Baki universitetiNİn xəBƏRLƏRİ №4 Humanitar elmlər seriyası



Yüklə 56,29 Kb.
Pdf görüntüsü
tarix04.12.2017
ölçüsü56,29 Kb.
#13840


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4 

 

                     Humanitar elmlər seriyası 

  2009 

 

 



 

AZƏRBAYCAN ANTIK MƏNBƏLƏRDƏ 

 

F.ƏLİYEVA 

Bakı Dövlət Universiteti 

 

Azərbaycanın antik dövrünə aid olan dövlətlərdən Atropatena və Albaniyanın 



tarix və  mədəniyyətinin öyrənilməsi problemi Azərbaycan tarixşünaslığında mühüm 

məsələlərdən biri olub tədqiqatçıların diqqət mərkəzində durur. Lakin yazılı məlumat 

və arxeoloji materialların kifayət qədər olmaması onun tarix və  mədəniyyəti ilə 

əlaqədar bir çox məsələlərin işıqlandırılmasına imkan vermir. Bundan başqa, həmin 

əraziyə daxil olan bəzi rayonlarda keçmişdə arxeoloji tədqiqat işləri ya aparılmamış 

və  ya  bu  tədqiqatlar çox cüzi olub, ancaq kəşfiyyat xarakteri daşımışlar. Həmçinin 

indiyə kimi əldə edilmiş arxeoloji materiallar ölkənin tarixinin bütün dövrlərini eyni 

dərəcədə  əhatə etmir. Albaniyanın e.ə. IV əsr - eramızın III əsrinə  qədərki dövrünə 

aid abidələri də geniş  tədqiq olunmamışdır. Bir çox hallarda yazılı  mənbələr belə 

çətinliklərdən çıxış yolu tapmağa yardım edir. Ona görə də bir sıra məsələlərin həlli 

yazılı mənbələri öyrənmədən mümkün deyil. 

Müxtəlif xalqların, ölkələrin və regionların müxtəlif zamanlardakı  əlaqələri 

təmamilə  dəyişik formalarda mövcud olmuşdur. Hətta təsərrüfat, ictimai və  mədəni 

səviyyələrdəki müxtəliflik  əlaqələrin yaranmasının qarşısını ala bilməmişdir. Bütün 

bunlar xalqların elmi və  mədəni nailiyyətlərinin qarşılıqlı  zənginləşməsinə  gətirib 

çıxartmışdı ki, bu da öz növbəsində onların mədəni səviyyələrinin,təsərrüfat və 

ticarətlərinin inkişafına səbəb olmuşdur.Təbii ki, hər bir ölkənin müxtəlif dövrlərdə 

təsərrüfat, ticarət və  mədəni səviyyəsi yüksək olduqca, xalqın həyatının bir çox 

tərəflərinə  təsir edərək, onun digər ölkələr və xalqlarla əlaqələri daha da genişlənir. 

Bu mənada Cənubi Qafqaz xalqlarının digər ölkələr və xalqlarla qarşılıqlı  əlaqələri 

diqqətə layiqdir. 

Azərbaycanın antik dövr tarixi yazılı mənbələrdə və arxeoloji materiallarda öz 

əksini tapmışdır. Ümumiyyətlə, bu dövr haqqında yunan, latın, erməni, gürcü, fars, 

ərəb və s. mənbələrində, habelə nisbətən sonrakı dövr tarixçi və coğrafiyaşünaslarin 

əsərlərində müəyyən qədər məlumat vardır. Hər iki mənbənin, yəni həm yazılı 

mənbələrin, həm də arxeoloji materialların qarşılıqlı şəkildə öyrənilməsi Azərbaycan 

tarixinin bu dövrü haqqında təsəvvür yaratmağa imkan verir. Azərbaycanın antik dövr 

tarixi yunan və roma müəlliflərinin  əsərlərində yer almışdı. Qədim yunan və roma 

tarixçilərinin  əsərlərinin tədqiqi nəticəsində Azərbaycanın qədim  əhalisi, onun 

məşğuliyyəti, etnik tərkibi, təsərrufatı, sərhədləri, digər ölkələrlə ticarət  əlaqələri, 

mədəni səviyyəsi, siyasi tarixi haqqında müəyyən təsəvvür əldə etmək mümkündür. 

Strabon, Korneli Tatsit, Polibi, Arrian, Yuli Solin, Kvint Kursi Ruf, Klavdi Elian

Dion Kassi, Ptolemey və digərləri antik dövrdə Azərbaycan dövlətləri ilə bağlı 

məlumat vermişlər.  

 

111



Yazılı  mənbələr və indiyədək Azərbaycan  ərazisində aparılan arxeoloji 

qazıntıların nəticələri onu deməyə imkan verir ki, Albaniyada yaşayan əhali qədim və 

yüksək mədəniyyətə malik olmuş  və  qədim dövrlərdən qonşu ölkələrlə ticarət 

əlaqələrində iştirak etmişdir. 

Yazılı  mənbələr və  ədəbiyyatın tədqiqi nəticəsində belə  qənaətə  gəlmək 

mümkündür ki, Azərbaycanın qədim  əhalisi özlərinin müstəqilliklərini qorumağa 

çalışaraq bütün tarixləri boyu mədəniyyətlərini inkişaf etdirməyə çalışmışlar. 

Azərbaycan  ərazisindəki qədim dövlətlərdən biri olan Albaniya xalqımızın 

tarixində, onun təşəkkülündə böyük rol oynamışdır. Albaniya və alban tayfalarının 

öyrənilməsi işinə toponimika, qədim dillərin qaliqları, etnik tərkib, adət  ənənə  və 

müxtəlif etiqadların qalıqları da xeyli kömək edir. 

Antik müəlliflərin  əsərlərində Albaniya ilə bağlı bir sıra tayfa və yer adları 

çəkilir. Belə müəlliflərdən biri e.ə.VI-V əsrlərdə yaşamış Miletli Hekatey Araz çayı 

yaxınlığında mövcud olmuş Miq tayfasının adını  çəkir.O, miqlər və ya muğlar 

haqqında heç bir əlavə  məlumat vermir. Lakin bu məsələ  qədim müəlliflərin 

əsərlərində geniş  və aydın verilmədiyindən onun nə  dərəcədə düzgün olması bizə 

hələlik tam aydın deyildir (7, 10). 

E.ə.V  əsrdə yaşamış yunan tarixçisi Halikarnaslı Herodot özünün 

“Tarix”əsərində farsların hakimiyyətinin Qafqaz dağlarına qədər yayılması və oradakı 

yerli əhalinin onlara bac verməsi haqqında məlumat verərkən Daranın XI satraplığına 

daxil olmuş kaspilərin də adını  çəkir. Buna əsaslanan K.V.Trever Kaspi (Xəzər) 

dənizi  ətrafında yaşamış kaspilərin, eləcə  də albanların  əhəmənilərdən nominal 

asılılığı məsələsinə ehtimal şəklində toxunur (11, 50-51). 

Albaniyanın ilk dəfə geniş  təsviri Strabonun (e.ə. 65-e.21-ci illəri) 

“Coğrafiya”sında verilib. Strabon Şərqi yaxşı tanıyan bir neçə antik müəlliflərdən biri 

idi. O, Amaseyya (indiki Amasya) şəhərində tanınmış ailədə doğulmuşdur və 

mükəmməl fəlsəfi təhsil almışdır (6, 386). Strabona görə, ölkələr haqqında coğrafi 

dəlillər Makedoniyalı  İsgəndərin, sonra isə romalıların yürüşləri nəticəsində 

genişlənmişdi. O, on yeddi kitabdan ibarət dəyərli tarixi-coğrafi  əsər yaratmışdı. 

Albaniya haqqında qiymətli məlumatlar Strabonun on birinci kitabında toplanmışdır. 

Müəllif Albaniyanın torpaqlarından, kənd təsərrüfatından, qoşunundan, dinindən 

söhbət açır. Strabonun Albaniya ərazisində yerləşən məbəd təsərrüfatı və iyerodullar 

haqqında verdiyyi məlumatlar diqqətəlayiqdir. Strabon Qafqaz Albaniyasına dair yer 

və tayfa adlarını qeyd edir. O, Albaniyanın, Kambisenanın və yalnız e.ə.I və eramızın 

I  əsrlərində Albaniyanın tərkibində olan Kaspiananın adlarını da qeyd edir.Strabon 

Qafqazın Keravi dağlarının, Kaspi dənizinin, Kürün, Arazın, Qanıq çayın, Alazanın, 

Kürün qollarından Poytak, Xan çaylarının adlarını  çəkir. Müəllif başlıca olaraq, 

albanların adını qeyd edir. Mənbədə  təsadüf olunan adların bir hissəsi artıq 

unudulmuş və dəyişmiş, digər hissəsi isə indiyə qədər qalmaqdadır.  

Qafqaz Albaniyasına dair Strabonun istifadə etdiyi ən qədim mənbələrdən biri 

e.ə.III  əsrin coğrafiyaşünası olan Eratosfenin məlumatlarıdır.Əsərin bəzi hissələri 

e.ə.66-65-ci illərdə Pompeyin Qafqaza yürüşü zamanı onu müşayət etmiş Mitilenli 

Feofanın materialları əsasında qurulmuşdur. 

Strabon öz kitabında Pompeyin yürüşünün iştirakçıları haqqında da ətraflı 

danışır (10, XI, 4, 3). 

I əsrdə yaşamış Plininin “Təbiət tarixi”adlı əsərində Albaniya və alban tayfaları 

haqqında qiymətli məlumat verilir. Müəllif Albaniyanın təbiəti,  əhalisi, albanların 

 

112




məişəti haqqında qiymətli məlumatlar vermişdir (11, 10). Plini həm yunan, həm də 

Roma müəlliflərinin külli miqdar əsərlərindən istifadə etmişdir.  Əsərdə albanların 

Kür ovalığında yaşaması, Alazan çayının albanlarla iberlərin sərhəddində yerləşməsi, 

Albaniyanın əsas şəhərinin Kabalaka olması barədə verilən məlumatlar misilsizdir. O, 

yazır ki, Kür çayından başlayaraq bütün düzənliklərdə alban tayfaları, onlardan sonra 

iberlər yaşayır...Albanların dəniz sahili və udin tayfaları yaşayan  əyalətlərindən 

yuxarı sarmatlar, utidorlar və paxarlar, onların arxasında isə amazonkalar və 

savromatlar yerləşir. Başlanğıcını Qafqaz dağlarından götürən Kas, Alban, Kambis və 

Kür çayları Albaniyadan keçərək dənizə tökülür.O, Aqrippanın məlumatlarına 

əsaslanaraq yazır ki, Kas çayının sahilləri 425 000 addımlıq məsafədə çox hündür və 

keçilməz qayalıqlara malikdir (8, 302-303). 

Göründüyü kimi, Plini eramızdan  əvvəlki və eramızın I əsrinə dair Qafqaz 

Albaniyasının tarixinə dair bizə  gəlib çatmayan mənbələr  əsasında çox qiymətli 

məlumat vermişdir. Pomponi Mela coğrafi  əsərini eramızın 44-cü ilində, görünür, 

imperator Klavdinin zamanından yazmışdır.  Əsərdə Qafqaz Albaniyasının bəzi 

çayları, dağları  və tayfalarının (o cümlədən kaspilər, albanlar) adları  çəkilir. 

Maraqlıdır ki, Mela budinlər, tissaketlərlə yanaşı türklərin də adını xatırladır (1, 13). 

Mənbədə Kaspi dənizinin də adına tez-tez təsadüf edilir. 

Qafqaz Albaniyasına dair maraqlı  məlumatlar e.I əsrinin sonu - II əsrin 

əvvələrində yaşamış tarixçi Plutarxın  əsərində  də vardır. O,”Müqayisəli həyat 

təsvirləri”  əsərində dövrünün görkəmli  şəxslərinin həyatından bəhs edərkən Qafqaz 

Albaniyası və xüsusilə alban tayfalarının ümumi düşmənə qarşı mübarizəsi haqqında 

da məlumat vermişdir.O, Albaniyada da yer,dağ  və çayların adlarını qeyd edir, 

Antoninin Atropatenaya hücumunu ətraflı işıqlandırır. 

Plutarx Pompeyin döyüşlərini təsvir edərkən e.ə.66-cı ildə Kür çayı sahilində 

albanların romalılara qarşı 40 minə  qədər qoşun çıxarması  və s.haqqında məlumat 

verir (9, 158). Pompeyin başqa bir hücumundan danışarkən alban hakimi Oroysun 

qardaşı Kozisin başçılığı ilə 60 min piyada və 12 min atlıdan ibarət qoşuna malik 

olduğu, lakin bu döyüşdə onun əlbəyaxa vuruşma zamanı öldürüldüyü qeyd edilir (9, 

159). Ümumiyyətlə, Pompeyin Qafqaz yürüşləri ilə  əlaqədar olaraq qədim Roma 

müəlliflərinin əsərlərində Qafqaz Albaniyasının bəzi məsələləri, xüsusilə hərbi işləri 

barədə nisbətən çox bəhs olunmuşdur. 

Qədim Albaniya haqqında məlumatlar Roma tarixçisi Korneli Tatsitin (e. 55-

117-ci illəri) “Annallar”ında da toplanmışdır. O, “Tarix” və başqa əsərlərində Roma-

Parfiya münasibətlərindən, Albaniya, İberiya, Ermənistan haqqında  ətraflı  məlumat 

vermişdir. Tatsitin əsərləri eramızın I əsrində baş vermiş siyasi hadisələri əhatə edir.  

Əsərdə albanlar, köçərilərin basqinları, albanlarla parfiyalıların münasibətləri 

barədə verilən məlumatlar maraqlıdır. 

Qafqaz Albaniyasının öyrənilməsində  qədim yunan coğrafiyaşünası  və astro-

nomu Klavdi Ptolemeyin ”Coğrafi dərsliyi”nin də böyük əhəmiyyəti vardır. Ptolemey 

bu əsərində dövrünün ədəbiyyatına əsaslanaraq Albaniyanın coğrafiyasına dair gözəl 

məlumat vermişdir. Burada o, alban şəhər və kəndlərinin, çay və keçidlərinin, habelə 

ticarət yollarının adını  çəkərək onların coğrafi koordinatlarını göstərmişdir (4, 252-

254). Ptolemey Albaniyanın 29 şəhər və yaşayış  məskənlərinin adını  çəkmişdir. 

Bundan başqa, Albaniyanın bir sıra çayları, dağ keçidləri də sadalanmişdir. 

Albanların tarix səhnəsinə e.ə. IV əsrdən çixması haqqında II əsr tarixçisi 

Arrian məlumat vermişdir.Onun verdiyi məlumatdan albanların e.ə. IV əsrdə 

 

113




Əhəmənilər  İmperiyasından asılı olduğu hiss edilmir.Həmin müəllifin məlumatına 

görə, albanlar e.ə. 331-ci ildə Qavqamel döyüşü zamanı III Daranın qoşunlarının 

müəyyən qismini təşkil etmişlər (3, 110-113). 

Arrian alban və sakasen tayfalarını Kür çayının sol sahilində sakin olmuş, 

yüksək hərbi keyfiyyətlərə malik ən böyük tayfa kimi qiymətləndirmişdir. 

Öz əsərlərində Qafqaz Albaniyası haqqında danışan qədim yunan və latın dilli 

mənbələrin müəllifləri içərisində Appianı da qeyd etmək lazımdır. O, 24 kitabdan 

ibarət “Roma tarixi”nin müəllifidir (5, 526). 

Bəzi kitablar bizə qədər gəlib çıxmamışdır. Saxlanılmış 12-ci kitab romalıların 

Mitridat Yevpatora qarşı müharibələrinə  həsr olunmuşdur. Bu kitabda Qafqaz 

Albaniyası haqqında da danışılır. 

Öz əsərlərində Midiya Atropetena və Albaniya tarixini təsvir edən daha sonrakı 

yunandilli tarixçilərdən Dion Kassi Kokkeyanın da adını çəkməliyik. Nikey şəhərinin 

sakini Dion Kassi senatorlar silkinə mənsub olub, severlər sülaləsi dövründə tanınmış 

tarixçi idi. O, 80 kitabdan ibarət ”Roma tarixi”nin müəllifi kimi, məşhurdur. Onun 

əsərinin 35-60-cı kitabları zəmanəmizə qədər gəlib çatmışdır ki, bunlar da Romanın 

e.ə. 68-ci ildən e.46-cı ilinə  qədər olan tarixini işıqlandırır. Bundan başqa, 79-80-cı 

kitablar da qalmışdır.Qalanları isə sonrakı tarixçilərin  əsərlərində fraqment halında 

saxlanılmışdır. Dion Kassi Albaniyadakı Kür, Kambis çaylarının da adlarını çəkir. 

Digər tarixçi Klavdi Elian (II ə.sonu -III ə.əv.)”Heyvanlar haqqında”adlı əsərini 

yazmışdı. O, kaspilər ölkəsində heyvanlar aləmi haqqında məlumat verir (5, 601). 

Müəllif kaspilərin özləri haqqında danışaraq yazır ki, onlar dəvələrdə Ekbatanaya qu-

ru və duzlu balıq aparırdılar. Kaspilər balıq yağından yüksək keyfiyyətli yapışqan ha-

zırlayırdılar. 

III Daranın Qavqameladakı  məğlubiyyətindən sonra Əhəməni imperiyasının 

şimal-qərb satraplığında müstəqil Atropatena dövləti yarandı. Antik müəlliflərdən 

Plutarx, Ammian Marsellin bu ölkəni Atropaten Midiyası adlandırmış, Atropatın baş-

çılığı ilə dövlətin yarandığını göstərmişdir. Polibinin yazdığına görə, Midiyadan dağ-

lar vasitəsilə ayrılan bu ölkə Fasiddən Hirkan dənizinə kimi geniş bir ərazini  əhatə 

edir. Strabona görə, Matiana ilə Midiya arasında olan bu ərazinin hüdudlarında Spav-

ta gölü yerləşir. Yay iqamətgahı Qazaka, qış iqamətgahı isə Veradır (10, 13, 2, 3). 

Burada kadusilər, amardlar, tapürlər və başqa tayfalar yaşayır. O cümlədən, Herodot, 

Miletli Hekatey, Strbon, Tatsit, Plutarx, Plini və başqalarının əsərlərində bu ərazi və 

onun sakinləri haqqında məlumatlara təsadüf edilir. Hekateyin məlumatlarından 

parçalar qədim müəlliflərin əsərlərində qalmaqdadır. Skiflərin, kimmerlərin Əhəməni 

dövlətinin satraplıqlarına olan yürüşləri, kaspilər, utilər və başqa tayfalar haqqında 

olan məlumatlara Herodotun əsərində rast gəlmək olur. Atropatena haqqında ilk dəfə 

ətraflı  məlumat verən Strabon olmuşdur. Strabon Atropatenanın sərhədləri,  əhalisi, 

təsərrüfatı, sakinlərinin etnik tərkibi, məşğuliyyəti, hərbi qüdrəti, qonşuları, adət-

ənənələri barədə  məlumat vermişdir.  Şübhəsiz, Strabon Midiya haqqında özündən 

əvvəl yazanların məlumatlarına biganə qalmamışdır.  

İosif Flavi Roma-Parfiya münasibətlərindən bəhs etdikdə Midiya və 

Albaniyaya aid məsələlərə də toxunmuşdur.  

Atropatena tarixi haqqında məlumat verən görkəmli tarixçilərdən biri də 

Plutarxdır. O, Antoninin Atropatenaya olan hücumu haqqında  ətraflı  məlumat verir. 

Plutarx həm də Roma sərkərdəsi Krassın parfiyalılar tərəfindən məğlubiyyətə 

uğradılması  və s. barədə  ətraflı  məlumat vermişdir. Onun məlumatına görə, 

 

114




romalılarda olan cəza tədbiri həyata keçirilsə də, lakin bu tədbir nəticə verməmiş, ağır 

tələfata məruz qalan Antoni tezliklə və təcili surətdə Atropatena ərazisini tərk etməyə 

məcbur olmuşdur. Antoni Atropatenaya gəldiyi yolla deyil, başqa dağətəyi yolla geri 

çəkilmişdir. Bu taktika romalıları böyük qırğından xilas etmişdir. Plutarx müharibədə 

iştirak edən  şəxslərin adını, ordunun sayını göstərməyi belə unutmamışdır. O bu 

məlumatları müharibə iştirakçısı Dellyə istinad edərək yazmışdır.  

 

Qədim yunan və latın dillərində yazılmış tarixi və coğrafi  əsərlərin rus dilinə 



tərcümələri mövcuddur. Bu barədə K.F.Qan, V.V.Latışev, P.F.Mişşenko və Q.A.Strata-

novskini xüsusilə qeyd etmək lazımdır. Polibi, Siciliyalı Diodor, Tit Livi, Korneli Tassit, 

İosif Flavi, Strabon, Arrian və digər müəlliflərin əsərləri rus dilinə tərcümə olunmuşdur 

ki, bu da qədim Azərbaycana dair mənbələr üzərində işi xeyli asanlaşdırır (2, 17-18). 

Bundan başqa, yunan-latın mənbələri üzərində , daha doğrusu antik mənbələrin 

orijinal variantları üzərində çalışan və tarixşünaslığımız üçün misilsiz iş görən 

Azərbaycan tarixçilərindən Kamal Əliyevin 1987-ci ildə  nəşr olunmuş 

“Azərbaycan tarixi üzrə antik mənbələr”, 2001-ci ildə nəşr olunmuş “Antik yazarlar 

Aazərbaycan haqqında” adlı kitabları və bu haqda bir neçə məqlələrini və həmçinin 

İradə  Nəcəfovanın antik müəlliflərdən bəzilərinin Azərbaycan haqqında söylədikləri 

barədə müxtəlif jurnallarda nəşr olunmuş çox əhəmiyyətli tərcümə  və  şərhlərdən 

ibarət məqalələrini xüsusilə qeyd etmək lazımdır.  

   

ƏDƏBİYYAT 

1.

 



Алиев К.Г. К вопросу об источниках и литературе по истории древнeй Кавказcкой 

Албании. В сб. «Вопросы истории Кавказcкой Албании». Баку: 1962, с.6-31. 

2.

 

Алиев К. Г. Кавказская Албания. Баку: 1974, 363 с. 



3.

 

Арриан. Поход Александра, кн. III, гл. 8, 11, пер. М.Е.Сергеенко. М.-Л.: 1962, 383 с. 



4.

 

Клавдий  Птолемей.  Географическое  руководство,  гл. 11, пер.  В.В.Латышева. 



Известия др. пис. о скифии и Кавказа, ВДИ, 1948, № 2, с. 252-254. 

5.

 



Латышев В.В. Известия др. пис. о скифии и Кавказа, ВДИ, 1948, № 1, с.240-254. 

6.

 



Nəcəfova İ.M. Strabon Atropatena haqqında: mənbə, tərcümə və şərhlər. Tarix və onun 

problemləri, Bakı, 2008, 1-2, s. 386-389. 

7.

 

Osmanov F. L. Qafqaz Albaniyasının maddi mədəniyyəti. Bakı: 1982, 158 s. 



8.

 

Плиний  Секунт.  Естественная  история,  кн. IV, гл. 26,29, пер.  В.В.  Латышева 



Известия др. пис. о скифии и Кавказа, ВДИ, 1948, № 2, с.240. 

9.

 



Плутарх. 

Помпей, 


гл. XXXIV, Сравнительные 

жизнеописания. 

Пер. 

С.А.Стратановского, т. II, М.: 1963, с.548. 



10.

 

Страбон. География (в 17 кн-ах). М.: 1964, 943 с. 



11.

 

Тревер К.В. Очерки по истории и культуре Кавказской Албании. М.-Л.: 1959, 391 с. 



 

 

АЗЕРБАЙДЖАН В АНТИЧНЫХ ИСТОЧНИКАХ 



 

Ф.АЛИЕВА 

 

РЕЗЮМЕ 

 

Как известно, местных письменных источников по истории и культуре античного 



Азербайджана  пока  не  обнаружена  и  мы  вынуждены  обращаться  к  историческим 

сочинениям  древнегреческих  и  латинских  авторов,  оставивших  уникальные  по 

содержанию  известия  и  обильному  археологическому  материалу,  не  редко  дополняю-

 

115




щему  сообщения  древних  авторов  и  поэтому  нужному  для  осмысления  духовных 

ценностей.  Эти  два  взаимодополняющие  друг  друга  источники  позволяют  более  или 

менее конкретно представить историю и культуры Мидийской Атропатены и Албании. 

 Изучение  источников  показывает,  что  именно  благодаря  информации  древне-

греческих  и  латинских  писателей  и  археологическому  материалу  можно  воссоздать 

историческую  панораму  духовной  культуры  античного  Азербайджана-Мидийской 

Атропатены и Албании.  

 

 



AZERBAIJAN IN THE ANCIENT SOURCES 

 

F.ALIYEVA 

 

SUMMARY 

 

As is known while did not find out written sources about history and culture of ancient 



Azerbaijan and we are obliged back to historical working of ancient Greek and Roman’s 

authors that reserved unique materials. It’s known that ancient Greek and Roman sources firs 

of all touch to the other side of life lightining the wars and dealing with them events. 

The great number of populated areas from very insignificant rural settlement till very 

large urbans playing significant role in the development of ancient Azerbaijan culture in the 

scale of civilization of Ancient East, are mentioned in the written sources. 

To the characteristic things of everyday usages which has treatment of spiritual culture 

of ancient Azerbaijan belongs cloths. There are also an interesting reports of ancient authors 

on this expence.  

 

 



 

 

116



Yüklə 56,29 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə