Baki universitetiNİn xəBƏRLƏRİ №4 Sosial-siyasi elmlər seriyası



Yüklə 72,97 Kb.
Pdf görüntüsü
tarix05.10.2017
ölçüsü72,97 Kb.
#3330


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4  

Sosial-siyasi 

elmlər seriyası   

2010 

 

 

 

 

MƏHKƏMƏ NİTQİ AÇIQ NİTQİN NÖVÜ KİMİ 

 

«Xeyir işdə, bədbəxtlik üz verdikdə,  



düşmənlə mübarizədə,  

dost və qohuma köməkdə 

 dünya malına xəsislik etmə». 

Hacı Ərəstun Əliyar oğlu 

 

Ə.Ə.QASIMOV 

Bakı Dövlət Universiteti 

haci-arastun@rambler.ru 

 

Məqalədə natiqlik məharəti əsaslarının mənimsənilməsində məhkəmə natiqinin ümumi 

və peşəkar mədəniyyətinin əhəmiyyəti haqqında danışılır.  

Mədəni nitq – lüğətin məna doğruluğu, zənginliyi və genişliyinə aid olan, hal-hazırda 

mövcud olan düzgün tələffüz və vurğu normalarına cavab verən qrammatik düzgünlük, 

məntiqi düzgünlük sayılır. 

 

1995-ci il 12 Noyabr Azərbaycan Konstitusiyası qəbul edildikdən sonra Azər-



baycan dili dövlət dili elan olundu.  

Maddə 21. Dövlət dili.  

1. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Res-

publikası Azərbaycan dilinin inkişafını təmin edir. 

2. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini 

və inkişafını təmin edir [1, 10]. 

Maddə 45. Ana dilindən istifadə hüququ. 

1. Hər kəsin ana dilindən istifadə etmək hüququ vardır. Hər kəsin istədiyi dildə 

tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ vardır. 

2. Heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz [1, 22]. 

İnandırıcı nitq söyləmək üçün nəinki öz fikrinin doğruluğunda  əmin olmaq, 

hətta sərbəst danışma qabiliyyətinə, ana dilinin zənginliyinə də malik olmaq lazımdır. 

Məhkəmə qarşısında çıxış etməyə hazırlaşan natiqin məqsədi müəyyən halda öz 

fikirlərini  ən zəruri, dəqiq və ifadəli sözlərin ifadə eeməsindən ibarətdir. Hər nitqin 

əsası sözə diqqətlə yanaşmaqdır, xüsusən məhkəmədə. Dil və üslub üzərində iş nitqə 

hazırlığın vacib mərhələsi sayılır. 

Öz mülahizəsini qorumaq üçün natiq, onu yüksək nitq mədəniyyətinə məcbur 

edən fikir və hisləri söyləmək üçün ən münasib dil formasını tapır. Mədəni nitq – 

lüğətin məna doğruluğu, zənginliyi və genişliyinə aid olan, hal-hazırda mövcud olan 

düzgün tələffüz və vurğu normalarına cavab verən qrammatik düzgünlük, məntiqi 

düzgünlük sayılır. 

Dil sosial hal kimi insanın fəaliyyətinin bu və ya digər forması ilə bağlı olan 

 40



müxtəlif funksiyaları yerinə yetirir. Dilin zəruri ictimai funksiyalarına aşağıdakılar 

aiddir: ünsiyyət, xəbər və təsir. Bu funksiyaların həyata keçirilməsi üçün funksional 

üslub adlanan dilin müvafiq növləri var. Aşağıda göstərilmiş dil üslublarını ayırmaq 

olar: danışıq, elmi və rəsmi-iş, publisistik və ədəbi-bədii. Bütün bu üslublar çox vaxt 

dolaşıq olur, bu da nitqin hansı üslubda tələffüz olunduğunun təyin edilməsini 

çətinləşdirir. 

Məhkəmə nitqinin dili bütün funksiyaları yerinə yetirir: ünsiyyət, xəbər və tə-

sir, buna görə ona bütün dil üslubları xarakterikdir. İnsanların yaşayış qeyri-rəsmi 

tərəflərinə xidmət edən danışıq üslubu məhkəmə nitqini asan və aydın edir. Elmi və 

rəsmi – iş üslubları, xüsusi elmi terminlər, hüquqi kateqoriya, hazır, standart formu-

lalar toplusundan, yəni qanun normalarından istifadə etməyə kömək edir. Bu üslub-

dan istifadə etmək zəruridir, çünki məhkəmə nitqinə hüquqi təhsilli və müəyyən hü-

quqi savada malik insanlar qulaq asır: hakimlər, prokurorlar, vəkillər, xalq iclasçıları. 

İctimai-siyasi məlumat, təşviqat və  təbliğat, biz müəyyən etdiyimiz kimi məhkəmə 

nitqinə  məxsus olan publisistik üslubun məqsədləridir. Bu üslub yüksək emosio-

nallıqla xüsusiyyətlənir və bu natiqdən ifadəli, ədəbi düzgün nitq tələb edir [10, 56].  

Bədii dildən düzgün istifadə etmək – müəyyən normativ məsləhətlərə riayət et-

mək deməkdir. Bu məsləhətlərə ona görə riayət etmək lazımdır ki, onların pozulması 

auditoriyanı işə baxılmasından ayırır, nitqin məzmununun qabağını alır, onun təsirini 

azaldır. Normativ məsləhətlər natiqin stolüstü kitabı olmalı lüğətdə, qrammatikada, 

kitablarda, xüsusi soraq kitabçalarında verilir.  

Dilin hiss edilməsi anadangəlmə qabiliyyət ola bilər, lakin onu həm də inkişaf 

etdirmək lazımdır.  

Öz üzərində aparılan daimi iş, auditoriya qarşısında tez-tez çıxışlar nəticəsində 

hər natiqin öz üslubu düzəlir. Natiqlik üslubu natiqlik sənəti üslubu vasitəsilə həyata 

keçən konkret və fərdiləşdirilmiş formadan ibarətdir.  

Natiqlik üslubu – nitqin forma və xüsusiyyəti, onun tonu və intonasiyası, sözün 

ifadəliyidir; o, nitqin mahiyyətini ən uğurlu ifadə edən bütün ifadəli vasitələri bir yerə 

toplamağa imkan verir. 

Natiqlik üslubunda natiqin şəxsiyyəti, onun fərdi xüsusiyyətləri, ümumi mədə-

niyyəti, xüsusi bilikləri, həyat boyu toplanan təcrübəsi, natiqlik sənəti, qabiliyyəti və 

müəyyən istedadı, natiqlik məharətinin daxili ritmikası: nitqin tempi, təmkinliyi, 

ehtiraslığı ifadə olunur. Layiqli natiq olmaq üçün iti həssaslığa, müşahidəçiliyə, yük-

sək emosionallığa, insanlarla bilavasitə açıq ünsiyyət cəhdinə malik olmaq və öz 

natiqlik məharətini daim təkmilləşdirmək lazımdır. 

Beləliklə, səmimi məhkəmə nitqini söyləmək üçün ona əsaslı hazırlaşmaq, öz 

üzərində daimi işləmək, hüquqi və digər bilikləri təkmilləşdirmək; çox mədəni 

(yüksək mədəniyyət) və  təhsilli insan olmaq; iş materiallarını, qanunu, məhkəmə 

təcrübəsini, elmi ədəbiyyatı yaxşı bilmək lazımdır, nitq planı olmalıdır, onu məşq et-

mək, özünü çıxışa emosional cəhətdən hazırlamaq lazımdır.  

Hər natiqin fəaliyyətində ən məsuliyyətli an – məhkəmə auditoriyasında böyük 

hazırlıq işinin nəticələri çıxarılan zaman nitqin söylənməsidir. Məhz bu nitqin 

söylənməsi zamanı natiqin qarşısında duran məqsədlər reallaşır, buna görə  də tam 

haqla kommunikativ mərhələsinə natiqlik məharətinin kulminasiyası deyilir. Bütün 

böyük, qabaqda gedən yaradıcı  iş natiqin əsas fəaliyyətinin həyata keçməsinə 

yönəldilir – dinləyici qarşısında nitqlə çıxış. 

Hər natiqlik çıxışının tərkibi və onun mövzusu natiqin ustalığı ilə təyin edilir. 

 41



Natiqlik çıxışının forması isə dinləyicinin tərkibindən, konkret vəziyyətdən, natiqlik 

üslubundan asılıdır. O, elə olmalıdır ki, nəinki məhkəmə  tərkibi, hətta məhkəmə 

iclasında bütün iştirak edənlər üçün nitqin məzmunu sadə, aydın və inandırıcı olsun. 

Məhkəmədə nitqin forması  ətraflı düşünülür və  əvvəlcədən hazırlanır, lakin bütün-

lükdə o, natiqin xarici şəraitini nəzərə almaqla nitqi düzəltmə imkanı olan zamanı 

onun söylənilməsi vaxtı  tərtib edilir. Nitqin məzmunu və forması üzərində  işləmək 

üçün ona yaradıcılıqla yanaşmaq lazımdır, lakin bu heç də həmişə təcrübədə istifadə 

olunmur.  

Məhkəmədə natiqlik məharəti formasının rolu haqqında A.P.Çexov çox doğru 

yazmışdır: "...şübhəsiz faktdır ki, onu vicdanlı, təcrübəli insan izah edir və bu daha da 

aydın olur – bu birincisi; ikincisi, istedad – təbii gücdür, bu daşları da qəmə çevirə 

bilən tufandır...", "... tələffüz edilən sözdən, formasına görə deyilən cümlədən asılı 

olaraq eyni sözün min mənası və incəlikləri var" [11, 37].  

Hər bir ictimai nitq kimi məhkəmə nitqinin söylənilməsi zamanı biz müəyyən 

etdiyimiz kimi başlanğıcın böyük rolu var və o, orijinal, aydın və  fərdi olmalıdır. 

Nitqi söyləməyə  tələsmək lazım deyil! Söz verilən zaman ayağa qalxmaq və bir az 

susmaq lazımdır. Başlanğıc fasiləsinin böyük rolu var, çünki həmin saniyədə 

auditoriya natiqlə tanış olur və onun haqqında öz birinci təəssüratını qurur. Bundan 

əlavə, başlanğıc fasilə zamanı dinləyici ilə müşahidə  əlaqəsi təyin edilir. Nəhayət, 

başlanğıc fasiləsi natiqə tribunaya öyrəşməyə və həyəcana qalib gəlməyə kömək edir. 

Hər natiq özündə  qərarsızlığı,  əsəbliliyi boğmalıdır. Özündə "natiqlik həyəcanına" 

qalib gəlməyi və  əminlik hissini əldə etmək üçün iş materiallarının  əla bilməsi, öz 

mövqeyinin düzgün olmasında  əminlik, nitqə gözəl hazırlıq, hər çıxışın gedişində 

yetişdirilən natiqin cəsarətli və  qətiyyətli olması kimi xüsusiyyətləri də  məhkəmə 

natiqinə kömək edir. A.F.Koni yazırdı; "həyəcanlılığın ölçüsü sərf olunmuş  əmək 

hazırlığına və ya daha doğrusu, hazırlıq nəticəsinə tərs proporsionaldır" [12, 5]. 

Lakin "natiqlik həyəcanını" yaradıcılıq həyəcanlılığı ilə  səhv salmaq lazım 

deyil, çünki o, camaatla görüşü gözləyən natiq üçün təbiidir. Belə  həyəcanlılıq 

lazımdır. O, natiqi stimullaşdırır (həvəsləndirir) və auditoriya ilə birinci əlaqə 

dəqiqələrində öz arxasınca dinləyiciləri çəkməyə imkan verən ruhlandırmaya keçir, 

ən yüksən yaradıcılıq isə – natiqin fəaliyyətini  ən yaxşı stimullaşdıran və onun 

məhsuldarlığını artıran ilhamdır. Lakin ilhamı idarə etmək lazımdır və burada böyük 

rolu iradə başlanğıcı oynayır. Öz biliklərində, görünüşlərində, öz natiqlik qabiliyyə-

tində əmin olmaq lazımdır, lakin əminlik heç vaxt özünə inamla və özünə vurğunluğa 

keçməməlidir. Öz hislərini yaxşı idarə edən natiq özündə şübhə qorxusunu tez boğur.  

Başlanğıc fasilə zamanı  təcrübəli natiq auditoriyanın  əhval-ruhiyyəsini, onun 

münasibətini özünə qarşı, nitqin məzmununa qarşı başa düşür, düzgün tonu müəyyən 

edir və dinləyicilər ilə  əməkdaşlıq  şəraitini yaradır. Təbii ton əldə etmək üçün nitqi 

susaraq, sakit, az sözlər istifadə edərək başlayırlar. Məhkəmə nitqi həmişə "Möhtərəm 

hakimlər!" sözündən başlanır.  Ən yaxşısı onu sadə, yavaş templə  və nisbətən asta 

başlamaqdır.  

Natiq nitq söylədikdə dinləyicilərə baxır, məhkəmə ilə daimi müşahidə 

əlaqəsini saxlayaraq ona müraciət edir. Bədənin vəziyyəti yalnız nitq zamanı dəyişir 

və heç vaxt fasilə zamanı dəyişmir. Natiqin vəziyyəti, onun fərdi görünüşü ilə təyin 

edilir, lakin hər natiq asanlıq hisləri, hərəkətlilik, öz vəziyyətinin təbii olmasına nail 

olmalıdır.  

Nitqin sonu onu başlanğıcla  əlaqələndirməlidir, bütün nitqə kompozisiya 

 42



tamamlanma əhəmiyyətini verməlidir. O, elə olmalıdır ki, dinləyicilər ona qulaq asa-

raq hiss etsinlər ki, daha hər şey aydındır. Beləliklə, dinləyicilər nitqin məzmununa və 

natiqin səsinə görə bunu hiss etməlidirlər. Məhkəmədə nitqi təmtəraqlı cümlələr, 

sözlər ilə qurtarmaq tamamilə artıq və  hətta yersizdir. Ən yaxşısı  məhkəmə nitqini 

məhkəməyə müraciətin dürüst ifadə edilməsi ilə sona çatdırmaqdır. Belə ki, bu 

müraciət dəqiq, aydın, qısaca deyilməlidir.  

Əgər natiq bu vəziyyətdə deyilsə, nitqi məhkəməyə xahişlə bitirmək lazımdır. 

Həm prokuror, həm də vəkil məhkəməyə tələblə deyil, yalnız xahişlə müraciət edirlər. 

V.V.Leonenko belə hesab edir ki, müəyyən  şərtlər daxilində, xüsusilə  də ictimaiy-

yətdə böyük təsir buraxan ağır cinayətdən söhbət gedirsə dövlət ittihamçısı  məhkə-

məyə müraciət edərək, öz nitqində “tələb edirəm” sözünü işlədə bilər. Belə ki, bu 

məhkəməyə  qəti göstəriş,  əmr xarakteri daşımamalıdır və “nəzakətlə etika qayda-

larına nəzarət edərək, cəmiyyətin fikrini əks etdirərək” ifadə edilir. Belə hesab edirik 

ki, məhkəmə istintaqı dövründə onun iştirakçıları (ittihamçı, təqsirləndirilən  şəxs, 

müdafiəçi, zərərçəkmiş, mülki iddiaçı, mülki cavabdeh və onların nümayəndələri) 

müvafiq olaraq bərabər hüquqlardan istifadə edirlər və onlardan heç birinin digəri 

qarşısında heç bir üstünlüyü yoxdursa, o zaman prokuror tərəfindən tələbin xahiş 

yerinə formalaşması onu xüsusi vəziyyətə qoyur, bununla da qanunla nəzərdə tu-

tulmuş birlik pozulur. Prokuror təqsirləndirilən  şəxslə bağlı cinayət qanununun və 

ölçülərinin qəbul edilməsinə dair öz fikirlərini (tələblərini deyil) məhkəməyə bildirir 

[15, 47]. Tələb etmək – öz tələbinin yerinə yetirilməsində təkid edərək qəti formada 

istəmək mənası  kəsb edir. Bu şəkildə, prokurorun tələbi yalnız onun tələb etdiyinin 

tam yerinə yetirilməsi ola bilər. Bu halda məhkəmə iclasının digər iştirakçilarlnın çı-

xışı lazım gəlmir. Buradan belə aydın olur ki, məhkəmə istintaqının digər iştirakçıları 

kimi, prokuror da məhkəmədə hakimə tələb ilə deyil, xahiş ilə müraciət etməlidir.  

Məhkəmə nitqinin vacib şərait effektivliyi kimi məzmun və kompozisiya ilə 

yanaşı, mədəniyyət sayılır, o, konkret şəraitdə  və  məhkəmə nitqinin məqsədlərinə 

müvafiq məhkəmə auditoriyasına ən yaxşı təsir təmin edən dil materiallarının istifadə 

olunması düzgün, normalara müvafiq olmalıdır. Məhkəmə müzakirələrinin nitq 

mədəniyyətinə yüksək tələblər irəli sürülür. Bununla yanaşı olaraq, unutmamaq 

lazımdır ki, öz növbəsində “məna tutumu və maraqlandırma qabiliyyəti, dinləyicilərin 

diqqətini cəlb etmək, onlarda müəyyən təsir yaratmaq” nəzərdə tutan nitq mədəniy-

yəti onun ifadəliliyini təmin etmir. A.Ç.Kozarjevskinin doğru olaraq göstərdiyi kimi, 

ifadəlilik heç olmazsa, mülahizənin tərkibi, məqsəd və vəziyyətinə uyğun gələn dilin 

fonetik, qrammatik və leksik vasitələrinə uyğun olaraq istifadə olunur [10, 62]. 

Mədəniyyətli, ifadəli nitq yalnız zəngin lüğət ehtiyatı olan natiqdə ola bilər. 

Natiq lazımi sözü axtaran zaman parazit sözlərin olduğu fasilə yaranır. Parazit sözlərin 

dinləyicilərin diqqətini cəlb etməsınə, hətta bəzən onları şənləndirməsınə baxmayaraq, 

onlar nitqin mənimsənilməsini çətinləşdirir. Belə vəziyyətdə nitqin məzmunu çətinlikdə 

mənimsənilir. Nitqin söylənilməsinə yaxşı hazırlaşmaqla, asta danışmaq və öz nitqini 

izləməklə belə sözlərdən tamamilə xilas olmaq lazımdır.  

Yalnız dinləyicilər üçün deyil, eləcə  də xalq iclasçıları üçün aydın olmayan 

hüquqi terminlərdən sui-istifadə etmək lazım deyil. Az istifadə olunan terminlər nitq-

də aydınlaşır, lakin xarici dildə olan sözlər isə o an Azərbaycan dilinə tərcümə olunur. 

Məhkəmə nitqində zalda iştirak edənlərin  əksəriyyəti üçün aydın olmayan ixtisar 

olunmuş sözlərdən istifadə etməyin (məsələn, “maddi sübut”). Natiqlərin dil səhv-

lərinin tam sırası kontaminasiyalarla – tələffüz, quruluş və mənada oxşar olan iki söz 

 43



və ya ifadənin hissələrinin ixtisar olunma ilə yaranan yeni söz və ya sabit söz 

birləşməsinin yaranması ilə bağlıdır. Natiqə yaxşı üslub tələbi irəli sürülür. 

Öz formasına görə, məhkəmə nitqi düzgün, aydın, bədii, ifadəli olmalıdır və 

bunun üçün natiq sözün çoxmənalılığını anlamalı və hiss etməlidir, eyni zamanda da 

dilin bütün imkanlarından istifadə etməyi bacarmalıdır. "Nitq mədəniyyəti natiq üçün, 

birinci növbədə, həmin janrın spesifikasına  əsaslanan nitq ustalığıdır, bütün imkan-

lardan bacarıqla istifadə etməkdir, bu öz müasir inkişaf mərhələsində dil danışanın 

sərəncamına verilir" [10, 58].  

Yaxşı üslubun ən vacib tələbi aydınlıqdır. Nitqin aydınlıq meyarı onun 

dinləyicilər tərəfindən anlaması, onun sadəliyi, asanlığıdır. Sadə ifadə  məhkəmə 

nitqinin vacib xüsusiyyətidir. Dinləyicilər natiqin hər bir sözünü, natiq başa düşdüyü 

kimi anlamalıdırlar. Məhkəmədə nitq son dərəcədə aydın, sadə olmalıdır və  cəhd 

göstərmədən dinləyici onu başa düşməlidir. Kvintilian öyrədirdi: "Elə danışmayın ki, 

anlasın, elə danışın ki, hakim sizi başa düşsün". Müasir ictimai nitqin aydınlığı 

ifadənin konkret auditoriyaya yönəldilmiş danışıq vasitələri ilə yaxşı uyğunlaşması 

deməkdir. Aydınlıq  şəraiti sözlərin düzgün tələffüz edilməsi, yəni, aydın və  təmiz 

tələffüzetmə, düzgün qeyd etmə  və ayrı-ayrı sözlərə, hecalara, cümlələrə fikir ver-

məkdir [13, 175]. Nitqin aydın olmaması öz tələffüzünə bacarıqsız diqqət 

yetirməkdən yaranır. Beləliklə, qulaq səslərə, tələffüz edilən sözlərə, dilə öyrəşərsə, o 

zaman tələb olunan aydınlığa çatmaq asan olar.  

Məhkəmə nitqi sadə söylənilir, onu mürəkkəbləşdirməyə, qeyri-elmi etməyə, 

aidiyyəti olmayan problemlərə görə boşboğazlığa ehtiyac yoxdur. 

Dinləyiciyə yol tapmaq üçün nitqdə əsas rolu onun ritmikliliyi oynayır və bu da 

onları əmin etməyə kömək edir.  

Nitqdəki vəzn vurğulu və vurğusuz hecaların müəyyən əvəzlənməsi ilə yaranır, 

vurğulu hecalar tonun yüksəlməsi, səslənmənin güclənməsi ilə seçilir, vurğuların bö-

lüşdürülməsi və sözlərin yerləşdirilməsi nəticəsində isə cümlədə müəyyən vəzn 

yaranır. Nitqin vəzni onun sürəti və intonasiyası ilə bağlıdır. Nitqin sürəti həddindən 

artıq ləng (yatızdırır) və ya hədsiz dərəcədə sürətli (nitqin qavranmasını  və 

anlaşılmasını  çətinləşdirir) olmamalıdır. Məhkəmə nitqinin düzgün sürəti ona əlavə 

təsirlilik gücü verir. 

İntonasiya səslənən nitqin birgə  işləyən elementlərinin (komponentlərinin) 

mürəkkəb kompleksidir və bunlar nitqin səs formasını, onun səslənməsini, nitqin 

məzmun və mənasının maddi təcəssümünü yaradırlar. İntonasiya nitqin məzmununu 

daha dolğun ifadə etməyə, dinləyicilərə natiqin əsas fikrini çatdırmasına kömək edir. 

Məhkəmə natiqinə, xüsusən yeni başlayana nitqin mətninə intonasiya vermək, burada 

durğu və hecaları qeyd etmək faydalıdır. 

Şifahi nitqdə cümlənin mənasını  dəyişə biləcək durğunun böyük əhəmiyyəti 

var. O, biz artıq bildiyimiz kimi, nitqin əvvəlində lazımdır, bir məsələdən digər məsə-

ləyə keçməni ayırır. Sonra edilən durğu son sözdə  nə deyiləcəyində dinləyicilərin 

diqqətlərini saxlayır. Durğularla vacib yerləri, əsas sübutları, ən ciddi etirazları ifadə 

etmək lazımdır. Bunlar hüquqşünasın nitqinə  səlislik verir, onun mənalılığını  və 

təsirliliyini artırır. 

Məntiqi və psixoloji durğular seçilir. S.Volkonskinin obrazlı ifadəsinə görə, 

“məntiqi durğu – səssiz nitqdir”. O, məhkəmə nitqinə mükəmməllik, tamamlıq bəxş edir, 

məhkəmə nitqinin bir hissəsindən digərinə, bir cümlədən digər cümləyə keçməyə imkan 

verir. Psixoloji durğu cümləarası məna ilə müəyyən olunur və bədii nitqin təsirli vasitəsi 

 44



kimi işləyir. Məsələn, nitqdə söyləyirlər: “Təqsirləndirilən  şəxs zərərçəkənə yaxınlaşdı 

və....” dedikdə natiq fasilə edib öz fikrini davam edir. Bü cür durğu dinləyicilərin 

diqqətini, xüsusən bilavasitə bundan sonra nə deyiləcəyinə cəlb edir.  

Məhkəmə nitqinin təsirliliyi onu bədiiləşdirir və bu zaman o estetik zövq verə bilər. 

Məhkəmə nitqində hər zaman estetik məziyyətlərin olmasını tələb etmək olarmı? 

Zənn edirəm ki, yox, çünki bədii istedad hər insana verilmir və ona görə  hər 

məhkəmə nitqinə  mədəniyyət, sonra isə ifadəlilik tələbi irəli sürülür. İfadəlilik nitqi 

məhkəmə natiqində yaxşı inkişaf etmiş  bədii təfəkkür ilə olur, lakin məhkəmə 

qarşısında hər çıxış edən peşəkar hüquqşünas çalışmalıdır ki, onun nitqi ifadəli olsun, 

çünki bu, onun anlaması, emosionallığı  və  məhkəmə auditoriyasına təsiri artırmaq 

üçün və birinci növbədə, məhkəmə natiqinin mövqeyinin düzgün olmasında hakimləri 

inandırmaq üçün lazımdır. Çoxplanlı  təsirlər birliyi (səmərəli, emosional, estetik) 

natiqin nitqinə inandırıcı güc verir. İfadəli nitq təsəvvürün fəaliyyətini, daxili görünüş 

və  təsvir olunan şəklin, hadisənin, iştirak edən  şəxsin emosional qiymətini yaradan 

bədii sözlərdən ibarətdir. Məhkəmə nitqində cinayətin səbəbi xüsusiyyətində psixoloji 

suallar, prosesin iştirakçılarının  şəxsiyyəti, cinayəti törətməyə yol verən səbəb və 

şərtlər tədqiq edildikdə  bədii sözlərdən bacarıqla istifadə etmə  zərurəti artır. Bu 

psixoloji təhlil öz əksini "mücərrəd fikirlərdə yox, şəklin yada salınması, ədəbi-bədii 

nümunələrə görə hadisənin təfsilatı ilə təsvir edilməsində" tapır. Məşhur sovet vəkili 

Y.S.Kiselyovun bütün nitqləri məhz bu cür olubdur. Levçinski, Putilovlar və 

digərlərinin işləri üzrə nitqdə ustalıqla, yüksək bədii səviyyədə cinayətin mahiyyəti, 

əsasları, səbəbləri təsvir olunur:  

Məhkəmə natiqləri çox vaxt öz nitqinin təsirini artırmaq üçün bədii sözlərdən 

istifadə edirlər, bu və ya başqa hadisələri bədii formada söyləməyə çalışırlar.  

Məhkəmə nitqinin ifadəliliyi effektlik üçün yox, məhkəmə natiqinin çıxışının 

məzmunun auditoriya tərəfindən dərin anlama, sübutların təhlili və qiymətləndiril-

məsi, iş üzrə onun tərəfindən təqdim olunan nəticələrin mahiyyəti üçün lazımdır. 

İfadəlilik nitqinə böyük əhəmiyyəti səs verir – güclü, qüvvətli və iti. İti, gözəl səs, 

yaxşı diksiya hisslərin, duyğuların və əhval-ruhiyyənin incəliklərini çatdırmağa imkan 

verir, nitqə qətilik, yüngüllük, sərbəstlik verir. Səs elastikliyinin təkmilləşdirilməsinə 

anadangəlmə qüsurları gizlətməyə yardım edən xüsusi məşqlər kömək edir. Natiqə 

nitq üsullarını inkişaf etdirmək, səsinə və tələffüsünə fikir vermək lazımdır.  

Nitqin ifadəliliyini və emosionallığını artıran danışıqdan kənar vasitələrə tam 

doğru hislər dili adlanan jest və mimika aiddir. Nitqin tərkibi təbii olaraq və çox vaxt 

düşünülmədən möhkəmlənir, həmçinin nitqi canlandıran, onu gözlə görünən edən jest 

və mimika ilə güclənir. Jest – emosional məna hərəkətidir. Həm jest, həm də mimika 

öz funksiyalarında genişdirlər; onlar dolğun və emosionaldırlar, xüsusidirlər və 

həmişə müəyyən ediliblər [14, 460]. Nitqdə natiqin dediklərinə zidd olan ikitərəfli jest 

və mimikaya yol vermək olmaz. Natiqin eyni jesti çox şey deyə bilər: nitqdə vacib 

olanları qeyd edə bilər, natiqin bu və ya digər fikrini aydın ifadə edə bilər, onun real 

məzmununu dərin açıqlamağa çalışa bilər, hal-hazırda söylənilən fikrin gizli mənasını 

güman edə bilər və s. Həm jest, həm də mimika dinləyicilər üçün aydın olmalıdır. 

Onlar səs nitqinin qabağını almırlar, onun mənalı tutumunu və ifadəliliyini güclən-

dirirlər. Məhkəmə natiqində jestlər daha təmkinli, tez olmayan, bədii oxucu və 

dramatik aktyordan daha şərti olurlar. Jest, ümumiyyətlə natiq üslubu kimi, olduqca 

şəxsidir, lakin buna baxmayaraq müəyyən qaydalar var ki, onlara riayət etmək 

lazımdır. Jestdən sui-istifadə etmək olmaz, çünki həddən artıq əl-qol hərəkəti natiqə 

 45



kömək etmir, daha da mane olur, dinləyiciləri güldürür, onların fikrini nitqin əsas 

məzmunundan yayındırır.  

Çətin ki, jest və mimikanı əvvəlcədən güzgü qabağında məşq etmək mümkün 

olsun. Məsələ ondadır ki, onlar nəinki ifadə olunan fikir ilə, hətta konkret şərait

dinləyicilərin  əhval-ruhiyyəsi və natiqlik əhvalı ilə  təyin olunurlar. Müxtəlif 

insanlarda hislər ayrı-ayrı jest və mimika ilə ifadə olunur. Bilmək lazımdır ki, jest və 

mimika – fikirlərin aydın, çox vaxt intuitiv ifadə olunmasıdır. Bunların hamısı 

jestlərin və mimikanın məntiqi əsaslandırılmasını hazırlayır və təyin edir. Lakin buna 

baxmayaraq, jest və mimika çox vaxt bir dəqiqəlik haldır və bu da onların təbiiliyi və 

cazibəliyidir. Məhkəmə natiqinin duruşunda, onun jesti və mimikasında, onun 

işgüzarlığı, sadəliyi, hazırlığı, səmimiliyi  əks olunmalıdırlar. Beləliklə, jest və mi-

mika, kinetik ünsiyyət sistemin elementləri olaraq, nitqin emosionallığını və ifadəli-

liyini gücləndirirlər və bununla da onun daha da yaxşı mənimsənilməsinə kömək edir.  

Təcrübə göstərir ki, məhkəmə natiqləri həmişə  səs, intonasiya, jest ilə nitqin 

ifadəliliyinin  əlavə vasitələri kimi istifadə edə bilmirlər. Çox vaxt məhkəmə nitq-

lərinin söylənilməsində statiklik və adilik müşahidə olunur. Nitqdə əsas səs intonasiya 

ilə seçilmir, jest, mimika ilə möhkəmlənmir. Bəzi natiqlər heç məhkəməyə  və din-

ləyicilərə baxmırlar, hansısa bir tərəfə  və ya stolun üstündə olan öz kağızlarına 

baxırlar. Bunların hamısı xoşagəlməz təəssürat yaradır və  qətiyyən auditoriyanın 

düşüncəsinə və hislərinə təsir etməyə kömək etmir.  

Məhkəmə nitqinin mədəniyyəti – natiqlik ustalığının dinamik təkmilləşdirilmə 

prosesi, onun məzmununun və formalarının zənginləşdirilməsidir. Ona ümumi və hü-

quqi savadlılıq, nitqin düzgünlüyü, dilin zənginliyi (orijinallıq), qısalıq, sadəlik, 

asanlıq, aydınlıq və dəqiqlik, bədiilik, emosionallıq xasdır.  



 

ƏDƏBİYYAT 

1.

 



Azərbaycan Respublikasının Konstitusiyası (1995-ci il) Bakı: Qanun, 2010, 94 s. 

2.

 



Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi (2000-ci il), Bakı: Qanun, 2010, 640 s. 

3.

 



«Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanunu (1999-cu il), Bakı: 

Hüquq ədəbiyyatı, 2009, 68 s. 

4.

 

Abbasova F.M. Çəkişmə prinsipi: inkşaf tarixi, müasir problemləri və onların həlli 



yolları. Bakı: Qanun, 2008, s.246. 

5.

 



Əliyev K. Nitq mədəniyyəti və üslubiyyatın əsasları. Bakı: 2001, 185 s. 

6.

 



İsmayılov İ. Məhkəmə etikasının bəzi məsələləri. B.: ADPU, 2007, 310 s. 

7.

 



Qurani-Kərim və açıqlamalı  məalı (Azərbaycan dilinə  tərcümə edən prof. Fazil 

Qaraoğlu). Bakı: Nurlar, 2007, 604 s. 

8.

 

Mövsumov C.H. Azərbaycan SSR cinayət prosesi. Ümumi hissə. Bakı: 1980, 312 s. 



9.

 

Yusifov M. Nitq mədəniyyətinin əsasları. Bakı: Digesta, 1998, 240 s. 



10.

 

Qasımov Ə. Məhkəmə nitq mədəniyyətinin əsas istiqamətləri. Bakı: Digesta, 2010, 212 s. 



11.

 

Гетманова А.Д. Логика для юристов. Учебное пособие, М.: Омега –Л, 2009, 425 с. 



12.

 

Кони А.Ф. Избранные произведения. М.: Наука, 1956, 239 с. 



13.

 

Сергеич П. Искусство речи на суде. М.: Юрайт, 2009, 510 с. 



14.

 

Судебные речи известных русских юристов, Часть 1, М.: Юрид. лит-ра, 2009, 580 с.  



15.

 

Леоненко В.В. Профессиональная этика участников уголовного судопроизводства. 



Киев: УГУ, 1981, 250 с.  

 46



СУДЕБНОЕ ОРАТОРСТВО  

КАК РАЗНОВИДНОСТЬ ОТКРЫТОЙ РЕЧИ 

 

А.А.ГАСЫМОВ 

 

РЕЗЮМЕ 

 

В  статье  говорится  об основах  освоения ораторской  способности,  общей  и  про-



фессиональной культуре судебного оратора. 

Культурой речи  считается – правильность  смысла  словаря,  богатый  и широкий, 

существующий  на  сегодняшний  день,  правильное  произношение  и  отвечающий 

правильности грамматических норм ударения. 



 

LAW-COURT SPEECH AS A KIND OF THE OPEN SPEECH 

 

A.A.GASIMOV 

 

SUMMARY 

 

The article deals with the significance of a court orator’s common and professional 

qualifications at mastering the bases of oratory mastery. 

Cultural speech referring to the richness and meaning accuracy of vocabulary is valued 

as grammatical correctness, logical accuracy observing presently existing pronunciation rules 

and emphatic norms. 



 

 47

Yüklə 72,97 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə