Baki universitetiNİn xəBƏRLƏRİ №4 Sosial-siyasi elmlər seriyası



Yüklə 94,88 Kb.

tarix20.09.2017
ölçüsü94,88 Kb.


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4 

 

 

        Sosial-siyasi elmlər seriyası 

  2009 

 

 



 

 

PSİXOLOGİYA 

 

 

 



 

HƏRBİ FƏALİYYƏTİN PSİXOLOJİ TƏHLİLİ 

 

E.İ.ŞƏFİYEVA 

e.mail: shafiyeva @ mail.ru 

 

Məqalədə müəllif həm təlim, həm də döyüş şəraitində hərbiçilərin fəaliyyətini заклюю-



terizə etməklə yanaşı onların müqayisəli təhlilini aparır, hərbi fəaliyyətin bütün struktur 

komponentlərinin təhlilini verir.  

 

Fəaliyyət gerçəkliyi dəyişdirən, maddi və  mənəvi 

sərvətləri yaradan və  təsdiq edən məqsədyönlü prosesdir. 

Onun daxili strukturunun əsas komponentləri məqsəd, 

motiv və icra üsullarından ibarətdir. Fəaliyyət bir-birinə 

bağlı olan hərəkətlər sistemidir. Həmin hərəkətlərin kömə-

yi ilə aralıq məqsədlər icra olunur. Hər bir hərəkətin məq-

sədi, motivi və icra üsulu olur. İcra olunan hər bir hərəkət ümumilikdə son məqsədə 

xidmət edir.  

Fəaliyyətin ümumi 

xarakteristikası. 

Hərbi fəaliyyətin 

məzmunu və 

strukturu

Fəaliyyət şəxsiyyət və ya kollektiv vasitəsilə həyata keçirilir. Zahirən o, ictimai 

tələblər, qanun və qaydalar əsasında nizamlanır. Xarici tənzimedicilər fəaliyyətə 

şəxsiyyətin daxili aləmindən keçərək təsir göstərir. Fəaliyyətin daxildən tənzim 

olunması psixi proseslərin, maraqların, tələbatların və sair hesabına həyata keçirilir. 

Fəaliyyət prosesi tələbat və motivlərin əsasında məqsədin əmələ gəlməsindən başlanır, 

sonra görülən işlərin planı, icra üsulları  və s. planlaşdırılır. Daha sonra hərbçi 

fəaliyyətə başlayır, fəaliyyətin üsul və vasitələrini tətbiq edir, aralıq məqsədlərin işini 

son məqsədlə müqayisə edir, düzəlişlər aparır (12).  

Komandir və zabit heyəti tabeliyində olanların yerinə yetirdikləri iş  və 

hərəkətləri sonradan təhlil edir və qiymətləndirirlər. Əgər məqsədə nail olunmayıbsa, 

onun səbəbi müəyyən edilir.  

Kollektivin fəaliyyətinin məhsuldarlığı və etibarlılığı, onun üzvlərinin bir-birinə 

olan münasibətlərinin səviyyəsindən, mehribanlığından asılıdır. Kollektivdə konflikt, 

bir–birinə şübhə ilə yanaşmaq, hər bir şəxsin öz işini və ya yerini düzgün bilməməsi 

ilə  əlaqədar olub, fəaliyyətin məhsuldarılığını  aşağı salır. Kollektivin məqsədyönlü 

şəkildə fəaliyyət göstərməsi, onun hər bir üzvündə «biz» hissini yaradır və fəaliyyətin 

səmərəsini artırır. 

Rəhbərlik, tərbiyəvi iş, həll olunan işin maddi–texniki cəhətdən təmin edilməsi 

şəxsiyyət və kollektivin fəaliyyətinin səmərə və etibarlılığına təsir edir. 

İnsanın  əsas fəaliyyət növü oyun, təlim və  əməkdir. Digər fəaliyyət növləri 

 

101




ictimai–siyasi, pedaqoji, hərbi, idman və b. ictimai xarakter daşıyan əməyin hesabına 

yaranmışdır. İstənilən fəaliyyət növü şəxsiyyəti və kollektivi formalaşdırır (13).  

Hərbi fəaliyyət sözün geniş mənasında insanların ictimai fəaliyyət forması 

olmaqla, sosial–siyasi xarakter daşıyır. Hərbi fəaliyyətin köməyilə xalqın və dövlətin 

silahlı müdafiəsi həyata keçirilir. Azərbaycan əsgərlərinin hərbi fəaliyyəti Azərbaycan 

Respublikası ərazisində yaşayan bütün insanların, eləcə də onun torpaq, su və hava 

məkanının qorumasına xidmət edir (1). 

Əsl mənada hərbi fəaliyyət – hərbi qulluqçuların hərbi texnikanı  və silahı 

öyrənməsi, döyüş növbəsini çəkməsi, düşmənlərə qarşı hərbi fəaliyyət aparmaqla bağlı 

döyüş tapşırıqlarını yerinə yetirməsindən ibarət olan prosesdir. 

Hərbi fəaliyyət öz strukturuna görə spesifikdir. Onun özünəməxsus məqsədi, 

motivi, üsul və vasitələri, daxili və xarici siyasəti, şəraiti vardır. Hərbi fəaliyyətin sülh 

vaxtı  əsas məqsədi düşmən qüvvələrinin hücumuna qarşı hazırlıq və onların hərbi 

potensialının analizini aparmaqdır. Müharibə zamanı isə  təcavüskarın məhv 

edilməsindən ibarətdir. Hərbi fəaliyyətin vasitəsi silah və döyüş texnikasıdır.  

Sülh vaxtı  hərbi fəaliyyətin nəticəsi qoşunların döyüş hazırlığı  və döyüş 

qabiliyyətindən, müharibə zamanı isə düşmənin məhv edilməsi və qələbə çalmaqdan 

ibarətdir.  

Hərbi fəaliyyət zamanı  əsgərlərin motivləri içərisində  vətənə, torpağa, xalqa, 

dövlətə  sədaqət, dərin məhəbbət hissi, düşmənə nifrət, hərbi  şərəf və namus mühüm 

yer tutur.  

Hərbi qulluqçunun fəaliyyəti müxtəlif iqlim şəraitində həyata keçirilir: quruda, 

suda, havada, su altında. Öz vəzifəsini döyüşçü müxtəlif  şəraitdə, günün müxtəlif 

saatlarında, gecə və gündüz icra etməli olur. 

Özünün mürəkkəbliyi, çevikliyi və yüksək dağıdıcı qüvvəyə malik olması ilə 

fərqlənən müasir hərbi texnika, əsgərin psixika və davranışına böyük təsir göstərir. 

Hərbi fəaliyyətin konkret prosesləri özündə bunları birləşdirir: hərbi qulluqçunun 

özünün borc və vəzifəsini dərindən başa düşməsi; qarşıda duran hərəkətlə bağlı plan 

hazırlamaq və motiv formalaşdırmaq; fəaliyyətin üsul və vasitələrindən (texnika və 

silah) istifadə etmək; qarşıda duran məsələ ilə bağlı  hərəkətləri uzlaşdırmaq;  əldə 

olunan nəticələri nəzərdə tutulanlarla müqayisə etmək.  

Hərbi fəaliyyət, onun fərdi və qrup şəklində olmasından asılı olaraq dəyişir. 

Bütün hallarda hərbi fəaliyyətdə  şəxsiyyət və kollektiv, onların təfəkkürü, hiss və 

əhvalı, iradəsi, təcrübəsi, yönümü, qabiliyyəti hərtərəfli şəkildə təzahür edir. 

Hərbi fəaliyyətin özünəməxsus ciddi reqlamenti var. Bunlar əsgərin təlim 

fəaliyyətindən, məişət fəaliyyətindən, gündəlik xidmət fəaliyyətindən və döyüş 

fəaliyyətindən ibarətdir. Həmçinin bura başqa döyüş növbəsi və uzaq hərbi – dəniz 

yürüşləri də dixildir. Bunların içərisində ən mühüm hərbi fəaliyyət istiqaməti – döyüş 

təlimi və döyüş fəaliyyətidir. 

Hərbi fəaliyyətin məzmun və  təşkilinin tarixi inkişafı silah və döyüş texni-

kasının təkmilləşməsi ilə şərtlənir (2). Əgər əvvəlki dövrlərdə döyüşçülərin hərbi fəa-

liyyəti adətən fiziki gücə  əsaslanırdısa, müasir dövrdə intellektuallıq, idrak 

proseslərinin və  əqli qabiliyyətin dərinliyi, çevikliyi mühüm şərtdir. Müasir dövrdə 

elmi–texniki tərəqqi nəticəsində  hərbi qulluqçular kompüterin köməyilə real 

obyektlərin modeli ilə tanış olurlar. Ona görə  də onların fəaliyyəti daha çox 

əməliyyatçı vəzifəsini xatırladır. Qavrayışın itiliyi, informasiyanın təhlil edilməsi, əqli 

və təcrübi tapşırıqların vaxtında və dəqiq icra olunması, bütün bunlar müasir əsgərin 

hərbi fəaliyyəti qarşısında duran tələblərdir (11).  

 

102



Hərbi fəaliyyət döyüş  şəratində daha mürəkkəb, çətin və  gərgin formada 

cərəyan etdiyi üçün, döyüşçüyə güclü motivlər, yaxşı inkişaf etmiş idrak prosesləri, 

emosional–iradi dözümlülük, ustalıq lazımdır.  Əsgərlərin fəaliyyətinə  rəhbərlik 

edənlər, öz işlərini optimallaşdırmaq və onun səmərəliliyini artırmaq üçün müxtəlif 

vasitələrdən istifadə edirlər (əmr, xahiş, tərif, izahat, töhmət və s.). 

Elmi–texniki tərəqqi sayəsində  hərbi fəaliyyətin avtomatlaşdırılması  və intel-

lektuallaşdırılması onun elmi təşkilini zəruri edir. Müasir hərbi fəaliyyətin səmərəli 

düzgün icrası hər şeydən əvvəl döyüşçünün öz vəzifə borcunu yerinə yetirməsi üçün 

yaradılan  şəraitdən asılıdır. (Kollektivdə müsbət mənəvi–psixoloji mühitin yaradıl-

ması, əsgərlərin ixtisaslar üzrə düzgün bölüşdürülməsi, silah və döyüş texnikasının əs-

gərlərdə qavrayış, hafizə, diqqət və s. imkanları  nəzərə alınmaqla konstruksiya edil-

məsi). Hərbi fəaliyyət əsgəri mükəmməl yetişdirir, onu dözümlü və cəsarətli edir (7). 

Təlim-döyüş  fəaliyyəti dedikdə,  şəxsi heyətin mü-

haribə şəraitində döyüşə hazırlığını təmin edən hər-

bi fəaliyyət növü başa düşülür. Sülh şəraitində bu 

fəaliyyət növü aparıcı rol oynayırsa, müharibə vaxtı döyüş fəaliyyəti ön plana keçir.  



Təlim-döyüş fəaliyyətinin 

xüsusiyyətləri

 

Müasir təlim- döyüş fəaliyyəti aşağıdakılarla xarakterizə olunur: 



-

 

özünəməxsus məqsəd və  nəticələrlə ordu və donanmanın döyüş hazırlığını 



yüksəltmək, silah və döyüş texnikasına yiyələnməklə;  

-

 



hərbi fəaliyyəti nizamnamə, əmr və təlimatlar əsasında planlı və dəqiq təşkil 

etməklə; 

-

 

döyüş şəraitində hərbçiləri döyüş fəaliyyətinə ruhlandırmaqla; 



-

 

komandir və  şəxsi heyətin bütün bilik, bacarıq və  vərdişlərindən istifadə 



etməklə. 

Döyüşçülərin təlim-döyüş fəaliyyəti vətənin müdafiəsi üçün vacibdir.  

Təlim–döyüş fəaliyyəti prosesində şəxsiyyət və kollektivin qarşılıqlı təsiri və 

inkişafı baş verir. Lakin burada əsas məqsəd və vəzifə qısa müddət ərzində sülh 

şəraitindən müharibə vəziyyətinə keçmək üçün lazım olan keyfiyyətlərin 

uyğunlaşdırılmasını təmin etməkdən və istənilən şəraitdə, az müddət ərzində düşmən 

qüvvəsini məhv etməkdən ibarətdir. 

Sülh  şəratindən müharibə  şəraitinə keçidin ən  əsas  şərti  şəxsiyyətin və 

kollektivin müharibəyə  hərtərəfli hazır olmasıdır. Belə hazırlıq olduqda onlar döyüş 

şəraitinə tez bir zamanda uyğunlaşır və döyüş təcrübəsi əldə edirlər.  

Müharibənin tələblərinə uyğun olaraq, döyüş-təlim fəaliyyəti prosesində 

kollektivdə şəxsiyyətin formalaşması nədən asılıdır? Bu hər şeydən əvvəl onun təlimə, 

yerinə yetirdiyi tapşırıqlara motivasiyasından və şüurlu münasibətindən asılıdır. Hərbi 

kollektivin canlı qüvvəsini zabit və əsgərlər təşkil edir. 

Əsgərlərin döyüş  fəaliyyətinin səmərəsini artırmaq üçün süni yaradılan döyüş 

şəraitində hərbi xidmətçinin qarşılaşacağı çətinlikləri tədricən çoxaltmaq məqsədəuy-

ğundur. Müşahidələr göstərir ki, çətinliklərin birdən-birə artırılması  işlərin dəqiq 

yerinə yetirilməsinə mənfi təsir göstərir (4).  

Süni yaradılan döyüş  şəraitinin sabit olaraq qalması da döyüşçülərin fəaliy-

yətinə heç də yaxşı  təsir göstərmir.  Əsgərin uzun müddət belə standart şəraitdə 

tapşırıqları yerinə yetirməsi, onda dəyişməyən  şərait üçün səciyyəvi olan şablon 

vərdişlərin yaranmasına səbəb olur. Təbii ki, belə  şablon  şəraitdə  hərəkət etməyə 

öyrənmiş  əsgər, bir qədər fərqli, mürəkkəb və yaxud qəflətən dəyişən döyüş 

vəziyyətində aciz qalacaq və özünü itirərək məğlub olacaqdır. 

Bundan başqa, döyüş  şəraitinin həddən artıq gərginləşdirilməsi, çətinliklərin 

 

103




həddən ziyadə artırılması da məsləhət deyil. Çünki belə  şərait özü bəzən  əsgərlərin 

çevikliyini azaldır, tapşırıqların dəqiq yerinə yetirilməsinə pis təsir göstərir.  

Ordunu idarə edən zabitin fəaliyyəti bilavasitə  hərbi koollektivlə bağlı oldu-

ğundan “zabit-kollektiv”, “zabit-tabeçilikdə olan” və s. kimi qarşılıqlı münasibətlər, 

onların ünsiyyəti, hərbi kollektivə  rəhbərlik kimi sosial-psixoloji problemlər xüsusi 

aktuallıq kəsb edir. Bu baxımdan zabit fəaliyyətinin əsas funksiyaları mövcuddur: 

-təşkilatçılıq; 

-mənəvi-siyasi;  

-hərbi-psixoloji, hərbi-pedaqoji;  

-hərbi-təsərrüfat; 

-gündəlik xidmətə rəhbərlik və idarəetmə (9, 10-16). 

1) Komandir kimi fəaliyyət göstərən zabit rəhbər kimi tabeçiliyində olanların, 

döyüş sursatı  və silah verilən bölmələrin fəaliyyətinin təşkilatçısıdır. O, zabitlərin, 

gizirlərin, çavuşların işlərini planlaşdırır, idarə edir, istiqamətləndirir. Həmçinin o, 

qərar qəbul edir, icra olunan işi yoxlayır və ona kömək edir. Bütün bunlar Azərbaycan 

Respublikasının Silahlı Qüvvələrinin daxili xidmət nizamnaməsində qeyd olunur.  

Təşkilatçılıq funksiyası zabitin fəaliyyətində geniş yer tutduğuna görə onun 

həyata keçirilməsi qarşıya qoyulan məsələnin həllinin müvəffəqiyyətli olmasını 

müəyyən edir. Ona görə  də, böyük kollektivin möhkəm və mehriban işi təşkilatçılıq 

fəaliyyətindən çox asılıdır. Müstəqil qərar qəbul etmək, yerində  əmr və  sərəncamlar 

vermək, ünsiyyətlilik, cəsarət və s. kimi müsbət keyfiyyətlər təşkilatçılığın  əsas 

xüsusiyyətləridir. Bundan əlavə, zabitdən dərin və  hərtərəfli siyasi, texniki, fəlsəfi, 

psixoloji, pedaqoji biliklər tələb olunur. Yalnız bu biliklərə yiyələnməklə zabit öz 

əməyinin məqsədini, düşdüyü  şəraiti və tabeçiliyində olan əsgəri dərk edib onları 

düzgün idarə edə bilər. Rəhbərlik edən zabitin fəaliyyətində intellektual, emosional və 

motivasiya prosesləri və keyfiyyətləri bir-birilə üzvü surətdə bağlı olur.  

Zabit yalnız  əmr və  sərəncam vermir, həm də onların icrasına nəzarət edir. 

Zabitin təşkilatçılıq fəaliyyətinin cüzi zəifləməsi bölmənin, hissənin döyüş hazırlığının 

və döyüş bacarığının zəifləməsinə gətirib çıxara bilər.  

Vətənin müdafiəsi zabitin qarşısında duran ən mühüm vəzifədir. Ona görə  də, 

bölmələrin, hissələrin döyüş hazırlığının daha səmərəli yollarının axtarılması bacarığı 

onların öz təşkilatçılıq funksiyalarını yerinə yetirmələrindən asılıdır. Zabitin bu və 

digər vəzifə borclarını N.A.Əliyev «Zabit əqidəsi» yaddaş kitabçasında aydın şəkildə 

açıqlamışdır (3). 

Zabit öz şəxsi heyətini qarşıya qoyulan tapşırıqların həllinə hazırlayır. O, bu 

tapşırığın yalnız kəmiyyət yox, keyfiyyət baxımından da həllinə fikir verməlidir.  

2) Zabitin mənəvi-siyasi funksiyasının icrası ondan dərin siyasi hazırlıq tələb 

edir. O, daim şəxsi heyətə yüksək tələbkarlıq və prinsipiallıqla yanaşaraq  əqidə, 

məslək, vətənpərvərlik, cəsarətlilik tərbiyə edir, siyasi hazırlıqlar keçirir. Kütləvi, 

idman və digər tədbirlər keçirməklə şəxsi heyəti daha da ruhlandırır və onlarda hərbi 

xidmətə olan həvəsi artırır.  

3) Zabit həm sülh, həm də müharibə dövründə pedaqoji-psixoloji funksiyasını 

yerinə yetirməlidir. O, şəxsi heyətin hərbi, siyasi və psixoloji hazırlığına, təlim və 

tərbiyəsinə cavabdehdir. Zabit təlimdə  şəxsi heyətin bilik və bacarıqlarını forma-

laşdırır. Tərbiyə edərkən isə  hərbi rəhbər məqsədyönlü tabe olanların  şəxsiyyətinə 

təsir göstərərək, onlarda milli xarakter əlamətlərini, tarixən formalaşmış döyüş 

ənənələrini nəzərə almaqla lazımi vərdişlər formalaşdırır və hərbi kollektivə müəyyən 

metodlar vasitəsilə optimal döyüş taktikası, emosional-iradi keyfiyyətlər aşılayır.  

 

104



Siyasi və psixoloji hazırlıqları  həyata keçirən zaman zabit ona tabe olanların 

döyüş hazırlığını artırır. 

Şəxsi heyətlə keçirilən təlim-tərbiyə işlərinin həcmi bəzən onun səmərəliliyi ilə 

uyğunlaşmır. Praktikada elə faktlar ortaya çıxır ki, zabitlər çoxlu tədbirlər keçirir, 

lakin bu müsbət nəticə vermir. Elmi tədqiqatlar göstərir ki, zabitin hərbi-pedaqoji 

fəaliyyətinin qiymətləndirilməsi  şəxsi heyətin nizam-intizamından, tərbiyəsindən 

asılıdır. Təlim-tərbiyə işlərinin nəticələri və zabitin pedaqoji ustalıq səviyyəsi bu amil 

ilə əlaqələndirilir.  

Zabit hərbi-pedaqoji funksiyasını yerinə yetirərkən müəyyən incəlikləri və 

çətinlikləri nəzərə almalıdır. 

Biz bilirik ki, tərbiyəçi o zaman öz məqsədinə çatır ki, kollektivdə müsbət 

dəyişikliklər baş verir, hərbçilərdə özünütərbiyə  cəhdi çoxalır. Bunlarsız  əldə edilən 

nəticələr möhkəm ola bilməz. Məsələn, bir neçə il ən güclü olan manqada zabitin 

gedişindən sonra şəxsi heyət geri qalmağa başladı. Deməli, hər  şey zabitin 

ciddiliyindən, tələbkarlığından, təcrübəsindən, işə can yandırmasından, təşkilatçılıq 

məharətindən asılı idi.  

Hərbi kollektivin formalaşması üçün insanların psixi inkişafının  заклюю-

yətlərini, təlim şəraitini təhlil etmək, gələcəkdə müsbət amillərin yaranmasını bilmək 

vacibdir. Eyni şəraitdə yaşayan hərbi kollektivlər ayrı-ayrı tempdə inkişaf edə bilərlər. 

Hərbçi  şəxsiyyətinin və  hərbi kollektivin döyüş  fəaliyyətinin səmərəliliyini 

təmin edən mənəvi-siyasi və psixoloji keyfiyyətlər olan ideyalılıq,  şüurlu və 

məqsədyönlü fəaliyyət, intizamlılıq, borc hissi, davranışı  şüurlu idarə etmək, idrak 

proseslərinin yüksək səviyyəsi, döyüş tapşırığını yerinə yetirərkən aktivliyi düzgün 

paylayaraq səhvsiz hərəkət etmək və s. 

Döyüşə psixoloji hazırlıq istənilən hərbçinin təlim və  tərbiyəsinin davamı, 

dərinləşməsi kimi başa düşülməlidir. Hərbçilərin psixoloji hazırlığı konkret olaraq 

döyüş  şəraitinin onların psixikasına və döyüş  fəaliyyətinin xüsusiyyətlərinə  təsirini 

nəzərdə tutur. Döyüş tapşırığının müvəffəqiyyətli həlli əqli, emosional, iradi, mənəvi 

keyfiyyətlərdən, döyüş ustalığından, o cümlədən psixikanın möhkəmliyindən asılıdır.  

Zabitin psixoloji dözümü, sabitliyi onun çətin  şəraitdə  şəxsiyyətinin müxtəlif 

tərəflərinin məqsədəmüvafiq  şəkildə  təzahüründə  və psixi proseslərinin normal 

fəaliyyətində özünü aydın surətdə biruzə verir.  

4) Zabitlər professional-hərbçi rolunu yerinə yetirirlər. Yüksək ixtisaslı mütə-

xəssislər hərbi nəzəriyyədən  əlavə, silah və  hərbi texnika ilə mükəmməl davranma 

qaydalarını bilirlər. Ona görə  də zabitin ən güclü cəhəti – öz işini mükəmməl 

bilməsidir. Belə ki, silah və texnika gündən-günə  təkmilləşir zabitlərin bu bilikləri 

əldə etməsi, onların düzgün tətbiqi, texniki qaydalara riayət etməsi vacibdir. Taktiki və 

çöl məşqlərində zabitlər döyüş texnikasını və çətin şəraitdə düzgün qərar qəbul etmə 

və ona uyğun çevik hərəkət etmə və s. öyrənirlər. Zabitin hərbi ixtisasına uyğun bilik, 

bacarıq və  vərdişləri onun döyüş ustalığının  əsasını  təşkil edir. Bu zahirən zabitin 

dəqiq, səhvsiz hərəkətlərində, hərbi silah və texnikanın istifadəsinə yaradıcı 

münasibətinə aydın görünür. Lakin zabitin döyüş ustalığı peşəkar bilik, bacarıq və 

vərdişləri ilə yanaşı onun mənəvi-psixoloji keyfiyyətlərinə  də istinad etməlidir. Ona 

görə  də zabitin döyüş ustalığının məzmununa həm xarici, praktik, həm də daxili, 

psixoloji fəaliyyəti aiddir. Zabit hazırlığı dövrü onların döyüş ustalığını artırmaq üçün 

real döyüşü xatırladan  şəraitin yaradılması çox vacibdir. Təlim  şəraitini tədricən 

mürəkkəbləşdirməklə, müəyyən risk elementləri olan tapşırıqlar verməklə tez qərar 

qəbul etmək, cəld düşünmək kimi psixoloji keyfiyyətlər və bacarıqlar inkişaf etdirilir. 

 

105



Məsələn, atəşaçma dərslərində  təkcə partlayışların imitasiyası deyil, həmçinin 

maqnitafon lentinə yazılmış döyüş  səsləri, uçan təyyarənin uğultusu, uçan güllələrin 

vıyıltısı, tank səsləri və s. verilməlidir. Bunların fonunda verilən tapşırıqların icrası 

atəşaçma vərdişlərini möhkəmləndirir və  əsgərləri döyüşə yaxşı hazırlayır. Belə 

şəraitdə döyüş texnikasından istifadə edən hərbçi şüur və fəaliyyətini əsas məqsədinə, 

ona nail olma yollarına, öz vəziyyətinə  və silahına yönəldəcək. Bunlar psixoloji 

hazırlığın xüsusi tədbirləri olsa da mənəvi, siyasi, döyüş hazırlığı ilə sıx əlaqədardır və 

cəsarət, igidlik, daxili hazırlıq kimi keyfiyyətlərin aşılanmasında həlledici əhəmiyyət 

kəsb edir. Hərbçiyə lazım olan ustalığın formalaşdırılması prosesi müntəzəm və 

sistematik şəkildə aparılmalıdır. Belə təlimlərdə hərbçi elə şəraitə salınmalıdır ki, onun 

diqqətinin paylanması baş versin, qorxudan, yorğunluqdan, gərginlikdən asılı 

olmayaraq o, hərəkətlərini  şəraitə uyğun tənzimləməyi bacarsın. Mürəkkəb taktiki 

tapşırıqlar yerinə yetirərkən onların diqqətini cəmləmək üçün qarşıda duran 

məqsədlərin dərkinə  və onlara nail olma yollarına xüsusi fikir vermək lazımdır. 

Həmçinin istənilən rəqibin silah və texnikasını, onun güclü və  zəif tərəflərini, zərbə 

endirən və manevr edən manqa və bölmələrini bilmək – zabitin ən vacib 

vəzifələrindən biridir (8, 160-164).  

Zabitin formalaşması prosesində təkcə ayrı-ayrı şəxsiyyətlər səviyyəsində deyil, 

həm də  hərbi kollektivdə ümumilikdə döyüş ustalığını  təkmilləşdirmək vacibdir. 

Bunun üçün aşağıdakıları etmək lazımdır: 

-  şəxsi heyəti vəzifə  və ixtisasına uyğun  şəkildə, onların bir-birinə psixoloji 

uyuşmasını nəzərə almaqla, yerləşdirmək; 

- manqalar, tağımlar və s. arasında qarşılıqlı münasibətləri yaxşılaşdırmağa 

yönəlmiş tədbirlər aparmaq; 

- döyüş tapşırığını yerinə yetirərkən tabeçiliyində olanların idarə edilməsi və 

döyüşün təşkilini həyata keçirmək vərdişlərini təkmilləşdirməyə çalışmaq; 

- taktiki təlimlərdə  şəxsi heyətin birgə  və  əlaqələndirilmiş  hərəkətlərini tələb 

edən şərait yaratmaq; 

- kollektivin əlbirliyini həmişə və hər yerdə möhkəmləndirmək. 

Fərdi və kollektiv şəkildə döyüş ustalığının formalaşdırılmasının da əsas şərtləri 

vardır: 

- hərbçilərdə yüksək mənəvi keyfiyyətlər,  əlbirlik, kollektiv dözüm, ideyalara 

sadiqlik tərbiyə etmək; 

- hərbçilərdə dostluq, yoldaşlıq keyfiyyətləri inkişaf etdirmək və ümumi 

fəaliyyət nəticəsində yüksək nəticələr əldə etməyə yönəltmək; 

- həbçilərin fərdi və kollektiv fəaliyyətinin səmərəliliyini təmin etmək etmək 

məqsədilə onların bilik, bacarəq və vərdişlərini daim artırmaq; 

- döyüş texnikası və silahının istifadəsinə yaradıcı münasibət bəsləyərək döyüş 

aktivliyi, cəsarət nümayiş etdirmək; 

- hərbi peşəsindən asılı olaraq vacib psixoloji keyfiyyətlərin inkişafını  və 

təkmilləşməsini təmin etmək; 

- hərbçilərin təlim və  tərbiyəsində temperament və xarakter xüsusiyyətlərini 

nəzərə almaq; 

- çətin fəaliyyət  şəraitində öz bilik, bacarıq və  vərdişlərini nümayiş etdirmək 

üçün vacib olan emosional-iradi sahəni möhkəmləndirmək; 

- döyüş  şəraitinə maksimal yaxınlaşdırılmış  şəraitdə birgə  və yaradıcı  şəkildə 

döyüşə hazırlıq tapşırıqlarını yerinə yetirmək; 

- müəyyən hərbi hissənin fəaliyyətini təmin etmək məqsədilə zabitlərdə 

 

106



komandir keyfiyyətlərini inkişaf etdirmək. 

5)  İnzibati təsərrüfat funksiyasını yerinə yetirərkən zabitlər  əsgərlərin düzgün 

yerləşdirilməsini təşkil edirlər, daxili qayda-qanuna ciddi riayət edirlər, tabe olanların 

silah və texnikanı  təmir edib, saz vəziyyətdə saxlamalarına diqqət yetirirlər. Bundan 

əlavə,  şəxsi heyətin  ərazinin təmizliyinə riayət etmiəsinə, həmçinin onların təyin 

olunmuş ərzaqla təminatına nəzarət edirlər.  

Təlim-döyüş  məsələlərinin həlli bu vəzifələrin düzgün yerinə yetirilməsindən 

asılıdır. 

6) Zabitlər növbətçiliyi, daxili və qaravul xidmətlərini təşkil edirlər. Hər hansı 

bir manqadan çıxmış naryadın hazırlığı, yerbəyerin keçirilməsi, təlimatlandırılması və 

xidmət yerinə göndərilməsi onun manqa zabitindən asılıdır.  

Növbətçiliyi əla təşkil etmək üçün silah və texnikanı mükəmməl bilmək, eləcə 

də kollektivizm, qarşılıqlı münasibət yaxşı  səviyyədə olmalıdır. Hərbçilərin döyüşə 

hazırlığı, vətənpərvərlik, mərdlik,  əzmkarlıq hissələrinin inkişafı növbətçiliyin 

təşkilindən asılıdır (6).  

Beləliklə, zabit tərəfindən keçirilən bu tədbirlərin hamısı  şəxsi heyətin təlim-

döyüş şəraitində müsbət nəticələr əldə etməsinə yönəlib. 

Şəxsi heyətin gücünü qorumaq, onlarda gümrah əhval-ruhiyyə yaratmaq, fəal 

olmalarına çalışmaq, yorulmalarının qarşısını almaq vacibdir, çünki əks halda onlar 

qəflətən başlanan hərbi əməliyyatlara hazır ola bilməzlər. 

Döyüş  fəaliyyəti dedikdə müharibə  şəraitində 

həyata keçirilən hərbi fəaliyyət növü başa düşülür. 

Döyüş  fəaliyyəti prosesində  hər bir xalqın psixologi-

yası, onun sərvət meyli, insanlara münasibəti, eləcə  də 

digər etnopsixoloji keyfiyyətləri təzahür edir. Məsələn, Qarabağ  uğrunda gedən mü-

haribədə erməni əsgərlərinin döyüş fəaliyyəti, bizim döyüşçülərimizin fəaliyyətindən 

əsaslı  şəkildə  fərqənmişdir. Belə ki, onlar azərbaycanlıları öldürərkən,  əsasən fiziki 

işgəncələr verməyi üstün tutublar, hətta meyidlər üzərində nekrofil hərəkətlər 

etməkdən belə  çəkinməmişlər. Azərbaycan  əsgərləri isə düşmən qüvvəsini  əsasən 

güllə ilə məhv etmişlər. Bu fakt istər–istəməz millətin psixologiyasını üzə çıxarır.  



Döyüş fəaliyyətinin 

xüsusiyyətləri

 

Atanın öz oğluna nəsihətlərindən ibarət «Qabusnamə» əsərində (bəzi mənbələrə 



görə, bu əsəri Ziyarilər xanədanının son hökmdarı Ünsürülməali Keykavus ibn 

İsgəndər ibn Qabus ibn Vəşmgir ibn Ziya tərəfindən 475-ci hicri qəməri (1082-1083 

miladi) ildə  oğlu Gilanşaha bir «vəsiyyətnamə» kimi yadigar olaraq yazılmışdır) 

döyüş haqda olan fəsildə deyilir: «Ey oğul döyüş meydanında olsan, orada yavaş 

tərpənib süstlük göstərmək olmaz. Düşmən sənə üstün gəlib axşam xörəyi yeməmiş-

dən əvvəl, sən ona qələbə çalıb səhər çayını iç. Döyüşün ortasına düşmüş olsan, özünü 

itirib canından qorxma, gorda yatmalı olan Adam heç bir vəchlə evdə yata 

bilməyəcəkdir. Başqa sözlə,  

Açıq ya da gizli şir olsa düşmən, 

Şirə sən şəmşirlə cavab ver həmən 

Gorda tək yatmağa məhkum olsan sən 

Evdə nigarınla yata bilməzsən! 

Döyüşdə bir addım irəli getmək mümkünsə, bir qədəm geri qoyma. Düşmən 

tərəfindən mühasirəyə alınsan, vuruşu dayandırma, çünki yalnız vuruşla düşməni ram 

etmək olar. Onlar sənin igidliyini gördükdə qorxuya düşərlər. Belə yerdə ölümü özün 

üçün xöşbəxtlik hesab et. Heç vaxt qorxma, ürəkli ol. Qonaqların əlində qısa qılınclar 

uzun görünər. Vuruşda ehmallıq yaramaz, balaca qorxaqlıq və ya süstlük oldumu, min 

 

107




canın olsun, birini də salamat apara bilməzsən.  Ən alçaq adam sənə üstün gələr. 

Beləliklə, öldürülsən rüsvayçılıq olar, bədnamlıqda  şöhrət taparsan. Qəhrəmanlıqda 

məşhur olsan, səndən bir səliqəsizlik baş versə də ziyan çəkməzsən, tay-tuşların içində 

başıaşağı olmazsan» (5, 106-107). 

Döyüş  fəaliyyətinin obyekti – düşmən, onun canlı qüvvəsi, hərbi texnikası  və 

istehkamlarıdır. Düşməni məhv etmək, ona qalib gəlmək üçün müxtəlif maddi və 

mənəvi vasitələrdən, ilk növbədə silah və texnikadan istifadə etmək lazımdır.  

Döyüş fəaliyyəti, hər iki tərəfin planlaşdırdığı silahlı mübarizə şəraitində həyata 

keçirilir. Ona görə  də döyüş  fəaliyyətini düşmənə qarşı bütün silah və  hərbi 

texnikadan istifadə etmək yolu ilə məqsədin əldə olunması prosesi kimi də müəyyən 

etmək olar. Döyüş  fəaliyyəti fərdi və qrup (kollektiv) formasında, eləcə  də  şəxsi 

heyətə rəhbərlik yolu ilə həyata keçirilə bilər.  

Döyüş  fəaliyyətində  əsas yeri məqsəd tutur. İnsan fəaliyyətində  məqsədin 

xüsusi  əhəmiyyəti var. Məqsəd yaxın və uzaq ola bilər. Əsgərin döyüş  fəaliyyətində 

yaxın məqsədi onun taqım, dəstə  tərkibində öz vəzifəsini dəqiqliklə yerinə 

yetirməkdən, düşmən qüvvəsini döyüş cəbhəsində məhv etməkdən, uzaq məqsədi isə 

düşmən qüvvəsi üzərində tam qələbə çalmaqdan ibarətdir. Yaxın və uzaq məqsəddən 

başqa, əsgəri döyüş şəraitində fəallıq göstərməyə təhrik edən motivlər var. Bunlardan: 

ideya, inam, tələbat, hiss, arzu, cəhd, maraq və s. qeyd etmək olar.  

Döyüş fəaliyyətində ictimai motivlər daha güclü motivasiya rolunda çıxış edir. 

İctimai motivlər dedikdə, vətənin müdafiəsi üçün məsuliyyət, hərbi borc hissi, 

düşmənə nifrət, vətənə, torpağa məhəbbət və sair başa düşülməlidir. 

Döyüş fəaliyyətinin bir sıra spesifik xüsusiyyətləri var. Bunlardan biri düş- mən 

qüvvələrinə qarşı  zərbə endirmək və onları qabaqlamaqdır. Döyüş  şəra- tindən asılı 

olaraq, özlərinin səmərəli fəaliyyəti sayəsində döyüşçülər vəziyyəti öz xeyirlərinə 

dəyişdirməklə düşmən qüvvələrini məhv edə bilərlər (10). 

Döyüşçünün fəaliyyətinin səmərəliliyi onun psixikasının döyüş  şəraitinin və 

tapşırığın yerinə yetirilməsinin tələblərinə uyğun  şəkildə  cərəyan etməsinə  əsaslanır. 

Əsgərin döyüş  fəaliyyətinin səmərəsini  şərtləndirən konkret psixoloji amillər 

bunlardır: müsbət ictimai davranış motivləri, yüksək idrak imkanları, emosional – 

iradi dözümlülük, döyüş ustalığı, stenik hisslər. Kollektivin döyüş  fəaliyyətinin 

məhsuldarlığı tapşırığın yerinə yetirilməsi uğrunda ümumi səy, iradə birliyi, ictimai 

rəy, əhval-ruhiyyə, təcrübə və sairdən asılıdır. Yeni hərbi texnika və müasir silahların 

istifadə olunması, müasir şəraitdə,  əvvəlki dövrlərdən fərqli olaraq daha tez bir 

zamanda uğur qazanmaq üçün əsgərlərin birgə fəaliyyətini zəruri edir.  

Hərbi hissənin döyüş zamanı qazanacağı  qələbə  həll olunan məsələnin, döyüş 

tapşırığının bütün şəxsi heyət tərəfindən eyni şəkildə qavranılmasından, onların bir-bi-

rinə inam və etibarından və sairdən asılıdır. Döyüş zamanı müxtəlif fəaliyyət səviy-

yələrinə rast gəlinir. Xüsusilə, fövqəladə şərait zamanı kifayət qədər emosional – iradi 

qüvvəyə və döyüş fəaliyyətinə hazır olmayanların davranışına neqativ emosiyalar nə-

zarət edir, bu da onların döyüş tapşırığını yerinə yetirməkdə  səhvlər buraxması ilə 

nəticələnir. 

Müharibənin başlanğıcında komandirlər  əsgərlərin insanların vəziyyətini, 

onların fəaliyyətindəki çətinlikləri nəzərə almalıdırlar. Hərbi  əməliyyatlar başlayan 

zaman  əsgərlərə müsbət keyfiyyətləri aşılamaq, onlarda vətənpərvərlik, milli qürur

düşmənə nifrət hissini oyatmaq lazımdır. Müharibə vaxtı şəxsi heyətə çatdırılan məlu-

mat operativ və sistemli şəkildə olmalıdır. Verilən məlumatlarda aparılan müharibənin 

ədalətli məqsədlərə xidmət etdiyi inandırıcı faktlar əsasında izah edilməli, qələbəyə 

 

108



inam hissi oyatmalı və qələbə çalmağa təhrik etməlidir. 

İstər hücum, istərsə  də müdafiə  məqsədilə bağlı olaraq şəxsi heyət hərbi, 

texniki, tibbi, psixoloji məlumatlarla tanış olunmalıdır. Bundan başqa qoşunların 

cəbhədəki vəziyyəti, düşmən qüvvələrinin yerdəyişməsi, onların uydurduğu  şaiyələr 

barədə məlumat verilməlidir. 

Ümumilikdə, hərbçi hansı ideal uğrunda mübarizəyə qoşulduğunu bilməyəndə, 

nəyin uğrunda döyüşdüyünü anlamayanda o, bütün hallarda döyüşdə və ya təlimdə nə 

qədər fiziki və psixoloji hazırlıqlı olsa da məğlub çıxır. Ona görə  də zabit qarşısına 

qoyulan tələblər istər təlimdə, istərsə də döyüşdə milli ideologiyaya, Azərbaycançılıq 

məfkurəsinə söykənməli və zabiti də,  əsgəri də buna hazırlamalıdır. Zabit və  əsgərə 

verilən tələblər hər şeydən əvvəl Vətənə, xalqa xidmətə, dövlətçiliyə sədaqətə, dövlət 

atributlarına, dövlət rəmzlərinə hörmətə, bir sözlə bu ideallara xidmətə yönəlməlidir. 

 

ƏDƏBİYYAT 

1.

 



Əliyev N.A., Gözəlov S.S. Hərbi qulluqçu şəxsiyyətinin psixologiyası və hərbi intizamın 

möhkəmləndirilməsi məsələsi» Bakı: BABKM, 2000, 47 s. 

2.

 

Əliyev N.A., Gözəlov S.S. Hərbi qulluqçuların döyüş fəaliyyətinin və xidmətinin psixoloji 



təhlili. Bakı: BABKM, 2000, 59 s. 

3.

 



Əliyev N.A. Zabit əqidəsi. Bakı: BABKM, 1997, 29 s. 

4.

 



Əliyev N.A., Gözəlov S.S. Şəxsi heyətin və  hərbi kollektivlərin psixologiyasına döyüş 

şəraitinin təsiri // Hərbi bilik jurnalı. Bakı: 2000, №6, s. 58-63. 

5.

 

«Qabusnamə». B.: Azərbaycan SSR EA nəşriyyatı, 1963, 255 s. 



6.

 

Şəfiyeva E.İ.Zabit hazırlığının sosial-psixoloji məsələləri. Bakı: Elm, 2006, 232 s. 



7.

 

Барабанщиков  А.В.,  Давыдов  В.П.,  Феденко  Н.Ф.  Основы  военной  психологии  и 



педагогики. М.: 1988, 239 с. 

8.

 



Дон  Фуллер  Управляй  или  подчиняйся!  Проверенная  техника  эффективного 

менеджмента. М.: 1992, 287 с. 

9.

 

Дьяченко  М.И.,  Осипенков  Е.Ф.,  Мерзляк  Л.Е.  Психолого-педагогические  основы 



деятельности командира. М.: Воениздат, 1978, 295 с. 

10.


 

Коробейников  М.П.  Современный  бой  и  проблемы  психологии.  М.:  Воениздат, 

1972, 235 с. 

11.


 

Марищук  В.Л.,  Марищук  Л.В.  Психологические  и  познавательные  процессы  в 

военной деятельности и в спорте. Санкт-Петербург: Питер, 1998, 216 с. 

12.


 

Психологический словарь. М.: Наука, 1983, 431 с. 

13.

 

Подоляк  Я.В.  Личность  и  коллектив:  психология  военного  управления.  М.: 



Воениздат, 1989, 147 с. 

 

 



 

109



ПСИХОЛОГИЧЕСКАЯ ХАРАКТЕРИСТИКА ВОЕННОЙ ДЕЯТЕЛЬНОСТИ 

 

Э.И.ШАФИЕВА 

 

РЕЗЮМЕ 

 

В  статье  раскрывается  структура  и  содержание  военной  деятельности,  ее 



специфические  особенности  как  в  мирное  время,  так  и  во  время  войны.  Далее 

характеризуется  особенности  учебно-боевой  деятельности.  Раскрывается  роль  мотива-

ционно-потребностной  сферы,  эмоциональный  настрой  воинов  во  время  боя.  Анали-

зируется  деятельность  как  офицера-командира,  так  и  солдата  во  время  боя.  Также  в 

статье  дается  психологическая  характеристика  деятельности  воинов  во  время  атаки  и 

обороны. 

 

 

PSYCHOLOGICAL ANALYSIS OF MILITARY ACTIVITY 



 

E.I.SHAFIYEVA 

 

SUMMARY 

 

The article analyzes the structure and content of military activity, its specific 

particularities both in peace time, and during war. The author characterizes the particularities 

of scholastic-combat activity, opens the role of the motivation requirements of the sphere, 

emotional mindset of warriors during fighting. The activity of both the officer-commander, and 

the soldier during fighting is analyzed and psychological features of the warriors’ during an 

attack and defence are presented as well. 

 

 



 

110

: Xeberler%20Jurnali -> Sosial%202009%204
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №2 Sosial-siyasi elml
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Sosial-siyasi elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Sosial-siyasi elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Humanitar elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №2 Sosial-siyasi elml
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №2 Sosial-siyasi
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 T
Sosial%202009%204 -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Sosial-siyasi elmlər seriyası
Sosial%202009%204 -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Sosial-siyasi elmlər seriyası


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə