Baki universitetiNİn xəBƏRLƏRİ №4 Təbiət elmləri seriyası



Yüklə 41,7 Kb.
Pdf görüntüsü
tarix24.04.2018
ölçüsü41,7 Kb.
#40068


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4 

 

  Təbiət elmləri seriyası 

 

  2010 

 

 

 

 

HOLARKTİK FLORA VİLAYƏTİ VƏ QAFQAZ FLORASININ  

COĞRAFİ TİPLƏRDƏ PAYLANMASI 

 

F.Ə.BABAYEV 

Bakı Dövlət Universiteti 

bun@box.az 

 

Holarktik flora vilayəti dünyanın 6 flora vilayətindən ən irisidir. Bu Boreal və Qədima-

raliqdənizi yarımsəltənətinə bölünür. 

Dünyada olan coğrafi bölgülər oxşar florası olan yerlər əsasında müəyyənləşdirilmiş-

dir. Bu baxımdan Qafqaza aid bölgülər Qafqaz florasında arealın coğrafi tipləri müəyyənləş-

dirmir. Bunu Qrossheym 1936-cı ildə “Qafqaz florasının analizi” kitabında ilk dəfə 7 tipdə 

paylanmasını qeyd etmişdir. Ancaq bəzi botaniklər bunu dərindən bilmədən ya qəbul etmir və 

ya coğrafi bölgülərlə eyniləşdirir. Bunu nəzərə alaraq məqalədə arealın coğrafi tipləri haq-

qında qisa məlumat verilir. 

 

Dünyada müxtəlif ölkələrin florasının öyrənilməsi yeganə flora sisteminin 



yaranmasına səbəb olmuşdur. Dünyanın oxşar flora üstünlüyü olan yerləri flora vila-

yətləri kimi qeyd edilir. Bu həmin yerlərdə endemik fəsilə, cins və növlərin çox və 

oxşar olmasına görə müəyyənləşdirilir. Yer kürəsinin flora vilayətlərini – vilayətlərə, 

əyalətlərə  və s. bölürlər. Bunlar da yarımvilayətlərə, yarıməyalətlərə  və s. bölünə 

bilər. Belə ardıcıllıq yunanca xarion adlanır. Bu Tarril (Turrill, 1959) tərəfindən irəli 

sürülmüşdür. Böyük xarionomik vahid bitklik səltənəti (Reqnum Vegetabile) adlanır. 

Mülliflərin çoxu, o cümlədən Sehimithüsen, 1961; Mattisk, 1974 və başqaları dünya-

da qurunun florasını 6 flora vilayətinə bölmüşlər. Bunlara Holarktik (Holarctis), Pa-

lerotropik (Paleotropis), Neotropik (Neotropis), Kap (Capensis), Avstraliya (Austira-

lis) və Antarktida (Antarctis) aiddir. Bu bölgü bitki coğrafiyasında düzgün hüsab edi-

lir. Ancaq Holarktikanın cənub və şimal sərhədlərinə aid çoxlu fərqli suallar meydana 

çıxır. Dünyada qeyd edilən bütün coğrafi bölgələri tamamilə düzgün hesab etmək ol-

maz. Məsələn, Kuznetsov (1909) Qafqazda 19 əyalət, Çrossheym və Sosnovski (1929) 

10 əyalət, 19 il sonra Çrossheym (1948) 9 əyalətə bölmüşdür. Buna görə də bölgülər 

şərti sayıla bilər. Bitki areallarının zonal, vertikal yerləşməsi, həmçinin dağ və düzən-

likdən keçməsi bitkiliyin fərqlənməsinə  səbəb olur. Bu xəritədə müyyən floraya aid 

xəttin çəkilməsində  çətinlik yaradır. Buna görə  də dünyanın flora vilayətlərinə görə 

bölgüsü zamanı müxtəlif alimlər fərqli bölgülər irəli sürmüşlər. Vult (1944) qeyd edir 

ki, Enqler və Drudenin bölgüsünə Popovun (1927) əlavəsi Aralıq dənizi flora vilayəti-

nin sərhədləri ücün düzgün sayılır. Burada Orta Asiyanın  şimalı, Turan, Cunqar, 

Hindiquş dağ sistemi, Pamur – Altay, Krımın cənubu, Zaqafqaziya, Kiçik Asiya, Ərə-

bistan, Afrikanın  şimalı, Atlantik və Aralıqdənizi sahilləri (Priney yarımadasının 

şimalından başqa) daxildir. 

Dünyanın flora vilayətlərinə aid axırıncı bölgülərdə yuxarıda qeyd edilən Ara-

lıq dənizi flora vilayəti Holarktik flora vilayəti kimi qəbul edilir. 

Holarktik flora vilayəti Holarktik səltənət kimi verilir. Bunu 2 yarımsəltənətə 1. 

 

65



Boreal, 2. Qədim Aralıq dənizinə bölünür. Boreal yarımsəltənətə 4 vilayət: 1. Sırkum-

boreal, 2. Şərqi asiya, 3. Atlantik şimalı Amerika, 4. Qayalıq dağ vilayəti; Qədim-

aralıqdənizi yarımsəltənətinə: 1. Makroneziya, 2. Aralıq dənizi, 3. Saxara- Ərəbistan, 

4. İran- Turan vilayətləri aid edilir. 

Qrosseheym, Sosnovski (1928) “Qafqazın botaniki – coğrafi rayonlaşdırılması 

təcrübəsi”, Qrossheym (1939) “Qafqazda yayılan birləpəlilərin bir sıra coğrafi  əla-

mətləri” və Musayev (1971) Azərbaycanda yayılan taxılların coğrafi yayılmasına aid 

fikirləri Qafqaz florasında ayrı-ayrı növlərin arealının coğrafi tipini və ya arealının 

genetik mərkəzini müəyyənləşdirmir. Ümumilikdə Holarktik flora vilayətinə aid olan 

Qafqaz və eləcə də Azərbaycandakı bitkilərin oxşarlığını göstərir. 

Qafqaz florasında arealın coğrafi tipini və ya genetik mərkəzini ak. Qrossheym 

(1936) müəyyənləşdirmişdir. Qrossheym “Qafqaz florasının analizi” (1936) kitabında 

Qafqaz florası haqqında məlumat cədvəli vermişdir. Orada Qafqaz florasının 7 tip, 17 

sinif, 49 əsas qrup və 22 keçici qrupda paylanmasını qeyd etmişdir. Həmçinin əsərdə 

Qafqazda olan 600 növdən 1200 növün (yuvarlaq olaraq) endem oldugu göstərilmişdir. 

Beləliklə, Qafqazda qeyd edilən az sayda bitki növləri müstəsna olmaqla bütöv-

lükdə Qafqaz florasının arealın coğrafi tipini qeyd etmişdir. Bu sonra Qafqaz florası-

nın I-VI cildlərində (1946-1964) öz əksini tapmışdır. Qrossheymin vəfatından sonra 

VII-VIII cildlər yazılmadığından onun başladığı iş demək olar ki, yarımçıq qalmışdır. 

Ancaq qeyd edilən məlumatlara əsasən Qrossheym Qafqaz florasının arealın coğrafi 

tiplərində paylanmasını bütövlükdə müəyyənləşdirmiş sadəcə VII-VIII cildlər yazıl-

madığından orada öz əksini tapmamışdır. 

Qrossheymə görə Qafqaz florasının 7 coğrafi tiplərinə: 1. Qədim (III dövr meşə), 

2. Boreal, 3. Bozqır, 4. Kserofit, 5. Səhra, 6. Qafqaz, 7. Adventiv coğrafi tiplər aiddir. 

Kserofit tipə 3 sinif: 1. Aralıq dənizi; 2. Ön Asiya; 3. Mərkəzi Asiya; 13 əsas qrup 

və 9 əlavə qrup daxildir. Qafqazda, o cümlədən Azərbaycanda hər hansı regionun 

florasını arealın coğrafi tiplərinə görə analiz etdikdə hidrofitlər, hiqrofitlər, mezofitlər 

və s. səhvən kserofit tipə düşür. Həmin floranı ekoloji qruplara görə analiz edərkən 

hidrofitlər, hiqrofitlər, mezofitlər kserofit tipdə deyil, özünəməxsus qrupda paylanır. 

Bunu nəzərə alaraq kserofit tipin Qədimaralıqdənizi tipi ilə əvəz edilməsi məqsədə-

uyğun hesab edilmişdir (Babayev, 2007). Bununla yanaşı arealın səhra coğrafi tipi 

var. Səhra bitkilərinin hamısı ekoloji baxımdan kserofitlərdir. Bunu Qrossheym kse-

rofit tipdə deyil, səhra tipində vermişdir. Çünkü coğrafi tiplər ekoloji bölgü deyildir. 

Bitkilərin birincili areallarının genetik mərkəzinin təyin edilməsi son dərəcə çətin 

olub, paleantoloji sübutlar və dünya florasını  dərindən bilmək tələb olunur. Qafqaz 

florasının arealın coğrafi tiplərində paylanmasında qeyd edilən bəzi nöqsanların 

aradan qaldırılması  nəticəsində Qafqaz florasının areallarının genetik mərkəzinin 

təyin edilməsində çox böyük əhəmiyyəti var. Qeyd etmək lazımdır ki, bəzi botaniklər 

Qafqaz florasının arealın coğrafi tiplərində paylanmasını  dərindən bilmədən Qros-

seymin bu dəyərli işini səhv hesab edir. Bunu nəzərə alaraq, Qafqaz florasının arealın 

coğrafi tiplərində paylanmasına aid bəzi mülahizələr irəli sürdük (Babayev, 2007). 

Həmin mülahizələrdən ən əhəmiyyətlisi Qrossheymin (1936) Qafqaz florasını coğrafi 

tiplərə görə analiz edərkən qeyd etdiyi Kserofit tipin Qədimaraliqdənizi tipi ilə əvəz 

edilməsidir. Belə ki, kserofitlik suya təlabatına görə bitkilərin ekoloji qruplarından 

biridir. Areal isə hər hansı bitki növünün coğrafi yayılma sahəsindən bəhs edir. 

Göründüyü kimi Aralıq dənizi vilayətində olan bitkilər içərisində hidrofitlərdən tut-

muş kserofitlərə və səhra bitkilərinə kimi arealın coğrafi tipinə aid bitkilr mövcuddur. 

Qrossheymin Qafqaz florasının coğrafi tiplərdə payalanmasını ardıcıl olaraq nə-

 

66



zərdən keçirək. 

I Qədim (III dövr meşə tipi) – Qafqaz florasından olan 6000 növdən 1200 növün 

arealının genetik mərkəzi Qafqazdır. Ancaq bunun 399 növünün həqiqi endem 

olduğunu qalanına isə  şübhə etdiyini qeyd etmişdir. Sonrakı  tədqiqatlarda sübutunu 

tapmışdır. Endemik bitkilər Qrossheymə görə Kiçik Asiya Aralıq dənizi növlərindən 

ibarətdir. Bu III dövrdə iki mərkəzdən Qafqazın qərbində “Kolxid”, mərkəzində 

“Hirkan” olmaqla bir - birindən asılı olmadan inkişaf etmişdir. Qalan növlər Holark-

tik səltənətin digər yerlərindən Qafqaza keçmişdir. III dövrün axırlarında və IV döv-

rün əvvələrində şimal qütbdən cənuba tərəf baş verən buzlaşma 39-cu en dairəsinə ki-

mi bitki örtüyünü tələf etmişdir. Ancaq bəzi yerlərdə bitki örtüyü qalmışdır. Buzlaşma 

Orta Asiya dağlarında 1000-1200 m-dən, Azərbaycanda Talışda 800-1000 m-dən 

yuxarıların bitki örtüyünü tələf etmişdir. Qədim III dövr bitkiləri bəzi refyuqumlarda 

(sığınacaqlarda) qala bilmişdir. Bunlardan Qafqazda: Gürcustanda “Kolxid”, Azər-

baycanda “Hirkan” sığınacaqlarını göstərə bilərik. Burada yayılan bitkilər buzlaşma-

dan sonra öz arealını genişləndirə bilməyən relikt – endemik bitkilərdir. 

Iberiya qrupuna aid endemik bitkilər baş silsilənin cənub yamacı vasitəsilə  cənuba 

keçmişdir. Talışda endem bitkilər 4 qurşaqda yerləşir (Qrossheym, 1936. Babayev, 2004). 

Talışın düzən meşələri – Xəzər dənizinin  ətraflarından başlayaraq dağətəyinə 

kimi davam edir. Burada meşə əmələgətirən ağaclardan dəmirağacı (Perrotia persica), 

şabalıdyarpaq palıd (Quercus caschtanifolia) və s. yayılmışdır.  

Talışda 600-700 m hündürlükdə düzən meşələrin davamı kimi qeyd edilən 

ağaclar meşə əmələ gətirir. Burada tək-tək hirkan ənciri (Ficus hircana) qeyd edilir. 

600-700 m-dən 17000-18000 m-ə kimi şərq fıstığı üstünlük təşkil edir. Meşənin 

seyrək yerlərində ikinci mərtəbədə hirkan pirkalı (İlex hircana), azat ağacı (Zelcova 

hircana) yayılmışdır.  Şərq fıstığı müstəsna olmaqla qeyd edilən ağaclar qədim III 

dövr relikt – endemik elementlərdir. 

 II. Boreal tipi. Bunlar əsasən şimaldan (Avropa və Sibirdən) gələn flora elemen-

tidir. Qeyd etmək lazımdır ki, Qrossheymə görə Boreal tipə daxil edilən holarktik 

sinif hazırkı bölgələrdə Holarktik flora vilayəti və ya Holarktik səltənət kimi verilir. 

Bu da öz növbəsində borael yarımsəltənətə  və  Qədimaralıqdənizi yarımsəltənətinə 

bölünür. Bunlar haqqında yuxarıda qeyd edilmişdir. Holarktik sinfə aid bitkilərin 

xeyli qismi cənubdan Qafqaza keçdiyi üçün onların sırkumboreal adlandırılması 

məqsədəuyğun olar. Sırkumboreal Holarktik səltənətin şimaldan cənuba tərəf davam 

edən ən iri vilayətidir. 

III. Bozqır tipi. Bozqır elementləri Ön Asiya, İran, Kiçik Asiya, Rusiyanın cənu-

bundan - Pontik və Turan mənşəlidir, bir qisim bitkilər isə dağlardan gəlmiş və Aralıq 

dənizi mənşəlidir. 

IV. Kserofit tipi. Bunun haqqında yuxarıda geniş izahat verilmiş və Qədim Aralıq 

dənizi adlandırılması məqsədəuyğun hesab edilmişdir. 

V. Səhra tipi. Qrossheymə görə cavan olub, 2 qrupa bölünür:  

1. Saxara-İran, 

2. Turan elementləri aiddir. Bunlar Qədimaraliqdənizinin quruması  nəticəsində 

Qafqaz Aral-Xəzər düzənliyindən səhra qrupuna aid flora elementləri və halofitlər 

keçmiş, həmcinin Orta Asiyadan digər kserofit mərkəzlərdən, cənubdan – İran və 

Mərkəzi Asiyadan, Şimaldan KQ və BQ-dan dəniz sahilləri vasitəsilə miqrasiya et-

mişdir. Qrossheymə görə bunlar “boreal” növlər olmayan, İran və Kiçik Asiya vasi-

təsilə keçən bitkilərdir. 

VI. Qafqaz tipi. Buraya Qafqaz sinfi daxildir. Qafqaz flora elementlərinin arealının 

 

67




mərkəzi Qafqazdadır və yuxarıda endemik bitkiləri haqqında məlumat verilmişdir. 

VII. Adventiv tipi. Coğrafi tiplərin qisa mülahizəsindən göründüyü kimi endemik 

bitkilər müstəsna olmaqla qalan flora elementləri bu və ya başqa yollarla Qafqaza 

miqrasiya etmişdir. Adventiv bitkilər dünyanın başqa flora vilayətlərindən sonradan 

gələn bitkilərdir. Bunların yaşama şəraiti dünyada uyğun olduğundan müxtəlif vasi-

tələrlə asan yayılır. Məsələn, su bitkiləri, alaq bitkiləri və s. dünyanın hər yerində su-

yun tərkibi və  mədəni bitkilərin becərilən sahələri ekoloji baxımdan uyğun oldu-

ğundan belə bitki qrupları bu və ya digər ölkələrə asanlıqla keçə bilir. 



 

ƏDƏBİYYAT 

1.

 



Babayev F.Ə. Bitki coğrafiyası. Bakı: Bakı Dövlət Universiteti, 2004, s.291. 

2.

 



Babayev F.Ə. Qafqaz florasının coğrafi tiplərdə paylanmasına aid bəzi mülahizələr. BDU-

nun xəbərləri, təbiət elmləri seriyası, 2007, №2, s. 71-75. 

3.

 

Алехин Б.Б. География растений. М., 1944. с.493. 



4.

 

Вальтер Г. Растительность земного шара. т.т. I-II, М., 1968, с. 480. 



5.

 

Вульф  Е.В.  Историческая  география  растений.  История  флоры  земного  шара.  М.: 



Л., 1944, с. 532. 

6.

 



Сочов В.Б. Классификация и картогрaфирование высших подразделений раститель-

ности земли. В кн. Современные проблемы географии. М.: 1964, с. 167 -173. 

7.

 

Гроссгейм А.А. Анализ флоры Кавказа. Баку, 1936, с. 257. 



8.

 

Гроссгейм А.А. Растительный покров Кавказа. М., 1948, с. 267. 



9.

 

Илинский А.П. Растительность земного шара. М.-Л., 1937, с.448. 



10.

 

Толмачев  А.И.  О  некоторых  количественных  соотношениях  во  флорах  земного 



шара. Вест. ЛГУ, 1970, 15 сер. Биол., c.33-74. 

11.


 

Mattick F. Übersicht über die Florenreche und Florengebiete der Erde, 1964, p. 626 -630. 

 

ГОЛАРКТИЧЕСКАЯ ФЛОРИСТИЧЕСКАЯ ОБЛАСТЬ  

И РАСПРОСТРАНЕНИЕ ГЕОГРАФИЧЕСКИХ ТИПОВ АРЕАЛОВ 

 

Ф.А.БАБАЕВ 

 

РЕЗЮМЕ 

 

Флора  голарктической  области  самая  широкая  из 6- областей  флоры  мира.  Она 



распределена под области: Бореальная  и Древнесредиземноморская.  Вся  флористичес-

кая область (Кузнецов, 1909; Гроссгейм, 1936; Сосновский. 1928; и др.) не определяет 

географический тип ареалов Кавказской флоры. Однако Гроссгейм (1936) впервые оп-

ределил 7 географических типов ареалов - Кавказской флоры. В статье кратко представ-

ляются географические типы ареалов Кавказской флоры. 

 

HOLARCTIC AND FLORISTIC REGION AND SPREAD OF THE GEOGRAPHICAL 



TYPES OF NATURAL HABITATS OF THE CAUCASIAN FLORA 

 

F.A.BABAYEV 

 

SUMMARY 

 

The flora of the holarctic region is the widest out of the six regions of the world flora. It 



is spread under the regions like Boreal and the Ancient Mediterranean. All the floristic region 

(Kuznetsov, 1909; Grossheym, 1936; Sosnovskiy, 1928; Musayev, 1971) cannot determine 

geographical types of the natural habitats of the Caucasian flora. Nevertheless, Grosseyme 

(1936) for the first time could determine seven geographical types of natural habitats of the 

Caucasian flora. The author briefly presents geographical types of the natural habitats of the 

Caucasian flora in the article. 



 

68

Yüklə 41,7 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə