Baki universitetiNİn xəBƏRLƏRİ №4 T



Yüklə 72,3 Kb.
Pdf görüntüsü
tarix20.09.2017
ölçüsü72,3 Kb.
#1177


 

133 


 

BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4    

 

T

əbiət elmləri seriyası 

 

 

2012 

 

 



 

 

EKOLOGİYA 

 

UOT 55:502:55 

 

GE

OEKOLOGİYA VƏ EKOLOJİ PROBLEMATİKA 

 

N.R.TAĞIYEVA  

Bakı şəhəri Ekologiya və Təbii sərvətlər Departamenti 

nezaket@rocketmail.com 

 

T

əbii obyektlərin və  geosferlərin ümumi səciyyələndirilməsində  onların  antropogen 

d

əyişmə  amilini nəzərə  almaq zəruridir. Ona görə  ayrı-ayrı  geosferlərin geoekoloji qiy-

m

ətləndirilməsi  zamanı  antropogen təsirlərə  böyük  əhəmiyyət  verilir.  İlk  növbədə, Yerin 

geosferl

əri arasında, müxtəlif ierarxik səviyyələrdə – planetardan lokala kimi, çox mürəkkəb 

qarşılıqlı  təsirləri öyrənmək zəruridir.  Yalnız  təkcə  geosferlərarası  əlaqələr deyil, həm də 

onların  ayrı-ayrı  komponentlərinə  müasir  insan  sivilizasiyasının  təsiri nəzərə  alınmalıdır. 

Ümumil

əşdirilmiş  nəticələr  yalnız  geoekologiya  və  ekoloji geologiyanın  birlikdə  səyi 

n

əticəsində alına bilər. 

 

Açar sözl



ər: ekologiya, Yer geosferləri, antropogen təsir 

 

Dünya ictimaiyy



əti qarşısında duran ən mühüm problemlərdən biri – ətraf 

mühitin mühafiz

əsi və  insan  sivilizasiyasının  dayanıqlı  inkişafının  qorunub 

sax


lanılmasıdır.  Yerdə  əhalinin  sayının  fəlakətli surətdə  tez  artması,  onun 

maddi v


ə  mənəvi tələbatlarının  durmadan  yüksəlməsi, təbii  ehtiyatların  is-

tifad


ə  sahələrinin  genişlənməsi, yeni və  ən  yeni  texnologiyaların  tətbiqi, 

energetikada, s

ənayedə, kənd təsərrüfatında,  tikintidə, nəqliyyatda  istehsalın 

gücl


ənməsi təbii landşaftların dərin dəyişmələri ilə baş verir. Belə dəyişmələr 

yeni, 


əvvəllər biosferdə məlum olmayan süni landşaftların yaranmasına gətirib 

çıxarır.  Müasir  elmi-texniki tərəqqi və  dövlətlərarası  təsərrüfat  əlaqələrinin 

genişlənməsi ətraf mühitə kəskin surətdə artan təzyiqə səbəb olmuş, mühit və 

insan c


əmiyyəti arasında qarşılıqlı təsirdə ziddiyyətləri gücləndirmişdir. 

T

əbii  ehtiyatların  istifadəsinin və  əmək proseslərinin  inkişafının  cə-



miyy

ətdə  maddi nemətlərin  toplanmasına  səbəb  olan  qlobal  miqyas  alması 

geniş  aspektli  və  çoxvariantlı  xarakter  daşıyır.  Bu  miqyası  ekoloji  mənada, 

dörd 


əsas istiqamətdə birləşdirmək olar: 

-regional v

ə qlobal təbii-texniki ekosistemlərin formalaşması; 

-lokal, regional v

ə qlobal ekoloji fəlakətlərin yaranması; 



 

134 


 

-t

əbii xammal ehtiyatlarının kəskin surətdə azalması və tükənməsi; 



-t

əbiətə  qlobal antropogen təzyiq nəticəsində  planetin ekoloji immun 

çatışmazlığının yaranması, biosferin özünü təbii nizamlama mexanizmlərinin 

tormozlanması və sarsılması [8, 5]. 

İnsan sivilizasiyasının yaranma anından başlayaraq insanın təbii mühitlə 

fasil


əsiz  qarşılıqlı  təsiri  baş  verir.  Yer  əhalisinin  sayının  artması  ilə  təbiətə 

ekoloji t

əzyiq güclənir. Bu, dəfələrlə  artan  texniki  silahlanma,  insanın 

yaratdığı  istehsalların  və  bir çox sistemlərin  böyük  energetik  imkanlarının 

istifad

əsi, texnoloji amillərin  geniş  spektri  ilə  bağlıdır,  onlar  birlikdə  hər 



t

ərəfdən yer təbəqələrinə  –  atmosferə, hidrosferə, litosferə  və  biosferə  təsir 

edirl

ər.  Sivilizasiyanın  müasir  inkişafının  geosferlərə  birbaşa,  yaxud vasitəli 



sur

ətdə təsir edən və təbii proseslərin baş vermə sürətlərini gücləndirən tipik 

xüsusiyy

ətləri təbii mühitin böyük dəyişmələrinə gətirib çıxarır. 

Ekoloji  problematikanın  və  insan fəaliyyətinin, təbii proseslərin  geniş 

spektrin


ə  təsirinin yüksək dərəcəsinin mühümlüyünü nəzərə  almaqla, ekoloji 

m

əsələlərlə  –  geoloqlar,  coğrafiyaşünaslar,  fiziklər,  kimyaçılardan  tutmuş 



müh

əndislərə,  texnoloqlara,  hüquqşünaslara,  sosioloqlara,  siyasətçilərə  və  s. 

q

ədər bütün peşə ixtisasçıları məşğul olurlar. Ayrı-ayrı geosferlərdən, tədqiqat 



obyektl

ərindən və  istehsal sahələrindən  asılı  olaraq  ekologiyanın  ayrı-ayrı 

f

ənlərini ayırır, texniki və humanitar elmlər üzrə ali tədris müəssisələrində dərs 



keçirl

ər.  Aydın  ifadə  olunan bioloji istiqamətli məxsusi  ekologiyadan  başqa 

(bura molekulyar, növ v

ə sistem ekologiyası daxildir) ekoloji torpaqşünaslıq, 

geoekologiya, ekoloji geologiya, ekoloji geofizika, s

ənaye və mühəndis eko-

logiyası,  radiasiya  ekologiyası,  kosmik  ekologiya,  xüsusi  obyektlər ekolo-

giyası, sosial ekologiya, ekoloji hüquq və s. belələrinə aiddir [4, 3, 6]. 

Bel

əliklə, ekoloji problematika ilə  xüsusən  biologiya,  torpaqşünaslıq, 



coğrafiya  və  geologiya istiqamətli elm sahələri məşğul  olur. Bioekologiya 

sferin


ə  həyatın  bütün  məlum təşkilat  səviyyələri  –  gendən biosferədək daxil 

edilmişdir. Ekologiya tərkib hissə kimi torpaq haqqında təlimə daxildir. Eko-

loji torpaqşünaslıqda torpaqların ekoloji funksiyaları və ekoloji rolu öyrənilir, 

torpa


qşünaslığın  tətbiqi məsələləri  işlənilir. Ekoloji prinsiplər və  metodoloji 

yanaşma  elmlərin  coğrafi  dövrəsində  (silsiləsində)  geniş  istifadə  olunur. 

Geoekologiya h

ər hansı dərəcəli coğrafi obyektlər və ətraf mühit arasında olan 

əlaqələrin aşkara çıxarılması və tədqiqi ilə məşğul olur. Ekoloji tematika geo-

logiyada da işlənilir. Xüsusi fənn – ekoloji geologiya mövcuddur, onun tərkib 

hiss

əsi ekoloji geofizika, ekoloji geokimya, ekoloji hidrogeologiya, ekoloji 



donuşluq (donuşluğu tədqiq edən elm) və s.-dir. Xüsusi geoloji-ekoloji tədqi-

qatlar yerin

ə yetirilir və müxtəlif miqyaslı geoloji-ekoloji xəritələmə aparılır. 

«Geoekologiya»  termini 1939-cu ild

ən  mövcud  olmasına  baxmayaraq, 

coğrafi və geoloji istiqamətli elmlər onu çox müxtəlif mənada istifadə edirlər. 

Hazırda geoekologiya mahiyyətcə geosferlərin ekologiyası olmuşdur. Bununla 

əlaqədar geoekologiyanı fənlərarası istiqamətli elm termini kimi başa düşmək 

t

əklif olunur ki, bu da geoloji, coğrafi və  torpaqşünaslıq dövrəli ekoloji elmi 




 

135 


 

istiqam


ətlərdən ibarətdir. Geoloji və coğrafi istiqamətli geoekologiyanın anlaq 

v

ə  terminoloji  bazası  ümumekoloji  terminlərə  əsaslanır.  Belələrinə, qismən, 



biogeosenoz, ekosistem, biosenoz, fitosenoz, ekoloji oyuq, biosfer v

ə ekosfer 

aiddir. Lakin bunlardan 

əlavə, geoekologiya  –  coğrafi örtük, geoloji mühit 

kimi xüsusi terminl

ərdən istifadə edilir ki, onlar geoekoloji ierarxiyada aşağı 

sistem terminl

əri  sayılır.  Coğrafi  və  geoloji istiqamətli  geoekologiyanın 

öyr

ənilmə obyekti geologiya və coğrafiya üçün məlum olan bütün istiqamətlər 



v

ə əşyalardır (yalnız onların ekoloji rolu baxımından) [3, 7-10]. 



Geosferl

ərin  ekoloji  funksiyaları  dedikdə,  onların  Yer  ekosistemlərinin 

qorunub saxlan

ması  və  təkamülündə  əhəmiyyəti  başa  düşülür  [9,  1]. 

Pedosferin, atmosferin, hidrosferi

n, Dünya okeanının və litosferin ən müxtəlif 

ekoloji funk

siyalarını  ayırırlar.  Bundan  başqa,  geosferlərdən hər biri, geoloji 

prosesl


ərin  yaranmasında  və  fəaliyyətində  bu və  ya  başqa  dərəcədə  iştirak 

etm


əklə müəyyən vəzifə daşıyır. Həm mantiya, həm nüvə, həm də onlarda baş 

ver


ən proseslər ekoloji funksiyaya malik olmalıdır, bütün bunlar yer səthinin 

v

ə  xarici geosferlərin  ekoloji  şəraitlərində  bu və  ya  başqa  dərəcədə  əks olu-



nurlar. Bundan başqa yer mantiyası və yer nüvəsi endogen geoloji proseslərin 

m

ənbəyidir. Geosferlərin ekoloji vəziyyətinə  Yer  əhalisinin  sayının  artması 



böyük t

əsir göstərir. Bu təsirin  ən  mühüm  misallarından  biri  Yer  iqliminin 

antropogen d

əyişmələri və radiasiya fonunun güclənməsidir. 

Geologiya elmin

ə geoloji mühit haqqında anlayış daxildir. Geoloji mühit 

dedikd

ə, adətən  litosferin  insanın  mühəndis-təsərrüfat fəaliyyətinin təsiri 



altında olan üst hissəsi başa düşülür. Beləliklə, geoloji mühitin qalınlığı süxur 

qatına  dərin və  ən dərin  qazma  quyularının  keçmə  dərinliyi ilə  müəyyən 

olunur. Kontinentl

ərdə  o, orta hesabla 5-6 km-dir,  ən dərin quyu isə  (Kola 

yarımadasında) süxurlara 12 km-dən bir qədər artıq daxil olmuşdur. «Qlomar 

Çellencer» v

ə «Coydes Rezolüşn» gəmilərindən okeanlarda 800-ə qədər quyu 

qazılıb ki, bunlar dəniz dibindən 1-1,5 km dərinliklərə keçmişlər [6]. 

Bel

əliklə, geoloji mühit – yerüstü və yeraltı qurğulara, aqrotexniki və insan 



f

əaliyyətinin  başqa  şəraitlərinə  böyük təsir edən daha fəal tektogenez sahədir. 

Bel

ə  anlayışa  əsasən, geoloji mühitin əhatə  etdiyi sahələr, insanın  yer  təkinin 



d

ərinliklərini mənimsədikcə və onlara daxil olduqca, fasiləsiz surətdə artacaqdır. 

Ona gör

ə də insanın yer təkinə nüfuz dərinlikləri artdıqca təkcə geoloji obyekt-



l

ərin sayı deyil, həm də geoloji mühitin həcmi fasiləsiz olaraq yüksələcəkdir. 

Sırf texnogen anlamından fərqli olaraq geoloji mühit xeyli geniş mənada 

başa düşülməlidir: bu, - hər hansı geoloji proseslərin baş verdiyi mühitdir. Ye-

rin müxt

əlif struktur elementlərində  mineral  əmələgəlmə  və  süxurların  əmə-

l

əgəlmə prosesi müxtəlif sürətlə və istiqamətlənmə ilə gedir. Kontinentlərdə o, 



-  çökm

ə, qranit-qneys və bazalt laylarıdır, yəni əslində praktiki olaraq bütün 

kontinental lito

sferdir,  okean  hüdudlarında  isə  –  çökmə  və  bazalt  laylarıdır, 

y

əni okean litosferidir. 



Astenosferd

ə, üst və alt mantiyada, həmçinin yerin nüvəsində baş verən 

geoloji-geokimy

əvi proseslərin fəaliyyəti mütləq bu və  ya  başqa  formada  li-




 

136 


 

tosferd


ə hiss olunur: plyumların litosferə nüfuz etməsi, ərgin (əridilmiş) mad-

d

ələrin rast gəlməsi, litosfer plitalarının yerdəyişməsi. 



Lakin geoloji mühitin 

ən böyük dəyişmələri litosferdə, xüsusən onun ən 

üst hiss

əsində baş verir. Burada geoloji mühit müxtəlif dislokasiya formasında 

t

əzahür edən müasir tektonik hərəkətlərin təsir zonasında olur. Yüksək dərəcəli 



geoekoloji 

əhəmiyyəti olan müasir dislokasiyaların  ən universal və  ən  geniş 

yayılmış  tipi  aktiv  fəaliyyətli və  çatlılığa  səbəb  olan  qırılma  pozulmalarıdır. 

Bundan  başqa  böyük  geoekoloji  rol  müxtəlif  morfologiyalı  fəal  qabıq  qırıl-

malarına (faylara – qırılıb düşmələrə, sürüşmələrə, qırılıb-qalxmalara, üstəgəl-

m

ələrə, aralanmalara), həmçinin yer qabığı bloklarının iri deformasiyalarına və 



yerd

əyişmələrinə  (horstlara, qrabenlərə) məxsusdur. Bütün bunlar relyefi 

formalaşdırır və insanın mühəndis-təsərrüfat fəaliyyətini çətinləşdirir. 

Geoloji mühit, n

əinki  adamların  təsərrüfat fəaliyyətinə, həm də  üzvi 

al

əmin sağlamlığına və vəziyyətinə təsir edən anomal geofiziki (maqnit, qra-



vitasiya, elektromaqnit, geotermik v

ə b.) və geokimyəvi sahələr və anomaliyalar 

yaradır [9]. 

Litosferin ekoloji funksiyalarından bəhs etdikdə qeyd etmək lazımdır ki, 

geoekoloji probleml

ərə həsr olunmuş nəşr işlərində və direktiv materiallarda 

atmosferin,  Dünya  okeanının  çirklənməsi, qurunun səth və  yeraltı  sularının, 

torpaqların vəziyyəti və mühafizəsi, təbii landşaftların transformasiyası məsə-

l

ələrinə, yəni  əsasən  coğrafi  örtüyə  böyük  fikir  verilir.  Onların  içərisində, 



litosfer özlüyünd

ə heç cür ayrılmır, baxmayaraq ki, o, landşaftın geoloji əsası 

kimi xidm

ət edir və  həm də  başqa  geosferlərlə  maddə  və  enerji  mübadiləsi 

mühitidir. Yalnız müəyyən aspektlərdə, litosferin səth hissəsində olan mineral-

xammal ehtiyatlarının tükənməsi və mineral xammalın çıxarılması, zənginləş-

dirilm

əsi və emalı prosesində təbii mühitin çirklənməsi problemlərinə diqqət 



yetirilir [9]. 

Lakin onu da n

əzərə  almaq  lazımdır  ki,  litosfer  səth və  yeraltı  suların 

toplayıcısı və qoruyucusudur. O, biotanı qeyri-üzvi qida maddələri ilə təmin 

edir, insan c

əmiyyətinin mövcudluğu və inkişafı üçün vacib olan mineral və 

energetik eh

tiyatları özündə saxlayır. 

Litosferin,  planetar  geosistem  kimi,  onda  baş  verən geoloji proseslərlə 

birlikd


ə (həm təbii, həm də antropogen), ekoloji funksiyalarını onun belə bir 

xidm


əti əsasında müəyyən etmək olar ki, onlar biotanın və başlıca olaraq insan 

c

əmiyyətinin, həyat təminatında və təkamülündə böyük rol oynayır. 



Müasir texnologiya v

ə  texniki səviyyə  insana geoloji mühiti xeyli 

d

ərəcədə dəyişməyə imkan verir. Geoloji mühitə antropogen təsir özlüyündə 



geoloji prosesdir, çünki o, öz ölçül

əri və  təzahür miqyaslarına  görə ekzogen 

geodi

namikanın təbii prosesləri ilə müqayisə edilə bilər. Fərq yalnız prosesin 



getm

ə  sürətindədir.  Əgər geoloji proseslər  yavaş  gedib  və  yüz minlər və 

milyon ill

ərlə uzanırsa, insanın mühitə təsiri illərə sığır. Antropogen fəaliyyət 

üçün bir s

əciyyəvi cəhət də – təsir proseslərinin çox sürətlə getməsidir. 




 

137 


 

Təbii  ekzogen  proseslər  kimi,  geoloji  mühitə  antropogen  təsir  öz 

təzahürünün kompleksliyi ilə səciyyələnir. Onun  daxilində ayırırlar: 1) geoloji 

mühiti  təşkil  edən  süxur  qatının  texnogen  parçalanması  (dezinteqrasiyası). 

Təbii şəraitlərdə bu işi aşınma prosesləri, səth və yeraltı sular və külək həyata 

keçirir; 2) parçalanmış materialın yerdəyişməsi. Ekzogen geodinamika proses-

lərində  bu,  -  denudasiya  və  daşınmanın  analoqudur;  3)  daşınan  materialın 

toplanması  (dambalar,  bəndlər,  nəqliyyat  arteriyaları,  yaşayış  məntəqələri  və 

sənaye  müəssisələri).  Bu,  çöküntülərin  akkumulyasiyasının,  onların  dia-  və 

katagenezinin analoqudur [9]. 

Bel

əliklə, geoloji mühit, əsas etibarilə, geoloji proseslərin getdiyi mə-



kan

dır. Litosferin ekoloji rolu ehtiyat (resurs), geodinamik və geofiziki – geo-

kimy

əvi funksiyalardan ibarətdir. Ehtiyat funksiyasına yer təkindən çıxarılan 



v

ə bəşəriyyət tərəfindən enerji və maddə əldə etmək üçün istifadə olunan fay-

dalı qazıntı kompleksi aiddir. Geodinamik rol orqanizmlərin, o cümlədən, in-

sanın da həyat fəaliyyətinə təsir edən geoloji proseslər şəklində təzahür edir. 

On

ların bəziləri fəlakətli xarakter daşıyır (vulkanizm, zəlzələlər, sürüşmələr və 



b.). Geofiziki-geokimy

əvi rol müxtəlif intensivlikli və təbiətli geofiziki sahə-

l

ərin və geokimyəvi anomaliyaların orqanizmlərin həyat fəaliyyətinə təsiri ilə 



əyyən  olunur  (filiz  yataqları  və  qeyri-metal  faydalı  qazıntı  toplanmaları, 

geoloji strukturlar, qra

vitasiyanın, elektrik, maqnit və istilik axınlarının yayıl-

ması, sənaye və tədqiqat məqsədləri ilə istifadə edilən radioaktiv maddələrin 

şüalanmasının  və  müxtəlif  enerji  növlərinin və  maddənin  yayılmasının 

n

əticələri). Endogen proseslər fiziki-coğrafi şəraitlərin güclü dəyişməsinə sə-



b

əb olur və çox vaxt neqativ xarakter daşıyır. Geofiziki və geokimyəvi ano-

maliyalar m

ənşə  etibarilə  təbii və  antropogen  olmaqla  ayrılır.  Bütün  bunlar 

insan  sağlamlığına  mənfi təsir göstərir. Antropogen fəaliyyət spesifik 

landşaftlar və relyef formaları yaradır. Antropogen fəaliyyət prosesində ekzo-

gen geodinamika prosesl

əri fəallaşır. 

Ekoloji  böhranlar  insan  sivilizasiyasının  yaranma  anından  başlamış  və 

dövl


ətlərin yaranması və onların qüdrətinin artması, sənayenin və elmin inki-

şafı  ilə  güclənmişdir.  Hal-hazırda  insanın,  təbiətin və  cəmiyyətin dörd 

qarşılıqlı  təsir konsepsiya qrupu mövcuddur: təbiəti mühafizə  konsepsiyası, 

texnokratik  optimizm  konsepsiyası,  ekoloji  alarmizm  konsepsiyası,  təbiət və 

c

əmiyyət arasında  paritet  konsepsiyası.  Bütün  konsepsiyaların  həm müsbət, 



h

əm də  mənfi tərəfləri  vardır.  Təbiəti mühafizə  siyasətində  Roma klubunun 

t

ədqiqatları,  xüsusən Medouz ər-arvadların  məruzələr  seriyası  böyük  rol 



oynayıb. Bu tədqiqatçılar tərəfindən təbii mühitin inkişafının üç ssenarisi ve-

rilmişdir ki, onların hər biri böhran vəziyyəti (situasiyası) ilə qurtarır, ardınca 

is

ə  hadisələrin fəlakətli  inkişafı  baş  verə  bilər.  Hazırda  cəmiyyət və  təbiət 



arasında  paritet  konsepsiyası  daha  çox  diqqəti cəlb edir, onu bəzən «sabit 

(dayanıqlı  və  s.)  inkişaf»  adlandırırlar,  hərçənd  ki,  onu  harmonik  inkişaf 

adlandırmaq daha düzgün olardı.  



 

138 


 

ƏDƏBİYYAT 

1. Алексеенко Б.А.

 

Экологическая геохимия. Учебник, М.: Логос, 2000, 627 с. 



2. Богдановский Г.А. Химическая экология. Учебн. пособие. М.: МГУ, 1994, 237 с. 

3. 


Бабазадя  В.М.,  Исайев  С.А.,  Ялийев  М.Т.  вя  б.  Еколоъи  эеолоэийа.  Али  мяктябляр 

цчцн дярслик. Бакы: Елм вя тящсил, 2012, 384 с. 

4. Голубев Г.Н. Геоэкология. Учеб. для студ. вузов. М.: ГЕОС, 1999, 338 с. 

5. Горелов А.А. Экология. Учебник для вузов. М.: Юрайт-М, 2002, 312 с. 

6. 

Исайев С.А., Мясимов А.Я., Хасайев А.И. Эеоеколоэийа. Али мяктябляр цчцн дярс-



лик. Бакы: Кцр, 2002, 356 с. 

7. Ковальский В.В. Геохимическая экология. М.: Наука, 1974, 300 с.  

8. 

Эюйчайлы Ш.Й., Микайылов Н.К. вя б. Ятраф мцщитин мцщафизяси вя тябии сяр-



вятлярдян сямяряли истифадя. Дярс вясаити. Бакы, 1996, 236 с. 

9. 


Трофимов  В.Т.,  Зилинг  Д.Г.  Экологическая  геология.  Учебник.  М.:  ЗАО  Геинфор-

марк, 1992, 415 с. 

10. Ясаманов Н.А. Основы геоэкологии. Учеб. пособие. М.: Академия, 2003, 352 с. 

 

ГЕОЭКОЛОГИЯ И ЭКОЛОГИЧЕСКАЯ ПРОБЛЕМАТИКА 



 

Н.Р.ТАГИЕВА  

 

РЕЗЮМЕ 

 

При общей характеристике природных объектов и геосфер следует учесть фактор 



их антропогенного изменения. В связи с этим при геоэкологической оценке отдельных 

геосфер  большое  значение  придается  антропогенным  влияниям.  Между  геосферами 

Земли, в первую очередь, следует изучать очень сложные взаимовлияния в разных ие-

рархических  уровнях,  от  планетарного  до  локального.  Следует  принять  во  внимание 

влияние современной цивилизации не только на межгеосферные связи, но и на их от-

дельные  компоненты.  Обобщенные  выводы  можно  получить  только  при  совместном 

усилии таких междисциплинарных научных направлений, как геоэкология и экологиче-

ская геология. 

 

Ключевые слова: геоэкология, геосферы Земли, антропогенное влияние. 

 

GEOECOLOGY AND ENVIRONMENTAL ISSUES 



 

N.R.TAGIYEVA  

 

SUMMARY 

 

When studying the general characteristics of natural objects and geosphere, the factor 



in their human-induced changes  should be considered. In this regard, the  geoecological as-

sessment of different geospheres  anthropogenic impacts  attaches great importance. When 

studying the geospheres of the Earth, first and foremost, the complex interaction of different 

hierarchical levels, from local to planetary, should be studied. The impact of modern civiliza-

tion not only to  intergeospheric  relations, but also to  their  components  should be accounted. 

General conclusions can be obtained only by the joint efforts of interdisciplinary scientific 

fields, as geoecology and environmental geology. 

 

Key words: geoecology, geospheres of Earth, the anthropogenic influence. 



 

Redaksiyaya daxil oldu: 26.12.2012-ci il 

Çapa imzalandı: 14.02.2013-cü il 

Document Outline

  • Cədvəl 1
  • Cədvəl 2
  • Cədvəl 3

Yüklə 72,3 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə