Baki universitetiNİn xəBƏRLƏRİ №4 Humanitar elml



Yüklə 85,42 Kb.
Pdf görüntüsü
tarix23.01.2018
ölçüsü85,42 Kb.
#22296


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4    

 

Humanitar elml

ər seriyası   

 

2015 

 

 

 

 

UOT 94 (479.24) 

 

QAZAN XANIN DİNİ İSLAHATI  

(İNGLİSDİLLİ TARİXŞÜNASLIQ ÜZRƏ) 

 

N.P.

NƏSİROV  

Bakı Dövlət Universiteti 

Nurlan.pasha@gmail.com 

 

Qazan xan Elxanlı dövləti tarixində islahatçı hökmdar kimi tanınır. Əksər tədqiqatçılar 

Qazan  xanın  ilk  islahatı  kimi  İslam  dinini  qəbul etməsini göstərir.  İslamın  rəsmi dövlət dini 

elan edilm

əsi  Elxanlı  dövləti üçün olduqca önəmli ideologiya oldu. Belə  ki,  İslamın  ədalət 

prinsipi 

əsasında həyata keçirilən sonrakı islahatlar nəticəsində köçəri moğollarla yerli mü-

s

əlman təbəəsi arasındakı ziddiyyət aradan götürüldü və müsəlman olan moğolların ənənəvi 

köç

əri-həyat tərzindən  uzaqlaşaraq  oturaq  həyata keçməsinə  zəmin  yaratdı.  Bundan  əlavə 

sosial h

əyatda hələ Çingiz xan dönəmindən müsəlmanların tənəzzülə uğramış nüfuzu İslamın 

q

əbulu ilə  dirçəlməklə  yanaşı,  yeni  dinin  tələbinə  uyğun  olaraq  ölkə  ərazisində  elm və 

m

ədəniyyətin inkişafına şərait yaratdı. Bu məqalədə Qazan xanın dini islahatlarını ingilisdilli 

t

ədqiqat əsərlərindən aldığımız məlumatlar əsasında təhlil etməyə cəhd göstərmişik. 

 

Açar sözl

ər: Qazan xan, dini islahat, ingilisdilli tarixşünaslıq 

 

Elxanlı  hökmdarı  Qazan  xanın  (1295-1304)  islahatları  və  islahatlarının 

ilki hesab edil

ən dini islahatı istər vətən tarixşünaslığı, istərsə də, sovet tarix-

şünaslığında tədqiqata cəlb olunmuş və dəyərli elmi əsərlər meydana gəlmişdir. 

Lakin mövcud t

ədqiqatlarda problemlə bağlı ingilisdilli tədqiqat əsərlərinə az 

müraci


ət olunmaqla  yanaşı, Qazan xanın İslamı qəbul etməsi məsələsi ayrıca 

t

ədqiqata  cəlb edilməyərək  ümumi  islahatların  tərkib hissəsi  kimi  araşdırıl-



mışdır.  Bu  səbəbdən,  biz məqalədə  Qazan  xanın  dini  islahatını  ingilisdilli 

t

ədqiqat əsərləri əsasında  araşdırmışıq. 



Qazan  xanın  İslamı  qəbul etməzdən öncə  dini mənsubiyyəti, həmçinin 

İslamın  qəbulundakı  məqsədi və  onun  sonrakı  islahatlarına  yeni  dinin  qəbu-

lunun t

əsiri, islamın qəbulundakı səmimiyyəti, yeni dini nə qədər dərindən qav-



radığı və bir müsəlman kimi dini hökmlərə nə dərəcədə əməl etməsi, yeni dinə 

ənənəvi köçəri-moğol  aristokratiyasının  münasibəti və  s. məsələlər haqqında 

ingilisdilli t

ədqiqatçılar dövrün farsdilli və ərəbdilli-məmlük tarixinə aid qay-

naqlardan b

əhrələnərək maraqlı, bəzən də ziddiyyətli məlumatlar verirlər. 

Dövrün 

ən dəyərli  qaynağı  hesab  edilən Fəzlullah Rəşidəddinin “Came 



127 


ət-təvarix” adlı kitabından aldığımız məlumatlardan məlum olur ki, Qazan El-

xanlı hökmdarı Arqun xanın (1284-1291) böyük oğlu olub, 1272-ci ilin yan-

varında Mazandaran ətrafında Abeskunda anadan olmuşdu (5, 188). 

H

ələ  kiçik  yaşlarından  babası  Abaqa  xan  (1265-1282),    Qazanı  övladı 



olmayan xanımı Bulgan xatuna vermiş, Çinli Yunqu da uyğur əlifbası, elm və 

döyüş  sənətini öyrənmək üçün ona tərbiyəçi təyin  etmişdi  (1,  199). 1284-cü 

ild

ə  Bulgan xatun vəfat edir. Bu zaman ondan irsən Qazana keçən  Otağını 



(Bulgan xatunun xidm

ətçiləri, xəzinəsi və  s.)  moğollar  ələ  keçirməyə  cəhd 

etmiş, lakin Qazan bunun qarşısını alaraq, həmin əmlakı Arqun xanın əmanəti 

olaraq möhürl

əmişdi (8, 404-405). 

M

əlum  olduğu  kimi,  Arqun  xan  Sultan  Əhməd  (1282-1284) üzərində 



q

ələbə qazandıqdan sonra Azərbaycanda Elxanlı taxtına oturdu və oğlu Qazanı 

Xorasana 

əmir təyin etdi. Xorasanda vəzifədə olduğu müddətdə Rəşidəddinin 

x

əbər verdiyi kimi, atasının fərmanlarına uyğun olaraq bu bölgədə asayişi və 



güv

əni təmin edirdi. Qazan xanın  uşaqlıqdan  moğol-buddist dininə  mənsub 

olması məsələsində ingilisdilli tədqiqat əsərləri demək olar ki, hamısı dövrün 

əksər  qaynaqlarında  verilən məlumatla  razılaşırlar.  Fəzlullah Rəşidəddin 

“Came 

ət-təvarix”də  Qazan  xanın  (1295-1304)  Islamı  qəbul etməzdən öncə 



dini m

ənsubiyyəti haqqında yazır: “Uşaq yaşlarında böyük cəddi Abaqa xanın 

yanında qalırdı. Abaqa da baxşilərin (burada buddist dini kahini mənasını ifadə 

edir. N.N) yolu, t

ərzi və  onların  inanclarına  inandığı  üçün,  Qazanı  bir-iki 

böyük baxşiyə onların yollarının (inanclarının) gərəklərini öyrənməsi və alması 

üçün 

əmanət  etdi...  O  topluluğun,  qapalı,  incə  durumlarını,  söz  və  davranış-



larını öyrəndi və çox yüksək səviyyəyə çatdı... o, Xorasanda olduğu müddətdə 

Moğol adət-ənənəsinə uyğun olaraq ov edir və xüsusi hobbisi olan sənətkarlığa 

diqq

ət göstərməklə  yanaşı Xabuşanda hündur buddist məbədləri inşa  etdirdi” 



(5, 591). 

M

əlum  olduğu  kimi,  Keyxatu  xandan  (1291-1295)  sonra  Baydu  xanın 



(1295) hakimiyy

əti dövründə  Qazan xan ənənəvi moğol dini olan buddizmdən 

imtina edib, İslamı qəbul etmişdir. İlk əvvəl onu qeyd etmək lazımdır ki, Qazan 

xanın  islamı  qəbul etməsi ingilisdilli tədqiqatçılar  tərəfindən müxtəlif 

s

əbəblərlə izah edilir. Bir qrup tədqiqatçılar Qazan xanın islamı qəbul etməsini 



xristian Ba

ydu  xana  qarşı  müxalifət mövqeyində  dayanma istəyindən irəli 

g

əlməsini və müsəlmanların dəstəyini almaq olduğunu qeyd edirlər (2, 6, 8). 



B

əzi tədqiqatçılar isə Qazanın islamı Elxanlı sarayında nüfuz sahibi və əqidəcə 

müs

əlman  olan  Əmir  Novruzun  təhriki ilə  qəbul etdiyini və  hakimiyyətə 



keçm

əkdə onun dəstəyini qazanmaq məqsədi güddüyünü yazırlar (3, 9, 10, 14). 

Lakin Qazan xanın İslamı qəbulu hadisəsi dövrün farsdilli, ərəbdilli mən-

b

ələrində olduqca maraqlı  və aydın şəkildə əks olunmuş, bu da tədqiqatçılara 



Qazan  xanın  məqsədini  aydınlaşdırmağa  yardımçı  olur.  Belə  ki, Fəzlullah 

R

əşidəddin “Came ət-təvarix”də Qazan xanın İslamı qəbul etməsini belə təsvir 



edir: ”Qazan xan bütün baxşiləri və rahibləri heyrətə gətirəcək dərəcədə nəfsinə 

işgəncə  edib,  baxşilərin  inanclarına  aid  ibadətləri yerinə  yetirirdi. Bununla 

128 



yanaşı,  Haqq sirlərini və  doğru  yolu  tapmaq  üçün  çox  cəhdlər edirdi. Bu 

v

əziyyət Baydu ilə  birlikdə  olduğu  vaxt    əmirlərin  anlaşdığı  zaman,  müsəl-



manların Qurana, moğollarınsa qızıla and içməsinə qədər davam etdi. Novruz 

bu v


əziyyətdə əgər Padişahi Cahanpənah (Qazan xan), İslam dinin öz inamı ilə 

gücl


əndirsə nə olar? deyə ərz etdi. Qazan xan bir müddətdir bu düşüncə xati-

rimd


ən keçir deyə cavab verdi... Novruz bu təklifi daha sonra təkrar yenə ərz 

etdi. 


Böyük  şahzadə  Sədrəddin  İbrahim  ibn  Kutbu-i  Övliya  şeyx  Sədrəddin-i 

H

əməvinin hüzurunda idi və çox vaxt da padşahın yanında olardı. Padşah tez-



tez ondan İslam dinin necə olduğunu sual edər, ondan bu  haqda danışmasını 

ist


əyərdi... beləliklə Qazan xan hicri 694 Şaban ayında (16 iyun 1295) böyük 

şahzadə Sədrəddin İbrahim-i Həməvinin hüzurunda bütün əmirləri ilə birlikdə 

tövhid k

əlməsini dedi və hamısı birlikdə müsəlman oldular. O ay toylar təşkil 

edib ibad

ətlə  məşğul  oldular.  Seyidlərə, imamlara  və  şeyxlərə  bəxşişlər təsis 

ed

ərək maaş və sədəqələr verdilər. Məscidlər, mədrəsələr, xanəgahlar və xey-



riyy

ə qurumları barəsində çoxsaylı fərmanlar verdi...”(5, 620). 

“Came 

ət-təvarix”də qeyd olunan bu və buna bənzər məlumatlar, demək 



olar ki, dig

ər farsdilli qaynaqlarda da təkrar olunur. Qaynaqdan aldığımız mə-

lu

matlardan aydın olur ki, Qazan xanın İslamı qəbul etməsində Əmir Novruzun 



v

ə  Şeyx Sədrəddin Həməvinin təsiri olmuşdur.  

Qazan  xanın  İslamın  hansı  məzhəbini qəbul etməsi də  tədqiqatçılar  tə-

r

əfindən  araşdırılmış  və  İslamın  hənəfi məzhəbini qəbul etməsi yekdilliklə 



q

əbul olunmuşdur. Lakin qeyd etmək lazımdır ki, Qazan xana kəlmeyi-şəhadəti 

öyr

ədən Şeyx Sədrəddin Həməvi dövrün məşhur şiə üləmasından dərs almış və 



onda sufilik meyll

əri olmuş, hətta  Qazan xan islamı qəbul edəndən sonra ona 

geyinm

ək üçün bu şeyx öz atasının hırkasını  və boynundan asmaq uçun dua 



gönd

ərmişdir (2, 163). 

Qazan xan İslamın hənəfi məzhəbində olmasına baxmayaraq dövrün Əli 

övladları, yəni əhli-şiə seyidlərinə də olduqca xoş rəftar etmişdi. Hətta Bağdad, 

Şiraz,  İsfahan  və  digər  böyük  şəhərlərdə  seyidlər üçün xüsusi evlərin  tikil-

m

əsini əmr etmiş və bu iş üçün maddi vəsait ayırmışdır (12, 335). Qazan xan, 



1298-ci ild

ə Hz. Hüseyinin məzarın ziyarət etmişdir. Hillənin üst tərəfində çay 

yat

ağı  qazılmasını  əmr  etmiş,  buradan  əldə  edilen suyu Kərbəlaya  çatdıraraq 



quraq 

ərazilərin istifadə  edilməsinə  şərait  yaratmışdır.  Həmçinin  o, 1299-cu 

ild

ə Hz. Əlinin qəbrinin ziyarətindən olduqca təsirlənmişdi (7, 220). Bununla 



yanaşı, o, dövrün məşhur əhli-sünnə şeyxlərinə, ürfan əhlinə, sufilərə də biganə 

qalmırdı. Son tədqiqatlar göstərir ki, hətta Qazan xanın İslamı qəbul etməsində 

m

əşhur türk əsilli sufi şeyxlərinin də xüsusi təsiri olmuşdur (11, 21). 



1295-ci il iyunun 17-d

ə  atası  Arqun  xanın  iqamətgahının  yerləşdiyi 

D

əmavənd ətrafı Lar yaylağında 42 yaşında İslamı qəbul edən Qazan xan artıq 



Əmir  Novruz,  Qutluq  şah  komandalığı  ilə  Baydu xan üzərinə  yürüşə  çıxdı. 

Az

ərbaycana çatana qədər Baydu xanın bir çox qoşun rəhbərləri Qazan xanın 



t

ərəfinə  keçdilər. Nəticədə  Münəccimlərin  uğurlu  gün  hesab  etdiyi  3  noyabr 

1295-ci ild

ə səltənət taxtına oturaraq Sultan Mahmud Qazan xan adını  qəbul 

129 



etdi (8, 339). 

Qazan xanın islamı qəbul etməsindən sonra ilk fərmanı bütün moğolların 

bu dini q

əbul etməsi oldu (15, 82). Onun fərman və əmrlərinə əsasən özündən 

əvvəlki moğol hökmdarları dönəmində viran edilmiş məscidlərin, mədrəsələrin 

b

ərpası, həmçinin iri şəhərlərdə yeni məscidlərin tikilməsi, məscidlərin xalça-



larla, yanacaqla t

əmin edilməsi, dini ibadət yerlərində xidmət göstərən şəxslərə 

müavin

ətlərin verilməsi,  abadlıq  işlərinin  aparılması,  hamamların  tikilməsi 



İslamın  qaydalarına  uyğun  olaraq  insanların  təmiz və  rahat  şəkildə  ibadətlə 

m

əşğul olmasını təmin etdi. 



Bununla yanaşı, Qazan xan hər bir müsəlmana qarşı hörmət və ehtiramın 

göst


ərilməsini vacib hesab etmiş, Çingiz xan yasalarının bütün dinlərə tolerant 

yanaşma qaydalarından imtina edərək, ölkədə olan buddist rahiblərinin ibadət 

etdikl

əri məbədlərin, həmçinin xristian və  yəhudilərin kilsə və sinaqoqlarının 



dağıdılması əmrini vermişdi (10, 391). 

Qazan xan f

ərmanında buddist din xadimlərindən ya İslamı qəbul etmə-

l

ərini, ya da Elxanlı dövləti ərazilərini tərk edərək Hindistana, Kəşmirə, Tibetə 



qayıtmalarını  tələb  etmişdi.  Hətta  uşaqlığında  moğol  adəti ilə  özünün dini 

t

ərbiyə aldığı Buddistlərə aid məbədlərin  dağıdılmasını əmr edən zaman, onun 



bu 

əmrindən atası Arqunun inşa etdirdiyi və içərisində rəsminin olduğu məbəd 

d

ə  öz  payını  aldı.  Söküntünü  həyata keçirəndən sonra ətrafındakı  moğollara  



bel

ə demiş: “Atam bütpərəst idi və bu inancla da öldü. Öz adına məbəd inşa 

etdirmiş və ora çox sayda vəqf vermişdi. Mən o məbədi dağıtdım. Bu dağın-

tıdan  narahat olan Moğol əmirləri ona belə cavab vermişdilər: Atan öz adına 

bir m

əbəd tikdirdi və  rəsmini o məbədin  divarına  nəqş  etdirdi.  Amma  indi 



m

əbəd xarabaya döndü. Yağış və qar atanın şəkli üzərinə yağmaqdadır. Əgər 

bu m

əkanı təmir etdirsən atanın ruhunu rahat etdirirərsən. Qazan xan, bu təklifi 



q

əbul etmədi. Bu məbədin saraya çevrilməsini tövsiyə  edənlərə isə belə cavab 

verdi: Əgər buranı saraya çevirib atamın rəsmini qorusam  o zaman bu məkan 

saray deyil, yen

ə bütpərəstlərin məbədi olmağa davam edəcəkdir. Burda iqamət 

etm


ək  caiz  olmayacaqdır.  Əgər saray tikilməsi  lazımdısa,  başqa  bir  yerdə 

tikil


ər” (5, 676). 

Qazan xan bütp

ərəstlərdən sonra xristian və yəhudilərə qarşı da öz  möv-

qeyini nümayiş etdirdi. Məlum olduğu kimi, Qazandan əvvəlki elxanlar dönə-

mind

ə  xristian və  musəvilərin dövlətin ictimai həyatında  imtiyazları  müsəl-



manlarla müqayis

ədə  daha yüksək  idi. Ancaq xristian və  yəhudilərin sosial 

h

əyatdakı mövqeyinə görə Qazan xanın bu zümrəyə münasibəti bütpərəstlərə 



olduğu kimi kəskin olmadı. Belə ki, Xristian və müsəvilərin müsəlmanlardan 

f

ərqlənməsi üçün xristianlara bellərinə xüsusi kəmərlər bağlamaları, yəhudilərə 



is

ə  sarığlarına  sarı  bir  bez  taxmaları  əmr edildi. Həmçinin Təbrizdə  xristian 

ikonaları və xaçları yandırıldı və küçələrə atıldı (15, 135-136). 

Qazan  xanın  müsəlman  olması  və  İslami  dəyərləri  əsas götürməsi, onu 

Mo

ğol  paytaxtı  Qaraqorumdan  da  uzaqlaşdırmışdı.  Belə  ki, o, İslamı  qəbul 



ed

əndən sonra zərb etdirdiyi sikkələrə  “Müzaffərəd-dünya və-din Mahmud 

130 



Qazan xan”  v

ə ya “Padişahi-İslam” adlarını qeyd etdirmiş, “Elxan” titulundan 

imtina ed

ərək onun yerinə sadəcə “xan” titulunu qəbul etmişdi (14, 353-356).  

Lakin, bununla yanaşı, bəzi numizmatik materiallarda və Qazan xanın 1302-ci 

ild


ə  Papa VIII Bonifesə  (1294-1303) göndərdiyi məktubunda onun ənənəvi 

türk-


moğol  “Qüdrətli  Tengri”(Göy  tanrı)  və  “Elxan”  titullarından  da  istifadə 

etdiyi m


əlum olur (17, 32). 

İslamın qəbulundan sonra Qazan xanın artıq özünü bütün ümmətin qoru-

yucusu v

ə ya xəlifəsi kimi göstərmək istəməsi də dövrün mənbələrində əksini 

tapmışdır. Bunu biz Qazan xan dönəmində Abbasi xəlifəsinin qara rəngli bay-

ra

ğını dövlətin rəsmi bayrağı elan etməsində, həmçinin müsəlman Məmlük sul-



tanları ilə ənənəvi müharibəni davam etdirən zaman, məmlük müsəlmanlarına 

“Amannam


ə” verməsində görə bilərik. Qara rəngli bayrağın qəbulunu bir sıra 

ingilisdilli t

ədqiqatçılar Qazanın İslamı yenidən dirçəltməsi və ya 747-ci illərdə 

Əbu Müslimin Xorasanda qaldırdığı qara rəngli bayraq ilə də əlaqaləndirirlər 

(2, 170). 

T

əbrizdə Elxanlı taxtına sahib olan Mahmud Qazan xan 1297-ci ilin no-



yabrında ölkə ərazisindəki müsəlman qadınlarının hicab örtməsi haqqında əmr 

verdi (8, 380). H

əmçinin İslamın şəri qaydalarını, əmr və qadağalarını cəmiy-

y

ətdə tətbiq etməyə başladı. Belə ki, qaynaqlarda onun fərman və yarlığlarna 



gör

ə  şərab içənlər, həmçinin sərxoşluq  edənlər cəzalandırıldı  və  sələmə  pul 

verilm

əsi qadağan olundu (12, 337).  



Son dövr n

əşr  edilən inglisdilli əsərlərdə  Qazan  xanın  müsəlmanlığı 

s

əmimi və dərk edərək qəbul etməsi məsələsi tədqiqatçılar arasında müzakirəyə 



s

əbəb olmuşdur. Belə ki, bir qrup tədqiqatçılar Qazanın İslamı səmimi və dərk 

ed

ərək qəbul etməsinə  şübhə  ilə  yanaşır,  həmçinin  onun  moğol  adət-ənənə-



sind

ən tam olaraq ayrılmadığını mənbələrdən gətirilən faktları təhlil edərək öz 

fikirl

ərinin sübutuna çalışırlar. Bu yanaşma ilə bağlı əsas diqqəti çəkən  Qazan 



xanın  atasının  dul  qalmış  xanımı  Bulgan  xatunla  evlənməsini,  Qazan  xanın 

İslamı qəbulundan sonra şərab içməsi və niyyət ağacların ətrafında oynayaraq 

n

əzir etməsi və bir çox hadisələrdir (13, 9). 



 M

əlum  olduğu  kimi,  moğol-buddist  inancına  görə  Çingiz xan və  onun 

x

ələflərindən hakimiyyətə  gəlmiş  yeni  xaqanın  atasının  xanımı  ilə  evlənməsi 



faktlarına mənbələrdə rast gəlirik. Rəşiddədin məlumat verir ki, Qazan müsəlman 

olandan sonra atasının dul qalmış xanımı Bulgan xatunla evlənmək istəyir, lakin 

şəriət  bunu  qadağan  edirdi.  Amma  onun ətrafında  olan  üləmalar  buna  şəriətdən 

leqal h


əll  variantı  taparaq  bəyan edirlər  ki,  onun  atası  Arqun  xan,  bu  xanımla 

evl


ənən zaman bütprəst  (kafir) olduğu üçün bu nigah  qanuni hesab olunmur və 

Qazan xanın Bulgan xatunla evlənməsinə şəri qaydalar icazə verir (5, 627).  

Bu fakta söyk

ənən tədqiqatçılar Qazanın İslamı hələ dərindən qavrayaraq 

q

əbul etmədiyi fikrini irəli sürür və onu sinkretik sufi adlandırılar. Amma onu 



da qeyd etm

ək lazımdır ki, qaynaqlarda olan bu  və digər məlumatlar Qazan 

xanın İslamı qəbul etməsinin  ilkin vaxtlarına təsadüf edir və onun hələ İslamın 

b

əzi ehkamlarını tam olaraq mənimsəməməsini göstərir.  



131 


Bel

əliklə, Azərbaycanda  Elxanlı  hökmranlığı  dönəmində  hakimiyyətdə 

olmuş Qazan xanın İslam dinini rəsmi dövlət dini elan etməsi regionda köçəri-

moğol, həmçinin digər xristian və yəhudi təbəələrinin dini etiqadlarına ağır zər-

b

ə oldu. Həm də yeni dinin qəbulu köçəri-moğol və yerli oturaq əhali arasında 



ill

ərdən bəri mövcud olan ziddiyətlərin  aradan  qalxması  üçün  səbəb və  ya 

sonrakı  islahatlar  üçün  güclü  ideologiya  bazası  yaratdı.  Qazan  xanın  islamı 

q

əbul etməsini  əksər inglis dilli tədqiqatçılar  Elxanlılar  və  həmçinin  Elxanlı 



hakimiyy

əti tabeliyində olan xalqlar, xüsusilə müsəlmanlar üçün dönüş noqtəsi 

adlandırırlar. Bununla  yanaşı, Təbriz şəhərinin mərkəz seçilməsi, belə demək 

mümkündürs

ə, onun Elxanlılara tabe ölkələrdə paytaxt rolu oynamasına səbəb 

olmuş,  Qazan  xanın  əmr və  fərmanları  əsasında    Təbriz, Həmədan,  Marağa, 

Ərdəbil və  başqa  Azərbaycan  şəhərlərinin abad edilməsi, yeni məscidlərin, 

m

ədrəsələrin,  hamamların  və  s.  tikilməsi  şəhər mədəniyyət həyatının  dirçəl-



m

əsinə səbəb olmuşdur. Həmçinin, İslamın qəbulu, Yaxın və orta Şərqdə mü-

s

əlmanların moğollar tərəfindən tənəzzülə uğradılmış nüfuzunun dirçəlməsinə 



v

ə Abbasilərin süquta uğradılmış ümmətə rəhbərlik missiyasının Qazan xanın 

nümun

əsində yenidən təşəkkül tapmasına səbəb olmuşdur. Nəticədə isə Qazan 



xandan sonra hakimiyy

ətə gələn Elxanlı hökmdarları da, bu dini siyasəti davam 

etdir

ərək İslam mədəniyyətinin inkişafına töhfələr vermişlər. 



 

ƏDƏBİYYAT 

1.

 



Christopher P. Atwood. Encyclopedia of Mongolia and the Mongol Empire. New York: 

2004, 676 p. 

2.

 

C.P. Melville. Padshah-i Islam: the Conversion of Sultan Mahmud Ghazan Khan. Pem-



broke Papers 1: Persian and Islamic Studies in Honour of P.W. Avery. 1990, p.159-77. 

3.

 



David Morgan. Medieval Persia 1040-1797. Longman.  New York:1988, 197p. 

4.

 



Denise Aigle. The Mongol Empire between Myth and Reality. Boston: 2014, 393p. 

5.

 



Rashiduddin Fazlullah's Jami

ʻuʾ t


-tawarikh. Compendium of chronicles: a history of the 

Mongols (English translation & annotation by W.M. Thackston).Vol III, Harvard 

University, Dept of Near Eastern Languages and Civilizations.1998, 819p. 

6.

 



George E. Lane. The Mongols in Iran.The Oxford Handbook of Iranian History.New 

York: Oxford University Press, 2012, 432p. 

7.

 

Hanifi Şahin. Camiut-Tevarhe Göre Gazan Hanın Müslümanlığı ve Bunun İlhanlı 



Toplumuna Yansımaları. Bilig dergisi. Bahar.2015. Sayı.73, 207-230s. 

8.

 



Howorth Henry. History of the Mongols: from the 9th to the19th century. Part III,  

London: 1880, 776p. 

9.

 

J.A. Boyle. “Dynastic and Political History of the Il-Khans”, in Boyle (ed.), Cambridge 



History of Iran V: the Saljuq and Mongol Periods. Cambridge University Press, London: 

1968, 709p. 

10.

 

J. Pfeiffer. “Reflections on a ‘Double Rapprochement’: Conversion to Islam Among the 



Mongol Elite During the Early Ilkhanate,” in Komaroff, Beyond the Legacy of Genghis 

Khan, Brill press, Netherland: 2006, 391-406p. 

11.

 

Mustafa Uyar. İlhanlı hükümdarlarının İslama girmesinde rol alan Türk sufileri: İlhan 



Tegüder ve Gazan Han devirleri. 

ATATÜRK KÜLTÜR, DİL VE TARİH YÜKSEK 

KURUMU TÜRK TARİH KURUMU. BELLETEN. Cilt : LXXVI. Sayı 275, 2012, 7-31s. 

12.


 

Osman G.Özgüdenli. Gazan Han ve Reformları(1295-1304). Kaknüs yayınları. İstanbul: 

2009, 524s. 

132 



13.

 

Reuven Amitai. Ghazan, Islam and Mongol Tradition: A View from the Mamluk 



Sultanate,” BSO(A).S 59, 1996, 10p 

14.


 

 Reuven Amitai. “Evidence for the Early Use of the Title Ilkhan Among the Mongols”. 

Journal of the Royal Central Asian Society 3 (1-2): 1991, 353-361p. 

15.


 

 R.Ranjbar, F.Allahyari, Hussein Mir Ja'fari. A Study on the Effects of Ghazan Khan’s 

Reformative Measures for the Settlement of the Nomadic Mongols (1295-1304). Asian 

Culture and History; Vol. 5, No. 2; 2013. 77-86p. 

16.

 

Saunders.J.J. The History of Mongol Conquest. University of Pennsylvania Press. 



Pennsylvania: 2001, 135-136p. 

17.


 

Thomas.T. Allisen. Culture and Conquest in Mongol Eurasia. Cambridge University Press. 

London: 2001, 212p. 

 

РЕЛИГИОЗНЫЕ РЕФОРМЫ ГАЗАН ХАНА  

(НА ОСНОВЕ АНГЛОЯЗЫЧНЫХ ПРОИЗВЕДЕНИЙ) 

 

Н.П.НАСИРОВ 

 

РЕЗЮМЕ 

 

Газан  хан,  первый  великий  хан  монголов,  который  пытался  ввести  администра-

тивную, политическую  и религиозную реформы в своей империи. Большинство иссле-

дователей заявляют, что обращение Газан хана  в ислам его первая реформа. Это собы-

тие  стало  одним  из  важнейших  факторов,  ускоривших  изменения  в  пределах  институ-

ционального и идеологического контекста в государстве Хулагуидов. В результате пре-

образования была устранена несовместимость между Илханидским государством и вер-

ными подданными. С принятием ислама Газан ханом, исламские ценности стали частью 

образа жизни монголов и это привело к отказу от монгольских традиций и обычаев. 

В настоящей работе предпринята попытка исследовать обращение Газан хана в ис-

лам и религиозную реформу на основе англоязычной историографии. 

 

Ключевые слова: Газан хан, религиозные реформы, англоязычной историографии.  

 

THE RELIGIOUS REFORMS OF GAZAN KHAN  



(ON THE BASIS OF ENGLISH WORKS) 

 

N.P.NASIROV 

 

SUMMARY 

 

Gazan Khan is the first great Mongol khan who attempted to introduce administrative, 

political and religious reforms to his empire. The majority of data proves that conversion to 

Islam is Gazan Khan’s first reform. That event was one of the most important factors that ac-

celerated changes  within an institutional and ideological context in the Ilkhanate Empire. 

Gazan’s conversion eliminated the incompatibility between the İlkhanate government and loyal 

subjects. With Gazan’s conversion, Islamic values became a  part of the private life of the 

Mongols and it led to the abandonment of the Mongolian traditions and customs.  

We attempt to investigate Gazan’s conversion 

to İslam and his religious reforms on the 

basis of English historiography. 

 

Keywords: Gazan khan, religious reforms, English-language historiography. 



133 

Yüklə 85,42 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə