Baki universitetiNİn xəBƏRLƏRİ №4 Sosial-siyasi elmlər seriyası



Yüklə 46,65 Kb.
Pdf görüntüsü
tarix23.11.2017
ölçüsü46,65 Kb.
#11912


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4  

Sosial-siyasi 

elmlər seriyası   

2010 

 

 

 

DİLİN SOSİAL-FƏLSƏFİ MAHİYYƏTİ 

 

Ə.Y.QASIMOV 

Bakı Dövlət Universiteti 

eles@box.az 

 

Dil sosial bir fenomen olaraq cəmiyyətin həyatında  əhəmiyyətli rola malikdir. 

Funksional baxımdan dil ünsiyyət, kommunikasiya və  təfəkkür vasitəsi hesab edilir. Dil 

həmçinin mədəniyyətin ötürülməsi vasitəsi olub, onun inkişafına böyük təsir göstərir. Dilin 

mahiyyəti ilə əlaqədar müxtəlif konsepsiyalar və müxtəlif fəlsəfi cərəyanlar mövcud olmuşdur. 

Bu cərəyanların bəzisi dilin sosial sferada əhəmiyyət və funksiyalarını  və digər hissəsi dilin 

fəlsəfi sferada əhəmiyyət və funksiyalarını təhlil etməyə səy göstəriblər. Bunlara misal olaraq 

analitik fəlsəfə, hermenevtika, dilin fəlsəfəsi, müxtəlif linqvistik cərəyanlar və dilçilik 

sahəsində yaranmış cərəyanlara işarə etmək olar.  

 

Açar sözlər: dil, təfəkkür, kommunikasiya, anlama, mədəniyyət. 

 

Dil sosial bir fenomen olaraq insanların birgə fəaliyyət və yaşayışının nəticəsi-



dir. O, həm cəmiyyətin  əsasını  təşkil edən kommunikasiya vasitələrindən, həm də 

insanın düşüncə  və  təfəkkürünün formalaşması  və  təqdim edilməsi vasitələrindən 

biridir. Dil təcrübələrin, düşüncə  və  təsəvvürlərin, adət-ənənələrin, sosial dəyər və 

normaların cəmiyyət üzvləri arasında mübadiləsini həyata keçirir. Belə bir mübadilə 

nəticəsində o, cəmiyyətin mədəni sisteminin formalaşmasında iştirak edir. Əlbəttə, 

dilin mədəniyyətlə  əlaqə  və münasibətləri haqda müxtəlif fikirlər mövcuddur. 

Ümumilikdə demək olar ki, dil mədəni prosesləri əks etdirməkdən daha çox mədəni 

proseslər üçün universallıq rolunu ifa edir. Lakin bunu da nəzərə almaq lazımdır ki, 

dil – mədəniyyət arasındakı  əlaqə  və  təsir heç də birtərəfli deyil. Mədəniyyətin dil 

proseslərinə təsiri olduqca əhəmiyyətlidir. 

“Dil cəmiyyətin elmi və mədəni həyatının inkişafında başlıca vasitələrdən biri 

olmuş və indi də belə bir mühüm vasitə olaraq qalır” [1, 291]. İctimai zərurət əsasında 

yaranan dil birdən-birə formalaşmamışdır. Mifik və dini görüşlərdə olduğu kimi, 

qədim fəlsəfi görüşlərdə də dilin mənşəyi və mahiyyətinə dair geniş müzakirələr yer 

almışdır.  Əlbəttə, “dilin mənşəyi məsələsi antik dövr mütəfəkkirlərinin çoxu 

tərəfindən hələ lap əvvəldən bir qədər başqa məsələ ilə - ad və həmin adla göstərilən 

əşya arasında olan əlaqənin xarakteri haqqındakı  məsələ ilə  əvəz edilirdi” [2, 232]. 

Məsələn, Demokrit hesab edirdi ki, əşya ilə onun adı arasında heç bir əlaqə yoxdur, 

əşyaya adı həmişə insanlar vermişlər. Platon isə əşya ilə onun adı arasında əlaqənin 

mövcudluğunu  əşyaya adın ilahi qüvvə  tərəfindən verildiyini vurğulayırdı. Dilin 

mahiyyəti və  mənşəyi XIX əsrdən etibarən daha elmi və daha dəqiq formada öyrə-

nilmişdir. Bununla əlaqədar müxtəlif nəzəriyyələr və konsepsiyalar meydana 

gəlmişdir. Dilin mənşəyi və mahiyyəti haqda nəzəriyyələri ümumi olaraq iki qrupa 

ayırmaq olar: a) fərdi nəzəriyyələr; b) ictimai nəzəriyyələr. Fərdi nəzəriyyədə dilin 

 106



ekspressivliyi nəzərə alındığı halda, dilin ictimai nəzəriyyəsində onun kommunikativ-

liyi nəzərə alınır, dilin bir ünsiyyət vasitəsi kimi yaranma səbəbləri öyrənilir. Dilin 

fərdi nəzəriyyəsində onun kommunikativ vəzifəsi diqqətdən kənarda qalmışdır və 

burada daha çox təqlid və nidalar nəzəriyyəsi əhəmiyyət kəsb etmişdir.  

Zənnimizcə, dilin mahiyyətinin təhlilində onun kommunikativ cəhəti olduqca 

əhəmiyyətli və vacib cəhətlərdən biridir. Dilin bu cəhəti həm sosial, həm də  fəlsəfi 

əhəmiyyət kəsb edir. Həmçinin dilin kommunikativ cəhəti təfəkkür və  təsəvvürlərlə 

əlaqədar olmaqla yanaşı, mədəniyyətin formalaşması və ötürülməsi ilə də əlaqədardır.  

Dilin kommunikasiya prosesində  əhəmiyyətli rolu onun əlaqə  və ünsiyyət 

vasitəsi olması ilə əlaqədardır. Niklas Luman hesab edir ki, “canlı orqanizmlərin əsəb 

sistemləri dilsiz də biri-birinə qoşula bilər. Ancaq dil şüurla kommunikasiya 

münasibətləri aspektində  əsas mexanizm kimi nəzərdən keçirilir. Bu məzmunda o, 

universal mexanizm olaraq cəmiyyətin müxtəlif aspektlərini vahid anlayış altına 

gətirməyə imkan yaradır” [3, 114].  

Dilin kommunikativ cəhətindən danışarkən belə bir məsələyə də diqqət vermək 

lazımdır ki, mədəniyyətin nəsildən-nəslə ötürülməsində kommunikativ imkanların 

rolu ciddi əhəmiyyət kəsb edir. “Problemin bu tərəfini öyrənən tədqiqatçılar  əsasən 

dil ilə bağlı məsələlərə diqqət yetirirlər” [4, 97]. Deməli, dil sadəcə mədəniyyətin for-

malaşması  və inkişafı deyil, həm də  mədəni dəyərlərin mənimsənilməsində, mədə-

niyyətin ötürülməsində və mədəni identikliyin formalaşmasında da vacib amil hesab 

edilir.  

İnsan ünsiyyət zamanı dil vasitəsilə yalnız informasiya mübadiləsi etmir, eyni 

zamanda fikirləşir, onu əhatə edən təbiətin, varlığın sirlərini dərk edir. Dil fikirləşmə, 

anlaşma vasitəsi olmaqla yanaşı, həm də fikri təcəssüm etdirmə alətidir. Ferdinand de 

Sössür dilin bu və digər cəhətlərini nəzərə alaraq qeyd edir ki, dil fikir ifadə edən 

işarələr sistemidir, həm də semiotik sistemlərdən ən mühümüdür [5, 42; 7].  

Dilin düşüncə  və  təfəkkürlə münasibətini öyrənən alimlər məsələyə müxtəlif 

mövqelərdən yanaşdıqları üçün bir-biri ilə üst-üstə düşməyən “mülahizələr” meydana 

gəlmişdir:  

1.

 



Dillə düşüncə eyniləşdirilmişdir. 

2.

 



Dil düşüncədən fərqləndirilmişdir. 

3.

 



Dillə düşüncənin müəyyən münasibətdə ola bilmədiyi göstərilmişdir [5, 42]. 

Dilin təfəkkürlə eyniliyi ideyasını müdafiə edən alimlərdən biri alman filosofu 

Vilhelm fon Humboldt və digəri ingilis dilçi alim Maks Müller olmuşdur. Humboldt 

dil ilə  təfəkkürü eyniləşdirərək dili mədəniyyətin ifadəsi hesab edirdi. Qeyd etmək 

lazımdır ki, dillə  təfəkkürün eyniliyi ideyası müasir əsrdə  də davam edir. Məşhur 

amerikali dilçi Leonard Blumfild dil ilə düşüncəni - eyniləşdirən müasir alimlərdən 

biridir. O, hesab edir ki insanın öz-özünə danışması əslində daxili nitqdir. Nəticədə dil 

ilə təfəkkür eyniləşdirilmiş və hər iki anlayış ünsiyyətə aid edilmişdir.  

Bəzi alimlər dil ilə təfəkkürü qarşılıqlı münasibətdə görmüş və onların arasında 

fərqin olduğunu qeyd etmişlər. Bu tip mülahizələrin tərəfdarlarından biri məşhur dilçi 

Ferdinand de Sössür olmuşdur. O, hər iki anlayışı  fərqləndirməklə yanaşı, həm də 

təfəkkürü dilin bir hissəsi hesab etmişdir. Bəzi alimlər (o cümlədən, Jak Adamar) belə 

hesab edirlər ki, dillə təfəkkür arasında müəyyən məqamda heç bir münasibət yoxdur. 

Bunlara baxmayaraq, elmi ədəbiyyatda dil ilə  təfəkkür arasındakı münasibətə dair 

daha obyektiv görüşlər yer almışdır. Bu görüşlərə misal olaraq aşağıdakıları göstər-

mək olar:  

 107



1.

 

Qarşılıqlı münasibət mövqeyi. Dil və  təfəkkür arasında həm yaxın və oxşar 

cəhətlər, həm də fərqli cəhətlər var. Bu iki anlayış arasında qarşılıqlı münasibət 

mövcuddur. 

2.

 

Dialektik  əlaqə mövqeyi. Dil ilə  təfəkkür, onların tərkib hissələri və formaları 

arasında dialektik əlaqə vardır. Bu əlaqəni belə izah etmək olar ki; birincisi, dil və 

düşüncə biri digərindən təcrid vəziyyətdə ola bilməz; ikincisi, həm dil, həm də 

təfəkkür ictimai hadisədir, bunların hər ikisi birgə  fəaliyyət və birgə yaşayış 

prosesində formalaşmışdır; üçüncüsü, bu iki kateqoriyanın hər birinin varlığı 

digəri üçün zəruridir; dördüncüsü, hər bir fikrin yaranmasında dil ilə təfəkkürün 

qarşılıqlı fəaliyyəti vacib amil rolunda çıxış edir.  

3.

 

Daimi asılılıq. Dil və  təfəkkür ilk andan biri-birindən asılı  vəziyyətdə olurlar. 

İnsan danışarkən təfəkkürə  nəzarət mexanizmi fəaliyyət göstərir və anlayışların 

ifadəsi üçün uyğun sözlər axtarılır. Təfəkkür fəaliyyətinin nəticələri nitq vasitəsi 

ilə ifadə edilir.  

Dilin sosial fəlsəfi mahiyyətinin təhlili və onun təfəkkür, sosial həyat və 

mədəniyyətlə  əlaqələri haqda müxtəlif konsepsiyaların mövcudluğu nəzərə alınsa, 

demək olar ki, müasir dövrdə elmi ədəbiyyatda dilin sosial-fəlsəfi təhlili fundamental 

əhəmiyyət kəsb edir. Müxtəlif fəlsəfi cərəyan və məktəb nümayəndələri dilin sosial-

fəlsəfi mahiyyətinin və əhəmiyyətinin tədqiq və təhlili ilə məşğul olmuşlar. Bu fəlsəfi 

cərəyanların  ən  əhəmiyyətlilərindən biri analitik fəlsəfədir (bəzən bu cərəyanı 

linqvistik fəlsəfə  də adlandırırlar). Analitik fəlsəfəyə keçməzdən öncə  qısaca olaraq 

dil haqda konsepsiyaların bəzisini nəzərdən keçirək.  



Humboldt hesab edir ki, dil mədəniyyəti tanıma vasitəsidir.  Mədəniyyət 

dildə öz əksini tapır və təkrarlanır. Əslində, dil və mədəniyyəti biri-birindən ayrılıqda 

təsəvvür etmək olmaz. Dil və dil sistemini təşkil edən işarələrin köməyi olmadan 

mədəniyyətin yaranması  və inkişafı mümkün deyildir. Eyni zamanda mədəniyyətin 

dilə və dilin inkişafına təsiri də danılmaz faktdır.  

Ziqmund Freydin fikrincə, dil insanın alt şüurunu açır.  Yəni dil insanı 

tanıma vasitəsidir. Eyni zamanda bu məsələyə  də diqqət yetirmək lazımdır ki, dil 

insanın psixologiyası  və  şəxsiyyətinin formalaşmasında  əhəmiyyətli rola malikdir. 

Bəzi alimlər hesab edirlər ki dil insanın sadəcə özünü ifadə etməsi vasitəsi deyil, 

ümumilikdə dünyanı  dərk etməsi vasitəsidir. Dilin zənginliyi insanın baxış  və 

düşüncə zənginliyi deməkdir. 



Martin Haydeggerə görə dil dünyanı tanıma vasitəsidir.  Yəni dil insana 

dünyanı tanıtdırır. Onun fikrincə “biz dilə elə qulaq asmağı öyrənməliyik ki, o, 

bizimlə danışa bilsin. Dil nitqdir. Biz özümüzü nitqdə ifadə edirik. Özümüzü ifadə 

edərkən biz kim olduğumuzu xəbər veririk. Elə buna görə  də, nitqdə biz yalnız 

nəyinsə haqqında danışmırıq, həm də danışan insan olaraq, özümüz barədə məlumat 

veririk” [6, 710]. 

Qeyd etdiyimiz kimi, analitik fəlsəfə dilin mahiyyəti və müxtəlif cəhətləri ilə 

əlaqədar olan ən əhəmiyyətli cərəyanlardan biridir. Analitik fəlsəfədə hesab edilir ki, 

bütün fəlsəfi problemlər dil və dil prosesləri ilə əlaqədardır.  

Bu cərəyan qismən Lüdviq Vitgenşteynin son əsərlərinin təsiri altında 

formalaşmışdır. Məntiqi atomizmdən fərqli olaraq, analitik fəlsəfə dilin və gerçəkliyin 

qarşılıqlı olaraq – birmənalı olaraq – uyğunluğu barədə tezisdən imtina edir. Analitik 

fəlsəfə təsdiq edir ki, sözlər və cümlələr müxtəlif funksiyaların çoxcəhətliliyinə ma-

likdir. Məsələn “dörd qara çörək” sözləri kontekstdən asılı olaraq müxtəlif mənalara 

 108



malikdir. Satıcı üçün bu sözlər daha çox al-ver funksiyası daşıyır. Lakin riyaziyyat 

dərsində  şagird tərəfindən söyləndikdə  həmin sözlər riyaziyyatdan olan hansısa 

tapşırığın cavabı da ola bilər.  

Analitik fəlsəfə baxımından, dil və gerçəklik arasında qarşılıqlı olaraq – bir-

mənalı olaraq – uyğunluq yoxdur. Həmçinin elə bir vahid, düzgün “elmi dil” də 

mövcud deyildir ki, dünyanı olduğu kimi əks etdirə bilsin. Deməli, dilin faktiki olaraq 

istifadə edilmə kontekstini hər dəfə aydınlaşdırmaq vacibdir. Dilin sosial-fəlsəfi 

təhlili zəminində analitik fəlsəfədən fərqli yanaşma üsuluna malik olan “dilin 

fəlsəfəsi” (philosophy of language) və “fəlsəfi hermenevtika” cərəyanları da müasir 

dövrün  əhəmiyyətli cərəyanlarından hesab edilir. Hermenevtik fəlsəfənin  əsas nü-

mayəndələrindən bir olan Hans-Georg Qadamerin fikrincə, insanın dünya haqda 

təcrübələri dil vasitəsi ilə olur. dil varlığın evidir. Qadamerin fəlsəfəsində dil epis-

tomologiyanın əsası hesab edilir. Məhz elə buna görə  də, varlıqla dil arasında qırıl-

maz  əlaqənin olduğu qeyd edilir. Qadamer dili “anlama” və  mənaları ötürməyin bir 

vasitəsi hesab edən konsepsiyaya tənqidi yanaşır və hesab edir ki, istənilən “anlama” 

bir növ “təfsir”dir və “təfsir” dildə yerləşir. O, “anlama” ilə dil arasında hər hansı bir 

məsafənin olduğunu inkar edərək qeyd edir ki, anlamanın əsası  və mahiyyəti dildir. 

Qadamerin dilə yanaşması daha çox Fridrix Şleyermaxerin və alman romantiklərinin 

təsiri nəticəsində formalaşmışdı.  Şleyermaxer hesab edirdi ki, hermenevtika dildən 

başqa bir şey deyil.  

Ümumilikdə, dilin mahiyyəti həmişə filosofları  və müxtəlif humanitar elm 

sahələrində  fəaliyyət göstərən tədqiqatçıları maraqlandıran məsələlərdən biri olmuş-

dur. Yuxarıda qeyd edilənlərə  nəzərən demək olar ki, dil kommunikasiya vasitəsi 

olmaqla yanaşı, həm də təfəkkür və düşüncə vasitəsidir. Bu o deməkdir ki, dil insan 

şəxsiyyətinin formalaşmasında, onun düşüncə  tərzi və dünyagörüşünün formalaş-

masına təsir edən ciddi amillərdən biridir. Biz dilin vasitəsi ilə sadəcə ünsiyyət və 

əlaqə yaratmırıq, həm də dilin vasitəsi ilə düşünürük, təfsir edirik və ifadə oluruq. 

İnsan cəmiyyətlərinin  ən böyük nailiyyəti olan mədəniyyətin inkişafı  və ötürül-

məsində dilin əhəmiyyətli rolu var. Dil və mədəniyyət arasında təsir qarşılıqlıdır. Dil 

ictimai həyatın davam etməsi üçün də vacib amil hesab edilir. Əgər qəbul etsək ki, 

kommunikasiya ictimai həyatın və birgə fəaliyyətin əsasını təşkil edir, o zaman dilin 

funksional əhəmiyyəti daha çox aşkar edilmiş olacaq.  



 

ƏDƏBİYYAT 

1.

 



Qurbanov A.M. Ümumi dilçilik, 2 cilddə, I c., Bakı: Maarif, 1989, 568 s.  

2.

 



Budaqov R.A. Dilçiliyə dair oçerklər. Bakı: Azərnəşr, 1956, 278 s.  

3.

 



Qurbanov F. Autopoyezis və sinergetika: sosial təşəkkül metaforaları. Bakı: Adiloğlu, 

2007, 486 s. 

4.

 

Abbasova Q., Hacıyev Z. Sosial fəlsəfə. Bakı: Ayna mətbuat evi, 2001, 505 s. 



5.

 

Rəcəbli Ə.Ə. Sosiolinqvistika. Bakı: Nurlan, 2004, 520 s. 



6.

 

Qunnar S., Nils G. Fəlsəfə tarixi. Bakı: Zəkioğlu, 2007, 752 s. 



7.

 

Ferdinand de Sössür. Ümumi dilçilik kursu. Bakı: Nurlan, 2003, 408 s. 



 

 

 109



СОЦИАЛЬНО-ФИЛОСОФСКАЯ СУЩНОСТЬ ЯЗЫКА 

 

Э.Ю.КАСУМОВ 

 

РЕЗЮМЕ 

 

Язык как социальный феномен играет существенную роль в жизни общества. С 

функциональной  точки  зрения  язык  считается  средством  общения,  коммуникации  и 

мышления. Язык также является средством трансляции культуры, оказывая тем самым 

большое  влияние  на  развитие  культуры,  в  целом. О  сущности  языка  имеется  большое 

число  концепций,  в  том  числе  и  философских.  Часть  из  них  рассматривает  значение 

языка в социальной сфере, часть же - стремится расследовать значение и функции языка 

в  философском  мышлении.  В  частности,  здесь  следует  указать  аналитическую 

философию, различные лингвистические направления философии и языкознания.  

Ключевые слова: язык, мышление, коммуникация, понимание, культура. 



 

 

SOCIAL-PHILOSOPHICAL ESSENCE OF LANGUAGE 

 

A.Y.GASIMOV 

 

SUMMARY 

 

Language, as a social phenomenon is of grave importance in the life of the society. 

From functional standpoint, language is considered to be a means of communication 

and thinking. Language also appears as a means for translation of culture, thus affecting the 

development of culture on the whole. The essence of language is a matter of different 

conceptions including a variety of philosophical approaches. Some of them study the nature of 

language in the social sphere while others try to analyze the significance and functions of 

language in philosophical context.  

Analytical philosophy, different linguistic trends of Philosophy and Linguistics are 

particularly noteworthy in that respect. 

Key words: language, thinking, communication, understanding, culture.  

 

 



 110

Yüklə 46,65 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə