Baki universitetiNİn xəBƏRLƏRİ



Yüklə 61,69 Kb.

tarix17.09.2017
ölçüsü61,69 Kb.


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4                             Təbiət elmləri seriyası                              2010 

 

 

 

YERALTI SULARIN ƏLAVƏ İSTİSMARININ HİDRODİNAMİK ŞƏRAİTƏ 

TƏSİRİNİN PROQNOZLAŞDIRILMASI ÜÇÜN TƏBİİ HİDROGEOLOJİ 

ŞƏRAİTİN SXEMLƏŞDİRİLMƏSİ 

 

S.M.KAZIMOV*, M.A.MƏMMƏDOVA**

 

*Azərbaycan Dövlət Neft Akademiyası,

  

**Bakı Dövlət Universiteti 

mahluga@bsu.az. 

 

Azərbaycanın  şimal-şərqində  gələcəkdə tikilməsi nəzərdə tutulan yeni sugötürücünün 



fəaliyyəti nəticəsində  ərazidə yarana biləcək hidrodinamik şəraitin proqnozu məqsədilə 

mövcud Şollar və Xaçmaz sugötürücülərinin istismar məlumatlarına əsasən təbii hidrogeoloji 

şəraitin sxemləşdirilmə üsullarının əsaslandırılması şərh olunur. 

 

Azərbaycanın  şimal-şərq hissəsində (Samur-Vəlvələ çayları arası sahə)  Şollar 



və Xaçmaz sugötürücülərinin uzunmüddətli istismarına baxmayaraq burada istifadəyə 

tam yararlı xeyli miqdarda yeraltı su ehtiyatları mövcuddur. Yaxın gələcəkdə bu əra-

zidə yeni nəhəng sugötürücünün inşası planlaşdırılır [2, 3]. Bu sugötürücünün istis-

mara başlaması ilə  ərazidə mövcud hidrodinamik şərait dəyişəcək. Bu dəyişmənin 

xarakterini proqnozlaşdırmaq üçün fəaliyyətdə olan sugötürücülərin istismar məlu-

matlarını  nəzərə almaqla təbii hidrodinamik şərait və hesablama sxemləri  əsaslan-

dırılmalıdır.  

Tədqiq olunan ərazidə bulaqların axını, sulu süxurların qatlılığı, ayrı-ayrı 

sahələrdə yeraltı axının müxtəlif hidravliki xarakteri və digər faktorlar nəzərə 

alınmaqla qarşıya qoyulan məsələlər yalnız təbii hidrogeoloji şəraitin sxemləşdi-

rilməsi ilə həll oluna bilər. 

Hesablama sxemini tərtib edərkən nəzərə almaq lazımdır ki, yeraltı suların 

istənilən yerdə  hərəkəti vahid fiziki ərazini təmsil edir ki, bu da ərazinin daxilində 

təzyiq paylanması, yeraltı suların sərfi və sürəti, sərhəd və başlanğıc şərtləri ilə müəy-

yənləşir. Sərhəd şərtlərində geoloji quruluş, sulu layların strukturu və xüsusiyyətləri

onların qidalanma və drenləşmə şəraiti göstərilməlidir.  

Tədqiqat sahəsində sxemləşdirmə aparıldıqda yeni sugötürücünün fəaliyyətinə 

təsir edə biləcək aşağıdakı əsas faktlar nəzərə alınır: 

1.

 

Sugötürücünün Xəzər dənizindən 7-11 km-də yerləşməsi; 



2.

 

Sahədə ümumi sərfi 6,5 m



3

/s təşkil edən böyük dinamiki sərfə malik bulaqların 

olması; 

3.

 



Fəaliyyətdə olan Şollar və Xaçmaz sugötürücülərinin olması; 

4.

 



Yeraltı axında müxtəlif hidravliki xarakterli zonanın mövcudluğu: tam təzyiqsiz; 

nisbətən təzyiqsiz; tam təzyiqli; 

5.

 

Suların bir horizontdan digərinə axmasını təmin edən layların çoxqatlı olması və 



depressiya qıfının üstündə layın tam qurumamasının mümkünlüyü; 

 

123




6.

 

Planda məcra və çaylaq fasiyalarının müxtəlif növbələşməsindən yaranan qeyri-



bərabər sukeçiriciliyin olması;  

7.

 



Yeni sugötürücünün istismarında qidalanma mənbəyinin  ən uzaq sərhədində 

statik və elastik ehtiyatın azalmasının mümkünlüyü; 

8.

 

Sulu layın üst hissəsində quruma olduqda sukeçiriciliyin dəyişməsinin mümkün 



olması. 

Qarşıya qoyulan məsələni həll etmək üçün sərhədi üç tipdə sxemləşdirmək 

məqsədəuyğundur: 

1. Daimi təzyiqlə (I şərt); 

2. Daimi sərflə (II şərt); 

3. Sukeçirməyən sərhəd (II şərtin sıfır variantı). 

Yeni sugötürücünün təsir zonasının xarakterini nəzərə alaraq onların hesablama 

sxemi aşağıdakı mülahizələrə əsaslanır: 

1. Dağətəyi zonada çayların gətirmə konuslarında yeraltı suların formalaşması 

təbii şəraitdəki kimi baş verir; 

2. Dənizin yeni sugötürücüdən 7-11 km məsafədə yerləşməsi ilə  əlaqədar 

olaraq daimi təzyiqlər sərhədinin sahil üzrə qəbul olunmasının zəruriliyi qətidir. 

Birinci mülahizəyə  əsasən baxılan süzülmə  ərazisinin  şimal, qərb və  cənub 

sərhədləri üçüncü tip sukeçirməyən sərhəd  şəraitinə aid edilir. Tədqiqat rayonunun 

şimal-şərq tərəfdən birinci tip sərhəd  şərtini qəbul etmək üçün hesablama sxemində 

bərabər təzyiqlər xəttinin düzgün keçirilməsi mühüm əhəmiyyətə malikdir. Sadəcə 

olaraq burada sahil xəttinin bərabər təzyiqlər xətti kimi qəbul olunması mümkün 

deyil, belə ki, yeraltı suların boşalması  həqiqətən bu xətt üzrə deyil, sahildən 

uzaqlaşaraq, dənizin dibində baş verir. Yeraltı suların boşalma ərazisini təyin etmək 

üçün iki üsuldan istifadə olunur: Xəzər dənizinin dibi üzrə sxematik geoloji profilin 

qurulması və EQDA cihazında modelləşdirmə üsulu ilə [1]. 

Birinci üsulla müəyyən olunub ki, yeraltı su axınının dənizə drenaj olması onun 

dibində eni 3 km olan zolaqda baş verəcək, yəni boşalma zolağının orta xətti sahildən 

1,5 km aralıda olacaq. Modelləşdirmə üsulu ilə bu boşalma zolağı cənub hissədə 1,5-

2,0 km, şimalda isə dəniz sahili boyu, yəni "0" məsafədə təyin olunub. Belə ki, birinci 

üsulda qalınlığın proporsional dəyişməsi, ikinci üsulda isə layların sukeçiriciliyinin 

dəyişməsi qəbul olunmuşdur ki, bunların hər biri təxmini nəticə verir. Buna 

baxmayaraq, yeraltı suların boşalma zolağının alınan qiymətlərinin yaxın olması 

imkan verir ki, dəqiq etibarlılıqla bərabər təzyiqlər xəttini sahildən 1,5 km məsafədə – 

dənizdə qəbul edək. 

Qeyd olunanlardan belə  qənaətə  gəlmək olar ki, ərazinin sxemləşdirilməsində 

"yarımməhdud lay" sxemi hesablamaları ən real nəticələr verəcək. 

Baxılan sahədə bulaqların çıxışı  nəinki yeni sugötürücünün yerləşəcəyi 

rayonda, həm də ondan xeyli uzaqlarda mövcuddur. Sugötürücü istismarda olduqda 

bu bulaqların bir hissəsi quruyacaq, digər hissəsi öz sərflərini azaldacaq, üçüncü 

hissəsi isə sugötürücünün işləməsinə reaksiya verməyəcək. Deməli, əvvəllər bulaqlar 

kimi yer səthinə  çıxan və  dənizə axan sular sugötürücü işlədiyi müddətdə müəyyən 

dərəcədə sulu laya cəlb olunacaq və istismar quyuları tərəfindən tutulacaq. Bulaqların 

bu inversiyası həqiqətdə yeraltı suların ehtiyatını artıran əlavə qidalanma mənbəyidir. 

Sugötürücünün qərarlaşmayan iş rejimində bulaqların inversiyası zamandan 

asılı olaraq dəyişəcək. Bulaqların sugötürücünün təsir zonasına düşdüyü andan sərfi 

azalmağa başlayır, sonradan bulaqların tamamilə inversiyası ola bilər və onda əlavə 

 

124



qidalanmanın miqdarı bulaqların sərfinə bərabər olacaq.  

Yuxarıda qeyd olunanlara əsasən vaxtın başlanğıc anında hesablamalarda 

bulaqları daimi səviyyəli və artan sərfli suudan (uducu) quyu kimi qəbul etmək olar (I 

tip sərhəd şərti).  

Fəaliyyət göstərən sugötürücülərin olması onların sərfinin sabitlik şərtində 

"superpozisiya" metodundan istifadəyə imkan yaradır. Praktiki olaraq bu o deməkdir 

ki, sugötürücülərin nasosla istismarına o vaxt keçmək lazımdır ki, yeni sugötürücünün 

depressiya qıfı fəaliyyətdə olan sugötürücü qurğulara çatsın.  

Yeni sugötürücülərin istismara başlaması  nəticəsində, ilk növbədə, kaptaj 

olunmuş bulaqların sərfi azalmağa başlayacaq, amma bulaqlar tam quruyana qədər 

quyular və digər növlü sugötürücülər praktiki olaraq öz sərflərini saxlayacaqlar.  

Əgər yuxarıda göstərilən qaydada fəaliyyətdə olan sugötürücülərin sərfinin 

həqiqətən dəyişməsi baş verərsə, onda əvvəlcədən onların azalması  şərtini qəbul 

etməklə verilən proqnozun dəqiqliyini artırmaq olar. Fəaliyyətdə olan sugötürücülərin 

məhsuldarlığının təxminən 20 % azalacağı nəzərdə tutulursa, onda Şollar və Xaçmaz 

sugötürücülərinin xarakterinin müxtəlifliyi  şərtlərini hesablama sxemlərində göstər-

mək məqsədəuyğundur.  

Şollar sugötürücüsü kiçik bir sahədə  cəmləşib və yeni sugötürücünün birinci 

növbəsinin cənub sərhədində yerləşir. Burada kaptaj olunmuş bulaqların sərfi 

sugötürücünün ümumi sərfinin 16%-i, Xaçmaz sugötürücüsündə isə 32 %-i təşkil 

edir. Buna görə də Şollar sugötürücüsünü nasosla istismara keçirmək bulaqlar quru-

duqdan sonra mümkündür, Xaçmaz sugötürücüsündə isə buna ehtiyac olmayacaq.  

Xaçmaz sugötürücüsünün (25 km uzunluğunda) ayrı-ayrı sahələri müxtəlif 

ölçüdə  və müddətdə yeni sugötürücünün təsirini hiss edəcək. Yeni sugötürücünün 

birinci növbəsinin cənub qurtaracağı ilə Xaçmaz sugötürücüsü arasındakı  məsafə 

böyükdür və burada onun ayrı-ayrı sahələrində yeni sugötürücünün işləməsinə 

reaksiya müxtəlif olacaq, həm də burada xeyli bulaqlar istismar olunur. 

Yeni sugötürücü təyin olunmuş  sərflə layihələndirildiyi üçün hesablama 

sxemində bu sugötürücü ikinci tip sərhəd şərti kimi qəbul olunur.  

Hesablama sxemində yeraltı axının müxtəlif hidravliki xarakterini nəzərə 

almaq üçün baxılan süzülmə ərazisi iki zonaya ayrılır: təzyiqsiz və təzyiqli. 

Təzyiqsiz zonada depressiyanın inkişaf sürəti layların qravitasiya suvericilik, 

səviyyə və təzyiq keçiriciliyinin xüsusiyyətlərinə əsasən təyin olunur. Adətən eyni lay 

üçün elastik suvericilik qravitasiya suvericiliyindən 2-3 dəfə az olur. Təzyiq keçi-

riciliyi və səviyyə keçiriciliyi arasında əks mütənasiblik qeyd olunur. Buna əsasən də 

layların kövrəklik xassəsinə görə depressiya qıfının inkişaf sürəti layın qurumasından 

yaranan qıfın sürətindən bir neçə  dəfə çox olur. Ona görə  də baxılan qalınlıq üçün 

aşağıdakı  şərti qəbul etmək olar: pyezometrik səviyyənin orta asılılıq qiyməti qrunt 

sularının səviyyəsindən yuxarı olduğu halda depressiyanın inkişafı başlanğıcda ancaq 

qalınlığın kövrəklik xassəsinə  əsasən təyin olunur, səviyyənin orta asılılıq qiyməti 

qrunt su səviyyəsinə çatdıqda isə layın quruması ilə təyin olunur. Buna uyğun olaraq 

təzyiqsiz zonada hesablama sxemində qurumanın parametrləri (qravitasiya suvericilik 

və ya səviyyəkeçiricilik), təzyiqli zonada isə  əvvəlcə kövrəklik xassələrinin para-

metrləri götürülür. Burada depressiya qıfı inkişaf etdikcə yuxarıda göstərilən 

prinsiplərə görə qurumada olan parametrlər götürülür. Beləliklə, hesablama sxemi 

vahid təzyiqli-təzyiqsiz axının parçalanmasını nəzərdə tutur ki, bu da sugötürücünün 

işləməsində xeyli laylar üçün təzyiqli-təzyiqsiz element xarakterində olur [1,3].  

 

125




Sulu layın vertikal qeyri-cinsliliyinin sugötürücülərə suyun axmasına təsiri 

layların litoloji tərkibinin müxtəlifliyi ilə bağlıdır. 

V.M.Şestakov tərəfindən qatlı axının eynicinsliyini qiymətləndirmək üçün bir 

neçə kriteriya işlənilib [5]. Həmin kriteriyaların analizi göstərir ki, mümkün ola bilən 

xəta ilə, bu kriteriyanı, ancaq sulu lay tam açıldığı halda sugötürücü qurğular üçün 

istifadə etmək olar. 

Hər bir sulu horizontdan sugötürücüyə suyun axmasına ayrıca baxmaq lazım-

dır. Laylar arasında hidravliki əlaqə olmadıqda hesablamalar metodiki cəhətdən çətin-

lik yaratmır, amma onların həcmi xeyli artır. Prinsipcə məsələnin həlli sukeçirməyən 

lay vasitəsilə suların bir horizontdan digərinə axını şəraitində mümkündür. 

Proqnozlaşdırma nöqteyi-nəzərindən  şərh olunan geoloji-hidrogeoloji şərait 

üçün vertikal qeyricinsliliyin nəzərə alınmasının ən yaxşı üsulu çoxqatlı qalınlığı bir 

layla  əvəz etmək və  məsələni, ancaq N.K.Qrinski potensialına görə  həll etmək 

lazımdır [4]. 

N.K.Qrinski potensialı və ya funksiyası (

ϕ

) sukeçiriciliyin dəyişməsini yeraltı 



suların səviyyəsindən asılı olaraq xarakterizə edir, ölçü vahidi sərfin ölçü vahidi ilə 

eynidir və ümumi halda belə yazılır: 

( )(

)

H



K z H

z dz

i

H h

ϕ =




 

və ya son hədlər fərqi halında: 

(

) (


1

n

)

KM i H



zi

i



=

Burada: 



( )

K z

 z oxu üzrə dəyişən süzülmə əmsalı, m/sut; H – ilk təzyiq, mh – qalıq 



təzyiq, m; (KM)i – i saylı qatın sukeçiriciliyi, m

2

/sutz



i

 – müqayisə müstəvisindən i 

saylı qatın ortasına qədər olan məsafə, mn – qatların sayıdır. 

Bizi maraqlandıran hər bir nöqtə üçün, əsasən də süzülmə  ərazisinin xarici 

sərhədi üçün bu göstəricini istifadə etməklə hesablamalar aparmaq üçün adətən qrafik 

formasında ifadə olunan 

( )

f h

ϕ =


 asılılığı  məlum olmalıdır. Hesablamalarda bu 

asılılığın prinsipial mənasını saxladıqda layın ümumi qalınlığı  qəbul olunur. 

Başlanğıcda sulu qatların ümumi sukeçiriciliyi (KM) vahid sulu lay kimi baxılır ki, bu 

da sulu horizontların sukeçiriciliklərinin cəminə  (KM)

i

  bərabər olur və ya süzülmə 



əmsalının orta asılılıq qiymətinin (K

or

.

as

) göstərilmiş nöqtədə layların ümumi 

qalınlıqları hasilinə (KM)

üm

 bərabər olur: 



 

)

(



)

. .


üm

1

(



n

KM

KM i

K

M

or as

üm

i

=

=



=



 

Əgər  t müddətində sulu layda m

1

  qədər quruma baş verərsə, onda həmin 



nöqtədə sukeçiricilik [(KM)

t

]  əmsalının orta asılılıq qiyməti aşağıdakı kimi 



hesablanır:  

1

(



)

(

)



KM

K

M

m

or

t

üm

=



 

Kəsilişdə süzülmə xassələrinin belə ortaqlaşması onların vertikal kəsiliş üzrə 

dəyişkənliyinin müxtəlifliyinə əsaslanır və həm də nöqtələrin çoxunda sukeçiriciliyin 

dəyişdirilməsi onların cəminin ekstrapolyasiyası yolu ilə xarakterizə olunur. 

Göstərilənlər tam əsas verir ki, sxemləşdirərkən baxılan qalınlıqların vahid lay kimi 

qəbul olunması  məlum olmayan parametrlərdən uzaqlaşmağa imkan yaradır və 

 

126



öyrənilən süzülmə ərazisində iki üst sulu komplekslərin birgə istismarı şəraitində real 

hidrogeoloji xüsusiyyətləri əks etdirir.  

Üst iki sulu kompleksin istismarı halı üçün təbii şəraitin sxemləşdirilməsinin ən 

ciddi həlli bu komplekslərin təbii inkişafı sərhədlərində aşağıdakı kompleksdən əlavə 

qidalanma  şəraitində olur. Bunu qiymətləndirmək üçün üst hidrogeoloji mərtəbənin 

sərhədi aşağıdakı kimi keçirilir: ərazinin  şərq hissəsində bu mərtəbəyə üst iki sulu 

kompleks, qərbdə Samur-Abşeron kanalı ilə yeni sugötürücü və Xaçmaz sugötürücü-

sü xətləri arasındakı ərazinin ortasından keçən xətt boyu (burada sulu qatı əsasən Qu-

sar lay dəstəsi təşkil edir) sulu qatın yarısının qiyməti (sukeçiriciliyə görə) qəbul 

olunur.  

Planda süzülmə ərazisində süxurların qeyri-cinsliyi hidrodinamik şəraitin dəyi-

şilmə xarakterinə mühüm təsir göstərir. Bu halda formalaşan depressiya qıfı müxtəlif 

maillikdə olur. Buna görə də həmin maillikdə sugötürücüdən uzaqda yerləşən süxur-

ların sukeçiriciliyi az olduğu üçün, axının eninin artmasına baxmayaraq, çıxarılan 

suyun miqdarını buraxa bilmir.  

Beləliklə, real təbii vəziyyət hesablama sxemində aşağıdakı kimi şərh olunur: 

Ərazidə vertikal Z oxu üzrə eynicinsli parametrlərlə, X və Y oxları üzrə isə 

dəyişən parametrlərlə (təzyiq, səviyyə, sukeçiricilik, suvericilik, səviyyə  və  təzyiq 

keçiriciliyi) xarakterizə olunan vahid sulu horizont mövcuddur. Süzülmə  ərazisinin 

xarici sərhədi  şimaldan, qərbdən və  cənubdan sukeçirməyən konturdan, şərqdə isə 

daimi təzyiq konturundan ibarətdir. Layın daxilində zamandan asılı olaraq sərfi daimi 

və  dəyişən quyular (yeni sugötürücü), habelə müəyyən müddətdə daimi səviyyəsi, 

sonradan qismən daimi sərfi olan şərti quyular (bulaqlar) mövcuddur. Beləliklə, qar-

şıya qoyulmuş məsələdə parametrlərin paylanması hidrodinamik cəhətdən əsaslanmış 

hesab oluna bilər. 

 

ƏDƏBİYYAT

 

1.

 



Аскербейли  Э.К,  Кязимов  С.М.,  Булатов  Р.В.  Анализ  гидрогеологических  условий  для 

выбора  заложения  водозаборных  сооружений  на  междуречье  Самур-Кусарчай.  Тр.  Бак-

филиала ВНИИ «ВОДГЕО», Вып. III. Вопросы гидрогеологии. Баку: 1968, с. 36-39. 

2.

 



Kazımov S.M. Azərbaycanın şimal-şərqində yeraltı suların hidrodinamik şəraiti və dəyişmə 

qanunauyğunluğu. ADNA // Azərbaycan Ali Texniki Məktəblərinin xəbərləri. Bakı, 2004, 

№4, s. 69-75. 

3.

 



Məmmədova M.A. Qusar-Dəvəçi dağətəyi düzənliyinin yeraltı su ehtiyatlarının əhalinin su 

təchizatında perspektivliyi və geoekoloji problemlərin həlli prinsipləri // Bakı Universiteti-

nin Xəbərləri. Təbiət elmləri seriyası, 2002, №3, s.152-157. 

4.

 



Грински  Н.К.  Комплексный  потенциал  потока  со  свободной  поверхностью  в  пласте 

относительной мощности при 

( )

k

f z

=

. ДМТ СССР, 1946, т.51, №5, с. 22-26. 



5.

 

Шестаков  В.М.  Теоретические  основы  оценки  подпора,  водопонижения  и  дренажа. 



М.: МГУ, Недра, 1964, 260 с. 

 

 



127


СХЕМАТИЗАЦИЯ ПРИРОДНЫХ ГИДРОГЕОЛОГИЧЕСКИХ  

УСЛОВИЙ ДЛЯ ПРОГНОЗИРОВАНИЯ ВЛИЯНИЯ ДОПОЛНИТЕЛЬНОЙ 

ЭКСПЛУАТАЦИИ ПОДЗЕМНЫХ 

ВОД НА ГИДРОДИНАМИЧЕСКУЮ ОБСТАНОВКУ 

 

С.М.КЯЗИМОВ, М.А.МАМЕДОВА 

 

РЕЗЮМЕ 

 

В  статье  рассмотрены  воздействия  проектируемых  водозаборных  сооружений 

подземных вод на гидродинамическую обстановку, строительство которых предусмат-

ривается в северо-восточной части Азербайджана. Для прогнозирования влияния их на 

подземную  гидросферу  на  основе  многолетних  эксплуатационных  данных  функцио-

нирующих  на  исследуемой  территории  Шолларских  и  Хачмасских  водозаборов 

обоснованы методы схематизации природных гидрогеологических условий. 

 

 



SCHEMATIZATION OF NATURAL HYDROGEOLOGICAL CONDITIONS  

FOR PREDICTING THE INFLUENCE OF EXTRA EXPLOITATION  

OF UNDERGROUND WATERS ON THE HYDRODYNAMICAL ENVIRONMENT  

 

S.M.KAZIMOV, M.A.MAMMADOVA 

 

SUMMARY 

 

 

The paper considers the effects of projectible water intake facilities of underground 



waters on the hydrodynamical environment the construction of which is foreseen in the north-

western part of Azerbaijan. Methods of schematizating natural hydrogeological conditions are 

analyzed for predicting their influence on the underground hydrosphere on the basis of many 

years’ exploitation data of water intake facilities functioning in the investigated territory of 

Shollar and Khachmas regions. 

 

 



 

128

: Xeberler%20Jurnali -> Tebiet%202010%204
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №2 Sosial-siyasi elml
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №2 Sosial-siyasi
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Sosial-siyasi elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 T
Tebiet%202010%204 -> Quba-xaçmaz iQTİsadi rayonunda atmosfer yağintilarinin
Tebiet%202010%204 -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Təbiət elmləri seriyası
Tebiet%202010%204 -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Təbiət elmləri seriyası 2010
Tebiet%202010%204 -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Təbiət elmləri seriyası
Tebiet%202010%204 -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Təbiət elmləri seriyası
Tebiet%202010%204 -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Təbiət elmləri seriyası


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə