BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№4
Sosial-siyasi
elmlər seriyası
2010
KOMPYUTER İNFORMASİYASI VƏ ŞƏXSİYYƏTİN SOSİAL İNKİŞAFI
A.M.İMANOVA
Bakı Dövlət Universiteti
azada69@mail.ru
Məqalədə kompyuter informasiyasının səciyyəvi xüsusiyyətləri, şəxsiyyətin sosiallaşma
prosesinin baş verdiyi sosial mühitin formalaşması və idarə edilməsində rolu açıqlanır,
sosiallaşmanın üsulu və faktoru kimi kompyuter informasiyasının təkmilləşdirilməsinin
əhəmiyyəti, yeni kompyuter mühitinin formalaşdırılmasının əhəmiyyəti göstərilir. Kompyuter
informasiyasının qloballaşdırma rolu, şəxsiyyətin dərkinin dəyişilməsi, şəxsiyyətin sosiallaş-
masında kompyuter bilgilərinin artan əhəmiyyəti xüsusi qeyd olunur. İnformasiya qeyri-
bərabərliyinin, onun cəmiyyətin və şəxsiyyətin inkişafında tormozlayıcı rolunun sosial mahiy-
yəti açıqlanır. Belə bir neqativ halın tamamilə aradan qaldırılması planında kompyuterləş-
dirmə siyasətinin düzgün qurulması vacibdir. Məqalədə eyni zamanda kompyuter savadsız-
lığının aradan qaldırılması kimi, şəxsiyyətin sosiallaşmasının normal prosesinin təmin
edilməsi faktoru kimi informasiya bərabərliyinin üstün əhəmiyyəti qeyd olunur.
Kompyuter inqilabı informasiyanı dövrümüzün baxışlarının diqqət mərkəzinin
başlıca obyekti etmişdir. İnformasiyanın həyatın əsası kimi qəbul edilməsi ideyasını
yəqin ki, biologiyanın daxil motivasiyasına müncər etmək mümkün deyildir (1).
Cəmiyyətdəki dəyişiklikləri dərk edərkən sosial, iqtisadi və siyasi elmlər yeni qlobal
təsir faktoru kimi kompyuter informasiyasına müraciət etməli olurlar. İnformasiya
cəmiyyəti ilə bağlı nəşrlərin sürətlə artmasını qlobal şəbəkə fenomeni stimullaşdırır.
Nəşrlərin çoxunda kompyuterəqədərki dövrlərdə mövcud olmuş sosial inkişaf mo-
dellərinin və priotetlərin modernləşməsi təklif olunur. Əvvəlki problemlərin həllində
informasiyaya elitanın sadəlövh assistenti rolu həvalə olunurdusa, indi sosial mühitin
daxili antaqonizmi kompyuterlə konservasiya edilir. Cəmiyyətin və şəxsiyyətin
tərəqqisinin başlıca hərəkətverici rolu əvvəlki kimi aydın, yaxud gizli formada sosial
bərabərsizlik antoqonizminə verilir. Lakin həqiqətənmi sosial antoqonizm kompyuter
aləmində inkişafın zəruri şərti olaraq qalır? Və bu məcrada şəxsiyyətin sosiallaşması
necə keçir?
Tarix səhnəsinə yalnız kompyuterin yaranması ilə meydana gələn çoxlu sayda
informasiya cəmiyyəti nəzəriyyələri aşağıdakı suallara tam cavab verməmişlər:
“Sosial bərabərsizliyin səbəbləri və funksiyaları nədən ibarətdir?”, “Sosial inkişafın
funksiyaları nədən ibarətdir?”, “Sosial vahid mühitdə şəxsiyyətin inkişafı və azadlığı
harmoniyasına nail olmaq mümkündürmü?”. İndiki qlobal informasiyalı kompyuter
dövründə belə cavabları nə qaneedici, nə də son hesab etmək olar (2).
Tərəqqini idarə etmək sənəti inkişafın hərəkətvericisi qüvvəsi kimi sosial an-
99
taqonizmin energetikasının saxlanmasından və istifadəsindən ibarət olmuşdur. An-
taqonizmin partlayış energetikası hər zaman idarəetmədə asan başa düşülməmişdir.
Tarixdə bəzən formasiyaları dəyişən üsyanlar, inqilablar çox olmuşdur, lakin onlar
heç zaman sosial antoqonizmin ilkin səbəblərini aradan qaldırmamışlar.
Qlobal kompyuter şəbəkəsinin təşəkkül tapması ilə sosial mühitdə idarəetmə-
nin, özünütəşkilin prinsipcə yeni imkanları yaranmış və açıq qlobal əlçatar və avto-
matik dəyişən kompyuter informasiyası ilə tənzimləmə üsulu meydana gəlmişdir.
Güman edilən perspektivdə həmin imkanlar və kompyuter informasiyası sosial mühi-
tin konfliktsiz balanslaşdırma vasitəsilə harmoniyalaşdırılmasının təməl əsasını təşkil
edə bilərlər. Bu, əsrlərlə antoqonist mühitdə təşəkkül tapmış “iqtisadiyyat-siyasət”
müstəvisində güc idarəçiliyi yanaşmalarına real alternativdir. Bu yanaşmaların əsasın-
da sarsılmaz prinsip olaraq informasiya azadlığının məhdudlaşdırılması durmuşdur.
Sosial mühitdə informasiyanın xüsusi rolunu başa düşmək üçün kibernetikanın
təkamülə münasibətinə canlı sistemlərin ən sadə orqanizmlərindən insan cəmiyyət-
lərinədək oxşar bir prinsiplə inkişafına informasiya prosesi kimi baxmaq lazımdır (3).
Kompyuter insanın informasiyanı işləməsi məsələsində unikal imkanlarını tək-
rar edir və möhkəmlədir. Canlı sistemlərin təkamülündə informasiya ən sadədən
başlayan informasiyanın saxlanması, ötürülməsi və dəyişdirilməsinin daşıyıcıları olan
orqanizmlərlə birlikdə inkişaf etmişdir. İlkin sosiallaşma təzahürlərinə mifologiyada
və mifoloji təsəvvürlərdə rast gəlindiyi üçün ilk canlı orqanizm informasiya daşı-
yıcıları hesab edilmişdir (4).
Qapalı sistemlərdə bir-birləri ilə əlaqədə olan daşıyıcılar həyat təminatı və
reproduksiya funksiyalarını yerinə yetirirlər. Təkamül yüksəldikcə həm baza hərə-
kətlərinin, rəngarəng təcəssüm formalarının, həm daha mürəkkəb orqanizmlərini və
populyasiyaların meydana gəlməsini təmin edən informasiya imkanlarını nümayiş
etdirir. Bu mürəkkəb orqanizmlər həm daxili (orqanizmin bütövlüyünü saxlamaq),
həm də xarici (ətraf mühitlə və özü kimiləri ilə qarşılıqlı əlaqə) informasiyanı işləmək
funksiyalarını yerinə yetirir.
İnsan şüuru elə bir informasiya məkanı formalaşdırmışdır ki, burada sosial mü-
hitin idarə olunması və özünütəşkili vəzifələri həll edilir. Burada həm də təkamülün
başlanğıc – texnogen mərhələsi başlayır. Sosial əhəmiyyətli informasiya biokimyəvi
substansiyasından ayrılaraq təkamül prosesinin obyektlərinə çevrilir. Sosial, inkişafın
tempi sürətlənir, artmaqda olan informasiya axınları insanın fərdi imkanlarını üs-
tələyir. Onların, yəni informasiya axınlarının vaxtında təşkili üçün informasiyanın
kollektiv işlənilməsi lazım gəlir. Dövlətin özü ikinci informasiya aqreqatı kimi Homo
Sapiensdən sonra həm informasiya, həm də sosial inkişafın mərhələsi olur (4). Sosial
fərdlərin inkişafı kontekstində subyektlərin aktiv fəallığı ilə sosial mühitin informasi-
ya strukturunun təkmilləşdirilməsi artmaqda olan informasiya axınlarının işlənməsi
üçün zəruri olan məhsuldarlığın da artmasını təmin edir.
Sosial bərabərsizlik dövlətin sosial inkişafını təmin edən, fərdləri canlı fəaliy-
yətə cəlb edən, bununla da şəxsiyyətin sosiallaşmasına təkan verən informasiya maşı-
nı kimi fəaliyyətinin zəruri şərti olmuşdur.
Sovet sistemindən fərqli olaraq bazar sistemi artmağa olan informasiya axın-
larını işləmək üçün daha qabil ictimai faktor olmuşdur. Bunun nəticəsində istehsalın
qüsurlarının vaxtında azaldılması, həyatın müxtəlif sahələrində elmi-texniki nailiyyət-
lərdən kütləvi istifadə edilməsi və yüksək inkişaf tempi, böhranları aradan qal-
dırmaqla sosial balansların yeniləşdirilməsi, əhalinin böyük hissəsinin yaşayış sə-
100
viyyəsinin artırılması və bütün bunların sosiallaşdırma faktorları kimi çıxış etməsi
mümkün olmuşdur. Bazardan imtina etmək və onun informasiya səlahiyyətlərini
bürokratik aparata həvalə etmək cəhdi özünü qətiyyən doğrultmadı (5).
Sovet sisteminin dağılmasının ilkin informasiya səbəblərini təkcə “iqtisadiyyat-
siyasət” müstəvisi ilə lokallaşdırmaq düzgün olmazdı. Burada həlledici rolu sistemin
total daxili informasiya böhranı oynamışdır. Sosial özünütənzimləmənin informasiya
axınları bürokratik sistemin zəif informasiya kanallarını məhv etdi. Bunu da dərk
etmək vacibdir ki, bu total informasiya böhranı bir presedent kimi bütün inkişaf etmiş
ölkələr üçün real təhlükə yaradır. Deməli, məsələ yalnız siyasi quruluşda və iqtisadi
ukladda deyil.
Ardı kəsilməyən informasiya axınına qarşı sosial mühitin “həzmetmə” qabi-
liyyəti başlıca məsələdir. Cəmiyyətin və fərdlərin ictimai inkişafının başlıca faktoru
olan sosial əhəmiyyətli informasiyanın yolunda heç bir ideoloji siyasi hədd qoyulma-
malıdır. Həyat təminatının əsasında duran maddi məhsulların istehsalının öz dəyəri
buraxılmış qiymətin mühüm hissəsini təşkil edir. Qiymət mexanizmi ilə bazar
avtomatik olaraq maddi məhsulların hamıya çatmayacağını irəlicədən tənzimləyir.
İnformasiya qeyri-məhdud şəkildə artırıla bilər ki, bu da onun kəsirsiz olduğundan
xəbər verir. Ona görə də, informasiyanın aradan qaldırılması, kəsirsiz bazar tənzimlə-
mələrinin tətbiq edilməsi informasiyanın inkişaf kanallarını arzuedilməz dərəcədə
daraldır. Həmin tənzimləmələr informasiya və sosial inkişaf yolunda maneəyə
çevrilirlər. İnformasiyanın, istehsalı-istehlakın sosial tənzimləməsinin əsası kimi, belə
bir prinsipini qeyd etmək yerinə düşərdi: hər kəsdən qabiliyyətinə, hər kəsə tələbatına
görə. Burada şəxsi fayda ictimai fayda ilə əlaqələndirilir: bacardığın qədər cəmiyyətə
ver, istədiyin qədər al.
Sosial mühit informasiya sahələrinin konfiqurasiyasına tabedir, lakin ictimai
subyektlərin fəaliyyət məkanı kimi informasiyanı da yaradan odur. Kompyuter mühiti
informasiya konfiqurasiyalarının formalaşdırılmasının tamamilə yeni ailəvi və qlobal
təsir faktorudur. Sosial mühitin idarə olunması və fəaliyyət subyektlərinin özünü-
təşkili kompyuter informasiya sahəsinin keyfiyyəti ilə sıx bağlıdır.
Cəmiyyətlərin və fərdlərin təkmilləşdirilməsi və sonrakı inkişafı üçün kompyu-
ter informasiyasının təkmilləşdirilməsi yolu ilə prinsipə yeni imkanlar açılır. Kom-
pyuter mühitinin təkmilləşdirilməsi və burada vahid və yüksək təşkilli kompyuter
informasiya sahəsinin formalaşdırılması həm də elmi-texniki problemdir (6). Onun
sürətlə və uğurla həlli üçün artıq texnoloji şərtlər mövcuddur.
Bu gün Azərbaycan, inkişaf etməkdə olan ölkə kimi, informasiya cəmiyyətinin
qurulmasını özünün milli inkişaf prioritetlərindən biri kimi müəyyənləşdirmişdir. Bu
o deməkdir ki, ölkə rəhbərliyi hər bir vətəndaşın İnternetə qoşulmasına imkan yarat-
maqla yanaşı, həm də informasiya texnologiyaları sahəsində layihə-investisiya qoyu-
luşunu artırmaq siyasətinə üstünlük verir.
Hazırda milli əlamətə görə bölgü öz yerini iki sistemə verir: birinci sistem İn-
ternetə əlçatarlığı olan və qərarların qəbul edilməsində güclü dəstəyə malik olanlar;
ikinci sistem isə özünün heç bir şeyi olmayan, geridə qalmağa məhkum olanlardır. Bu
gün ölkələrin çoxu belə seçim qarşısında durur: ya öz potensial üzvlərinin izafi
tələbatlarına biganə qalmayıb irəli getmək, xalqın arzu etdiyi xoşbəxt cəmiyyəti qur-
maq, ya da yoxsulluğa düçar olunmuş destruktiv, fraqmentləşmiş aləmdə yaşamaq.
Lakin bu istiqamətdə sosial təşəbbüslərə müxtəlif tərəfdən təzyiqlər edilir. Bu,
hər şeydən əvvəl, heç də rəvan keçməyən qloballaşma proseslərinin və dünya ba-
101
zarlarının təkamülü, lakin ümumi rifahın inkişafının təmin olunmaması ilə izah edilir.
Hər bir ölkə iqtisadi inkişafda sıçrayışa nail olmaq məqsədi ilə informasiya tex-
nologiyaları sahəsində mövcud proseslərə yaradıcı yanaşaraq investisiya qoyuluşuna
nail ola bilər. Bütün bunlar yeni yanaşmaları tələb edir, insan potensialından səmərəli
istifadəni önə çəkir. Bu bir növ Xose Mariya Xiqeyresin qeyd etdiyi kimi “virtual
dairədir” (7). Bu dairəyə daxil olmuş ölkələr öz idarə sistemlərini təkmilləşdirməklə
daha şəffaf tənzimləmə mexanizmləri yaradacaq ki, bu da inkişaf üçün yeni imkanlar
açan daha geniş, daha güclü bazarların meydana gəlməsinə gətirib çıxaracaq, ölkədə
sağlam sosial mühitin yaranması üçün vacib olan demokratik dəyərləri möhkəmlən-
dirməyə, dayanıqlı inkişafın bərqərar olması üçün mümkün şəraiti yaradacaq.
Birləşmiş Millətlər Təşkilatı bütün Bəyannamələrində şəxsiyyətin inkişafını və
yoxsulluğun ləğv edilməsini bir məqsəd kimi irəli sürmüşdür.
İnformasiya texnologiyalarından istifadə olunması həmin Bəyannamələrin
məqsədlərinə BMT informasiya və kommunikasiya texnologiyaları üzrə işçi qrupunu
yaratmışdır. Onun işində dövlət və özəl sektorlarla yanaşı vətəndaş cəmiyyətinin
təmsilçiləri də iştirak edirlər. Bu üç qüvvə elektron sahəsində strategiyaların işlənib
hazırlanması və tətbiqi naminə birləşmişdir.
Deyilənlər kontekstində hər bir ölkənin, insan potensiyalından səmərəli istifadə
etməklə, ən mühüm vəzifəsi informasiya texnologiyası sahəsində tələbatları maliyyə-
ləşdirməkdir. İnformasiya texnologiyalarının inkişaf etdirilməsi, bütövlükdə cəmiyyə-
tin özünün yeni keyfiyyət səviyyəsində sosiallaşmasının başlıca şərti kimi çıxış edir.
“İnformasiya texnologiyaları və şəxsiyyətin inkişaf potensiyası” dialektik pro-
ses kimi ikili təbiətə malikdir. Bu, həm cəmiyyətin informasiya resurslarının daha da
artırılmasına kömək edir, həm də cəmiyyətin mövcud informasiya resurslarına ehtiyac
duyur.
Qlobal anlarda bilik həmişə milli sərvət olmuşdur. Bunu qeyd etmək vacibdir
ki, “canlı bilik” milli sərvət olmaqla informasiya resursuna daxil olmur. Burada söh-
bət biliyin daşıyıcılarının özgələşməsindən, daha doğrusu, biliyin öz daşıyıcılarından
ayrılmasından gedir. Hər bir ölkədə “canlı biliyin” səviyyəsi tarixən təhsildə əldə
edilən biliyin maddiləşməsi dərəcəsi, peşə ixtisası və s. ilə müəyyən edilir.
Bu gün cəmiyyətdə şüurun qloballaşmasının intensiv getdiyi bir şəraitdə həm
bilik yaratmaq üzrə yaradıcı əməyin dəyərdən düşməsi meylini, həm də bilikdən is-
tifadə edənin statusunun artması meylinin harmonik idarə olunması zərurəti bütün
kəskinliyi ilə durur (8). Bu problemin aktuallığı son 10 illər ərzində informasiya və
telekommunikasiya texnologiyalarının inkişafı və yayılması nəticəsində ictimai hə-
yatın keyfiyyətcə dəyişməsi, cəmiyyətin həyat fəaliyyətinin iqtisadi, siyasi, sosial,
mədəni və digər sahələrində inqilabi irəliləyişlərin qlobal tendensiyaya çevrildiyi bir
vaxtda daha da artır. Lakin paradoks ondadır ki, bu dünya əhəmiyyətli proseslərin
məcrasında cəmiyyətdə sosial stratifikasiyanın yeni növü durur. İnformasiya texnolo-
giyaları aləminə cəlbolunma bu gün yeni resursdur. Bu resursa malik olmaq müasir
cəmiyyətdə daha faydalı mövqe tutmağa imkan verir, həmçinin, yaxud bütünlükdə
qrupun sosial statusunu müəyyənləşdirir.
İnformasiya bərabərsizliyinin sosial mahiyyətini dərk etmək bütün MDB mə-
kanı üçün, o cümlədən Azərbaycan üçün olduqca vacibdir. Fransız maarifçisi
J.A.Kondorse haqlı olaraq demişdir: vəziyyətlərin bərabərsizliyi və təhsilin bərabər-
sizliyi – bütün sosial sarsıntıların başlıca ilkin şərtləridir. Təəccüblü olsa da, infor-
masiya bərabərsizliyinin səviyyəsi informasiya və kommunikasiya texnologiyalarının
102
sürətlə artması nəticəsində yüksəlir. İnformatizasiya sahəsində yüksək tərəqqi infor-
masiya bərabərsizliyini dərinləşdirir və bu səbəbdən də, həmin bərabərsizliyin aradan
qaldırılması prosesində şəxsiyyət böyük çətinliklərlə üzləşməli olur.
Sosiallaşma prosesini şərtləndirən faktorları qeyd edərkən nəzərə alınmalıdır
ki, informasiya bərabərsizliyi informasiya cəmiyyətinin formalaşması dövründə sosial
qrupların diferensasiyasının ən mühüm amillərindən biri olur. Bu, daha fraqmentar,
çoxölçülü, hətta adət edilmiş sosial stratifikasiya strukturunu dəyişikliyə məruz qoyur.
Sosial fəlsəfi ədəbiyyatda belə bir mülahizə səslənir ki, məhz əlçatar biliklərin səviy-
yəsi sosial diferensiasiyanı müəyyən edən faktor olur, “əmlaklıya” və “əmlaksıza”
bölünmə isə yeni xarakter alır: imtiyazlı təbəqə cəmiyyətin məlumatlı üzvlərini təşkil
edir, halbuki məlumatlanmamışlar “yeni yoxsullara” çevrilirlər. Tədqiqatçı S.A.Dyat-
lov özünün “İnformasiya cəmiyyətinin prinsipləri” əsərində göstərir ki, müasir
şəraitdə ən mühüm iqtisadi resurs olaraq elmi bilik və informasiya resursları çıxış
edirlər. Cəmiyyətin bütün sosial strukturu informasiya ilə effektli işləmək iqtidarında
olur. Bu və ya digər fərdin, sosial statusu daha çox mövcud informasiya resursları,
elmi biliklər və informasiya ilə müəyyənləşir. Lakin belə bir mülahizə də nəzərə
alınmalıdır ki, cəmiyyətdə informasiyanın tən bölünməməsi həm informasiyanın
istehsalının və bölünməsinin obyektiv proseslərindən, həm də informasiya müna-
sibətləri subyektlərinin xüsusiyyətlərindən doğur. Lakin önəmli cəhət budur ki, bu
xüsusiyyətlər insanlarda dünya informasiya məkanlarına “cəlbolunma” hissi for-
malaşdırır (9).
Şübhəsiz ki, informasiya bərabərsizliyi xüsusi nəzərdən keçirilməli olan
mühüm və aktual problemlərdən biridir, ona görə də məsələnin təfərrüatına varmadan
bunu xüsusi qeyd etmək istərdik ki, informasiya bərabərsizliyi cəmiyyətin inkişafı
üçün böyük təhlükədir. Bunu aradan qaldırmaq üçün olan faktorlardan biri də
kompyuterləşmə siyasətinin düzgün qurulması və səmərəli həyata keçirilməsidir.
Əhalinin kompyuter sahəsində savadlandırılması bu gün böyük dövlət siyasə-
tinin mühüm istiqamətidir. Lakin vətəndaşların informasiyaya əlçatarlığı məsələsini
həll etmədən dövlətin informasiya bərabərsizliyini aradan qaldırmaq məqsədi və
vəzifələri yerinə yetirilə bilməz. Beynəlxalq ekspert, Tallin elektron idarəetmə akade-
miyasının direktoru İzar Tall qeyd edir ki, Estoniyada Seymin qərarı ilə, 1999-cu ildə
bütün ölkə məktəbləri İnternetə qoşulmuşdur. Hazırda biz buna adi hal kimi baxırıq.
Halbuki həmin dövrdə, yəni 1999-cu ildə bu iş hələ İngiltərədə görülməmişdi, ölkədə
təbii resursların olmadığı bir şəraitdə biz bütün gücümüzü təhsilə yönəltdik. Bu hal
cəmiyyətdə bütün dinamikanı dəyişdirdi.
Təbii ki, informasiya bərabərsizliyinin aşağı düşməsi kompyuter savadsızlığı-
nın aradan qaldırılması ilə paralel gedən prosesdir. Lakin bu yolda çox mühüm
texniki, təşkilatı, həmçinin normativ-hüquqi çətinliklər də ortaya çıxır ki, bunları həll
etmədən informasiya cəmiyyəti quruculuğu mümkün deyildir (1). Məlumdur ki, kənd
yerlərində İnternet böyük problemə çevrilmişdir. Bu sahədə informasiya bərabərsiz-
liyini azaltmaq proqramının mühüm vəzifəsi simsiz texnologiyaları inkişaf etdir-
məkdir. Lakin informasiya texnologiyaları üzrə mütəxəssislər yetişdirmədən texniki
layihələri reallaşdırmaq çox da asan məsələ deyildir. Odur ki, ən vacib məsələlərdən
biri, həmçinin informasiyanın əlçatarlığıdır. Belə olmasa, informasiya bərabərsizliyini
aradan qaldırmaq proqramı havadan asılı qala bilər. Bunun üçün ilk növbədə qanun-
vericiliyi beynəlxalq standartlara uyğunlaşdırmaq lazımdır.
Bu gün etiraf edilməlidir ki, bəşəriyyətin inkişafı prosesində başlıca cəhət şüu-
103
run qloballaşmasının üçüncü mərhələsinin başlanğıcıdır. Şüurun qloballaşmasının
birinci mərhələsi Magellanın və Kolumbun kəşfləri ilə bağlıdır. Bu zaman bəşəriyyət
əvvəllər sonsuz hesab etdiyi planetin məhdud olduğunu ilk dəfə dərk etdi. İnsan şüuru
sanki yeni planetlə üzləşdi. İctimai şüurun ikinci qloballaşması Y.Qaqarinin kosmosa
çıxması ilə başlandı. İnsan ilk dəfə kosmosdan yaşadığı planeti gördü və dərk etdi ki,
planetimiz kiçik və kövrəkdir, onu qorumağı öyrənmək lazımdır. İkinci mərhələni
bəşəriyyət bu gün yaşayır. İnformasiya cəmiyyətinin məqsədyönlü formalaşması pro-
sesində planetin sakinləri informasiya asılılığını dərindən dərk etməyə başlamışlar.
Bu son dərəcə mühüm humanitar və ümumbəşəri, ilk növbədə, cəmiyyətin qlobal
informatizasiyalaşması prosesi ilə sıx şərtləşmiş fenomendir.
Bu, həm də o deməkdir ki, müasir insan keyfiyyətcə yeni qlobal sosiallaşma
prosesini yaşayır.
ƏDƏBİYYAT
1.
На пути к информационному обществу. Автоматизированные информационные ре-
сурсы России. Состояние и тенденции развития // Вестник РОИВТ. 1994, №4-5, с.5-66.
2.
Затуливетер Ю.С. Информационная природа социальных перемен. Серия «Инфор-
мация и социум» М.: СИНЕТ, 2001, 132 (http: // znt. hotboks.ru. / book.htm).
3.
Тургин В.Ф. Феномен науки. Кибернетический подход к эволюции. М.: ЭТС. 2000,
369 с.
4.
Вторичная социализация. File : // F: b. Vuz Lib. Net. Htm.
5.
Серафимова З.Е. Проблемы социализации юношества в условиях НТП. М., 1990
http:// www/ upraz/ biz/materials /pseholqy /uieru / 1825.hite? next =7.
6.
Затуливетер Ю.С. Компьютерная информация и социальный прогресс // Технологии
информационного общества. С.П.: 2003, с. 11-13.
7.
Хосе Мария Фигейри. Информационные технологии и потенциал развития лич-
ности. file: // F: / 21 марта 2009 г.
8.
Колин К.К. Информационная глобализация общества и гуманитарная революция.
File: // F: K.K. Kolin. Htm.
9.
Деятлов С.А. Принципы информационного общества. www.e maq. Iis.ru/arc/infosoc/.
КОМПЬЮТЕРНАЯ ИНФОРМАЦИЯ И СОЦИАЛЬНОЕ РАЗВИТИЕ ЛИЧНОСТИ
А.М.ИМАНОВА
РЕЗЮМЕ
В статье раскрывается характерная особенность компьютерной информации, ее
роль в формировании и управлении социальной сферы, где происходит процесс социа-
лизации личности. Показывается важность совершенствования компьютерной инфор-
мации как способа и фактора социализации, формирование новой компьютерной сферы.
Особо отмечается глобализирующая роль компьютерной информации, изменение
сознания личности, возрастание значения компьютерного знания в социализм личности.
Раскрывается социальная сущность информационного неравенства, его тормозящая
роль в развитии общества и личности. В плане преодоления этого, в целом, негативного
явления необходимо правильное построение политики компьютеризации. Отмечается
значимость преодоления информационного равенства как способа повышения компью-
терной неграмотности, как фактора обеспечения нормального процесса социализации
личности.
104
COMPUTER INFORMATION AND AN INDIVIDUAL’S SOCIAL DEVELOPMENT
A.M.IMANOVA
SUMMARY
The article studies characteristic features of computer information, its importance in the
formation and management of social sphere where an individual socializes. The perfection of
computer information is marked as an important means and factor of socialization, formation
of a new computer sphere. The author lays emphasis on the globalizing importance of
computer information, change in the individual’s consciousness, extension of the importance
of computer knowledge for an individual’s socialization and analyzes social essence of
information inequality, its hampering role in the social and personal enhancement. Sound
formation of computerization policy is needed to cope with these negative developments.
The importance of information balance is marked as a means of computer illiteracy as
well as a factor of providing an individual’s socialization process.
105
Dostları ilə paylaş: |