Baki universitetiNİn xəBƏRLƏRİ



Yüklə 63,21 Kb.
Pdf görüntüsü
tarix26.09.2017
ölçüsü63,21 Kb.
#1744


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4   

 

Sosial-

siyasi elmlər seriyası   

 

2014 

 

 

 

HÜQUQ 

 

 

UOT 343   

 

HÜQUQ

İ DÖVLƏT ŞƏRAİTİNDƏ AZADLIQDAN MƏHRUMETMƏ 

NÖVÜNDƏ CƏZANIN İCRASINA DAİR MÜLAHİZƏLƏR 

 

F.Y.

SƏMƏNDƏROV 

Bakı Dövlət Universiteti 

 

Hüquqi  dövlət  şəraitində  rejim  qaydalarına  riayət  etməklə  məhkumların  islah-tərbiyə 

işinə cəlb edilməsini yeganə vasitə saymaq olmaz. 

Məhkumlarla islah-tərbiyə işinin aparılması, ictimai faydalı əməyə cəlb etməklə, tərbi-

yəvi təsir göstərməklə, habelə məhkumlara orta təhsil verməklə onları maarifləndirmək, eləcə 

də defisit peşələr üzrə peşə təhsili verməklə, onların hüquq düşüncəsini dərinləşdirmək olar. 

 

Açar sözlər: cəza çəkən məhkum, məhkumun islah edilməsi, məhkumların rejim qayda-

ları,  məhkumlara  tərbiyəvi  təsir  göstərilməsi,  məhkumların  orta  təhsili  və  peşə  təhsili,  məh-

kum

ların əməyə cəlb edilməsi 



 

Orta əsrlərdə habelə müstəmləkəçilik dövründə cinayətə görə tətbiq edi-

lən cəzalardan cinayət törədənlərin cismani varlığına zərər yetirmək vasitəsi ki-

mi  istifadə  edilirdi. Cəza  ilə  məhkumun  sağlamlığını  pozma  ənənəvi  məqsəd 

sa

yılırdı. Çox vaxt zərərçəkənə  yetirilən ziyan unudulurdu. Cinayət törədənlə 



zərərçəkən barışdırılırdı, yaxud da barışdırılmağa səy edilirdi. 

Ancaq intibah dövründə dünyanın işıqlı mütəfəkkirləri D.Monteskyenin, 

Volterin, Ç.Bekkariya, A.Feye

rbax,  D.Qovard  və  digərləri  cəzanın  humanist-

ləşdirilməsi uğrunda mübarizə aparmışlar. Onlar insan hüquqlarının qorunması, 

susən azadlıqdan məhrum edilən məhkumların, onların səhhətinin qorunma-



sını zəruri saymışlar, cəza sisteminin, xüsusən azadlıqdan məhrumetmə növün-

də cəzanın icrasında bir səliqə-sahman yaratmağa yönələn qiymətli fikirlər irəli 

sürmüşlər (1, 244). 

XIX əsrin sonunda pozitivizmin inkişafı ilə tibbi-sosioloji terapiya təlimi 

inkişaf  etmişdir.  Bu  təlim  azadlıqdan  məhrumetmə  yeri  «klinik  reabilitasiya 

yerinə çevirmək təklif edilmişdir. 

Hüquqi  dövlətdə  cəzanın  icrasının  xüsusən  azadlıqdan  məhrumetmə 

növündə cəzanın müddətinin adətən məhdudlaşdırılması meyli vardır. Məsələn 




AFR-

nın  federal  konstitusion  məhkəməsi  21  iyun  1977-ci  il  tarixli  qərarı  ilə 

hüquqi dövlət prinsipinə söykənərək, ömürlük azadlıqdan məhrumetmə cəzası-

nın müəyyən hissəsinin şərti məhkumetmə ilə əvəz edilməsi tələbini qoymuş-

dur. Nə qədər ki, resosializasiya cəzanın məqsədi kimi – ömürlük azadlıqdan 

məhrumetməyə  məhkum  edilmiş  şəxsin  azadlıq  əldə  etmək  şansını  nəzərdə 

tuturdu (2, 166-167). 

Lakin  azadlıqdan  məhrumetmə  özündə  zərərli  nəticələri  nəzərdə  tutur. 

Be

lə nəticələri aşağıdakı kimi səciyyələndirmək olar: 



 

Məhbus öz əhatəsindən təcrid edilir. Məhbus cinayət törətdiyi mühitdən 



onun resosializasiyasına təsir göstərə biləcəyi əhatədən məhrum olur

 



Məhbusu  cəzaçəkmə  yerində  məcburi  məskunlaşdırma,  onun  özünə 

qiymət verilməsinə güclü təsir göstərir. Məhbus təcrid edildiyi yerdə alçaldılır; ona 

mənəvi  damğa  vurulur.  Bu  da  məhbusun  azadlıqdan  məhrumetmə  yerlərindən 

azad edildikdən sonra, onun cəmiyyətə qayıtması işində ciddi çətinlik yaradır. 

Bunun üçün arzu ediləndir ki, məhkum nisbətən sosial rola uyğunlaşsın. Məh-

kumun yeni həyat meyllərinə istiqamətlənməsinə stimul yaradılmalıdır. Məhkumda 

ictimailəşmə dinamik özünütənqid şəraitində baş verməlidir. Belə sosializasiya eyni 

zamanda məhkumun mədəni səviyyəsinin təkamülünə təsir göstərsə də, lakin onun 

sosial-  psixoloji mexanizmini tam 

əhatə etmir. Cəza icra müəssisələrinin divarları 

arasında mövcud azadlıq üçün bu kifayət deyildir (3, 85). 

Cinayətə yol verən məhbus həbsxanada cəmiyyət üçün görünməz olur. 

Əslində baş verən cinayət məhbusun sosial və şəxsi problemləri ilə bağlıdır. 

Cəmiyyət məhkumun cinayətinin bağlı olduğu problemlərin həllindən məhrum olur. 

Cinayətlə bağlı olan zərərli sosial amillər aşkar edilsə də, aradan qaldırılmır. 

Dünyanın bəzi inkişaf etmiş ölkələrində (məsələn, Kanadada, Avstraliya-

da və s.) hüquqi islahatları həyata keçirmək üzrə fəaliyyət göstərən komissiya-

lar belə fikirdədir ki, gələcəkdə azadlıqdan məhrumetmə növündə cəzanın tət-

bi

qi məhdudlaşdırılmalıdır. 



Azadlıqdan məhrumetmə cəzası üç halda tətbiq edilməlidir: 

1)  Təhlükəli  cinayətkarlara  (məsələn  terrorçulara).  Belələrindən  qorun-

maq üçün dövlət onlar barəsində azadlıqdan məhrumetmə növündə cəza tətbiq 

et

mək məcburiyyətində qalır. 



2) Xüsusən ağır cinayət törədən şəxslərə (məsələn, dövlətə xəyanət, döv-

lət sirrini yayma və s.) Belə şəxslərin əməllərilə mübarizədə dövlət maddi və 

mənəvi  dəyərlərin  qorunmasında  vətəndaşların  hüququ  şüuruna  söykənərək 

azadlıqdan məhrumetmə növündə cəzanın tətbiqini məqbul sayır. 

3) Əgər cinayət törədənə nisbətən yüngül cəza təyin edilmirsə, yaxud da 

ona şərti məhkumetmə təyin edilmişsə, yaxud da məhkum onun üzərinə qoyu-

lan  əlavə  öhdəçilikləri  yerinə  yetirmirsə,  belə  şəxslər  barəsində  şərti  məh-

kum


etmə ləğv edilir azadlıqdan məhrum etmə təyin edilir. 

Hüquqi 


dövlətdə cəzanın icrasına humanist meyllərlə yanaşma xarakterikdir. 

Bununla  belə  azadlıqdan  məhrumetmə  özündə  zərərli  nəticələr  doğurur 

və belə nəticələr aşağıdakı kimi səciyyələnir: 




1. 

Məhbus yaşadığı sosial mühitdən təcrid edilir. Məhkumun törətdiyi ci-

na

yətin mövcud olduğu məkan unudulur. Halbuki cinayətin baş verdiyi mühit, 



onun  mexanizmi  məhbusun  resosializasiyasında  nəzərə  alınmalıdır.  Məhbus 

həbsxana şəraitinin, tez-tez dəyişməsi ilə keçmiş mühitlə xüsusən ailəsi ilə, pe-

şəsi ilə əlaqəsini itirir. 

2. 


Həbsxanada  məskunlaşdırılan  məhbusun  güclü  formada  özünə  riayət 

v

erməsi dəyişir. O, yeri gəldikdə alçaldılır, ona mənəvi damğa vurulur – belə 



vəziyyət  cəzadan  azad  ediləndən  sonra  məhkumun  normal  cəmiyyətə  qayıt-

masına ciddi surətdə mane olur. 

3. 

Cinayət  törədənin  həbsxanadan  təcrid  edilməsi,  cinayətkarlığın  onda 



for

malaşdırdığı cəmiyyət qrupunun sosial və şəxsi problemləri görünməz olur. 

Məhbusa təsir  göstərən  və onda meyl  yaradan zərərli sosial vərdişlərin  aşkar 

edilməsinə və neytrallaşdırılmasına səy göstərilir. 

Bu  səbəbdən  də  dünyanın  bəzi  qabaqcıl  ölkələri  (Kanada, Avstraliya) 

azadlıqdan məhrumetmə kimi cəzanın tətbiqini gələcəkdə məhdudlaşdırmağını 

nəzərdə tuturlar. Bu təkcə inkişaf etmiş transmilli dövlətlərin problemi deyil, 

həm də beynəlxalq təşkilatların problemidir. Məsələn, Avropa Şurası azadlıq-

dan məhrumetmə cəzasının məhdudlaşdırılmasına alternativ yanaşmanın sınaq-

dan keçirilməsi üzrə təklif vermişdir. 

BMT özünün 1980-

ci il 25 avqustdan sentyabrın 5-nə qədər cinayətkarlıq 

problemi  ilə  mübarizə  üzrə  6-cı  konqresində  (konqres  Venesuelada  Karakas 

şəhərində keçirilmişdir) azadlıqdan məhrumetmə cəzasının icrası üzrə zəmanət 

qəbul edilmişdir. Bununla bağlı ABŞ-ın Milli Şurasına cinayətkarlıqla mübari-

zə üzrə yardım idarəsi yaradılmışdır. 

1975-

ci ildə azadlıqdan məhrumetmə yerlərində ancaq təhlükəli cinayət-



kar

ların saxlanması təklifi verilmişdir. 

Azadlıqdan məhrumetmə cəzasının dairəsinin maksimum məhdudlaşdırıl-

ması ilə  yanaşı, həm də azadlıqdan məhrumetmə yerlərində cəzanın icrasının 

düzgün təşkili üzrə bir sıra zəruri şərait  yaradılmalı və ondan istifadə qayda-

larına riayət edilməlidir. Bunlara aşağıdakılar aid edilir: 

1) 

kifayət qədər köhnəlmiş, bu gün üçün yarasız vəziyyətdə olan həbsxa-



na

lar  ləğv  edilməli,  onlar  yeni  yaradılan  azadlıqdan  məhrumetmə  yerlərində 

«ra

hat»  həyat  şəraiti  olan  müasir  dünyanın  standartlarına  uyğun  gələn  əmək-



daşlara, həm də məhbuslara həbsxanalar tikilməlidir; 

2) 


azadlıqdan məhrumetmə yerlərində məhbuslarla, onların resosializasi-

ya

sı işi təşkil olunmalıdır. Tərbiyəvi tədbirlərin aparılması könüllü xarakterdə 



ol

malıdır. Belə şəraitdə cəzanın icrası məhkumun resosializasiyasına istiqamət-

lənməli,  məhkumların  şəxsiyyəti  öyrənilməli,  hər  bir  məhkumun  şəxsiyyətini 

xarakterizə  edən  informasiyalar  məhkuma  tərbiyəvi  təsir  tədbirlərinin  həyata 

keçirilməsində və kriminoloji tədqiqatların aparılmasında istifadə edilməlidir; 

3)  h


üquqi dövlətin prinsiplərinin həyata keçirilməsində azadlıqdan məh-

rum


etmə  yerlərində  cəza  çəkən  məhkumlar  arasında  qarşılıqlı  əlaqələri  daha 

səlahiyyətli yüksək olan orqanların nəzarəti və müşahidəsi altında olmalıdır. 




Məhbusların əməyi özündə məqsəd deyildir. Əmək məhbusları azadlığa 

çıxdıqdan  sonra  onlar  həyata  hazırlanmalıdır.  Belə  hazırlıq  o  halda  mümkün 

olur  ki,  həbsxana  yaxud  cəza  icra  müəssisəsi  yüksək  əmək  alətləri  ilə  təchiz 

edil


miş olsun. İstehsalatda işlədilən maşınlar və istehsal alətləri saz vəziyyətdə 

ol

malı,  məhbuslarda  yeni  istehsal  qabiliyyəti  formalaşmalıdır.  Məhbuslara 



möv

cud  müəssisələrdə  az  təsadüf  edilən  peşələr  öyrədilməlidir.  Bu  da  onlar 

azad olduqdan sonra əmək bazarında onların böyük şansları yaranır. 

Məhbusların əməyinə cəza kimi baxmaq olmaz. Əmək məhbusların sax-

lan

ması xərclərini azaltmaq üçün deyil, əməyə onların resosializasiyasına xid-



mət edən amil kimi baxılmalıdır. Əməklə tərbiyə məhkumda əmək vərdişləri 

yar


atmağı nəzərdə tutur. Bununla bərabər əməklə tərbiyə, təhsillə müqayisədə 

nis


bətən az effektli amildir. 

Bütün  bunların  əsasında  belə  ideal  təsəvvür  durur  –  məhbusa  elə  təsir 

gös

tərilməlidir ki, bunun nəticəsində o, özünün peşəsinə və əməyinə münasibə-



t

i düzgün mənimsəmiş olsun. Buna görə də, peşə və əmək məhbusun sosial in-

teq

rasiyasına kömək edir və nəzarət amili kimi təsir göstərir. 



Məhbusların  təhsilinə  nə  qədər  daha  çox  diqqət  yetirilirsə  bir  o  qədər 

onların arasında residiv cinayətlər azalır. 

Tərbiyəvi təsir – yaşayış və əmək şəraiti ona istiqamətlənir. Həbsxanada 

əlverişli sosial mühit yaradılır. Məhkum azadlığa çıxandan sonra da onu belə 

hit düşündürməlidir. Həbsxana mühitindəki şərait məhbusun mədəni səviy-



yəsinin yüksəlməsinə kömək etməlidir (4, 372). 

Düzgün  yaşayış  və  əmək  şəraiti  yaxşı  istirahətə  kömək  edir,  məhbusun 

əmək  və  yaradıcı  qabiliyyətini  bərpa  edir.  Ümumiyyətlə,  həbsxana  həyatının 

bir


tonlu və eyni görüşü qaydaları dağıdılmalıdır. 

Tənhalıq və qeyri-müstəqillik onlara əzici təsir göstərir. Televiziya veri-

lişləri  məhbusların  davranışına  əhəmiyyətli  təsir  göstərir.  Məhbuslar  hər  gün 

həbsxana həyatında və dünyada baş verənləri qəbul etməlidir. 

Düzgün təşkil olunmuş əlverişli yaşayış şəraiti yaxşı istirahətə və məhku-

mun fiziki v

ə psixi gücünün bərpa olunmasına kömək etməlidir. 

Tərbiyəvi təsirin modeli 

Tərbiyəvi təsir ona istiqamətlənir ki, dövlətin müdaxiləsi ilə sosial baxım-

dan məqsədəuyğun olmayan davranış neytrallaşdırılır. 

Bu məqsədə xidmət edən metodlar – məsələn, məhkumun peşə hazırlığı-

nın  həyata  keçirilməsi,  müntəzəm  ardıcıllıqla  psixi  və  sosial  təsirlər  könüllü 

fərdi və qrup psixoloji terapiya təsir tədbirlərini reallaşdırmağa kömək edir. 

C

əzanın  tətbiqi ilə  həyata  keçirilən  tərbiyəvi  tədbirlərdən  nisbətən  daha 



məhdud modelli xarakter daşıyan aşağıdakı istiqamətləri nəzərdə tutur: 

1. 


Cinayət məhkumun şəxsiyyətinin quruluşu ilə (onun şəxsiyyətinin psi-

xo

patoloji  yaxud  psixoanalitik  xüsusiyyətləri  ilə)  bağlı  olduğundan  cinayətin 



rədilməsi fərdi potalogiya ilə cinayət törədənin şəxsiyyətinin quruluşunda baş 

ve

rən statistik yaxud dinamik pozuntu ilə meydana gəlir. 



2. 

Məhkumun fərdi psixoloji və psixoatrik müayinə etmələr və terapiya 




ilə bu model şəxsiyyətin quruluşunda pozuntunu aradan qaldırmanı təmin edir 

və bununla cinayətkarın resosializasiyası baş verir. 

3. 

Psixoloji və psixatrik fərdi müayinə təkcə cəzanın icrasını humanistləş-



dir

mək üçün deyil, həmdə residivin qarşısını almağa xidmət edir, onun başver-

mə ehtimalını azaldır (5, 408-409). 

Bu modelin köməyi ilə həbsxanada elə mühit yaradılır ki, bu mühitin kö-

məyi ilə məhbusları (onları inandırmaqla, yaxud sosial təzyiq göstərməklə, belə 

bir bəhanə ilə ki, əgər sosializasiya sahəsində müəyyən uğurları olarsa, onun cə-

zadan azad edilməsinə yardım ediləcəkdir) belə təzyiq göstərməyə razı salınır. 

Hazırkı vəziyyətdə hüquq pozuntusuna yol verən məhbusa təzyiq göstər-

mək hüquqi dövlət şəraitində dörd halda məqbul sayıla bilər. 

1. Məhbus dövlət müdaxiləsinə qədər (yəni şəxs məhkum edilənə qədər) 

tərbiyəvi təsirə məruz qalmalıdır. 

2.  Məhbusa  tətbiq  edilən  tərbiyəvi  təsir,  könüllü  xarakter  daşımalıdır. 

Məhkumu  sadəcə  təsir  obyekti  etmək  məqbul  sayılmır.  Məhkumun  tərbiyəvi 

təsirdən imtina etməsi, onun barəsində mənfi nəticələr doğurmamalıdır. 

3. Cinayət törədən şəxs tərbiyəvi təsirə məruz qalmağa razı olduqda, di-

gər məhkumlarla müqayisədə onun vəziyyəti pisləşməməlidir. Cinayətə yol ve-

rən şəxsə göstərilən tərbiyəvi təsir, ona heç bir zərər yetirməməlidir. 

4. Fərd proyektdə iştirak etmək istəmirsə, yəni hüquq pozuntusuna yol ve-

rən şəxsə göstərilən tərbiyəvi təsir vaxtında ona izah edilməli, onun faydası, belə 

terapiyanı qəbul etməkdə məruz qaldığı riskin faydası ona izah edilməlidir. 

Azadlıqdan  məhkumetmə  yerlərində  məhbuslara  göstərilən  tərbiyəvi  tə-

sir


lərin uyğunsuzluğu əsas etibarilə üç amillə (səbəblə) bağlıdır. 

Birincisi, 

məhbusun məskunlaşdığı yerlə bağlıdır. Onlar totalitar rejimdə 

ya

şayırlar. Onlar boş vaxtlarını, eləcə də gecə istirahətlərini bütün digər məh-



bus

larla bir yerdə keçirmirlər. Onların bütövlükdə fəaliyyəti qaydalarla tənzim 

edi

lir. Məhbusların ailə ilə, iş yeri üzrə yoldaşları ilə habelə keçmiş dostları ilə 



əlaqələri, yaşadıqları və işlədikləri total müəssisədən kənarda qalır. Onların bir 

səlahiyyətləri  qalır  –  cəzaçəkmə  yeri  hüdudlarında  verilən  göstəriş  və  sərən-

cam

ları yerinə yetirmək. 



İkincisi, cəza çəkmə müəssisələrindəki həyata qədər, məhkumun ailə ilə, 

yaxın yoldaşlarla, işlədikləri dostlarla və b. ilə əlaqələri zəifləyir və daha dəqiq 

desək,  əlaqələrə  son  qoyulur.  Məhkumun  bir  funksiyası  –  göstərişlərə  riayət 

etmək qalır. Məhbus öz iradəsi ilə heç bir fəaliyyətə yol verə bilməz. 

Zaman keçdikcə məhbus həbsxana həyatına vərdiş edir (6, 25). 

Üçüncüsü, m

əhkum  azadlıqdan  məhrumetmə  yerinə  məskun  edildikdən 

sonra, tədricən o, cəza çəkmə yerinə vərdiş etməyə başlayır. Belə proses get-

dikcə dərinləşir. Həbsxanadakı adətlərə və vərdişlərə, habelə «dəyərli» meyllər 

forma


laşmağa başlayır. Belə proseslər neqativ xarakterli sosializasiya prosesi-

dir. Bu proses daha çox məhkumun şəxsiyyətində deqradasiya baş verir ki, belə 

deqradasiya  məhkumun  şəxsi  ləyaqət  hissini  zəiflədir,  onun  cinayətkar  «hör-

məti» yüksəlir. 




Belə  məhkumlar cəzadan azad olduqdan sonra onların ailəyə uyuşması 

cid


di çətinliklə bağlı olur. Onların ixtisas üzrə iş tapması son dərəcə çətin olur. 

 

ƏDƏBİYYAT

 

1.

 



Беккария С. О преступлениях и наказаниях. М.: 1939 

2.

 



Кудрявцев В.Н.Стратегии борьбы с преступностью. М.: Юристь, 2003 

3.

 



Алферов  Ю.А.  Пенитенциарная  социология  и  перевоспитание  осужденных.  Домоде-

дово, 1994 

4.

 

Брунер Дж. Психология познания. М., 1977 



5.

 

Гапс Йохит Шнайдер. Криминология. М.: Прогресс, 1994 



6.

 

Кристи Н. Борьба с преступностью как индустрия. Пер. с Норвежского. М.: 2001, с.15 



 

РАЗМЫШЛЕНИЯ ОБ ИСПОЛНЕНИИ НАКАЗАНИЯ В ВИДЕ  

ЛИШЕНИЯ СВОБОДЫ В УСЛОВИЯХ  

ПРАВОВОГО ГОСУДАРСТВА 

 

Ф.Ю.САМАНДАРОВ 



 

РЕЗЮМЕ 

 

В условиях правового государства нельзя считать соблюдение осужденными пра-



вил режима отбытия наказания в виде лишения свободы единственным исправительно-

воспитательным средством. Проведение с осужденными исправительно-воспитательных 

работ, привлечение их к общественно полезному труду, а также их просвещение путем 

получения  ими  среднего  образования,  профессиональное  обучение  по  востребованным 

специальностям будут способствовать углублению их правового мышления. 

 

Ключевые  слова:  осужденный,  отбывающий  наказание,  исправление  осужден-

ного, правила режима осужденных, воспитательное воздействие на осужденных, среднее 

и профессиональное образование осужденных, привлечение осужденных к труду 



 

REFLECTIONS ON THE EXECUTION  

OF A SENTENCE OF IMPRISONMENT UNDER THE RULE OF LAW  

 

F.Y.SAMANDAROV 

 

SUMMARY 

 

In the context of the rule of law, compliance with the rules of the regime convicts serv-

ing the sentence of imprisonment cannot be considered the only correctional educational tool. 

Correctional and educational work  with the convicted, their involvement in socially useful 

work, as well as getting secondary education will help deepen their legal thinking. 

 

Keywords:  convicts; correction of the convict; educational influence on the convicted; 

secondary and vocational education of convicts; involvement of convicts in work 



10 

Yüklə 63,21 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə