169
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№4
Humanitar elml
ər seriyası
2013
UOT 070
“AÇIQ SÖZ”
QƏZETİ VƏ HÜSEYN CAVİD
S.Q.HƏSƏNOVA
Bakı Dövlət Universiteti
Journalisim.bsu.edu.az
Hüseyn Cavid yar
adıcılığı bir əsrə yaxındır ki, tədqiq olunur. Tədqiqatçı alimlər Cavid
dramaturgiyasına və poeziyasına dönə-dönə müraciət etsələr də, publisistikası diqqətdən
k
ənarda qalıb. Yalnız bir-iki məqalə istisna olmaqla bu mövzuda geniş tədqiqatlar aparıl-
ma
mışdır. Əslində Cavid 1903-cü ildən – 1936-cı ilin sonuna kimi poeziya və dramaturgiya ilə
yanaşı publisistika ilə də məşğul olub. Bu publisistik məqalələr teatr tamaşalarına, bədii
əsərlərə, ədəbi mühitə, maarifə həsr edilmişdir.
Açar sözl
ər: ədəbi tənqid, çap, müəllif, publisistika, məqalə, əməkdaşlıq
Biz öt
ən məqalələrimizdə də qeyd etdik ki, Hüseyn Cavid yaradıcılığa
əsasən şeir və publisistiq məqalələri ilə başlayıb. H.Cavid də bir çox görkəmli
s
ənətkarlar kimi düşüncələrini, hisslərini sadəcə əsərlərində, şeirlərində deyil,
h
əm də publisistik, ədəbi-tənqidi məqalələrində əks etdirmişdir. Zaman keçdik-
c
ə H.Cavidin bu publisistik və ədəbi-tənqidi məqalələrini dərindən və əhatəli
öyr
ənməyə daha çox ehtiyac duyulur. Bu da cavidşünasları hələ də özəllikləri
elm
ə naməlum qalan Cavid publisistikasını araşdırmağa sövq edir.
Cavidşünaslıq, xususilə də sovet cavidşünaslığı öyrənildiyi halda, Cavid
publisistikasının araşdırılması, bu haqda irəli sürülən fikirlər, məqalələr heç bir
elmi araşdırmanın predmetinə çevrilməmişdir. H.Cavid publisistikası onun
b
ədii yaradıclığına nisbətən, demək olar ki, tədqiq edilməmişdir. Bu mövzuda
t
ədqiqatçı alim Kamran Əliyev tərəfindən “Hüseyn Cavidin publisistikası” adlı
m
əqalədə məlumat verilir. Müəllif məqaləsində bildirir ki: “Görkəmli sənətkar
publisistika il
ə daha sıx 1904-1916-cı illərdə məşğul olub və publisistik məqa-
l
ələrində ədəbi tənqidə, sözə dair irəli sürdüyü mülahizələr bu gün də öz
aktuallığını və müasirliyini itirməyib”.
K.Əliyevin bu fikirlərini filologiya elmləri üzrə fəlsəfə doktoru İsgəndər
Atilla “Əsrin şairi” kitabında da təsdiq edərək yazır ki: “H.Cavidin 1904-1917-
ci ill
ərdə publisistika ilə məşğul olub”. Lakin hər iki alim burada bir az yan-
lışlığa yol verir. Belə ki, 1920-ci ilin əvvəllərindən, 1936-cı ilin sonlarına kimi
170
Bakıda çap olunan mətbu orqanlarının əksəriyyətinin səhifələrində H.Cavidin
teatra,
ədəbiyyata, ədəbi mühitə, maarifin təbliğinə və s. mövzulara həsr etdiyi
onlarla m
əqalələri ilə rastlaşdıq.
Yeri g
əlmişkən qeyd edək ki, Cavid yaradıclığı boyu publisistika ilə də
m
əşğul olmuşdur. “Füyüzat”, “İrşad”, “Açıq söz”, “İqbal”, “Həqiqət”, “Gənc
işci”, “Ədəbiyyat”, “Maarif və mədəniyyət”, “Qızıl Şəfəq”, “Yeni yol” və s.
m
ətbuat orqanlarında müxtəlif mövzuda və müxtəlif janrda məqalələrlə çıxış
et
mişdir. Unutmaq olmaz ki, H.Cavidin publisistikasına məqalələrindən əlavə,
onun m
əktubları da daxildir. Şərifzadəyə, Məmmədəli Sidqiyə və Əziz Şərifə
yazdığı məktubları onun yaradıclığında önəmli yer tutur. Bu məktublar
haqqında mətbuat tariximizin görkəmli tədqiqatçısı Ə.Şərif “Geçmiş günlər-
d
ən” adlı əsərində çox geniş məlumat verir. Növbəti məqalələrimizdən birində
bu haqda
ətraflı məlumat verəcəyik.
İndi isə H.Cavidin müxtəlif janrlarda və mövzuda olan bu publisistik mə-
qal
ələri haqqında söhbət açacağıq. H.Cavidin bu məqalə və yazıları yeni
m
əktəblərin açılmasına, elmin, maarifin inkişafına, teatrın təbliğinə, yeni əsər-
l
ərin tərtibinə və s. məsələlərə həsr edilib. İstər kiçik məzmunlu məqalə və çı-
xışlarında, istərsə də böyük həcimli əsərlərində H.Cavid heç zaman kimsəyə
xoş gəlmək üçün “mədhiyyə” yazmayıb. Bu hiss onun təbiətinə çox yad olub.
H
ələ İstanbulda oxuyarkən bir qrup tələbə yoldaşlarının Sultan Əbdülhəmidə
imzaladığı məktubda bunun bir daha şahidi oluruq. Buna sübut olaraq “İrşad”
q
əzetinin 1906-cı il 4 sentyabr tarixli sayına diqqət yetirək. Qəzetin həmin
sayında İstanbulla bağlı bir neçə xəbər dərc edilib. Bu xəbərlərin arasında bir
m
əktub diqqətimi cəlb etdi. Məktubun məzmunundan bəlli olur ki, Rusiyadan
İstanbula təhsil almağa gedən tələbələr Türk Sultanı II Əbdülhəmidin şənlik
gününün keçirilm
əsi münasibətilə ona təbrik məktubu göndərmişlər. Məktubun
sonunda “s
ənin qulun...” (7) sözlərindən sonra hər bir tələbənin ad və soyadı
göst
ərilib, H.Cavidin isə adı və soyadı onların arasında yoxdur.
T
ədqiqatçı alim Qulam Məmmədli bu haqda fikrini belə bəyan edirdi:
“O, sultana yaltaqlanmaq ist
əməmiş, öz heysiyyətini, öz varlığını ondan çox
yüks
ək tutmuşdur” (3, 18-19).
Öz qürurunu kims
əyə alçaltmayan Cavid ömrü boyu belə yaşamış, nə
q
ədər maddi və mənəvi cətinlikləri olsa belə, kimsəyə xoş gəlmək üçün “məd-
hiyy
ə” yazmamış, yalnız xalqının azadlığı, elmə-təhsilə sahib olması uğrunda
q
ələmi və sözü ilə mübarizə aparmışdır. Hələ yaradıcılıq aləminə yenicə qədəm
qoyan şair bu məsələlər haqqında dövrü mətbuatda publisistik yazılarla müntə-
z
əm olaraq çıxışlar etmişdir.
1904-cü ild
ə “Şərqi-Rus”un 21 may tarixli sayında “O kəs ki, elmdən
m
əhrum cahilliyə “fanatikdir” söyləyən müəllif sonralar bu fikirlərini “Həyat”,
“İrşad”, “İqbal”, “Yeni İqbal”, “Həqiqət”, “Yeni irşad”, “Açıq söz”, “Füyuzat”,
“M
əktəb”, “Şəlalə” və s. mətbu orqanlarında davam etdirmişdi. Xalqın inkişafı,
adamların savad, elm qazanması H.Cavidi düşündürən ən ciddi məsələlərdən
olmuşdur. Cavid millətin başına gələn fəlakətləri cahillikdə, elmsizlikdə görür-
171
dü. Publisistik m
əqalələrində də daha çox məktəbin təbliğinə yer verirdi.
S
ənətkar Üzeyir bəyin redaktoru olduğu “Həqiqət” qəzetində bu mövzuda çox
yazılar çap etdirmişdir.
“H
əqiqət”in 1910-cu il 14 may tarixli sayında H.Cavid yazırdı: “Bir mil-
l
ətin tərəqqi etməsini bilmək üçün millətin məktəblərini, daha doğrusu, ibtidai
m
əktəblərini görmək kifayət edər. Avropaya meydan oxuyan Almaniyanın,
qoca Rusiyanı həyəcana düşürən Yaponiyanın bütün bu tərəqqiyyatı-cilddiyyə-
l
əri hər ibtidai məktəblər sayəsindədir”. Məqaləsinin sonunda müəlif bildirirdi
ki, m
əktəblər millətin hər halını əks etdirir. Məktəblərin azlığı, yarıtmazlığı,
qızların məktəbə cəlb edilməməsi, müəllim problemi bu gün bizim məktəblərin
ən vacib problemlərindəndir.
Bel
ə mətbu orqanlarından biri də istiqlal lideri M.Ə.Rəsulzadənin rəhbər-
liyi il
ə fəaliyyətə başlayan “Açıq söz” qəzeti idi. H.Cavid yaradıclığına və
şəxsiyyətinə böyük hörmət və ehtiramla yanaşan M.Ə.Rəsulzadə qəzeti ilə
ədibin əməkdaşlığından qürur duymuş, hələ qəzet nəşrə başlamazdan əvvəl
dövrü m
ətbuat Cavid Əfəndinin qəzetlə əməkdaşlığı haqqında mütəmadi
m
əlumatlar vermişdir.
M
əsələn, Haşım bəy Vəzirovun “Sədayi-Qafqaz” qəzetinin 30 avqust
1915-
ci il tarixli sayında belə bir elan çap edilib: “Yaxın günlərdə “Açıq söz”
adında gündəlik bir qəzetə nəşr ediləcək. Qəzetədə Ömər Faiq, Hüseyn Cavid
əfəndi kimi müqtədir mühərrirlər və ədiblər dəxi iştirak edəcəklər” (8). Eyni
il
ə belə bir məzmunlu elanla “Bəsirət” qəzetinin 12 sentyabr 1915-ci il (6)
tarixli sayında rastlaşdıq. H.Cavidin “Açıq söz”lə ilk əməkdaşlığı 16 oktyabr
1915-
ci il tarixli sayında çap olunan “Ey ruhi-pürsükun” adlı şeiri ilə başlayır
(5). Doqquz gün (25-26 oktyabr) sonra is
ə ədibin “Müharibə və ədəbiyyat” (5)
s
ərlövhəli publisistik məqaləsi çap edilir. Müharibənin insanların həyatına
g
ətirdiyi dəhşətlərin ədəbiyyata, onun inkişafına da zərbə vurmağından təssüf-
l
ənən müəllif yazırdı: “ədəbiyyatımız da büsbütün alt-üst olacaq. Həm də insaf-
sız, mərhəmətsiz; etinasız bir surətdə yırtılıb, atılacaq, heyhat!” (5). Bu mövzu-
da mü
əllif “Bəsirət”, “Qardaş köməyi” mətbu orqanlarında da “Hərb və fəla-
k
ət” sərlövhəli məqalələr dərc etdirərək Birinci dünya müharibəsinin törətdiyi
d
əhşətlərdən oxucusunu hali edirdi.
Q
əzetin 28 dekabr 1915-ci il tarixli sayında elan verilir ki, yaxın günlərdə
H.Cavidin “Şeyx Sənan”(5) pyesi qəzetimizdə çap ediləcək. Həqiqətən də
1916-
cı ilin yanvarın 1-dən fevralın 2-nə kimi qəzetin 25 sayında pyes hissə-
hiss
ə çap olunub. Bu haqda H.Cavid Əziz Şərifə 30 may 1916-cı il tarixli
m
əktubunda yazırdı: “Şeyx Sənan”ı vaxtsız nəşr etdim. Daha münasib vaxta
buraxmalıydım. Lakin əgərçi məşhur ədiblər və tənqidçilərimiz tərəfindən bir
çox t
əqdirlər eşidildi, sükut ilə keçmədi. Fəqət bən çox arzu edərdim ki, yalnız
t
əqdir ilə qalmasın, qüsurları da göstərilsin” (2, 114).
Dem
əli, ədib sağlam tənqidə qarşı yaxşı münasibət bəsləyib. Bu haqda
t
ədqiqatçı alim, H.Cavidin yaxın dostu Əziz Şərif xatirələrində yazırdı: “Hü-
seyn Cavid t
ənqiddən qaçan, qorxan, inciyən şair deyildi. Mən hələ məktəbli
172
olduğum zaman onun əsərləri haqqında çəkinmədən öz rəyimi deyərdim, o da
m
ənimlə hesablaşardı və əsərlərinin bəzilərini mənim məsləhətlərimə görə
t
əzədən işlərdi. Çünki o zaman mənim tənqidim səmimi, xeyirxah tənqid idi.
M
ən onu bir dost kimi tənqid edirdim, o da bir dost kimi mənim tənqidimi
dinl
əyir, ağlına batanı qəbul, ağlına batmayanları isə rədd edirdi” (2, 143).
İllər sonra dövrün tanınmış publisisti Hacı İbrahim Qasımov yazırdı:
“Hüseyn Cavidin pyesini t
ənqidə cəsarət edəməyiz. Çünki Cavidi tənqid üçün
ikin
ci bir Cavid lazım gərək ki, o da zənnimizcə bizdə yox kimidir” (4).
H.Cavidin t
ənqidə münasibəti haqqında onun yaxın dostu Abdulla Şaiq də
“Xatir
ələrim”də geniş və ətraflı məlumat verir. H.Cavid özü də dövrün bir çox
ədiblərinin yaradıcılığı haqqında maraqlı ədəbi-tənqidi məqalələr yazmış,
fikirl
ər söyləmiş. 1916-cı ildə Bakıda görkəmli ədib C.Məmmədquluzadənin
“Ölül
ər” pyesi tamaşaya qoyularkən dövrün yazarları mətbuatda öz fikrini
bildirdil
ər. Onların arasında H.Cavid də var idi. “Açıq söz”ün 1 may 1916-cı il
tarixli sayında “Ölülər”ində sənətkaranə bir dirilik, mahiranə bir incəlik var”
söyl
əyən müəllif məqaləsində C.Məmmədquluzadə yaradıcılığına yüksək qiy-
m
ət verməklə yanaşı onu alqışlayır. Onu da qeyd edək ki, H.Cavid “Ölülər”
haqqında o zaman bir neçə mətbuat orqanında “Tuti” (7 may 1916), “Yeni iq-
bal” (29 sentyabr 1916) v
ə s. mətbuat orqanlarında da məqalələr çap etdirərək
“Ölül
ər”i son komediyalar arasında parlaq ulduza bənzədirdi” (3, 87).
Amma t
əəssüflər ki, 30-40-cı illərdə Azərbaycanın H.Cavid kimi böyük
şair və mütəfəkkirinin yaradıcılığı sosialist realizminin ideoloji, metodoloji
əyintilərinin qurbanı olaraq səhv təbliğ edildi. Dövrün tanınmış ədəbi tənqidçi-
l
əri, yazarları H.Zeynallı, M.Cəfər, M.K.Ələkbərli, Ə.Nazim, M.Quliyev,
M.Arif, M.Hüseyn, S.Rüst
əm və başqaları yerli-yersiz H.Cavidi nəinki tənqid,
h
ətta təhqir etməkdən belə cəkinməmişlər. Nə yaxşı zaman, tarix həqiqətləri faş
etdi. Ədəbiyyatşünas alim Y.Qarayev yazırdı ki: “Cavid zaman münasibətləri-
nin b
əlkə də ən mürəkkəbi, təzadlısı və ibrətlisidir. Bu gün tarix, elm həqiqət
güzgüsünd
ə yenidən görünməyə Cavid qədər ehtiyacı olan ikinci böyük ədəbi
simamız bəlkə də yoxdur” (3, 6) söyləyən alim nə qədər haqlıdır. Bu haqlılıq
ill
ər sonra həqiqətləri üzə çıxardı. Növbəti məqalələrimizdə bu haqda geniş
söhb
ət açacağıq.
Xalq arasında yeniliyi, maarifi təbliğ edən insanlara xüsusi rəğbət bəslə-
y
ən H.Cavid yaradıcılığında da onlara yüksək qiymət verirdi. “Açıq söz”ün 9
iyun 1917-
ci il tarixli sayında “M.Qurbanəli Şərifzadə” başlıqlı iri həcmli nek-
roloqda sevimli mü
əllimi maarifpərvər insan Məşədi Qurbanəli Şərifzadənin
elm, maarif yolunda etdiyi xeyirxah
əməllərini yada salaraq yazırdı: “Sağ əlinlə
verdiyini sol
əlin duymasın!..” üsuluna ən çox riayət edən, sadiq, fədakar,
h
əmiyyətli bir sima idi. O, böyük bir müəllim idi, camaət müəllimi idi, həm də
mü
əllimlərdən fəzlə məlumata malik idi. Bir an əvət, bir an belə elm və maarif
gün
əşinə pərəstiş etməkdən geri durmazdı” (5).
H.Cavidin “Türk
əsirləri” adlı şeiri qəzetin 12 dekabr 1917-ci il tarixli
sayında çap olunub. Nargin adasında saxlanılan əsrlərə həsr etdiyi bu şeir o
173
zaman
ədəbi mühitdə çox maraqla qarşılanmış, dövrü mətbuatda bu haqda mə-
qal
ələr yazılmışdır. Qəzetin 9 və 31 oktyabr saylarında H.Cavidin “Bahar
şəbnəmləri”, “Maral”, “Şeyx Sənan” əsərlərinin satışı haqqında elanlar var.
Ümumiyy
ətlə, H.Cavidin “Açıq söz”lə əməkdaşlığı, kollektivinin ona isti mü-
nasib
əti bir daha sübut edir ki, qəzetin yaradıcılarından biri olan Məhəmməd
Əmin Rəsulzadənin H.Cavid yaradıclığına və şəxsiyyətinə böyük hörməti olub.
H.Cavid XIX
əsrin sonunda, XX əsrin əvvəllərində yaşayıb-yaratmışdır.
Bir çox tarixi hadis
ənin canlı şahidi olmuşdur. Sultan Əbdülhəmid zamanında
Türkiy
ədəki siyasi durumu, çar Rusiyasının və Azərbaycan Xalq Cümhuriyyə-
tinin devrilm
əsini, bolşeviklərin silah gücünə hakimiyyətə gəlməsi və amansız
rejimin idar
ə üsullarını öz gözləri ilə görmüşdür. Bütün bu siyasi, tarixi hadisə-
l
ər Cavidin həyatına, yaradıclığına, dünyagörüşünə təsirsiz ötüşməmişdir. La-
kin bunlara baxmayaraq Cavid üçün “sosialist m
ədəniyyəti”, “proletar mədə-
niyy
əti”, “proletar ədəbiyyatı” yox idi. Onun üçün bir milli mədəniyyət, bir
milli
ədəbiyyat var idi ki, o da böyük türk xalqlarının mədəniyyəti və ədəbiy-
yatı idi. O, “sosialist ədəbiyyatı” əvəzinə “Cavid ədəbiyyatı”, “sovet teatrı”
əvəzinə “Cavid teatrı” yaradırdı.
Ədəbiyyatşünas alim M.Cəfər demişdir: “Hüseyn Cavid göz açıb Azər-
baycanda C
əlil Məmmədquluzadələrin, Sabirlərin, Nərimanovların yaratdığı
çox qüdr
ətli, təsirli inqilabi məzmunlu bir ədəbiyyat görmüşdü. Bu da diqqətə-
layiqdir ki, Cavid
əsərlərinin böyük əksəriyyətində müstəmləkə boyunduruğu
altında inləyən Şərq xalqlarını Qərb imperalizminə qarşı mübarizəyə çağırmış
v
ə belə bir mübarizəni məhkum xalqların azadlığı, qurtuluşu üçün labüd hesab
etmişdir”. Bax, bu idi Hüseyn Cavid publisistikasının, dramaturgiyasının, bir
sözl
ə, sənətinin böyüklüyü və dahiliyi.
ƏDƏBİYYAT
1.
Abdulla M.Ş. “Xatirələrim”. Bakı: Uşaqgəncnəşr, 1961, 223 s.
2.
Şərifzadə.Ə.Q. “Geçmiş günlərdən”. Xatirələr. Bakı: Azərnəşr, 1977, 301s.
3.
M
əmmədli Q. “Cavid ömrü boyu”. Bakı: Yazıçı, 1982, 296 s.
4.
“Az
ərbaycan füqərasi”, 1921, 20 noyabr
5.
“Açıq söz” qəz., 1915, 16, 25, 26 oktyabr; 1915, 28 dekabr; 1916, 1 may; 1917, 9 iyun.
6.
“B
əsirət” qəz., 1915, 12 sentyabr.
7.
“İrşad” qəz., 1906, 4 sentyabr.
8.
“S
ədayi-Qafqaz” qəz., 1915, 30 avqust
ГАЗЕТА “ АÇIQ SÖZ” И Г. ДЖАВИД
C.Г.ГАСАНОВА
РЕЗЮМЕ
Одним из сотрудников газеты «Аçıq söz» был Г.Джавид. Здесь он публиковал ста-
тьи, посвященные публицистике, критике литературы. Об этом говориться в произведе-
ниях ученого исследователя Г.Мамедли. Произведение поэта «Шейх Санан» было впер-
вые опубликовано в газете «Açıq söz».
Ключевые слова: критика литературы, сотрудники, печать, статья, автор
174
“ OPEN WORD” AND H. JAVID
S.G.HASANOVA
SUMMARY
H.Javid was one of the collaborators of the newspaper “Open Word”. It published lite-
rary and critical articles by H.Javid. The plays by the investigator and scientist G. Mammadli
include some information about it. The play “Sheykh Sanan” by the poet was firstly published
in this newspaper.
Key words: “Open Word”, publish, information, newspaper, collaborate
Dostları ilə paylaş: |