Baki universitetiNİn xəBƏRLƏRİ №4



Yüklə 38,19 Kb.
Pdf görüntüsü
tarix17.01.2018
ölçüsü38,19 Kb.
#21066


 

61 


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4   

 

 

Təbiət elmləri seriyası 

 

 

2013 

 

 

 

 

UOT 57.  

 

DAVAMLI 

İNKİŞAFIN ƏSAS MƏNBƏLƏRİ 

 

Q.T.MUSTAFAYEV  

Bakı Dövlət Universiteti 

mustafayev@mail.ru 

 

Məqalədə ilk dəfədir ki, cansız və canlı təbiətin qarşılıqlı təkamülü nəticəsində bioloji 

müxtəliflik,  təbii  balans  və  ekoloji  tarazlıqların  formalaşması  və  sonda  davamlı  inkişaf 

yaranması mexanizmi açıqlanır. Davamlı inkişafın əsas mənbələri ilə əlaqədar olan proseslərə 

kompleks qiymət verilir. 

 

Açar sözlər: Cansız təbiət, canlı təbiət, əlaqə formaları, həyat qanunu, biomüxtəliflik, 

ekoloji tarazlıq, davamlı inkişaf 



 

Biologiyada son 25-30 

ildə, həm də ekologiyada bioloji müxtəliflik, təbii 

balans,  ekoloji  tarazlıq  və  davamlı  inkişaf  anlayışları  yerli-yersiz  işlədilir, 

amma  çox  vaxt  mahiyyəti  dərk  edilmir.  Halbu  ki,  davamlı  inkişaf  cansız  və 

canlı  təbiətin  5  milyard  illik  mürəkkəb  təkamül  proseslərinin  nəticəsidir 

(Vernadskiy,  1967).  Cansız  təbiətin  təkamülü  canlı  təbiəti  yaratmış,  canlı 

varlıqların  öz  aralarında  və  cansız  təbiət  ilə  qarşılıqlı  əlaqələri  nəticəsində 

çoxlu birliklər əmələ gəlib. İnkişafın qayəsini birliklərin uğurları təşkil edir, bu 

isə onların miqyasından və uğurlu fəaliyyət müddətindən asılıdır (Mustafayev, 

2012). Birliyin tərkibində özünü qorumağa az vaxt sərf edən fərd yemlənməyə 

ç

ox vaxt ayıra bilir. 



Material və metodika 

Məqalə  nəzəri  xarakterli  olduğu  üçün  onun  əsas  materialını  klassik 

bioloji və ekoloji ədəbiyyat, həm də müəllifin 60 illik təcrübəsi təşkil edir (kəşf 

etdiyi  “biotik  əlaqələrin  üçbucaqlı  və  qoşaxətli  forması  qanunu”,  18 elmi 

konsepsiyası,  təbiətdə  apardığı  monitorinqlər  və  s.).  Metodika  müqayisəli  və 

çoxparametrli  qiymətləndirmədən  ibarətdir.  Birliklərin  əvvəlinə  üstünlük 

verilib.  Bioloji  birliklərdən  ailə,  coğrafi  birliklərdən  isə  sahə  (uçastok) 

populyasiya  səviyyəli  tədqiqatlara  əsaslanaraq  müasir  canlıların  regional 

təkamülündə başlanğıc kimi qəbul edilib. Problemə  müəllifin belə yanaşması 

Rulye-


Seçenovun əsas bioloji qanununa (İoqanzen, 1986) uyğundur.  

 


 

62 


Nəticələr və onların müzakirəsi 

Təbiəti cansız və canlı hissələrə ayırmaq şərti xarakter daşıyır. Bunların 

hər  ikisi  əhalinin  ətraf  mühit  dediyi  məkanın  və  zamanın  tərkib  hissəsidir. 

Canlı təbiət cansız təbiətin təkamülündən əmələ gəlib və onun kiçik hissəsinin 

ciddi  dəyişilmiş  formasıdır  (Şilov,  2001).  Orqanizm  bölünməz  varlıqdır 

(Şvars,1980), onu hissələrə böləndə keyfiyyəti tamam dəyişir. Cansız bir cismi 

nə qədər çox hissəyə bölsək, ən kiçik hissəsi də əvvəlki keyfiyyətini saxlayır. 

Məsələn,  qoyunun  bir  ayağını  kəsib  bədənindən  ayırsaq,  ayaq  olmur,  ət  və 

sümük 

olur. Amma cansız edilmiş həmin ayağı neçə yerə doğrasaq da hər bir 



hissəsi ət və sümük adını doğruldur. 

Həyat  qanunu  5  əlaqə  forması  və  3  mühüm  təbii  proseslə  bağlıdır 

(Mustafayev, 1993; Mustafayev, Su

ltanzadə, 1998). Əlaqə formaları: 1-növlər-

arası, 2-növdaxili, 3-yem əlaqəsi, 4-sahə əlaqəsi, 5-genetik əlaqə; proseslər: a-

maddələr dövranı, b-enerji çevrilməsi, c-reproduksiya (yeni nəsillər verilməsi). 

Əlaqələrin  hamısı  qarşılıqlıdır  (ikitərəfli).  Yem  əlaqəsi  (a)  növlər  arasında 

güclü  inkişaf  edib  (antoqonist  ziddiyyətə  qədər  çatır),  növ  daxilində  isə 

nisbətən  güzəştli rəqabətdir.  Sahə (ərazi)  əlaqəsi  və  genetik  əlaqələr  (b  və  c) 

əksinədir,  növ  daxilində  (fərdlər  arasında)  güclü  inkişaf  edir,  növlər arasında 

isə zəifdir (genetik əlaqə ali heyvan növləri arasında heç yoxdur). 

Canlılar  arasında  mövcud  olan  əlaqələrin  və  proseslərin  analizi  nəti-

cəsində  aşkar  edilmiş  “biotik  əlaqələrin  üçbucaqlı-qoşaxətli  forması  qanunu” 

(Mustafayev,  1993)  qlobal  proseslərlə  qarşılıqlı  əlaqə  şəraitində  genetik  fond 

və  bioloji  müxtəliflik  yaradır.  Genetik  fond  taksonomik  spektr  deməkdir  – 

yarımnövdən tipə qədər (Mustafayev, 2012). Qlobal proseslərə kosmik, geoloji, 

coğrafi,  hidroloji,  aeroloji,  kimyəvi,  ekoloji  və  s.  təsir  formaları  daxildir 

(sxem). 


 


 

63 


Genefond və bioloji müxtəliflik strukturdur. Canlılar arasındakı cüt, ailə, 

sürü,  koloniya,  populyasiya,  müxtəlif  taksonlar,  biosenoz,  ekosistem,  sonda 

biosfer miqyaslı birliklər biomüxtəlifliyin özülüdür. Bioloji müxtəliflik yalnız 

növlərin cəmi deyil, o həm də hər bir növə aid olan fərdlərin sayının tənləşmə 

səviyyəsini  əhatə  edir  (Mustafayev,  1985).  Biosenozda  1-2  növün  kütləvi, 

qalanların  isə  nadir  olması  biomüxtəlifliyin  zənginliyi  deyil,  kasıb  olmasıdır. 

Nadir  növlərin  çoxalması  biosenozun  reqresə  yönəlməsini  göstərir.  Fərdləri 

təxminən bərabər paylanmış növlər nə qədər çox olarsa, biosenoz bir o qədər 

zəngin etiraf edilə bilər (Mustafayev, 2012). 

Nəzərə almaq lazımdır ki, müəyyən ərazidə yaranan biomüxtəlifliyə ətraf 

mühitin  bir  sıra  əlaqə  formaları,  qarşılıqlı  həyat  prosesləri  və  təbii  qanunlar 

təsir edir, eyni vaxtda onlar da 20-yə qədər qlobal proseslərin təsirinə məruz 

qalırlar. Belə bir mürəkkəb çətinlikdən çıxa bilən biomüxtəliflik öz inkişafını 

davam etdirə bilir. İnkişafın növbəti tələbi təbii balansdır. Biomüxtəliflik özü 

ilə  ətraf  mühit  arasında  orqanizm  səviyyəsindən  tutmuş  biosfer  miqyaslı 

əlaqələrə  qədər  proseslər  üzrə  balans  yaradır.  Balans  miqyasından  asılı 

olmayaraq idarə etdiyi canlı sistemlərin müqəddəratını həll edir. Sistemə ətraf 

mühitdən  daxil  olan  və  mənimsənildikdən  sonra  artıqları  ətraf  mühitə 

qaytarılan  maddə  və  enerji  təkamülün  sınağından  çıxmış  balans  tələb  edir. 

Məhz belə bir balans ekoloji tarazlıqla nəticələnir. 

Ekoloji  tarazlıq  canlıların  yaratdığı  birliklərin  komponentləri  arasında 

keyfiyyət və kəmiyyət göstəricilərinin uzunmüddətli balans şəraitində sınaqdan 

çıxması  deməkdir.  Ekoloji  tarazlığı  təmin  olunmuş  canlı  sistemlər  davamlı 

inkişafa nail ola bilərlər. 

Davamlı  inkişaf  rahat,  uğurlu  və  zərərsiz  yaşamaq  yoludur,  maddi  və 

mənəvi  (əhali  üçün)  həyat  resurslarının  fasiləsiz  təmin  olunması  deməkdir. 

Buna  nail  olmağın  bir  yolu  varsa,  o  da  dünyada  ağıllı,  sivil  və  müdrik 

insanların çoxluq təşkil etməsidir. Bizim qənaətimizə görə sivil (mədəni) insan 

özünə və təmasda olduğu canlı-cansız varlıqlara qayğıkeş yanaşmağı bacaran 

şəxslərdir.  Belə  şəxslərin  çoxluq  təşkil  edəcəyi  cəmiyyəti  akademik 

V.İ.Vernadskiy  (1967)  “Noosfer”  adlandırıb.  Bunu  nəzərə  almış  zatialilər 

İlham  Əliyev  tələb  edir  ki,  “biz  iqtisadi  potensialımızı  intellekt  kapitalına 

çevirməliyik”  (Bağırov,  red.  2008).  Müasir  dünya  ölkələrinin  yarışlarından 

yalnız super bilik sahibləri qalib çıxa bilərlər. 



Nəticə. Davamlı inkişafın əsas yolu təkamülün çətin sınaqlarından keçib 

formalaşan canlı aləmin bir cütdən başlamış biosfer səviyyəsinə qədər yaratdığı 

birliklərin  həyat  effektinin  çoxalmasıdır,  istər  təbiətdə  olsun,  istərsə  də 

cəmiyyətdə.  

 

ƏDƏBİYYAT 

1.

 



Bağırov H. İlham Əliyevin uğurlu ekoloji siyasəti // Bakı: Şərq-Qərb, 2008, 399 s. 

2.

 



Əliyeva R.Ə., Mustafayev Q.T. Ekologiya (dərslik). Bakı: Elm, 2012, 431 s. 

3.

 



Mustafayev Q.T. Ekoloji konspekt. 

// Bakı: Ekokomitə, 1993, 204 s. 

4.

 

Mustafayev



 Q.T. 

İnsanın ekologiyası. Bakı: BDU, 1999, 189 s. 




 

64 


5.

 

Mustafayev Q.T., Sultanzadə F.V. Ekologiya sxemlərdə. İstanbul, 1998, 288 s. 



6.

 

Mustafayev Q.T. Azərbaycanda ornitofaunanın taksonomik spektri. Bakı: BDU, 2004, 32 s. 



7.

 

Вернадский  В.И.  Биосфера.  Избранные  труды  по  биогеохимии.  М.:  Мысль,  1967, 



374 с. 

8.

 



Иоганзен Б.Г. Основной биологический закон Рулье-Сеченова. Кемерово, 1986, 24 с. 

9.

 



Мустафаев Г.Т. Птицы наземных экосистем в Азербайджане (АДД). М., МГУ, 1985, 54 с.  

10.


 

Мустафаев Г.Т. Взаимосвязи позвоночных животных и людей. Баку: Элм, 2012, 268 с. 

11.

 

Шварц С.С. Экологические закономерности эволюции. М.: Наука, 1980, 277 с. 



12.

 

Шилов И.А. Экология. М.: Высшая школа, 2011, 512 с. 



 

ОСНОВНЫЕ ИСТОЧНИКИ УСТОЙЧИВОГО РАЗВИТИЯ 

 

Г.Т.МУСТАФАЕВ 

 

РЕЗЮМЕ 

 

В статье приводится формирование устойчивого развития природы и общества в 

результате  эволюционного  взаимодействия  биологических  разнообразий  через 

экологическое равновесие и экологического баланса. Устойчивое развитие оценивается 

как результат комплекса процессов, происходящих взаимосвязано. 

 

Ключевые  слова:  неживая  природа,  живая  природа,  формы  взаимосвязи,  закон 

жизни, биоразнообразие, экологическое равновесие, устойчивое развитие 

 

MAIN SOURCES OF SUSTAINABLE DEVELOPMENT 



 

Q.T.MUSTAFAEV 

 

SUMMARY 

 

This article about the formation of sustainable development of the nature and society in 

result of evolutionary interaction of biological diversity through the ecological balance.  

Sustainable development is evaluated as the results of complex processes which happen 

interrelated.  

 

Key words:  inanimate nature, animate nature, types of relationships, principles of the 

life, biodiversity, ecological balance, sustainable development 

 

 



 

 

Redaksiyaya daxil oldu: 27.09.2013-cü il 



Çapa imzalandı: 27.01.2014-cü il 

 

 

Yüklə 38,19 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə