Baki universitetiNİn xəBƏRLƏRİ №4 Humanitar elml



Yüklə 222,88 Kb.
Pdf görüntüsü
tarix28.06.2018
ölçüsü222,88 Kb.
#52270


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4    

 

Humanitar elml

ər seriyası   

 

2015 

 

 

 

 

UOT  656.11                                                                              

 

GÜRCÜSTAN AZƏRBAYCANLILARI YAŞAYAN BÖLGƏLƏRİN 



ƏLAQƏ VASİTƏLƏRİ (YOLLAR) HAQQINDA 

(XIX 

əsrin sonu – XX əsrin əvvəlləri) 

 

Ə.T.ƏLİYEV 



AMEA Arxeologiya v

ə Etnoqrafiya İnstitutu 

esed61@mail.ru 

 

M

əqalədə Tiflis quberniyasının müxtəlif bölgələrində yaşayan azərbaycanlıların istifadə 

etdiyi yollardan b

əhs olunur.  

Burada rabit

ə vasitələrindən olan karvan və poçt yolları, köç yolları, dəmir yolları, su 

yolları barədə yığcam məlumat verilir. 

  

Açar sözl

ər: Borçalı, Qarayazı, azərbaycanlılar, karvan yolları, köç yolları, dəmir yolu, 

su yolu  

 

İnsanların  həyat  şəraitinin  yaxşılaşdırılmasında,  mədəni səviyyəsinin 



yüks

əldilməsində, müxtəlif  ölkələrlə  iqtisadi, ticari əlaqələrinin  yaradılma-

sında, genişlənməsində, bu və ya digər xalqlarla təmas qurulmasında yolların 

mühüm 


əhəmiyyəti vardır. Tədqiq etdiyimiz dövrdə  yollar quru, su və dəmir 

yolları olmaqla üç tipə bölünürdü. Quru yollara, əsasən, karvan yolları, araba 

yolları, piyada, minik və yük heyvanları üçün nəzərdə tutulan yollar, şose və ya 

magistral poçt yolları, eləcə də köç yolları aid idi (1, 185). 

XIX 

əsrə aid ədəbiyyat materiallarının verdiyi sorağa görə, təbii sərvət-



l

ərlə  zənginliyinə  baxmayaraq,  Borçalı  qəzasında  yolların  vəziyyəti elə  də 

ür

əkaçan deyildi. Hətta qəzada elə  məhsuldar  guşələr  vardı  ki,  yolsuzluq 



ücbatından  geridə  qalaraq  ətraf mühitdən təcrid  olunmuşdu  (2,  29-32).  Yaşlı 

adamlarla aparılan söhbətlərdən aydın olur ki, bu çatışmazlıq Qarayazı, Bolus 

v

ə Başkeçiddən də yan keçməmişdi. Araşdırıcılar bunu coğrafi şəraitdən daha 



çox natural t

əsərrüfat forması ilə əlaqələndirirlər (3, 222). Çünki “natural təsər-

rüfat ticar

ət əlaqələrinin artmasına, əmtəə dövriyyəsinin inkişafına, beləliklə də 

yolların yaxşılaşdırılmasına heç bir maraq oyatmırdı” (4, 142-143). 

Borçalı  qəzasını  kəsib keçən yeganə  şose  yolu  Tiflislə  Cəlaloğlunu 

birl

əşdirən Canbaxça və Ağstafa-Aleksandropol yolu idi. Yerli əhalinin hesa-



bına çəkilən bu yol  Cəlaloğluna qədər şoselənmişdir. Bu yoldan yalnız Bolnis 

86 



d

ərəsi və Maşaver çayı yaxınlığındakı kəndlərin əhalisi istifadə edə bilirdilər. 

1880-ci ild

ə  çəkilişinə  başlanan  həmin yola 1884-cü ildə  Borçalı  qəzasının 

əhalisi 24930 rubl 80 qəpik xərcləmişlər  (5, 496). Qəzanı digər məntəqələrlə 

is

ə torpaq yollar bağlayırdı. 



 Materiallar göst

ərir ki, Tiflisdən Aleksandropola, İrəvana və Qars vila-

y

ətinə uzanan beynəlxalq tranzit yolu, eləcə də  oradan geriyə daşınan tranzit 



yükl

ər Borçalıdan keçirdi. Birinci istiqamətə xırdavat, parça, ayaqqabı, dəmir, 

ikinciy

ə isə pambıq, duz, yarma, quru meyvə, inək yağı, mal-qara, aşılanmış və 



aşılanmamış  dəri, yun, yerli pendir və  s.  aparılırdı  (2,  29,  171).  Yüklü  dəvə 

karvanlarının irəlilədiyi bu yola “karvan yolu” da deyilərdi. 

Qış aylarında və yağışlı-yağmurlu havalarda təkərli nəqliyyatın hərəkəti 

C

əlaloğlundan  adlamaqla  Canbaxça  şose  yolu  ilə  həyata keçirilirdi. Tiflisdən 



başlanan  yol  əvvəlcə  köhnə  İrəvan yolu ilə  Soğanlığa,  oradan  isə  düzünə 

ged


ərək Kodaya burulmaqla  Borçalının Marneul-Sarvan kəndinə  çıxırdı. Bir 

neç


ə  məntəqə,  dağ  və  dağ  keçidindən  sonra  Ağstafa-Aleksandropol (Gümrü) 

şosesinə yön alır, Muğanlı-Qarakilsə arasındakı stansiyada dayanırdı  (2, 30). 

Tiflisl

ə  Cəlaloğlu  kəndi  arasında  əlaqə  ən  qısa  məsafəli  Şüləver tranzit 



yolu vasit

əsilə  həyata  keçirilirdi.  Loru,  Opret,  Ağkörpü,  Bolnisçay,  Privolnı, 

Urud kimi s

ərt döngəli məntəqələrdən keçən  bu  yolla  qış  və  yağmurlu 

havalarda  ağır  yüklü  furqonların  hərəkəti mümkün deyildi, əhali bu yoldan 

yalnız havanın quraq vaxtlarında istifadə edirdi. 

Aleksandropolu Tiflisl

ə  birləşdirən Canbaxça  şose  yolundan  başqa, 

mülayim havalarda işlək olan torpaq yol da vardır. Aleksandropoldan başlanan 

h

əmin yol Gürcüyolu, Sızıqlar, Güllübulaq, Bozyoxuş və Qaraxaçdan keçərək 



Voronsovka k

əndinin yanında Canbaxça yolu ilə birləşirdi. 

Borçalı qəzasına məxsus araba yolu Zalqa düzənliyini Barmaqsız kəndin-

d

ən başlayaraq Məngilis-Tiflis şose yolu ilə qovuşdururdu. Bu yol Debed çayı 



boyunca uzanaraq Şınıx kəndindən Borçalı düzənliyinə istiqamətlənirdi (2, 31). 

Ümumiyy


ətlə,  Zalqanın  Tiflislə  əlaqəsində  Borçalıdan  keçən Məngilis yolu 

mühüm rol oynayırdı.  

H

ələ XIX əsrdən də əvvəl Təbriz, Gəncə, Qars və Dmanisdən gəlib geri 



dön

ən ticarət yolları Borçalıdan keçirdi. Hər gün Gəncə, Şamaxı, İrəvan, Təb-

riz v

ə Ərdəbildən Tiflisə çoxlu sayda karvan gəldiyi haqda gürcü salnamələri 



d

ə  soraq verməkdədir. 1798-ci ildə  Şamaxı  tacirlərinin  Borçalıda  alver 

etdikl

əri, Qarabulaq (Zurdakənd) yörəsində  ticarət  yolları  və  karvansaraların 



mövcudluğu tarixi sənədlərdə özünə yer almışdır (6, 59). 

əsr ərəb səyyahı əl-İstəxri Arranın üçüncü böyük şəhəri-Tiflisin adını 



ç

əkir və  qeyd edirdi ki: “Tiflis böyüklükdə  Bab-əl-Əbvab kimi deyil, onun 

ətrafında palçıqdan iki divar, divarda isə üç darvaza var. Bura çox məhsuldar, 

meyv


əsi və əkin torpaqları bol məkandır. Tiflis sərhəd yerdir... Arranda Bərdə

əl-Bab və Tiflisdən böyük şəhər yoxdur” (7, 94). Bərdədən keçən ticarət yolla-

rından  biri  buranı  və  burada  qovuşan  digər yerləri XII əsrin  başlanğıcınadək 

ərəb Arran vilayətinin şəhəri olan Tiflislə birləşdirirdi. Bərdədən çıxan yolçular 

87 



Tiflis

ə çatanadək Gəncə, Şəmkir, Xunan şəhərləri və İbn Kəndman qalasından 

keçirdil

ər (26, 123-124). 

Az

ərbaycanın  müxtəlif  şəhərlərindən, eləcə  də  Borçalıdan  gələn kar-



vanlar Tiflisd

ə  “peçka” deyilən karvansarada dincələrdilər.  Alış-veriş  Şah 

Abbas m

əscidindən Hallavara gedən yolun kənarındakı  üstüörtülü  bazarda 



edil

ərdi (8, 123).  

Onu da dey

ək ki, Tiflisdən Azərbaycanın  müxtəlif  şəhər və  məntəqə-

l

ərinə  gedən ticarət-karvan yolu təkcə  Borçalıdan  deyil,  həm də  Soğanlıq-



Qaracalar-T

əhlə-Qarayazı-Dəmirçihəsənlini keçməklə  Sınıq  Körpüyə  daxil 

olur v

ə Qazağa,  Gəncəyə uzanaraq oradan müxtəlif istiqamətlərə şaxələnirdi. 



Başqa  ərazilərimizlə, məsələn, Saqareco, Laqodex, Telav, Karel, Kaspi və 

Msxet bölg

əsinin azərbaycanlı kəndləri ilə torpaq yollarla əlaqə saxlanırdı. XX 

əsrin  ortalarından  etibarən isə  bütün məntəqələrarası  yollar  örtüklənməyə 

başladı.   

XVIII 


əsrin sonu, XIX əsrin  əvvəllərində  Tiflis-Şəki karvan yolu ilə 

Şamaxı və Bakıya mis, həmçinin müəyyən miqdarda gümüş aparılırdı. Bununla 

bel

ə, Tiflis-Sıqnaq-Şəki poçt yolu da mövcud idi. Lakin bu yol araba və 



faytonların  hərəkəti üçün o qədər də  əlverişli  deyildi.  Ona  görə  də,  Tiflis və 

Şamaxı arasında ticarət əlaqələri başlıca olaraq yük heyvanları vasitəsilə həyata 

keçirilirdi (9,178). 

Karvan  yollarının Tiflis  və Borçalı üçün mühüm iqtisadi-ticari  əhəmiy-

y

əti vardı. O səbəbdən idi ki, 1885-ci ildə Borçalıda 233 ticarət dükanı fəaliy-



y

ət göstərirdi. Bunun 68-i manufaktura, 114-ü  qalantereya,  xırdavat,  baqqal 

dükanı,  51-i isə  çayxanalar  idi.  Manufaktura  dükanlarının  54-də  çit, yun və 

ip

ək materialları, 14-də isə müxtəlif xırdavat malları satılırdı (2, 166-167). 



Yolların müəyyən hissəsini “köç yolları” təşkil edirdi. Belə yollar əhali 

arasında  “araba  yolu”,  “qara  yol”,  “el  yolu”,  “torpaq  yol”  kimi  ifadəsini 

tapmışdı. Əkinçiliklə yanaşı maldarlıq təsərrüfatı ilə məşğul olan əhali üçün bu 

yolların ən işlək dövrü dağ-aran köçü zamanı olurdu. Köç yolları təkcə köçmə 

maldarlıqla deyil, oturaq həyat tərzi keçirən əhali üçün də səmərəli idi. Belə ki, 

etnoqrafik  materialların  göstərdiyi və  tədqiqatçıların  yazdığı  kimi,  aran 

k

əndlərinin  əhalisi bu yollarla öz məhsullarını  (taxıl,  meyvə, bostan-tərəvəz 



bitkil

əri) maldarlıq  məhsullarına  (yağ,  pendir,  yun,  dəri,  ət və  s.) dəyişmək 

üçün tez-

tez yaylaqlara qalxırdılar (10, 335). 

Onu da dey

ək ki, əhali arasında əmtəə mübadiləsi təkcə yaylaqda deyil, 

aranda  da  aparılırdı.  Bu  haqda  1923-cü  ilin  “Zarya  Vostok”  (Şərqin  Şəfəqi) 

q

əzetinin 7 oktyabr sayında da məlumat verilir: “...Qaratəpə bazarında tiflisli 



tacirl

ərlə  yerli  əhali  arasında  əmtəə  mübadiləsi gedir. Qaratəpədəki 20 süd 

dükanında  sabun,  kibrit,  qənd və  s. sənaye və  ərzaq  mallarını  pendir,  yağ, 

yumurta, toyuq, soğan, arpa və qoyuna dəyişirlər” (11, 728). 

Ədəbiyyat  (11,  729)  sorağına  və  xalqdan  toplanılan  məlumata görə, 

Qarayazı  bölgəsinin kəndlərinin, eləcə  də  qaraçöplülərin  köç  yolları  belə  ol-

muşdur:  Qarayazı-Tiflis-Sarvan-Bolus-Başkeçid-Qaraxaç;  Ortaçala-Qocer-

88 



M

əngilis-Zalqa  (Meşəbaşı)-Təhlə  və  Qaracalar  yaylaqları.  1945-46-cı  illərdə 

indiki  Rustavi  şəhərini  yarıb  keçən  Kür  çayının  üzərindən  körpü  salındıqdan 

sonra köç yolu Tiflisd

ən yox, Rustavidən keçməyə başladı. Həmin ərəfədə köç 

younun istiqam

əti belə  yönlənmişdi:  Qarayazı-Rustavi-Yağlıca-Borçalı-Ağ-

bulaq-Zalqa-T

əhlə  və  Qaracalar  dağları.  Borçalıdan  başlanan  köç  yolu:  Bor-

çalı-Bolus-Başkeçid-Qaraxaç  yaylağı;  Bolusdan  başlanan  köç  yolu:  Bolus-

Başkeçid-Qaraxaç yaylağı və s.    

Sovet dövrind

ə  salınmış  indiki  Rustavi  şəhərini  yarıb  keçən  Kür  çayı 

üz

ərindən körpü salınana qədər yaylağa çıxan əhali mal-qoyun sürülərini çay-



dan kolaz-

qayıq, bir qədər sonralar isə bərə vasitəsi ilə adladardılar. Aldığımız 

sorağa görə bərəylə Kürdən keçən hər qoyun sürüsünə (1000 baş və daha artıq 

xırdabuynuzlu  heyvana)  15  rubl  pul,  7  şişək və  hər  baş  mal-qaraya 2 qəpik 

öd

ənilirdi (11, 709).  



İstər yüklərin, istərsə  də  sərnişinlərin  daşınmasında  dəmir yolu nəqliy-

yatının əhəmiyyəti danılmazdır. Bu xüsusda böyük alim, pedaqoq, jurnalist və 

ictimai xadim H

əsən bəy Zərdabi  “Əkinçi”  qəzetinin 5 sentyabr 1875-ci il 

tarixli  sayında  çəkilişi  gözlənilən  Bakı-Tiflis dəmir  yolu  haqqında  yazırdı: 

“D

əmir yolunun xalqa nəfi olmağı məlumdur. Hər kəs beş gün poşt ilə gedilən 



yolu bir gün

ə rahat gedir. Ondan masəva bizim yerlərimizdən və mallarımızdan 

hasil olan şeyləri bir az kirayə ilə Tiflis və Badkubə şəhərlərinə və qeyri yerlərə 

aparıb  artıq  qiymətə  satmaq olar. Ona binaən bizim indi az mədaxil götürən 

yerl

ərimiz birə-beş  artıq  mədaxil götürəcək.  Əlbəttə, bu xeyirləri hər kəs 



vaxtında görüb biləcəkdir” (12, 44).  

 N

əhayət, 1879-cu  ilin  22  dekabrında  Bakı-Tiflis dəmir yolu xəttinin 



inşasına başlanıldı (13, 77). Artıq 1883-cü ildə rəsmi olaraq Bakı-Tiflis dəmir 

yolu x


ətti istismara verildi və  mayın  8-də  Tiflisdən  çıxan  ilk  sərnişin  qatarı 

s

əhərisi  gün  Bakıda  dayandı.  Tiflisdən  başlanan  dəmir yolu xətti azərbay-



canlılar yaşayan - Qaracalar və Təhlə kəndlərinin ərazisi ilə Qarayazıya, oradan 

is

ə Böyük Kəsik stansiyasına yön alırdı. 1883-cü ildə Azərbaycan neftini Qara 



d

əniz  limanlarına  çatdırmaq  üçün  çəkilən  Bakı-Tiflis-Batum magistral dəmir 

yolu x

ətti də lazımi məkana soydaşlarımızın yaşadıqları  yuxarıda adları qeyd 



olunan 

ərazidən keçirdi.  

Bakı-Tiflis,  Bakı-Tiflis-Batum dəmir yolu xəttindən  başqa,  1895-ci il 

may  ayının12-də  çar hökuməti Tiflis-Qars  marşrutu  üzrə  dəmir yolu çəkmək 

t

əklifi ilə razılaşır. Həmin il iyunun 5-də təsdiq edilən texniki layihə və cədvələ 



gör

ə sözügedən dəmir yolunun çəkilişi üçün 24 milyon rubl ayrılır. Tiflis-Bakı 

d

əmir yolunun Navtluq stansiyasından başlayıb, Borçalı-Allahverdi-Qarakilsə-



Hamamlı-Cacur-Aleksandropol-Qars istiqamətində çəkilən bu dəmir yolu xətti 

Osmanlı imperiyası ilə sərhəd boyuna qısa müddət ərzində çoxlu sayda hərbi 

qüvv

ə yeritməyə imkan verirdi. Mürəkkəb dağlıq ərazidən keçməsinə baxma-



yaraq, Tiflis-Qars d

əmir yolu xətti sürətlə  inşa  edilirdi  və  artıq  1899-cu ilin 

ortalarında tikinti işləri əsasən başa çatmışdı. Həmin ilin dekabr ayının 1-dən 

is

ə qatarların müntəzəm hərəkəti başlanmışdı  (13, 91).  



89 


Bölg

ələri bir-birinə bağlayan daxili dəmir yoluna da ehtiyac duyulurdu. 

M

əhz bunun nəticəsi idi ki, sonralar Tiflis-Ağbulaq-Ahılkələk, həmçinin Tiflis-



Qazret, Tiflis-

Sadaxlı  və  Tiflis-Telav dəmir yolu xətti çəkilib  əhalinin istifa-

d

əsinə verilmişdi. 



 Bu istiqam

ətdə  dövrümüzdə  də  yeni-yeni layihələr  icra  edilir.  Bakı-

Tiflis-Qars yeni d

əmir yolu xətti layihəsi bunun əyani  sübutudur.  Hansı  ki, 

2007-ci il 21 noyabr tarixind

ə  Gürcüstanın  Marabda  məntəqəsində  Azərbay-

can, Gürcüstan v

ə Türkiyə prezidentlərinin iştirakı ilə Bakı-Tiflis-Qars dəmir 

yolu x

əttinin təməlqoyma, 2008-ci il 24 iyul tarixində  isə  Türkiyənin Qars 



şəhərində Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin iştirakı ilə Bakı-

Tiflis-Qars d

əmir yolu xəttinin Qars-Gürcüstan sərhədi hissəsinin tikintisinin 

t

əməlqoyma mərasimləri  keçirilmişdir  (14,  138).  Başa  çatması  2015-ci ildə 



plan

laşdırılan  və  hər üç dövlətdə  yaşayan  əhalinin sosial-iqtisadi, mədəni 

h

əyatında mühüm  əhəmiyyət daşıyacaq həmin dəmir yolu xətti ilə təkcə  yük 



deyil, s

ərnişin qatarları da hərəkət edəcəkdir.  

 

ƏDƏBİYYAT 

1.

 



H

əvilov H.A. Azərbaycan etnoqrafiyası. Bakı: Elm, 1991. 

2.

 

Аргутинский-Долгоруков А.М., Бочкарева В.П. и Даниловича Р.И. Район Тифлисско-



Карсско-Эриванской  железной  дороги  в  экономическом  и  коммерческом  отноше-

ниях. Тифлис: Типография Я.И.Либермана, Михайловская, 64. 1897. 

3.

 

Каракашлы  К.Т.  Материальная  культура  Азербайджанцев.  Баку:  Изд-во  АН  Азерб. 



ССР, 1964. 

4.

 



Mustafayev A.N. Şirvanın maddi mədəniyyəti. Bakı: Elm, 1977. 

5.

 



Ерицов  Е.Д.  Экономический  быт  государственных  крестьян  Борчалинского  уезда  / 

МИЭБГКЗК, т. VII. Тифлис, 1887. 

6.

 

M



əmmədli Ş.B. Alın yazımız. Tbilisi: Dayaq, 1997. 

7.

 



V

əlixanlı N.M. Ərəb xilafəti və Azərbaycan. Bakı: Azərnəşr, 1993. 

8.

 

M



əmmədli H.M. Görüm Faxralının biri olsun beş... Bakı: Ağrı Dağ, 2002. 

9.

 



Əliyev  Q.Ə.  XVIII  əsrin sonu-XIX  əsrin  başlanğıcında  Azərbaycanda  quru  yolların 

v

əziyyəti // AMEA-nın Xəbərləri. Tarix, fəlsəfə və hüquq seriyası, 2009, №11. 



10.

 

V



əliyev  F.İ.  Gəncəbasar bölgəsinin xarici və  daxili  əlaqə  yolları  //  Tarix  və  onun 

probleml


əri, 2006, №4. 

11.


 

Öm

ərli V.A. Qarayazı (I hissə). Bakı: Çaşıoğlu, 2001. 



12.

 

Əkinçi qəzeti. 1875, 5 sentyabr. 



13.

 

Əliyev Q.Ə. Azərbaycan nəqliyyatı və iqtisadiyyatı. Bakı: Elm, 2001. 



14.

 

Hacızadə  E.M. Regional nəqliyyat infrastrukturunun təkmilləşdirilməsində  Bakı-Tbilisi-



Qars d

əmir yolu xətti layihəsinin rolu // Azərbaycanın “Vergi” jurnalı, 3 (117), 2014. 



 

 

 

90 



О ПУТЯХ СООБЩЕНИЯ (ДОРОГИ) В ОБЛАСТЯХ КОМПАКТНОГО ПРОЖИ-

ВАНИЯ АЗЕРБАЙДЖАНЦЕВ В ГРУЗИИ 

(в конце XIX начале XX века) 

 

А.Т.АЛИЕВ  

 

РЕЗЮМЕ 

 

В статье говорится о дорогах азербайджанцев, проживающих в различных регио-



нах Тифлисской губернии.  

Здесь вкратце даются сведения о таких средствах связи как о караванных и почто-

вых дорогах, путях кочевок, железной дороге и водных путях. 

Отмечается важное значение этих даров в улучшении жизни людей, в развитии, в 

создании экономических и торговых связей с окружающим миром.     

 

Ключевые слова: Борчало, Караязы, азербайджанцы, караванные и почтовые до-

роги, кочевые пути, железная дорога, водные пути 

 

 



THE COMMUNICATION RESOURCES (ROADS)  

OF AZERBAIJANIS LIVING IN THE REGIONS OF GEORGIA 

(Late in XIX  - early in XX centuries) 

 

A.T.ALIYEV  



 

SUMMARY 

 

The article refers to the roads used by the Azerbaijanis living in different regions of Tif-



lis province. The article provides brief information about  such  means of  communication as 

caravan, post, nomadic, water and railroads. The importance of these ways to improve people's 

lives and development and the creation of economic and trade relations with the surrounding 

world is noted. 

 

Key words: 

Borchalı, Garayazı, Azerbaijanis, caravan and post roads, migration routes, 

railroads, waterways 

 

 



 

91 

Yüklə 222,88 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə