Baki universitetiNİn xəBƏRLƏRİ №4 Təbiət elmləri seriyası



Yüklə 51,67 Kb.
Pdf görüntüsü
tarix30.04.2018
ölçüsü51,67 Kb.
#40646


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4 

 

  Təbiət elmləri seriyası 

 

  2010 

 

 

 

 

GƏDƏBƏY RAYONU ƏRAZİSİNDƏ YAYILMIŞ QARAMTIL  

DAĞ-ÇƏMƏN TORPAQLARININ BİOEKOLOJİ XÜSUSİYYƏTLƏRİ 

 

Z.R.MƏMMƏDOV 

Bakı Dövlət Universiteti 

zam81@mail.ru

 

Düşünülməmiş antropogen təsirlər və təbii ekoloji tarazlığın pozulması, kənd təsərrüfatı 

və  təbii biogeosenozlaraltı torpaqların deqradasiyasına, o cümlədən torpaqda humusun mi-

nerallaşmasına səbəb olmuşdur. Bu baxımdan qeyd olunanlarla əlaqədar olaraq qaramtıl 

dağ-çəmən torpaqlarında baş verən mənfi proseslərlə yanaşı, eroziya prosesinin torpağın əsas 

münbitlik göstəricisi olan humusa və digər parametrlərə təsiri nəticəsində mənfi istiqamətdə 

dəyişkənliklər diqqəti daha çox cəlb edir. 

Aparılan tədqiqatlardan belə bir nəticəyə  gəlmək olar ki, tədqiq olunan ərazidə örüş 

altında istifadə olunan topraqların əksəriyyəti daha çox eroziyaya məruz qalmışdır. 

 

Azərbaycan uzun illərdən bəri  əkinçilik və köçəri maldarlıq ilə  məşğul olan 



qədim kənd təsərrüfatı ölkələrindəndir. Deməli, insanlar çox qədim zamanlardan 

başlayaraq ətraf mühitə təsir göstərir. Uzun əsrlər boy davam etmiş bu təsir respub-

likamızın müasir torpaq və bitki örtüyündə, bir sözlə desək təbii landşaft komplekslə-

rində dərin izlər buraxmışdır. Belə ki, son zamanlar müəyyən edilmişdir ki, respub-

likamızda insanın təsərrüfat fəaliyyətinin təsiri nəticəsində meşələrin yuxarı  sərhədi 

böyük dəyişikliyə  uğramışdır. Yəni meşənin təbii sərhədi hər yerdə antropogen 

amillərin təsiri nəticəsində pozulmuş  və  aşağı salınmışdır. Meşənin müasir yuxarı 

sərhədi respublikamızın dağlıq rayonlarında orta hesabla 1000-2000 m hündürlükdən 

keçir [1].  

Qeyd edilən hündürlüklərdə yüksək gövdəli məhsuldar meşələr çəmənlərlə əvəz 

olunur. Deməli, bu onu göstərir ki, ilkin təbii landşaftlar bir çox hallarda ikincili land-

şaftlarla əvəz olunmuş və ya insanlar tərəfindən tamamilə dəyişdirilərək aqrolandşaft-

lara çevrilmişdir. Ümumiyyətlə, insanın ətraf mühitə kortəbii müdaxiləsi təbii landşaft 

komplekslərinin və  əsasən onun bir ünsürü olan torpaq örtüyünün deqradasiyasına 

gətirib çıxarır. Bu proses hal-hazırda da davam edir [1]. 

Ətraf mühitin, o cümlədən torpaq örtüyünün mühafizəsi ayrı-ayrı dövlətlərin 

milli sərhədlərini aşaraq mühüm qlobal problemə çevrilmişdir. Düşünülməmiş antro-

pogen təsirlər və  təbii ekoloji tarazlığın pozulması, kənd təsərrüfatı  və  təbii biogeo-

senozlaraltı torpaqların deqradasiyasına, o cümlədən torpaqda humusun minerallaş-

masına, turşuluğun və yaxud qələviliyin artmasına, profil boyunca duzların toplan-

masına və digər arzu olunmayan mənfi hallara gətirib çıxarmışdır. Bütün bunlar 

torpaqların tərkibinin pisləşməsinə  və bir sıra hallarda istifadə üçün yararsız hala 

düşməsinə səbəb olmuşdur. 

 

 



69


 

Tədqiqat obiyekti və metodikası 

Müasir dövrdə təbii və antropogen amillərin torpaq örtüyünə göstərdiyi təsirlər 

və bu səbəbdən torpağın münbitlik göstəricilərinin (fiziki, fiziki - kimyəvi və kimyəvi 

xassələrinin) dəyişkənliyinin daim pisləşməsi və münbitliyin aşağı düşməsi, bununla 

əlaqədar onun bərpası  və artırılması  məsələsi mühüm nəzəri və elmi-təcrübi 

əhəmiyyət kəsb edir. 

Torpaq üzərində ekoloji nəzarətin təşkili insan fəaliyyətinin torpağa mənfi təsi-

rinin vaxtında aşkar edilməsinə və qiymətləndirilməsinə, münbitliyin qorunmasına və 

artırılmasına xidmət edir.  

Respublikamızda zəngin təbii landşaft kompleksiəri və özünəməxsus biogeose-

nozlara malik regionlarından biri də Kiçik Qafqaz vilayətidir.  Ərazinin mürəkkəb 

relyef, iqlim, bitki və torpaq örtüyü və bu təbii komponentlərin yüksəklikdən aslı 

olaraq yaratdığı  təbii meşə, alp və subalp çəmən və  çəmən-çöl biogeosenozları 

zaman-zaman insanın təsərrüfat fəaliyyətinin təsirinə məruz qalaraq öz areallarını və 

təbii-tarixi strukturunu dəyişmiş  və transformasiyaya məruz qalmışdır. Bu proses 

bizim tədqiqat obiyektimiz olan Kiçik Qafqazın şimal-şərq yamacında daha intensiv 

getmisdir. Həmçinin bu, zonanın  əksər  ərazilərinin parçalanması ilə  səciyyələnir. 

Parçalanmış  ərazilərdə, meylli yamaclarda səthi axının şiddətlənməsi eroziya prose-

sinin intensivləşməsinə və arealının genişlənməsinə səbəb olur [2]. 

Tədqiqat zamanı  ərazidə yayılan torpaq tiplərinin müxtəlif və mürəkkəb təbii 

və antropogen təsirlərə məruz qaldığı müşahidə edilmişdir. Bütün qeyd olunan mənfi 

proseslərin təsir etməsi fonunda öz potensial münbitliyini müəyyən qədər itirən 

torpaqlar sırasında qaramtıl dağ-çəmən torpaqları diqqəti daha çox cəlb edir. 

Bu torpaqlar subalp çəmənləri torpaqlarının aşağı hissəsini əhatə edir. Təsvir 

edilən torpaqların yayıldığı  ərazilərin aşağı  sərhədi  ərazinin oroqrafiyası, 

geomorfoloji və iqlim şəraitindən aslı olaraq böyük intervalda tərəddüd edir. Kiçik 

Qafqazda isə bir qədər də yüksəkdən, 2000-2100 m- dən keçir. 

Qaramtıl dağ-çəmən torpaqlarının yayıldığı  ərazilər üçün relyefin daha sakit 

formaları səciyyəvidir. Kiçik Qafqazda bu torpaqlar Murovdağ, Mıxtökən silsiləsinin 

şimal-şərq yamaclarında, Qarabağ yaylasının cənub-şərq hissəsində, əsasən az meylli 

düzən səthlərində, yaylayabənzər sahələrdə, yüksək qədim çay terraslarında inkişaf 

edərək yayılmışdır [3]. 

Qaramtıl dağ-çəmən torpaqlarında çim qatı eroziya prosesinə qarşı olduqca 

davamlı olur, çim qatından aşağıdakı alt qatlar isə yuyulmaya daha tez məruz qalır 

[4]. 

Təsvir edilən torpaq tipi əsasən yuyucu rejim şəraitində əhəngdaşı, əhəngdaşı 



qumlucalar və karbonatlı gillicələrin aşınma qabığı üzərində formalaşır. Kalsium 

karbonatla zəngin süxurların üzərində yayıldığı üçün bu torpaqların profilində 

karbonatlar ayrı-ayrı ocaqlar şəklində yayılır, yaxud illüvial B horizontunda ağ 

karbonat ləkələri müşahidə edilir. Bu əlamət qaramtıl dağ-çəmən torpaqları dağlıq 

landşaftın nisbətən daha quraq rejimində inkişaf edən çəmən-bozqır torpaqlarından 

fərqləndirən əsas diaqnostik göstərici kimi səciyyələndirir. 

 Qaramtıl dağ-çəmən torpaqların yayıldığı ərazilərin bitki örtüyü taxılkimilərin 

də yaxşı  təmsil olunduğu hündürboylu subalp çəmənlərindən ibarətdir. Zəngin ot 

bitkilərinin, xüsusilə  cır yulaf və nazikgövdə kimi çimyaradan bitkilərin inkişafı 

qalın çim qatının yaranması üçün əlverişli  şərait yaradır. Onu da qeyd etmək 

 

70



lazımdır ki, qaramtıl dağ-çəmən torpaqların çim qatı çimli dağ-çəmən torpaqların 

çim qatından müəyyən qədər fərqlənir [3].  

 Canlı bitki kökləri 30-35 sm-dək dərinliyə daxil olaraq maddələrin daha fəal 

mübadiləsi və çim qatında kül elementlərinin daha çox toplanması üçün əlverişli 

şərait yaradır. 

Bitki örtüyü daha gur və  sıx inkişaf etdiyi üçün qaramtıl dağ-çəmən torpaq-

ların yayıldığı  ərazilərdə ümumi fitokütlənin miqdarı çimli dağ-çəmən torpaqların 

yayıldığı sahələrə nisbətən yüksəkdir (391- 489 t/ha). Bitkilərin yeraltı kütləsi 

yerüstü kütlədən 10- 11 dəfə çoxdur. 

 Bioiqlim şəraiti ilə əlaqədar olaraq göstərilən torpaqların yayıldığı ərazilərdə 

humnifikasiya prosesi daha qənaətbəxş  şəkildə gedir. Torpaq səthinə daxil olan 

töküntülərin  əsas hissəsi sürətlə parçalanır və bu səbəbdəndir ki, səthdə döşənək 

əmələ gəlmir. Burada bioloji dövranın intensivlik əmsalı 0,6-0,8 təşkil edir. 

Qaramtıl dağ-çəmən torpaqlar müxtəlif genetik horizontların aydın seçildiyi 

tam inkişaf etmiş profilə malik olması ilə səciyyələnir [3]. 

 

Təhlil və müzakirə 

Bütün qeyd olunanlarla əlaqədar olaraq qaramtıl dağ-çəmən torpaqlarında baş 

verən mənfi proseslərlə yanaşı, eroziya prosesinin torpağın əsas münbitlik göstəricisi 

olan humusa və digər parametrlərə təsiri nəticəsində  mənfi istiqamətdə dəyişkənlik 

aşağıdakı cədvəllərdə daha aydın verilmişdir.  

Cədvəl 1 

Qaramtıl dağ-çəmən torpaqların bəzi morfoloji və flziki-kimyəvi göstəriciləri  

(Q.Ş.Məmmədova görə, 2007) 

 

Cədvəl 2 



Qaramtıl dağ-çəmən torpaqların bəzi flziki-kimyəvi göstəriciləri 

(Gədəbəy rayonu ərazisində)  

Fiziki-kimyəvi göstəricilər 

 

Qatlar 


üzrə, sm 

Humus, 


%-lə 

Azot, 


%-lə 

Udma tutumu, 

m-ekv 

<0.001, 

%-lə 


<0.01, 

%-lə 


pH Eroziyaya 

uğrama 


dərəcəsi 

kəsim 1-1 

0-20 7,40 0,49 47,39  10,53 

40,22 

7,5 


0-50 6,76 0,46 44,07  13,62 

42,86 


7,5 

 



kəsim 1-2 

0-20 5,50 0,38 56,29  14,86 

43,86 

7,4 


0-50 5,10 0,35 54,07  17,17 

46,35 


7,4 

 



kəsim 1-3 

0-20 6,10 0,42 51,45  9,30 

40,45 

7,1 


0-50 5,36 0,37 51,19  13,76 

43,25 


7,2 

 

Morfoloji və fiziki-kimyəvi göstəricilər 

 

Genetik qatlar 



Qalınlıq, sm 

Humus, 


Azot, 


Udma tutumu, 

m-ekv 

<0,001, 

<0,01, 



pH 

A

c



9,2 

11,2 


0,78 

50,88 


8,88 

6,4 



A

1

14,2 



8,07 

0,48 


36,42 

17,79 


52,40  6,6 

A

2



16,4 

5,48 


0,41 

45,04 


22,92 

56,79  6,4 

AB 

17,3 


2,68 

0,28 


37,01 

19,09 


53,54  6,0 

20,2 



1,53 

0,11 


38,73 

21,21 


58,19  6,2 







 

71



Cədvəllərdə verilmiş fiziki-kimyəvi göstəricilərin orta qiyməti ±5%-dən çox 

olmamışdır.  

Belə ki, təsvir edilən torpaqların birinci cədvələ  əsasən yuxarı qatında 

humusun miqdarı 11,2 - 5,48% təşkil etdiyi halda, ikinci cədvələ görə eroziyaya 

zəif dərəcədə uğramış torpaqda isə 7,40 - 5,10% nisbətində dəyişir. Buna müvafiq 

olaraq azot 0,78 - 0,41%, eroziyaya uğramışda isə 0,49 - 0,35%, uyğun olaraq 

udma tutumu 50,88 - 45,04 m-ekv, eroziyaya uğramışda 56,29 – 44,07 m-ekv 

nisbətində  tərəddüd edir. O cümlədən < 0.001 mm hissəciklərin miqdarı 8,88 – 

22,92%, eroziyaya uğramışda 9,30 – 17,17% və < 0.01 mm hissəciklər isə 52,40 – 

56,79% olduğu halda eroziyaya uğramışda 40,22 – 46,35% olmuşdur. Həmçinin 

pH 6,4 – 6,6, eroziyaya uğramışda isə 7,1 – 7,5-ə qədər dəyişmişdir. 

Qeyd etmək lazımdır ki, aqroistehsalat baxımından qaramtıl dağ-çəmən 

torpaqlar yüksək məhsuldar yay otlaq sahələrinə aid edilir və əsasən örüş və biçənək 

sahəsi kimi istifadə olunur.  

Aparılan tədqiqatlardan belə bir nəticəyə gəlmək olar ki, tədqiq olunan ərazidə 

örüş altında istifadə olunan topraqların  əksəriyyəti daha çox eroziyaya məruz 

qalmışdır. Gələcəkdə bu prosesin intensivləşməsinin qarşısını almaq üçün həmin 

ərazilərdə otarma normasının sistemləşdirilməsi, hər hektara düşən mal-qaranın sayı 

optimallaşdırılmalı və yerli şəraitə uyğun olan çoxillik ot bitkilərinin qarışıq səpininin 

aparılması məsləhət görülür. 

Odur ki, bu torpaqların hazırkı dövrdə ekoloji qiymətləndirilməsi zamanı 

antropogen təsirin nəzərə alınması  məqsədəuyğun hesab edilməlidir. Həmçinin 

eroziya prosesinə yol verməmək üçün torpaqların fiziki-coğrafi  şəraitinə uyğun 

tədbirlərin həyata keçirilməsi zəruridir.

 

 

 



ƏDƏBİYYAT 

1.

 



Məmmədov Q. Ş. Azərbaycanın torpaq ehtiyatlarından səmərəli istifadənin sosial-iqtisadi 

və ekoloji əsasları. Bakı: Elm, 2007, 854 s. 

2.

 

Məmmədov Q. Ş. Torpaqşünaslıq və torpaq coğrafiyasının əsasları. Bakı: Elm, 2007, 664 s. 



3.

 

Ələkbərov K.Ə. Azərbaycanda Torpaq eroziyası və onunla mübarizə. Bakı: ASEA, 1961. 



218 s.  

4.

 



Салаев М.Э. Почвы Mалого Kавказа. Баку: 1966, 330 c. 

 

 



БИОЭКОЛОГИЧЕСКАЯ ХАРАКТЕРИСТИКА ГОРНО-ЛУГОВЫХ 

ЧЕРНОЗЕМОВИДНЫХ ПОЧВ, РАСПРОСТРАНЕННЫХ НА ТЕРРИТОРИИ 

ГЯДАБЕKСКОГО РАЙОНА 

 

З.Р.МАМЕДОВ 

 

РЕЗЮМЕ 

 

 Необдуманные  антропогенные  воздействия  и  нарушение  природно-экологичес-



кого равновесия привели к деградации сельскохозяйственных земель и почв естествен-

ных биогеоценозов, в том числе к минерализации почвенного гумуса, повышению кис-

лотности или щелочности, накоплению солей по профилю и другим нежелательным от-

рицательным процессам.  

В связи с вышеуказанным, наряду с отрицательными процессами, происходящи-

ми  в  горно-луговых черноземовидных  почвах,  большое внимание привлекают  измене-

ния в отрицательном направлении, наблюдающиеся в результате воздействия эрозион-

 

72




ного процесса на основной параметр плодородия почвы – гумус и другие параметры.  

Так, согласно таблице № 1 количество гумуса в верхнем слое описываемых почв 

составляет 11,2 - 5,48 %, при этом по таблице № 2 в почвах слабо подверженных эрозии 

его  количество  уменьшается  до 7,40 -5,10 %. В  соответствии  с  этим  количество  азота 

колеблется в пределах 0,78 -0,41 %, а в эродированных почвах – 0,49-0,35 %.  

Из  проведенных  исследований  можно  сделать  вывод,  что  большей  эрозии  на 

исследуемой территории подверглись земли, используемые под пастбища. 

 

THE BIOECOLOGICAL CHARACTERISTICS OF MOUNTAIN - MEADOW LIKE 



BLACK SOIL IN THE TERRITORY OF GADABAY REGION 

 

Z.R.MAMMADOV  

 

SUMMARY

 

 

Rash anthropogenous influences and infringement of natural-ecological equilibrium 



have led to the degradation of the agricultural grounds and soil of natural biogeocenosis, inclu-

ding the mineralization of soil humus, increase of acidity or alkaline reaction,  accumulation 

of salts on the structure and other undesirable negative processes.  

In connection with the above-stated, alongside with the negative processes occuring in moun-

tain – meadow like black soil, negative changes such as humus and others observed as a result of 

influence of the erosive process on the key parameter of fertility of ground call great attention.  

So, according to Table 1 the amount of humus on the top of the described soil makes 

11,2 - 5,48 %, while due to Table 2 in soils poorly subjected to erosion its amount decreases 

up to 7,40-5,10 %. According to it, the amount of nitrogen changes within the limits of 0,78-

0,41 %, and in erosive soil - 0,49-0,35 %.  

The conducted researches allow to draw such a conclusion, that the grounds used under 

pastures have undergone  the greater erosion in the researched territory. 



 

 

73



Yüklə 51,67 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə