Baki universitetiNİn xəBƏRLƏRİ №4 Humanitar elmlər seriyası



Yüklə 51,13 Kb.
Pdf görüntüsü
tarix11.03.2018
ölçüsü51,13 Kb.
#31152


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4 

 

  Humanitar 

elmlər seriyası 

  2011 

 

 

 

 

UOT: 39;572.9 

 

AZƏRBAYCAN NAĞILLARINDA AİLƏ MƏİŞƏTİNİN BƏZİ 



XÜSUSİYYƏTLƏRİ HAQQINDA 

 

A.T.ABDULLAYEV  

Bakı Dövlət Universiteti 

Adilabdullayev@mail.ru 

 

Məqalədə Azərbaycan nağıllarında ailə məişətinin öyrənilməsindən bəhs edir. Nağılla-

rımızda qədim adət-ənənələr, xeyirlə şərin mübarizəsi ön plana çəkilir və əsasən yüksək insani 

keyfiyyətlər təbliğ olunur. Azərbaycan nağılları əvəzsiz etnoqrafik mənbə kimi ailə- məişət mü-

nasibətlərinin müxtəlif tərəflərini əks etdirir 

 

Açar sözlər: nağıl, etnoqrafiya, ailə məişəti, mənbə 

 

Azərbaycan ərazisində onun zəngin tarixi keçmişinə müvafiq çoxsaylı və 



olduqca rəngarəng maddi-mənəvi mədəniyyət abidələri qalmışdır. Onların öy-

rənilməsi ilə Azərbaycanın yüksək mədəni irsə malik qədim mərkəzlərdən biri 

olması, özünəməxsus adət-ənənələri ilə seçilən, dünya sivilizasiyasına saysız 

töhfələri olan bir xalq olması artıq təsdiq edilmişdir. Odur ki, uzun zaman kə-

siyində bu mədəni irs ənənəçiliyə və varisliyə əsaslanaraq inkişaf etmiş, zən-

ginləşmiş və ümumbəşəri mədəni irsin tərkib hissəsinə çevrilmişdir. 

 Azərbaycanın şifahi xalq yaradıcılığının etnoqrafik cəhətdən tədqiqi də 

tarixi-mədəni irsimizin təbliğinə  və yaşadılmasına xidmət edir. Bu yönümdə 

Azərbaycan xalq nağıllarının  əhəmiyyəti danılmazdır. Müxtəlif məzmunlu 

nağıllarımız ailə məişətimizin fərqli xüsusiyyətlərini əks etdirməklə bu varisli-

yin qorunmasında mühüm rol oynayır. Hələ kiçik yaşlarından tam məqsədyön-

lü olmasa da xalqımızın qədim adət-ənənələrini nağıllardan mənimsəyən, onu 

xəyallarında yaşadan azyaşlı uşaqlar bir neçə illər sonra, artıq cəmiyyətin iqti-

sadi-siyasi-mədəni həyatında aktiv iştirakçıya çevrildikdən sonra, şüuraltında 

topladıqları məlumatları tətbiq edir, həyatda müqayisələr aparır, xeyir və şərin 

mübarizəsində özlərinin yerini müəyyənləşdirir, cəmiyyətdə bir mövqe tutma-

ğa çalışırlar. Bir sözlə, nağıllarımız hamımızın körpəlikdən qanımıza hopmuş 

qəhrəmanlıq,  şücaət, məhəbbət və digər bu kimi hissləri aşılamaqla bu 

dünyadan köçənə qədər bizi müşayiət edir. 

207 



Azərbaycan nağılları ailə  məişətimizin müxtəlif cəhətlərini saf və sadə 

formada, mübaliğəsiz, anlaşıqlı  və axıcı dildə göstərən etnoqrafik mənbə 

rolunda çıxış edə bilir. Maraqlıdır ki, istər islama qədər, istərsə  də islamla 

bağlı  hər hansı adət-ənənəyə nağıllarda rast gəlmək mümkündür. Bunun 

içərisində xalqımızın ailə-nigah münasibətlərinin, onunla paralel inkişaf edən 

inancların bir sıra xüsusiyyətlərinin nağıllarımızda əks olunması da diqqətəla-

yiqdir. Məlum olduğu kimi? etnoqrafik tədqiqatlar nəticəsində ibtidai icma 

dövründə və sonrakı dövrlərdə ailə quranların məkan mənsubiyyəti ilə əlaqə-

dar cəmiyyətdə matrilokal nigah münasibətlərinin mövcud olması müəyyən-

ləşdirilmişdir. Matrilokal münasibətlərin qalıqları «Ağ quş» nağılında belə 

göstərilmişdir: «Padşahın zənəni hamilə olur. Uşağın anadan olmasına az qal-

mış padşah zənənini öz qayınatasının yanına göndərir və orada bir oğlu olur» 

(1, 202-203). Buradan görünür ki, ibtidai adətin qalıqlarına əsasən hətta hökm-

dar da bu adətlərə tabe olaraq, ana xaqanlığının izlərini gündəlik məişət həya-

tında saxlamışdır. Oxşar adət hal-hazırda Azərbaycanda bir çox bölgələrimiz-

də bu və ya digər şəkildə tətbiq edilməkdədir. Doğrudur, matrilokal məskun-

laşma elmi ədəbiyyatlarda kişinin və övladın qadının ailəsi daxilində yaşama-

sını göstərsə də, sonrakı inkişaf prosesində hətta patriarxal münasibətlərin ən 

kəskin formasında belə bu məsələ özünü büruzə verir. İstənilən halda qadının 

hüquqları sonradan nə  qədər məhdudlaşdırılsa da müəyyən mərasimlərlə ana 

xaqanlığın izləri qorunub saxlanılmışdır. 

Məlum olduğu kimi, ailə məişətimizdə göbəkkəsmə adəti də mühüm yer 

tuturdu. Adətən, eyni vaxtda anadan olmuş qız və oğlanın valideynləri əvvəl-

cədən gələcəkdə övladlarının evlənəcəklərini qərarlaşdırır və bu evliliyin vədi 

əvvəlcədən alınırdı. Belə nigah forması  əsasən qohumlar və ya yaxın dostlar 

içərisində daha çox müşahidə olunurdu. «İbrahim» nağılında deyilir ki, Əhmə-

din və onun qardaşı  Məhəmmədin uzun müddət övladları olmurdu. Bir dəfə 

Əhməd bulaqdan su içdikdə bir ədəd qırmızı alma gördü, onu evinə apardı. 

Almanı yarı bölüb, yarısını özü arvadı ilə yedi, yarısını isə qardaşıgilə verdi. 9 

ay sonra Əhmədin bir oğlu, Məhəmmədin isə qızı doğuldu. Qardaşlar razılığa 

gəldilər və  həmin gün övladlarını bir-birinə göbəkkəsmə etdilər (1, 204). 

Nağıldan görünür ki, bu nigah valideynlərin sövdələşməsinin nəticəsində baş 

vermiş və əslində elmi ədəbiyyatda «ortokuzen» adlanan bir forma olmuşdur. 

Əmioğlu və əmiqızının nigahı ortokuzen, dayı və bibi uşaqları arasında bağla-

nan nigahlar isə kromkuzen nigah hesab olunur və dünya xalqlarının bir ço-

xunda hələ ibtidai icma cəmiyyəti dövründən etibarən tətbiq olunur.  

Etnoqrafik tədqiqatlar da göstərir ki, keçmişdə göbəkkəsmə adəti əsasən 

qardaş uşaqları arasında yayılmış, lakin çox vaxt uğursuzluqla nəticələnməsinə 

baxmayaraq, uzun müddət tətbiq olunmuşdu. Belə ki, körpəlikdən göbəkkəs-

mə edilmiş uşaqlar böyüdükdən sonra müxtəlif problemlərlə üzləşməli olurdu-

lar. Belə halların qarşısını almaq məqsədilə «deyiklilər» sınaqdan keçirilirdi. 

«İbrahim» nağılında təsvir olunur ki, Əhməd kişi hələ oğlu uşaqkən vəfat edir. 

«Məhəmməd qardaşına verdiyi vədə sadiq qalmaqla yanaşı, qardaşı oğlu İbra-

208 



himi sınamaq qərarına gəlir. Məhəmməd uzun müddət İbrahimə öz qızını gös-

tərmir və oğlana deyir ki, qızımın bir gözü kor, bir qıçı topal, həm də keçəl və 

çopurdur. Sənin kimi dərrakəli, gözəl oğlana layiq deyil». Bununla İbrahimi 

sınayan Məhəmməd  İbrahimdən istədiyi cavabı alır.  İbrahim  əmisi qızının 

onun göbəkkəsməsi olduğunu bildirir və onun xarici görünüşünə baxmayaraq 

onunla evlənməyə hazır olduğunu bildirir. Bu nağılda etnoqrafik cəhətdən ma-

raqlı məqam ailənin ortokuzen nigah əsasında qurulması və ona xüsusi riayət 

olunmasıdır. Maraqlı bir cəhət isə ortokuzen nigahla yanaşı, burada matrilokal 

adətin paralel göstərilməsidir. Nağılda deyilir ki, toy 7 gün, 7gecə İbrahimin əmi-

sinin evində (qız evində) olur, onlar bir müddət qız evində yaşayırlar (4, 69-71). 

Nağıllarımızdan birində göbəkkəsmə ilə bağlı  fərqli bir məqam da 

diqqəti cəlb edir. «Yusiflə Sənubər» nağılından aydın olur ki, bu adət əsasən 

adqoyma günü həyata keçirilir və cəmiyyətin varlı, imkanlı təbəqəsi tərəfindən 

var-dövlətin nəsildən kənara çıxmasının qarşısını almaq üçün daha çox tətbiq 

olunurdu. Oxşar məzmun «Moltanı padşahı», «Əhmədlə Sənəm» nağıllarında 

da müşahidə olunur (4, 104). Bu adətin mənfi cəhətlərindən biri böyüdükdən 

sonra, deyiklilərin bir-birini istəməməsi, qəbul etməməsi ilə də bağlıdır. Belə 

ki, oğlan və ya qız nağıllarda vəfasız, xəyanətkar kimi təsvir edilir. El adətinə 

görə, cəmiyyətin qoyduğu ümumi qaydalara riayət edilmədikdə, həmin şəxs və 

onun davranışları  tənqid edilir ki, həmin hadisə  təkrar olunmasın. «Həsən 

Qaranın nağılı»nda bu nigaha razı olmayan qız cəzalandırılır. Təsvir olunur ki, 

qız onu sevən öz əmisi oğlunu öldürüb, başını həramibaşıya verir. Lakin hara-

mi başçısı bunun əvəzində qızı doğrayır və deyir: «belə oğlanı öldürən qız mə-

nə nə vəfa göstərəcək» (3, 113). Bu hadisə sədaqət, adət-ənənəyə hörmət kimi 

hisslərin tərbiyəsi və təbliğində mühüm məqamları özündə əks etdirir.  

Ekzoqam və endoqam nigah forması da nağıllarda öz əksini tapmışdır. 

Endoqam nigahların mövcud olduğu şəraitdə həm valideynlər, həm də gənclər 

bir-birini tanıyırdılar. Bu səbəbdən də, oğlanlar qızı bəyənmək, «gözaltı» seç-

mək üçün çətinlik çəkmirdilər. Lakin ekzoqam nigahlarda, başqa el-obadan 

qızı tapmaq və bəyənmək lazım idi. Adətən kənar yerdən qız istədikdə elçilik-

dən əvvəl qızın valideynlərinin fikrini öyrənmək üçün «ara arvadı» göndərilir-

di. Azərbaycan şifahi xalq ədəbiyyatında bu məsələ özünün geniş əksini tap-

mışdır. Nağıllarımızda belə qadınlar iki qismə ayrılır: küpəgirən, aravuran və 

xeyirxah qarılar. «Küpəgirən» və ya «küp» qarısı nağıllarda belə xarakterizə 

olunur: «gözləri çaş, ağzı əyri, qılçası topal, beli donqar, qaşqabağından zəhri-

mar tökülür» (1, 49). Nağıllarda həm də sehrbaz kimi göstərilən belə qadınlar 

daim pislənir, onların  əməlləri nağılın sonunda puça çıxır, onlar istəklərinə 

nail ola bilmirlər. 

Ekzoqam nigahlarda başlıq almaq daha çox müşahidə olunmuşdur. Baş-

lıq kimi müəyyən miqdar pul, qiymətli metal, daş-qaş və mal-qara tələb olu-

nurdu. «Axvax» nağılında deyilir ki, Səlim üçün elçiliyə gedənlərə qızın atası 

şərt qoymuşdu: «Gərək qızın özü ağırlığında qızıl gələ» (3, 123). Adətən belə 

başlıqdan sonra oğlan evi müflisləşirdi. Bu nağılda da təsvir edilir ki, Səlimin 

209 



ailəsi tələb olunan qızılı verdikdən sonra tamamilə yoxsula döndü. Müəyyən 

vaxtlarda isə  qız ailəsi bilərəkdən başlığın miqdarını  şişirdərək, elçini geri 

qaytarırdılar. Göründüyü kimi, başlıqdan bir vasitə kimi, rədd cavabının for-

ması, onun ekvivalenti kimi də istifadə olunurdu. 

Bütün bu mərasimlərin ardınca nağıllarda toy xüsusi təntənə ilə  təsvir 

olunur. Toy mərasiminin müddəti 7 gün, 7 gecə və ya 40 gün, 40 gecə olmaqla 

göstərilir. Toydan bir neçə gün əvvəl bəy tərəfindən iki nəfər yaxın «sağdış» 

və «soldış» seçilir və onlar toy günlərində  bəyi müşayiət edirdilər. «Göyçək 

Fatma» nağılında da sağdış, soldış və yengə haqqında məlumat verilir. Qeyd 

etmək lazımdır ki, toy günlərində sağ və sol qoruma seçmək adəti digər türk 

xalqlarında da olmuşdur. Bir çox tədqiqatçılar bunu bəyi pis ruhlardan qoru-

maq zərurəti ilə  əlaqələndirirlər (5, 116). Hal-hazırda xalq içərisində el toy-

larında hələ də bəyin və ya gəlinin yoldaşları – sağdış və soldışlar təyin edilir. 

«Hatəm» nağılında toyla bağlı ailə  məişətimizin yeni ünsürlərinə rast 

gəlmək mümkündür. Nağıldan aydın olur ki, ər evinə aparılmazdan  əvvəl 

gəlinin saçlarını gülabla yuyurdular. «Göyçək Fatma» nağılında qızın saçlarını 

gülabla yuyub «gərəbənd» topladıqları göstərilir (1, 99). Bu məlumatdan da 

itib getməkdə olan bir adətimizin izlərini görmək olar. İnanca görə, gəlin  ər 

evinə köçdükdə saçlarında və paltarında heç bir düyün olmamalı idi və 

bununla  əlaqədar olaraq, gəlinin saçını  nə hörür, nə  də bağlayırdılar. Sadəcə 

olaraq, boynunun arxasında yumurlayıb – gərbənd edirdilər. 

Nağıllarda ailə məişətimizin az öyrənilmiş məsələlərindən biri olan ögey 

ana və  uşaqlar arasındakı münasibətdir. Ögey ana nağıllarda paxıl, kobud, 

amansız, sərt və zülmkar kimi göstərilirdi. «Göyçək Fatma» nağılında ögey 

ananın və onun qızının davamlı olaraq cəza tətbiq etməsi və paxıllıqdan Fat-

maya qarşı etdikləri hərəkətlər tənqid olunur (1, 37-44). Son nəticədə ögey 

ananın davranışının pislənməsi yenə  də ümumiyyətlə  cəmiyyətin münasibəti 

kimi verilir və göstərilir ki, bütün cəhdlərə baxmayaraq, haqq, ədalət daim əzi-

lən tərəfdə durur. 

Qədim azərbaycanlıların etiqadında ibtidai inanclar zaman-zaman aparı-

cı funksiya daşımışdır. Totem hesab olunan müxtəlif heyvanlar sehrli nağıl-

larda olduğu kimi, digər nağıllarda da hadisələrin müsbət yönümdə inkişafına 

mühüm təsir göstərən varlıqlar kimi təqdim olunur. Heyvanlar çətinliklə 

üzləşmiş qəhrəmana yardım edir, onlara sehrli qüvvə verir və şər üzərində qə-

ləbə çalmağa yardım edir. «Ovçu Pirim» nağılında ilanın tüpürcəyi Ovçu Piri-

mə qeyri-adi bacarıq verir və nəticədə o, bütün heyvan və quşların dilini bilir 

(1, 27). Bundan başqa, ağ ilan müqəddəs və yardımçı, qara ilan isə düşmən 

kimi göstərilir və ağ ilan ovçunu bədbəxt hadisədən qurtarır. «Daş üzük» nağı-

lında gənc oğlan bazardan aldığı yeşiyi açanda onun içərisindən çıxan ilan, əs-

lində ilanlar şahının qızı olur və sonda ilan-qıza yardım göstərən ailə mükafat-

landırılır (1, 123). Dolayısıyla insan toteminə, totem isə insana köməklik edir. 

Nağıllarda müqəddəs hesab edilən heyvanlar içərisində it, at, inək və 

digər heyvanlar aparıcı rol oynayır. «Göyçək Fatma» nağılında göstərilir ki, 

210 



Fatma inəklə sirdaş olur, hətta inək kəsildikdən sonra onun sümükləri qıza 

yardım edir. Azərbaycanlılar içərisində  qədim zamanlardan totem səciyyəsi 

daşıyan digər heyvan at olmuşdur. Məlum olduğu kimi, keçmişdə evin giriş 

qapısından at nalı asılırdı, onun qoruyucu funksiyasına inam var idi. 

Nağıllarda da at sahibini çətinliklərdən qurtarır, ona nağılın sonuna qədər 

sədaqətlə xidmət göstərir. «Bəxtiyar», «Qırx qönçə», «Ağ atlı  oğlan» 

nağıllarında atın çətin səfərlərdə və gözlənilməz anlarda yardımı ətraflı təsvir 

edilir (1, 145-150). Sonralar şifahi xalq yaradıcılığı nümunələrinin bir çoxunda 

atın qoruyucu funksiyası daim vurğulanır.  

Şifahi xalq ədəbiyyatında tez-tez təsadüf olunan göyərçin daim xalq 

içərisində toxunulmaz və müqəddəs hesab olunmuşdur. «Daş üzük» nağılında 

oğlan anasının bazarda satmaq üçün verdiyi yumağı göyərçinlə  dəyişdirir və 

gəncin sonrakı taleyində həmin göyərçin mühüm rol oynayır və çətin anlarda 

ona kömək edir. Hal-hazırkı inanclara əsasən, göyərçin yenə  də toxunulmaz 

hesab olunur və hətta onun müxtəlif xəstəliklərin müalicəsində istifadəsi müs-

bət qarşılanır. Adətən, ailədə övladları gec dil açan valideynlər göyərçin yu-

murtasını həmin uşağa içirtməklə, onun tez danışa biləcəyinə inanırdılar. Ox-

şar funksiya simurq quşuna da aid edilə bilər. Nağıllarda quşun lələyinin 

yandırılması ilə onun çətinlikdə olan adama yardım etməsi dəfələrlə rast gəlin-

miş hallardandır. «Ağ atlı  oğlan» nağılında Nərbala quşun tükünü yandıran 

kimi quş onun dediklərini hazır edirdi (2, 86-119). 

Nağıllarda bir çox meyvə ağacları və otlara etiqad da öz əksini tapmış-

dır. İbtidai inanclardan olan animizmin bu və ya digər əlamətləri demək olar 

ki, məişətlə bağlı  məsələlərdə müşahidə olunmuşdur. Adətən sehrli qüdrətə 

malik olan meyvələrin içərisində alma nağıllarda xüsusi yer tutur. Nağıllarda 

bəzi hallarda «qızıl» və ya «qırmızı» alma ifadəsi işlənir. Alma insanlara 

sevinc gətirir, onları arzularına çatdırır. «Məlikməmməd», «Bəxtiyar», «Ax-

vax», «Sehrli üzük», «Ağ atlı oğlan» nağıllarında alma hadisələrin gedişində 

aparıcı mövqe tutur, almanı yeyən xəstə sağalır, qoca gəncləşir, ailə qurmaq 

istəyən qızlar seçimlərini alma atmaqla göstərir və alma cənnət meyvəsi kimi 

təqdim olunur. Nağılların sonunda da daim göydən üç alma düşür. Azərbaycan 

məişətindəki bir çox mərasimlərdə alma əsas yer tutmuşdur. Etnoqrafik müşa-

hidələr göstərir ki, keçmişdə  bəzi rayonlarda gəlin ata minib ər evinə yola 

düşəndə bəy gəlinə alma atırdı və ya bəy üçün bəzədilmiş xonçalara hökmən 

alma qoyulurdu.  

Nağıllarda islam dini ilə bağlı inamlar, müsəlmançılığı göstərən məqam-

lar, izlər də müşahidə olunmaqdadır.  Şifahi xalq ədəbiyyatı nümunələrindən 

məlum olur ki, ölünü ağ  kəfənə büküb dəfn edirdilər. «Aldərviş» nağılında 

qardaşının bağışlanmasını xahiş edən Say Ərən «ağ kəfənə bürünərək» atası-

nın yanına getmişdi (4, 201). Bu adət keçmişdə ağsaqqalların məsləhəti ilə iki 

qanlı düşmən arasında barışıq təşkil edilərkən icra olunurdu. Bu zaman 

qanlılardan biri ağsaqqalın müşayəti altında kəfəni boynuna ataraq, digərinin 

yanına gəlir və bağışlanmasını xahiş edir, o birisi isə onu bağışlayır və bundan 

211 



sonra kin saxlamayacağına dair Qurana and içirdi. Folklor nümunələrindən 

göründüyü kimi, keçmişdə And müqəddəs hesab olunurdu və onu pozmaq 

olmazdı. «Aldərviş» nağılında da bunu görmək mümkündür. 

Nağılların demək olar ki, hamısında müsbət keyfiyyətlər təbliğ olunur, 

tənbəllik, qorxaqlıq, ikiüzlülük tənqid olunur. Cəsarət, ədalət, sədaqət, dostluq, 

qarşılıqlı yardım istər insan, İstərsə də heyvan obrazları ilə göstərilir. Nağıllar-

da div obrazı  nə  qədər güclü təsvir olunsa da, əsas qəhrəman ağlının və  ət-

rafındakıların yardımı ilə ona son anda qalib gəlməyi bacarır. Bu, nağılların 

əsasını təşkil edən xeyirin şər üzərində qələbəsinin göstəricisi olmuşdur. 

 

ƏDƏBİYYAT 

1.

 

Azərbaycan ədəbiyyatı inciləri. Bakı: Azərnəşr, 1985, 430 s. 



2.

 

Azərbaycan nağılları. Bakı: Turan, 2001, 320 s. 



3.

 

Azərbaycan nağılları. 5 cilddə, III c. Bakı: Azərb.SSR EA-nın Nəşriyyatı, 1962, 282 s. 



4.

 

Azərbaycan nağılları. 5 cilddə, IVs., Azərb.SSR EA-nın Nəşriyyatı, ,Bakı,1963, 288 s. 



5.

 

Həkimov M.İ. Xalqımızın deyimləri və duyumları. Bakı: İşıq, 1968, 265 s. 



6.

 

Кагаров  Е.Г.  Состав  и  происхождение  свадебной  обрядности/  Сборник  музея 



антропологии и этнографии Т.8, М.: Музеи, 1929, с.116 

 

О НЕКОТОРЫХ ОСОБЕННОСТЯХ СЕМЕЙНО-БЫТОВЫХ  



ОТНОШЕНИЙ В АЗЕРБАЙДЖАНСКИХ СКАЗКАХ 

 

А.Т.АБДУЛЛАЕВ 

 

РЕЗЮМЕ 

 

Азербайджанские сказки имеют особое место в изучении семейно-бытовых отно-



шений. В сказках отражаются древние обычаи, борьба между злым и добрым духом и в 

основном пропангандируется высокое человеческое качество. Азербайджанские сказки, 

отражая разные стороны семейно-бытовых отношений, являются неизменным этногра-

фическим источником. 



 

Ключевые слова: сказка, этнография, семейный быт, источник 

 

SOME FEATURES OF FAMILY RELATIONS IN  



FOLKTALES OF AZERBAIJAN 

 

A.T.ABDULLAYEV 

 

SUMMARY 

 

Azerbaijan folktales have an essential place in the study of the family relations. The 



folktales of Azerbaijan deal with ancient traditions, the struggle between the vice and virtue. 

Azerbaijan folktales de scribe all details of our traditional lives and can be considered 



ethnographic resources.  

 

Key words: folktales, ethnography, family life, resource 

212 

Yüklə 51,13 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə