Baki universitetiNİn xəBƏRLƏRİ №4 Təbiət elmləri seriyası 2009



Yüklə 50,69 Kb.
Pdf görüntüsü
tarix23.01.2018
ölçüsü50,69 Kb.
#22094


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4 

 

 

           Təbiət elmləri seriyası   2009 

 

 



 

 

ŞAMAXI-İSMAYILLI  ZONASININ GEOLOJİ-TEKTONİK 

QURULUŞUNUN GEOFİZİKİ ƏSASLARINA DAİR 

 

V.G.RAMAZANOV, E.E.QULİYEV   

Bakı Dövlət Universiteti 

vramazanov@rambler.ru 

 

Məqalədə geofiziki məlumatlar  əsasında  Şamaxı-İsmayıllı zonasının geoloji-tektonik 

quruluşunun bəzi xüsusiyyətlərinə aydınlıq gətirilmişdir. O cümlədən regionda aşkarlanmış 

tektonik örtüklərin blok quruluşuna malik olmaları  və onların formalaşmasında müxtəlif 

tərtibli və müxtəlif istiqamətli qırılma strukturlarının rolu müəyyənləşdirilmiş və əldə edilmiş 

nəticələrdən xalq təsərrüfatının müxtəlif sahələrində istifadə mümkünlüyü əsaslandırılmışdır.  

 

Şamaxı-İsmayıllı seysmoaktiv zonası Böyük Qafqaz meqantiklinalının cənub 

yamacında Dəmiraparançay və Mərəzə meridianları arasında (şəkil 1)  yerləşib, zona-

da müxtəlif dövrlərdə V.Veber, S.Satskiy, F.Mirçin, A.Mişurin, A.Məlikov,  Ə.Əli-

zadə (1930-40), E.Xain (1939), Ə.Şıxəlibəyli (1940-45), İ.Tsimelzon (1953), N.Ya-

kovenko (1962), R. Hacıyev (1965), T.Kəngərli (1981-1995), Ə.Əliyev (1981-2007), 

E.Quliyev və E.İsayev (2002-2007) tərəfindən müxtəlif miqyaslı geoloji-geofiziki 

tədqiqatlar həyata keçirilmişdir. Bu tədqiqatlardan biz yalnız son 30 (otuz) il ərzində 

və xüsusən də müəllifin iştrakı ilə aparılan bir neçə geofiziki üsulların ZMDÜ 

(Zəlzələlərdən Mübadilə olunan Dalğa üsulu)-seysmik və MTZ (Maqnit Tellurik 

Zondlaması)-elektrik kəşfiyyatlarının nəticələri barədə məlumat verəcəyik.  

Son illər  Şamaxı-İsmayıllı seysmoaktiv zonasının öyrənilməsində aparılmış 

tədqiqatların əsas mahiyyəti bölgənin dərinlik-tektonik quruluşu, seysmogen zona və 

strukturların, aktiv tektonik pozulma zonaları  və onların kəsişmə  həlqələrinin, 

episentral zona və hiposentral səviyyələrin öyrənilməsindən ibarət olmuşdur.  

ZMDÜ seysmik kəşfiyyatı və MTZ elektrik kəşfiyyatı nəticələrinə görə bölgə-

nin qeyd olunmuş əsas dərinlik geoloji-tektonik xüsusiyyətləri aşağıdakı kimi müəy-

yənləşdirilmişdir. 

Şamaxı-İsmayıllı seysmoaktiv zonasında Göylərçöl-Xilmilli, Ağsu-Qozluçay, 

Ruşan-(Mehdiabad) - Qalacıq və Vəndam-Mərəzə istiqamətləri üzrə aparılmış geoloji 

planalma işləri nəticəsində yer səthində dərinlik qırılmalarının izlənilməsi, zəlzələlə-

rin pleystoseyst sahələrinin dizyunktiv yarımzonasında olması da buna dəlalət edir. 

Burada geoloji kəsilişin təkrarlanması tektonik dislokasiyaya uğrama dərəcələri 

müəyyənləşdirilərək 1:200000 miqyaslı kəsilişlər tərtib edilmişdir. Bir çox sahələrdə, 

xüsusilə Basqal-Pirəküşkül örtüyünün əhatə etdiyi zonalarda zəlzələ hiposentrlərinin 

dayaz olması onların episentrlərinin coğrafi paylanması qanunauyğunluğundan və 

ərazidə çökmə qat daxilində müəyyən edilmiş səthi qırılmaların, üstəgəlmə və sürüş-

mə güzgülərinin xarakterindən aslıdır. Tektonik örtüyün əsas hissəsinin  Şamaxı 

örtüklərin şimaldan cənuba doğru hərəkətini təsdiq edir. Kəsilişlərdəki bu tip mürək-

kəblik bilavasitə zonanın şərq kəsimində daha çox müşahidə edilir. Qeyd olunan bu 

 

112



kəsilişlər üzrə yer qabığının dərinlik quruluşu seysmik və elektrik kəşfiyyatı üsulları 

ilə müəyyən edilmişdir. Seysmik kəsilişlərdəki elastiki dalğaların sürət xüsusiyyətləri 

çökmə qat daxilində stratiqrafik və litofasial müxtəliflikdən asılı olaraq ümumi 

tendensiyadan fərqlidir. Belə ki, alloxton örtüklərin altında bəzi sahələrdə  V

lay 

qiy-


mətinin təkrarlanmaları məhz böyük amplitudlu üstəgəlmələrlə bağlıdır. 

Seysmik kəşfiyyat məlumatlarına görə Mehdiabad (Ruşan) – Qalacıq, Gir-

dimançay, Sabir-Xilmilli və  Vəndam-Mərəzə profillərinin hər birində yer qabığının 

kəsilişi 60 km-ə çatan (sərhəd sürəti 2,2-6,1 km/san, lay sürəti 2,2÷4,1km/san)  müx-

təlif yaşlı Alpaqədər təməldən (lay sürəti 6,0÷6,6 km/san, sərhəd sürəti 

6,1÷7,1km/san, orta sürət 4,0÷4,3 km/san) və kristallik qatdan (orta sürət 4,3÷6,6 

km/san, lay sürəti 6,4÷8,2 km/san) ibarətdir. Kəsilişin aşağı hissələrində (25-40 km 

intervalda) bəzi sahələrdə sürətin kəskin düşdüyü (10-20%) inversiya (aşağı sürətlər 

zonası) zonaları qeyd edilmişdir. Moxoroviçiç sərhədi də profillərin hamısında 

V

lay



=7,8-8,4 km/san sürətlə H=47-56 km intervallarda təsbit edilmişdir. MTZ mə-

lumatlarına əsasən hər bir profildə 3 qatlı kəsilişlər müəyyən edilmişdir. 

- 1-ci qat nisbətən aşağı müqavimətli olub 1,5-dən 230 om. m xüsusi elektrik 

müqavimətlidir.  

-2-ci qat çökmə süxurlara uyğun gəlib 90 – 800 om. m xüsusi elektrik müqa-

vimətlidir.  

-3-cü qat Alpaqədər təməl səthinə müvafiq olan yüksək və sonsuz xüsusi  

müqavimətlidir. 

Bəzi sahələrdə bəzən 4 və 5-ci qatlara da təsadüf olunur ki, bu qatlarda əsasən 

kəsilişin daha dərin hissələrinə aid edilmişdir. ZMDÜ və MTZ materiallarının 

əvvəllər aparılmış işlərin nəticələri ilə kompleks  interpretasiyası həyata keçirilməklə 

profillərin hər biri üzrə seysmogeoloji kəsilişlər tərtib edilmişdir. Tərtib edilmiş seys-

mogeoloji modellər kəsilişdəki sərhədlərin morfologiyasını,  əsas dərinlik qırılmaları 

zonalarını, dərinlik üzrə hiposentrlərin paylanmasını, yer qabığının  ümumi qalınlığı-

nı, bütövlükdə Böyük Qafqazın cənub-şərq yamacında yer qabığının tektonik 

quruluşunun əsas xüsusiyyətlərini öyrənməyə imkan vermişdir. 

Aşağıda kompleks tədqiqat aparılmış profillərin analizi və şərhi verilmişdir.  

Girdimançay (Ağsu-Qonaqkənd)  profili 35 p.km uzunluqda olub Şamaxı-İs-

mayıllı seysmoaktiv zonasının  əsas struktur elementlərini enlik istiqamətində  kəsir. 

Kəsiliş boyu 60 km dərinliyə qədər yer qabığının quruluşu müəyyən edilmiş 3, 7, 9, 

10, 11 və 13-cü məntəqələrdə yarılma dislokasiya xətləri qeyd edilmişdir. 9,10 və 11 

№-li məntəqələrdə ayrılmış tektonik pozulma 5-7 km enində bir zona kimi daha çox 

ortoqonal, subenlik və enlik istiqamətli pozulmaların düyün nöqtəsi olaraq interpreta-

siya edilmişdir. Məhz bu zonada orta güclü zəlzələ ocaqlarına təsadüf edilir. Kəsilişdə 

lay sürəti 2,35 km/san, 3,9 km/san, 6,5 km/san, 6,7km/san, 7,2 km/san, 7,7 km/san və 

8,2 km/san olmaqla yer səthindən 1 km-dən 60 km-ə  qədər dərinliyi  əhatə edən 

əksetdirici sərhədlər təsbit edilmişdir. Kəsilişdə 5 əsas seysmik sərhəd öz  davamlılığı 

ilə seçilir və onun bütün uzunluğu boyunca müxtəlif lay sürətləri ilə ayrılır. Çökmə 

qat daxilində ayrılmış V

lay


=3,9 km/san sürəti daha çox Təbaşirin dabanı, Alt Yuranın 

tavanına uyğun gəlir. Lakin çökmə qatın tektonik örtüklərlə mürəkkəbləşməsi zaman-

zaman sürət xüsusiyyətlərində  dərinliyə doğru artma qanunauyğunluğunu pozur. 

Gəraybəyli-Lahıc xətti boyunca Yuraya qədər təməl səthi V

lay

=6,0-6,4 km/san sürətlə 



ayrılır. Bu seysmik sərhəd üzrə cənubdan şimala doğru pilləli qalxma qeyd olunur və 

qalxmanın təməl üzrə maksimal amplitudu 2,5-3,5 km təşkil edir. Növbəti alt qat 

V

lay


=7,1-7,2 km/san sürətlə xarakterizə olunur. Bu qat cənubdan  şimala doğru  əhə-

 

113




miyyətli dərəcədə qalınlığını azaldaraq Girdimançayın orta axarında V

lay


=7,0 km/san 

sürətlə xarakterizə olunan intruziv kütlə ilə yarılmaya məruz qalmışdır. Girdimançay 

kəsilişinin  ən mühüm xüsusiyyəti burada 30-47 km dərinlik intervalında aşağı sürətlər 

zonasının (riolit qatının) olmasıdır. Kür depressiyasına keçiddə bu qatın qalınlığı 17 km, 

Lahıc-Burovdal kəsimində isə daha az, 7-8 km təşkil edir. Məhz bu qatın mövcudluğu 

İsmayıllı yarımzonasında zəlzələlərin intensivliyini artırır. Belə ki, daha az sıxlıqlı və 

özüllülüyü az olan bu qat bir növ zəlzələ generatoru rolunu oynayır. Moxoroviçiç 

səthi profilin cənub hissəsində 50 km dərinlikdə, mərkəzi hissədə isə 58 km dərinlik-

də ayrılmışdır. Qısa bir məsafədə amplitudun belə böyük qiymətdə (8 km) düşməsini 

Kür depressiyasından Böyük Qafqaza keçid zonasının olması ilə əlaqələndirmək olar.  

Əsas zəlzələlərin hiposentrləri 10-20 km intervalda müşahidə olunur ki, bu da 

daha çox Alpaqədər təməl səthinə və 15-24 km dərinlikdə ayrılmış «Konrad» səthinə 

uyğun gəlir. Demək olar ki, bütün zəlzələlər az və ya çox dərəcədə tektonik 

pozulmalar və onların düyün nöqtələrinə  təsadüf edir. Yalnız bir sıra zəif zəlzələ 

ocaqlarına blok daxili 3-cü dərəcəli qırılma zonalarında, qismən isə tektonik örtükdə 

(0-10 km) rast gəlmək mümkündür. Ruşan (Mehdiabad)-Qalacıq profili əvvəllər 

tədqiqat aparılmış Qalacıq-Xınalıq profilinin cənub kəsimidir.  

Strukturları en istiqamətində  kəsən bu profil faktik olaraq Druca, Daşağıl-Lahıc, 

Basqal-Pirəküşkül, Alazan-Əyriçay pillələrində kəsmişdir. Kəsilişdə 6,4 km/san lay sürəti 

ilə xarakterizə olunan Alpaqədər təməl səthi, 7,0 km/san sürətlə aralıq qat (qranit qat), 

ondan altda isə 6,8 km/san sürətli aşağı sürətlər zonası müəyyən edilmişdir. Alpa-

qədər təməl səthi Acınohur və Alazan-Əyriçay pilləsində 9-10 km (bəzən 11 km), 

Daşağıl-Lahıcda 8 km, Druca və  Zəngi-Qozluçayda 6-8 km intervalda təsbit 

edilmişdir. Qranit qat 15-25 km intervalda, aşağı sürətlər zonası isə  cənubda 30-33 

km,  şimalda isə 35-37 km dərinliklərdə müəyyən olunur. Yer qabığının kəsilişi 

Məlkamud, Zəngi-Qozluçay, Vəndam, Daşağıl-Müdrəsə  və Alazan-Əyriçay ümum-

qafqaz istiqamətli dərinlik tektonik pozulmaları ilə çox güclü mürəkkəbləşməyə 

məruz qalmışdır. Strukturları en istiqamətdə və ortoqonal istiqamətində kəsən tekto-

nik pozulmalar üzrə əhəmiyyətli amplitud yerdəyişmələri qərbdən şərqə və şimaldan 

cənuba doğru pilləli-bloklu quruluşu formalaşdırmışlar. Seysmotektonik cəhətdən ən 

təhlükəli sahə Təzəkənd və Lahıc zonaları qəbul edilir. Əsas zəlzələ ocaqları məhz bu 

zonalarda qeyd olunmuşdur. Kəsiliş üzrə yer qabığının qalınlığı 51-57 km təşkil edir. 

Moxoroviçiç səthində lay sürəti 7,8 km-dən 8,2 km-ə qədər dəyişilir.  

Sabir-Xilmilli profili faktik olaraq Şamaxı-İsmayıllı seysmoaktiv zonasının 

şərq kənarında olmaqla strukturları en istiqamətində kəsib keçmişdir. Bu profil yalnız 

Zəngi-Qozluçay, Basqal-Pirəküşkül və  Şamaxı-Ceyrankeçməz tektonik pillələrini 

kəsdiyindən digər kəsilişlərə nisbətən daha sadədir. Cənubdan profil Acıçay-Ələt, 

Daşağıl-Müdrəsə, Zəngi-Qozluçay 1-ci tərtibli dərinlik qırılmalarını  kəsmiş, onların 

çoxsaylı şaxələrini və pozulma zonalarını təsbit etməyə imkan vermişdir. Kəsilişin üst 

hissəsi (çökmə qat) daha çox cənub istiqamətdə çevrilmiş üstəgəlmələrlə (örtük) 

mürəkkəbləşdiyindən burada səlis və davamlı seysmik əksetdirici sərhədlər ayırmaq 

mümkün olmamışdır. Yalnız 5-7 km dərinlikli intervallarda (Təbaşirin dabanı) 120-

600 om.m xüsusi elektrik müqavimətli sərhəd ayırmaq mümkün olmuşdur. Basqal-

Pirəküşkül tektonik örtüyü içində bir sıra sahələrdə V

lay

=3,0 km/san və V



lay

=3,5÷4,0 

km/san sürətli diskret seysmik sərhədlərə təsadüf edilir. Yer qabığının dərinlik quru-

luşunu mürəkkəbləşdirən Acıçay-Ələt, Zəngi və Müdrəsə  qırılmaları  şimal yatımlı 

olub intensiv amplitud dəyişmələrinin yaranmasına səbəb olur. Göründüyü kimi, bu 

qat  Şamaxı-İsmayıllı seysmoaktiv zonasının bütün ərazisində müşahidə edilir və 

 

114



şimaldan-cənuba onun qalınlığı artır, qərbdən-şərqə isə azalır. Alpaqədər təməl səthi 

kəsilişin cənubunda 12-14 km, mərkəzində 9-11 km, Xilmillidə isə 9-10 km 

dərinlikdə yatmışdır. Təməl səthində müşahidə olunan kəskin amplitud yerdəyişməsi 

uzununa istiqamətli dərinlik tektonik pozulmalar boyunca baş vermişdir. 

Zəlzələ hiposentrləri  əsas etibarilə Göylərdağ, Acıdərə  və Sündü kəndləri 

zonasında müşahidə edilir. Bu zonalar isə daha çox dərinlik qırılmalarının kəsişmə 

düyünləri və blokların sərhədləri ilə əlaqədardır. Hiposentrlərin dərinliyi isə 0-15 km 

intervalda (daha çox Alp təməlinin səthi üzrə) cəmləşmişdir. Sabir-Xilmilli zonasının 

özəlliklərindən biri isə burada tektonik örtükdaxili horizontal sürüşmə xarakterli orta 

güclü zəlzələ ocaqlarının olmasıdır.  

Vəndam-Mərəzə profili 100 km uzunluğunda olub Böyük Qafqazın dağətəyi 

zonasına paralel keçərək, Ruşan (Mehdiabad) - Qalacıq, Girdimançay və Sabir-

Xilmilli profillərini uyğun olaraq 7, 6 və 3 №-li məntəqələrdə kəsmişdir. Kəsilişin üst 

hissəsinin tərtib edilməsi zamanı geoloji planalma və dərin buruq qazma  materialla-

rından istifadə edilmişdir. Kəsilişdə lay sürətləri 4,1 km/san, 5,6 km/san, 6,2 km/san, 

6,5 km/san, 6,8 km/san, 7,4 km/san, 7,8 km/san və 8,4 km/san olan seysmik əksetdiri-

ci səthlər və müqaviməti ρ=2-60 om.m, ρ =80-600 om.m və ρ =∞ olan bir sıra sərhəd-

lər müəyyən edilmişdirAlpaqədər təməl səthinə müvafiq olan 6,0 - 6,4 km/san sürətli 

seysmik sərhəd Qəbələ zonasında (qərbdə) 6 km dərinliyə aid edilmiş,  şərqə doğru 

getdikcə bu sərhəd en istiqamətli, xüsusilə də Şəki-Qəbələ, Ax-oxçay, Şahsoltanlı-Di-

yallı, Girdimançay, Ağsu-Dəvəçi, Günəşli-Dibrar, Sabir-Xilmilli və Ləngəbiz -Nabur 

dərinlik qırılmaları ilə  kəskin düşməyə  məruz qalaraq şərqdə  Mərəzə meridianında 

(Acıdərə sahəsi) 13-14 km dərinlik intervalında yatmışdır. Sumağallı-Qurbanəfəndi 

zonasında (mərkəzi Topçu kəndi) Alpaqədər təməl səthi Buynuz intruziyası ilə yarıla-

raq onun fasiləsiz izlənməsinə imkan vermir. Məhz Topçu kəndindən 2-3 km cənubda 

mövcud olan intensiv zəlzələ ocağı Buynuz intruziyasının cənub cəbhəsi ilə əlaqədar-

dır. Yer qabığının dabanını ifadə edən Moxoroviçiç sərhədi 47-52 km dərinlik hüdud-

larında dəyişir. Kəsilişdə  aşağı sürətlər zonasının  şərti qalınlıqları müəyyənləş-

dirilmişdir. Bu qatın böyük qalınlıqlı sahələri daha çox seysmik proseslər generasiya 

etmək qabilliyyətinə malikdir. Zəlzələ hiposentrləri qərbdən şərqə doğru yer səthinə 

daha yaxın yerələşir. Belə ki, əgər Vəndam-İsmayıllı zonasında hiposentrlər 20-30 

km intervala, İsmayıllı-Girdiman blokunda 15-20 km intervala təsadüf edirsə, şərqdə 

Şamaxı yarımzonasında hiposentrlər nisbətən dayazda (0-12 km) qeyd olunur. Bu isə 

onunla bağlıdır ki, Şamaxı yarımzonasının zəlzələləri daha çox Basqal-Pirəküşkül 

tektonik örtüyünün tektonik plandakı  vəziyyətindən və  Şamaxı-Ceyrankeçməz 

paraavtoxtonunun enlik istiqamətli pozulmalarla mürəkkəbləşməsindən asılıdır. 

Tektonik inkişafın və struktur zonallığın xüsusiyyətləri nəzərə alınaraq aparıl-

mış geoloji-geofiziki tədqiqatlara əsasən Şamaxı-İsmayıllı seysmoaktiv zonası hüdud-

larında 4 istiqamətli (ümumqafqaz, enlik, ortoqonal və suben) dərinlik qırılmaları və  

paraavtoxton, allaxtonlar ayrılmışdır (şəkil 2). 

Yuxarıda ayrı-ayrılıqda  şərhi verilən geofiziki işlərin ümumi analizindən belə 

nəticəyə  gəlmək olar ki,  zonada tektonik örtüklər ümumqafqaz istiqamətli dərinlik 

qırılmaları ilə  sərhədlənir və enlik istiqamətli qırılmalarla zonanın bloklu quruluşu 

müəyyənləşir. Ortoqonal istiqamətli dərinlik qırılmaları hər iki istiqamətli qırılmalarla 

kəsişərək zonada geoloji-tektonik quruluşu olduqca mürəkkəbləşdirir. Regenerasiya 

olunmuş suben istiqamətli qırılmalar isə  qədim dərinlik qırılmaları olub yalnız Alp 

təməlində əks olunurlar. 

 

115




Mövcud texnoloji vasitələrlə Şamaxı-İsmayıllı seysmoaktiv zonasının geoloji-

tektonik quruluşunun, tektonik pozulma zonalarının müasir geoloji aktivliyinin və s. 

geoloji-geofiziki xüsusiyyətlərin öyrənilməsi bu gün zamanın tələbinə cavab verir. Bu 

istiqamətdə aparılmış  tədqiqatlar ölkənin iqtisadi inkişafında mühüm yeri olan yeni 

filiz və qeyri-filiz faydalı-qazıntı yataqlarının yerinin müəyyənləşdirilməsində, 

həmçinin yeni şəhərsalma işlərində informativ baza rolunu oynayır. 



 

 

 

 

 

116




ƏDƏBİYYAT 

1.

 



Геология Азербайджана. Тектоника. Баку: Nafta-Press, т. 4, 2005.  

2.

 



Quliyev E.E. «Şamaxı-İsmayıllı seysmoaktiv zonasının seysmikliyi və onun dərinlik qu-

ruluşu ilə əlaqəsi» mövzusuna dair magistr dissertasiya işi. Bakı: Bakı Universiteti, 2007, 

96 s. 

3.

 



Əliyev  Ə.M, Qaralov B.Ə., Xəlilov V.Ə., Quliyev E.E. Şamaxı-İsmayıllı seysmoaktiv 

zonası «Seysmogeodinamik atlas», Eko və TSN, Bakı: 2006. 

4.

 

Шихалибейли  Э.Ш.  Некоторые  проблемные  вопросы  геологического  строения  и 



тектоники  Азербайджана. Баку: Элм, 1996, 215 с.  

 

 

К ГЕОФИЗИЧЕСКИМ ОСНОВАМ ГЕОЛОГО-ТЕКТОНИЧЕСКОГО  

СТРОЕНИЯ ШЕМАХИ-ИСМАИЛЛИНСКОЙ ЗОНЫ 

 

В.Г.РАМАЗАНОВ, Э.Э.ГУЛИЕВ  

 

РЕЗЮМЕ 

 

В статье, на основании геофизических данных, выяснен ряд особенности геолого-

тектонического строения Шемахи-Исмаиллинской зоны, в частности, установлено бло-

ковое  строение  выявленных  в  регионе  тектонических  покровов,  определена  роль  раз-

ного  порядка  и  направления  разрывных  структур  в  их  формировании  и  обоснованы  

возможности  использования  полученных  данных  в  различных  отраслях  народного 

хозяйства. 

 

 



ABOUT GEOPHYSICAL BASES OF THE GEOLOGICAL-TECTONIC STRUCTURE 

OF SHEMAKHA-ISMAYILLI  ZONE

 

 

V.G.RAMAZANOV, E.E.GULIYEV  

 

SUMMARY 

 

The authors elucidate a number of features of the geological-tectonic structure of 

Shemakha-Ismayilli zone on the basis of geophysical data, in particular, establish the block  

structure of the tectonic covers revealed in the region, determine the role of the different order 

and the direction of explosive structures in their formation and ground opportunities of using 

the received data in various branches of national economy. 



 

 

117



Yüklə 50,69 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə