Baki universitetiNİn xəBƏRLƏRİ №4 Humanitar elml



Yüklə 243,11 Kb.
Pdf görüntüsü
tarix08.07.2018
ölçüsü243,11 Kb.
#54511


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4    

 

Humanitar elml

ər seriyası   

 

2015 

 

 

 

 

UOT 94(479-24) 

1988-1991-ci 

İLLƏRDƏ  

AZƏRBAYCANDA İCTİMAİ-SİYASİ VƏZİYYƏT 

 

N.K.QAYBALIYEVA   

Bakı Dövlət Universiteti 

qaybaliyeva.nigar@mail.ru 

 

M



əqalə 80-ci illərin sonu – 90-cı illərin əvvəllərində Azərbaycanın ictimai-siyasi vəziy-

y

ətini əks etdirir. Məqalədə eyni zamanda XX əsrin sonlarından etibarən Ermənilərin Azərbay-

cana qarşı torpaq iddiaları, Dağlıq Qarabağı özünə birləşdirmə iddiaları, Sumqayıt hadisələri 

il

ə  əlaqədar Beynəlxalq ictimaiyyətdə  Azərbaycanın  milli  dəyərlərinin  azaldılması  öz  əksini 

tapmışdır. Bütün bunlar Azərbaycan millətinin qırğınına səbəb oldu və  sonda Azərbaycan Res-

publikası öz müstəqilliyini qazandı. 

 

Açar sözl

ər: ictimai-siyasi vəziyyət, 20 yanvar, Azərbaycan  Respublikasının  Dövlət  

Müst


əqilliyi 

 

XX 



əsrin 80-ci illərinin sonu – 90-cı illərinin əvvəllərində Dünyada ge-

d

ən ictimai-siyasi proseslər  –  xüsusilə  SSRİ-də  başlanmış  yenidənqurma nə-



tic

əsində bu dövlətin tərkibində olan respublikalarda demokratik ruhun oyanışı 

fonunda Az

ərbaycanda dövlətçilik  ənənələrinin bərpası  uğrunda  milli  məfku-

r

əçiliyin vüsət almasına şərait yaranmışdı. Bəhs edilən dövr üçün Azərbaycanın 



ictimai-siyasi h

əyatındakı hadisələr sırasında SSRİ-nin dağılması fonunda milli 

m

əfkurəçiliyin yeni mərhələsinin  başlaması,  Azərbaycan  ərazilərinə  qarşı  er-



m

əni iddialarının daha geniş müstəviyə keçməsi, tarixi torpaqlarımız üzərində 

qurulmuş  Ermənistan dövlətinin  Dağlıq  Qarabağdakı  erməniləri  separatçılığa 

t

əşviq etməsi və Rusiyanın milli dirçəlişimizin qisası kimi ermənilərə köməyi 



il

ə ərazilərimizin işğalı, erməni terrorunun yeni mərhələsi kimi Sumqayıt hadi-

s

ələri, İttifaq ordusu tərəfindən törədilən “20 yanvar” qırğınının Azərbaycanda 



n

əinki  qarşısını  ala  bilmədi,  əksinə  milli azadlıq  hərəkatı  keyfiyyətcə  daha 

s

əmərəli mərhələyə daxil oldu. 



XX 

əsrin 80-ci illərinin sonlarında artıq SSRİ-də kommunist partiyasının 

inzibati amirlik sistemi çökm

əkdə idi. Bunun ardınca isə 1988-ci ildə SSRİ Ali 

Soveti R

əyasət Heyətinin sədri vəzifəsini  ələ  keçirdikdən sonra Qorbaçov 

“partiya amirliyi”n

ə qarşı daha ciddi addımlar atmağa başladı. Moskvada Azər-

baycanın  mənafeyini müdafiə  edə  biləcək yeganə  şəxs Heydər  Əliyevin isə 

siyasi hakimiyy

ətdən kənarlaşdırılması ilə Azərbaycan xalqına qarşı hücumlar 

196 



başladı  (1, 190). 

Yaranmış siyasi vəziyyətdən istifadə edən ermənilər Azərbaycan xalqının 

öz  tarixi  torpaqlarından  qovulmasının  –  deportasiyasının  son  mərhələsini 

h

əyata keçirməyə başladılar. 1988-ci il fevralın 19-da Yeravanda böyük anti-



türk mitinqi keçirildi. “Erm

ənistan türklərdən təmizlənməli!”, “Ermənistanda 

erm

ənilər yaşamalıdır!” və başqa millətçi şüarlar səsləndi (2, 23).  



1988-ci ild

ə Ermənistan SSR ərazisindən, öz dədə-baba yurdundan, 185 

k

ənddən və  başqa  yaşayış  məntəqələrindən 230 min azərbaycanlı  qovuldu, 



onlara m

əxsus  31000  ev,  şəxsi təsərrüfat, 165 kolxoz və  sovxozun  əmlakı 

talandı,  214  nəfər öldürüldü, 1154 nəfər  yaralandı,  yüzlərlə  adama  işgəncə 

verildi. Erm

ənistan,  monoetnik bir respublikaya çevrildi. Ermənistanın Qafan 

v

ə Mehri rayonlarından  ilk qaçqınlar 1988-ci il yanvarın 25-də Azərbaycana 



p

ənah gətirdilər. Qaçqınların yeni dəstələri fevralın 18-23-də təqiblərdən yaxa 

qurtarıb Azərbaycana gəldilər. 1988-ci il fevralın 21-də  ermənilər Yeravanda 

qalmış son məscidə hücum edərək onu dağıtdılar. Bu cür terror halları 1988-ci 

ild

ə  geniş  vüsət  aldı  və  növbəti hal Vedibasarda, Xankəndində  təkrarlandı. 



“1988-ci ild

ən Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüzün başlanması 

n

əinki Ermənistandakı  ayrı-ayrı  millətçilərin və  özgə  ərazisini  ələ  keçirməyə 



can atan şəxslərin əməlləri idi, bu həm də böyük bir siyasətin – artıq baş vermiş 

müsb


ət proseslərə maneçilik törətməyə yönəlmiş siyasətin tərkib hissəsi idi” (5, 

57). 


Yeravandakı  anti-azərbaycan mitinqlərindən  ruhlanan  Dağlıq  Qarabağ 

erm


əniləri 1988-ci ilin əvvəllərindən Xankəndində (1923-cü ilin avqustundan 

1991-


ci  ilin  noyabrınadək  Stepanakert  adlanıb)  ardı-arası  kəsilməyən kütləvi 

mitinql


ər,  nümayişlər  keçirirdi.  Fevral  ayının  15-18-də  vilayətin,  Şuşadan 

başqa,  bütün  rayon  sovetlərində  sessiya keçirildi və  DQMV-nin Azərbaycan 

SSR-in t

ərkibindən  çıxarılıb  Ermənistan SSR-in tərkibinə  verilməsini təklif 

ed

ən qərarlar qəbul olundu. Mitinqçilərin tələbi ilə  fevralın  20-də  Vilayət 



Sovetinin  sessiyası  DQMV-nin Azərbaycan SSR tərkibindən  çıxarılıb  Ermə-

nistan SSR t

ərkibinə verilməsi haqqında qərar qəbul etdi.  

Erm


ənistanda qarşıya qoyulan vəzifəni “türksüz Ermənistan”, monoetnik 

dövl


ət  qurmaq  planını  həyata keçirtdilər, sonra isə  Dağlıq  Qarabağın  azər-

baycanlılar yaşayan məntəqələrinin  boşaldılmasına başladılar. Həmişə ədaləti, 

haqqı, insana qayğını, yer üzündə sülhü, əmin - amanlığı, xalqların azadlığını 

t

əbliğ  edən  Kreml  işdə  erməni  özbaşınalıqlarına  haqq  qazandırmaq  xəttini 



götürürdü (5, 66-67). 

Erm


ənilərin çirkin siyasətinin növbəti  planı  Sumqayıt  hadisələrində  öz 

əksini  tapmışdı.  Əsas məqsəd isə  dünya ictimaiyyəti  qarşısında  azərbaycan-

lılara qarşı mənfi fikir oyatmaqla onları “qaniçən”, “qəddar” obrazında təqdim 

etm


əklə  onları  ləkələmək idi. Bununla da Ermənistandakı  azərbaycanlılara 

qar


şı törətdikləri cinayətlərini və Dağlıq Qarabağdakı separatçı əməllərini pər-

d

ələyə bildilər. Hətta ilk qaçqın dəstələrinin Azərbaycan torpaqlarında yerləş-



dirilm

əsindən istifadə  edən erməni millətçiləri təxribat törədib  günahsız 

197 



insanları məhv etməkdən belə çəkinmədilər. “Pravda” 1988-ci il 1 mart tarixli 

buraxılışında  yazırdı:  “Sumqayıt  şəhərində  bir  qrup  xuliqan  şuluqluq  salmış, 

azqınlıq  və  zorakılıq  şüarları  olmuşdur.  Şəhərdə  şəraiti normal hala salmaq, 

intizamı və asayişi təmin etmək üçün tədbirlər görülmüşdür. İstintaq orqanları 

t

ədqiqat aparırlar. Sumqayıtda fevralın 28-dən 29-na keçən gecə qan töküldü. 



Martın  1-də  şəhərdə  komendat  saatı  elan  olundu.  SSRİ  Müdafiə  Nazirliyinin 

general-


leytenantı  V.V.Karayev  Sumqayıtın  komendantı  təyin edildi” (4, 9). 

S

umqayıt  hadisələrində  ermənilərin  xüsusi  rolu  olmuşdu.  Onların  əksəriyyəti 



bu hadis

ələrdə alət kimi istifadə edilirdilər. Bu erməni millətçi ideoloqlarının 

ill

ərlə apardığı təbliğatın nəticəsi idi. Sumqayıt hadisələri ilə əlaqədar çıxışında 



SSRİ Baş prokurorluğunun istintaq qrupunun rəhbəri Qriqori Kotenko müsahi-

b

ələrinin birində  qeyd  etmişdi  ki,  Sumqayıt  hadisələrindən  əvvəl  şəhərdəki 



əssisələrdə  çalışan  ermənilərin  Qarabağda  baş  verən hadisələrlə  bağlı 

mövqeyi  Stella  adlı  erməni  qızının  vasitəsilə  Yerevana  çatdırılırmış,  bu  eyni 

zamanda reaksiyasız qalan ermənilərin “qara siyahı”ya düşməsi üçün bəhanə-

l

ərdən biri olmuşdu. 



Sumqayıt hadisələrinin təxribat olduğunu prokurorluq sənədləri də sübut 

edir: “1988-ci ild

ə  Azərbaycan “Dəmiryol  vağzalı”  mehmanxanasının  direk-

toru işləmiş Dianova Səmayə Mirzə qızı və inzibatçısı işləmiş Nəcəfova Fazilə 

Abas  qızının  ifadələrinə  görə  onlar 1988-ci  ilin  fevral  ayında  Ermənistandan 

g

əlmiş bir neçə nəfər erməni millətindən olan şəxslərin mehmanxanada yaşa-



malar

ını  və  burada erməni millətindən olan müxtəlif  şəxslərlə  görüşmələrini 

görmüşlər. Həmin ermənilər özlərini onlara hüquq mühafizə orqanlarının işçi-

l

əri kimi təqdim etmiş və burada onlarla görüşməyə gələn ermənilərlə erməni 



dilind

ə  danışmışlar. İstintaq  zamanı  arxiv  sənədləri  əsasında  müəyyən edil-

mişdir  ki,  1988-ci ilin yanvar-fevral  aylarında  ermənilər tərəfindən  Sumqayıt 

şəhərindəki  əmanət  kassalarından  əmanətlər kütləvi  şəkildə  çıxarılmışdır. 

əyyən  edilmişdir  ki,  1988-ci ilin yanvar-fevral  aylarında,  yəni bilavasitə 



Sumqayıt  şəhərində  kütləvi  iğtişaş  baş  verməmişdən  əvvəl  şəhərdə  fəaliyyət 

göst


ərən 14 əmanət  kassasından  milliyyətcə  erməni olan 84 əmanətçi tərə-

find


ən 143.064 rubl məbləğində əmanətlər  götürülmüşdür. “Kapitalbank”ın 2 

saylı  Sumqayıt  filialı  tərəfindən  əmanətlərin verilməsinə  dair təqdim  edilmiş 

ilkin s

ənədlərdən  görünür ki,  yuxarıda  göstərilən dövr ərzində 18 nəfər 1000 



rubldan artıq, 7 nəfər 2000 rubldan artıq, 8 nəfər 3000 rubldan artıq, 4 nəfər 

4000  rubldan  artıq,  3  nəfər isə  5000 rubldan  artıq  məbləğdə  əmanətlərini 

götürmüşlər.  İş üzrə şahid qismində dindirilmiş, 1971-2007-ci illərdə 193 saylı 

əmanət kassasının böyük kassiri vəzifəsində işləmiş Quliyeva Yazgül Ələsgər 

qızı  ifadəsində  göstərmişdir  ki,  1987-ci  ilin  axırlarından  gedən söhbətlərdən, 

televiziyadan, qazetl

ərdən və  digər mənbələrdən ona məlum  olmuşdur  ki, 

Dağlıq  Qarabağda  ermənilər mitinqlər təşkil  edərək Azərbaycan Respublika-

sının  tərkibindən  çıxıb  Ermənistan  Respublikasına  birləşmək istədiklərini 

bildirirl

ər.  İstintaqın  gedişində  həmçinin müəyyən  edilmişdir  ki,  1988-ci ilin 

yanvar-


fevral  aylarında,  yəni  Sumqayıt  şəhərində  kütləvi  iğtişaş  baş  vermə-

198 



mişdən  əvvəl  şəhərdə  fəaliyyət göstərən poçt bölmələrindən Ermənistanla 

çoxsaylı  telefon  danışıqları  aparılmış,  pul  köçürmələri  edilmişdir.  Bununla 

bağlı  həmin vaxtlar poçt bölmələrində  işləmiş  şəxslər müəyyən edilib din-

dirilmişdir.  11  saylı  poçt  bölməsində  işləmiş  Sorokina  Marina  Nikolayevna 

göst

ərmişdir  ki,  onunla  birlikdə  1987-1988-ci illərdə  həmin poçtda Jenya 



Arustamyan, Rai

sa Mejlumyan adlı qadınlar işləmiş, 1987-ci ilin axırlarından 

h

əmin  şəxslər  əksər  hallarda  yalnız  öz  aralarında  söhbət  etmiş,  digər milliy-



y

ətdən olan işçilər onlara yaxınlaşdıqda, söhbətlərini kəsmişlər. Eyni zamanda

onlara  çoxsaylı  zənglər  başlamış,  yanlarına  milliyyətcə  erməni  olan  şəxslər 

g

əlmiş və pıçıltı ilə söhbətlər aparmışlar. Bundan başqa, əvvəllər onun işlədiyi 



poçt bölm

əsinin xidmətlərindən istifadə  etməyən ermənilər tərəfindən Ermə-

nistana pul köçürm

ələrinin  sayı  artmışdır.  Köçürmə  məbləğləri  10-15 rubl 

olmuş, lakin köçürmələrin sayı çox olmuşdur” (6). 

Fransız jurnalisti Aryel Kuri bu məsələyə toxunaraq yazırdı: “Ermənistan  

milli istiqlaliyy

ət birliyinin nümayəndələri M.Yermakyan və  M.Zurabyan 

q

ətiyyətlə  bildirmişdilər ki, 1988-ci il 28-29  fevral  Sumqayıt  hadisələrinin 



t

əşkilatçıları azərbaycanlılar deyil. Onlar demişlər: “Bizim əlimizdə faktlar və 

sübutlar var” . Onu qeyd ed

ək ki, hadisələrə qiymət verərkən Azərbaycanda  da 

vaxtil

ə təhrifə yol verənlərə rast gəlmək mümkün idi. Azərbaycan KP MK mart 



1988-

ci  il  tarixli  büro  iclasında  Sumqayıt  şəhər partiya komitəsinin birinci 

katibi C.Müslümzad

əyə ən ağır partiya cəzası verildi. Lakin hadisələrin mahiy-

y

əti açılmadı ( 5, 61).   



XX 

əsrin 80-ci illərinin sonlarında siyasi şəraitin təsirindən asılı olaraq 

siyasi  şüurun  yüksəldilməsinə  xidmət edən siyasi birlik və  cəmiyyətlərin 

yaradılmasına başlanıldı. Bu cəmiyyət və təşkilatlar Sovet imperiyasına qarşı 

mübariz

əyə qalxmış və əsas amalları ölkəmizin azadlıq və müstəqilliyini təmin 



etm

ək üçün siyasi  ideologiyanı  formalaşdırmaqdan  ibarət  olmuşdur.  Xalq 

h

ərəkatının hərəkətverici qüvvəsi xalq, idarəedici qüvvəsi isə ziyalılar idi.  



1988-ci ilin 

əvvəllərində Əbülfəz Elçibəyin rəhbərliyi altında 6 nəfərdən 

ibar

ət ilk siyasi özək yaradıldı. Mövcud siyasi şəraitdə xalqın təşkilatlanmağa, 



siyasi şüurunun  yüksəldilməsinə olan ehtiyac nəzərə alınaraq, siyasi birlik və 

c

əmiyyətlərin yaradılmasına başlandı. İlk dəfə Gənc alimlər şurası təşkil edildi. 



G

ənc alimlər müəyyən mövzular ətrafında    şurada  keçirilən elmi  diskussiya-

larla yanaşı, imperiya əleyhinə fikirləri də təbliğ edirdilər. Az sonra “Çənlibel”, 

“Müst


əqillər”, “Tərəqqi”, “Qala”, “Yurd”, “Aşıq Ələsgər”, “Ozan”, Varlıq” və 

s. ictimai-siyasi t

əşkilatlar meydana çıxdı (7, 56). 

M

ərkəzin  Dağlıq  Qabağ  məsələsindəki biganə  mövqeyi isə  Azərbay-



candakı hərəkata yeni təkan verirdi. Sov.İKP MK və SSRİ Nazirlər  Sovetinin 

24 mart 1988-ci il tarixli “1988-1995-ci ill

ərdə Azərbaycan SSR-in  DQMV-

nin sosial-

iqtisadi  inkişafını  sürətləndirmək tədbirləri  haqqındakı”  qərarı  icti-

mai-siyasi v

əziyyəti daha da gərginləşdirdi  (8,  27).  Moskvanın  Dağlıq  Qara-

bağdakı səlahiyyətli nümayəndəsi A.Volskinin ermənipərəst siyasəti, xüsusən 

nadir “Topxana” meşəsində sənaye obyekti tikintisinə başlanması xəbəri xalqı 

199 



h

ərəkətə gətirdi. 

  

1990-


cı il yanvarın 19-da Naxçıvan MSSR-in Ali Soveti Muxtar Respub-

likası SSRİ-nin tərkibindən çıxması haqqında qərar qəbul etdi. Azərbaycanda 

xalqın  ayağa  qalxması,  gündən-günə  müstəqillik  uğrunda  mübarizə  əzminin 

daha da artd

ığını görən  SSRİ rəhbərliyini bu vəziyyət qorxuya salmışdı. 

1990-


cı il yanvarın 19-da SSRİ Ali Soveti Rəyasət Heyəti yanvarın 20-də 

saat 00-


dan “Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında” fər-

man verdi. Fövq

əladə vəziyyət və komendant saatı vaxtının elan edilməsi qanlı 

planları poza bilərdi. Odur ki, fövqəladə vəziyətin elan ediləcəyi xalqdan gizli 

saxlanılmışdı.  Buna  görə  də  AXC  İdarə  Heyəti  komendant  saatı  tətbiq olun-

duğu  təqdirdə  orduya müqavimət göstərmədən piketləri götürmək  haqqında 

q

ərar qəbul etmişdi. Piketçilər imperiyanın və respublikanın səlahiyyətli nüma-



y

əndələrinin  ordunun  şəhərə  girməyəcəyi  haqqında  dəfələrlə  təkrar etdikləri 

v

ədlərə  inanmışdılar.  Xalqa  məlumat verilməsin deyə  yanvarın  19-da saat 



19:27-d

ə Azərbaycan Televiziyasının enerji bloku partladılaraq sıradan çıxarıl-

mışdı. Fövqəladə vəziyyətin yanvarın 20-də, saat 00-dan başlanmasına göstəriş 

verildiyin

ə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən ilk olaraq 

Türkan-Qala t

ərəfdən şəhərə yeridildi. “Bakı əməliyyatı”na SSRİ müdafiə na-

ziri D.Yazov şəxsən rəhbərlik edirdi. Bakı qarnizonu qoşunları, gətirilən hərbi 

hiss

ələr, hərbi gəmilərdən desant, xüsusi cəza dəstələri  hücuma  keçdi.  Ağır 



h

ərbi texnika çox asanlıqla barrikadaları dağıtdı. Əsgərlər gözyaşardıcı qazdan 

istifad

ə edir, əliyalın adamlara avtomat silahlardan güclü atəş açırdılar. Qaçıb 



sığınacaqlarda gizlənənlər tanklar üzərindəki projektorların köməyi ilə axtarılıb 

tapılır,  gülləbaran edilirdilər. Hərbçilər təsadüfən  yola  çıxanları,  yaşayış  ev-

l

ərini, təcili  yardım  maşınlarını,  şəhər nəqliyyatını  atəşə  tutur,  yaralıları  öl-



dürür, meyitl

əri  yandırır,  təhqir  edir,  adamları  tankların  tırtılları  altına  salıb 

əzabla öldürür, eybəcər hala salırdılar. Şəhərin küçələri öldürülmüş, yaralanmış 

adamların, qocaların, qadınların, uşaqların qanına qərq olmuşdu. Əsgərlər tibb 

əssisələrini mühasirəyə  alaraq  yaralı  mülki  şəxslərin buraya gətirilməsinə, 



habel

ə  tibbi heyətin  yaralılara  köməyə  getməsinə  mane olurdular. Rəsmi 

m

əlumatlara görə,  Bakıya  və  başqa  yaşayış  məntəqələrinə  sovet ordusunun 



hücumu vaxtı 131 nəfər, o cümlədən 117 azərbaycanlı, 6 rus, 3 yəhudi, 3 tatar 

öldürülmüş, 744 nəfər  yaralanmış, 400 nəfər həbs edilmiş, 4 nəfər itkin düş-

müşdür. Evlərə, ictimai və şəxsi nəqliyyat vasitələrinə, şəhər təsərrüfatına və 

v

ətəndaşlara  böyük maddi ziyan dəymişdi.  Fövqəladə  vəziyyət  haqqında  fər-



man artıq iş işdən keçəndən sonra, yanvarın 20-də saat 7-də elan olunmuşdu (1, 

212). 


Yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nüma-

y

əndəliyinə  gələrək burada təşkil  olunmuş,  6  minədək  adamın  iştirak  etdiyi 



izdihamlı  yığıncaqda  çıxış  etdi,  bu  ağır  günlərdə  yaralı,  heç  yerdən kömək 

almayan doğma xalqı ilə birgə olduğunu bildirdi. Gizlicə respublikadan qaçmış 

Ə.Vəzirovun yerinə Moskva yanvarın 24-də Ayaz Mütəllibovu Azərbaycan KP 

MK-


nın  birinci katibi vəzifəsinə  gətirdi.  İmperiya  rəhbərləri,  onların  yerli 

200 



əlaltıları istədiklərinə nail oldular. Bakıda fövqəladə vəziyyət, komendant saatı 

t

ətbiq edildi. AXC dağıdıldı, bir çox fəal cəbhəçilər həbs olundu, ölkədən qaç-



dı, qeyri-leqal işə keçdi. AXC-nin hakimiyyətə gəlmək cəhdi baş tutmadı (1, 

214). 


Tarixin bu m

əsuliyyətli dövründə Azərbaycan Xalq Cəbhəsi artıq xalqa 

r

əhbərlik edə  bilmədi.  Onun  başçıları  siyasi  naşılıq  göstərərək, hakimiyyəti 



bölüşdürmək barədə iqtidarla sövdələşməyə başladılar və xalq içərisində nüfuz-

larını  itirdilər. Belə  ki,  bir  qrup  ziyalının  “75-lərin müraciəti”  adlı  müraciə-

tind

ən “təsirlənən” iqtidar və  AXC liderləri  mayın  ortalarında  görüşüb  Məş-



v

ərət Şurası  yaratdılar. Azərbaycan SSR Ali Sovetinin sessiyası mayın 18-də 

M

əşvərət Şurasında əvvəlcədən əldə olunmuş razılığa əsasən, müxalifətin ma-



ne

əsinə  rast gəlmədən prezident vəzifəsi təsis etdi və  Ayaz Mütəllibovu 

respublikanın prezidenti seçdi (3, 84). 

Naxçıvan  MR-də  həyata keçirilən demokratik tədbirlər bütün Azərbay-

cana örn

ək oldu. Demokratik qüvvələrin tələbi ilə  1991-ci  il  fevralın  5-də 

Az

ərbaycan  SSR  Ali  Sovetinin  sessiyası  bir  sıra  tarixi  qərarlar qəbul etdi. 



Dövl

ətin adı dəyişdirilib “Azərbaycan Respublikası” adlandırıldı. Azərbaycan 

Cümhuriyy

ətinin bayrağı Dövlət Bayrağı kimi təsdiq olundu. Sentyabrın 8-də 

Az

ərbaycanda prezident seçkiləri keçirildi. Demokratik qüvvələr bu seçkiləri 



boykot etdil

ər. Prezident seçkiləri  Naxçıvan  MR  ərazisində  keçirilmədi. 8 

sentyabr seçkil

ərinin nəticələrinə  görə  A.Mütəllibov yenidən  prezident elan 

olundu (1, 235). 

Prezident yerl

ərdə  tərəfdarları  vasitəsilə  möhkəmlənmək üçün dövlət, 

hakimiyy


ət, idarəetmə  quruluşunu  və  fəaliyyətini təkmilləşdirmək  adı  ilə 

oktyabrın  18-də  rayonlarda,  şəhərlərdə,  şəhər  rayonlarında  icra  hakimiyyəti 

başçıları vəzifəsini təsis etdi və bu vəzifələrə özünə dayaq hesab etdiyi adam-

ları  qoydu.  Prezident  idarəsi  yaradıldı.  Dövlət katibi və  dövlət  müşavirləri 

v

əzifələri təsis edildi. İlk dövlət katibi Tofiq İsmayılov təyin edildi. Lakin nə 



bu t

ədbirlər, nə də əhalinin sosial vəziyyətini yaxşılaşdırmağa yönəldilən, dərin 

inflyasiya şəraitində  real təsirə malik olmayan bəzi sosial güzəştlər A.Mütəl-

libovun mövqeyini möhk

əmləndirə bilmədi. 1991-ci il oktyabrın 18-də Azər-

baycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycan Respublikasının 

Dövl

ət Müstəqilliyi haqqında” Konstitusiya aktı yekdilliklə qəbul edildi. 



 

ƏDƏBİYYAT 

1. Az


ərbaycan tarixi. VII cild. Bakı: 2008. 

2. Tahir Qaffarov. Az

ərbaycanın ən yeni tarixi. Bakı: 2005.  

3. Az


ərbaycan Respublikası  (1991-2001). Ramiz Mehdiyevin redaktəsi ilə. Bakı: 2001. 

4. Eyruz M

əmmədov. Erməni təxribatı (Sumqayıt, fevral 19988-ci il) Faktlar və mülahizələr. 

B

akı: 2005 



5. Əli Məmmədov. Müstəqil Azərbaycan Dövlətinin bərpası və möhkəmləndirilməsi uğrunda 

mübariz


ə (80-ci illərin sonu – 1997-ci il).  Bakı: 1999. 

6. http://www.prokurorluq.gov.az/sumqayit/?p=senedler&id=3 

7. Oqtay Sultanov. 80-ci ill

ərin sonu – 90-cı illərin əvvəllərində Azərbaycanda siyasi mübarizə. 

201 



Bakı: 1995. 

8. N


əsiman Yaqublu. Məmməd Əmin Rəsulzadə. Bakı: 1991. 

9.http://metbuat.az/news/87078/sabir-rustemxanli-kqb--ye-90-sehifelik-ifade-verdim.html    

10. Alı Balayev. Azərbaycanda ictimai-iqtisadi və siyasi vəziyyət.  Bakı: 2005. 

 

1988-1991- 



ГОД ОБЩЕСТВЕННО-ПОЛИТИЧЕСКАЯ СИТУАЦИЯ  

В АЗЕРБАЙДЖАНЕ  

 

Н.К.ГАЙБАЛИЕВА 

 

РЕЗЮМЕ 

 

Эта статья о социальной и политической ситуации в Азербайджане конец 80-х и 

начале  90-х  годов  ХХ  века.  В  статье  отражены  территориальные  притязание  армян  и 

наращивание их усилий для осуществление планов по оттражению Нагорного Карабаха 

от Азербайджана и присоединение к Армении.  Для сорвать социальной стабильности в 

Азербайджане  и  дискредитировать  азербайджанского  народа  в  глазах  международного 

сообщество  лицами  армянской  национальности  совершили  кровавые  событие  в  Сум-

гаите,  в  след  за  етим  высшим  руководствам  СССР  был  введен  контингент  войск  и 

осуществлен акт насилие против азербайджанского народа  20 января 1990 года. В связи 

с вышеизложенным народ азербайджана начал национально-освободительную борьбу за 

независимость. 

 

Ключевые  слова:  социальная  политическая  ситуация,  20  января,  Государ-

ственная независимость Азербайджанской Республики 

 

SOCIO-POLITICAL SITUATION IN AZERBAIJAN IN 1988-1991 



 

N.K.GAYBALIYEVA 

 

SUMMARY 

 

This article reflects the common political position of Azerbaijan late in  80s  –  early in 



90s of the XX century. The article reflects Armenian territorial claims against Azerbaijan start-

ing from the end of XX century  which included combining Nagarno Karabakh to herself. All 

these caused Azerbaijanis’ national struggle and our nation regained independence in the end.   

 

Key words: Social political situation, January 20, State Independence of the Republic 

of Azerbaijan 



 

 

 



202 

Yüklə 243,11 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə