Baki universitetiNİn xəBƏRLƏRİ №4 Təbiət elmləri seriyası



Yüklə 76,77 Kb.
Pdf görüntüsü
tarix30.04.2018
ölçüsü76,77 Kb.
#40470


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4    

 

Təbiət elmləri seriyası 

 

 

2015 

 

 

 

 

UOT 550.042.16 

 

NEFT-

QAZLILIĞI AZ ÖYRƏNİLƏN SAHƏLƏRDƏ  

QAZ-

GEOKİMYƏVİ METODLARIN TƏTBİQİNİN  

SƏMƏRƏLİLİYİ HAQQINDA 

 

P.Ə.MƏMMƏDOVA  

AMEA Geologiya və Geofizika İnstitutu 

pervana1@mail.ru 

 

 

Neft  və  qaz  yataqlarının  axtarışı  zamanı  qaz  geokimyəvi  tədqiqat  metodlarının 

tətbiqinin nəzəri əsasları, eləcə də praktikada istifadəsi bu gün də diskussiya obyekti olmasına 

baxmayaraq,  son  zamanlar  qaz  planaalmasının  müxtəlif  metodlarının  istifadəsi  ilə  işlər 

dünyanın bir çox ölkələrində davam etdirilir. 

Məqalədə  Aşağı  Kür  çökəkliyinin  cənub-qərb  yamacında  aparılmış  tədqiqatlar  baza-

sında  qazları  özündə  saxlayan  süxurların  ümumi  geokimyəvi  xarakteristikası  öyrənilmiş, 

torpaqaltı  çöküntülərdə  karbohidrogen  qazlarının  generasiya  imkanlarının  miqdarca  qiy-

mətləndirilməsi  eksperimental  olaraq  verilmiş  və  sahəvi  qaz  anomaliyalarının  seysmik-kəş-

fiyyatla  müəyyən  edilmiş  qeyri-antiklinal  tələlərə  coğrafi  olaraq  uyğun  gəlməsi  əsaslan-

dırılmışdır. 

 

 

Açar  sözlər:  anomaliya,  geokimya,  karbohidrogen  qazları,  gaz  planaalması,  seysmik 

kəşfiyyat 

 

Torpaqaltı çöküntülərdə qaz sahələrinin əmələ gəlməsi haqqında müxtəlif 



fikirlər  mövcuddur.  Bəzi  tədqiqatçılar  neft-qaz  yataqlarından  karbohidrogen-

lərin  miqrasiyası  hesabına  torpaqaltı  çöküntülərdə  qaz  sahələri  və  ya  anoma-

liyalarının əmələ gəlməsinin mümkünlüyünü inkar edirlər. Onlar bu qaz ano-

maliyalarının  torpaqaltı  təbəqələrdə  üzvi  maddələrin  çürüməsi,  mikro-bioloji 

proseslər və s. amillərin hesabına yaranmasını iddia edirlər.  

V.A. Sokolov 1930-

cu ildə torpaq və torpaqaltı çöküntülərdəki qazların 

tərkibinin neft-qaz yataqlarının qazlarının tərkibindən fərqləndiyini qeyd edə-

rək, bununla qaz-geokimyəvi üsulun əsasını qoymuşdur [1]. 

Qaz-


geokimyəvi üsulun nəzəri əsasını neft-qaz yataqlarından qalxan qaz 

axınının  torpaqaltı  çöküntülərdə  anomaliya  zonaları  yaratması  təşkil  edir.  Bu  

da  Yerin  təkinin  neft-qazlılıq  perspektivliyinin  qiymətləndirilməsi  üçün  ax-

tarış-kəşfiyyat işləri ilə birlikdə istifadə olunur.       

98 



Qaz-

geokimyəvi tədqiqat üsullarının neft-qaz yataqlarının axtarışında 90 

ilə yaxın dövr ərzində tətbiq olunmasına baxmayaraq, hal-hazırda da bu üsulun 

nəzəri və təcrübi əsasları diskussiya obyekti olaraq qalır. 

Lakin    son  illər  dünya  üzrə  qaz-geokimyəvi  üsullar  daha  geniş  tətbiq 

edilir. 2000-

ci  ilin  oktyabr  ayında Sankt-Peterburqda  Rusiya  Geologiyasının 

300 illiyi ilə əlaqədar keçirilmiş elmi-praktik geoloji konfransın materiallarında 

A.A.Borkoyski  və  S.P.Veresinin  məqaləsində  neft  və  qazın  axtarış  texnolo-

giyasının əsas iki üsulu – geokimyəvi planaalma və seysmik kəşfiyyatı özündə 

birləşdirdiyi  qeyd  olunur.  Belə  ki,  əvvəlcə  tədqiq  edilən  ərazidə  torpaq  və 

torpaqaltı çöküntülər üzrə geokimyəvi planaalma aparılır, onun nəticələri işlə-

nilir, neft-

qazlılıq  perspektivliyi  qiymətləndirilir    və    müsbət  nəticələr  əldə 

o

lunduqda həmin sahələrdə seysmik kəşfiyyat işlərinə başlanılır. 



Qeyd  edilən  texnologiyanın  tətbiqi  axtarış-kəşfiyyat  işlərinin  ümumi 

dəyərini  20-30  %  aşağı  salmaqla,  eyni  zamanda  onların  effektivliyini  artırır. 

Geokimyəvi planaalmanın dəyəri seysmik kəşfiyyat işlərinin dəyərindən 10-50 

dəfə azdır. 

 2000-

ci  ildə  ABŞ-da  M.Xalsın  rəhbərliyi  altında  “Geokimyəvi  kəşfiy-



yata  rəhbərlik”  adlı  vəsaitin  VII  tomunda  Kaliforniya,  Texas,  Virciniya  ştat-

larının bəzi hövzələrində aparılmış qaz-geokimyəvi işlərdən bəhs edilir. Burada 

ağır karbohidrogenlərin torpaq və torpaqaltı çöküntülərlə deyil, yalnız yataqla 

əlaqədar olduğu əsaslandırılır. 

Aparılmış  geokimyəvi  işlərin  effektivliyinin  təhlili  göstərmişdir  ki, 

geokimyəvi  tədqiqatların  nəticələri  üzrə  lokal  obyektlərin  perspektivliyi 

haqqında mənfi nəticələr 100%, müsbət nəticələr isə 60-80% təsdiq olunur. 

Azərbaycan  Milli  Elmlər  Akademiyası  Geologiya  və  Geofizika  İnsti-

tutunun “Neft və qaz yataqlarının genezisi və əmələgəlməsi” şöbəsində, Aşağı 

Kür çökəkliyinin cənub-qərb qanadında, Muğan monoklinalı ərazisində qeyri-

antiklinal  neft  və  qaz  yataqlarının  axtarışı  üzrə  qaz-geokimyəvi  tədqiqatlar 

aparılmışdır. Bu məqsədlə, 51profil üzrə, dərinliyi 2m-ə qədər olan 1000-dən 

çox quyudan torpaqaltı qaz nümunəsi götürülmüşdür. 

Nümu


nələrin karbohidrogen komponentləri üzrə analizi göstərmişdir ki, 

metan,  etan,  propan,  butanın,  eləcə  də  pentan  və  heksanın  cəminin konsen-

trasiyası  Styudent  və  Fişer  kriteriyaları  ilə  təsdiq  olunan  fon  və  anomaliya 

qiymətləri ilə xarakterizə edilir. 

Torpa

qaltı çöküntülərdəki karbohidrogen qaz anomaliyalarının əmələgəl-



mə məsələləri haqqında təsəvvürlərin diskussiyalı olduğunu nəzərə alaraq, bu 

anomaliyaların təbiətinin öyrənilməsi məqsədilə aşağıdakı işlər aparılmışdır: 

 

qazların kimyəvi analizinin statistik işlənməsi



 

neft-



qaz  yataqlarının  qazları  ilə  torpaqaltı  çöküntü  qazlarının  kimyəvi 

t

ərkibinin müqayisəsi; 



 

qaz sah



ələri yerləşən süxurların geokimyəvi xüsusiyyətlərinin (litologi-

ya, mikro-  v

ə makroelementlərin, bitum və üzvi maddələrin miqdarı) öyrənil-

m

əsi; 



99 


– 

torpaqaltı  çöküntülərdə  karbohidrogen  qazlarının  generasiya imkan-

larının öyrənilməsi üzrə eksperiment;       

 



karbohidrogen  qaz  anomaliyaları  ərazisində  Yerin  təkinin geoloji  qu-

ruluş xüsusiyyətləri. 

Torpaqaltı  çöküntülərin  karbohidrogen  qazlarının  tədqiqi  onların  tər-

kibində metandan heksana qədər (heksan daxil olmaqla) bütün komponentlərin 

iştirakını  göstərmişdir.  Qurulmuş  histoqramlara  əsasən  karbohidrogen  qazla-

rının fon göstəricisi onların normal paylanma əyrisinə, karbohidrogenlərin daha 

yüksək konsentrasiyaları isə qazların bimodullu və çoxmodullu paylanmasına 

uyğun  gəlir.  Belə  ki,  histoqram  və  xəritələrə  əsasən  CH

4

 

qazı  üçün  fon gös-



təricisi    0-5·10

-4 


%,  anomaliya  göstəricisi    >5·10

-4

 



%,  yəni  5,1-91,5·10

-4 


%;  

C

2



H

6

+C



3

H

8



+iC

4

H



10

+nC


4

H

10 



qrupu  üçün  fon  göstəricisi  0-1,1·10

-4 


%, 

anomaliya 

göstəricisi 

>1,1·10


-4

 

%, 



yəni 

1,2-387,9·10

-4

 

%;  



iC

5

H



12

+nC


5

H

12



+iC

6

H



14

+nC


6

H

14 



qrupu  üçün  fon  göstəricisi  0-10·10

-4

%, 



anomaliya göstəricisi isə >10 ·10

-4

 



%,  yəni 10,6-5535,6·10

-4

 



% təşkil edir. 

Karbohidrogen  qazları  üzrə  müəyyən  edilmiş  anomaliya  zonalarının 

qiymətləndirilməsi  üçün  Styudent  və  Fişer  kriteriyaları  hesablanmışdır.  Bu 

kriteriyalar analizin nəticələrinin 3 variant üzrə seçimi üçün hesablanmışdır. 

Hesablamalardan  alınan  məlumatlardan  görünür  ki,  Styudent  və  Fişer 

kriteriyalarının  miqdarı  mütləq  qiymətlərdən  bir  neçə  dəfə  artıqdır.  Yəni 

Muğan monoklinalının ümumi fonu üzrə karbohidrogen qazlarının göstəriciləri 

çox  kiçik  qiymətlərə  malik  olduğu  halda,  anomaliya  zonaları  daxilində  bu 

qiy

mətlər çox böyükdür. 



Torpaqaltı  çöküntülərin  karbohidrogen  qazlarının  faktiki  qiymətlərinin 

analizinin statistik işlənməsindən alınan məlumata əsasən, onların birmodullu 

və  çoxmodullu  paylanması,  öyrənilən  karbohidrogen  qaz  sahələrinin  əmələ 

gəlməsinin bir neçə mənbə ilə əlaqədar olduğunu göstərir. 

Mənbələrdən  biri  Muğan  monoklinalının  ümumi  sahəsinin  fon    kon-

sentrasiyasını,  o  biri  mənbə  isə  anomaliya  zonalarındakı  karbohidrogen 

qazlarının konsentrasiyasını müəyyən edir. 

Fikrimizcə,  sahənin  fon  konsentrasiyası  torpaqaltı  çöküntülərin  üzvi 

maddələri  və  dərinlikdəki  süxurlardan  qalxan  karbohidrogen  qazlarının  fon 

axını  hesabına  formalaşır.  Qaz  geokimyəvi  anomaliya  sahələri  isə  güman 

edilən neft-qaz yataqlarından qalxan qaz axınları hesabına əmələ gəlir. 

Torpa


qaltı  çöküntülərin  qazları  ilə  neft-qaz  yataqlarının  qazlarının 

kimyəvi tərkibinin müqayisəsi aparılmışdır. 

Məlumdur  ki,  Muğan  monoklinalı  Kürovdağ-Neftçala  antiklinal  zonası 

yaxınlığında yerləşir. Buna görə də Muğan monoklinalının torpaqaltı qazlarının 

tərkibi  Kürovdağ,  Neftçala,  Qarabağlı  neft  yataqlarının    qazlarının  tərkibi  ilə 

müqayisə edilmişdir. 

Müəyyən edilmişdir ki, Muğan monoklinalı torpaqaltı qazlarının tərkibi 

qeyd  edilən  yataqların  qazlarına  xas  olan  qanunauyğunluq  üzrə  dəyişir.  Bu 

qazlar  miqdarca  fərqli  olsalar  da,  karbohidrogen  komponentlərinin  faizi  və 

100 



onların  Muğan  monoklinalının  torpaqaltı  çöküntülərində  nisbətinə  görə  neft-

qaz yataqları ilə müqayisə edilə bilər. Muğan monoklinalında müəyyən edilən 

ağır karbohidrogen qazlarının yüksək konsentrasiyaları, torpaqaltı çöküntülərdə 

əmələ gələn qazlardan xeyli dərəcədə fərqlənirlər ki, bu da onların dərinliklə 

əlaqədar olduğunu, başqa sözlə, mənbəyinin dərinlikdə olmasını bir daha təsdiq 

edir. 


Qaz  sahələri  yerləşən  süxurların  geokimyəvi  xüsusiyyətləri  öyrənil-

mi

şdir. Tədqiq edilən karbohidrogen qaz sahəsi yerləşən süxurların xüsusiyyət-



ləri müxtəlif ola bilən müasir Dördüncü dövr çöküntüləridir ki, bu da müəyyən 

dərəcədə  qaz  sahəsinin  strukturuna  təsir  edir.  Buna  görə  də  qaz  sahəsinin 

yerləşdiyi  süxurların  əsas  xüsusiyyətlərini  nəzərdən  keçirmək  məqsədəuy-

ğundur.  Güman  edilir  ki,  əgər  öyrənilən  karbohidrogen  qazları  torpaqaltı  çö-

küntülərdə  əmələ  gəlmişsə,  onların  tərkibindəki  fərq  onları  əmələ  gətirən 

süxurların  müxtəlifliyindən  asılı  olmalıdır.  Bununla  əlaqədar  olaraq    qaz 

sahələri yerləşən süxurların geokimyəvi xüsusiyyətləri öyrənilmişdir. Bu məq-

sədlə süxurların litoloji, bitum, mikro- və makroelement tərkibi öyrənilmişdir. 

Süxur  nümunələrinin  qranulometrik  analizinin  nəticəsinə  görə  onların 

tərkibində  < 0,01;  0,01-0,05;  0,05-0,1;  0,1-0,25 və  > 0,25 fraksiyaları iştirak 

edir.  Belə  tərkib  həm  qaz  anomaliyaları,  həm  də  fon  göstəriciləri  müəyyən 

edilən  sahələr  üzrə  müşahidə  olunur.  Bu  da    anomal  qaz  sahələri  yerləşən 

süxurların  tərkibinin  fon  göstəriciləri  müşahidə  edilən  süxurların  tərkibi  ilə 

eyni olduğunu göstərir. 

Anomaliya 

və  fon  göstəriciləri  ilə  xarakterizə  olunan  süxurların  bitum 

tərkibi öyrənilmişdir. Müəyyən olunmuşdur ki, süxur nümunələrində qatranlı, 

yağlı,  yağlı-qatranlı  və  qatranlı-asfaltlı  bitumlar  iştirak  edir.  Bu  bitumların 

süxur nümunələrində miqdarının öyrənilməsi nəticəsində – qaz anomaliyaları, 

eləcə  də  fon  göstəriciləri  aşkar  edilən  sahələr  üzrə  süxurların  tərkibinin  eyni  

bitum tərkibi ilə xarakterizə olunduğu müəyyən edilmişdir. 

Son  zamanlar  neftin  əmələ  gəlməsi  və  onun  miqrasiyası  məsələlərinin 

tədqiqində  mikro- və makroelementlərin öyrənilməsi məqsədəuyğun sayılır. Bu 

məqsədlə  süxurların  tərkibindəki  mikro-  və  makroelementlər  rentgen-spektral 

üsulla analiz edilmişdir. Süxur nümunələri  tərkibində  Pb, Cr, Ti, Mn, Ca, Ni, Ba, 

Mo, V, Cu, Zr, Vb, Sc, Co, Sr elementlərinin  miqdarı təyin edilmişdir. 

Nümunələrinin  tərkibində  həm də  aşağıdakı makroelementlər müəyyən 

edilmişdir: Na

2

O, MgO, Al



2

O

3



, SiO

2

, P



2

O

5



, K

2

O, CaO, TiO



2

, MnO, Fe

2

O

3



.

 

Tədqiq  edilən  süxurlardakı  mikro-  və  makroelementlərin  miqdarı 



A.P.Vinoqradova  və  F.Klarka  görə  çökmə  süxurlarda  eyniadlı  elementlərın 

orta  qiymətləri  məlumatları  ilə  müqayisə  edilmişdir  [2].  Müəyyən  edilmişdir 

ki,  həm  qaz  anomaliyası,  həm  də  fon  göstəriciləri  ilə  xarakterizə  olunan  sü-

xurların  mikro-  və  makroelement  tərkibi  eyni  olub,  A.P.Vinoqradova  və 

F.Klarka görə cədvəldəki qiymətlərə uyğun gəlir. 

Süxurların  geokimyəvi  xüsusiyyətlərinin  öyrənilməsi  qaz  anomaliyaları 

sahələri yerləşən süxurların, fon göstəriciləri ilə xarakterizə edilən süxurlardan 

101 



fərqlənmədiyini,  başqa  sözlə,  geokimyəvi  xüsusiyyətlərinin  eyni  olmasını 

göstərmişdir.  Bu  da  öyrənilən  karbohidrogen  qaz  sahələrinin  mənşəyinin 

torpaqaltı çöküntülərlə deyil, dərinliklə əlaqədar olduğunu göstərir. 

Muğan  monoklinalının  torpaqaltı  çöküntülərində  karbohidrogen  qazla-

rının  generasiya  imkanlarının  öyrənilməsi  üzrə  eksperiment  aparılmışdır.  Bu 

məqsədlə  uzunmüddətli  saxlanma  ərzində  torpaqaltı  süxurların  qaz  tərkibinin 

dəyişməsi öyrənilmişdir. 

Seçilmiş poliqonlar üzrə üç quyunun hər birindən yarımlitrlik bankalarda 

nümunə  götürülmüşdür.  Bu  germetik  götürülmüş  nümunələrin  birindən  elə 



həmin gün, o biri nümunələrdən isə 3 aydan bir (deqazasiya vasitəsilə) qaz nü-

munəsi  götürülmüşdür.  Qazsızlaşdırma  prosesi  deqazator  vasitəsilə  aparıldı-

ğından, nümunələrə atmosfer havasının daxil olması istisna edilir. 

Qaz  nümunələri  xromatoqraflarda  karbohidrogen  komponentləri  üzrə 

analiz  edilərək,  1  il 2  ay  müddətində  hər  quyu  üzrə  həmin  qaz  nümunələri 

öyrənilmişdir. 

Zaman  keçdikcə  analiz  edilmiş  qazın  hər  üç  nümunəsinin  dəyişməsi 

oxşar  xarakterlidir.  Bir  ildən  çox  saxlanma  müddətində  götürülmüş  bütün 

nümunələr üzrə 5-ci nümunədə karbohidrogen komponentlərinin (təxminən 1-

ci 


nümunə  səviyyəsində)  konsentrasiyası  xeyli  azdır.  Karbohidrogen  kompo-

nentlərinin həcmcə miqdarını hesablayıb, qazın mümkün olan generasiyasının 

maksimal həcminin 19,7 sm

3

 / kq 



olduğu müəyyən edilmişdir. 

Bu göstərici Muğan monoklinalının torpaqaltı çöküntülərində aşkar edil-

miş  karbohidrogen  qaz  sahəsini  təmin  edə  bilməz.  Həm  də  təxminən  bir  il 

müddətində  bütün  nümunələrdə  generasiya  olunan  karbohidrogen  qazlarının 

həcminin  artıb-azalması  belə  bir  nəticəyə  gəlməyə  imkan  verir  ki,  bunlar 

Muğan  monoklinalında  karbohidrogen  qaz  sahəsinin  mövcudluğunu,  hətta 

müasir Dördüncü dövr zamanı belə təmin edə bilməzdi. 

Muğan  monoklinalı  hüdudunda  torpaqaltı  karbohidrogen  qaz  sahəsinin 

xüsusiyyətləri Yer dərinliyinin geofiziki (seysmik) və geoloji xüsusiyyətləri ilə 

müqayisə edilmişdir. 

Tədqiq edilən rayonun ərazisində müəyyən edilmiş nisbətən iri (A,B,V) 

karbohidrogen  qaz  anomaliya    sahələrinin  seysmik  kəşfiyyat  məlumatlarına 

əsasən  Pliosen  dövrünün    Məhsuldar  qat  horizontları  üçün  qurulmuş  struktur 

xəritələrlə  müqayisəsi  göstərdi  ki,  onlar  Məhsuldar  qat  çöküntülərinin  alt 

horizontlarının  pazlaşma zonalarına uyğun gəlirlər. Qeyd edilən qaz anomaliya 

sahələri şimal-qərbdən cənub-şərqə doğru, Məhsuldar qat süxurlarının qalxımı 

üzrə yuxarı qalxmış, çoxsaylı qumlu horizontların pazlaşma zonaları boyunca 

yerləşirlər. Bundan əlavə, onlar pazlaşmış horizontların körfəzəbənzər əyilmə 

əmələ  gətirərək,  qabarıq  tərəfi  süxurların  regional  qalxımı  üzrə    yuxarı 

yönəlmiş sahələrinə uyğun gəlirlər. Süxurların bu formada yatımı neft və qaz 

yataqlarının  əmələ  gəlməsi  mümkün  olan  stratiqrafik  və  litoloji  tələlərin 

yaranmasına  səbəb  olur.  Müəyyən  edilmiş  geokimyəvi  zonaların  hər  biri 

müvafiq tələlərdən birinə uyğun gəlir (şəkil1). 

102 



Bunlar şimal-qərbdən cənub-şərqə doğru aşağıdakı zona və tələlərdir: 

A zonası – Həşimxanlı, B zonası – Sərxanbəyli, V – zonası isə Şorsulu 

tələsinə uyğun gəlir. 

 

Şək. 1. Muğan monoklinalı üzrə struktur xəritə (geokimyəvi anomaliyalarla birlikdə) 



1-

 

MQ-

ın dabanı üzrə izoxətlər;  2- pazlaşmış seysmik horizontlar; 

     3- 

karbohidrogen qazlarının anomaliya zonaları;  4- dərin quyular

 

Beləliklə,  karbohidrogen  qaz  anomaliyaları  zonalarının  coğrafi  olaraq 



geoloji-

geofiziki xüsusiyyətlər ilə uyğun gəlməsi müəyyən edilmişdir. 

Aydındır  ki,  geokimyəvi  və  geoloji-geofiziki  məlumatların  üst-üstə 

düşməsi təsadüfi deyil. Bunlar qeyd edilən  struktur  tələlərdə karbohidrogen 

yataqlarının əmələ gəlməsi və onlardan karbohidrogen qazlarının axınla yuxarı 

qalxması onların diffuziyası ilə əlaqədardır. 



 

Nəticə 

Aşağı  Kür  Çökəkliyinin    cənub-qərb  qanadında  aparılmış  tədqiqatlar 

Yerin  təkinin  neft-qazlılıq  perspektivliyinin  qiymətləndirilməsi  üçün  qaz-

geokimyəvi  üsulların  axtarış-kəşfiyyat  işləri  ilə  birlikdə  istifadə  olunmasının 

vacibliyini bir daha təsdiq etdi. Geokimyəvi planaalmanın tətbiqi neft və qaz 

axtarışı işlərinin maliyyə dəyərini aşağı salmaqla yanaşı, aparılan tədqiqatların 

effektivliyi

ni xeyli artırır. 

Ümumiyyətlə,  neft-qazlılıq  perspektivliyi  kifayət  qədər  öyrənilməmiş 

rayonların  tədqiqində  ilk  növbədə  qaz  planaalmasının,  daha  sonra  isə  onun 

nəticəsindən  asılı  olaraq  seysmik  kəşfiyyat  işlərinin  aparılması  məqsədəuy-

ğundur. 


     

 

 

103 



ƏDƏBİYYAT 

1.

 



Соколов В.А. Геохимия газов земной коры и атмосферы. М.: Недра, 1966, 301с.  

2.

 



Войткевич  Г.В.,  Кокин  А.В.,  Мирошников  А.Е.,  Прохоров  В.Г.  Справочник  по 

геохимии. М.: Недра,1990, 480 c.  

3.

 

Дадашов  Ф.Г.,  Mамедова  П.А.,  Алекперов  Е.Ф.  Муганская  моноклиналь.  Баку: 



Нафта-пресс, 2006, 183с.  

 

О РАЦИОНАЛЬНОСТИ ПРИМЕНЕНИЯ ГАЗО-ГЕОХИМИЧЕСКИХ МЕТОДОВ 



В ОБЛАСТЯХ С МАЛОИЗУЧЕННОЙ НЕФТЕГАЗОНОСНОСТЬЮ 

 

Р.А.МАМЕДОВА 

 

РЕЗЮМЕ 

 

Применение  газо-геохимических  методов  исследований  при  поисках  месторож-

дений нефти  и газа на сегодняшний день продолжают оставаться объектом дискуссий, 

связанных  как  с  их  теоретическими  основами,  так  и  использованием  на  практике.  Не-

смотря на дискуссионность проблемы, в последнее время работы с использованием раз-

личных методов газовой съемки ведутся во многих странах мира. 

В  статье,  на  базе  проведенных  исследований  в  пределах  юго-западного  борта 

Нижне-Куринской  впадины,  изучена  общая  геохимическая  характеристика  газо-

вмещающих пород и экспериментально дана количественная оценка возможности гене-

рации углеводородных газов в подпочвенных отложениях и обоснована географическая 

приуроченность площадных газовых аномалий к установленным сейсморазведкой неан-

тиклинальным ловушкам.  

 

Ключевые слова: аномалия, геохимия, углеводородные газы, газосъемка, сейсмо-

разведка 

 

ABOUT EFFICIENCY OF APPLICATION OF GAS-GEOCHEMICAL 

METHODS IN AREAS WITH POORLY STUDIED OIL AND GAS CONTENT 

 

P.A.MAMMADOVA 

 

SUMMARY 

 

Application of gas-geochemical research methods in investigation of oil and gas occur-

rences related to theoretical principles as well as practical usage of these methods are continu-

ing to be a discussion object today. However, different methods of gas survey are widely used 

in a lot of countries recently.  

In the article,  on the basis of  the  investigations within the south-western flank of the 

Lower Kura depression,  general geochemical characteristics of gas-bearing rocks are studied 

and quantitative appraisal of hydrocarbon gas generation opportunities in subsoil sediments is 

defined experimentally and geographical correspondence of areal gas anomalies to the non-

anticlinal traps discovered by seismic survey is justified. 



 

Key words: anomaly, geochemistry, hydrocarbon gas, planning, seismic investigation.  

 

Redaksiyaya daxil oldu: 12.10.2015-ci il 

Çapa imzalandı: 05.02.2016-cı il 

 

 

104 

Yüklə 76,77 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə