Baki universitetiNİn xəBƏRLƏRİ №4



Yüklə 124,87 Kb.
Pdf görüntüsü
tarix08.04.2018
ölçüsü124,87 Kb.
#36707


 

119 


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4   

 

 

Təbiət elmləri seriyası 

 

 

2013 

 

 

 

 

UOT 552.5 

 

CƏNUBİ XƏZƏRİN MƏHSULDAR QAT KƏSİLİŞİNDƏ 

TURB

İDİTLƏRİN YAYILMASI 

 

R.E.RÜSTƏMOVA 

Bakı Dövlət Universiteti 

rubabe.rustamova@gmail.com 

 

Turbiditlər  kəskin  enişliyə  malik  kontinental  yamaclı  dərin  dənizlər  üçün  xarakterik 



çöküntülərdir. Məhz belə hövzələrin kontinental yamacında böyük miqyasda konyonlar əmələ 

gəlir  və  onların  nəhəng  atılma  konusunda  qalın  laylı  turbidit  sistemləri  yaranır.  Turbidit 

axınları  nəticəsində dənizin dərin guşəsində  sakit  şəraitdə  çökmə prosesində  qradasiya  laylı 

teksturaya malik qumlu sistemlər yaranır. Turbiditlərin quruluşu göstərir ki, onların nəql Ге-

ması və dərin dənizlərdə çökdürülməsi vahid bir proseslə tənzim olunur. Genetik əlamətlərinə 

görə  turbiditlərin  kəsilişdə  inandırıcı  ayırd  edilməsi  onlarla  bir  pargenezisdə  rast  gəlmiş 

çöküntülərin fasial tiplərinin təyin edilməsində reper rolunu oynaya bilər. 

İndiki  dövrdə  turbidit  nəzəriyyəsinin  dərin  dəniz  qumlu  sistemlərin  əmələ  gəlməsində 

tətbiqi  dərin  dəniz  hövzələrində  yeni  neftli-qazlı  tələ  və  yataqların  açılması  üçün  əlverişli 

imkanlar yar

adır.  

 

Açar sözlər: Cənubi Xəzər , məhsuldar qat çöküntüləri, turbidit, qumlu sistemlər 

 

Turbidit  qumlu  sistemlərin  məhsuldar  qatın  quruda,  ələlxüsus,  dəniz 



kəsilişlərində  aşkar  olunması  artıq  sübut  olunmuş  faktdır  və  demək  olar  ki, 

tədqiqatçılar  arasında  kəskin  mübahisə  yaratmır.  Turbidit  qum  sistemləri 

Azərbaycan  tədqiqatçıları  üçün  yeni  termin  və  məfhum  olduğundan  bu 

baxımdan  məsələnin  qoyuluşu  haqqında  bir  sıra  ilkin  məlumatların  verilməsi 

məqsədəuyğun olardı [1; 2; 3; 7, 44-55; 8, 64-71 ]. 

Turbidit ax

ınları  nəzəriyyəsinin  meydana  çıxmasından  qabaq,  hələ  XX 

əsrin  ortalarında  tədqiqatçı  geoloqların  əksər  hissəsi  belə  hesab  edirdi  ki,  gil 

süxurları dərin dəniz şəraitində əmələ gəlmişlər [2; 3, 25-36; 4, 16-24]. Qum-

lar,  qumdaşları  və  konqlomeratlar isə,  şübhəsiz dayaz  dənizlərin,  körfəzlərin, 

deltaların məhsuludurlar. Onların çökmə süxur kəsilişlərində olması kontinen-

tal çökmə şəraitinin olmasından xəbər verir. 

1948-

ci  ildə  N.B.Vassoyeviç  fliş  qatlarında  qum  daşlarının  gillər  ilə 



növbələşməsini, ancaq bir tektonik mövqedən – geosinklinal zonalarda şaquli 


 

120 


hərəkətlərin  nəticələri  və  aşınma  sahələrinin  tektonik  assimilyasiyaları  (qalx-

ması) ilə əlaqələndirirdi [6, 34-56]. 

Turbidit  nəzəriyyəsinin meydana  çıxmasında  və  işlənməsində  amerikalı 

tədqiqatçılardan  Kyunenin  müstəsna  rolu  olmuşdur.  Kyunen  bu  nəzəriyyəni 

yaratmamışdan  əvvəl  müasir  dərin  dənizlərin  kontinental  yamacında  baş 

vermiş  geoloji  hadisələri  diqqətlə  öyrənərək  göstərmişdir  ki,  dərin  dənizlərin 

kontinental  yamacında  çöküntülərin  ağırlığının  və  qravitasiyanın  təsirindən 

suspenziya axınları əmələ gəlir. Belə axınların kontinental yamacda fəaliyyəti 

iki  cür  təsnif  oluna  bilər  –  effoziya  və  nəql  etmə.  Suspenzoid  axınlarının 

effozi


yası  nəticəsində  kontinental  yamacda  konyonlar  və  kanallar  meydana 

çıxır.  Daha  sonra  turbidit  axınları  qravitasiya  qüvvələrinin  təsiri  altında 

yamacın aşağısına doğru sürətlə hərəkət edərək, nisbətən durulur (sıxlığı 1,0-

1,05 q/sm

3

) və hövzənin sahəsində qeyri-dinamik şəraitdə alevritləri, xırda qum 



hissəciklərini çökdürür. 

Sonrak


ı müşahidələr göstərdi ki, turbidit axınlarının sıxlığı daha yüksək 

ola  bilər  (1,5-2,0 q/sm

3

)  və  onlar  dənizin  abissal  düzənliklərinə  daha  kobud 



dənəli  qırıntılı  material  gətirməyə  qadirdirlər.  Turbidit  axınları  nəticəsində 

dənizin dərin guşəsində sakit şəraitdə çökmə nəticəsində qradasiya laylı tekstu-

raya malik qumlu sistemlər yaranır. 

Əldə  edilmiş  müşahidələri  Kyunen  yekunlaşdıraraq  1949-cu  ildə  Lon-

donda Beynəlxalq geoloji konqresdə təqdim etdi və orada dinləyicilərin böyük 

rəğbətini qazandı. 

Bundan sonr

a  Maklinori  Piriney  dağlarının  təbaşir  yaşlı  fliş  qatının  ilk 

dəfə turbidit axınlarının məhsulu olduğunu irəli sürdü. 

Sonrakı illərdə Apennin dağlarında və Alplarda təbaşir və eosen flişinin 

turbidit  axınlarının  məhsulu  olduğu  sübut  olundu.  Volker  Kyunenin  turbidit 

nəzəriyyəsinə  qiymət  verərək  göstərmişdir  ki,  turbidit  nəzəriyyəsi  müasir  se-

dimentologiyada  inqilab  rolunu  oynadı  və  tədqiqatçıların  qədim  dərin  dəniz 

çöküntülərinə  marağını  xeyli  artırdı  və  göstərdi  ki,  tektonik  hərəkətlərin  fliş 

qatlarının əmələ gəlməsində rolu olduqca cüzidir. 

Sualtı sürüşmə proseslərinin xarakteristikası. Sualtı sürüşmə əməliy-

yatı  zamanı  çöküntülərin  böyük  kütlələr  şəklində  dərin  dənizə  nəql  olunması 

prosesinin  mexanizmi  indiyə  qədər  yaxşı  aydınlaşdırılmamış,  indiyə  kimi 

ədəbiyyatda mübahisəli məsələ kimi qalmaqdadır. 

İlkin  müşahidələr  göstərdi  ki,  sürüşmə  prosesi  yumşaq  çöküntülərdən 

təşkil  olunmuş  sualtı  yamacda  baş  verir.  Ancaq  dəniz  çöküntülərini  itələyən 

qüvvələrin  miqdarının  öyrənilməsi  göstərdi  ki,  onların  şiddətli  yığılma  sahə-

sində  (delta,  avandelta  və  konyonların  yuxarı  qidalanan  hissəsi)  sürüşmələri 

məhdudiyyət təşkil edirlər. Eyni zamanda onlar göstərdilər ki, sürüşmə adətən 

sabit yumşaq yamacda baş verir və buna proqressiv sürüşmə deyilir. Yumşaq 

çöküntülər böyük enişə malik yamacdan sürüşərsə, sabit yamacda mövcud olan 

çöküntülərin ümumi sürüşmədə iştirakı nəzərə alınmır. 




 

121 


Proqressiv  uçmanın  sürüşmə  uçma  müstəvisi  boyu  yamac  üzrə  aşağıya 

hərəkəti enmə təzyiqi nəticəsində baş verir və itələmə qüvvəsinin təsirini həmin 

istiqamətdə azaldır. 

Sonrakı  müşahidələr  göstərdi  ki,  sualtı  sürüşmə  dərin  dənizlərin  konti-

nentin yamacında tapılmış yumşaq çöküntülərin vaxtaşırı sürüşməsi, uçması ilə 

əlaqədardır. Sürüşmə nəticəsində hərəkətə gəlmiş çöküntülərin həcmi 100 km

3

-

lə xarakterizə olunur (cədvəl 2). 



İrimiqyaslı sürüşmələr sualtı zəlzələlərin nəticəsində baş verir. Məsələn, 

Sakit okeanın Böyük Bankaqer adasında baş vermiş Rixter şkalası üzrə 12 bal 

gücündə zəlzələ nəticəsində nəhəng sürüşmə örtüklərinin üstəgəlmələri qədim 

qat


ların terrigen kəsilişlərində əks olunmuşdur. Burada sürüşmə məhsullarının 

həcmi 10 km

3

-

ə çatır. 



Volkerə  görə  müasir  dənizlərdə  sualtı  sürüşmələrin  xarakteristikası 

cədvəl 1-də verilmişdir. 

Cədvəl 1

 

Sualtı sürüşmənin adı 



Yamacın 

meyilliyi

 

Sürüşən 


kütlənin həcmi, 

m

3



 

Çöküntülərin 

orta qalınlığı 

Çöküntülərin 

maksimal 

qalınlığı 

Maqdalena çayının deltası 

2

0



 

3x10


8

 

20



 

60

 



Missisipi çayının deltası 

0,5


0

 

4x10



7

 

10



 

20

 



Fidci adasının qubası 

3

0



 

1,5x10


8

 

30



 

100


 

Saqami Van

 

11

0



 

7x10


10

 



 

 



Skripka konyonu

 

6



0

-8

0



 

10

4



-10

8

 



4

 

8



 

Kidnapers bankası 

1

0

-4



0

 

8x10



9

 

25



 

50

 



Qrand bankası 

3

0



 

7,5x10


11

 

350



 

 



Alyaska Valdez

 

6



0

 

7,5x10



7

 



 

 



Yuxarı sürüşmə rukkol 

2

0



 

30x10


11

 

266



 

332 


 

V.F.Frolov tərəfindən qədim çöküntülərdə müxtəlif yaşlı və litoloji tər-

kibli turbidit sistemləri (arxey dövründən müasir dövrədək; karbonatlı, silisitli, 

qırıntı kvars və qrauvakk tərkibli, vulkanitlər, tefroidlər və s.) aşkar edilmiş və 

onların ətraflı təsviri verilmişdir. 

Turbiditlərin  quruluşu  göstərir  ki,  onların  nəql  olunması  və  dərin 

dənizlərdə çökdürülməsi vahid bir proseslə tənzim olunur. 

Genetik əlamətlərinə görə turbiditlərin kəsilişdə inandırıcı ayırd edilməsi 

onlarla  bir  pargenezisdə  rast  gəlmiş  çöküntülərin  fasial  tiplərinin  təyin  edil-

məsində reper rolunu oynaya bilər. 

Ümumiyyətlə, turbiditlər kəskin enişliyə malik kontinental yamaclı kot-

lovin tipli dərin dənizlər üçün xarakterik çöküntülərdir. Məhz belə hövzələrin 

kontinental  yamacında  böyük  miqyasda  konyonlar  əmələ  gəlir  və  onların 

nəhəng atılma konusunda qalın laylı turbidit sistemləri yaranır. 



Turbidite current  - 

turbiditli,  bulanıq,  suspenziyaya  oxşar  cərəyanlara 

deyilir.  Turbidit  cərəyanları  yuxarıda  qeyd  etdiyimiz  kimi,  hətta müasir göl 

hövzələrində  müşahidə  olunmuşlar.  Ehtimal  olunur  ki,  kontinental  yamacda 

mövcud olan nəhəng konyonlar belə cərəyanların məhsuludur. Bunların mey-



 

122 


dana çıxması bir sıra səbəblərlə əlaqədardır: enişli yamacda yumşaq çöküntü-

lərin  sürüşməsi,  sunamilər,  sualtı  zəlzələlər,  tektonik  hərəkətlər,  çöküntülərin 

şelfdə yığılmasının böyük sürəti, çay sularının asılı hissəciklərlə zəngin və sıx 

olması  və  sonuncunun  sıxlığı  dəniz  suyunun  sıxlığından  artıq  olduqda  və  s. 

Çox vaxt turbiditlərin mürəkkəb quruluşu hər dəfə baş vermiş turbidit axınla-

rının yüksək sıxlığı ilə (1,5-1,8 q/sm

3

) izah olunur. Yəni çoxlaylılıq, qradasiya 



la

ylı tekstura, horizontal laylı teksturanın dominant rolu, sürüşmə teksturaları, 

layın  dabanında  relyef  işarələri,  layın  tavanında  ixnitomitlərin  olması  və 

onların plankton foraminiferaların qalıqları və tuflarla bir yerdə paragenezisdə 

müşahidə  olunması  və  s.  turbidit  axınlarının  mürəkkəb  quruluşunu  özlərində 

əks etdirirlər [11, 12]. 



Turbidity fun - 

turbidit axımlarının atılma konuslarına deyilir və onların 

dərin dənizə açılan hissəsi adətən yelpiyə oxşayır. 

Turbidity flow  - 

bulanıq,  suspenziyaya  oxşar  axım. Kontinental yamac 

boyu aşağıya doğru böyük sürətlə hərəkət edən asılı hissəciklərlə doydurulmuş 

sıx dilşəkilli axım formalarına deyilir. 

Məhsuldar  qat  çöküntülərində  dərin  dəniz  qumlu  sistemlərin  – 

turbiditlərin yayılması haqqında yeni dəlillər [9, 10, 11]. 

İndiki dövrdə turbidit nəzəriyyəsinin dərin dəniz qumlu sistemlərin əmələ 

gəlməsində  tətbiqi  dərin  dəniz  hövzələrində  yeni  neftli,  qazlı  tələlərin, 

yataqların  açılması  üçün  əlverişli  imkanlar  yaradır.  Bununla  yanaşı  turbidit 

nəzəriyyəsi  müxtəlif  yaşlı  və  quruluşlu  fliş  qatlarının  mənşəyinin  və 

paleocoğrafi  şəraitinin  aydınlaşdırılmasında,  kontinental  yamacda  şelfin  alt 

hissəsi  ilə  və  yaxud  avandelta  ilə  qidalanan  konyonların  olması,  dərin 

dənizlərin  tektonik  həyatında  tez-tez  dəniz  zəlzələlərinin  olması  və  s. 

məsələlərin  izahında,  rekonstruksiyasında  müstəsna  əhəmiyyət  kəsb  edir  [12, 

14, 15]. 

Bu  baxımdan  qeyd  etmək  lazımdır  ki,  tez  enmək  xüsusiyyətinə  malik 

olan çala tipli dərin dənizlər turbidit sistemlərinin yaranması üçün ən əlverişli 

şəraitə malik olurlar. 

Məhz belə dənizlərin qədim turbidit sistemlərində müxtəlif ölçülü neft-

qaz yataqları açılmışdır (Meksika körfəzi, Kaliforniya körfəzi, Şərqi Braziliya 

çökəkliyi  və  s.).  Son  zamanlarda  Cənubi  Xəzər  MQ  kəsilişində  turbidit 

sistemlərinin  olmasını  bir  sıra  tədqiqatçılar  qeyd  etmişlər  (P.Z.Məmmədov, 

R.M.Xeyrulin, Ç.Steltinq) [13]. 

Çöl  kəsilişlərindən  götürülmüş  nümunələrin  və  dərin  quyu  kern 

materiallarının  makrostrukturunun  öyrənilməsi  əsasında  və  MOQT-nin vaxt 

kəsilişlərində  girintili-çıxıntılı  çəplaylı  klinoformların  olması  və  nahayət, 

Azəri,  Çıraq  və  Kəpəz  neft  yataqlarının  kollektor  və  ekran  süxurlarında  açıq 

yaşıl  qlaukonit  plastinkaların  geniş  yayılması  əsasında  biz  hesab  edirik  ki, 

Cənubi Xəzərin ilk pliosen hövzəsi dərin dəniz kateqoriyasına aiddir [14, 15]. 

Eyni zamanda dəniz yataqlarının məhsuldar qat kəsilişlərində qum, qumdaşı və 

alevrit süxurlarında qradasiya laylı və sürüşmə teksturaların olması məhsuldar 



 

123 


qat hövzəsinin pelagik hissəsində turbidit qum sistemlərinin geniş yayılmasını 

aydın təsdiq edir. 

R.X.Xeyrulin  [6,  8]  məhsuldar  qat  çöküntülərinə  sel  (yığım) 

sedimentasiyası  obyekti  kimi  baxmış  və  çöl  kəsilişlərində  məhsuldar  qat 

süxurlarında  aşkar  olunmuş  qradasiya  və  sualtı  sürüşmə  teksturaları  əsasında 

məhsuldar qat hövzəsinin dərin dəniz hövzəsinə oxşarlığını və burada turbidit 

qumdaşlarının  labüdlüyünü  irəli  sürmüşdür.  Amerika  sedimentoloqu  Çarlz 

Steltiqin  fikrinə  görə  məhsuldar  qat  hövzəsi  Meksika  körfəzinin  miosen-

pliosen hövzələrinə çox oxşayır və burada turbidit dərin qum fasiyasının əmələ 

gəlməsi üçün hər cür şərait vardır [15]. 

Cənubi  Xəzərin  qərb  cinahında  məhsuldar  qat  çöküntülərində  turbi-

ditlərin olması aşağıdakı təhlillə təsdiq olunur: 

1. Hər şeydən əvvəl biz məhsuldar qat çöküntülərinin çöl kəsilişlərində 

və  dərin  quyu  kern  materiallarında  qradasiya  laylı  teksturaya  malik  qumlar, 

qumdaşları  aşkar  etmişik.  Belə  qumdaşları  adətən  gil  layları  üzərinə  kəskin 

sərhədi olan yuyulma müstəvisi üzrə yatırlar. Bu tip qırıntılı laylarda qırıntılı 

hissəciklər layın şaquli müstəvisi üzrə ritmik paylanırlar. Yuxarıda qeyd etdiyi-

miz kimi, layın dabanı onun ilk elementi pis çeşidləşmiş qravelitlərdən təşkil 

olunmuşdur. Sonra şaquli istiqamətdə onları kobud dənəli qumlar, daha sonra 

isə orta və incə dənəli qumlar əvəz edirlər. 

Adətən qırıntılı hissəciklərin layda belə ritmik paylanması, ancaq iki ge-

netik  tip  qırıntılı  süxurlarda  müşahidə  edilir.  Onlardan  birincisi  daha  yaxşı 

öyrənilmiş  allüvial  qum  daşlarıdır.  Belə  qırıntılı  süxurlar,  ancaq kontinental 

şəraitdə  əmələ  gəlir  və  çay  suyunun  axımının  enerji  potensialını  özündə  əks 

etdirir [5]. 

Allüvial  qumdaşlarında  hissəciklərin  ritmik  paylanması  çəp  laylarda  və 

çəp seriyalarda təzahür edir. Belə qumdaşları pis çeşidləşmiş və sementləşmiş 

olur və quruya məxsus bitki qalıqları ilə zəngin olurlar. 

Bunla

rdan fərqli olaraq turbidit qumdaşlarında, ancaq üfüqi laylı tekstura 



müşahidə olunur və onlar əksinə karbonat sement maddəsilə yaxşı sementləş-

miş  olurlar.  Turbidit  qumları  və  qumdaşlarında  bitki  qalıqları  əvəzinə 

foraminiferaların,  molyuskaların  və  krinoidlərin  qalıqlarına,  skeletlərinin 

qırıntılarına rast gəlinir. 

Məhsuldar  qat  çöküntülərində  qradasiya  lay  teksturalı  qumlar  az  qalın-

lıqlı qravelit və mikrokonqlomerat layları ilə növbələşirlər. Bunların paragene-

zində  çəp  və  yelpiyə  oxşar  laylı  qumdaşları  və  həmçinin  sualtı  sürüşmə 

teksturalarına malik qırıntılı süxurlar müşahidə olunurlar. 

2. İkinci, çox vacib fakt qradasiya laylı qumdaşlarının az qalınlıqlı (0,3-

0,5m) konqlomerat layları ilə bir paragenezisdə olmasıdır. Konqlomerat layları 

pis hamarlanm

ış, iti bucaqlı çınqıl və çaqıllardan ibarətdir. Belə yerli material-

dan təşkil olunmuş konqlomerat laylarını ilk dəfə olaraq yamac çöküntülərinə, 

daha d


oğrusu, kontinental yamacda baş vermiş konyon və kanal çöküntülərinə aid 

etmişik. Məhsuldar qat kəsilişlərində yamac çöküntülərin olmasını ilk dəfə geoloji 




 

124 


ədəbiyyatda  P.Z.Məmmədov  (1991)  irəli  sürmüş  və  belə  iridənəli  qravelit–

konqlomera

t laylarının məcmusuna yamac kompleksi adını vermişdir. 

P.Z.Məmmədov seysmik kəşfiyyatın vaxt kəsilişlərində avandelta və ya-

mac  tipli  klinoformların  qarşısında  turbidit  qumlarının  olduğunu  cəsarətlə 

söyləmişdir. Onun fikrinə görə, çökmə süxur qatının uzanmasına əks istiqamət-

də turbidit layları axın formasını kəsb edirlər. Burada, şübhəsiz, müəllif səhvə 

yol verir. Onun vaxt 

kəsilişlərində  təsvir  etdiyi  çöküntülər  əslində  yamac 

çöküntüləridir. Məlumdur ki, turbiditlər dənizin abissal düzənliyində, sakit hi-

drodinamik şəraitdə çökürlər və təbiidir ki, planda onlar sahə ərazi formasını 

kəsb  edirlər.  Bu  baxımdan  onlar  profildə  heç  vaxt  axın  formasını  əks  etdirə 

bilməzlər. 

P.Z.Məmmədov adi turbiditlərlə yanaşı mobil qurşağı hüdudunda əmələ 

gəlmiş qraben-troqu dolduran seysmofasiya ayırd etmişdir ki, sonradan onlara 

seysmoturbidit  adını  vermiş  və  onların  meydana  çıxmasında  katastrofik 

hadisələrin - dəniz zəlzələləri, sunamilər və s. vacibliyini qeyd etmişdir [15]. 

Məhsuldar  qatın  ayrı-ayrı  stratiqrafik  vahidlərinin  mütləq  yaşı,  pliosen 

antropogen  dövründə  ayrı-ayrı  stratiqrafik  vahidlərdə  çöküntülərin  yığılma 

sürəti  haqqında  bizim  yeni  məlumatlarımız  məhsuldar  qat  hövzəsinin  dərin 

dənizə  məxsus  olduğunu  və  orada  turbidit  sistemlərinin  əmələ  gəlməsi  üçün 

əlverişli şərait olduğunu dolayısı yolla təsdiq edir. 

K-

Ar üsulunun məlumatlarından (Qrous, 1996) istifadə edərək məhsuldar 



qat hövz

əsində çöküntülərin yığılma sürətini başqa qədim hövzələrlə müqayisə 

etmək  üçün  Şərqi  Azərbaycanın  pliosen  epoxasının  stratiqrafik  vahidlərinin 

mütləq yaş cədvəlini tərtib etdik.  

Stratiqrafik vahidlər arasındakı fasilələrin yaşı seysmik tədqiqatlar və re-

g

ional  müqayisələr  əsasında  tərtib  edilmişdir  (cədvəl  2).  Cədvəl  Qrousun 



məlumatları və Ç.M.Xəlifəzadənin əlavələri əsasında tərtib olunmuşdur. 

Toplanmış  məlumatlar  əsasında  pliosen,  o  cümlədən  məhsuldar  qatın 

stratiqrafik  vahidlərinin  mütləq  yaşı  bazasında  ayrı-ayrı  stratiqrafik  vahidlər 

ərəfəsində çöküntülərin vahid zamanda yığılma sürətini daha dəqiq təyin etmək 

imkanları əldə edilmişdir [5; 16]. 

Cədvəl 2 



Şərqi Azərbaycanın mezokaynozoy hövzələrində çöküntülərin orta 

sedi

mentasiya sürətləri 

ra



 sa

 



Stra

tiqrafik bölgülərin adları 

Çöküntülərin 

orta qalınlığı, 

m-

lə 


Mütləq 

yaşı, 10


6

 

il



 

Çöküntülərin toplanma 

sürəti, 1000 ildə sm-lə 

1

  Ağcagil 



100.0

 

0.8



 

13

 



2

  Cənubi  Xəzərin  qərb  cinahının 

məhsuldar qatı (MQ) 

5000.0


 

1.95


 

261


 

3

  Abşeron  yarımadasının  MQ 



Abşeron fasiyası 

1800.0


 

1.6


 

110


x

 

4



  Sabunçu-Suraxanı  lay  dəstəsinin 

məhsuldar qatı - Abşeron rayonu 

600

 

0.5



 

25

x



 


 

125 


5

  Aşağı  Kür  çökəkliyinin  MQ 

Sabunçu-

Suraxanı lay dəstəsi 

1000-1500

 

0.5



 

210-290


x

 

6



  Abşeron yarımadasının MQ 

2250


 

2.3


 

97

xx



 

7

  Abşeron-Qobustanın MQ 



3500

 

2.3



 

152


xx

 

8



  Cənub çökəkliyin MQ 

5000


 

1.9


 

260


xxx

 

9



  Pont 

250


 

0.4


 

55

 



10

  Orta və üst Miosen 

2200

 

 



30

 

11



  Maykop lay dəstəsi 

1500


 

 

12



 

12

  Üst Təbaşir 



2300

 

15



 

17

 



13

  Son Bayos 

240

 

2.0



 

12

 



14

  İlkin Bayos (Xınalıq lay dəstəsi) 

850

 

3.0



 

28

 



15

  Son Aalen (Xiv lay dəstəsi) 

450

 

2.0



 

22

 



16

  İlkin Aalen 

1500

 

4.0



 

37

 



17

  Alt Yura 

3500

 

8.0



 

25 


 

Qeyd: 

x



Con Qrouvus və b. məlumatlarına əsasən, 1996; 

xx



T.S.Şahsuvarovun məlu-

matlarına əsasən, 1996; 

xxx



R.M.Xeyrullinin məlumatlarına əsasən, 1996. 



 

Cədvəldən  aydındır  ki,  K-Ar  üsulu  ilə  məhsuldar  qatın  mütləq  yaşı 

1,9x10

6

 



il hesab olunur. Ancaq paleomaqnit müqayisələr və hesablamalar nəti-

cəsində məhsuldar qatın mütləq yaşı 2,3x10

6

 

il alınır (A.V.Məmmədov, 1996). 



Biz öz paleocoğrafi tədqiqatımızda radioaktiv üsulun nəticələrinə böyük üstün-

lük  veririk.  Bu  da  rus  və  Qərbi  Avropa  tədqiqatçılarının  fikirləri  ilə  yaxşı 

uzlaşır.  

Mütləq yaş cədvəlindən aydındır ki, məhsuldar qat çöküntülərinin forma-

laşması üçün təyin olunmuş yaşın 75%-i üst təbəqəsinin çöküntülərinin əmələ 

gəlməsinə sərf olunmuşdur. Çarlz Qrousun məlumatına əsasən məhsuldar qat 

ilə Ağcagil yarusunun hüdudlarında qalmış fasilə 1x10

6

 



il təşkil edir.  

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

Şək. 1.  CXÇ-nin şərq  cinahının pliosen-antropogen qatının  seysmostratiqrafik kəsilişi 

(Fersman-Vebe

r xətti üzrə, P.Z.Məmmədovun məlumatlarına görə, 1997) A

1

,  A



2

 –  avandelta 

fasiyalar

ı; T – turbiditlər; a, b, v–yamac klinoformları elementləri. 

 



 

126 


Bu baxımdan Ağcagil dənizinin tamamilə başqa fiziki-coğrafi, litoloji və 

pa

leontoloji və s. xüsusiyyətlər daşıması heç də təsadüfi deyildir. 



Çıraq yatağında ABƏŞ  tərəfindən 1996-cı ildə qazılmış 1 saylı quyuda 

Balaxanı  lay  dəstəsi  və  fasilə  qatının  kern  materialları  ilə  tanış  olan  zaman 

avandelta,  sualtı  delta  və  şelfin  aşağı  hissəsi  və  turbidit  tipli  qumdaşları  və 

alevrolitləri içərisində tez-tez həmin paragenezlə növbələşən və qalınlığı 0,25-

0,4  m  olan  tünd  rəngli  konqlomerat  layları  aşkar  edilmişdir  (şəkil  2).  Belə 

olistolitə oxşar layları biz ilk dəfə kontinental yamac çöküntülərinə aid etmişik 

(kanyon və kanal çöküntüləri). Çıraq yatağında 1 saylı quyunun Balaxanı lay 

dəstəsinin kəsilişinin fraqmenti şəkil 2-də əyani göstərilmişdir [6, 8]. 

Çıraq  neft  yatağının  kəsilişində  xarakterik  yamac  çöküntülərinin  aşkar 

edilməsi  məhsuldar  qat  hövzəsinin  Balaxanı  əsrində  kontinental  yamacın 

Azəri, Çıraq və Kəpəz paralelindən bir qədər cənubda yerləşdiyinə dəlalət edir. 

Bu fakt özü-

özlüyündə  sübut  edir  ki,  cənub  istiqamətində  hərəkət  etdikcə 

yamacın  çöküntüləri  turbiditlərlə  bir  paragenezisdə  olmalıdır,  daha  sonra, 

cənuba doğru turbidit qum sistemləri yamac çöküntülərini tam əvəz etməli və 

pelagik gillərlə bir paragenezis təşkil etməlidir [1; 4, 56-78]. Bu fikir MOQT-

nin vaxt kəsilişlərində öz təsdiqini tapır və aydın müşahidə olunur (şəkil 1). 

 

  



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şək. 2. «Çıraq» neft-qaz yatağında Balaxanı lay dəstəsi kəsilişinin fraqmentləri 

 

ƏDƏBİYYAT 

1.

 

Rüstəmova  R.E.  Cənubi  Xəzərin  məhsuldar  qat  çöküntülərinin  (fasilə  və  Balaxanı  lay 



dəstələri)  terrigen-mineraloji  əyalətləri  məsələsinə  dair.  Azərbaycanın  neft  təsərrüfatı 

j

urnalı. Bakı, 2001, № 2, s.116-128 



 

 

 



Delta frontunun qumları 

Çəplaylı teksturaya malik kobuddənəli qumdaşları 

Kanal və kanyon fasiyasına məxsus konqlomeratlar 

Orta dənəli qradasiya teksturasına malik turbidit qumdaşları  




 

127 


2.

 

Rüstəmova  R.E.  Cənubi  Xəzərin  məhsuldar  qat  çöküntülərinin  gil  mineralları 



assosiasiyasının  yayılmasının  bəzi  aspektləri.  Azərbaycan  Ali  Texniki  Məktəblərinin 

Xəbərləri, 2001, № 2, s.36-49 

3.

 

Хəlifəzadə Ç.M. Litologiya və fasiya təlimi. Bakı: Maarif, 1982, 256 s. 



4.

 

Акультина  В.П.  Глинистые  минералы  как  показатели  условий  литогенеза.  Наука, 



1976, 210 c. 

5.

 



Алиев  А.И.,  Эфендиева  М.А.  К  стратиграфии  палеогеновых  отложений  Саатлы-

Кюрдамирского массива. Известия НАН Азербайджана, серия наук о Земле, 2001г. 

№1, с.62-68. 

6.

 



Гулиев  И.С.,  Левин  Л.Э.,  Федоров  Д.Л.  Углеводородный  потенциал  Каспийского 

региона (системный анализ). Баку: Nafta-Press, 2003, 127 c. 

7.

 

Керимов  К.М.,  Рахманов  Р.Р.,  Хеиров  М.Б.  Нефтегазоносность  Южно-Каспийской 



впадины. Баку, 2001. 316 с.  

8.

 



Султанов А.Д., Горин В.А. Продуктивная толща западного борта Южно-Каспийской 

впадины. АН Азерб. ССР, Баку, 1963, 168 с.  

9.

 

Халифа-заде Ч.М.,  Мамедов  И.А.  Терригенно-сланцевая  формация юры  восточной 



части Большого Кавказа. НАН, серия наук о Земле, №3. 2003, 54-69.  

10.


 

Халифа-заде Ч.М. и др. Глауконит в промышленных коллекторах ПТ Абшеронского 

архипелага. АНХ, №5, 1996, c.23-36. 

11.


 

Халифа-заде  Ч.М.,  Аббасов  Э.И.  Распространение  смектитов  в  больших  глубинах 

ПТ западного борта Южного Каспия. М. "Литология и полезные ископаемые", 1989, 

№ 2, с. 130-132. 

12.

 

Халифа-заде Ч.М., Рустамова Р.Э. Новые данные о палеогеографических условиях 



образования  продуктивной  толщи  Южного  Каспия.  Депонированная  рукопись  № 

2715-


Аз, АзНИИНТИ, Баку, 2001, c.22-32. 

13.


 

Шихалибейли  Э.Ш.  и  др.  Основные  черты  структурных  возрастных  соотношений 

фундамента и осадочной толщи в ЮКВ. Геолого-геоморфологические исследования 

Каспийского моря, М.: Наука, 1983, с.22-29.  

14.

 

Khalifa-Zade Ch.M., Rustamova R.E. New Data  on the Paleogeographic Model of 



Productive Series Basin on the Bas is of Dissemination of Turbidity Sandy System within 

South Caspian Depression. Proceedings of Azerbaijan National Academy of Sciences. The 

Science of Earth, 2001, No1, p. 84-88.  

15.


 

Khalifa-zade Ch.M., Rustamova R.E. New Data on the Paleogeographic Model of Produc-

tive Series Basin on the basis of  Dissemination  of  Turbidite Sandy System within South 

Caspian Depression

. Proceedings the Sciences of Earth, 2001, № 1, p.13-25 

16.


 

Khalifa-zade Ch.M., Mamedov I.A., Rustamova R.E. About one of the Postsedimentation 

Model  of  Natural Reservoirs in  Productive Series of South caspian. International Confe-

rence on Petroleum Geology and Hydrocarbon Potential of the Caspian and Black Seas 

Region. Extended Abstracts Book, Baku, Azerbaijan, 2002, p.23-24 

 

РАСПРОСТРАНЕНИЕ ТУРБИДИТОВ В РАЗРЕЗЕ ПРОДУКТИВНОЙ ТОЛЩИ 



 

ЮЖНОГО КАСПИЯ 

 

Р.Е.РУСТАМОВА 

 

РЕЗЮМЕ 

 

Турбидиты, характерные отложения для глубоководных морей, имеющих резкий 

континентальный склон. Именно на континентальных склонах таких бассейнов образу-

ются каньоны больших масштабов и в гигантских конусах выноса этих каньонов форми-

руются  толстослоистые  турбидитные  системы.  В  результате  турбидитных  потоков  в 



 

128 


глубоких участках морей в процессе оседания в спокойной обстановке образуются пес-

чаные  системы,  имеющие  градированную  слоистую  текстуру.  Структура  турбидитов 

показывает, что транспорт и осаждение турбидитов в глубоководных морях контроли-

руется единым процессом. По генетическим признакам четкое выделение турбидитов в 

разрезах  при  определении  фациальных  типов  осадков,  встречаемые  в  одной  и  той  же 

парагенезисе с ними может играть роль репера.  

В  настоящее  время  применение  теории  турбидитов  при  образовании  песчаных 

систем создает благоприятные возможности для открытии новых нефтегазоносных ло-

вушек и месторождений в глубоководных морских бассейнах.  

 

Ключевые  слова:  Южный  Каспий,  отложения  продуктивной  толщи,  турбидит, 

песчаные системы  

 

DISTRIBUTION OF TURBIDITES IN PRODUCTIVE LAYER SECTION  

OF THE SOUTH CASPIAN 

 

R.E.RUSTAMOVA 

 

SUMMARY 

 

Turbidites are characteristic sediments for deep seas with sharp continental slopes. On 

continental slopes of such basins large scale canyons are formed and in giant cones of these 

canyons thick layered turbidite systems are created. As a result of turbidite streams, in deepest 

parts of seas sandy systems with  graduated layer textures  are produced  due to the deposition 

process in quiet conditions. The structure of turbidites shows that transport and deposition of 

turbidites in deep seas are controlled by the unified process. The confident allocation of turbi-

dites in sections based on the genetic grounds in determining pricifitation facies types encoun-

tered in the same association with them can play the role of frame.  

At present, application of turbidite theory in the formation of sandy systems provides 

favorable conditions to discover new oil and gas traps and fields in deep sea basins. 

 

Key words: South Caspian, productive layer sediment, turbidite, sandy systems 



 

 

 



 

Redaksiyaya daxil oldu: 27.09.2013-cü il 

Çapa imzalandı: 27.01.2014-cü il 

 

Yüklə 124,87 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə