117
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№4
Humanitar elml
ər seriyası
2013
UOT 94(479.24)
AZƏRBAYCAN-BÖYÜK BRİTANİYA ƏMƏKDAŞLIĞINDA MƏDƏNİ
ƏLAQƏLƏRİN İSTİQAMƏTLƏRİ
(1994-2004-cü ill
ər)
E.A.QASIMOV
Az
ərbaycan Dillər Universiteti
90qasimov@mail.ru
Müst
əqillikdən sonra Azərbaycan Respublikası Böyük Britaniya ilə birbaşa mədəni
sah
ədə əlaqələr qurmuşdur. Mədəni əməkdaşlığın əsas formaları və əlaqələrin həyata keçiril-
m
əsində iştirak edən orqanlar müəyyənləşdirilmişdir. Mədəni əlaqələrin formalaşmasında
Az
ərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyi, Azərbaycan Respublikasının
Lon
dondakı səfirliyi, Azərbaycan icması və b. orqanlar yaxından iştirak etmişdir. Əlaqələrin
əsas formaları isə incəsənət kollektivlərinin qarşılıqlı səfərləri, mədəniyyət günlərinin keçiril-
m
əsi və s. olmuşdur.
Açar sözl
ər: incəsənət, Böyük Britaniya, müqavilə, xarici siyasət, mədəniyyət
Az
ərbaycan dövlət müstəqilliyini elan etdikdən sonra beynəlxalq fəaliy-
y
ət sahəsində tamamilə yeni şərait yaratdı. Azərbaycan Respublikası Qərbi Av-
ropa dövl
ətləri ilə mədəni əlaqələr sahəsində əməkdaşlığının qurulması istiqa-
m
ətində müəyyən tədbirlər həyata keçirdi. Əməkdaşlıqda dünyanın mədəni
m
ərkəzlərindən biri olan Böyük Britaniya mühüm yer tuturdu.
Böyük Britaniya 1991-
ci il dekabrın 31-də Azərbaycan Respublikasının
dövl
ət müstəqilliyini tanıdı, 1992-ci il martın 11-də diplomatik münasibətlər
yaradan bu Q
ərbi Avropa dövləti, 1993-cü ilin sentyabr ayında Azərbaycanda
s
əfirliyini açdı [1].
Az
ərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1994-cü ildə
Böyük Britaniyaya r
əsmi səfərindən sonra Azərbaycan Respublikası ilə Böyük
Britaniya arasında elmi-texniki, mədəniyyət, təhsil sahələrində əməkdaşlıq baş-
landı.
Heyd
ər Əliyev 1994-cü il fevralın 23-də Azərbaycan Respublikası höku-
m
əti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı hökumətləri
ara
sında elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq haqqında 16 maddə-
d
ən ibarət sazişi imzaladı [2].
118
M
ədəni əlaqələrin formalaşmasında Azərbaycan Respublikasının Lon-
don
dakı səfirliyi də yaxından iştirak etmişdir. Azərbaycanın Böyük Britaniya-
dakı səfirliyinin və Azərbaycan icmasının birgə səyi nəticəsində Londonda
«Az
ərbaycan» qəzetinin ilk nömrəsi 1994-cü ilin may ayında çapdan çıxdı [7].
Bu Az
ərbaycan həqiqətlərinin çatdırılmasında böyük töhfə verdi.
Böyük Britaniya il
ə mədəni əlaqələrin genişlənməsində Azərbaycan Res-
pub
likası Gənclər, İdman və Turizm Nazirliyi də iştirak etmişdir. Azərbaycan
Res
publikası Gənclər, İdman və Turizm Nazirliyinin fəaliyyətinin əsas istiqa-
m
ətlərindən biri də gənclər arasında və idman sahələrində beynəlxalq əlaqələ-
rin qurul
ması idi. Bu, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırıl-
ma
sına, Azərbaycan gənclərinin Qərb ölkələrinin plüralizm və demokratiya
t
əcrübəsi ilə müntəzəm tanış edilməsinə Azərbaycan idmançılarının, mütəxəs-
sisl
ərinin, idman xadimlərinin beynəlxalq yarışlarda və digər tədbirlərdə iştira-
kına şərait yaradılmasına, əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə xeyli
köm
ək edir.
Az
ərbaycan Respublikasının Gənclər və İdman naziri Ə.Qarayev 1998-ci
il 16-17 aprel tarixd
ə «Keçmiş Sovet İttifaqında demokratik quruculuğun inki-
şafı» mövzusunda London konfliktlər və dövlət quruculuğu informasiya şəbə-
k
əsinin (LİNKS) keçirdiyi tədbirdə iştirak etdi [3]. O, konfransda «Azərbaycan
demokratiyanın inkişafı yolları» mövzusunda məruzə ilə çıxış etdi. Məruzənin
giriş hissəsi, Azərbaycan dövlətçiliyinin tarixinə və bu günkü vəziyyətinə həsr
olunmuşdu. Nazirin çıxışında həmçinin geniş surətdə Ermənistanın Azərbay-
cana t
əcavüzü əks etdirildi. Bunun nəticəsi olaraq insani, maddi və mənəvi və
s. itkil
ər göstərildi.
Böyük Britaniyada keçiril
ən müxtəlif tədbirlərdə gənclərin və idmançıla-
rın iştirakına ayrıca diqqət yetirilmişdir. Belə ki, 1999-cu ilin may ayında
Avropa Şurasının “Astion D” proqramı çərçivəsində, Azərbaycan Gənclər
T
əşkilatları Milli Şurası və Böyük Britaniyanın Xristian Gənclər Təşkilatının
birg
ə “Avropaya Körpü” layihəsində Böyük Britaniyanın Uels əyalətində
g
ənclər işinə dair 5 azərbaycanlı gənc təcrübə mübadiləsi keçdi [6].
2001-ci ild
ə Böyük Britaniya idmançıları Azərbaycanda keçirilən Novruz
bayramına, Qurtuluş gününə, general Həzi Aslanovun xatirəsinə, konstitusiya
günün
ə, Beynəlxalq Bakı Federasiyasının prezidenti Ə.Çokdrinin şərəfinə həsr
olunmuş turnirlərdə iştirak etdilər [4].
İki ölkə arasında turizm sahəsində əlaqələri inkişaf etdirmək məqsədilə
Az
ərbaycanın Londondakı səfiri R.İbrahimov 2004-cü il oktyabr ayının 14-də
Böyük Britaniyanın Turizm üzrə Təşkilatının (BTT) xarici əməliyyatlarının
müdiri Roçer Conson il
ə görüşdü. Görüş zamanı səfir 2004-cü il noyabr ayının
8-11-d
ə Londonda keçirilən Dünya Turizm Sərgisində Azərbaycan Respublika-
sının iştirakını təsdiqlədi. Sərgi zamanı BTT-nın sədri və Azərbaycan nüma-
y
əndələri arasında görüşün təşkil edilməsini xahiş etdi. R.Conson bu məsələni
BTT-d
ə araşdırıb əlavə məlumatı səfirliyə təqdim edəcəyini əmin etdi [5].
119
Daha sonra Az
ərbaycan və Britaniya arasında turizm inkişafına diqqət
yetirilm
əsini vurğuladı və BTT-nın bu məsələlərdə təcrübəsini nəzərə alaraq,
t
əşkilat tərəfindən kömək və məsləhət verilməsini xahiş etdi. R.Conson Azər-
baycan v
ə Britaniya turizm əlaqələrinin genişləndirilməsini dəstəklədi. Birbaşa
uçuşlarını, turizmin xüsusi sahələrinin inkişaf edilməsini zərurətini bildirdi və
xarici m
ətbuatda Azərbaycanın daha çox işıqlandırılmasını təklif etdi. R.Conson
beyn
əlxalq müxbirlərin Azərbaycana səyahət etməsini məqsədəuyğun saydı.
M
ədəni əlaqələrin əsas formalarından biri də incəsənət kollektivlərinin
qarşılıqlı qastrol səfərləri, mədəniyyət günlərinin keçirilməsi və xeyriyyə
t
əşkilatlarının fəaliyyəti olmuşdur.
1999-cu il 11-19 oktyabr tarixd
ə Azərbaycanda Böyük Britaniya həftəsi
keçirildi. Britaniya Şurasının Bakıdakı nümayəndəliyi ilə keçirilən görüşlərdə
h
əmin həftəlik çərçivəsində idman tədbirlərinin də keçirilməsi planlaşdırıldı. 7-
11 yaşlı uşaqlarla məşğul olan, futbol, otüstü xokkey və tennis üzrə məşqçilər
üçün n
əzərdə tutulan seminarda 25 nəfər məşqçi-müəllim iştirak etdi. Semi-
narda istifad
ə olunan və İngiltərədən gətirilmiş digər idman ləvazimatları
m
əşqçilərə hədiyyə edildi. Seminarı İngiltərədən gəlmiş məşqçilər Qari Nil və
Karol Hauman keçirdil
ər.
B
öyük Britaniyanın “Samaritan`s Purse” xeyriyyə təşkilatının təşəbbüsü
il
ə Azərbaycanda məskunlaşan qaçqın, köçkün və kimsəsiz ailələrdən olan
uşaqların sevincinə şərik olmaq məqsədilə 2000-ci ilin iyun ayında müvafiq
proqram
əsasında İngiltərənin tanınmış futbol klublarının veteranları Sumqayıt,
Bakı, Sabirabad və Göyçay rayonlarında futbol məşqləri, oyunları keçirdilər.
Bu proqramın əsas məqsədi adı çəkilən uşaqlara “Yeni il” hədiyyələrin gətiril-
m
əsi idi. Sentyabr, oktyabr aylarında həmin təşkilat vasitəsilə İngiltərənin ATN
teleşirkətinin nümayəndələri Azərbaycanda oldu. Sumqayıt, Sabirabad, Saatlı
v
ə Bakı şəhərində məskunlaşmış qaçqın, köçkün və kimsəsiz uşaqlar və Azər-
baycan haqqında veriliş hazırlayıb İngiltərə televiziyası vasitəsi ilə yayıldı.
2000-ci ild
ə Böyük Britaniyanın «Bullies Ballerinas» müasir caz rəqs an-
samblı üç gün bakılıların qonağı oldu. Rəşid Behbudov adına Mahnı Teatrında
bu ansamblın çıxışlarını tamaşaçılar alqışlarla qarşıladılar [10]. 1990-cı ildən
f
əaliyyətə başlayan ansambl Azərbaycana Böyük Britaniyanın Azərbaycandakı
s
əfirliyinin təşəbbüsü ilə dəvət olunmuşdu. Konsertlər zamanı rəqs ansamblına
Böyük Britaniyanın «Ernst and Young», «Consafe», «BP» və digər şirkətləri
sponsorluq etdil
ər. Eyni zamanda ansambl Azərbaycan xoreoqrafiya məktəbi-
nin 40 şagirdi ilə 2 seminar keçirdi.
Xarici ölk
ələrdə mövcud olan səfirliklərin mədəniyyət və təhsil şöbələri-
nin funksiyalarını həyata keçirən Britaniya Şurası Azərbaycanda uğurlu
f
əaliyyətini davam etdirdi. Bu layihələrdən biri Böyük Britaniyanın tanınmış
«Coldrush» qrupunun 2004-cü ild
ə Bakıda keçirilən konserti idi [9]. Heydər
Əliyev adına sarayda keçirilmiş konsert tamaşaçılar tərəfindən böyük rəğbətlə
qarşılandı.
120
2000-ci ild
ə Azərbaycan Xalçası və Xalq Təbabəti Sənəti Dövlət mu-
zeyinin direktoru R.Tağıyeva Böyük Britaniyada keçirilmiş konfransda, Musiqi
M
ədəniyyəti Dövlət Muzeyinin direktoru A.Bayramova Edinburqda sim-
poziumda oldu.
M
ədəniyyət Nazirliyi və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin
m
ədəniyyət şöbəsi ilə birgə aparılan danışıqlar nəticəsində iyun ayının 19, 20,
21-d
ə Londonun «Volkano» teatrı Bakıya qastrola gəldi. Kollektiv Azərbaycan
Dövl
ət Musiqili Komediya teatrında U.Şekspirin sonetləri əsasında hazırlanmış
tamaşa ilə çıxış etdi.
2001-ci ild
ə Britaniya Şurasında keçirilmiş mətbuat konfransda çıxış
ed
ən şuranın sədri xanım Marqaret Cek bildirdi ki, Azərbaycanın üç incəsənət
nümay
əndəsi Böyük Britaniyanın incəsənət təşkilatlarının işində iştirak etmək
üçün dörd h
əftəlik Britaniyaya səfər edəcəklər. M.Cekin sözlərinə görə, bu
s
əfəri Visiting Arts təşkil edir. Proqramın əsas məqsədi incəsənət sahəsində
əlaqələrin genişləndirilməsidir [11].
2001-ci ild
ə Bakıda uğurlu konsert verən tanınmış britaniyalı pianoçu
Deniel Qrinvud yenid
ən növbəti konsertini 2002-ci ildə ikisi Bakıda, biri isə
G
əncədə olmaqla keçirdi. Pianoçunu Aleksey Miltix, Dilarə Mehdiyeva, Soltan
M
əmmədova və Vaxtanq İmanovdan ibarət Azərbaycan kvinteti müşayiət
edirdi. Bu, Deniel Qrinvudun Az
ərbaycana ikinci səfəri idi. Onun 2001-ci ildə
Bakıda verdiyi konsertlər böyük uğurla keçmişdi. Britaniya pianoçusunun
konsertl
əri Britaniya Şurasının və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi
il
ə təşkil olunur. O, kamera və orqan musiqisi salonunda, Bakı Musiqi Akade-
mi
yasında və Gəncə Dram Teatrının səhnəsində çıxış etdi [12].
M
ədəni əməkdaşlığın qurulması və inkişaf etdirilməsinin tarixi əhəmiy-
y
əti var idi. Bu əlaqələr xalqların bir-birinə yaxınlaşmasına, qarşılıqlı anlaşma-
ya, h
əmin ölkələrin mədəniyyət sahəsində nailiyyətlərinin təbliğində mühüm
rol oynamışdır. Eyni zamanda Azərbaycan haqqında obyektiv informasiyanın,
z
əngin və mədəni tarixi haqqında məlumatların yayılmasında Ermənistanın
h
ərbi təcavüzünün nəticələri və respublikada yaranmış vəziyyət barədə
t
əsəvvür formalaşdırmağa kömək etmişdir.
ƏDƏBİYYAT
1.
Az
ərbaycan Respublikasının müstəqilliyini tanıyan və onunla diplomatik əlaqələr yaradan
dövl
ətlərin siyahısı. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin cari arxivi. 1993-cü il.
2.
Az
ərbaycan Respublikası hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığı hökuməti arasında təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlıq haqqında
saziş. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin cari arxivi. 1994-cü il.
3.
Az
ərbaycan Respublikası Gənclər, İdman və Turizm naziri cənab Ə.Qarayevin Londona
s
əfərinin yekunu barədə arayış. Azərbaycan Respublikası Gənclər, İdman və Turizm
Nazirliyinin cari arxivi. 1998-ci il.
4.
Az
ərbaycan Respublikası Gənclər, İdman və Turizm 2001-ci il üçün hesabatı. Nazirliyinin
cari arxivi. 2001-ci il.
5.
Az
ərbaycan Respublikasının Londondakı səfiri R.İbrahimovun Böyük Britaniyanın Tu-
rizm üzr
ə Təşkilatının Xarici Əməliyyatlarının müdiri Roçer Conson ilə söhbətinin yazısı
121
(2004-cü il 14 oktyabr). Az
ərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyinin
cari arxivi. 2004 -cü il.
6.
Böyük Britaniya v
ə Azərbaycan arasında gənclərlə iş və idman sahəsində əlaqələr barədə
arayış (1998-2000-ci illər). Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazir-
liyinin cari arxivi. 2000-ci il.
7.
Günün x
əbərləri. «Xalq» qəzeti, 1994, 10 iyun.
8.
British Council növb
əti layihəsini təqdim etdi. «Respublika» qəzeti 2004, 10 oktyabr.
9.
Ansamblın konserti başa çatdı. «Respublika» qəzeti, 2000, 5 dekabr.
10.
Britaniya-Az
ərbaycan əlaqələri genişlənir. «Respublika qəzeti», 2001, 14 oktyabr.
11.
Britaniyalı pianoçu Daniel Qrinvud Bakıya gələcək. «Azərbaycan» qəzeti, 2002, 30 oktyabr.
СОТРУДНИЧЕСТВО МЕЖДУ АЗЕРБАЙДЖАНОМ И
ВЕЛИКОБРИТАНИЕЙ В КУЛЬТУРНЫХ ОТНОШЕНИЯХ
(1994-2004
гг.)
Э.A.КАСУМОВ
РEЗЮМЕ
После обретения независимости Азербайджанская Республика установила отно-
шения в культурной сфере с Великобританией. Были определены основные формы и ор-
ганы для реализации отношений. Министерство Молодежи, Спорт и Туризма Азер-
байджанской Республики, посольство Азербайджанской Республики в Лондоне, сооб-
щества Азербайджана и другие организации приняли активное участие в формировании
культурных связей. Основными формированиями отношений были двухсторонние визи-
ты творческих коллективов, дни культуры и другие.
Kлючeвыe cлoвa: искусство, Вeликoбритания, соглашeниe, внeшняя пoлитика,
культура
COOPERATION BETWEEN AZERBAIJAN AND
GREAT BRITAIN IN CULTURAL RELATIONS
(1994-2004 years)
E.A.GASIMOV
SUMMARY
Having gained independence, the Republic of Azerbaijan established relations with the
United Kingdom in the sphere of cultural cooperation. There were many identified forms and
bodies for the implementation of these relations. Ministry of Youth, Sport and Tourism of
Azerbaijan Republic, Embassy of Azerbaijan Republic in London, Azerbaijan community and
other organizations take active parts in the formation of cultural relations. These relations
manifest in the form of mutual visits of groups, days of culture etc.
Key words: applied, Great Britain, agreement, foreign policy, culture
Dostları ilə paylaş: |