Baki universitetiNİn xəBƏRLƏRİ



Yüklə 51,94 Kb.
Pdf görüntüsü
tarix26.09.2017
ölçüsü51,94 Kb.
#1773


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2      

 

Humanitar  elmlər seriyası 

  2011 

 

 

 

 

 

UOT 316.77:002 

KOMMUNİKASİYA PROSESİNİN MƏRHƏLƏLƏRİ  

 

A.Ə.NƏSİROVA 

aynur.bsu@gmail.com

Бakı Дövlət Уniversiteti 

 

Məqalədə ünsiyyətin gücləndirilməsi və daha çox insana təsir göstərə bilməsinin son 

mərhələsi olan auditoriya kommunikasiyasına toxunulur. Ünsiyyətdə vacib olan məqamlar - 

ünsiyyətin açıqlığı  və ictimailiyi, informasiya qaynağının  əlçatmazlığı, göndərənlə alıcı 

arasında şəxsi münasibətin olmaması, daha doğrusu balanssız olması, yalnız təşkilat daxilində 

əlaqə qurmaları  və  məlumatların auditoriyada istənilən təsiri yaratması üçün diqqət 

edilməli olan məqamlar sadalanır.  

 

Açar sözlər: kommunikasiya, kod, kanal, məlumat, ünsiyyət anları 

 

İnsanın daima kütlə halında yaşaması tarixi və sosioloji araşdırmalarla 



sübuta yetirilib. Insanı digər canlılardan ayıran ağlı, düşünmə qabiliyyəti və 

düşündüklərini  ətrafdakılara çatdıra bilməsi, yəni ünsiyyət qura bilməsidir. 

Ünsiyyət insanların yaşaya bilmələri üçün ən vacib vasitələrdən başlıcasıdır. 

Ünsiyyətin  əsas məqsədi insanlararası  əlaqələrin yaranmasını  və inkişafinı 

təmin etməkdir. Ünsiyyətin məqsəd və  vəzifəsi “insanlar arasında məlumat 

alış-verişini təmin edən ortaqlıq yaratmaqdır” (5, 2). Başqa sözlə, ünsiyyət 

insanların məlumatları, düşüncələri özününküləşdirmələri üçün xəbərlərin, 

məlumatın və ya daha geniş  mənada mədəniyyətin insanlara çatdırılmasıdır. 

Ünsiyyətin 4 növü var:  

1. Fərdlərdaxili ünsiyyət – kaş ki, bunu etməsəydim. Əslində bu, insan-

lararası ünsiyyətdən  əvvəl fərdlərin öz aləmlərində baş verir. Məs., acıyan 

birinin beyninə  informasiya getməsi davranışa keçməzdən əvvəlki mərhələdir.   

2. Fərdlərarası ünsiyyət (üz-üzə) – ən azı 2 nəfər arasında ünsiyyətin ol-

ması. Mənbəyi və  hədəfi olan bir münasibətdir (alıcı-verici). Ümumiyyətlə,  

auditoriya ünsiyyət vasitəsi ola bilməz.  

3. Təşkilatdaxili ünsiyyət – ortaq məqsəd, ortaq hədəf, iş bölgüsü, 

ixtisaslaşma. Təşkilatdaxili ünsiyyətin formal (rəsmi), qeyri-formal (qeyri-

rəsmi) növü var.   

  4. Auditroiya ünsiyyəti – bu ünsiyyət kanalından informasiya vasitələri 

ilə  insanların  məlumatlandırılması üçün istifadə olunur.    

 

237



 Ünsiyyətin gücləndirilməsi və daha çox insana təsir göstərə bilməsi 

artıq auditoriya, kütlə kommunikasiyasıdır. “Kommunikasiya üz-üzə ünsiyyət 

qurmaqdır; televiziyadır; infomasiya yaymaqdır; ədəbi tənqiddir” (4, 15)  

  İnsan şüurlu surətdə kommunikasiya prosesinə qoşulur, informasiyanın 

öturulməsi üçün işarələr sistemindən bilərəkdən məqsədəuyğun şəkildə fayda-

lanır. Bununla yanaşı kommunikativ prosesin tərəfi onun, yəni işarələr siste-

minin obyektə münasibətini və  mənasını tam anlayır.  İnsanlar arasındakı 

ünsiyyət fərdi-sosial təcrübə öyrənilmədən uğurla gerçəkləşmir: cəmiyyətin 

hər bir üzvü tədricən ötürücü işarələr sistemini anlayır və digər fərdlərlə 

kontaktda onlardan istifadə vərdişlərinə yiyələnir. İnsan həm də kommunikasi-

ya prosesində keçmişə  və  gələcəyə istinad edir, mücərrəd anlayışlardan və 

tipik obrazlardan faydalanır.  İnsanlar arasında  ünsiyyətin müxtəlif formaları 

mövcuddur, xüsusilə  fərdlərarası  və kütləvi ünsiyyət növləri seçilir. Fərdlər-

arası ünsiyyətin xüsusiyyətləri, ilk növbədə, adamların qarşılıqlı  fəaliyyəti, 

emosional konteksti ilə müəyyənləşir. Həmin kontekstə emosional təzahürlərin 

bütün növləri, yəni effektlər, emosiyalar, duyğular daxildir. Bu təzahürlərin 

intensivliyi müxtəlif ola bilər və daha çox fərdlərarası münasibətlərin spesifi-

kasından asılıdır. Istənilən hər hansı bir ünsiyyət forması kimi şəxslərarası 

ünsiyyətin də  həyata keçirilməsi üçün informasiyanın verilməsi, qəbulu və 

işlənməsi məqsədilə imkan yaradılması vacibdir (3, 128).   

Psixoloq E.Melibruda kommunikasiyanın effektivliyi və  uğurunu 

şəxslərarası münasibətlərin xarakterinə  təsir edən sistemin mühüm xüsusiy-

yətlərindən biri hesab edir. Və  fərdlərarası kommunikasiyaya 4 tələb qoyur: 

verilən informasiya imkan daxilində birmənalı olmalıdır; informasiyanı 

müvafiq adamlara çatdırmaq vacibdir; son dərəcə vacib informasiyanı rahatlıq 

naminə, yaxud sistem çərçivəsində çətinlikdən uzaqlaşmaq üçün gizlətmək və 

ya hər hansı şəkildə ixtisar etmək lazım deyil; başqalarının bizim hərəkətləri-

mizi necə başa düşdüyü, davranışımıza necə reaksiya verdiyi barədə mümkün 

qədər çox şey öyrənmək lazımdır (8, 31).  

 Professor Q.Məhərrəmli qeyd edir ki, ünsiyyətdə vasitələşdirmə müx-

təlif səviyyədə  və müxtəlif miqyasda ola bilər. Onun dərəcəsi heç bir dəyi-

şikliyə  uğramadan keçdiyi sosial məsafənin – pillələrin sayı ilə ölçülə bilər. 

Bəzi hallarda sosial vasitəçilik minimum dərəcədədir, xəbər ağızdan-ağıza 

ötürülür. “Birbaşa informasiya əlaqəsinin” yarandığı  fərdlərarası ünsiyyət 

zamanı belə olur. Digər hallarda, məsələn mətbuat, radio və televiziyada oldu-

ğu kimi vasitələşdirmə maksimaldır: burada mətn tamaşaçıya çatanadək son-

suz sayda ara mərhələlərindən keçməklə ya struktur dəyişikliyinə məruz qalır 

(redaktə), ya da maddi cəhətdən realizə xarakterini dəyişir (diktorun mətni 

səsləndirilməsi, səslənən nitqin efirə verilməsi, radio verilişinin efirdən 

radioqəbuledici vasitəsilə alınması), ya da özünün miqdar və miqyasını dəyişir 

(qəzet tirajının çapı) – amma məzmun baxımından o hər yerdə dəyişməz qalır 

(8, 31).         

 

238



Kütləvi kommunikasiya kütləvi, anonim, müxtəlif cinsli auditoriyaya 

ünvanlanır, eləcə  də  məlumatı yaradan qurum və onun emalı  və ötürülməsi 

üçün texniki vasitələrin olması vacibdir. Kütləvi ünsiyyətin vacib kanalı tele-

viziyadır. Televiziyaya kütləvi informasiyanı yayan vasitə kimi baxsaq, mə-

lumatın ötürücüsü ilə auditoriya arasında qarşılıqlı əlaqə analizin predmeti ola-

caq (dəqiq desək, mətnin hazırlanması və qavranılması). “Televiziya bütün in-

formasiya orqanlarından ən kütləvisidir. Indi heç kəs öz həyatını televiziyasız 

təsəvvür edə bilməz. Yəqin ki, televiziyasız yaşamaq da mümkün olmaz” (1, 

499).  

Kommunikasiya  latın dilində “communis” sözündən götürülüb, bir ara-



ya gələnlərin ünsiyyət qurmaq istəyini ifadə edir. Daha doğrusu,  ətrafda baş 

verənlər barədə bir-birlərinə  məlumat ötürən, oxşar hisslərini ifadə edən və 

oxşar həyat təcrübəsindən bəhrələnən insanların  əmələ  gətirdiyi birlik və ya 

fikir, hiss, düşüncə bildirişinə ünsiyyət deyilir. Ünsiyyət yalnız  şifahi proses 

deyil, insanların əlaqə qurduğu hər yerdə kodlaşmış ünsiyyət prosesi yaşanır. 

Ünsiyyət 2 və ya daha çox insan arasındakı razılaşma, fikir mübadiləsinə 

dayanan bir əlaqədir. Ünsiyyət, eyni zamanda özünüifadə etmə  və digər 

insanların sözlərinə, hərəkətlərinə cavab vermə prosesidir.  

Beləliklə, ünsiyyət bir göndərən, bir kanal, bir mesaj, bir alıcı, göndərən-

lə alıcı arasıdakı  əlaqə, təsir, ünsiyyətin yarandığı mühitdir. Ünsiyyətdə  hər 

zaman olmasa da, bəzən “çatdırma” və ya “alma” niyyəti və ya məqsədi var. 

Ünsiyyət kiməsə yönələn bir hərəkət, qarşılıqlı təsir və ya reaksiyadır.  

Ünsiyyətin yaranması üçün ən azı 2 fərdin olması, onlar arasındakı 

informasiya alış-verişinin həyata keçməsi və bu prosesin bir-biri ilə  əlaqədar 

olması lazımdır.  

Məlumatları auditoriyaya çatdıran vasitəyə kommunikasiya vasitələri 

deyilir. Qəzet, jurnal, radio, televiziya, İnternet bu qəbildəndir. Kommunika-

siya vasitələri həm duyğu orqanlarına görə, həm də məlumatı çatdırma  forma-

sına görə bölünür.  

Kommunikasiya prosesi dedikdə qaynaq, kod, kanal, məlumat, audito-

riya və  əks  əlaqə  nəzərdə tutulur. Kommunikasiyanın ilk ünsürü qaynaqdır, 

yəni ünsiyyəti başladan vasitə. Məlumatı kodlaşdıraraq kanal ilə auditoriyaya 

ötürən kommunikator məlumatın istənilən səviyyədə qavranılmasını  təmin 

etməlidir. Təsirli ünsiyyətin ilk şərti qaynağın etibarlılığıdır. Məlumatın təsir-

liliyi isə auditoriyanın diqqətliliyindən asılıdır. Kommunikatorun işində 

mütəxəssis olduğu hiss edilərsə, məlumatın qavranılması xeyli asanlaşar.  

Kommunikasiya prosesinin ikinci mərhələsi olan kodlaşmada məlumatı 

işarəyə çevirən simvollardan istifadə edilir. Kanal məlumatın auditoriyaya 

ötürülməsini təmin edir. Məlumat kommunikasiya prosesinin 4-cü vasitəsidir. 

Son mərhələ və ən önəmli faktor əks əlaqədir. Alıcının kommunikatorun me-

sajına cavabı. Alıcı kodların açılışından, həllindən və şərhindən sonra yenidən 

kommunikatora qayıdır. Əks  əlaqə kommunikatora mesajın alınıb-alınmadığı 

və doğru şəkildə şərh olunub-olunmadığını öyrənmək imkanını verir.  

 

239




Kommunikasiya modelləri struktur və ya prosesin elementləri ilə onların 

arasında olan əlaqədir. Daha doğrusu, prosesin fərqli xüsusiyyətlərinin uyğun 

bir  şəkildə çatdırılmasına vasitəçidir. Məlumatlar ilk olaraq modelləşmədə 

nizamlanır,  əlaqələndirilir və  əvvəl qəbul edilməyən məlumatlarla  əlaqələri 

göstərilir. Modellər təşkilatçılıq funksiyası daşıdığından sistemləri  əlaqələn-

dirərək qəbul edilməsini asanlaşdırır. Model kompleks məlumatları sadələş-

dirmək imkanına malikdir. Modellər hadisələrin inkişafı ilə yanaşı onların 

nəticələrini də təxmin edir. Kommunikasiya prosesinin elementləri kommuni-

kasiya prosesi daxilindəki qarşılıqlı əlaqələri izah edir.  

Metin Işık “Kitle iletişim teorilerine giriş” adlı kitabındakı  “İletişim 

teorilerinə kavramsal bir bakış” adlı yazısında kommunikasiyanın funksiyala-

rını belə qruplaşdırır:  

 

Məlumatı təmin etmə funksiyası – hər hansı bir təşkilatın ətraf mühitlə 



və ümumilikdə cəmiyyətlə əlaqə yaratması üçün məlumata ehtiyacı var.  

 



Təsiretmə funksiyası – qarşı tərəfin istək və düşüncəsinə zidd olsa belə, 

davranışlarının dəyişməsi mümkündür. 

 

Əmredici və təlimçi – məlumatı qəbul edənlərin informasiya bazasının 



müəyyən səviyyəyə  gətirilməsi, verilən  əmrlərin və  təlimatların düzgün qav-

ranılması  və  tətbiq edilməsini təmin edən təhsil müddəti həm də  kommu-

nikasiya prosesi olaraq qiymətləndirilə bilər.  

 



Birləşdirmə funksiyası – fərdlərin təşkilati məqsədlər üçün birləşmələri 

(9) 

Ünsiyyətdə xüsusilə vacib olan məqamlar bunlardır: ünsiyyətin açıqlığı 

və ictimailiyi, informasiya qaynağının əlçatmazlığı, göndərənlə alıcı arasında 

şəxsi münasibətin olmaması, daha doğrusu balanssız olması, yalnız təşkilat da-

xilində  əlaqə qurmaları.  Əslində kommunikasiya prosesinin universal tək bir 

şəkli yoxdur, kommunikasiya prosesi onu xarakterizə edən modellər müxtəlif-

liyidir. 

Əvvəllər kommunikasiya aktının modellərinə maraq çox olmasa da, artıq 

bu münasibət geridə qalıb. Hər bir model hər hansı bir quruluş və ya prosesin 

əsas elementlərini və bu elementlər arasındakı əlaqələri göstərir. Döyç (1966) 

ictimai elmlərdə modellərin aşağıdakı üstünlüklərini ön plana çəkib: birincisi, 

modellərin sistemləri bir-biriylə əlaqələndirərək və qaydaya salaraq, bəlkə də 

“əks halda qəbul edə bilmərik” imici verərək tənzimləmə funksiyası var. 

Model zəncirvari prosesin ümumi şəklini verir.  Ikincisi, modellər qarışıq və 

ya mürəkkəb informasiyanı sadə şəkildə açıqlamağa yardım edir. Bu, modelə 

anlayış funksiyasını qazandırır. Üçüncü, model hadisələrin inkişafını  və 

nəticəni əvvəlcədən görməyə kömək edir. Ən azından müxtəlif alternativ nəti-

cələr üçün ehtimalları göstərir.  

Nəzəri ədəbiyyatda kommunikasiya modelləri müxtəlif cür qruplaş-

dırılır. Y.Jukova və Y.Şirkovun elmi hesabatlarında (7) modellər baza model-

 

240




lərinə, inandırma modelləri və informasiyanın yayımı modellərinə bölü-

nür. Türk nəzəri ədəbiyyatında isə modellərin bölgüsü aşağıdakı kimi aparılır:  

 

Fəlsəfi görüşlər – bura kommunikasiya prosesi ilə bağlı ilk fikir 



söyləyən Aristotel daxil edilir. İkinci yerdə Amerikalı alim Lassuel gəlir.  

 



Riyazi kommunikasiya modelləri – bura kommunikasiya prosesinə 

fərdi yanaşan Şennon və Uaver aid edilir.  

 

Psixoloji modellərə psixoloji kommunikasiyaya təsir-reaksiya prinsipi 



baxımından nəzər yetirilir. Yəni müşahidə edilə bilən xəbərdarlıq alıcıda mü-

şahidə edilə bilən dəyişməyə səbəb olur. Houland, Uestli və Maklinin model-

ləri psixoloji modellər hesab edilir. Houland və yoldaşlarına görə, kommuni-

kasiya prosesi "bir fərdin digər fərdlərin davranışlarına təsir etmək məqsədi ilə 

şifahi işarələr göndərməsi müddətidir". Bu səbəblə, burada müşahidə edilə 

bilən xəbərdarlıqdan hərəkətlə müşahidə edilə bilən dəyişiklik ölçülməlidir. 

Houland və yoldaşlarının əsl məqsədləri, alıcıdakı tutum, təsəvvür və nəhayət 

davranış dəyişikliyinə səbəb olan faktorların aşkarlanmasıdır. Nəticə etibarilə, 

Houlandın modelini, kommunikasiya prosesinin açıqlanmasına  şərt qoyan 

model kimi qiymətləndirmək lazımdır. Modelə  əhəmiyyətli səbəb-nəticə  əla-

qəsindən yanaşılır, modeldə  nəzərə çatmayan faktorlar isə  səthi  şəkildədir. 

Bundan başqa, modelə görə, verici ilə alıcı arasında vericidən asılı olan 

birtərəfli əlaqə mövcuddur.  

 



İctimai psixoloji modellər – qarşılıqlı təsir prosesi ictimai-psixologiya-

da da kommunikasiya faktı olaraq araşdırılıb. Nyukombun fikrincə, kommuni-

kasiya prosesinin əsasını iki insanın bir-birinə və ətraflarındakı obyektlərə eyni 

anda istiqamətlənmələri təşkil edir.  

 

İctimai modellər – kommunikasiya araşdırmalarının sosioloji aspekti 



elə  də  zəngin deyil. Bura Rayli qardaşlarının modeli daxil edilir. Raylilərə 

görə, ünsiyyət sistemi, cəmiyyət içində ünsiyyətə qatılan aktyorlar və bu 

aktyorların daxil olduqları qruplar və bu qrupların içində olduğu geniş ictimai 

strukturlar, hər şeyi soruşan bir ictimai sistem içində göstərilir.  

Müxtəlif kommunikasiya modellərinin vahid sosial psixoloji modeldə 

ümumiləşdirilməsi bu sahədə toplanmış biliklərin sistemləşdirilməsi məqsə-

dini daşıyır. Amma hər bir sistemin ayrılıqda özəlliklərinin nəzərə alınması 

şərtilə. Birincisi, hər bir kütləvi kommunikasiya sisteminin əsasında bütün 

sistemlər üçün ümumi olan vahid mexanizm durur. Bunu belə əsaslandırmaq 

olar ki, model kommunikativ münasibətlərin subyekti üçün eyni dərəcədə 

vacib olan müxtəlif milli mənsubiyyətin, mədəniyyətin daşıyıcısı olan insanlar 

üçün ümumi müəyyənləşdirilmiş psixoloji qanunauyğunluqlara əsaslanır. 

İkincisi,  şəxsiyyətlərarası kommunikasiyanın öyrənilməsində üzə  çıxan 

faktların kütləvi kommunikasiya sferasına aid edilməsinin mümkünlüyü ilə 

bağlıdır. Kütləvi kommunikasiya dedikdə, texniki vasitələrin köməyilə 

təşkilatlanmış xarakter daşıyan nəhəng sosial qrupların ünsiyyəti nəzərdə 

tutulur.  

 

241




ƏDƏBİYYAT 

1.

 



H.Əliyev və mətbuat, 4 cilddə, I c., Bakı: Nurlar, 2003, 640 s.  

2.

 



Məhərrəmli Q. Kütləvi kommunikasiya və dil. Bakı: Çaşıoğlu, 2004, 208 s. 

3.

 



Məhərrəmov Q. Audiovizual nitq. Bakı: Elm, 2000, 443 s.  

4.

 



Fiske Con İletişim çalışmalarına giriş, Çev.Süleyman İrvan, Bilim Sanat Yayınları, 

Ankara. 2003, 245 s.  

5.

 

Mısırlı Irfan, Genel ve Teknik İletişim, Detay Yayıncılık, Ankara: 2004, s.75 34 



6.

 

Mc. Quail, Windahl İletişim modelleri, Kitle iletişim çalışmalarında, Çeviren Konca 



Yumlu, 2. Baskı, İmge Kitabevi Yayınları, Ankara: 1977, 277 s.  

7.

 



Жукова Я., Ширков Ю. Модели массовой коммуникации, научный отчет. М., Гос-

телерадио СССР, 1989  

8.

 

Мелибруда Е. Я-ты-мы. М.: Прогресс, 1986, 256 с.  



9.

 

www.megep.meb.gov.tr  



 

ЭТАПЫ КОММУНИКАЦИОННОГО ПРОЦЕССА 

 

А.A.НАСИРОВА 

 

РЕЗЮМЕ 

 

В статье говорится о заключительном этапе усиления общения и его влияния на 



человека – зрительской коммуникации. Здесь перечисляются важные моменты общения 

– открытость и общественная значимость общения, недоступность источника информа-

ции,  отсутствие  личных  отношений  между  отправителем  и  получателем  информации, 

точнее отсутствие баланса, т.е. поддержка деловых отношений и т.д. Автор также опи-

сывает  моменты,  на  которые  следует  обратить  внимание  для  оказания  необходимого 

влияния информации на аудиторию.

 

Ключевые слова: коммуникация, код, канал, информация, моменты общения 

 

STAGES OF THE COMMUNICATİON PROCESS 

 

A.E.NASIROVA 

 

SUMMARY 

 

The article is devoted to viewers’ communication that is the final stage of intensifica-



tion of communication and its influence on a human. The author has specified such significant 

factors as transparency and public importance of communication, inaccessibility of 

information sources, absence of private relations between senders and receivers of information 

i.e. maintenance of mere business relations. The article also includes some points of 

information necessary for causing desirable influence on the audience.

 

Key words: communication, code, channel, informationcommunication moments 



 

242

Yüklə 51,94 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə