Baki universitetiNİn xəBƏRLƏRİ №4 Humanitar elml



Yüklə 70,12 Kb.
Pdf görüntüsü
tarix04.02.2018
ölçüsü70,12 Kb.
#23810


 

BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4    

 

Humanitar elml

ər seriyası   

 

2015 

 

 

 

 

UOT : 94 

 

ŞİMALİ KOREYANIN NÜVƏ PROQRAMI ƏTRAFINDA 

MÜZAK

İRƏLƏR. ÇİNİN MÖVQEYİ 

 

Ü.C.

ƏLİYEVA 

AMEA Z.M.Bünyadov ad. 

Şərqşünaslıq İnstitutu 

aliyevaulker@hotmail.com 

 

M

əqalədə Şimali Koreyanın nüvə proqramı ətrafında yaranan gərginlik, bu problemin 

yaranma  s

əbəbləri və  səbəbkarları,  Koreya  yarımadasındakı  gərginliyi  aradan  qaldırmaq 

s

əylərinin nəticələri araşdırılmışdır. Müəllif Şimali Koreya ilə Çinin münasibətlərini, bu döv-

l

ətin  Koreya  yarımadasında  yaranan  gərginliyə  münasibətdə  mövqeyi və  maraqlarını  tədqiq 

etmişdir.  Məqalədə  qeyd olunan problem və  gərginlik  ətrafında  müzakirələrlə  bağlı  maraqlı 

faktlar ir

əli sürülmüş və mühüm elmi nəticələr əldə olunmuşdur.  

 

Açar sözl



ər: Şimali Koreya, Koreya yarımadası, Çin, KXDR, nüvə proqramı 

 

 



Koreya yarımadasında Şimali Koreya potensial gərginlik mərkəzi olaraq 

qalmaqdadır.  Bu  ölkənin nüvə  proqramı  ətrafında  danışıqlar  hələ  də  nəticə 

verm

əmişdir. Problem ətrafında mübahisələr 2002-ci ildə Birləşmiş Ştatlar bu 



ölk

əni  uranın  zənginləşdirilməsi üzrə  gizli  proqramın  həyata keçirilməsi və 

nüv

ə  silahı  hazırlanmasında  günahlandırdıqdan  sonra  başlanmışdır.  O  zaman 



C.Buş  Şimali  Koreyanı  terrorçu  ölkələr  sırasına  aid  etdi.  2002-ci ilin okt-

yabrında  isə  ABŞ  Dövlət katibinin müavini C.Kelli KXDR-nın  uran  zəngin-

l

əşdirdiyini  elan etdi. Az sonra Birləşmiş  Ştatlar  Şimali  Koreyanın  elektrik 



stansiyaları  üçün  yanacaq  göndərilməsini  dayandırdı.  Buna  cavab  olaraq, 

KXDR 2002-

ci  il,  dekabrın  12-də  rəsmi olaraq nüvə  proqramının  yeniləşdi-

rilm


əsini elan edib Atom Enerjisi üzrə  Beynəlxalq  Agentliyin müfəttişlərini 

ölk


ədən çıxardı [5].  

Problemin yaranma s

əbəbləri.  KXDR-nın  nüvə  şantajı  ölkədə  kəskin 

enerji  ehtiyatları  çatışmazlığı  ilə  izah olunur. Hələ  1993-cü ildə  koreyalılar 

nüv

ə  silahını  yaymamaq  haqqında  müqavilədən  çıxacaqları  ilə  hədələyən 



zaman Ağ  ev 2003-cü ilə kimi KXDR-da AES tikməyi və buna qədər daimi 

olaraq ölk

əni mazutla təmin etməyi vəd edərək,  Pxenyanı  razılığa  gətirə 

bilmişdi  [8].  Birləşmiş  Ştatlar  KXDR-i müəyyən miqdarda neftlə  (mazutla) 

t

əmin etməyi, dinc məqsədli iki nüvə reaktoru tikintisi üçün beynəlxalq kon-



114 


sorsium t

əşkil etməyi, həmçinin bu ölkəyə qarşı iqtisadi və siyasi sanksiyaları 

qaldırmağı  öhdəsinə  götürsə  də, KXDR indiyədək nə  mazutu, nə  də  AES-i 

görmüşdür.  1998-ci ildə  isə  Asiya maliyyə  böhranı  bu  konsorsiumun  fəaliy-

y

ətini pozdu. Cənubi Koreya öhdəsinə götürdüyü əsas maliyyə xərclərini ödə-



m

ək vədlərini yerinə  yetirə  bilmədi. Yaponiya da üzərinə  düşən maliyyə 

öhd

əliklərinin qeyri-müəyyənliyini bəyan etdi. ABŞ KXDR-ə neft verilməsi və 



AES tikintisinin müdd

əti  haqqında  planı  yarımçıq  qoydu.  Nəticədə  Koreya 

yarımadasında vəziyyət yenidən gərginləşdi: KXDR «Tepxodonq – 1» ballistik 

raketini sınaqdan keçirdi [9, 624]. 

Əslində  Şimali  Koreyada  nüvə  təhlükəsinin  olması  məsələsi  Koreyanın 

özü  deyil,  onun  başlıca  dayağı  Çinlə  əlaqədardır.  Belə  ki,  ABŞ-ın  Koreyaya 

enerji  yardımı  göstərməməsinin səbəbi onun kommunist dövləti və  ABŞ-ın 

r

əqibi ÇXR-in müttəfiqi  olmasıdır.  Deməli,  ABŞ-ı  Şimali    Koreya  ilə  bağlı 



problemin bu s

əviyyəyə  çatmasının  günahkarlarından  biri  hesab  etmək olar. 

Çünki bu ölk

ənin nüvə istehsalı sahəsində fəaliyyətinin davam etdirilməsinə öz 

f

əaliyyəti ilə dolayı olaraq təkan vermişdir. 



Lakin region üçün ciddi t

əhlükə  olan bu problemin sülh yolu ilə  həlli 

istiqam

ətdə səylər davam etməkdədir. 2000-ci il, iyun ayının 12-14-də Şimali 



v

ə  Cənubi Koreya prezidentlərinin  Pxenyanda  keçirilmiş  görüşünün  gözlə-

nilm

əz  uğuru  ikitərəfli  əlaqələr çərçivəsindən xeyli irəli  çıxdı.  Görüşün  əhə-



miyy

əti böyük idi. Çünki maraqlarına toxunulan dövlətlər regional strategiya-

larını yenidən nəzərdən keçirməli olmuşdular. Doğrudur, o zaman hələ heç kim 

bu gör


üşün baş tutacağına təminat vermirdi.  Bu görüşü müəyyən edən amillər 

Şimali Koreyada gərgin iqtisadi vəziyyət və Cənubi Koreya prezidenti Kim De 

Çjunun  şəxsiyyəti  idi.  Beş  illik  prezidentliyi  müddətində  Şimali  Koreyanı 

özün


ə inandırmaq üçün ona iki il yarım vaxt lazım oldu. Beləliklə, Kim Şimali 

Koreyanı  danışıqlar  masası  arxasında  əyləşməyə  razı  sala  bildi.  Bu  dövləti 

danışıqlara  cəlb etməkdə  ABŞ  və  xüsusilə, Çin də  səy göstərirdilər.  Lakin 

Koreya  yarımadasındakı  proseslərə  münasibətdə  bu dövlətlərin hər  birinin 

mövqeyi f

ərqlidir. 



Problemin h

əlli istiqamətində  müzakirələrdə  Çinin mövqeyi.  Şimali 

v

ə  Cənubi  Koreyanın  birləşməsinə  münasibətdə  Çinin  mövqeyi dərin siyasi 



kökl

ərə  malikdir. Koreya birləşərsə, onun Amerika və  Yaponiya nüfuz 

dair

əsinə çevrilməsinin Pekinin siyasi məqsədləri üçün güclü zərbə ola bilməsi 



fikri ekspertl

ər tərəfindən daha çox səsləndirilir. Çinlilərin fikrincə, Koreyanın 

Yaponiyaya  qarşı  tarixi  düşmənçiliyi bu ölkəni Çin təsiri sahəsinə  yönəldə 

bil


ər. Ancaq bu gün bölünmüş Koreya da Çini təmin edir [2, 275]. Ona görə də 

Pekin Şimali Koreyadakı rejimin saxlanması lehinə çıxış edir. ÇXR-in Şimali 

Koreyadakı rejimə tərəfdar olmasının digər bir səbəbi də hər iki ölkədə hakim 

ictimai-


siyasi quruluşun eyniliyidir. Müvafiq olaraq, ABŞ-ın bu rejimə düşmən 

münasib


ətinin  əsasında  da  onun  nüvə  proqramı  ilə  yanaşı,  kommunist  rejimi 

olması durur. Pxenyanın yeganə rəsmi müttəfiqi olan Çin 1997-ci ildən yarım-

adada g

ərginliyin  azaldılması ilə bağlı dördtərəfli görüşlərdə iştirak edir. Çin 



115 


1993-cü ilin 

mart ayında Pxenyanın nüvə silahını yaymamaq haqqında müqa-

vil

ədən çıxacağı ilə əlaqədar hədələr səsləndirdiyi vaxtdan bəri Şimali Koreya 



t

ərəfindən  yaradılan  bütün  böhranların  tənzimlənməsində  mühüm rol oyna-

mışdır. Çin həmişə öz müttəfiqinə qarşı sanksiyaların tətbiqi əleyhinə çıxış etsə 

d

ə, beynəlxalq ictimaiyyətin müraciətini bu ölkə rəhbərinə çatdırmaqda və onu 



əmin edə  bilməkdə  mühüm tərbiyəvi  rol  oynamışdır  [3,  55].  Hazırda  yalnız 

Çinin  Şimali  Koreyaya  təsir göstərə  bilməsi təəccüblü deyil. Çünki təcrid 

v

əziyyətində olunmuş bu dövlətin yeganə ümidi Çin Xalq Respublikasıdır. 



Çin r

əhbərliyi  yarımadada,  xüsusilə  də,  Şimali  Koreyada  öz  təsirini 

saxlamağın qeydinə qalır. Əgər gərginliyin azaldılması prosesi davam edərdisə, 

artıq  2000-ci il iyunun 12-si və  14-də  Şimali  və  Cənubi Koreya prezident-

l

ərinin görüşündən sonra qismən iqtisadi sanksiyaları qaldıran ABŞ yarımada-



da hakim mövqe tuta bil

ərdi [3, 55]. Yaponiyada Milli Müdafiə  Tədqiqatlari 

İnstitutunun dərc etdiyi icmalda qeyd olunurdu ki, «Çin Koreya yarımadasının 

nüv


əsizləşdirilməsini həyata keçirmək  üçün  çalışır.  Bu  baxımdan  onun 

maraqları ABŞ və Yaponiya ilə üst-üstə düşür. Ancaq Şimali Koreyanın bufer 

zona  kimi  oynadığı  rolu  qəbul edən Çin, status-kvoda heç bir dəyişiklik 

ist


əmir. Buna görə də Çin bu ölkə üzərində tam təsirini işə salır. Şimali Kore-

yaya öz 


ərzaq və enerji yardımı sayəsində bu ölkə üzərində de fakto hakimiy-

y

ətini saxlayır. Ancaq hələlik bu vasitədən istifadə etməyə tələsmir» [11, 102-



103]. Q

ərbli mütəxəssislərin çoxu hesab edir ki, əslində Çin hər iki Koreyanı 

birl

əşməyə doğru yönəltmir. Pekin onu zəif dövlətlərin əhatə etməsinə üstünlük 



verir.  Bu  baxımdan,  onlar  Çinin  bir  zamanlar  Vyetnamın  bütövlükdə  kom-

munist  olmasına  baxmayaraq,  birləşməsinə  mənfi münasibətini qeyd edirlər. 

Hesab olunur ki, Çin birl

əşmiş Koreyanın kommunist dövləti olmayacağını və 

C

ənubi  Koreyanın  iqtisadi  gücünə  Şimali  Koreyanın  nüvə  silahının  da  əlavə 



olunacağını  bilir  [3,  55].  Bu  cür  siyasət  hegemonluğa  meylli  bütün  dövlətlər 

üçün xarakterikdir. Çini bu baxımdan təqsirləndirən ABŞ-ın özünün də xarici 

siyas

ət xətti də eyni əsas üzərində qurulmuşdur. 



Şimali Koreya problemi ən pis halda (KXDR rejiminin fəaliyyətinə son 

qoyulması, qaçqınlar axını və ya hərbi əməliyyatlar) Şimal-Şərqi Çində sosial 

v

əziyyəti gərginləşdirə  və  sosial etiraz əhval-ruhiyyəsinə, bu isə  böhranın 



«h

ərəkətvericisi»nə çevrilə bilər. Ancaq Pekin hələlik həm Pxenyanla ikitərəfli 

münasib

ətlər çərçivəsində  iqtisadi  yardım  əvəzində  «gərginliyi azaltmaq» 



sxemi, h

əm də Şimali Koreya məsələsinə nəzarət etmək üçün altıtərəfli danı-

şıqlar kimi vasitəyə malikdir [7, 60]. Hərçənd, son hadisələr məsələnin danı-

şıqlar yolu ilə həlli cəhdlərinin nəticə vermədiyini göstərdi. Hər halda sülh və 

sabitliyin t

əmin  olunmasında  maraqlı  olan  böyük  dövlətlər problemin  həlli 

yollarını tapmağa çalışacaqlar. Ancaq  aşağıda qeyd olunan səbəblər regionda 

sülhün t


əmin olunacağı fikirlərini sual altında qoyur: ABŞ iki Koreya arasında 

münasib


ətlər qurulandan bəri  Şimalın  təcavüzkarlığının  zəifləməsindən  razı 

qalsa da, onu Şimalla sülhə nail olmaq üçün Seulun gedə biləcəyi, başlıca ola-

raq, C

ənubi  Koreyadakı  Amerika  hərbi qüvvələrinin  saxlanması  məsələsində 



116 


güz

əştlər narahat edir [3, 56]. 

H

ələlik həm  ABŞ,  həm də  ÇXR  koreyalıların  əməkdaşlığının  davam 



etdirilm

əsinə tərəfdardırlar. Çünki  yarımadada hərbi toqquşma ABŞ və Çinin 

qarışdığı müharibəyə çevrilə bilər. Bu isə hazırda nə Birləşmiş Ştatların, nə də 

ÇXR-


in maraqlarına uyğun deyil.  

Koreya  yarımadasında  nüvə  təhlükəsinin  qarşısını  almaq  istiqamə-

tind

ə müzakirələr və nəticəsi. 2002-ci ilin fevral ayının 21-22-də Şərqi Asiya 

s

əfərinə çıxan Corc  Buş Pekində oldu.  İki ölkə  rəhbərləri arasında danışıqlar 



zamanı tərəflər Koreya  Xalq Demokratik Respublikası  məsələsində  «ümumi 

t

əmas nöqtəsi» tapmağa çalışdılar [1]. 



Qeyd ed

ək ki, Corc Buş  2002-ci  ilin  yanvar  ayında  Konqresdə  çıxışı 

zamanı  Şimali  Koreyanı  İran  və  İraqla  birlikdə  «şər  yuvası»  adlandırmışdı. 

ABŞ-ın o zamankı müdafiə naziri Donald Ramsfeld Şimali Koreyanı nəzərdə 

tutaraq diqq

ətə çatdırmışdı ki, ABŞ «iki cəbhədə döyüşüb qalib gəlməyə hazır-

dır». Bu bəyanatlardan sonra Şimali Koreya nüvə proqramının həyata keçiril-

m

əsini sürətləndirdi, 2006-cı  ildə  isə  ilk nüvə  silahı  sınaqları  keçirdi  [12]. 



C.Buşun bu bəyanatı danışıqların davam etdirilməsinə mane oldu. 

Şimali Koreya məsələsinin həllinə öncə iki ölkə, yəni Şimali və Cənubi 

Koreya  arasında  danışıqlarla  cəhd göstərilirdi. Sonra isə  danışıqlara  qoşulan-

ların sırası artmağa başladı.  

2003-cü ild

ə Koreya Xalq Demokratik Respublikası ABŞ, Yaponiya, Çin 

v

ə Cənubi Koreya ilə danışıqlara Rusiyanın iştirak etməsi şərti ilə razılıq verdi. 



Bundan 

əvvəl  Pxenyan  ABŞ  təmsilçiləri ilə  ikitərəfli  danışıqlar  da  tələb 

etmişdi. Lakin Vaşinqton  yalnız Yaponiya, Çin və Cənubi Koreyanın iştirakı 

il

ə beştərəfli danışıqların keçirilməsi üçün təkid edirdi. Bu formatda danışıqlar 



Birl

əşmiş Ştatlara Çini öz tərəfinə çəkib KXDR-i öz etibarlı dayağından məh-

rum etm

ək imkanı verəcəkdi. Pxenyan bu təklifi rədd etdiyinə görə danışıqlar 



baş tutmadı. Yalnız ABŞ Rusiyanın da müzakirələrdə iştirakına razılıq verdik-

d

ən sonra altıtərəfli danışıqlar başlandı. Kim İr Çen bu yolla Rusiya –Amerika 



ziddiyy

ətlərindən istifadə etməyə çalışırdı [5].  

2003-

cü  ilin  avqustunda  Şimali  Koreya  problemi  üzrə  danışıqlar  altıtə-



r

əfli formatda açıldı. Beləliklə, bu görüşdə tarixdə ilk dəfə Cənubi və Şimali 

Koreya il

ə bərabər, ABŞ, Rusiya, Çin və Yaponiya da iştirak edirdilər [5]. Çin 

danışıqlarda aktiv, Rusiya isə passiv vasitəçi rolu oynayırdı. 

Danışıqlarda  əsas məsələ  təkcə  mövcud  böhranı  yoluna  qoymaq  deyil, 

h

əm də onu daha geniş planda – Şimali Koreya rejiminin «mülayim şəkildə əl-



qolunun bağlanması»nı təmin etmək və Koreyada sülhün yaranması üçün yeni 

siyasi-hüquqi 

əsaslar hazırlamaqla həll etməkdən ibarət idi [5]. Müzakirələrdə 

KXDR-


in Rusiyanın iştirakına çalışması onun müttəfiqi Çinə də sonadək etibar 

etm


ədiyini göstərirdi.  Görünür,  Pxenyan  Əfqanıstanda  Taliban  rejimi  ilə 

münasib


ətlərdə olduğu kimi ÇXR-in öz siyasi maraqları əvəzində onu da sona-

d

ək müdafiə etməyərək, ABŞ-la özünə sərfəli olan razılaşmaya gedəcəyindən 



ehtiyat edirdi.    

117 



Lakin  altı  ölkənin yüksək vəzifəli  diplomatlarının  iştirakı  ilə  keçirilən 

danışıqlar  bir  il  sonra  dayandırıldı  [4].  Beləliklə, Çinin himayəsi  altında 

keçiril

ən altıtərəfli danışıqlar Kim Çen İri təhlükəsizliyə  təminat verməyə və 



köhn

əlmiş  müəssisələrə  malik  Şimali  Koreya  iqtisadiyyatının  yüksəlişinə  kö-

m

ək  əvəzində  nüvə  silahı  yaratmaq  proqramından  imtina  etməyə  əmin edə 



bilm

ədi. Ümumiyyətlə,  Şimali  Koreya  ilə  danışıqlar  hər dəfə  müəyyən bir 

razılığa gəlinməməsi üzündən nəticəsiz qalır.   

Ancaq 


ABŞ Şimali Koreya hökumətinin Yonbendə plutonium emalı üzrə 

qurğunun  sökülməsinə  başlamağa  və  oraya beynəlxalq müfəttişlərin  buraxıl-

masına razılıq verməsindən sonra 2008-ci ilin oktyabr ayının 11-də bu ölkəni 

terrorçu ölk

ələr siyahısından çıxardı. C.Buş təkid edirdi ki, Şimali Koreyanın 

terrorçu ölk

ələr siyahısından çıxarılması üçün o, altıtərəfli danışıqların iştirak-

çıları  tərəfindən müəyyən  edilmiş  yoxlamalar  haqqında  tələbləri tam yerinə 

yetirm

əlidir. Şimali Koreyanın bununla razılaşmasından sonra C.Buş oktyabrın 



10-

da Vaşinqtonda bir neçə günlük danışıqlardan və müzakirələrdəki həmkar-

ları  ilə  məsləhətləşmələrdən sonra bu qərarı  təsdiq etdi. Növbəti  gün  ABŞ 

dövl


ət katibi K.Rays KXDR-in terrorçu ölkələr siyahısından çıxarılması haq-

qında  sərəncam imzaladı  [6,  198].  Buna  baxmayaraq,  ABŞ  Şimali  Koreyaya 

qarşı çoxsaylı sanksiyalar tətbiqindən imtina etmədi. KXDR-də isə hakimiyyət 

d

əyişikliyi də Şimali Koreyanın mövqeyinin dəyişməsinə səbəb olmadı, əksinə 



Pxenyan daha s

ərt  mövqe  nümayiş  etdirməyə  başladı  və  nüvə  sınaqlarını 

aktivl

əşdirdi.  



N

əticə. Şimali Koreyanı danışıqlar masası arxasına əyləşdirmək mümkün 

olsa da, Birl

əşmiş  Ştatların  barəsində  danışdığımız  vədlərini yerinə  yetirmə-

m

əsi danışıqların nəticəsiz olmasına şərait yaratdı. Bütün müharibə ocaqları və 



konfliktl

ərin öz həllini  tapması,  böyük  dövlətlərin mənafeyinə  uyğun  gəlmə-

dikc

ə, müşkül məsələdir. Deməli, Koreya probleminin mövcudluğu ABŞ-ın və 



Çinin maraqlarında müəyyən yer tutur.   

   



ƏDƏBİYYAT 

1.

 



Буш потребует от Пекина и Сеула покончить с распространением оружия массового 

поражения- http://inosmi.ru/untitled/20020218/143116.html, (21.10.2015)  

2.

 

Василенко И.А. Геополитика современного мира. М.: Гардарики, 2006, 317с, 275  



3.

 

Голдфьем  Ж.  Можно  ли  надеяться  на  ослабление  напряженности  в  Азии?  // 



«КОМПАС», 2000, №42, с.53-57,  55 

4.

 



Ким  Чен  Ир  выдвинул  4  условия  для  новых6-сторонних  переговоров  по  ядерной 

проблеме // http://www.newsru.com , (1.03.2015)  

5.

 

Корейский узел затягивается все туже // Эксперт (електронный журнал), №29, 2003 // 



http://expert.ru,  (11.09.2015)  

6.

 



Корею сняли с «оси зла» // http://www.gazeta.ru, (13.02.2015), 198 

7.

 



Михеев В.В. Китай: угрозы, риски, вызовы развитию // МЭ и МО, 2005, №5, с.54-60  

8.

 



Солянская К. Северная Корея победила США // 

http://www.gazeta.ru/2003/01/13/ssapomogutkn.shtml, (13.09.2015)  

9.

 

Торкунов  А.В.  Современные  международные  отношения  и  мировая  политика.  М.: 



Просвещение, 2005, 990 с., 624  

118 



10.

 

Ширяев Б.А. Внешняя политика США: принципы, механизмы, методы. С.Петербург: 



С.Петербургский Университет, 2007, 442 с.  

11.


 

East Asian Strategic Review. 2005. Tne National Institute for Defense Studies Japan. The 

Japan Times. First Edition: June, 2005, 205 pp. 102-103  

12.


 

Engelhardt T. The Bush’s Doctrine in Ruins // Asia Times, (Hongkong), 2008, October 28- 

http://www.atimes.com, (24.10.2015)  

 

 



 

ПЕРЕГОВОРЫ ПО ЯДЕРНОЙ ПРОГРАММЕ СЕВЕРНОЙ КОРЕИ.  

ПОЗИЦИЯ КИТАЯ 

 

У.Дж.АЛИЕВА 

 

РЕЗЮМЕ 

 

В  статье  исследованы  напряжение  вокруг  ядерной  программы  Северной  Кореи, 

причины  и  виновники  этой  проблемы,  проанализированы  результаты  усилий  по 

устранению напряженности на Корейском полуострове. Автор изучал отношения между 

Китаем и Северной Кореей, позицию китайского правительства в отношении проблем на 

Корейском полуострове и ее интересы. В статье приведены интересные факты о Северо-

корейской  проблеме  и  результатах  переговоров  вокруг  ядерной  программы  Северной 

Кореи.  


 

Ключевые слова: Северная Корея, Корейский полуостров, КНДР, Китай, ядерная 

программа 



 

THE NEGOTIATIONS ON THE NUCLEAR PROGRAM OF NORTH KOREA.  

CHINA’S POSITION 

 

U.J.ALIYEVA 

 

SUMMARY 

 

The article studies  the tension around the nuclear program of North Korea, the causes 

and perpetrators of this problem, and analyzes the results of efforts to eliminate the tensions on 

the Korean peninsula. The author has studied the relationship between China and North Korea

China's position in the problems on the Korean Peninsula and its interests. The article presents 

some interesting facts about the North Korean problem and the outcome of the negotiations 

over the nuclear program of North Korea. 

 

Key words: North Korea, Korean Peninsula, China, DPRC, nuclear program 



 

 

119 



Yüklə 70,12 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə