yaradılmasında  əsas  məqsəd  əməkdaşlığın 

hüquqi  bazasını  formalaşdırmaq,  milli  parlamentlər  vasitəsilə  xalqları  həyata 

keçirilən  fəaliyyət  haqqında  məlumatlandırmaq,  deputatlar  və  parlamentlər 

arasında  dostluq  əlaqələrini  inkişaf  etdirməklə  xalqlar  arasında  etimad  və 

mehriban qonşuluq mühitinin yaradılmasına, iştirakçı-dövlətlərin üzv olduqları 

beynəlxalq  təşkilatlarla  əlaqələriinin  inkişaf  etdirilməsinə  yardım  etməkdən 

ibarətdir.  

İştirakçı-dövlətlərin dövlət və hökumət başçılarının 1996-сı il oktyabrın 

25-

də  qəbul  etdikləri  Moskva  Bəyannaməsində  əməkdaşlıq  məsələləri  ilə 



yanaşı, Qara Dəniz İqtisadi Əməkdaşlığının institutsional və hüquqi bazasının 

möhkəmləndirilməsi  məsələsi  də  diqqətdə  saxlanılmışdı.  Bəyannamədə  qeyd 

olunur ki, “Dövlət və hökumət başçıları razılaşırlar ki, hal-hazırda əsas prioritet 

vəzifələrdən  biri  Qara  Dəniz  İqtisadi  Əməkdaşlığının  institutları  və  hüquqi 

bazasının  möhkəmləndirilməsindən  ibarətdir.  Bu,  Qara  Dəniz  İqtisadi  Əmək-

daşlığının  səmərəliliyinin  artırılmasına  və  hökumətlərarası,  parlamentlərarası, 

işgüzar, maliyyə, akademik və ictimai əlaqələr də daxil olmaqla, bütün ölçülər-

də onun qarşılıqlı əlaqələrinin daha yaxşı təmin olunmasına yardım edəcəkdir. 

Bu məqsədlə onlar Qara Dəniz İqtisadi Əməkdaşlığının regional iqtisadi təşki-

lata çevrilməsi prosesini davam etdirməyi məqsədəuyğun hesab edirlər...” (5).  

Hökumətlərarası  mexanizm kimi mövcud olmuş  Qara  Dəniz  İqtisadi 

Əməkdaşlığının  beynəlxalq  hüquq  subyekti  olan  təşkilata  çevrilməsi  prosesi 

1998-ci il iyunun 5-

də  baş  tutan  Yalta  sammitində  başa  çatdı.  Yalta  Bəyan-

naməsinə  imza  atan  dövlət  və  hökumət  başçıları  bildirirdilər:  “Biz  hamımız 

inanırıq  ki,  çoxtərəfli  iqtisadi  əməkdaşlığımızda  əldə  edilmiş  əhəmiyyətli 

tərəqqi regionda gərginliyin azaldılmasına, xalqlarımızın rifahı naminə sülhün, 

stabilliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə yardım edir və Qara Dəniz 

İqtisadi  Əməkdaşlığının  beynəlxalq hüquq  subyektliliyini  möhkəmlətmək 

zamanı  gəlmişdir.  Bu  məqsədlə  biz  Qara  Dəniz  İqtisadi  Əməkdaşlıq  Təş-

kilatının  Nizamnaməsini  imzaladıq,  bunun  nəticəsində  mövcud  hökumət-

lərarası mexanizm tam formatlı regional iqtisadi təşkilata çevrilir” (6) 

Azərbaycan,  Albaniya,  Bolqarıstan,  Gürcüstan,  Ermənistan,  Moldova, 

Ru

mıniya,  Rusiya,  Türkiyə,  Yunanıstan  və  Ukrayna  rəhbərləri  tərəfindən 



imzalanmış  Nizamnamədə  (7)  QDİƏT-in  aşağıdakı  prinsip  və  məqsədləri 

müəyyənləşdirilmişdi: 

dostluq  və  mehriban  qonşuluq  ruhunda  fəaliyyət  göstərmək  və  üzv-



dövlətlər  arasında  qarşılıqlı  hörmət  və  etimadı,  dialoq  və  əməkdaşlığı 

möhkəmlətmək; 

beynəlxalq  hüququn  prinsip  və  normaları  əsasında  ikitərəfli  və 



çoxtərəfli əməkdaşlığı bundan sonra da inkişaf və diversifikasiya etdirmək; 


 

66 


sahibkarlıq  fəaliyyəti  mühitini  yaxşılaşdırmaq  məqsədilə  fəaliyyət 

göstərmək  və  iqtisadi  əməkdaşlıq  prosesində  bilavasitə  iştirak  edən  müəssisə 

və şirkətlərin fərdi və kollektiv təşəbbüslərini həvəsləndirmək;  

-  üzv-

dövlətlərin beynəlxalq öhdəlikləri, o cümlədən onların beynəlxalq 



təşkilatlarda və ya inteqrasiya və ya digər xarakterli təsisatlarda üzvlüyündən 

irəli  gələn  və  üçüncü  tərəflə  münasibətlərinə  mane  olmayan  öhdəlikləri  ilə 

ziddiyyət təşkil etməyən iqtisadi əməkdaşlığı inkişaf etdirmək; 

iştirak edən üzv-dövlətlərin konkret iqtisadi şəraitlərini və maraqlarını 



nəzərə almaq; 

digər maraqlı dövlətlərin, beynəlxalq iqtisadi və maliyyə təsisatlarının, 



həmçinin  müəssisə  və  şirkətlərin  Qara  Dəniz  İqtisadi  Əməkdaşlığı  çərçivə-

sindəki  iqtisadi  əməkdaşlıq  prosesində  iştirakını  bundan  sonra  da  həvəslən-

dirmək.  

QDİƏT-ə  üzv-dövlətlər  ticarət  və  iqtisadi  inkişaf,  bank  işi  və  maliyyə, 

rabitə,  energetika,  nəqliyyat,  kənd  təsərrüfatı  və  aqrar-sənaye,  səhiyyə  və 

farmakologiya,  ətraf  mühitin  mühafizəsi,  turizm,  elm  və  texnika,  statistik 

məlumatlar  və  iqtisadi  informasiyaların  mübadiləsi,  gömrük  və  digər  sərhəd 

orqanları  arasında  əməkdaşlıq,  insanlar  arasında  əlaqə,  mütəşəkkil  cinayət-

karlıq, narkotiklərin, silahların və radioaktiv materialların qeyri-qanuni dövriy-

yəsi,  hər  növ  terror  aktları  və  qeyri-qanuni  miqrasiya  ilə  mübarizə  kimi 

sahələrdə əməkdaşlıq etməyi qərara almışlar.  

Mövcud  olduğu  illər  ərzində  QDİƏT  -in  fəaliyyəti  nəqliyyat  və  ener-

getika,  bank  işi  və  maliyyə,  demokratiya  və  qanun  aliliyi,  mütəşəkkil  cina-

yətkarlıq  və  terrorizmlə  mübarizə,  ətraf  mühitin  qorunması,  mədəniyyət  və 

təhsil, turizm və s. sahələri əhatə etmişdir. Əməkdaşlıq sahələrinin geniş spek-

trinə  baxmayaraq,  iqtisadi  əlaqələrin  genişləndirilməsi  təşkilatın  fəaliyyətinin 

prioritet 

istiqamətinə çevrilmişdir.  

 

QDİƏT-ə  üzv-dövlətlər  arasında  inteqrasiya  prosseslərinin  inkişafında 



nəqliyyat  sahəsində  əməkdaşlıq  xüsusi  əhəmiyyət  kəsb  edir.  Bu  istiqamətdə 

əlaqələri canlandırmaq məqsədilə Qara Dəniz İqtisadi Əməkdaşlığı Parlament 

Assamble

yası  1996-cı  il  iyunun 12-də  “Qara  Dəniz  İqtisadi  Əməkdaşlığına 

üzv-

dövlətlər  arasında  nəqliyyat  sahəsində  əməkdaşlıq  haqqında”  tövsiyyə 



qəbul  etmişdi  (8).  Nəqliyyat  infrastrukturunun  yenidən  qurulmasını  ümumi-

likdə regionda ticarətin, sosial-iqtisadi tərəqqinin və siyasi stabilliyin əsası kimi 

qəbul edən Parlament Assambleyası milli parlament və hökumətləri nəqliyyat, 

xüsusilə  gömrük  və  sərhəd  xidmətləri  sahəsində  qanunvericiliyi  bir-birinə 

uyğunlaşdırmağa, birbaşa xarici sərmayələri cəlb etmək üçün əlverişli hüquqi 

və  inzibati  mühit  yaratmağa,  regiondakı  bütün  nəqliyyat  sistemlərinin 

təhlükəsiz fəaliyyət göstərməsini, milli nəqliyyat infrastrukturunun və şəbəkə-

lərinin  Transavropa  nəqliyyat  sistemiinə  çıxışını  təmin  etməyə,  sərhədlərin 

qeyri-leq

al  keçilməsinə,  silah,  radioaktiv  maddələr  və  s.-nin qeyri-qanuni 

daşınmasına  qarşı  ikitərəfli  və  çoxtərəfli  müqavilələr  əsasında  mübarizə 



 

67 


aparmağa və regionda nəqliyyatın inkişafına və təhlükəsiz fəaliyyətinə yardım 

edəcək digər tədbirləri görməyə çağırmışdı.  

QDİƏT ölkələrini əhatə edəcək Dairəvi nəqliyyat dəhlizinin yaradılması 

təşkilatın  əsas  fəaliyyət  istiqamətlərindən  birini  təşkil  edir.  Qeyd  etmək 

lazımdır  ki,  başqa  təşkilatlar  tərəfindən  irəli  sürülmüş  Qara  Dəniz  Ümum-

avropa  Nəqliyyat  Zonası  (PETRA),  Cənubi  Avropa  Əməkdaşlıq  Təşəbbüsü 

(SECİ)  və  TRASEKA  kimi  regional  təşəbbüslərin  həyata  keçirilməsi  öz 

növbəsində QDİƏT daxilində nəqliyyat sistemlərinin inkişafına gətirib çıxarır. 

Bu  sahədə  QDİƏT  regionun  Azərbaycan,  Rusiya  və  Ukrayna  nümayən-

dələrinin də iştirak etdikləri qeyri-hökumət nəqliyyat təşkilatları - Gəmiqayıran 

və  Gəmi  Təmirçilərinin  Qara  Dəniz  Regional  Assosiasiyası  (BRASS),  Gəmi 

Sahiblərinin  Qara  Dəniz  Assosiasiyası  (BİNSA),  Qara  və  Azov  Dənizləri 

Limanları  Assosiasiyası  (BASPA),  Qara  Dəniz  Əməkdaşlığı  Regionu  Avto-

mobil  Nəqliyyatı  Assosiasiyaları  İttifaqı  (BSEC-URTA)  -  ilə  də  əməkdaşlıq 

edir.  Regionda  nəqliyyatın  inkişaf  etdirilməsində  Azərbaycan,  Gürcüstan  və 

Türkiyə  mühüm  strateji  əhəmiyyətə  malikdir,  çünki  bu  ölkələri  əhatə  edən 

nəqliyyat sistemləri təkcə QDİƏT-ə üzv-dövlətlər arasında deyil, ümumilikdə 

Avropa ilə Mərkəzi Asiya arasında əlaqələrin genişlənməsini təmin edir. Eyni 

zamanda,  Azərbaycandan  keçən  “Şimal-Cənub”  nəqliyyat  dəhlizi  Şimali 

Avropa ölkələrinin və Rusiyanın Hind okeanına ən qısa yolla çıxışına imkan 

verir. 

Son  nəticədə  bütün  bunlar  həm  ölkələrarası,  həm  də  regionlararası 



iqtisadi-

ticarət əlaqələrinin genişlənməsinə səbəb olur. Məsələn, təkcə 2000-ci 

il ərzində Qara dəniz regionu vasitəsilə Avropadan Asiyaya və əks istiqamətdə 

7,6 


milyon konteyner daşınmışdı (9).  

Üzv-


dövlətlər  arasında  ticarət  əlaqələrinin  hüquqi  bazanı  yaratmaq 

məqsədilə,  Ümumdünya  Ticarət  Təşkilatının  (GATT)  prinsipləri  əsasında 

QDİƏT daxilində müəyyən addımlar atılmışdır. Hələ 1994-cü il iyunun 21-də 

Qara  Dəniz  İqtisadi  Əməkdaşlığı  Parlament  Assambleyası  gömrük qayda-

larının təkmilləşdirilməsi haqqında Tövsiyyə qəbul etmişdi (10). Sənəddə üzv-

dövlətlər  arasında  mal  dövriyyəsini  artırmaq,  etibarlı  və  standartlaşdırılmış 

gömrük  mexanizmlərini  yaratmaq  məqsədilə  milli  parlamentlərə  gömrük 

qanunvericiliyini qarşılıqlı faydalı surətdə dəyişdirmək, proteksionizmin zəiflə-

dilməsi,  gömrük  tənzimlənməsində  tədricən  GATT  prinsiplərinə  və  dünyada 

qəbul olunmuş digər prinsiplərə keçmək üçün zəruri tədbirləri görmək tövsiyyə 

olunmuşdu.  

Enerji sektorunun dinamik inkişafı QDİƏT ölkələrinin iqtisadi tərəqqisi 

üçün ciddi əhəmiyyət kəsb edir. Eyni zamanda, Xəzər dənizi hövzəsində neft 

və  təbii  qaz  hasilatının  artması  Qara  dəniz  regionunu  dünya  enerji  bazarının 

mühüm mərkəzlərindən birinə çevirmişdir. Enerji sahəsində əməkdaşlığı daha 

da  inkişaf  etdirmək  məqsədilə  QDİƏT  Parlament  Assambleyası  2003-cü il 

iyunun 11-

də  “Energetika  sahəsində  əməkdaşlıq  haqqında”  tövsiyyə  qəbul 

etmişdi  (11).  Dünya  və  Avropanın  enerjiyə  olan  tələbatını  nəzərə  alan 

Parlament  Assambleyası  milli  parlament  və  hökumətlərə  enerji  sahəsindəki 




 

68 


fəaliyyətin hüquqi bazasını yaratmağı, enerji bazarını liberallaşdırmağı, enerji 

sektoruna 

sərmayələrin cəlb edilməsini stimullaşdırmağı, inzibati və lisenziya 

prosedurlarını  sadələşdirməyi,  enerji  qiymətlərində  onun  real  qiymətini  əks 

etdirməyi,  enerji  mənbələrinin  istismarı  ilə  əlaqədar  meydana  gələn  ekoloji 

problemləri  həll  etməyi  və  s.  tövsiyyə  etmişdir.  Bundan  başqa,  təbii  qazdan 

istifadəni  genişləndirmək,  elektrik  enerjisi  istehsalında  istifadə  olunan  daş 

kömür və nefti təbii qaz ilə əvəz etmək, bərpa olunan enerji mənbələrini inkişaf 

etdirmək,  atom  enerjisindən  istifadə  ilə  bağlı  riskləri  azaltmaq  və  başqa 

vəzifələr də müəyyənləşdirilmişdi.  

QDİƏT-ə  daxil  olan  ölkələrdən  yalnız  ikisi  -  Azərbaycan  və  Rusiya  - 

enerji  təhlükəsizliyini  öz  hesablarına  ödəmək  qabiliyyətindədir.  Yerdə  qalan 

ölkələr  isə  bu  və  ya  digər  dərəcədə  xarici  enerji  mənbələrindən  aslıdır.  Hal-

hazırda regionda neft və qaz kəmərlərinin geniş şəbəkəsi fəaliyyət göstərir. Bu 

şəbəkəyə  Bakı-Tbilisi-Ceyhan,  Bakı-Supsa,  Bakı-Novorossiysk,  Atırau-

Novorossiysk, Odessa-

Brodı-Qdansk,  Konstansa-Triyest, Burqas-Aleksandro-

polis, Burqas-Vlore, Frakiya-

Saross  neft,  Bakı-Tbilisi-Ərzrum,  Bakı-Novo 

Filya, Təbriz-Ərzrum, “Mavi axın” qaz kəmərləri daxildir.  

1997-

ci  ildə  istifadəyə  verilmiş  Bakı-Novorossiysk  neft  kəməri 



Azərbaycan neftini Rusiya ərazisindən keçməklə Qara dənizdəki Novorossiysk 

limanına  çatdırmaq  üçün  nəzərdə  tutulmuşdu.  İllik  buraxılış  gücü  18  milyon 

ton,  ümum

i uzunluğu 1535 kilometr olan bu kəmərin 1300 kilometri Rusiya, 

235 kilometri isə Azərbaycan ərazisindən keçir (12, 111). 

 1996-


ci  il  yanvarın  18-də  Moskvada  “Azərbaycan  Respublikası  ilə 

Rusiya  Federasiyası  arasında  Azərbaycan  neftinin  Rusiya  Federasiyası 

ərazisindən  tranziti  haqqında  müqavilə”  imzalandı.  İmzalanan  müqaviləyə 

əsasən Azərbaycan neftinin Bakı-Novorossiysk marşrutu ilə ixrac həcmi ilbəil 

artaraq 2002-

ci  ildə  5  milyon  tona  çatmalı  idi  (13,  305-308).  Qeyd  etmək 

lazımdır ki, istismar olunduğu illər ərzində Bakı-Novorossiysk neft kəmərinin 

ixrac  imkanlarını  artırmaq  üçün  ciddi  yenidənqurma  işləri  aparılmamış,  bu 

marşrut ilə neft ixracı heç vaxt 5 milyon tona çatmamışdır. Məsələn, 2010-cu 

ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Novorossiysk limanına cəmi 

2,2 milyon ton (14

),  yəni  müqavilədə  nəzərdə  tutlduğunun  yarısından  da  az 

neft  ixrac  etmişdi.  Bu  bir  daha  Bakı-Novorossiysk  marşrutunun  regionda 

istifadə olunan digər marşrutlarla müqayisədə az əhəmiyyət daşıdığını göstərir.  

Azərbaycanın  karbohidrogen  ehtiyatlarının  Qərb  istiqamətində  nəqli 

marşrutlarını  genişləndirmək  məqsədilə  müzakirə  olunan  məsələlərdən  biri 

Bakı-Supsa-Odessa-Brodı  marşrutundan  istifadə  olunması  ilə  əlaqədardır. 

Odessa-


Brodı  neft  kəmərinin  tikintisi  2002-ci  ildə  başa  çatsa da, 2004-cü 

ilədək o, istifadəsiz qalmışdı. Ukraynanın “Ukrtransnafta” və Polşanın PERN 

şirkətləri kəməri Polşanın Plotsk şəhərinə qədər uzatmağı təklif etmiş və 2004-

cü ildə bu məqsədlə “Sarmatiya” şirkətini yaratmışdılar. Sonradan Azərbaycan, 

Gürcüsta

n  və  Litva  şirkətləri  də  bu  şirkətə  qoşulmuşdu.  “Ukrtransnafta”, 

PERN,  Azərbaycan  Dövlət  Neft  Şirkəti  və  Gürcüstan  Dövlət  Neft  və  Qaz 



 

69 


Korporasiyasının  hər  biri  “Sarmatiya”  şirkətinin  səhmlərinin  24,75%-nə, 

Litvanın  Klaipedos  Nafta  terminalı  isə  1%-nə  sahib  olmuşdu.  Buna 

baxmayaraq, Odessa-

Brodı  kəmərini  Plotska  qədər  uzatmaq  layihəsi  bu  günə 

qədər  reallaşmamışdır.  Əvəzində,  Odessa-Brodı  kəməri  2004-cü  ildən 

başlayaraq Rusiya tərəfindən revers rejimində istifadə olunmuş, yəni kəmərlə 

əks istiqamətdə, Brodıdan Odessa limanına Rusiya nefti göndərilmişdi (15).  

Kəmərin  revers  rejimində  istifadəsi  2010-cu  ilin  əvvəllərinədək,  onun 

avers  rejimində  istismar  olunmasına,  yəni  Odessadan  Brodı  istiqamətində 

Azərbaycan neftinin göndərilməsinə qədər davam etmişdi. Qeyd olunan ilin ilk 

altı ayı ərzində Ukraynaya 500 milyon dollar dəyərində təxminən 1,5 mln. ton 

Azərbaycan  nefti  daxil  olmuşdu,  bu  da  Ukraynanın  tələbatının  25  %-nə 

bərabərdir (16).  

QDİƏT çərçivəsində reallaşdırılan tədbirlərin və layihələrin maliyyələş-

diril

məsində  müxtəlif  səviyyəli  beynəlxalq  və  regional  maliyyə  qurumları 



iştirak etsə də, burada əsas rol Qara Dəniz Ticarət və İnkişaf Bankına (QDTİB) 

məxsusdur.  

QDTİB-in yaradılması təşəbbüsü 1992-ci ildə meydana gəlmiş və müza-

ki

rə obyektinə çevrilmiş və 1994-cü il iyunun 30-da Tbilisidə Bankın yaradıl-



ma

sı haqqında razılaşma imzalanmışdı. QDTİB 1997-ci ildə yaradılsa da, ma-

liyyə əməliyyatlarının həyata keçirilməsinə 1999-cu ilin iyununda başlamışdı. 

Azərbaycan, Albaniya, Bolqarıstan, Gürcüstan, Ermənistan, Moldova, Rumıni-

ya, Rusiya, Türkiyə, Yunanıstan və Ukrayna tərəfindən təsis edilmiş QDTİB öz 

nizamnaməsi,  kapitalı,  idarə  orqanları  olan  müstəqil  beynəlxalq  maliyyə 

təşkilatıdır. 

Bankın  ilkin  kapitalı  1,5  milyard  dollar  təşkil  edirdi.  Burada  Rusiya 

16,5%, Ukrayna 13,5%, 

Azərbaycan isə 2% paya malikdir (17). 

 

QDTİB  iri  layihələrin  maliyyələşdirilməsindən  tutmuş,  təminatların 



verilməsinə  və  müəssisələrin  kapitallarında  iştiraka  qədər  müxtəlif 

əməliyyatlarda iştirak edir.  

Geniş  iqtisadi  potensiala  malik  olmasına  baxmayaraq,  QDİƏT  intensiv 

əməkdaşlıq,  kooperasiya  mərkəzinə  çevrilə  bilməmişdir.  Burada üzv-döv-

lətlərin  iqtisadi  inkişaf  səviyyələrinin  bir-birindən  kəskin  şəkildə  fərqlənməsi 

müəyyən  disproporsiyanın  yaranmasına  səbəb  olmuşdur.  Belə  ki,  QDİƏT 

məkanında  istehsal  olunan  ümumi  daxili  məhsulun  80%-dən  çoxu  Rusiya, 

Türkiyə və Yunanıstanın payına düşürsə, cəmi 1%-i Azərbaycan, Albaniya, Er-

mənistan və Gürcüstanın payına düşür (478, 151). Bu qeyri-bərabərlik təşkilat-

daxili inteqrasiyaya mane olan 

amillərdəndir.  

QDİƏT  açıq  tipli,  proteksionizmdən  uzaq  bir  təşkilat  olmasına 

baxmayaraq,  üzv-

dövlətlər  arasındakı  ticarət  əlaqələri  ideal  səviyyədən  çox 

uzaqdır.  Məsələn,  QDİƏT  ölkələri  ilə  ticarətdə  ən  yüksək  göstərici  Rusiyaya 

məxsusdur.  Bu  ölkənin  üzv-dövlətlərlə  ümumi  əmtəə  dövriyyəsinin  həcmi 

onun xarici ticarətinin 15%-nə bərabərdir, bunun da üçdə iki hissəsi Ukrayna 



 

70 


ilə ticarətin payına düşür. Bu göstərici Ukrayna üçün 11-12%-ə (bunun 85%-

dən çoxu Rusiya ilə ticarətin payına düşür), bərabərdir (18, 89).  

Hal-

hazırda  12  dövləti  birləşdirən  QDİƏT-in  əsas  məqsədlərindən  biri 



həm  region  ölkələrini,  həm  də  Avropa  ilə  Asiyanı  bir-biri  ilə  birləşdirəcək 

nəqliyyat  sisteminin  yaradılmasından  ibarətdir.  Uzunluğu  7  min  kilometrdən 

çox olan Qara dəniz dairəvi avtomobil yolunun tikintisi planlaşdırılır. Bütün bu 

layihələrin  reallaşdırılması  iqtisadiyyatın  və  ticarətin  inkişafına  yatrdım 

edəcək, region ölkələrinin, o cümlədən Azərbaycanın Rusiya və Ukrrayna ilə 

iqtisadi əlaqələrini daha da genişləndirəcək.  

 

ƏDƏBİYYAT 

1.

 



PABSEC. Selected BSEC documents. Summit Declaration of the Black Sea Economic 

Cooperation, Istanbul, 25 June 1992 // http://www.pabsec.org/Documents. 

asp?hl=en&id=6 

2.

 



PABSEC. Selected BSEC documents.  Bosphorus Statement, Istanbul, 25 June 1992 // 

http://www.pabsec.org/Documents.asp?hl=en&id=6 

3.

 

BSEC Organization, page "Business Council" // http://www.rncbsec.org/eng/bsec/  busi-



ness_council.html 

4.

 



Russian National Committee for Black Sea Economic Cooperation. BSEC Organization", 

page "Business Council" // http://www.rncbsec.org/eng/bsec/business_ council.html 

5.

 

PABSEC. Selected BSEC documents. Declaration of the Heads of State or Government of 



the Participating States of the Black Sea Economic Cooperation, Moscow, 25 October 

1996 // http://www.pabsec.org/Documents.asp?hl=en&id=6 

6.

 

PABSEC. Selected BSEC documents.  BSEC Summit Declaration, Yalta, 5 June 1998 // 



http://www.pabsec.org/Documents.asp?hl=en&id=6 

7.

 



PABSEC. Selected BSEC documents.  BSEC Charter, 5 June 1998 // http://www. 

pabsec.org/Documents.asp?hl=en&id=6 

8.

 

Cooperation in Transportation among the BSEC Participating States (report, rec. 13/1996). 



PABSEC. Reports and recommendations. Economic, Commercial, Technological and En-

vironmental Affairs // http://www.pabsec.org/ Documents.asp?hl=en&id=3 

9.

 

Development of the transport infrastructure in the Black Sea Region (report, rec.84/2005) 



PABSEC. Reports and recommendations. Economic, Commercial, Technological and En-

vironmental Affairs // http://www.pabsec.org/ Documents.asp?hl=en&id=3 

10.

 

Improvement  of Customs Regulations among the BSEC Member Countries (report,  rec. 



1/1994). PABSEC. Reports and recommendations. Economic, Commercial, Technological 

and Environmental Affairs // http://www.pabsec.org/ Documents.asp?hl=en&id=3 

11.

 

Cooperation in the Field of Energy (report, rec. 68/2003).  PABSEC.  Reports and recom-



mendations.  Economic, Commercial, Technological and Environmental Affairs  // 

http://www.pabsec.org/Documents.asp?hl=en&id=3 

12.

 

Жильцов С.С., Зонн И.С., Ушаков А.М. Геополитика Каспийского региона. М.: Ме-



ждународные отношения, 2003, 280 с. 

13.


 

Azərbaycan-Rusiya. Россия-Азербайджан. 1992-2002, sənədlər toplusu, сборник доку-

ментов.  Azərbaycan  Respublikasının  Xarici  İşlər  Nazirliyi,  Rusiya  Federasiyasının 

Bakıdakı səfirliyi, Bakı: «Cümə», QTSJ, 2002, 590 s.  

14.

 

SOCAR  yanvarda  Bakı-Novorossiysk  boru  kəməri  ilə  neft  ixracını  30%  artırıb  // 



http://www.interfax.az/az/index.php?option=com_content&task=view&id= 63620 

&Itemid=37 

15.

 

Водо  В.,  Ребров  Д.  Казахскую  нефть  развернут  на  Польшу  //  Газ.  "Коммерсантъ", 



2007, 1 октября. 


 

71 


16.

 

Чечелашвили  В.  “Благодаря  ЗСТ  ГУАМ  Украина  компенсировала  11%  дефицита 



своего внешнеторгового баланса” // http://guam-organization.org/ node /1041  

17.


 

The Black Sea Trade and Development Bank (report,  rec.  33/1999).  PABSEC.  Reports 

and recommendations. Economic, Commercial, Technological and Environmental Affairs 

// http://www.pabsec.org/Documents.asp?hl=en&id=3 

18.

 

Бурак  П.  И.  Инфраструктура  межрегионального  экономического  сотрудничества  и 



императивы инновационного развития // П.И. Бурак, В.Г. Ростанец, А.В. Топилин; 

Международная ассамблея городов. М.: Экономика, 2009, 366 с. 

 

ВОЗМОЖНОСТИ СОТРУДНИЧЕСТВА АЗЕРБАЙДЖАНА С РОССИЕЙ  

И УКРАИНОЙ В РАМКАХ ОРГАНИЗАЦИИ ЧЕРНОМОРСКОГО  

ЭКОНОМИЧЕСКОГО СОТРУДНИЧЕСТВА 

 

А.Ш. ШАХМУРАДОВ 

 

РЕЗЮМЕ 

 

Организация  Черноморского  Экономического  Сотрудничества  (ОЧЭС)  является 

межправительственной  организацией,  объединяющая  12  государств  Причерноморья, 

Балканского полуострова и Южного Кавказа. Организация была создана в 1999 году на 

основе Договора о Черноморском Экономическом Сотрудничестве, подписанного в 1992 

году. Экономическое сотрудничество, расширение транспортных и торговых отношений 

входят в сферу функционирования ОЧЭС. Членство в организации создает условия для 

расширения отношений Азербайджана с Россией и Украиной. Сотрудничество Азербай-

джана с этими государствами в рамках ОЧЭС, охватывает такие сектора, как энергетика, 

торговля и транспорт. 



 

Ключевые  слова:  Черноморское  Экономическое  Сотрудничество,  Организация 

Черноморского Экономического Сотрудничества, Азербайджан, Россия, Украина 

 

POSSIBILITY OF COOPERATION BETWEEN AZERBAIJAN AND RUSSIA AND 

UKRAINE IN THE FRAMEWORK OF THE BLACK SEA  

ECONOMIC COOPERATION 

 

A.Sh.SHAHMURADOV 

 

SUMMARY 

 

The  Organization of  the Black Sea Economic  Cooperation (BSEC)  is an 

intergovernmental organization  which unites 12 states  of the Black Sea, Balkans and South 

Caucasus. The organization was founded in 1999 on the basis of the Treaty on the Black Sea 

Economic Cooperation, signed in 1992.  The  scope  of the BSEC  involves,  the  economic 

cooperation and the  expansion  of transportation  and trade relations.  The membership  in the 

organization creates the conditions for the expansion of Azerbaijan's relations with Russia and 

Ukraine.  The  cooperation between  Azerbaijan and these countries in  the framework of  the 

BSEC covers such sectors as energy, trade and transport. 

 

Key  words:  Black Sea Economic  Cooperation, Organization of the Black Sea 



Economic Cooperation, Azerbaijan, Russia, Ukraine 

 

Yüklə 242,21 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə