Baki universitetiNİn xəBƏRLƏRİ



Yüklə 63,79 Kb.
Pdf görüntüsü
tarix26.09.2017
ölçüsü63,79 Kb.
#2223


 

97 


B

AKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№3    

 

Humanitar elmlər seriyası   

 

2013 

 

 

 

 

UOT 338, 425  

 

MONQOL FENOMEN

İ, YOXSA TARİXİ REALLIQLAR 

 

R.



İ.MƏHƏRRƏMOV 

Gəncə Dövlət Universiteti 

rabiteci_22@mail.ru 

 

Məqalə monqol-türk tarixinin tarixşünaslığında hələ də tam həllini tapmayan maraqlı 

bir problemə həsr edilmişdir. 

Müəllif dünyanın iqtisadi və insan potensialına malik böyük bir hissəsinin, müqayisədə 

monqolların az bir qüvvə ilə fəth etməsinin səbəblərini aydınlaşdıraraq, bunun təkcə monqol 

müəmması  (fenomeni)  ilə  deyil,  tarixi  reallıqla  bağlılığını  faktlarla  və  məntiqlə 

arqumentləşdirilmiş şəkildə sübut edir. 

 

A

çar sözlər: monqol, Çingiz xan, müharibə, feodal, köçəri, fenomen 

 

"Monqol 



məsələsinin" öyrənilməsinə başlanandan artıq 300 il keçsə də, 

monqolların  kiçik  bir  qüvvə  ilə  az  qala  dünyanın  yarısını  fəth  etməsinin 

səbəbləri elmdə həllini qismən tapsa da, bu məsələ hələlik tam həll olunmamış 

qalır. 


Tarixi 

ədəbiyyatlarda  belə  bir  fikir  vurğulanır  ki,  necə  oldu  ki,  yarım 

milyondan  bir 

qədər  artıq  (700  minə  yaxın)  sayı  olan  monqollar,  müxtəlif 

tayfalara 

bölündükləri  halda,  qeyri-mütəşəkkil,  hərbi  hazırlıq  keçməmiş, 

təchizatı  olmayan  (dəmir  çatışmırdı)  bir  toplum  özündən  qat-qat  güclü  olan 

xalqlardan 

ibarət  Çini  Hindiçinlə  birlikdə,  Tibet,  İran,  Orta  Asiya  (Qərbi 

Türküstan), 

Qazaxıstan, Ukrayna kimi dövlətləri ələ keçirmiş, Aralıq dənizinə 

çıxmış,  Polşa  və  Macarstandan  keçib,  Adriatik  dənizinə  çata  bilmişdir.  Belə 

hesab  edilir  ki,  bu  hansısa  bir  monqol  möcüzəsinin  nəticəsi,  maldarların 

əkinçilər üzərində qələbəsi idi [1, 123]. 

Məlum  olduğu  kimi,  Avropa  xalqları  çoxdan  Avroasiya  köçəriləri  ilə 

toqquşsalar da, onlar haqqında az bilirdilər və onlarla maraqlanmırdılar. Yeri 

gəlmişkən, köçərilik, bəzi tarixçilərin fikirləşdikləri kimi hər hansı bir etnosun 

xarakterik 

xüsusiyyəti  olmayıb,  onların  yaşadıqları  coğrafi-təbii  şəraitin 

təzahürü idi. 



Haşiyə: alimlər sübut etmişdilər ki, eradan əvvəl II minillikdə Böyük Çin 

səddi qurşağında yerli çöl etnosları hələ oturaq həyat sürürdülər və onlardan bə-




 

98 


ziləri əkinçiliklə və ev heyvandarlığı ilə məşğul idilər. Lakin e.ə. I minilliyin or-

talarında regionda baş verən bərk quraqlıq torpağın məhsuldar münbit qatını er-

roziyaya  (defilyasiyaya) 

uğradaraq əkinçilik üçün yararsız hala salmışdır. Mal-

da

rlığa keçid labüdləşmiş, həm də burada da çətinliklər meydana gəlmişdir. Çün-



ki 

quraqlıq şəraitində otlaqların azlığı mal-qaranı yeni otlaqlara köçürməyə məc-

bur 

etmişdir.  Beləcə,  bu  çöllərdə  təsərrüfat  sistemini  şəraitə  uyğunlaşdırmaq 



vasitəsi kimi, köçəri maldarlığın meydana gəlməsinə səbəb olmuşdur [3, 64]. 

Köçəri  maldarların  tipik  təmsilçiləri  olan  monqollar  XIII  əsrdə  dünya 

tarixi arenasına yenicə qədəm qoysalar da, o dövrki mürəkkəb tarixi proseslər 

burulğanında qurbanlıqdan qaliblərə çevrildilər. Burada belə bir məsələni qeyd 

etmək zərurəti yaranır ki, «tatar-monqol» termini heç də tarixin dərinliklərin-

dən doğan anlayış olmayıb, Rus imperiyasının digər xalqlara qısqanclıq, onları 

aşağılamaq  və  şovinizm  siyasətinin  formalaşdığı  dövrdə  təşəkkül  tapmışdır. 

Gimnaziyalarda, 

məktəblərdə uşaqları onlarla qorxudur, Rusiyanın rahatlığını 

pozan,  bu  «

yırtıcı  qaniçənlər»in  rusun  bədbəxtliklərinin  və  əziyyətlərinin 

baiskarı olduğu qələmə verilirdi. 

Bu 

mənasız cəfəngiyatı ilk dəfə gimnaziya müəllimi R.A.Naumov 1823-



cü 

ildə uydurmuşdur. O həmin dövrdə yazdığı kitabçasında belə bir mühakimə 

yürüdür: «Bütün 

tarixçilər öz aralarında razılaşmışlar ki, bu qəddar işğalçılar 

tatar  deyil,  monqol 

idilər». Naumovda heyrət doğuran bir ideya hasil oldu və 

onları  tatar-monqollar  adlandırdı.  Onun  bu  «məntiqi-elmi  kəşfi»  Peterburqun 

xoşuna gəldi və türklərə yapışdırılan etiket 1823-cü ildən elmi leskikona daxil 

edildi [9, 226]. 

Aşağıdakı faktlara diqqət yetirək. Bu dövrdə Şimali Çində 60 mln. əhali 

ya

şayırdı və hakimiyyət döyüşkən və cəsur mancur xalqının əlində idi. Çinin şi-



mali-

qərbində güclü, zəngin və çoxsaylı əhalisi olan Tanqut və Uyquriya yerlə-

şirdi. Xuanxe və Yantsızı çayları arası kiçik Xuauşuy çayından cənuba, Cənubi 

Çinə  30 mln. əhalinin  daxil olduğu Sun sulaləsi başçılıq edirdi. Deməli, mon-

qollara 

düşmən olan Çin ərazisində 100 mln-a yaxın əhali yaşayırdı [1, 323]. 

Orta Asiyada (

Qərbi Türküstanda) və Şərqi İranda Xarəzm sultanı hökm-

ranlıq  edirdi.  Onun  hakimiyyəti  altında  20  milyon  müsəlman  əhali  yaşayırdı. 

Sultan ordusu 

döyüşkən çölçülərdən və dağlılardan ibarət idi. Bu ölkədə onlara 

müasir 


sivilizasiyanın  yüksəkliyində  duran  iki  ən  böyük  şəhər  yerləşirdi. 

Söhbət öz zənginliyi və cah-cəlalına görə Konstantinopol, Kardova və Cənubi 

Çindəki Xançjoudan qətiyyən geri qalmayan Səmərqənd və Buxaradan gedir. 

O  zaman  bu 

şəhərlər  dünyanın  birinci  beşliyə  daxil  olan  şəhərləri  idi.  Bu 

şəhərlərdən hər birinin özünü müdafiə edə bilən kifayət qədər (60 min nəfər) 

ordusu  var  idi.  Paris,  Venesiya  kimi 

şəhərlər,  haradasa  üçüncü  beşliyə  daxil 

idilər [1, 124]. 

Volqa 


ilə  Karpatlar  arasındakı  Şərqi  Avropada  8  mln.  əhali  yaşayırdı. 

Qafqazın və Suriyanın hərəsində (bir qədər şübhəli də olsa) 5 mln. nəfər əhali 

var idi. 

Yarım milyondan bir qədər çox əhalisi olan monqollar eyni vaxtda üç 




 

99 


istiqamətdə, dünyanın üç tərəfində vuruşmağa başladılar, özü də maraqlıdır ki, 

təkcə döyüşmədilər, həm də qələbə çaldılar [3, 66] 

Doğrudanmı  Monqolustanı  əhatə  edən  xalqlar  bu  qədər  qorxaq,  gücsüz 

idilər ki, monqollar onları əzdi və əsarət altına aldı. Bu xalqlar yəni bu qədər 

fərqində deyildilər ki, monqolların bu işğalları onların məhv edilməsindən və 

istiqlaliyyətinin  yox  edilməsindən  keçir?  Bu  heç  də  belə  deyildir,  yəqin  ki, 

burada 

nə  isə,  hansısa  bir  faktor  (amil)  unudulmuşdur.  Axı,  XIII  əsrdə  nə 



tibet

lilər, nə qıpçaqlar, elə rusların özü də və digər əsarətə məruz qalan xalqlar 

heç 

də  qorxaq  deyildilər.  Görünür  səbəb  açıq  hiss  olunmayan,  mahiyyəti 



aydınlaşdırılmalı  olan,  görünməyən  bir  qatda  gizlənir.  Məhz  ona  görədir  ki, 

XIII 


əsrin ortaları özü sirli kriminal romanı xatırladır. 

Lakin  dövrün 

bəzi  reallıqları  və  Çingiz  xanın  əməli  tədbirləri  bu 

möcüzəni tam olmasa da ağlabatan gerçəkliklərə bir qədər yaxınlaşdırır və ona 

mümkünlük 

payı verir.  

Gəlin,  tarixi  reallıqlara  nəzər  salaq,  onda  görərik  ki,  bu  monqol 

fenomeninin,  onun 

möcüzəni  xatırladan  qələbələrinin  səbəbləri  təkcə  Çingiz 

xanın şəxsi keyfiyyətləri, onun həyata keçirdiyi əməli tədbirlərin nəticəsi de-

yildi. Bu 

məsələləri bir qədər incələsək məlum olur ki, əvvəla, ram edilən hər 

bir 

ölkənin  daxili  problemləri,  həmin  ölkələrdə  vahid  siyasi  mərkəzdən  idarə 



olunan 

dövlət  strukturlarının  olmaması,  bu  zaman  ayrı-ayrı  xırda  dövlətlərə 

parçalanan, 

yəni  feodal  pərakəndəliyi  keçirən  bu  ərazilərdə  ümumi  düşmənə 

qarşı yekdil müqavimət hərəkatı olmamışdır. Məsələn, bu zaman Çində sülalə 

müharibələri gedirdi, Xarəzmşahlar dövlətində şah Məhəmmədlə ölkədə güclü 

nüfuza  malik  olan 

anası Türkan Xatunla dərin ziddiyyətlər və ölkədəki hərbi 

strukturlarla 

şah arasında fikir ayrılıqları mövcud idi. Heç də hərbi hissələrin 

hamısı şah Məhəmmədə tabe olmaq istəmirdi. Rusiya knyazlıqlarına gəldikdə, 

monqollarin 

yürüşü ərəfəsində Kiyev Rusu 14 udel knyazlığına parçalanmışdı 

və bu knyazlıqlar arasında düşmənçilik münasibətləri o qədər dərin idi ki, hətta 

ionqollar  hücum 

edən  zaman  ilk  hücuma  məruz  qalan  Ryazan  knyazlığının 

kömək haqqında digər rus knyazlıqlarına müraciəti belə cavabsız qalmışdı. 

İkincisi,  o  zamankı  monqollar  döyüşkən  köçərilər  idi.  Belə  bir  fikir  də 

mövcud  idi: 

onların  silahları  iti,  atları  sürətli  idi.  Monqolların  özlərindən 

iqtisadi 

cəhətdən  qat-qat  güclü  olan  düşmənlərinə  qalib  gəlməsini  bəzi 

tarixçilər,  monqolların  həddindən  ziyadə  qəddarlıqları  ilə  izah  etməyə 

çalışırlar. Lakin əksər tarixçilər qeyd edirlər ki, XII-XIII əsrlərdə sülhsevərlik 

heç  ye

rdə,  elə  Avropada  da  ləyaqət  hesab  olunmurdu  və  köçəri  monqollar 



qəddarlıqda tamamilə öz zəmanəsinin səviyyəsində idilər və ədalət duyğuların-

dan  heç 

də  məhrum  deyildilər.  Məsələn, 1240-cı  ildə  onlar  Kiyevi  işğal 

edərkən  şəhərin  qızıl  darvazaları  önündə  dayanıb,  Sofiya  məbədinin  və 

bütövlükdə Kiyev şəhərinin bənzərsiz gözəlliyinə valeh olub, şəhəri döyüşsüz 

təslim  etməyi  tələb  etmişdilər.  Hunlar,  avarlar,  çjurçjanlar,  xarəzmlilər,  qıp-

çaqlar, 

səlibçilər  və  digərləri zərrə qədər  də  xeyirxah  deyildilər.  Monqolların 

cəlb  edildiyi  müharibə,  Çingiz  xanın  şəxsi  ağılsızlığının  deyil,  feodal 



 

100 


dövlətlərinin  rəqabəti  və  fəal  etnosların  toqquşmaları  nəticəsində  meydana 

gələn sosial-iqtisadi ziddiyyətlərin məntiqi nəticəsi idi.  

Üçüncüsü, Çingiz xan qanunlar küliyyatı - "Yasa"nın köməyi ilə dövlətin 

idarə  edilməsi  işini  möhkəmləndirdi."Yasa"da  müvafiq  olaraq  Çingiz  xan 

aratlara  bir  onluqdan  digər  onluğa,  bir  yüzlükdən  başqa  yüzlüyə  özbaşına 

getməyi qadağan etmişdi. Məhkəmə işlərinə baxmaq və "Yasa"nın qanunlarına 

uyğun olaraq hökm çıxarmaq üçün dövlət hakimi (carquçi) vəzifəsi təsis edildi. 

Çağdaş  tariximizdə  yüksək  inkişaf  etmiş  ölkələrin  hələ  də  həll  edilməmiş 

problemi kimi, 

həlli örnək ola biləcək oğurluğun və yalanın (aldatmanın) kökü 

kəsildi.  On  min  nəfəri  özündə  birləşdirən  şəxsi  qvardiyasını  yaratdı.  Qvar-

diyaçı-keşikçilər nizam-intizamın pozulmasına görə çox ağır cəzaya məhkum 

edilirdilər. Keşik təkcə Çingiz xanın şəxsi mühafizəsi deyildi, o həm də sıravi 

aratlar-maldarlar 

və ovçular üzərində çöl (səhra) aristokratiyası hakimiyyətinin 

saxlanmasını  təmin  edən  əsas  qüvvə  idi.  Sərkərdələr  və  dövlətin  görkəmli 

mənsəb sahibləri məhz qvardiyadan seçilirdi [6, 53]. 

Dördüncüsü,  Çingiz  xan 

qohumlarını  və  silahdaşlarını  uyğur  əlifbası 

əsasında savadlanmağa məcbur edirdi. Məğlub xalqların görkəmli alimləri və 

mülki-inzibati 

idarəçilik təcrübəsi olan məmurları monqol xanlarının müşavir-

ləri idilər. Məsələn, Çingiz xan Tayan xanı məğlub etdikdən sonra onun yaxın 

məsləhətçisi Tatatunqanı özünə xidmətə götürdü və uşaqlarına uyğur savadını 

öyrətməyi  tapşırdı.  Məşhur  kidan  alimi  Yelyuy-Çutsay  əvvəlcə  Çingiz  xan, 

sonra 


isə  Ugedey  xanın  xidmətində  olmuşdur.  Tarixi  ədəbiyyatlarda  - 

"

İmperiyanı  biz  at  üstündə  oturaraq  qursaq  da,  onu  at  üstündə  oturub  idarə 



etmək mümkün deyildir"- fikrinin Yelyuy-Çutsaya məxsus olduğu qeyd edilir. 

Monqol 


xanları alim insanları qiymətləndirirdilər və onlardan dövlət aparatının 

idarə edilməsində istifadə edirdilər [6, 53]. 

Beşincisi, təbii-tarixi prosesin obyektiv qanunauyğunluğu kimi o zaman-

kı monqolların passionar gərilməsi, yəni etnosun ruh yüksəkliyinin artması on-

ların gücünü qarşılarında duran vəzifələrin həll edilməsi səviyyəsinə qaldırdı. 

Nəhayət,  Çnngiz  xanın  bütün  fütuhatları  onun  yarımvəhşi  tayfanın 

başçısı, qüdrətli döyüşçü və islahatçı olduğu üçün deyil, böyük Asiya qitəsində, 

gələcək  «maarifçi»  avropalıların  vəhşi  heyvan  dərilərində  sərkərdan  dolaş-

dıqları  və  bir-birlərini  daş  baltalarla  qovduqları  bir  zamanda  mövcud  olan 

minillik bir 

mədəniyyətin varisi olduğu üçün mümkün olmuşdu [10, 9]. 

Çingiz 


xanın  fəaliyyəti  o  vaxta  qədər  müsbət  və  mütərəqqi  idi  ki, 

obyektiv  tarixi  proses  monqol 

xalqının  birləşdirilməsi  və  feodal  dövlətinin 

formalaşmasına yönəlmişdi. O öz hakimiyyətinin ilk dövründə, təxminən XIII 

əsrin  ikinci  onilliyinin  başlanğıcına  qədər  məhz  bu  istiqamətdə  hərəkət 

etmi


şdir.  Lakin  sonradan  Çingiz  xan  və  onun  ətrafı  gənc  dövlətin  enerjisini 

işğalçılıq müharibələrinin aparılmasına sərf etdi, nəticədə bu müharibələr ram 

edilmiş  ölkələrin  xalqlarına  ölçüyəgəlməz  əzablar  verdi  və  Monqolustanın 

özünə fəlakət gətirdi... 




 

101 


Çingiz  xan 

və onun silahdaşlarının istilaları monqolların xeyli hissəsini 

ölkə hüdudlarından uzaqlaşdırdı və onlar Monqolustandan uzaqlarda ram edil-

miş xalqlarla sıx əlaqə yaratdılar. Çində, İranda, Orta Asiyada, rus knyazlıqla-

rında, Qafqazda əhali feodal cəmiyyətinin inkişaf etmiş mədəniyyət şəraitində 

yaşayırdılar. Nəticədə monqollarda F. Engelsin yazdıqları baş verdi: "Hər dəfə, 

işğalçı daha zəif mədəniyyətə malik xalq olanda, nəticədə aydın məsələdir ki, 

iqtisadi 

inkişafın  gedişi pozulur  və məhsuldar  qüvvələr  kütləvi  məhv  olmağa 

düçar olur. Lakin uzun 

müddət işğal zamanı daha az mədəni istilaçı çox halda 

əsarət altına alınmış ölkənin daha yüksək "təsərrüfat vəziyyətinə uyğunlaşmağa 

məcbur  olur,  o  (işğalçı)  istila  edilmiş  xalq  tərəfindən  assimilyasiya  edilir  və 

böyük bir 

hissəsi onun dilini mənimsəməyə məcbur olur". 

Çingiz 


xanın işğalçılıq yürüşləri Monqolustanın özü üçün faciəyə çevrildi 

və  onun  inkişafı  bir  neçə  əsr  ləngidi.  Ölkənin  maddi  və  mənəvi  qüvvələri 

fasiləsiz  hərbi  yürüşlərə  cəlb  edildi.  Monqolustan  əhalisinin  xeyli  hissəsini 

itirdi, 


monqolların böyük bir qismi müxtəlif ölkələrə səpələndi və digər xalqla-

rın  içərisində  əridi.  Özgə  ölkələrdən  əldə  edilən  böyük  var-dövlət  sadə  xalqı 

deyil, 

əsasən çingizidləri və hərbi monqol feodallarının hərbi-komanda dairələ-



rini 

varlandırdı. Bu sərvətdən Monqolustana yalnız kiçik bir hissə daxil olurdu, 

bu 

isə ölkənin məhsuldar qüvvələrini canlandırmadı və canlandıra da bilməzdi. 



Çingiz  xan 

və onun varislərinin istilaları aratlara (maldarlara) heç bir iqtisadi 

mənfəət  gətirmədi.  Monqolustan  geridə  qalmış  heyvandarlıq  ölkəsi  olaraq 

qaldı. 


Belə yerdə deyirlər, kiminin əvvəli, kiminin axırı. 

 

ƏDƏBİYYAT 

1.

 

Гумилев Л.Н. Ритмы Евразии. М.: Прогресс, фирма «ПрогрессПангея», «Экопрос». 



199

3, 570 с. 

2.

 

Гумилев Л.Н. Поиски вымышленного царства. М.: Айрис-Пресс, 2009, 1970, 432 с. 



3.

 

Гумилев Л.Н. Люди и природа Великой степи // Вопросы истории, 1973, №11. 



4.

 

Гумилев Л.Н. Хунну. М.: Восточная литература, 1960, 292 с. 



5.

 

Qumilyov L.N. 



Qədim türklər. Bakı: Elm, 1993. 

6.

 



Капица  М.С.  Ещё  раз  о  роли  Чингизхана  в  истории  //  Вопросы  истории.  Москва, 

1988, №7. 

7.

 

Мункуев Н.П. Заметки о древних монголах. В.кн. Татары-монголы в Азии и Европе. 



М.: Наука, 1977, с. 365-366. 

8.

 



История стран зарубежной Азии в средние века. М.: Наука, 1970, 580 с. 

9.

 



Мурад Аджи. Европа. Турки. Великая степь. М.: Мысль, 1993, 331 с. 

10.


 

Александр  Бушков.  Чингизхан.  Неизвестная  Азия.  М:  3АО  «Олма  медиа  Грунн», 

2007, 544 с. 

 



 

102 


МОНГОЛЬСКИЙ ФЕНОМЕН ИЛИ ИСТОРИЧЕСКАЯ РЕАЛЬНОСТЬ 

 

Р.И.МАГЕРРАМОВ 

 

РЕЗЮМЕ 

 

Статья посвящена одной из интересных и актуальных проблем, недостаточно ис-



следованных в развитии истории монголо-тюркским историческим событиям. 

Автор подробно анализирует причины значительных завоеваний монголами с не-

большой  численностью  армии  по  сравнению  с  мировым  экономическим  потенциалом. 

Внося ясность в развитие исторических событий, они логически аргументируют их связь 

не только монгольским феноменом, но исторической реальностью. 

 

Ключевые слова: монгол, Чингиз хан, война, феодал, кочевник, феномен 

 

MONGOLIAN PHENOMENON OR HISTORIC REALITIES 

 

R.I.MAHARRAMOV 

 

SUMMARY 

 

The article is devoted to one of the interesting and actual problems which has not found 



its absolute solution in Mongolian- Turkish historical studies . 

The author thoroughly analyses the causes of Mongolian conquest of the greater part of 

the world which has economies and men potential with minority forces and proves with forci-

ble and logical arguments that it was not connected with Mongolian phenomenon but historical 

realities.  

 

Key words: Mongol, Chingiz khan, war, pheodal, mignatory, phenomenon 

 

 



Yüklə 63,79 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə