Baki universitetiNİn xəBƏRLƏRİ №4 Sosial-siyasi elml



Yüklə 117,71 Kb.
Pdf görüntüsü
tarix14.04.2018
ölçüsü117,71 Kb.
#38371


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4    

 

Sosial-siyasi elml

ər seriyası   

 

2015 

 

 

 

 

UOT 342 



 

KORRUPS

İYA -HAKİMİYYƏT MÜNASİBƏTLƏRİNDƏ İCTİMAİ 

MARAQLARIN FƏRDİ SUİ-İSTİFADƏYƏ MƏRUZ QOYULMASI 

FENOMEN

İ KİMİ 

 

S.S.SULTANOV  

Bakı Dövlət Universiteti 

samed-inter@hotmail.com 

 

M

əqalə siyasi sistemin ən ciddi problemlərindən olan korrupsiya cinayətinin anlayışını 

formalaşdıran əlamətlərin təsnifatının hüquqi qiymətləndirilməsinə həsr edilib. Korrupsiyanın 

tarixi  inkişaf  istiqamətləri,  ayrı-ayrı  dövlətlərdə  onunla mübarizə  məsələləri tədqiq edilir. 

Müasir dövrd

ə  inkişaf  etmiş  dövlətlərin qanunvericiliyi  müqayisəli formada təhlil edilir. Bu 

cinay

ətin qiymətləndirilməsində beynəlxalq müqavilə normaları daxili qanunvericiliyə müna-

sib

ətdə tədqiq edilir. Azərbaycan Respublikasının qanunvericiliyindəki boşluqlar ifadə edilir və 

onların aradan qaldırılması məqsədilə təkliflər irəli sürülür. 

 

Açar sözl

ər: korrupsiya, hakimiyyətdən sui-istifadə, rüşvət, ictimai və şəxsi maraqlar, 

korrupsiya 

əleyhinə qanun, korrupsiya ilə mübarizə, qeyri-qanuni üstünlük  

 

 

Korrupsiyanın yaranması dövlətin meydana gəlmə tarixinə təsadüf edir 

[10,  8]. Korrupsiya dövl

ətin xüsusi səlahiyyətli  şəxslərinin hakimiyyətdən 

sui-istifad

ə etmək meylləri ilə bağlı olmuşdur. Korrupsiya haqqında qədim çin, 

roma, orta 

əsr ərəb, avropa [20, 7] və d. mənbələrdə məlumat verilir. Nə qədər 

çox ist

ənməsə də korrupsiya bu gün də həyatın reallığı kimi cəmiyyətə ziyan 



vurm

aqdadır [4, 7] və onunla mübarizə öz aktuallığını saxlamaqdadır. Korrup-

siya  haqqında  ilk  məlumatlarda, xüsusən də  Qədim Babilistan mənbələrində, 

Romada XII C

ədvəl Qanununda və  d. mənbələrdə  bu  əməl  rüşvətxorluq, ha-

kimiyy


ətdən sui-istifadə  etməklə  aldatmaq cinayəti kimi qiymətləndirilirdi. 

Q

ədim hind abidəsi  “Artxşastrada”  qeyd  edilir  ki,  hökmdarın  ən mühüm və-



zif

ələrindən biri dövlət  pulunu  oğurlayanlarla  mübarizə  etmək təşkil  edir, 

hökmdar bel

ə şəxsləri müəyyən edib cəzalandırmalıdır [11, 49].  

Korrupsiya il

ə  mübarizədə  əsaslı  dönüş  XX  əsrdə  baş  vermişdir.  XX 

əsrin ortalarından başlayan iqtisadi inteqrasiya prosesləri korrupsiyanın da bey-

n

əlmiləlləşməsinə gətirib çıxarmışdır ki, bu da korrupsiya ilə mübarizənin bey-



n

əlxalq hüquqi əməkdaşlıq müstəvisinə keçirilməsini şərtləndirmişdir. Korrup-

siya el

ə bir inkişafa malikdir ki, onunla mübarizə yalnız dövlətlərin qarşılıqlı 



57 


əməkdaşlığı əsasında effektli ola bilər. 

Müasir korrupsiya «corrumpere» terminin

ə  qədim Roma hüququnun 

m

ənbəsi olan XII Lövhə Qanununda, qədim Yunanıstan mənbələrində rast gə-



linir [8]. Korrupsiya v

ə  ya  latın  dilində  «corrumpere»  «cor»  vasitəsilə  və 



«rumpere» 

əldən qapmaq, korlamaq, dağıtmaq və ya oxşar mənalarda qanunu 

üst

ələmək və ya pozmaq kimi məna kəsb edir. Korrupsiya tamah məqsədi ilə 



tör

ədilən cinayət  əməlidir. Korrupsiyaya dəqiq  anlayış  vermək üçün onun 

f

əlsəfi- hüquqi mənaları müəyyən edilməlidir.  



2001-ci ild

ə nəşr edilmiş rus hüquq ensiklopediyasında korrupsiya kom-

pleks hadis

ə  kimi göstərilir. Korrupsiya dövlət və  digər  qulluqçuların  pulla 

alınması, hakimiyyət və ya qulluq mövqeyindən sui-istifadə, rüşvət vermə və 

alma, c


əmiyyətin və dövlətin qanuni maraqlarına xələl gətirməklə hakimiyyət 

nümay


əndəsinin və ya qulluqçunun özü, yaxud üçüncü şəxslər üçün fayda sax-

lama, dig

ər əmlak hüquqları şəklində fayda əldə etmək məqsədilə qulluq möv-

qeyind


ən qanunsuz istifadə etməsi və ya başqa fiziki şəxslər tərəfindən həmin 

şəxsə belə faydanın qanunsuz şəkildə verilməsi, habelə həmin əməllərin hüquqi 

şəxsin  adından,  yaxud  mənafeləri naminə  törədilməsi kimi qəbul edilir [17, 

443].  


Doktrinal anlamda da bu 

əlamətlər ifadə edilir. Korrupsiya dövlət, bələ-

diyy

ə, qanunvericilik, icra və  məhkəmə  hakimiyyət  qurumlarının  məmurları, 



işçiləri və nümayəndələrinin və ya kommersiya təşkilatlarının işçiləri və üzv-

l

ərinin öz statuslarından istifadə edərək hər hansı üstünlüklərə nail olmasıdır [5, 



43-47; 7, 56-57; 12, 179-183; 1, 4; 2, 9-10; 27, 14-17; 21, 3-13; 22, 3-9].  

Korrupsiya müxt

əlif formada təzahür edə bilər. Korrupsiya geniş anlayış 

olmaqla özünd

ə müxtəlif sui-istifadə hallarını ehtiva edir. Korrupsiya rüşvətlə 

m

əhdudlaşmır.  Məsələn, pul və  ya hədiyyə  şəklində  rüşvət vermək korrupsi-



yanın yalnız bir formasıdır. Korrupsiya insanlar arasındakı münasibətlərin de-

m

ək olar ki, bütün sahələrində özünü büruzə verə bilir. Korrupsiyanın çiçəklən-



diyi dövl

ətlərdə mülkiyyətin özəlləşdirilməsində üstünlüyün saxlanması; büd-

c

ənin icrası və büdcə vəsaitlərinin bölüşdürülməsində yandaşlara müxtəlif imti-



yazların verilməsi; ticarətdə və vergidə qeyri-qanuni inhisarçılıq məqsədilə ha-

kimiyy


ət, o cümlədən qanunvericilik orqanlarında qeyri-qanuni lobbizm fəaliy-

y

əti və s. sahələrdə baş verir. Ayrı-ayrı dövlətlərin təcrübəsini tədqiq etməklə 



«Beyn

əlxalq şəffaflıq» (Transparency İnternational) təşkilatı dövlət, bələdiyyə 

v

ə  qeyri-hökumət  strukturlarındakı  korrupsiya  formalarından:  qohumlara  və 



dostlara,  tanışlara  üstünlüyün  saxlanması;  dövlət  sifarişləri üzrə  kontraktların 

əldə edilməsinə görə rüşvət; məmurların müəyyən dövlət kontraktları üzərində 

patronajı; vəzifəyə dair xidmətlərin satışı; iş adamlarının məmurlara göstərdiyi 

xüsusi qonaqp

ərvərlik;  iş  adamlarının  məmurların  ailə  üzvlərinə  göstərdiyi 

xüsusi qayğı; məmurların və ailə üzvlərinin xaricə ezamiyyətə getmələri; müx-

t

əlif siyasi partiyalara, onların nümayəndələrinə hakimiyyətdən istifadə imkan-



ları və siyasi kampaniyalara qeyri-qanuni maddi yardım; vergi və gömrük orqan-

ları məmurlarının vergi və gömrük tariflərinin qaldırılması hədələri ilə iş adam-

58 



larından rüşvət tələb etməsi; eyni ilə iş adamlarına güzəştli şərait yaratdıqlarına 

gör


ə  məmurlara  rüşvət verməyi; vəzifə  borclarını  təcili icra etdiklərinə  görə 

m

əmurlara rüşvət verməyi; və s. təsbit edib. 



Korru

psiyanın anlayışı və əlamətlər ilə, onun məzmunu ilə bağlı vahid 

yanaşma  tərzi  olmasa  da  korrupsiyaya  verilmiş  anlayışlarda  ümumi  meyarlar 

mövcuddur. Korrupsiya v

əzifəli şəxsin qanunla ona verilmiş hakimiyyət səla-

hiyy


ətlərindən və  ya qulluq mövqeyi ilə  bağlı  imkanlardan  gəlir  əldə  etmək 

m

əqsədilə istifadə etməsi və vəzifəli şəxsə hər hansı hərəkətin edilməsi və ya 



edilm

əsindən imtina edilməsi əvəzində müəyyən maddi və qeyri- maddi nemət-

l

ərin və ya imtiyazların saxlanması ilə baş verir. Korrupsiya ilə mübarizənin sə-



m

ərəliliyini təmin etmək üçün onun xüsusiyyətləri nəzərə  alınmalıdır.  Kor-

rupsiya üçün xüsusi 

əlamətlərdən:  

-hakimiyy

ət funksiyasından şəxsi qazanc məqsədilə istifadə edilməsi; və  

-bu istifad

ənin qeyri-qanuni olması; 

-

şəxsi maraqların ictimai maraqlardan üstün tutulması; 



-c

əmiyyətə ciddi zərər vurulması;  

-korrupsiya xarakterli t

ədbirin qeyri-humanist olması və s. qeyd edilmə-

lidir. 

Müasir qanunvericiliyin inkişafında 20-ci əsrdə baş vermiş hakimiyyət 



funksiyasından şəxsi qazanc məqsədilə istifadə edilməsi ilə bağlı bir sıra qal-

maqallı  hadisələr  mühüm  rol  oynamışdır.  Bunlardan  Böyük Britaniya və 

ABŞ-dakı siyasi proseslər qeyd edilə bilər.

 

M



əsələn, Böyük Britaniyada 2005-ci 

il seçki kampaniyası ərzində varlı adamlar tərəfindən Leyboristlər Partiyasına 

ümumilikd

ə 14 milyon funt sterlinq verilmiş və bu adamların dördünün sonralar 

ömürlük per rütb

ələri üçün namizədliyi irəli sürülmüşdür [23]. 

ABŞ-ın  korrupsiya  haqqında  qanunun  qəbul  olunmasına  təkan verən 

mühüm s


əbəblərdən biri 1972-ci ildə Riçard Niksonun ABŞ Prezidenti vəzifə-

sin


ə  namizədliyi ilə  bağlı  keçirilən  seçki  kompaniyası  zamanı  baş  vermiş 

Uoter


geyt qalmaqalının böyük təsiri olmuşdur. Rəqiblərin seçki qərargahlarına 

quraşdırılmış  dinləmə  qurğuları  ilə  bağlı  qalmaqal  ortaya  çıxarkən, istintaq 

Prezident Nikson adminis

trasiyasının əməkdaşları və onların himayəsində olan 

şirkətlər tərəfindən  buğda  satışı,  süd  məhsullarının  qiymətinin  saxlanılması, 

IT&T şirkətinin işinin məhkəmədən kənar nizamlanması, mənfəətli əqdlər əldə 

etm

ək məqsədi ilə xarici məmurlara milyonlarla rüşvət verilməsi faktlarını da 



aşkar  etmişdi. Məsələn, Lockheed korporasiyasının nümayəndəsi 1976-cı ilin 

fevralında ABŞ Konqresində keçirilən dinləmələrdə etiraf etmişdir ki, korpo-

rasiya g

əlirli biznes-preferensiya  əldə  etmək məqsədilə  15 dövlətdə  yüksək 

rütb

əli məmurlara 24 milyon ABŞ dolları həcmində rüşvət ödəmişdir [3, 347]. 



Dünyanın müxtəlif ölkələrində siyasi şəraitdən asılı olaraq korrupsiyaya 

münasib


ət birmənalı olmamışdır. Bir çox ölkələrin qanunvericiliyində korrup-

siyanın ifadə etdiyimiz əlamətləri təsbit edilsə də, digərlərində bu məsələ kon-

kretl

əşdirilməmişdir. Məsələn, dövlət qurumlarında yüksək səviyyədə şəffaflığı 



t

əmin edən Kanadada korrupsiya ilə  mübarizə  məsələlərinin hüquqi tənzim-

59 



l

ənməsi konkret qanunvericiliklə  deyil, ümumi formada təmin edilir. Kanada 

qanunvericiliyi  bir  sıra  hüquq  pozuntularını  korrupsiya  əməli kimi müəyyən 

ed

ərək belə  əməllərə  qarşı  qüvvədə  olan Cinayət Məcəlləsində  konkret cəza 



t

ədbirləri nəzərdə tutsa  da Kanadanın Cinayət Məcəlləsi də daxil olmaqla bu 

gün

ə kimi ölkənin qüvvədə olan qanunvericiliyində korrupsiyanın dəqiq hüquqi 



anlayışı yoxdur [9, 23-25].  

Antikorrupsiya üzr

ə  xüsusi qanunvericiliyə  malik Böyük Britaniya və 

Birl


əşmiş İrlandiya Krallığında qeyd olunan ictimai təhlükəli əmələ qarşı mü-

bariz


ə tədbirləri nəzərdə tutulmuş və cəzalar müəyyən olunmuşdur. Öncə ifadə 

etdiyimiz korrupsiya 

əlamətləri Böyük Britaniya qanunvericilində ifadə edilib. 

Bu dövl


ətdə korrupsiya ilə mübarizə üzrə qanunvericilik (Dövlət orqanlarının 

1889-


cu  il  Rüşvət  Aktı  (Qanunu);  Korrupsiyanın  qarşısının  alınması  üzrə 

1906-


cı  il  Aktı  (Qanunu);  Korrupsiyanın  qarşısının  alınması  üzrə  1916-cı  il 

Aktı;  eksterritorial  hüquqi  fəaliyyətə  və  daha  geniş  sferalara  tətbiq olunan 

2010-cu ild

ə  qəbul edilmiş  və  2011-ci  il  iyul  ayının  1-də  qüvvəyə  minmiş 

Rüşvətxorluq haqqında Böyük Britaniya Aktı)  yeni təcrübə formalaşdırmaqla 

yanaşı,  eyni  zamanda,  hüquqi  mühafizə  sferasına  korrupsiyanın  yeni  təzahür 

növl

ərini gətirmiş,  habelə  müvafiq inzibati mexanizmlərin  də  yaradılmasını 



şərtləndirmişdir [13, 27].  

Korrup


siyanın qarşısının alınması üzrə bütün dövlətlərin qanunvericilik 

praktikasına  əsaslı  təsir göstərmiş  dövlətlərdən  biri  şübhəsiz  ki,  ABŞ-dır. 

1977-ci ild

ə qəbul edilmiş Korrupsiyalaşmış xarici praktika haqqında ABŞ Qa-

nununda biznes f

əaliyyətini həyata keçirmək imkanı əldə etmək və ya onu qo-

ruyub saxlamaq v

ə ya başqa qeyri-qanuni üstünlük əldə etmək məqsədi ilə hər 

hansı xarici vəzifəli şəxsə pul və ya qiymətli dəyərə malik olan hər hansı va-

sit


ələri ödəmək, vermək və ya vəd vermək (hətta rüşvət verilməsi faktiki həyata 

keçirilm

əsə  belə-kurs müəll.) ciddi qanun pozuntusu hesab  edilir.  Bir halı da 

n

əzərə almaq lazımdır ki, heç də bütün ödəmələr Qanunun müddəalarının pozul-



ması  kimi  qiymətləndirilə  bilməz.  Əməlin korrupsiya hüquq pozuntusu kimi 

qiym


ətləndirilməsi üçün «real məqsəd»  olmalıdır.  Bu  məqsəd biznes fəaliy-

y

ətini həyata keçirmək imkanı əldə etmək və ya onu qoruyub saxlamaq və ya 



başqa qeyri-qanuni üstünlük əldə etmək məqsədi ilə pulun və ya başqa qiymətli 

h

ədiyyələrin rəsmi səlahiyyətə malik olan vəzifəli şəxsə verilməsində təzahür 



etm

əlidir. 1977-ci il Qanununun müddəalarını təhlil edərkən, nəzərə almaq la-

zımdır ki, onun fəaliyyəti əsasən xarici vəzifəli şəxsə münasibətdə korrupsiya 

h

ərəkətlərinə şamil edilir [26, 299-307; 6, 21-23]. 



 

Korrupsiya il

ə mübarizə üzrə nümunəvi qanunvericiliyə malik Almaniya 

Federativ Respublikasının qanunvericiliyinə (məsələn,1997-ci il Korrupsiya ilə 

mübariz

ə  haqqında  Qanuna)  əsasən  korrupsiyanın  anlayışına  dövlət  vəzifələ-



rind

ən, siyasi nüfuzundan və ya ticarət və sənaye (kurs-müəll.) sahəsində möv-

qeyind

ən sui-istifadə edilməsi, üçüncü şəxslərə üstünlüklərin verilməsi, vəzifəli 



şəxslərin və ya üçüncü şəxslərin xeyrinə hər hansı faydanın əldə olunması ilə 

c

əmiyyətə və ya şirkətlərə zərərin vurulması daxildir. Almaniya Federativ Res-



60 


publikasının Cinayət Məcəlləsinin (1998) 298-335-ci maddələrinə uyğun olaraq, 

korrupsiya cinay

ətlərinin siyahısı genişlənmiş, buraya müsabiqələr zamanı saziş 

üzr


ə rəqabəti məhdudlaşdırma, xidməti öhdəliklərin pozulması ilə rüşvət alma 

v

ə  ya mənfəət götürmə,  rüşvəti və  mənfəəti təklif və  vəd etmə, xidməti öh-



d

əliklərin pozulması ilə rüşvət vermə, mülki dövriyyədə rüşvət alma və vermə, 

müsabiq

ə  şərtlərinin  pozulması  ilə  rəqabət  imkanlarının  məhdudlaşdırılması 



kimi 

əməllər aid edilmişdir.

  

Fransanın qanunvericiliyində korrupsiya cinayətinə münasibət hələ bi-



rinci imperiya dövründ

ə qüvvədə olmuş 1810-cu il Cinayət Məcəlləsində bildi-

rilmişdir. Həmin Qanunda korrupsiya və rüşvətxorluq cinayətləri arasında fərq 

d

ə nəzərdə tutulmuşdu. Sonralar bu cinayətlərin dairəsi tarixi inkişaf nəticəsində 



genişlənmiş və hal-hazırda Fransanın qüvvədə olan yeni Cinayət Məcəlləsində 

(1992) korrupsiya sah

əsində cinayətlərin 16 növü nəzərdə tutulur və bu əməlləri 

aşağıdakı kimi qruplaşdırmaq olar: favoritizm (üstünlük vermə); şəxsi marağa 

malik  olan  işin  həllinə  müdaxilə  etmə;  xeyir əldə  etmək və  ya kiməsə  xeyir 

verm


ək məqsədi ilə qərarların qəbul olunmasına öz təsirindən istifadə etmə (təsir 

alveri); 

rüşvətxorluq; korrupsiya (aktiv və passiv) [15, 67-78]. Fransa Cinayət 

M

əcəlləsinin 432-II maddəsində [18, 432] korrupsiya, xüsusən passiv korrup-



siya v

ə ya rüşvətxorluğun əsas əlamətləri müəyyən edilmiş: hədə-qorxu ilə tələb 

etm

ə və ya qəbul etmə; hər hansı hərəkəti törətmək və ya törətməkdən çəkinmə; 



publik v

əzifəli şəxsin səlahiyyəti və ya öhdəlikləri dairəsinə daxil olma) və s. 

aiddir.  

Korrupsiya il

ə mübarizənin səmərəliliyində dünyada ilk yerlərdə daya-

nan Norveç Cinay

ət Məcəlləsinə 2003-cü il dəyişikliyi ilə ticarətdə korrupsiya 

(276c), passiv v

ə aktiv korrupsiya (276b) və digər bölmələri daxil etmişdir [19, 

213]. Korrupsiyanın anlayışını formalaşdıran əlamətlərin siyahısı geniş formada 

qanunvericilikd

ə təsbit edilib. 

Korrupsiyaya  qarşı  mübarizə  haqqında  Azərbaycan  Respublikasının 

2004-


cü  il  Qanununda  (m.1)  korrupsiyanın  əlamətləri, Azərbaycan Respubli-

kasının Cinayət Məcəlləsində (m.308-314) məsuliyyət məsələləri ifadə edilib. 

Az

ərbaycan Respublikasının qanunvericiliyində təsbit edilən korrupsiyanın əla-



m

ətləri  bir  sıra  hallarda  sadaladığımız  dövlətlərin  qanunvericilik  praktikasına 

uyğundur.  Məsələn,  Korrupsiyalaşmış  xarici  praktika  haqqında  ABŞ  Qanu-

nunda, Almaniya Federativ Respublikasının Cinayət Məcəlləsində (1998)... vəd 



verm

ənin  (hətta  rüşvət verilməsi faktiki həyata keçirilməsə  belə) ciddi qanun 

pozuntusu  sayılması  Korrupsiyaya  qarşı  mübarizə  haqqında  Azərbaycan 

Respublikasının 2004-cü il Qanunun 1-ci maddəsində də ifadə edilib.

 

Qanunun 



1-ci madd

əsində deyilir ki, korrupsiya - vəzifəli şəxslərin öz statusundan, təmsil 

etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və sə-

lahiyy


ətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi 

v

ə sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməsi, habelə fiziki və hüquqi 



şəxslər tərəfindən qeyd edilən maddi və sair nemətlərin, imtiyazların və ya gü-

z

əştlərin qanunsuz olaraq vəzifəli  şəxslərə  təklif və  ya vəd  olunması  (kurs  – 



61 


əll.) və yaxud verilməsi yolu ilə həmin vəzifəli şəxslərin ələ alınmasıdır.  

Az

ərbaycan Respublikasının Cinayət Məcəlləsinin otuz ucüncü fəslində 



v

əzifə  səlahiyyətlərindən sui-istifadə, vəzifə  səlahiyyətlərini  aşma,  vəzifəli 

şəxsin səlahiyyətlərini mənimsəmə,  rüşvət  alma  (passiv  rüşvətxorluq),  rüşvət 

verm


ə (aktiv rüşvətxorluq), vəzifə saxtakarlığı, səhlənkarlıq kimi tərkiblər təsbit 

edilib. Qeyd etm

ək lazımdır ki, Azərbaycan Respublikasının Cinayət Məcəllə-

sinin müvafiq f

əslində  korrupsiya cinayətindən deyil passiv və  aktiv  rüşvət-

xorluqdan, v

əzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, vəzifə səlahiyyətlərini 

aşma və s. tərkiblərdən bəhs edilir. Azərbaycan Respublikasının Cinayət Mə-

c

əlləsində  ifadə  edilən  əlamət və  tərkibləri  sadaladığımız  dövlətlərin qanun-



vericilik v

ə Azərbaycan Respublikasının da iştirakçısı olduğu beynəlxalq mü-

qavil

ə  praktikasına  uyğun  hesab  etmək olmaz. Məsələ  ondadır  ki,  ABŞ-ın, 



Almaniya  Federativ  Respublikasının,  Norveçin  qanunvericiliyində  korrupsiya 

cinay


əti biznes, ticarət, sərmayə fəaliyyətilə əlaqələndirilmişdir. İfadə etdiyimiz 

Fransa qanunvericiliyind

ə də rüşvətxorluq korrupsiya cinayətindən fərqləndiri-

lir. Korrupsiya cinay

əti ictimai əhəmiyyətli biznes layihələrilə əlaqəli olmalıdır. 

Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının 2004-cü il 

Qanunun 8.2 madd

əsində korrupsiya üçün nəzərdə tutulan (əlli manat) məbləğ 

d

ə korrupsiya cinayətinin əlaməti baxımından başa düşülən deyil.  



Hesab  edirik  ki,  korrupsiyanın  anlayışı  ilə  bağlı  Azərbaycan Respub-

likasının qanunvericiliyi ABŞ-ın, Almaniya Federativ Respublikasının, Norve-

çin qanunvericiliyind

əki anlayışa  uyğunlaşdırılmalıdır.  Azərbaycan Respubli-

kasının qanunvericiliyində Almaniya Federativ Respublikasının qanunvericili-

yind


ə ifadə edilən...siyasi nüfuzundan və ya ticarət və sənaye sahəsində möv-

qeyind


ən sui-istifadə edilməsi..., ABŞ qanunvericiliyində ...biznes fəaliyyətini 

h

əyata keçirmək imkanı əldə etmək...və ya əməlin korrupsiya hüquq pozuntusu 



kimi qiym

ətləndirilməsi üçün «real məqsədin» biznes fəaliyyətini həyata keçir-

m

ək  imkanı  əldə  etmək və  ya onu qoruyub saxlamaq...istiqaməti ifadə  edil-



m

əlidir.


 

Az

ərbaycan  Respublikasının  qanunvericiliyində  korrupsiya cinayəti 



üçün d

əqiq anlayışın olmamasını müəyyən mənada beynəlxalq müqavilə prak-

tikası ilə də əlaqələndirmək olar. Beynəlxalq müqavilələr, bu sahədə qəbul edi-

l

ən digər aktlar da bu cinayəti tam ehtiva edəcək anlayışı formalaşdıra bilmə-



mışlər. Məsələn, BMT-nin 2003-cü  il  Korrupsiyaya  qarşı  mübarizə  haqqında 

Konvensiyası  bu  problemin  həllindən  yan  keçmişdir.  Avropa  Şurasının  həm 

cinay

ət, həm də  mülki-hüquqi məsuliyyət



 

haqqında  Konvensiyalarında bu 

cinay

ət  üçün  anlayışı  tam  saymaq  olmaz.  Korrupsiyaya  görə  mülki-hüquqi 



m

əsuliyyət haqqında 1999-cu il Konvensiyasının 2-ci maddəsi ümumi formada 

bu cinay

ətə  anlayış  verirsə, Korrupsiyaya görə  cinayət məsuliyyəti  haqqında 

Konvensiyada (m.2) bu m

əsələnin həlli daxili qanunvericiliyin öhdəsinə 

buraxılır. 

Əslində beynəlxalq aktlara görə korrupsiya ümumiləşdirici anlayış ola-

raq diqq

ətə gəlir. Məsələn, BMT-nin Beynəlxalq kommersiya əməliyyatlarında 

62 



korrupsiya v

ə rüşvətxorluqla mübarizə haqqında 1996-cı il Bəyannaməsinin 1-ci 

madd

əsində  deyilir ki, ...beynəlxalq kommersiya əməliyyatlarında  rüşvətxor-



luqla v

ə onunla bağlı korrupsiyanın bütün formaları (kurs

 

– mü


əll.) ilə mübarizə 

üzr


ə  səmərəli və  konkret tədbirlər qəbul etmək ifadə  edilir. Eynilə  Avropa 

Şurasının Korrupsiyaya görə cinayət məsuliyyəti haqqında 1999-cu il Konven-

siyasının  bir  çox  müddəaları  korrupsiyanın  növlərini ehtiva edir. Bunlardan 

cinay


ət yolu ilə  əldə  edilən gəlirlərin  yuyulması  ilə  bağlı  korrupsiya  adlanan 

13-cü madd

ə  qiymətləndirmə  üçün bilavasitə  Cinayətkar fəaliyyətdən  əldə 

edil


ən gəlirlərin yuyulması, müəyyən edilməsi, götürülməsi və müsadirə edil-

m

əsi haqqında Avropa Şurasının Konvensiyasına istinad etməklə bu cinayətin 



xarakterini göst

ərir. Yenə də, 7 və 8-ci maddələrdə “xüsusi sektorda aktiv və 

passiv 

ələ alma”, 14-cü maddədə “hesablarla əməliyyatlar” və s. bu cinayətin 



iqtisadi sfera üçün xarakterik olduğunu göstərirsə, digər maddələr isə bu sfera ilə 

bağlı olan və korrupsiya ehtimalına daha tez məruz qalacaq, statusu bu sfera 

üçün xüsusi 

əhəmiyyət kəsb edən vəzifəli şəxslərin ələ alınmasını ehtiva edir 

(m.4,  5,  6,  9,  11 v

ə  s.). Bu hal 2003-cü il MDB-nin Antikorrupsiya siyasəti 

haqqında qanunvericiliyin əsasları üzrə Model Qanunu üçün də xarakterikdir. 

 

Beyn



əlxalq müqavilələrdən  BMT-nin 2003-cü  il  Korrupsiyaya  qarşı 

mübariz


ə haqqında Konvensiyasına görə, korrupsiya əsasən iqtisadi xarakterli 

əməlləri ehtiva edir. Belə  əməllərdən: xarici dövlətin vəzifəli  şəxslərinin və 

dövl

ətlərarası təşkilatların qulluqçularının rüşvətlə ələ alınması (m.16); dövlətin 



v

əzifəli şəxsləri tərəfindən əmlakın talanması, mənimsənilməsi və ya başqa cür 

m

əqsəddənkənar istifadəsi (m.17); nüfuz alveri (m.18); qanunsuz varlanma 



(m.20); öz

əl sektorda rüşvətlə ələ alma (m.21); özəl sektorda əmlakın talanması 

(m.22); cinay

ət yolu ilə  əldə  edilmiş  gəlirlərin  yuyulması  (m.23);  gizlətmə 

(m.24); 

ədalət mühakiməsinin həyata keçirilməsinə mane olma (m.25); hüquqi 

şəxslərin məsuliyyəti (m.26) [16, s.59-61] və s.  

Korrupsiya üçün xüsusi 

əlamətlərdən biri də onun cəmiyyətə ciddi zərər 

vurmasıdır. Dr. H. Fuller korrupsiyanın dəhşətli qlobal nəticələrə malik olması 

il

ə bağlı BMT-nin Baş katibi Pan Ki Munun 9 dekabr Beynəlxalq Antikorrup-



siya günü il

ə  bağlı  tədbirlərin birində  söylədiyi  «korrupsiyanın  məhz cinayət 

oldu

ğu üçün rədd edilməli olması, onun biznes dairələrinə neqativ təsiri, kon-



trabanda il

ə məşğul olan şəxslərin əlində silah kimi istifadə edilməsi, idarəet-

m

əyə və hüquq normalarına dağıdıcı təsiri» barədə xəbərdarlığını xatırladır [24].  



Boston Şimal-Şərq Universitetinin professoru Nikos Passas qeyd edir ki, 

korrupsiya  ...siyasi  sabitliyi  pozan,  inkişafa  təxribat yaradan, azad rəqabəti 

sarsıdan, qanunun aliliyini təhdid edən, etimadsızlıq yaradan, bərabərsizliyə və 

yoxsulluğa xidmət edən, şərin və ədalətsizliyin başqa mənbələrinə şərait yaradan 

bir b

əladır  [29,  9]. Son dövrlərin  elmi  araşdırmalarında  korrupsiya və  onun 



müxt

əlif təzahür  formaları  XXI  əsrdə  dövlətlərin və  xalqların  demokratik, 

etik-m

ənəvi dəyərlərinə,  onların  sosial-iqtisadi  inkişaflarına  ciddi  zərbə  və 



qorxu tör

ədən qlobal bir problem hesab edilir [28, 7-8]. 

Korrupsiya fenomenini t

ədqiq edən  bir  sıra  mütəxəssislərin fikrincə, 

63 



h

ətta bəzi hallarda korrupsiyaya bəraət qazandırmaq olar [14, 122]. Məsələn, 

faşist  Almaniyasında  yəhudilərin  canlarını,  ailələrini qurtarmaq məqsədilə 

rüşvət verib ölkəni tərk etmələri qeyd edilir. Lakin bu tədbir humanist xarakteri 

daşıdığından  onu  korrupsiya  kimi  qiymətləndirmək olmaz. Təsadüfi deyil ki, 

Korrupsiyalaşmış  xarici  praktika  haqqında  ABŞ  Qanununda  heç  də  bütün 

öd

əmələr Qanunun müddəalarının  pozulması  kimi  qiymətləndirilmir.  Əməlin 



korrupsiya hüquq pozuntusu kimi qiym

ətləndirilməsi üçün niyyətin  qeyri-qa-



nuni üstünlük 

əldə  etmək  istiqaməti təzahür etməlidir.  Faşist  Almaniyasında 

y

əhudilərin  canlarını,  ailələrini  qurtarmaq məqsədilə  rüşvət verib ölkəni tərk 



etm

ələri humanist xarakterli akt olmaqla pozitiv üstünlüyə  deyil, neqativ 

diskriminasiyanın aradan qaldırılmasına xidmət edib. 

 Bel


əliklə, korrupsiya cəmiyyət tərəfindən ayrı-ayrı sosial institutlara və 

ya  şəxslərə  hakimiyyət  imkanlarının  verilməsini və  ya  axırıncıların  belə  im-

kanları  qəsb etməsini  şərtləndirən və  idarəçiliyin  əksər modellərinə  xas olan 

neqativ hal olmaqla hakimiyy

ət  funksiyasından  qeyri-qanuni istifadəyə  yol 

an, şəxsi qazanc məqsədini ictimai maraqlardan üstün tutan, cəmiyyət üçün 



ciddi siyasi, iqtisadi, hüquqi v

ə  s. təhdid yaradan qeyri-humanist xarakterli 

sosial hadis

ədir. 


 

ƏDƏBİYYAT  

1.

 



M

əsimli Ə., Məsimli İ. Korrupsiya və şəffaflıq. Bakı, 2005, s. 4; Məmmədov R.F., Qəm-

b

ərov H.D., Məmmədov X.R. Korrupsiya ilə mübarizə: beynəlxalq hüquq və Azərbaycan 



Respublikasının milli qanunvericilik təcrübəsi. Bakı: Azərnəşr, 2013, s.9-10 

2.

 



Parenti Maykl. Seçilmişlər üçün demokratiya. Bakı: 2008, 512 s. 

3.

 



Tarhan Bülent R. Yolsuzluklarla mücadele: Kanunlar, Yönetmelikler, Ulus

lararası  söz-

leşmeler, eylem planları. Ankara: 2006, s. 7 

4.

 



Артемьева М.В. Коррупция и коррупционные преступления //Юридическая наука, М.: 

2011, № 1, с.43-47 

5.

 

Бакатин  Д.В. Закон  США  о  коррупционной  деятельности  за  рубежом.  Некоторые 



вопросы  применения  и  толкования:  Монография  /  Д.В.  Бакатин,  Т.К.  Ковалева.  М.: 

МГУ, 2001, 78 с.

 

 

6.



 

Давитадзе  М.Д.  Коррупция:  вид,  причины  и  последствия  //Актуальные  проблемы 

борьбы  с  коррупцией  и  организованной  преступностью:  сб.  науч.  ст.  /под  ред 

Н.Г.Кадникова и М.М.Малниковцева. М.: 2009,с. 56-57 

7.

 

Законы  XII  Таблиц  //История  Древного  Рима.  http://www.ancientrome.ru/gosudar-



/12.html 

8.

 



Зотова Г. Противодействие коррупции за рубежом //Преступление и наказание, 2011, 

№ 4, с.23-25 

9.

 

К обществу без кооррупции. Информационно-аналитический журнал, 2001, № 3, s.8 



10.

 

Коррупция-глобальная проблема современности. Библиографический указатель /сост. 



Н.Е.Козельцева;  отв.  3-и  вып.  Л.Н.Патрина;  ТОГБУК  «Тамб.  Обл.  универс.  Науч. 

библиотека им А.С.Пушкина».Отдел правовой информации. Тамбов: 2012, с.49 

11.

 

Климова М.В. Состояние, динамика и структура коррупционной преступности в РФ // 



Обеспечение  процесса  реформирования  исполнения  наказания  в  Российской  Феде-

рации: сб. материалов междунар. науч.-практ. конф. Рязань: 2010, с. 179-183 

12.

 

Кремянская Е. Организация борьбы с коррупцией в зарубежных странах: опыт США и 



Великобритании //Право и управления XXI век. №3 (28), 2013, с.

 

24-31 



64 


13.

 

Мари  Мендрас.  Обогащение  и  клиентско-патронажные  отношения  в  России  // 



Конституционное право: Восточно-европейский обзор, № 1(22), 1998, с. 122 

14.


 

Марку Ж. Борьба против коррупции во Франции // Журнал российского права, 2012, 

№ 7, с.67-78 

15.


 

Международно-правовые  основы  борьбы  с  коррупцией  и  отмыванием  преступных 

доходов. Сборник документов /Сост. В.С.Овчинский.-М.: ИНФРА-М, 2004, с. 59-61 

16.


 

Тихомирова Л.В., Тихомиров М.Ю. Юридическая энциклопедия /под ред. Л.В.Тихо-

мирова. Изд.5-е, доп. и перераб. М.: 2001, 443 с. 

17.


 

Уголовный  Кодекс  Франции.  Перевод  с  французского  Н.Е.Крыловой,  Санкт-Петер-

бург: 2003, 650с. 

18.


 

Уголовный Кодекс Норвегии. Перевод с норвежского А.В.Жмения. Санкт-Петербург: 

2003, 375 с. 

19.


 

Хабриева  Т.Я.  Научно-правовые  проблемы  противодействия  коррупции  //Журнал 

россииского права,-2012, № 7, с, 7 

20.


 

Building integrity and reducing corrupttion in defence / A Compendium of best practices. 

Geneva centre for the democratic control f armed forces. Geneva, 2010, p. 3-13 

21.


 

Buscagila Eduardo and Dijk van Jan. Controlling organized  crime and corruption in the 

public sector // 

Forum on crime and society. Vol. 3, № 1 and 2, December, 2003. p. 3-9 

22.

 

Cash for Peerages, http://everything2.com/title/Cash+for+Peerages 



23.

 

Heike Fuller. Corruption prevention at the Federal Foreign Office, http: // www. 



auswaertiges-amt.de 

24.


 

Hofman S. Lessons and questions to combat bribery and corruption under international law. 

Washington, 2001, p. 7-8 

25.


 

Klitgaard R. Introduction: subverting corruption //Global Crime. 

2006. № 7, pp. 299- 307 

26.


 

Organized crime, corruption and the vulnerability of defence and  security  forces // 

Transparency international UK, 2011, p. 14-17 

27.


 

Susan Rose-Acherman, Tina Soreide. International Handboook on the economics of 

corruption, Volume two. 2011, 624p. 

28.


 

The United Nations Convention against Corruption as a way of life. Edited by Nikos Passas 

and Dimitri Vlassis. Milan. ISPAC, 2007. 268 p. 

 

КОРРУПЦИЯ КАК ФЕНОМЕН ПОДВЕРГАНИЯ ОБЩЕСТВЕННЫХ 



ИНТЕРЕСОВ ЛИЧНОМУ ЗЛОУПОТРЕБЛЕНИЮ  

ВО ВЛАСТНЫХ ОТНОШЕНИЯХ 

 

С.С.СУЛТАНОВ  

 

РЕЗЮМЕ 

 

Статья  посвящена  правовой  оценке  классификации  признаков,  образующих 



понятие  коррупции  как  преступления,  являющегося  одной  из  серьезных  проблем 

политической  системы.  В  статье  исследуются  направления  исторического  развития 

коррупции, вопросы борьбы с коррупцией в отдельных государствах. В сравнительной 

форме  анализируется  законодательство  развитых  государств  в  современный  период.  В 

оценке этого преступления исследуются международные договорные нормы в отношении 

внутреннего  законодательства.  Отмечаются  пробелы  в  законодательстве  Азербай-

джанской Республики и делаются предложения в целях их устранения. 

 

Ключевые слова: коррупция, злоупотребление властью, взятка, общественные и 

личные интересы, антикоррупционное законодательство, борьба с коррупцией, незакон-

ное превосходство 

65 



CORRUPTION AS A PHENOMENON OF EXPOSURE OF THE PUBLIC INTERESTS 

TO THE PERSONAL ABUSE IN POWER RELATIONS 

 

S.S.SULTANOV 

 

SUMMARY 

 

The article is devoted to the legal assessment of the classification of signs, forming the 



concept of corruption as a crime, which is one of the major problems of the political system. The 

article investigates the historical development trends of corruption, the fight against corruption 

in various countries. The article includes the comparative analysis of the legislations of modern 

developed countries. International treaty provisions are researched in relation to domestic 

legislation during the legal assessment of this crime. Gaps in the legislation of the Republic of 

Azerbaijan are noted and proposals were made to eliminate them. 

 

Key words:  corruption, abuse of authority, bribe, public and private interests,

 

anti-corruption legislation, combating corruption, illegal superiority 



 

66 

Yüklə 117,71 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə