Baki universitetiNİn xəBƏRLƏRİ №4 Humanitar elmlər seriyası



Yüklə 75,46 Kb.
Pdf görüntüsü
tarix12.03.2018
ölçüsü75,46 Kb.
#31292


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4      

 

Humanitar  elmlər seriyası 

  2011 

 

 

 

UOT 94 (479.24) 

 

 



İKİNCİ BALKAN SAVAŞI AZƏRBAYCAN MƏTBUATININ 

DİQQƏT MƏRKƏZİNDƏ  

 

S.F.ÁÀÕØßËÈÉÅ  

Azərbaycan Müəllimlər İnstitutu 

baxsaliebsamir@yahoo.com 

 

Тцркийя иля Аzярбайъанын тарих бойу сых ялагяlərи мялумдур. ХХ йцзилин яввялляриндя 

бейнялхалг  алямдя  гцввяляр  нисбятинин  мцяййянляшмясиня  вя  биринъи  дцнйа  савашынын  баш 

вермясиня  эцълц  тясир  эюстярмиш  Балкaн  савашларынын  эедишиня  Азярбайъан  иътимаиййяти  чох 

йахындан гардаш мцнасибяти эюстярмишдир. Ады  чякилян  савашларын  Азярбайъан мятбуатында 

ишыгландырылмасы индийядяк бир проблем кими айрыъа тядгигат кими эютцрцлцб юйрянилмямишдир. 

Savaşların, xüsusilə  də ikinci Balkan müharibəsi  яряфясиндя  və gedişində Türkiyədə daxili 

durumla bağlı məsələlərin və ondan kənarda baş verən hadisələrin Азярбайъан мятбуатында 

necə ишыгландырылмасы məsələləri əsas diqqət mərkəzində saxlanılır. 

 

Açar sözlər: Balkan, vəziyyət, savaş, imperiya 

 

ХХ  йцзилlиyiн  яввялляриндя  бейнялхалг  алямдя  гцввяляр  нисбятинин 



мцяййянляшмясиня  вя  биринъи  дцнйа  савашынын  баш  вермясиня  эцълц  тясир 

эюстярмиш Балкaн савашларынын эедишиня Азярбайъан иътимаиййяти чох йахын-

дан  гардаш  мцнасибяти  эюстярмишдир (19, 140). Бу  мцнасибят  юз  яксини 

дюврц мятбуатында да тапмышды. 

Azərbaycan-Türkiyə münasibətləri tarixində çağdaş mərhələnin hər iki öl-

kənin mənafeyinə uyğun  şəkildə inkişafı onun əvvəlki tarixi mərhələlərini ob-

yektiv şəkildə, yüksək elmi səviyyədə öyrənilməsini qarşıya qoyur. Bu xeyirxah 

işin təməli “Əkinçi” qəzeti ilə başlamışdır desək, yəqin ki, yanılmarıq (1, 49-55).  

Ады  чякилян  савашларын  Азярбайъан  мятбуатында  ишыгландырылмасы  инди-

йядяк бир проблем кими айрыъа тядгигат кими эютцрцлцб юйрянилмямишдир. Бу 

мягалядя  биз  Балкан  дювлятляри  иля  Тцркийя  арасында  мцнасибятлярин  эярэин-

ляшмяси,  ikinci Balkan savaşı  və Türkiyədə daxili durumla bağlı  məsələlərin 

Азярбайъан мятбуатында ишыгландырылмасы məsələlərini təhlil etməyə çalışmışıq. 

Türklərin Balkanlardan, daha doğrusu, Avropadan atılmaları 1699-cu il 

Karlovça müqaviləsi ilə başlamışdı. Birinci Balkan savaşı sonunda bu iş, de-

mək olar ki, başa çatdı. Ancaq buradakı Osmanlı mirasını bölüşdürmək məsə-

ləsində nə kiçik Balkan dövlətləri, nə də böyük dövlətlər razılığa gələ bilmirdi-

lər (21, 144). Onların hər biri daha çox pay qoparmaq istəyirdi. Mübahisə 

Makedoniya və Albaniya üzərində gedirdi. 

178 



Serbiya, Albaniya üzərindən Adriatik dənizinə çıxırdı. Avstriya isə bunu 

əsla istəmirdi. Buna görə də, bu bölgədə gözü olan İtaliya ilə razılığa gəlməyə 

məcbur oldu və hər iki dövlət Serbiyanın Adriatik dənizinə çıxmasına  mane 

oldu və Albaniya Avstriya ilə İtaliyanın nüfuz dairəsinə alındı. Adriatik dəni-

zinə çıxa bilməyən Serbiya  bunun əvəzində Makedoniyanın bir hissəsini tələb 

edirdi (1, 79). 

Savaşda Bolqarıstan Trakyanı (Frakiyanı)  ələ keçirərək xeyli genişlən-

mişdi. Beləliklə, 1878-ci il Ayastefanos (Yeşilkoy) müqaviləsində nəzərdə tu-

tulan «Böyük Bolqarıstan» gerçəkləşmiş olurdu. Bu isə digər Balkan dövlətlə-

rini çox narazı saldı. Serbiya və Qaradağ Makedoniyadan daha çox pay almağı 

özünün haqqı hesab edirdi. Rumıniya savaşda iştirak etməsə  də, Dobrucanı 

almaq niyyətində idi. Belə ki, Rumıniya bitərəfliyinin  əvəzində Dobrucanın 

ona verilməsini irəli sürürdü (1, 79-80). Bolqarıstanın Frakiyanı (Trakyanı) ələ 

keçirib Egey dənizinə çıxmasını Yunanıstan böyük bir həyəcan ilə qarşılamış-

dı. Beləliklə, bu narazılıqlar Balkanlarda yeni bir böhranın yaranmasına səbəb 

oldu. Balkan dövlətləri arasında yaranmış ixtilafı  qısaca olaraq belə xülasə 

etmək olar: Birinci, Balkan savaşında Bolqarıstan xeyli genişlənmiş və böyük 

qənimət əldə etmişdi. Bu isə digər Balkan dövlətlərinin narazılığına səbəb ol-

du. Almaniya-Avstriya bloku Rusiyanın Balkanlarda möhkəmlənməsini istə-

mir və buna görə də Balkan ittifaqının dağılmasına çalışırdı. Digər böyük döv-

lətlər – İngiltərə, Fransa və  İtaliya da Rusiyanın Balkanda zəifləməsində  və 

Balkan birliyinin ortadan qaldırılmasında maraqlı idilər. Birinci Balkan sava-

şından xeyli qənimətlə  çıxmış Bolqarıstan daha təcavüzkar davranaraq «Bö-

yük Bolqarıstan» xülyasını gerçəkləşdirmək istəyirdi. 

Beləliklə, öz tamahkar iddialarından irəli gələrək Balkan dövlətləri yeni 

bir müharibə hazırlığına girişdilər. «İqbal» qəzeti 19 may 1913-cü il tarixli sa-

yında bu hazırlığı belə şərh edirdi (5). Bolqarıstan çarı Ferdinand gah Vyana-

dan, gah da Peterburqdan kömək istəyir. «Rusiya Bolqarıstana məsləhət görür-

dü ki, Serbiya ilə aralarında olan kəskin məsələləri sülh yolu ilə həll etsin. Bu-

na cavab olaraq Bolqarıstan Yunanıstan və Serbiyaya qarşı müharibə etməyə 

ciddiyyətlə çalışır…  Əhalidən buynuzlu heyvanlar, qoyun və s. alınır. Hərbi 

xidmətə 1914-cü ildə çağırılmalı olan şəxslər bayraq altına çağırılır…Serbiya 

ilə həmsərhəd olan şəhərlərdə həyəcan davam edir. Zabitlər və məmurlar ailə-

ləri ilə birlikdə Sofiyaya yola düşürlər» (6).   

«İqbal» qəzetinin 21 may 1913-cü il sayında «Müttəfiqlər arasında Keşov  

və Paşiçin səyi» başlıqlı bir yazı  dərc olunmuşdur. Londondan əldə edilmiş 

məlumata  əsasən bu yazıda bildirilir ki, Bolqarıstan baş naziri ilə Serbiya baş 

naziri Paşiç Balkan İttifaqının pozulmaması üçün çox səy göstərirlər (7-№364). 

Bununla belə onların səyi bir nəticə verə bilmir, çünki hər iki ölkədəki ictimai 

fikir qızışaraq bir-birinə qarşı  kəskin düşmənçilik münasibətində idi. Bol-

qarıstanda da, Serbiyada da müharibə arzusu gündən-günə artmaqda davam 

edirdi. Buna görə  də, Balkan İttifaqının davam etməsi mümkün deyildi (7). Bu 

səylərdə  hər iki hökumət başçısının o qədər də  səmimi olmadıqlarını söyləmək 

179 



olar. Ona görə ki, Bolqarıstan və Serbiya arasındakı mübahisəli məsələləri silah 

yolu ilə həll etmək qərarı hər iki ölkədə möhkəm şəkildə qəbul olunmuşdur. 

Beləliklə, Balkan İttifaqının rəsmən dağılması və Balkanlarda yeni mü-

haribənin başlanması an məsələsi oldu. Əvvəlcə Serbiya və Yunanıstan Bol-

qarıstanı Makedoniyadan çıxartmaq məqsədilə öz aralarında ittifaq yaratdılar. 

1913-cü il iyunun 1-də Serbiyanın Afinadakı  səfiri M.Boşkoviç və Belqrad-

dakı Yunanıstan səfiri İ.Aleksandropulos arasında Səlanikdə gizli ittifaq mü-

qaviləsi imzalandı (18, 367). Qeyd edildiyi kimi, imzalanan bu müqavilə Bol-

qarıstana qarşı yönəldilmişdi. Bu müqaviləyə  əsasən Makedoniyada Vardar 

çayından qərbdəki ərazilər bölüşdürülərək burada  Serbiya–Yunanıstan sərhə-

di, eləcə  də Albaniyada hər iki tərəfin nüfuz sahəsi müəyyən ediləcəkdi. Bu 

ittifaq müqaviləsi ilə  bərabər hərbi konvensiya da imzalandı. Yunanıstan ilə 

Serbiya arasında imzalanan bu konvensiya Bolqarıstan hücum edərsə, ona 

qarşı birgə hərbi əməliyyat aparmağı nəzərdə tuturdu (18, 368).    

Beləliklə, Balkan ittifaqının pozulmasının ilk rəsmi addımı atılmış oldu. 

Serb – yunan ittifaq müqaviləsi həm də ikinci Balkan savaşının diplomatik 

hazırlığı idi. 

Serbiya və Yunanıstan arasında ittifaq müqaviləsinin imzalanması Bal-

kan dövlətlərini Türkiyəyə qarşı savaşa təhrik etmiş olan Rusiyanın etirazına 

səbəb oldu. Rusiya bu dövlətlər arasında savaşın baş verməməsi üçün çox səy 

göstərsə də təşəbbüsündə uğurlu ola bilmədi. Tezliklə Rumıniya da Serbiya–

Yunanıstan ittifaqına qoşuldu. Yuxarıda deyildiyi kimi, Rumıniya birinci Bal-

kan savaşında bitərəfliyinə mükafat olaraq Dobrucaya iddia edir və 

Bolqarıstanın Balkanlarda genişlənməsini də istəmirdi. 

Öz hərbi üstünlüyünə arxayın olan Bolqarıstan 29 iyun (iyunun 29-dan 

30-a keçən gecə) 1913-cü il tarixində qəfildən Serbiya ilə Yunanıstanın Make-

doniyadakı mövqeyinə hücum etdi (18, 369; 20; 19, 79; 8-№379). Bolqarıstan 

həm də Serbiya ilə Yunanıstanı savaşa hazırlıqsız yaxalamaq istəyirdi. 

Bolqarıstanın qəfil hücumundan sonra Sofiyada olan Serbiya nümayən-

dəsi Bolqarıstan hökumətinə nota verdi. Notada deyilirdi: «Bolqarıstan müha-

ribə elan etmədən Serbiya qoşunlarına hücum etməsi ilə bu iki dövlət arasında 

mövcud olan İttifaq müqaviləsini pozmuşdur. Ona görə Serbiya hökuməti bu 

gündən etibarən Bolqarıstan ilə siyasi münasibətləri kəsib öz səfirini Sofiya-

dan geri çağırır» (9). Beləliklə, ikinci Balkan müharibəsi başlanmış oldu. 

«Kaspi» qəzetinin 22 iyun 1913-cü il tarixli sayında ikinci Balkan sava-

şının başlandığı dövrdə Balkan dövlətlərinin ordusunun miqdarı haqqında mə-

lumat dərc etmişdir (12).   

Bu məlumat xarici Avropa qəzetlərinin məlumatları  əsasında hazırlan-

mışdı. Burada deyilirdi ki, doqquz diviziyadan ibarət olan Yunan ordusu Səla-

nik dairəsində yerləşib. Nəhayət, bir diviziya da Qaraferidə yerləşirdi. Almani-

ya və Avstriya  qəzetlərinə görə Yunanıstan ordusunun canlı qüvvəsi  90-100 

min nəfərdən ibarətdi. Ancaq qəzet bu rəqəmin bir qədər az göstərildiyini bil-

dirir. Belə ki, Afinanın rəsmi qəzeti olan «Hetlia» Yunanıstan ordusunun canlı 

qüvvəsinin təqribən 200 min nəfərdən ibarət olduğunu yazırdı (12).  

180 



Serbiya ordusu isə üç hissəyə bölünmüşdü. Onlardan biri və ən güclüsü 

Vardan vadisində mövqe tutmuş və sağ cinahı ilə Gevqəlidə Yunanıstan ordu-

su ilə təmasda idi. Bu ordunun əsas kütləsi Kumanovo–Köprülü xəttində yerlə-

şirdi; qərargahı isə Üsküb şəhərində idi. Ordunun canlı qüvvəsinin miqdarı 

təqribən 90 minə  bərabərdi. Serb ordusunun 30-50 min nəfərdən ibarət olan 

ikinci hissəsi isə Vranya–Kratovo xəttində yerləşirdi. İkinci hissə isə təqribən 

50 min nəfərdən ibarət olub, Dunayda Serb–Bolqar sərhəd xəttində yerləşmiş-

di. Beləliklə, Serbiya və Yunanıstan ordusu Dunaydan Orfanoya qədər Bolqa-

rıstanın bütün qərb və cənub–qərb sərhədi boyunca zəncir xətti təşkil etmişdi. 

Serbiya və Yunanıstan ordusunun ümumi miqdarı  təqribən 275-300 min idi. 

Bu iki ordunun sərəncamında isə 628 səhra topu vardı. Qüvvələrin toplaşmaq 

vəziyyətindən belə çıxırdı ki, Serbiya Köstendil–Sofiya istiqamətində həlledici 

əməliyyat keçirməyi qərara almışdılar. Yunanlar isə bolqarları  cənubi–şərqi 

Makedoniyadan sıxışdırıb çıxartmağa çalışırdılar (12). 

Bolqarıstan ordusunun canlı qüvvə miqdarı 300 mindən çox hesab edilir-

di. Toplarının miqdarı isə 600 qədərdi. Bundan başqa bolqarların  əlinə birinci 

Balkan savaşında xeyli miqdarda top qəniməti keçmişdi. Bolqar ordusu Dunay-

da Orfancdan Viddinə qədər bütün sərhəd boyunca yerləşdirilmişdi. Bolqarıstan 

Serbiya ordusunun əsas qüvvəsinə qarşı 100-120 minlik ordu çıxarmışdı (13). 

Bolqarlar  əsas qüvvələrini Serbiya ordusuna qarşı  çıxarmışdılar. Qara-

dağ diviziyası da serblərin yardımına gəldi. Serblər Bolqarıstanın gözlədiyinin 

əksinə olaraq dərhal  əks hücuma keçdilər.  İyunun 30-dan iyulun 6-a qədər 

Breqalnitsa çayı sahilində gedən döyüşlərdə bolqarlar ağır məğlubiyyətə uğra-

dılar (1, 576). Yunanlara qarşı olan cəbhədə  də bolqarlar məğlub oldular. 

Andan–Niqrit xəttində üç günlük vuruşmada yunanlar bolqarlar üzərində par-

laq qələbə çaldılar (10).  

İyulun 10-da Rumıniya da Bolqarıstana qarşı hərbi əməliyyatlara başladı 

və ordusunu Sofiya istiqamətində hərəkətə keçirdi (1, 577). Beləliklə, Bolqa-

rıstan ordusu ciddi şəkildə sıxışdırıldı. 

Bu zaman iqtidarda olan İttihadçılar Ədirnəni qurtarmaq üçün hərəkətə 

keçməyi qərara aldılar. Bunun üçün yaranmış  vəziyyət də  əlverişli idi. «İq-

bal»ın 2 iyul 1913-cü il tarixli sayındakı «Balkanlarda müharibə» rubrikasında 

bildirilirdi ki, Osmanlı qoşunlarına əmr edilmişdir ki, bolqarların işğal etdiklə-

ri yerləri təzədən tutsunlar (11). Osmanlı hökuməti 1913-cü ilin 18 iyulunda 

rəsmən Bolqarıstana savaş elan etdi (3, 233). Türkiyə ordusunun hücumuna 

davam gətirməyən bolqarlar sürətlə geri çəkildilər. Polkovnik–leytenant Ənvər 

Bəyin başçılıq etdiyi avanqard qüvvə iyulun 22-də Ədirnəni geri aldı (14; 19, 

79). Ancaq Türkiyə böyük dövlətlərin isə qarışa biləcəyindən ehtiyat edərək 

ordunu Məric çayında dayandırdı (16). Türkiyə hökuməti hələ 19 iyun–1 iyul 

1913-cü il tarixində böyük dövlətlərə  rəsmi  şəkildə bildirmişdi ki, Türkiyə 

Ədirnəni, Qırxkilsə və Frakiyanı qaytarmaqla kifayətlənəcək və heç bir halda 

Məric çayını keçməyəcəkdir (11).   

Ədirnənin qurtarılması çox mühüm hadisə idi. Ədirnənin mühasirəsi və 

qurtuluşu dövri Azərbaycan mətbuatının daim diqqət mərkəzində olmuşdu. Bu 

181 



mövzu nəinki rəsmi xəbərlərdə, eləcə  də  mətbuat səhifələrində  çıxan bədii 

əsərlərdə  də  əksini tapırdı. «Ədirnənin qurtuluşu yüzillərin dastanlarını yara-

danları bir az da küskün olan könülləri» sevindirdi (2, 50). Şair X.X.Sədribəy-

zadə «İqbal»ın 1913-cü ilin yanvar saylarının birində çıxan «Ədirnə» başlıqlı 

şeirində  «Ədirnə tarixinin lirik–romantik üslubda bədii obrazını yaratmışdı» 

(2, 43-44). O, «Ədirnənin bədii obrazıyla türk milli ruhunu, psixologiyasını, 

zülmə, haqsızlığa yenilməzliyini lirik–romantik  şəkildə ifadə edirdi» (2, 45).  

Ə.Müznib «Qazi Ənvər paşa» adlı  şeirində  də  Ədirnəni, onun Türkiyə üçün 

böyük əhəmiyyətini tərənnüm edirdi (2, 49-50).    

Bolqarıstanın qəti  şəkildə iyulun 29-da təslim olmasından sonra sülh 

danışıqlarına başlanıldı. Nəticədə Bolqarıstan ilə digər Balkan dövlətləri ara-

sında 10 avqust 1913-cü il tarixli Buxarest sülh müqaviləsi imzalandı (4, 237).   

Türkiyə ilə Bolqarıstan arasında danışıqlar daha intensiv xarakter aldı. 

Əhməd bəy Ağaoğlunun Türkiyədən «Kaspi» qəzetinə göndərdiyi məktublar-

da bu danışıqlar təfsilatlı və obyektiv şəkildə şərh olunmuşdur. Bu baxımdan 

Ə.Ağaoğlunun «Kaspi» qəzetinin 1, 5, 13 sentyabr tarixli saylarında dərc edil-

miş məktubları diqqətə layiqdir (15; 16; 17).     

İkinci Balkan savaşından sonra da böyük dövlətlərdən bəzisi Türkiyəyə 

təzyiqdən əl çəkmək istəmirdi. Bu vasitələrdən biri maliyyə təzyiqi idi ki, bol-

qarlar da danışıqlarda bundan istifadə etməyə çalışırdı. Fransa hökuməti də ilk 

öncə maliyyə təzyiqinə tərəfdar olmaq istəmişdi. Ə.Ağaoğlu bu məsələni ma-

raqlı şərh edərək yazırdı ki, Fransa Balkan savaşının ilk mərhələsində Türkiyə-

nin düşmənlərinə tərəfdar olmuşdu. Belə ki, Fransa o zaman Avropanın cənu-

bunda Balkan İttifaqının timsalında nəhəng bir qüvvənin formalaşacağını  və 

bu qüvvənin də pangermanist cəbhəyə qarşı onunla müttəfiq olacağını ümid 

edirdi. İndi isə bu qüvvədən yalnız bir kölgə qalıb, o dağılaraq külü göyə sov-

rulub. Öz təşəkkül dövrünü belə yaşaya bilməyən bu süni ittifaq ilə müqayisə-

də Türkiyənin həyat qüvvəsi daşıdığı məlum oldu. Bütün bunlar Fransanı Tür-

kiyəyə maliyyə təzyiqi göstərməkdən əl çəkməyə məcbur etdi. 

Beləliklə, maliyyə boykotu ideyası uğursuz oldu. Ə.Ağaoğlu yazırdı ki, 

bolqarların özləri də bunu əla bilirlər. Ancaq onlar danışıqlarda Ədirnə və Fra-

kiya kimi güzəştlərini Türkiyəyə mümkün qədər baha satmağa çalışırlar (15).   

İstanbulda aparılan Türkiyə–Bolqarıstan danışıqları Türkiyə ictimaiyyə-

tinin böyük diqqət mərkəzində idi. Bolqarıstan nümayəndələri (Nocçeviç və 

Savvov) öz hökumətinin tapşırığına  əsasən danışıqları uzatmağa çalışırdılar. 

Onlar  Ədirnə ilə  Qırxkilsənin Türkiyənin  əlində qalmasıyla razılaşdığını 

bildirsələr də Məriç çayının hövzəsi məsələsində söz oyununa keçirdilər. Belə 

ki, Məriç çayı Türkiyə üçün böyük strateji əhəmiyyət daşıyırdı. Məriç çayı 

Türkiyə nüfuzundan kənarda qalarsa, Bolqarıstanın təcavüz təhlükəsi real 

olacaqdı. Belə ki, Bolqarıstan Türkiyənin sərhəddinə təcavüz edə bilərdi. Eyni 

zamanda Məricin Bolqarıstan hüdudları içərisində olduğu müddətdə Ədirnə və 

İstanbulun təhlükəsizliyi də möhkəm olmayacaqdı.  Ə.Ağaoğlu yazırdı: «Bu 

çaya sahib olmaq həm Bolqarıstan, həm də Türkiyə üçün olduqca əhəmiyyətli 

idi. Bu çayın əldən çıxması ilə Bolqarıstanın Egey dənizi ilə əlaqəsi kəsilir və 

182 



o qədər qurbanlar hesabına yenicə ələ keçirilmiş Kavala limanı isə Bolqarıstan 

üçün hər cür əhəmiyyətini itirir, ancaq digər tərəfdən də Türkiyə bu çay 

olmadan özünü təhlükəsizlikdə hiss edə bilməz; bu çay hər iki dövlət arasında 

təbii sərhəddir, əgər o Bolqarıstanın əlində olarsa, Ədirnə və Konstantinopolun 

(İstanbulun–S.B.) təhlükəsizliyini təmin olunmuş hesab etmək olmaz və 

Bolaqrıstan istənilən vaxt yenidən Türkiyəyə soxula bilər. Məhz buna görə də, 

Türkiyə ordusu Ədirnə və Qırxkilsəni ələ keçirdiyi vaxt Məric çayının o biri 

tərəfindəki Dinietok və Ortayköy kimi mühüm strateji məntəqələri də tutdu. 

Bu məntəqələrə yiyələnmədən Ədirnəyə yiyələnmənin mənası olmaz» (17).   

Bolqarıstan nümayəndələri danışıqları uzatmaqla vaxt qazanmağa çalışır 

və bu yolla böyük dövlətlərin yardımına, bilavasitə müdaxiləsinə ümid edirdi-

lər. Buna görə  də Türkiyə ictimaiyyəti danışıqların sürətlənməsində  və tez 

başa çatmasında maraqlı idi. Türkiyə tərəfindən danışıqlarda iştirak edən nü-

mayəndələrin qətiyyətindən də çox şey asılı idi. Buna görə də, öz qətiyyətləri 

və  vətənsevərlikləri kimi xüsusiyyətləri ilə tanınmış olan daxili işlər naziri 

Tələt Bəy və dövlət  şurasının sədri Xalid Bəy ictimaiyyətin tələbi ilə nüma-

yəndələr təyin edildilər (17). Bolqarlara vaxt qazanmaq, vaxtı udmaq imkanı 

verilməməliydi. 

Burada onu da göstərmək lazımdır ki, Məric çayının o biri tərəfindəki 

bölgədə yaşayan müsəlmanlardan və xristian yunanlardan ibarət olan yerli 

əhali bolqarların qəddarlığının şahidi olmuşdu. Bu əhali qəti surətdə Bolqarıs-

tanın hakimiyyəti altında olmaq istəmir, Türkiyənin idarəsi altında olmağı qə-

bul edirdi. Nəhayət, intensiv danışıqlar nəticəsində hər iki dövlət arasında sülh 

müqaviləsi imzalandı. Osmanlı hökuməti Balkan dövlətləri ilə ayrı-ayrılıqda 

sülh müqaviləsini imzaladı. 

10 avqust 1913-cü il tarixli Buxarest müqaviləsinə görə Dobruca və 

Silistrə (Silistriya–S.B.) Rumıniyaya, Manastır, Üsküp, İştip və Priştine Serbi-

yaya; Səlanik, Serez, Drama və Dədəağac Yunanıstana verildi(4, 233).   

Ikinci Balkan savaşında Bolqarıstan ağır məğlubiyyətə  uğramışdı. Bu 

məğlubiyyətə görə o, Rusiyanı günahlandırdı. Yəni məğlubiyyətin məsuliyyə-

tini Rusiyanın üzərinə qoydu. Gələcəkdə Serbiyadan qisas ala bilmək məqsə-

dilə Avstriya və osmanlı dövlətinə yaxınlaşdı (4, 234).  

Bolqarıstan ilə imzalanan 29 sentyabr 1913-cü il tarixli İstanbul mü-

qaviləsinə görə Məric çayı Türk-Bolqar sərhədi kimi müəyyənləşdirildi, Ədir-

nə və Dimətoka Türkiyəyə verildi, Bolqarıstanda qalan türklərin hər cür din

məzhəb, ibadət hüquq və azadlıqları müqavilə ilə  təminata alındı. Osmanlı 

dövləti Yunanıstan ilə sülh müqaviləsini 14 noyabr 1913-cü il tarixində 

Afinada imzaladı (4, 237). Ancaq Osmanlı hökuməti Anadolunun təbii uzantı-

sı olan Egey adalarını Yunanıstana verməyi qəbul etmədi. Buna görə də Egey 

adaları məsələsinin həlli müqavilədə əksini tapmadı. İmzalanan sülh müqavilə-

si Yunanıstanda qalan türklərin hüquq və azadlıqlarının təsdiq və möhkəmlən-

dirilməsinə dair öhdəliklərdən ibarət idi. Adalar ilə bağlı məsələ böyük dövlət-

lərin mühakiməsinə buraxıldı. Böyük dövlətlər isə  İmroz, Bozçaada, Kaş  və 

Meis adalarını  çıxmaqla yerdə qalan bütün adaları 16 dekabr 1913-cü il 

183 



tarixində, hərbiləşdirməmək şərti ilə Yunanıstana verdilər (3, 274). Serbiya ilə 

Osmanlı dövlətinin artıq ortaq sərhəddi yox idi. Osmanlı dövləti ilə Serbiya 

arasında 13 mart 1914-cü ildə  İstanbulda imzalanan saziş isə  tək Serbiyada 

qalan türklərin statuslarını əks etdirirdi (3, 275). 

Türklər 1354-cü ildə Süleyman Paşanın başçılığı altında Rumeliyə 

keçmişdilər. Onlar beş yüz il yarım bu torpaqlarda hökm sürərək yaşamış, bu 

torpaqlarda yurd qurmuşdular. Osmanlı dövləti bütün Avropa ilə mübarizə 

edirdi. Onun Avropada, Rumelidə qalması isə qüdrətli olması ilə bağlı idi. 

Türklər yurd qurduqları bu torpaqlarda Osmanlı dövlətinin gücü hesabına qala 

bilərdilər. XVII yüzilin sonunda isə Osmanlı dövlətinin zəifləməyə doğru üz 

tutduğu məlum oldu. 1699-cu il Karlofça müqaviləsinin imzalanması ilə 

türklər Avropadan geri çəkilməyə başladılar. Türklərin Rumelini–Balkanları 

tərk etmələri 1877-1878-ci il Türk–Rus savaşı ilə sürətləndi və Balkan savaşı 

ilə başa çatdı. Bütün bunlar isə Avropa böyük dövlətlərinin birlikdə fəaliyyəti 

nəticəsində mümkün olmuşdur. 

Birinci Balkan savaşında Türkiyə diplomatik–hərbi baxımdan təklənmiş, 

başda Rusiya olmaqla böyük dövlətlərin bu və ya digər himayəsinə, yardımına 

arxalanan Balkan dövlətləri savaşa hazırlıqsız olan Türkiyəyə var qüvvəsilə 

hücum etmişdilər. Balkan dövlətləri birinci savaşda qalib çıxdılar. Ancaq yenə də 

Balkanlardakı ziddiyyətlər, mübahisəli məsələlər, ixtilaflar ortadan qaldirilmadı. 

Nəticədə ikinci Balkan savaşı baş verdi. Süni Balkan İttifaqını düşmən dövlətlər 

əvəz etdi. Bu dəfə Balkan dövlətləri bir-birinə qarşı savaşdı. Burada başlıca 

təcavüzkar əvvəlki savaşdan daha çox qənimətlə çıxan Bolqarıstan idi. Türkiyə öz 

torpaqlarının bir hissəsini qaytarmaq üçün ikinci Balkan savaşına girdi. 

Torpaqlarını qaytarmaq Türkiyənin ədalətli haqqı idi. Buna görə də, keçmiş sovet 

tarixşünaslığı kimi bəzi baxışlarda Türkiyənin yeni Balkan savaşına qatılması və 

Ədirnəni geri almasının London sülh sazışini pozması kimi xarakterizə olunması 

obyektiv mahiyyət daşımır. Adı çəkilən sazişin şərtləri Türkiyəyə məcburi şəkildə 

qəbul etdirilmiş olan ədalətsiz təzyiq idi. Vətənin qurtuluşu vətəndaşların, onu 

qoruyan dövlətin tam ədalətli haqqıdır. 



 

ƏDƏBİYYAT 

1.

 



Большая Советская Энциклопедия, Т.2, Советская Энциклопедия 1970, 632 с.     

2.

 



Елман  Мустафа.  Шеиримиздя  Траблисгярб  вя  Балкан  савашлары.  Xəzər Universitetinin 

mətbəəsi, Бакы, 2007, 53 s.   

3.

 

Енвер  Зийа  Карал.  Османлы  Тарищи,  Ъ. 8, Тцрк  Тарищ  Куруму  Йайынлары,  Анкара, 



1983,  521 s.         

4.

 



Йылмаз  Юзтцна.  Башланğыъындаn  Заманымыза  Кадар  Тцркийе  Тарищи.  Ъ. 3, Щайат 

Yayınлары, Истанбул: 1965,  279 s.                         

5.

 

«Игбал» 19 май 1913, № 362 



6.

 

Игбал» 20 май 1913, № 363 



7.

 

«Игбал» 21 май 1913, № 364 



8.

 

«Игбал», 1 ийул 1913, № 379. 



9.

 

«Игбал» 26 ийун 1913, № 395. 



10.

 

«Игбал» 27 ийун 1913, № 396 



11.

 

«Игбал» 2 ийул 1913, № 400 



184 


12.

 

«Каспи», 22 июня 1913 г., №139 



13.

 

«Каспи», 24 июня 1913 г., № 140 



14.

 

«Каспи», 5 июля 1913 г. № 164  



15.

 

«Каспи»,1 сентября 1913 г., № 196  



16.

 

«Каспи», 5 сентября 1913 г., № 199  



17.

 

«Каспи», 13 сентября 1913 г., № 206  



18.

 

Ключников  И.В.,  Сабанин  А.В.  Международная  политика  новейшего  времени:  В 



договорах, нотах и декларациях, ч. 1, От французской революции до империалисти-

ческой войны. ч.1, М.: ЛИТИЗДАТ, 1925, 741 с.     

19.

 

Советская Историческая Энциклопедия, Т.8, М.: Советская Энциклопедия, 1975,  712 с.             



20.

 

Щттп://www.Изафер.cом/савашлар-ве-серефлер/54653-балкан савашлары: щтмл; 



21.

 

Trablusqarp və Balkan savaşları Öngununde Girit Sorunu Kuzey Azerbaycan Basınında. 



Bilimsel Eksen Uluslararası Hakemli Sosial Bilimlep dergisi. 4 sayı

Анкара.  2011.          



 

ВТОРАЯ БАЛКАНСКАЯ ВОЙНА В ЦЕНТРЕ ВНИМАНИЯ 

АЗЕРБАЙДЖАНСКОЙ ПЕЧАТИ 

 

C.Ф.БАХШАЛИЕВ 

 

РЕЗЮМЕ 

 

В статье исследуются  вопросы  отражающие отношения между Турцией  и Бал-

канскими государствами в периодической печати Азербайджана накануне  второй Бал-

канской войны и в ходе его. Османское правительство после поражения в ходе первой 

Балканской  войны  старалось  исправить  свое  трудное    международное  и  внутреннее 

положение и с этой целью проводило соответствующую политику, чтобы окончательно 

не подорвать свой авторитет перед народами Ближнего Востока и мировом масштабе, в 

целом. Периодическая печать Азербайджана того времени на своих страницах ежеднев-

но старалась следить за событиями второй Балканской войны. Газеты под разными руб-

риками издавали хронику событий, авторские письма и др. сообщения.   



 

Ключевые слова: Балканы, ситуация, война, империя 

 

THE SECOND BALKAN WAR IN THE SPOTLIGHT OF THE AZERBAIJAN PRESS

  

 

S.F.BAKHSHALIYEV

 

 

SUMMARY 

 

The paper investigates questions reflecting the relations between Turkey and the 



Balkan states in the press in Azerbaijan before the second Balkan war and during it. The 

Ottoman Empire after its defeat in the Second Balkan War, tried to fix its difficult inter-

national and domestic political situation and pursued appropriate policies in order not to 

undermine its credibility before the peoples of the Middle East and globally as a whole. The 

bodies of the periodical press in Azerbaijan tried to follow the events of the Balkan war. 

Newspapers published chronicles of events, letters and other messages under various 

headings. 

 

Key words: Balkan, situation, war, empire. 

 

185 



Yüklə 75,46 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə