Bakixanovun



Yüklə 279,25 Kb.
Pdf görüntüsü
səhifə3/49
tarix24.12.2017
ölçüsü279,25 Kb.
#17907
1   2   3   4   5   6   7   8   9   ...   49


 
Bu hadisə ərəb qəbilələri arasında indiyədək  mövcud olan, lakin 
açıq və qabarıq şəkildə özünü büruzə verməyən ziddiyyətləri 
daha da kəskinləşdirdi və nəticədə üçüncü xəlifə Osman bin 
Əffan (ə.) 35/656-cı ildə qətlə yetirildi. Bu hadisə müsəlman 
icması arasındakı çəkişmə 
və ixtilafları, ikitirəliyi
 daha da 
dərinləşdirdi

Həmin il,  yəni 35/656-cı ildə Əli bin Əbu Talib (ə.) 
dördüncü xəlifə seçildi. Suriya vəlisi Müaviyə bin Əbu Süfyan öz 
qayınatası Osmanın qətlində imam Əlinin (ə.) əli olduğunu iddia 
edərək onu xəlifə kimi tanımadı. İmam Əli (ə.) Müaviyəni 
özünə tabe etdirmək üçün böyük bir qoşunla Suriyaya doğru 
hərəkət etdi. 37/657-ci ildə imam Əlinin (ə.) qoşunu ilə Müaviyə 
tərəfdarları arasında məşhur Siffin döyüşü baş verdi. 100 gün 
davam edən bu döyüşdə Müaviyə tərəfdarları məğlub 
olacaqlarını görüb hiyləyə əl atdılar: nizələrinin uclarına 
Qur'an ayələrini taxaraq döyüşü dayandırmağa və barışıq 
qazanmağa nail oldular. 
Siffin döyüşü 
zamanı
 imam Əlinin (ə.) barışıq üçün öz 
razılığını bildirməsi onun tərəfdarları olan bəzi adamlar arasında 
narazılığa gətirib çıxardı. Sonralar «xaricilər» adlanan bir dəstə 
sözügedən hadisəyə görə xəlifənin qoşununu tərk etdi və 
nəticədə imam Əlinin (ə.) öz tərəfdarları arasında ikitirəlik 
yarandı. Bu hadisənin bilavasitə nəticəsi olaraq 40/661-ci ildə 
imam Əli (ə.) «xaricilər»dən birinin əli ilə qətlə yetirildi. İmam 
Əlinin (ə.) şəhadətindən sonra onun böyük oğlu imam Həsən (ə.) 
bir müddət İraqda vali oldu, lakin çox keçmədi ki, vəzifəsindən 
kənarlaşdırıldı və 49/669-cu ildə Mədinədə zəhərləndirilərək 
öldürüldü. 
İmam Əlinin (ə.) vəfatından sonra hakimiyyəti ələ 
keçirən Müaviyə bin Əbu Süfyanın (40/661-60/680) xəlifəliyi 
dövründə müsəlman icması arasındakı bir qədər əvvəl də 
mövcud olan çəkişmə və ixtilaflar daha da güclənməyə, 
dərinləşməyə başladı. Müaviyənin hələ sağlığında öz yerinə 
oğlu Yezidi vəliəhd təyin etməsi isə müsəlmanların böyük bir 


10 
 
hissəsinin açıq-aşkar hiddət və qəzəbinə, güclü narazılığına 
səbəb oldu. Müaviyə 60/680-ci ildə vəfat etdikdən sonra oğlu 
Yezid xəlifə kürsüsünü tutdu. İmam Əlinin (ə.) kiçik oğlu imam 
Hüseyn (ə.) isə onun xəlifəliyini qəbul etmədi. Bu xəbəri 
eşidən Kufə şəhərinin əhalisinin çoxu imam Hüseynə (ə.) 
məktub yazaraq bildirdi ki, onlar Yezidi deyil, imamı xəlifə kimi 
tanıyırlar. İmam Hüseyn (ə.) bu məsələyə tam aydınlıq 
gətirmək, onu dəqiqliklə öyrənmək məqsədilə əmisi oğlu 
Muslim bin Əqili Kufəyə göndərdi. Bu işdən xəbər tutan 
Yezid Bəsrə valisi Übeydullah bin Ziyadı Kufəyə vali təyin etdi 
və ona yerli camaatı öz tərəfinə çəkmək əmrini verdi. İbn Ziyad 
Kufə camaatını ələ almağa nail oldu və Muslim bin Əqili 
60/680-ci ildə qətlə yetirtdi. 
Bu hadisə baş verən zaman imam Hüseyn (ə.) kiçik 
dəstəsi ilə Kufəyə doğru hərəkətdə idi. Bu zaman o, Kufə 
yolunda ikən Muslim bin Əqilin şəhid olması xəbərini eşitdi. 
İmama (ə.) Kufəyə getməmək təklif olunsa da, o, qərarından 
dönmədi və 72 (bəzi qaynaqlarda 73) nəfərlik ən yaxın 
adamlarından ibarət olan kiçik bir dəstə ilə Kufəyə doğru 
hərəkətini 
davam
 etdirdi. Bu xəbəri eşidən Kufə valisi İbn 
Ziyad imamın (ə.) kiçik dəstəsinin qarşısını almaq üçün Ömər 
bin Sə'din başçılığı ilə 4000 nəfərlik bir qoşun yola saldı. Ömər 
bin Sə'd Kufə yaxınlığındakı Kərbəla düzündə imam Hüseynlə 
(ə.) görüşdü və ona İbn Ziyadı vali kimi tanımasını təklif etdi. 
İmam Hüseyn (ə.) onun bu təklifıni qəbul etməyərək Şama və 
ya Məkkəyə getmək qərarında olduğunu bildirdi. Ömər bin 
Sə'd bu xəbəri İbn Ziyada çatdırdı və ondan imam Hüseynin 
(ə.) qətlə yetirilməsi əmrini aldı. 
Beləliklə, hicri tarixi ilə 61-ci ilin məhərrəm ayının 10-da 
(miladi tarixi ilə 680-ci ilin sentyabr ayının 10-da) imam Hüseyn 
(ə.) və silahdaşları Kərbəla düzündə şəhid oldular. Peyğəmbərin 
(s.) nəvəsinin (ə.) və yaxın silahdaşlarının qeyri-bərabər döyüşdə 
amansızcasına qətlə yetirilməsi ilə yadda qalan bu hadisə 
islam tarixinə «Kərbəla vaqiəsi», «Kərbəla faciəsi» və ya 


11 
 
«Kərbəla müsibəti» kimi düşdü və böyük əks-səda doğurdu. 
İslam aləmində görünməmiş bir müsibət, qanlı faciə kimi 
dəyərləndirilən Kərbəla vaqiəsi Yaxın və Orta Şərq xalqları 
ədəbiyyatında 
yeni bir ağrılı və
 qəmli, dərdli-kədərli mövzunun 
yaranmasına gətirib çıxardı və çox keçmədi ki, ərəb, fars və türk 
dillərində Kərbəla vaqiəsinə həsr olunmuş bir sıra əsərlər ortaya 
çıxdı.  
Həm nəzmlə, həm də nəsrlə yazılan, bəzən isə nəsrlə 
nəzmin növbələşməsi şəklində qələmə alınan bu cür əsərlər, 
əsasən, «Məqtəl» və ya «Məqtəli-Hüseyn» adı ilə tanınır. 
Məsələn, dahi Azərbaycan şairi Məhəmməd Füzuli 
«Hədiqətüs-süəda» əsərinin dibaçəsində kitabını «məqtəli-
türki» adlandırır (29, 25).  
«Məqtəl» ərəb mənşəli sözdür: «qətl» sözü ilə 
eyniköklüdür və lüğəvi mənasına görə «qətl yeri» deməkdir. 
Ədəbiyyatşünaslıqda isə «məqtəl» termin səciyyəsi daşıyır və 
islamın ən böyük şəhidləri, xüsusilə də imam Hüseyn (ə.) 
haqqında yazılan əsərlər anlamında işlənir. Yeri gəlmişkən qeyd 
edək ki, Azərbaycan ədəbiyyatşünaslığında yalnız son zamanlar 
az-çox işlənməyə başlayan «məqtəl» termini bəzən yanlış olaraq  
janr növü kimi təqdim edilir (bax: 13; 47, 22-28). Məsələnin 
mahiyyətinə vardıqda isə açıq-aşkar şəkildə aydın olur ki, 
«məqtəl» sözü bir termin olaraq janr yox, mövzu, məzmun 
anlamını daşıyır, çünki bütün məqtəl kitabları, əsasən, Kərbəla 
faciəsi mövzusundadır, janr baxımdan isə onlar fərqlənirlər. 
Məsələn, Füzulinin «Hədiqətüs-süəda»sı ilə Qumrinin «Kənzül-
məsaib» kitabı məqtəl nümunəsi olsalar da, janr baxımından 
fərqlənirlər: birincisi povest və ya roman janrına aid edilir (bax: 54, 
65-67), digəri isə müxtəlif janrlarda yazılmış lirik şeirlərdən 
ibarətdir (bax: 36, II, 311-326). 
Məqtəl kitabları, bir qayda olaraq, təhkiyə üslubunda 
yazılır və epik səciyyə daşıyır. Belə əsərlərdə qəhrəmanın 
həyatının başlıca 
dönəmləri
 təsvir olunmaqla yanaşı, əsas 
hadisənin - faciənin tarixi kökləri və onun başlıca ideya-fəlsəfı 


Yüklə 279,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə