Baki universitetiNİn xəBƏRLƏRİ №4 Humanitar elml



Yüklə 51,44 Kb.
Pdf görüntüsü
tarix12.03.2018
ölçüsü51,44 Kb.
#31274


 

81 


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4    

 

Humanitar elml

ər seriyası 

 

 

2013 

 

 

 

 



UOT 902; 94 (479.24) 

 

MENTEŞE BƏYLİYİNDƏ HƏRBİ İŞİN TƏŞKİLİ 

 

S.

Ə.ZEYNALOVA 

B

akı Dövlət Universiteti 

sevinc_zeynalova@hotmail.com 

 

Q

ərbi Anadolu bəyliklərinin dövlət quruluşunda hərbi iş önəmli yer tuturdu. Qeyd et-

m

ək lazımdır ki, bu bəylər, o cümlədən Menteşe bəyi möhtəşəm donanmaya sahib idilər.  

G

əmilərə bəyin xidmətində olan kapitanlar komandanlıq edirdi. Çox hallarda rəislər İs-

la

mı  qəbul  etmiş  xristianlardan olurdu.  Menteşe  bəyinin  donanmasında  xeyli  sayda kritli  və 

d

əniz piyadaları da fəaliyyət göstərirdi.  

Quru qoşunları piyadalardan və süvarilərdən ibarət idi. Dəniz döyüşləri zamanı dəniz 

pi

yadaları qayıqlarda oturur, müsəlləmlər isə gəmiləri hücumlardan qoruyurdular.  

Qalaların mühasirəsi zamanı Menteşe türkləri qalanı yarğan qazıyaraq əhatəyə alırdı-

lar, hücum zamanı isə nərdivanlardan istifadə edirdilər. Qalalara hücum zamanı çox zaman 

mancanaqlardan istifad

ə olunurdu.  

İstər silahlanmada, istərsə də müxtəlif hərbi əməliyyatların aparılması işində Menteşe 

b

əylərinin qoşunları Osmanlı qoşununu üstələyirdi. Lakin XIV əsrin sonlarından etibarən Men-

te

şe qoşunu açıq döyüşlərdə osmanlılara uduzmağa başlayır, çünki bu zaman Osmanlı bəyləri 

artıq daimi ordu – yeniçərlər korpusuna sahib idilər.  

 

Açar sözl

ər: hərbi iş, donanma, qalaların mühasirəsi, yeniçərlər 

 

Q

ərbi Anadolu bəyliklərinin hər birində, o cümlədən də Menteşe bəyli-



yind

ə dövlət quruculuğuna böyük diqqət yetirilirdi. Fəth olunmuş torpaqlar ulu 

b

əyin ən yaxın qohumları arasında bölüşdürülürdü. Yerlərdə Ulu bəyin oğulları 



ətrafında  ən nüfuzlu bəylər-qazilər  toplanırdı.  Menteşe  bəyliyində  ali bəylər 

(ayani devlet v

ə ya ərkani-devlet, yəni “dövlətin sütunları”) sayca az olsalar da, 

çox nüfuzlu idil

ər. Dövlət idarəçiliyndə və saray işinin təşkilində bu bəylərin 

rolu böyük idi. 

Amma Menteşe bəyliyində, eləcə də digər türk bəyliklərində ali bəylərin 

bu nüfuzunu artıran başlıca amil onların hərbidəki yüksək mövqeyi ilə əlaqədar 

idi. Bu, bir t

ərəfdən, ümumiyyətlə,  türklərin həyatında  hərb  işinin  böyük  rol 

oynaması ilə bağlı idi, digər tərəfdən isə, Menteşe bəyliyinin coğrafi və siyasi 

mövqeyinin öz

əllikləri ilə əlaqəli idi. Belə ki, sahil dövləti olması, təbiidir ki, 

bu b


əylikdə donanmanın yüksək səviyyədə təşkil edilməsini tələb edirdi, çünki 

Egeyd


ə onu çox təhlükəli düşmənlər – güclü donanması olan xaçlı dövlətləri və 


 

82 


italyan şəhərləri əhatə etmişdi. Digər tərəfdən, quruda da Menteşenin düşmən-

l

əri az deyildi və hər zaman hərbi hazırlıqda olmaq bu bəyliyin də həyatının adi 



halına çevrilmişdi. 

Menteşe  bəyliyində  hərbi  işin  təşkili  haqqında  danışarkən, ilk növbədə 

qeyd etm

ək lazımdır ki, bu bəylik çox güclü donanmaya sahib idi. Hələ 1318-ci 

ild

ə Kritin hakimi Venesiya dojuna yazırdı ki, türklərin gəmiləri – 100 və ya 50 



avarlı  əsl hərbi gəmilərdir  (1,  c.1,  sayı  61).  Bəzi mənbələrin məlumatlarına 

gör


ə  isə,  Menteşenin  donanması  müəyyən illərdə  irili-xırdalı  350  gəmiyə  ça-

tırmış (2, 501-502, 523-526). Bu gəmilər aşağıdakı növlərə ayrılırdı:  

-

 

kadırqa; 



-

 

igribar; 



-

 

qayıq. 



G

əmilərin əksəriyyətində “yunan odu” ilə atəş açmaq üçün xüsusi qurğu-

lar (tüf

ək) olurdu (3, 71, qeyd 1). Ənvəri yazır ki, Smirnanın alınması zamanı 

türkl

ər frankların gəmilərini neftlə yandırmışdılar (4, 52, 56, 117). 



Yürüşə  göndərilən  döyüşçülər gəmilərə  xüsusi  çalğıların  (kus,  nağara, 

nefir, boru, zurna, ney v

ə s.) sədaları altında minirdilər. Bəzən qazilər  özləri ilə 

yürüşə digər çalğı alətləri (qopuz, rübab) də götürürdülər (4, 70). İri gəmilərdə 

is

ə zadəgan bəylər hətta öz atlarını da daşıyırdılar (4, 52, 64, 89). 



G

əmilərə kapitanlar (rəislər) komandanlıq edirdilər. Bu kapitanlar şəxsən 

Ulu  b

əyin özünün xidmətində olurdular (5, c.1, sayı 679). Bir çox hallarda isə 



kapi

tanlar İslamı qəbul etmiş xristianlar olurdular. Məsələn, 1402-ci ilin martın-

da Palatya v

ə Teologo limanlarında yürüş üçün hazırlanmış 20 gəmidən ibarət 

donanmaya Xios adasından olan Kressi adlı xristian komandanlıq etmişdi (6, 

c.4, 249; 7, 247-248). Bu zaman b

əyliyin donanmasında Venesiyanın təbəələri 

olan kritlil

ər də xidmət göstərmişlər (5, c.2, sayı 966). Bu praktika digər türk 

b

əyliklərində  də  yayılmışdı.  Məlumdur ki, 1416-cı  ildə  Osmanlı  donanması 



üz

ərində qələbə çalan Venesiya admiralı Pyetro Loredano türklərin xidmətində 

olan böyük sayda xristian d

ənizçini asmışdı. 

D

ənizçilərə  azaplar (azeblər) deyilirdi (4, 54; 6, c.4, 248). Həmçinin 



d

əniz piyadaları da var idi ki, digərilərindən fərqlənmək üçün onlar xüsusi baş 

geyimi (çubuq börk) geyinirdil

ər (4, 64, 75). Bəzi tarixçilər güman edir ki, öz 

börkl

ərini çubuqla bəzəmək adətini bu dənizçilər  bektaşi  dərvişlərindən  əxz 



etmişlər (8, 162, qeyd 48). 

Quru qoşunları piyada dəstələrindən, atlı dəstələrindən (müsəlləm, müsə-

llim) v

ə timarçı süvarilərdən (sipahi, süvar) ibarət idi (4, 75, 95, 97). 



Osmanlıların  yaya  dəstələri  timsalında  təşkil  olunmuş  qoşun  Menteşe 

b

əyliyində  üstünlük təşkil  edirdi,  lakin  XV  əsrə  doğru  osmanlılarda  bu  növ 



qoşun hissələri artıq ortadan qalxır və onların yerinə yeniçər qoşunu yaranır ki, 

bu da, müasirl

ərinin dediklərinə görə, yaya dəstələrinin nizam-intizam baxım-

dan z


əif olması ilə əlaqədar olmuşdur. 

Menteşe  bəyliyində  yaya  qoşun  dəstələri  aşağıdakı  prinsiplər  əsasında 

t

əşkil olunurdu: bir neçə kəndli ailəsi öz becərdikləri torpaq paylarından əlavə, 




 

83 


yaya d

əstəsinin təşkilati  vahidi  olan  ocaqda  birləşirdi.  Ocaq  üzvləri dövlət 

vergil

ərindən və  mükəlləfiyyətlərindən azad edilirdilər, amma hərbi  yürüş 



zamanı hər ocaqdan bir nəfər döyüşçü verməli idilər (8, 127-128). 

Müs


əlləmlər atlı dəstələrdə iştirak etdiklərindən, onların ocaqları da taxıl 

vergisind

ən (tereke) azad edilirdi (9, 241, bölmə 2, 3). 

D

əniz döyüşləri zamanı yaya döyüşçüləri avarları çəkir, müsəlləmlər isə 



g

əmini hücumdan müdafiə edirdilər (9, 241, bölmə 4). 

Menteşe bəyinin ordusunda ağır silahlı süvarilər timar sahibləri olan sipa-

hil


ər idi. Zadəgan döyüşçülər müdafiə məqsədli yaraq – bürümə geyinirdilər (4, 

54, 115), başlarına üzlük adlanan dəbilqə qoyurdular (4, 129). Timarçı süvari-

l

ərin zirehləri daha sadə olub cebbe adlanırdı. 



Bir qayda olaraq timarçını döyüşdə onun silahdaşıyanı (qulam) müşayiət 

edirdi (10, sayı 115). 

Menteşe  bəyliyinin ordusu alaylardan ibarət idi ki, onlar da öz növbə-

sind


ə bölüklərə ayrılırdı (8, 129). Alaylara subaşı komandanlıq edirdi, zadəgan 

b

əylərin öz xüsusi sancaqları olurdu. 



Döyüşqabağı qoşun hissələri bir cərgəyə düşülürdü, oxatanlar isə düşmə-

ni uzun oxlarla at

əşə tuturdular. Jurden de Sevarak yazır ki, “türklər - əla oxa-

tan


dırlar” (11, 160). 

Əksər hallarda Menteşe türkləri də əl-karr və əl-farr adlı taktikadan istifa-

d

ə edirdilər. Bu taktikanın mahiyyəti belə idi ki, döyüşçülər ya geri çəkilirdilər



ya qaçırdılar, ya da geri dönürdülər və bununla da düşməni çaş-baş salırdılar 

(bax: 12, 133). 

Qalaların mühasirəsi zamanı türklər qalanı səngərlə və xəndəklə əhatələ-

yirdil


ər,  hücum  zamanı  isə  nərdivanlardan istifadə  edirdilər,  ya  da  lağım 

atırdılar  (4, 68, 82, 87, 115). Məsələn, yunan müəlliflərindən biri – Georgios 

Paximerios  yazır  ki,  türklər  “qala  divarlarının  altına  çoxlu  sayda  lağım  atır, 

daha  sonra  ora  quru  ağacları  yığırlar...  Bu  ağacları  yandırmaq  kifayətdir ki, 

bünövr

əsi lağımlarla onsuz da çökmüş olan divarlar dağılsın” (13, 436-437). 



Qeyd ed

ək  ki,  Batı  Anadolu  bəyliklərində  qalaların  alınması  təcrübəsi 

çox  geniş  yayılmışdı  və  hətta bəzi tarixçilər hesab edir ki, XIV əsrin birinci 

yarısında Aydınoğulları və Menteşeoğulları hərbi işdə Osmanlı bəylərini xeyli 

ötüb keçirdil

ər (8, 130). 

Lakin XIV 

əsrin  sonlarından  etibarən  Menteşe  bəylərinin hərbi qüdrəti 

z

əifləməyə başlayır: açıq döyüşlərdə Menteşe bəyləri tez-tez Osmanlı qoşunla-



rına məğlub olurdular ki, bu da osmanlıların sahib olduqları yeniçər korpusu-

nun üstünlükl

ərindən xəbər verirdi.  

Yeniç


ərlərin qüdrətinə arxalanan Osmanlı bəyləri XIV əsrin sonu Avro-

pada böyük 

ərazilər əldə edə bildilər və Menteşe, eləcə də Aydın və Saruxan 

b

əyliklərini çox asanlıqla özlərinə tabe etdirdilər. 1453-cü ildə İstanbulun fəthi 



il

ə isə Egey bölgəsində Osmanlı hakimiyyəti qəti bərqərar oldu. 




 

84 


ƏDƏBİYYAT 

1.

 



Diplomatarium Veneto-Levantinium. Pars 1-2. Venetiis, 1899 – 1008 

р. 


2.

 

Kahane H., Kahane R., Tietze A. The Lingua Franca in the Levant. Urbana, 1998 – 237 



р. 

3.

 



Cippola C. M. Guns and Sails in the Early Phase of European Expansion. London, 

Macmillan, 1995 – 179 

р. 

4.

 



Le destan d’Umur Pacha // Bibl. Byzantine. Documents 2. Paris, 1994 – 

рр.56-59 

5.

 

Thiriet F. Déliberations des Assamblées venitiennes concernant la Romanie. Paris, Difel, 



1966-1971 – 760 

р. 


6.

 

Jorga N. Notes et extraits pour servir a l’Histoire des Crousades // ROL, 4–5, 1996-1997 – 



рр.109-117 

7.

 



Dennis G. T. Three Reports from Crete on the Situation in Romani. 1401-1402 // Studi 

Veneziani. Firenze, 1970, vol. 12 – 

рр.43-48 

8.

 



Жуков А.К. Эгейские эмираты в 14-15 вв. М.: Наука, 1988 – 192 c. 

9.

 



Barkan Ö. XV-

XVI asırlarda Osmanlı İmparatorluğunda zirai ekonominin hukuki ve mali 

esasları. Cilt 1: Kanunlar. İstanbul, 1945 – 570 s. 

10.


 

İnalcık H. Hicri 835 tarihli Suret-i Defter-i Sancak-i Arvanid. Ankara: YKY, 1954 – 431 с. 

11.

 

Журден де Северак. После Марко Поло. М., Наука, 1968 – 278 с. 



12.

 

Римская история Никифора Григора. T.1.Санкт-Петербург, (б.и.), 1862 – 401 с. 



13.

 

Георгия  Пахимера.  История  о  Михаиле  и  Андронике  Палеологах.  T.1.  Санкт-



Петербург, (б.и.), 1862 – 127 с. 

 

ОРГАНИЗАЦИЯ ВОЕННОГО ДЕЛА В ЭМИРАТЕ МЕНТЕШЕ 

 

С.А.ЗЕЙНАЛОВА 

 

РЕЗЮМЕ 

 

В эмирате Ментеше военное дело занимало важное место. Здесь имелся могучий 



флот.  

Кораблями командовали капитаны, которые были на службе у эмиров. Во многих 

случаях начальники были среди христиан, принявших ислам. Во флоте эмирата Менте-

ше служило много критов. Также существовала морская пехота. 

Сухопутные  войска  состояли  из  пешеходных  и  конных.  Во  время  морских  боев 

морские пехотинцы сидели в лодках, конные защищали корабли от нападений. 

Войска эмиратства Ментеше и вооружением, и ведением различных военных опе-

раций опережали османские войска. Но, начиная с конца XIV века, войска Ментеше в 

открытых боях проигрывают османским войскам, так как в это время они уже владели 

постоянной армией – корпусом янычаров. 



 

Ключевые слова: военное дело, флот, осада замков, янычары 

 

MILITARY ORGANIZATION IN MENTESHE EMIRATES 



 

S.A.ZEYNALOVA 

 

SUMMARY 

 

Military had a special place in the state structure of the Western Anatolian emirates. It 



should be noted that all the emirs, including Emir Menteshe had powerful fleets.  


 

85 


Ships  were  commanded by captains, who were employed by emirs. Reis were often 

Christians who accepted Islam. On the Menteshe emirate's fleet served many Cretans. The 

emirate had also marines.  

Ground forces consisted of cavalry and riders. During naval battles marines  stayed  on 

the boats and riders protected ships from attacks.  

The army of Menteshe emirate had advantage over the Ottoman army both in terms of 

armament and conduction of military operations. 

From the end of the XIV century, the army of Menteshe lost the battles to the Ottoman 

army, as they already possessed the permanent army – janissary corps. 

 

Key words: military, fleet, siege castles, janissaries 

 

 



 

Yüklə 51,44 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə