Baki universitetiNİn xəBƏRLƏRİ №4 Humanitar elml



Yüklə 71.07 Kb.

tarix15.03.2018
ölçüsü71.07 Kb.


 

105 


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4    

 

Humanitar elml

ər seriyası 

 

 

2013 

 

 

 

 

UOT 94(479.24) 

 

«ERMƏNİ MƏSƏLƏSİ»NİN YARANMASININ İLKİN SƏBƏBLƏRİ 

 

S.M.SEY

İDOVA 

Az

ərbaycan Dövlət Pedaqoji Universiteti 

ssevinj@yahoo.com 

 

M



əqalədə erməni məsələsinin Osmanlı imperiyasının ərazisində yaranmasının ilkin sə-

b

əbləri nəzərdən  keçirilmiş,  Osmanlı  imperiyası  ərazisində  erməni millətçilərinin fəaliyyət-

l

ərinin iri imperialist dövlətləri tərəfindən dəstəklənməsi və  ermənilərin türk torpaqları 

hesabına erməni dövləti yaratmaq məqsədini güddükləri sübuta yetirilmişdir. 

 

Açar sözl

ər:  erməni  məsələsi,  erməni  kilsəsi,  notabllar  şurası,  erməni  ideologiyası, 

Rus-türk müharib

ələri 

 

M

əqalədə erməni məsələsinin yaranmasının ilkin səbəbləri təhlil edilmiş-



dir. Erm

əni məsələsi XIX əsrdə meydana çıxan Şərq məsələsinin bir hissəsi idi. 

Bu m

əsələnin iki tərəfi mövcud idi. Birinci, böyük dövlətlər Osmanlı imperiya-



sını bölməkdən ötrü onu zəiflətməyə çalışırdılar. İkinci, ermənilər öz burjuazi-

yalar


ının  rəhbərliyi  altında  Osmanlı  imperiyası  ərazisində  öz dövlətlərini 

yaratmaq ist

əyirdilər. Məqalədə  tarix boyu erməni kilsəsinin  erməni  xalqının 

h

əyatına  rəhbərlik etdiyi göstərilir. Konstantinopolun fəthindən (1453) sonra 



Osmanlı  hökuməti  İstanbulda  patriarxlıq  yaratmağa  icazə  vermişdi, həmçinin 

Notabllar  şurası  yaradılmışdı  ki,  burada  maliyyə  aristokratiyasının  başçıları 

toplaşırdı. Ruhanilər kimi Notabllar şurası da xalqa rəhbərlik edirdi (1, 7). Mə-

qal


ədə Osmanlı hökuməti tərəfindən yaradılan bu əlverişli şəraitdən ermənilə-

rin m


əharətlə istifadə etməsi, erməni dövləti yaratmaq məqsədilə hər vasitələrə 

əl  atması  təhlil edilir.  Erməni  burjuaziyasının  inkişafında  Suriya,  Livan  və 

Amerikada yaşayan tacirlərdən kömək və xarici kapitalın axını da mühüm rol 

oynamışdı.  Qərb dövlətləri  Osmanlı  imperiyasını  özündən iqtisadi cəhətdən 

asılı salmaq, Qərb kapitalını burada yerləşdirmək üçün erməni burjuaziyasın-

dan dayaq nöqt

əsi kimi istifadə etməyə cəhd göstərmişdilər. Bu məqsədlə onlar 

ilk növb


ədə ruhanilərdən-missionerlərdən istifadə etmişdilər. Xarici missioner-

l

ər ermənilərin arasında protestant təriqətini təbliğ edərək, onları Qərb mədə-



niyy

ətinə  yaxınlaşdırmağa  çalışmışlar.  Qərb ticarət  kapitalı  bu  əhalinin orta 

ticar

ət burjuaziyasından vasitəçi kimi istifadə edirdi. Öz növbəsində bu burju-




 

106 


azi

yanın  inkişafı  milli  hərəkatın  inkişafına  təkan verdi. Erməni məsələsinin 

mey

dana çıxmasında böyük Avropa dövlətlərinin öz maraqları var idi. Avropa-



nın  böyük  dövlətlərinin  Osmanlı  imperiyasına  dair  siyasətləri ardıcıllıqda 

f

ərqlənmirdi.  



XVIII 

əsrin  əvvəllərində  Avropanın  böyük  dövlətlərindən biri Avstriya 

idi.  Avstriya  imperiyası  Osmanlı  imperiyası  ilə  bir neçə  dəfə  müharibələr 

aparmışdı. I (1768-1774-cü illər) və II (1787-1792-ci illər) rus-türk müharibə-

l

ərində  Avstriya  da  iştirak  etmişdi  (5,  99-109). Lakin Avstriya heç də  Ru-



siyanın Balkanlarda yeritdiyi siyasətdən razı deyildi. XVIII əsrin əvvəllərində 

İngiltərə  öz  ərazilərini Fransa və  İspaniyanın  müstəmləkələri  hesabına  geniş-

l

əndirdi. 1774-cü il Kiçik Qaynarca müqaviləsindən sonra İngiltərənin Osmanlı 



imperiyasına olan marağı daha da gücləndi (3, 27). 1828-1829-cu illərdə Rusi-

ya

nın Qafqazı işğal etməsi İngiltərənin narazılığına səbəb olur. İngiltərə Hin-



distan

dakı  müstəmləkələrin təhlükə  qarşısında  olduğunu  başa  düşür.  Bu 

s

əbəbdən İngiltərə Krım müharibəsində (1853-1856-cı illər) Rusiyanın mənafe-



yini müdafi

ə etmir. 1877-1878-ci illər rus-türk müharibəsində Osmanlı imperi-

ya

sı  məğlub  olur.  1880-ci ildən etibarən  Qladstonun  baş  nazirliyi dövründə 



İngiltərənin  Osmanlı  imperiyasına  dair  siyasətində  dəyişiklik  baş  verir.  Buna 

Qladsanun dediyi sözl

ər parlaq sübutdur. O deyirdi: «Ermənistana xidmət 

etm


ək sivilizasiyaya xidmət etmək deməkdir» (10, 66). Məhz Qladstonun baş 

nazirliyind

ən  başlayaraq  İngiltərəyə  artıq  vahid  Osmanlı  imperiyası  lazım 

olmadı.  V.F.Mayevskinin  təbirincə  desək «ingilis hipnozunun» təsiri  altında 

olan erm

ənilər isə  İngiltərəyə  yalnız  Osmanlı  imperiyasını  dağıtmaq  üçün 

lazım oldular (12, 43-44). Fransanın Osmanlı imperiyası ilə münasibətləri əsa-

s

ən imperator Napoleonun Misirə  yürüşü  dövründən  başlanmışdır  (Sultan 



Süleymanın  hakimiyyəti illərində  Fransa ilə  Osmanlı  imperiyası  arasında 

əlaqələr  olmuşdur).  Lakin  Vyana  konqresinin  qərarlarına  görə  Fransanın  Av-

ropa  siyas

ətində həlledici rol oynamaq hüququ yox idi. 1878-ci ildə keçirilən 

Berlin konqresind

ə  Fransa Almaniya və  İngiltərə  ilə  yaxınlaşmağa  başladı. 

1893-cü ild

ə Fransa Rusiya ilə, 1904-cü ildə isə İngiltərə ilə saziş bağlayaraq, 

Antanta ittifaqına daxil oldu. Bundan sonra, Fransa da Osmanlı imperiyasının 

torpaqlarının bölünməsində fəal rol oynamağa başladı (3, 28). 

Osmanlı imperiyasının ərazisinin bölünməsinin arzusunda olan dövlətlər-

d

ən biri də  Rusiya  idi.  Osmanlı  imperiyasının  tənəzzül dövrünün Rusiya ilə 



Kiçik Qaynarca sülh müqavil

əsinin bağlanmasından başlanmasını hesab etmək 

olar. M

əhz bu dövrdə Avropanın bir sıra dövlətləri Osmanlı dövlətinin daxili 



işlərinə  qarışmağa  başladılar.  «Erməni məsələsi» getdikcə  ümumavropa  əhə-

miyy


əti kəsb etməyə başladı və nəhayət ilk dəfə Berlin konqresində müzaki-

r

əyə qoyuldu. Berlin konqresinə qədər Osmanlı dövlətində hadisələrin inkişa-



fına  nəzər  salaq.  Artıq  qeyd  olunduğu  kimi,  İstanbulda  erməni  patriarxlığı 

yarandıqdan  sonra  İstanbula  böyük  miqdarda  ermənilər köçdü. A.Sancyanın 

verdiyi m

əlumata  əsasən XIX əsrin  əvvəllərində  İstanbulda  150  min  erməni 

əhalisi yaşayırdı ki, bu da ümumiyyətlə, Osmanlı imperiyasındakı ən iri erməni 



 

107 


icması  sayılırdı  (11,  69).Tarixdə  erməniləri  Osmanlı  imperiyası  əleyhinə  qal-

dıran ilk dövlət Rusiya olmuşdu (6, 25). Ruslar Səfəvi-Osmanlı dövlətləri ara-

sındakı gərgin münasibətlərdən istifadə edərək I Pyotrun dövründə Azərbaycan 

ərazisinə  daxil  olmuş  və  Xəzərsahili vilayətlərin bir hissəsini zəbt  etmişlər. 

Erm

ənilərin ruslarla eyni dindən olması  Rusiyanın  əlinə  böyük bir fürsət 



vermişdi  (6,  25). I Pyotrun ermənilərə  münasibətini onun dediyi sözlər daha 

aydın göstərir. «Sizi bir xristian kimi və xristianlığın naminə himayədən məh-

rum etm

ək mümkün deyildir» (10,  46).  Erməni  xadimi  İsrail  Ori  I  Pyotra 



n

əinki Azərbaycana, bütövlükdə  Cənubi Qafqaza,  həmçinin  Osmanlı  imperi-

yasına  da  yürüş  etməyi  təklif  etmişdi  (8,  245). I Pyotrun ölümü onun Azər-

baycan v


ə Osmanlı imperiyası ərazisində Erməni dövlətini yaratmaq planlarını 

pozdu.  1774-cü il Rusiya il

ə  Osmanlı  imperiyası  arasında  bağlanan  Kiçik-

Qaynarca sülh müqavil

əsindən  sonra,  ruslar  Kabardanı  ələ  keçirdilər və 

Osmanlı  imperiyasında  xristianlara  himayə  etmək hüququnu əldə  etdilər  (3, 

23). 1783-cü ild

ə Rusiya Krımı işğal edərək Qara dəniz sahillərinə çıxdı. II rus-

türk müharib

əsi (1787-1792) illərində heç bir köklü dəyişiklik baş vermədi (3, 

23). H

ər iki rus-türk müharibələri dövründə ermənilər özgə ərazilərində dövlət 



yaratmaq arzularından əl çəkmədilər (2, 149-151). 1760-cı ildən bu istiqamətdə 

f

əaliyyətə  başlayan  İran  tacirinin  oğlu  İosif  Emin  1761-cı  ildə  Peterburqa 



g

ələrək kansler Vorontsovla görüşmüş və «gürcü-erməni» dövlətinin layihəsini 

ona t

əqdim etmişdi. Bu planı gürcü çarı II İrakli də bəyənmişdi. Lakin sonra-



dan o, erm

əni katalikosu Simeonun «gürcü-erməni» dövlətinin layihəsinin 

əleyhinə olduğunu bəhanə edərək bu plandan əl çəkdi. Əslində II İrakli Osman-

lı imperiyası ilə münaqişənin Gürcüstanın xeyrinə olmadığını başa düşürdü (9, 

392). 1801-ci ild

ə Rusiya Gürcüstanı özünə birləşdirdi. 1813-cü ildə İranla Gü-

lüstan müqavil

əsinə əsasən Şimali Azərbaycan Rusiya imperiyasının tərkibinə 

keçdi. 1828-ci ild

ə Türkmənçay müqaviləsinə əsasən Naxçıvan və İrəvan xan-

lıqları  Rusiya  tərəfindən  işğal  edildi.  Beləliklə,  İrəvanda yerləşən Eçmiədzin 

(Üçmü


ədzin) katalikosluğu Rusiya ərazisinə keçdi (3, 23). 1828-ci ildə başla-

nan rus-türk müharib

əsi illərində  general  Paskeviçin  başcılığı  altında  rus  qo-

şunları Ərzuruma qədər gəldilər. 1829-cu il sentyabrın 14-də bağlanmış Ədirnə 

müqavil

əsinə əsasən Rusiya Dunayın deltasındakı adaları, Kuban çayının mən-



s

əbindən müqəddəs Nikolay körpüsünədək Qara dəniz sahillərini Axaltsixi, 

Axalkalaki (Axalk

ələk) və Ağçuranı, həmçinin qızıl pulla 33 milyon manat təz-

minat aldı (5, 130-131). 

Bel


əliklə,  Osmanlı  imeperiyası  Qafqazdakı  torpaqlarını  itirdi.  General 

Paskeviçin Ərzurum yürüşü zamanı ermənilər rus qoşunları şərəfinə nümayiş 

t

əşkil  etdilər.  Ədirnə  müqaviləsinin  şərtlərinə  görə  Ərzurum  və  Alaşkirdin 



erm

əni əhalisi Qafqaza köçə bilərdi. 100000 erməni Qafqaza köçərək İrəvan, 

Axalkalakid

ə  yerləşdirildi.  Azərbaycan  ərazisində  erməni  əhalisinin  sayı  süni 

sur

ətdə artırıldı (3, 23). Türkmənçay müqaviləsindən sonra rus çarı İrəvan və 



Naxçıvan  xanlıqlarının  erməni vilayətləri  olduğunu  elan  etdi.  Ermənilər bu 

ərazidə  Rusiyanın  erməni  çarlığı  yaradacağını  və  rus  çarının  «erməni  çarı» 




 

108 


titulunu q

əbul edəcəyinə ümid edirdilər. Rusiya isə erməni çarlığını yaratmağı 

planlaşdırmırdı.  Rusiya  I  Pyotr  və  II  Yekaterinanın  «Bizansı  ələ  keçirmək» 

arzusundan 

əl çəkmirdi. 

Ədirnə  sülhündən  sonra  Osmanlı  imperiyasında  bir  sıra  dəyişikliklər 

h

əyata keçirildi. 1839-cu il iyulun 1-də Osmanlı imperiyasında Sultan I Əbdül-



m

əcid hakimiyyətə gəldi. Həmin il «tənzimat»ın başlanması haqqında manifest 

elan edildi. T

ənzimat elan edildikdən sonra erməni icmasının həyatında bir sıra 

d

əyişikliklər baş verdi. 1830-cu ildə erməni katolik icması rəsmiləşdi və onun 



r

əhbərliyinə  A.Çukuryan təyin edildi (3,  24). 1859-cu ildə  erməni-protestant 

icması rəsmiləşdi. 1844-cü ildə Notabllar şurasının (Milli Şura) tərkibi dəyişdi 

(3,  24). 1847-ci ild

ə  bu  şurada  əyanların  sayı azaldıldı.  1848-ci ildə  İstanbul 

patriarxlığının başında Akop Serobyan durdu (3, 24). Bu dəyişikliklərin həyata 

keçirilm

əsinə  1856-cı  il  fevralın  18-də  islahatlar  haqqında  sultanın  yeni  ma-

nifestinin  elanı  kömək etdi (3,  24). Manifestdə  Osmanlı  dövlətində  yaşayan 

bütün t


əbəələrin hüquq bərabərliyi elan edildi.1856-cı  il  manifesti  məcburiy-

y

ətdən irəli gələn zərurət  idi.  Çünki  Krım  müharibəsindən sonra,  Osmanlı 



imperiyasında yaşayan bütün xristianlara böyük dövlətlər himayəçilik edirdilər. 

Öz növb


əsində  bu manifestdən ermənilər məharətlə  istifadə  etdilər. 1863-cü 

ild


ə 99 maddədən ibarət «Erməni xalqının nizamnaməsi» qəbul edildi (3, 25).  

«Erm


əni məsələsi» adlandırılan məsələ rus-türk ziddiyyətlərinin məhsulu 

kimi ortaya çıxdığı üçün 1877-1878-ci illər Rus-türk müharibəsini ətraflı təhlil 

ed

ək. Bu müharibə Osmanlı imperiyasının tarixinə müharibələrdən ən faciəlisi 



kimi daxil olmuşdu. 1877-ci il aprelin 24-də müharibə elan edilən kimi erməni 

m

ənşəli  general  Loris  Melikovun  başcılığı  altında  rus  qoşunları  hücuma 



keçdil

ər və Bəyazid, Ərdəhan rusların əlinə keçdi (5, 176-182). Türk qoşunları 

Əhməd Muxtar paşanın başçılığı altında müqavimət göstərsələr də, rus qoşun-

ları Qarsı ələ keçirdilər. Ərzuruma yalnız sülh müqaviləsi bağlandıqdan sonra 

rus  qoşunları  daxil  oldu.  Qərb  cəbhəsində  Plevna  şəhəri  rusların  əlinə 

keçdikd


ən sonra, İstanbula yol açıq idi. Osmanlı imperiyası sülh istəməyə məc-

bur oldu. 1878-

ci il yanvarın 31-də Ədirnədə müharibəni dayandırmaq haqqına 

müqavil


ə imzalandı (5, 176-182). Ədirnə müqaviləsində ermənilərə aid heç bir 

b

ənd müzakirə  edilməmişdi.  Lakin  bu  danışıqların  gedişində  Erməni Milli 



M

əclisi gizli şəkildə Eçmiədzin katalikosu vasitəsilə rus çarına memorandum 

gönd

ərdi. Erməni tarixçisi Saruxanın verdiyi məlumata əsasən memorandumda 



aşağıdakı üç maddə əsasında erməni məsələsi həll edilməli idi: 1. Fərat çayına 

q

ədər  ərazilərin Rusiyaya birləşdirilməsi.  2.  Birləşmə  mümkün  olmayacağı 



halda, erm

ənilərə, bolqarlara aid olan bütün imtiyazlar veriləcək. 3. İslahat ke-

çiril

əcəyi müddətdə rus qoşunları Osmanlı imperiyası ərazisindən çıxmayacaq-



lar (11, 106). 

San-


Stefano danışıqlarının gedişində patriarx Nerses rusların iqamətgahı-

na g


ələrək, böyük knyaz Nikolaya rəsmi müraciət etmiş və müqaviləyə erməni-

l

ər  haqqında  maddə  salınmasını  xahiş  etmişdi  (7,  14-17). Erməni kilsəsinin 



f

əaliyyəti bu dəfə uğurlu oldu. San-Stefano ilkin sülh müqaviləsinin 16-cı mad-




 

109 


d

əsi ermənilərə  həsr edildi. Bu maddəyə  görə  Osmanlı  imperiyasının  erməni 

vilay

ətlərində dərhal lazımi islahatlar keçirilməli idi. Bu islahatlar keçirilənə-



d

ək rus qoşunları işğal etdikləri Osmanlı imperiyasının torpaqlarını öz əllərində 

saxlamaqda davam edirdil

ər. Ermənilər muxtariyyət almırdılar. Lakin Batum, 

Qars, Ərdəhan, hətta Ərzurum və ermənilərin nisbi çoxluq təşkil etdikləri vila-

y

ətlər Rusiyanın protektoratlığı altında qalmalı idilər. Çar Rusiyanın «özlərini 



onun himay

ədarlığına  vermiş  ermənilərin  yaşadığı  dağlıq  ərazilərə  möhkəm 

q

ədəm basmaq cəhdi» Yaxın Şərqdəki əsas rəqibləri İngiltərə, Fransa, Alma-



niya v

ə Avstriya tərəfindən dəf edildi (1, 10). 

Almaniyanın  kansleri  Bismarkın  təşəbbüsü ilə  San-Stefano sülhünün 

şərtlərinə  yenidən  baxılması  üçün  Berlin  konqresinə  qədər ermənilər  bir  sıra 

t

ədbirlər həyata keçirtdilər. 1878-ci il martın 17-də patriarx Nerses İngiltərənin 



s

əfiri Leyerdin yanına gələrək, Osmanlı imperiyasındakı ermənilərin Ermənis-

tan dövl

əti yaratmaq tələblərini  ona  çatdırdı.  Nerses  Van,  Sivas,  Diyarbəkir, 

keçmiş  Kilikiya  çarlığının  ərazilərinin ermənilərə  verilməsini tələb edirdi (5, 

183-192). Patriarx Nerses öz nümay

əndələri Xrimyan və Xoren Narbəyi Paris, 

London v


ə  Berlinə  göndərdi. Erməni  nümayəndələri iyunun 13-də  Berlinə 

g

əldilər və Osmanlı imperiyasının ərazisində «Erməni dövləti»nin yaranmasını 



n

əzərdə  tutan layihəni Avropa dövlətlərinin konqresindəki nümayəndələrinə 

t

əqdim etdilər (4,  30-35). Layihə  6 bənddən ibarət idi. Layihənin məzmunu 



üz

ərində  ətraflı  dayanmayacayıq.  Bu  layihə  Berlin  traktatına  61-ci maddənin 

salınmasına  müəyyən təsir göstərdi. 61-ci maddəyə  görə  Osmanlı  hökuməti 

erm


ənilər  yaşayan  vilayətlərdə  onların  təhlükəsizliyini təmin etməli və  isla-

hatlar keçirm

əli idi (4,  176-177). Müqaviləyə  görə  İngiltərə  Osmanlı  imperi-

yasını Rusiyadan qorumaq öhdəliyi müqabilində Kipr adasını aldı (4, 176-177). 

Erm

ənilər Berlini müsbət nəticə əldə etmədən tərk etsələr də, bu dövrdən 



başlayaraq «erməni məsələsi» beynəlxalq siyasətdə öz yerini tutdu və Avropa-

nın böyük dövlətlərinə Osmanlı dövlətinin daxili işlərinə qarışmaq üçün zəmin 

ya

ratdı. 


M

əhz bu dövrdən etibarən erməni millətçilərinin fəaliyyəti daha da geniş-

l

ənməyə başladı və XIX əsrin 80-ci illərindən başlayaraq bu günə qədər ermə-



nil

ər öz məkrli niyyətlərini həyata keçirmək üçün ən ağır cinayət üsullarından 

biri olan «terror»a 

əl atdılar. 



 

ƏDƏBİYYAT 

1.

 



Qurko-Kryajin V. Erm

əni məsələsi. Bakı: Kommunist, 1990, 31 s. 

2.

 

N



əcəfli Gültəkin. XVIII əsrdə  Azərbaycan ərazisində  erməni dövləti  yaradılması  cəhdləri. 

Bakı: Nurlan, 2007, 248 s. 

3.

 

Seyidova S.M.,  Ramazan U. 



Osmanlı  imperiyasında  milli  münasibətlər  -  erməni məsələsi 

(XIX 


əsrin II yarısı-XX əsrin I rübü): Dərs vəsaiti. Bakı: Adiloğlu, 2002, 80s. 

4.

 



Hasan  Kundakçı,  E.Korgeneral.  Emperializmin  kullandığı  ermeniler.  Ankara:  Türkiye 

qazil


ər Vakfı yayınları, 2001, 170 s. 

5.

 



Receb Şahin. Tarix boyunca türk idarelerinin ermeni politikaları. İstanbul, Kamer yayınları, 

1998, 150 s. 




 

110 


6.

 

Süleyman Koçabaş. Ermeni meselesi nedir, ne degildir? Kayseri: Vatan yayanları, 1985, s. 25.  



7.

 

Şenol  Kantarcı.  Ermeni  sorunu:Pencereden  Bakmak  ya  da  manzaranın  bütününü  görmek. 



İsparta: T.C.Süleyman Demiral Universitesi Yayınlar 34, 2005, 242 s. 

8.

 



История армянского народа. Ереван: Айпетрат, 1951, 291 с. 

9.

 



История Грузии. Тбилиси: 1964, стр. 392. 

10.


 

Киракосян  Дж.С.  Буржуазная  дипломатия  и  Армения  (70-е  годы  XIX  века).  Ереван: 

Ереванский Университет, 1981, 310 с. 

11.


 

Кямуран Гюрюн. Армянское досье. Баку: Язычы, 1993, 372 с. 

12.

 

Маевский  В.  Армяно-татарская  смута  на  Кавказе,  как  один  из  фазисов  армянского 



вопроса. Баку: Шур, 1993, 48 с. 

 

ОСНОВНЫЕ ПРИЧИНЫ ПРОИСХОЖДЕНИЯ «АРМЯНСКОГО ВОПРОСА» 

 

С.М.СЕИДОВА 

 

РЕЗЮМЕ 

 

В  статье  рассматриваются  основные  причины  происхождения  «армянского  во-



проса»  на  территории  Османской  империи.  Доказано,  что  деятельность  армянских  на-

ционалистов поддерживалась  большими империалистическими  государствами,  которая 

была направлена против Османской империи и преследовала цели создания армянского 

государство за счет турецких земель. 



 

Ключевые слова: армянский вопрос, армянская церковь, совет Нотаблов, армянская 

идеология, русско-турецкие войны 



 

THE PRIMARY REASONS OF THE ORIGIN OF «THE ARMENIAN QUESTION» 

 

S.M.SEYIDOVA  

 

SUMMARY 

 

The article considers the primary reasons of the origin of «The Armenian Question» in 

the territories of the Ottoman Empire. It is proved that the activity of the Armenian nationalists 

was  maintained by  large imperialist states and  was directed against the  Ottoman Empire and 

pursued the purpose of creating the Armenian state at the expense of Turkish lands. 

 

Key words: Armenian question, Armenian church, Notables Council, Armenian ideol-

ogy, Russian –Turkish wars 



 

: Xeberler%20Jurnali -> Humanitar%20%202013%20%204
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Humanitar elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №2 Sosial-siyasi elml
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №2 Sosial-siyasi
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Sosial-siyasi elmlər seriyası
Humanitar%20%202013%20%204 -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Humanitar elmlər seriyası
Humanitar%20%202013%20%204 -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Humanitar elml
Humanitar%20%202013%20%204 -> Ba ki universitetiNİn xəBƏRLƏRİ №4 Humanitar elml
Humanitar%20%202013%20%204 -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Humanitar elml
Humanitar%20%202013%20%204 -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Humanitar elml


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə